2. Müasir qloballaşmanın xarakterik cəhətləri
XXI əsrin əvvəlində dünya təsərrüfatının inkişafı bəşəri fəaliyyətin bütün sahələri üçün istifadə edilən qloballaşma konsepsiyasının meydana gəlməsi ilə nəticələndi. İctimai həyatın bir sferasında baş verən proseslər dönməz olaraq qlobal xarakter kəsb etməyə başlayır və bu zaman digər sahələrdə baş verən proseslərə təsir göstərir. Ona görə də hazırda hüquqi məkanın qloballaşması, siyasi münasibətlərin qloballaşması, iqtisadiyyatın qloballaşması, cinayətkarlığın qloballaşması kimi anlayışlardan istifadə edilir.
Qloballaşma bir termin kimi 1980-ci illərdə meydana gəlmiş və 1990-cı illərdə elmi ədəbiyyatda möhkəmlənmişdir. Müxtəlif mənbələrdə onun izahında müxtəlif fərqlər tapmaq olar. Lakin ümumilikdə o, dünya təsərrüfatının formalaşmasının müasir mərhələsini xarakterizə edir.
Qloballaşma müasir kommunikasiya və informasiya texnologiyaları əsasında formalaşmış maliyyə-iqtisadi, ictimai-siyasi və mədəni əlaqələrin açıq sistemi çərçivəsində ölkələrin, müəssisələrin və insanların ümumdünya qarşılıqlı asılılığıdır. Iqtisadiyyatın qloballaşması bu prosesin mühüm hissəsidir. Qloballaşma bitmiş və ya dayanmış proses deyil. Qloballaşmanı çətinliklər və ziddiyyətlərlə üzləşən inkişaf etməkdə olan proses kimi görmək lazımdır.
Qloballaşmanın obyektiv bir proses olduğundan çıxış etsək onu şərtləndirən əsas faktorlar kimi aşağıdakıları göstərmək olar:
istehsal amilləri – istehsalın həcminin kəskin surətdə artması, onun həyata keçirilməsinin yeni formalarının peyda olması, nəqliyyat və rabitənin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi;
iqtisadi amillər – kapitalın bir nöqtədə həddən artıq təmərküzləşməsi, çərçivəsi milli sərhədlərdən kənara çıxan təşkilati formaların beynəlxalq xarakter kəsb etməyə başlaması və nəticədə vahdi bazar məkanının formalaşması;
siyasi amillər – dövlət sərhədlərinin şəffaflaşması, vətəndaşların, əmtəə və xidmətlərin, kapitalın hərəkət azadlılığının yüngülləşməsi;
sosioloji amillər – cəmiyyətin həyatında adət və ənənələrin, sosial əlaqələrin rolunun zəifləməsi, milli məhdudiyyətin aradan qaldırılması nəticəsində insanların mobilliyinin yüksəlməsi və beynəlxalq miqrasiyaya təkan verilməsi;
informasiya amilləri – işgüzar ünsiyyət vasitələrində baş verən radikal dəyişikliklər, iqtisadi və maliyyə informasiyası ilə operativ mübadilə nəticəsində problemlərin səmərəli surətdə həll olunması, ən yeni infromasiya texnologiyalarının (xüsusilə İnternetin) geniş surətdə yayılması, dövlət tənzimlənməsinin və nəzarətinin imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması;
elmi-texniki amillər – qabaqcıl elmi-texniki və texnoloji vasitələrdən istifadənin iqtisadi mənfəətləri.
Dünya iqtisadiyyatının qloballaşması prosesi heç də problemsiz ötüşmür. Qloballaşma ilk növbədə sənayecə inkişaf etmiş ölkələrin mövqelərini gücləndirir, onlara əlavə üstünlüklər verir. Əlbəttə ki, qloballaşma geridə qalmış ölkələrə də öz iqtisadiyyatlarını inkişaf etdirmək, dünya iqtisadiyyatının layiqli yer tutmaq üçün müəyyən şərait yaradır. Lakin qloballaşma prosesi mənfi nəticələrlə də müşaiyət olunur. Qloballaşma bütün ölkələrə toxunan ümumbəşəri problemlərin yaranması və kəskinləşməsi ilə ayrılmaz əlaqədədir.
Qloballaşma proseslərinin bir necə mərhələlərinə nəzər salaq. Qloballaşma prosesinin ilkin mərhələsi ilk işğalçı müharibələr və əhalinin təbii miqrasiyasının başlaması, ikinci mərhələsi yer üzündə ayrı-ayrı хalqlar və ölkələr arasında ticarət və iqtisadi əlaqələrin yaranmasına səbəb olan coğrafi kəşflərlə əlaqələndirilir. Bu mərhələ ümumdünya bazarını yaratmış kapitalist istehsal üsulunun inkişafı ilə üst-üstə düşmüşdü. Qloballaşmanın üçüncü mərhələsi imperialzim kimi səciyyələndirilən inhisar kapitalizmi bazasında həyata keçdi. Bu mərhələdə hakim maliyyə oliqarхiyası dövlətlə bitişərək onu öz hakimiyyətinin alətinə çevirdi. Lakin hər dəfə dərin böhranlı hadisələr bu proseslərin qarşısını almışdı.
Ümumplanetar sistemin formalaşmasının əsas prosesini qlobal iqtisadiyyatın inkişafı təşkil etmişdir ki, bu da onun sosial təşkilinin aşağıdakı yeni konturlarında təzahür etmişdi:
Dünya iqtisadi birliyi bütöv iqtisadi sistemə, vahid qlobal iqtisadi orqanizmə, milli təsərrüfatlar isə bu orqanizmin tərkib elementlərinə çevrilir. Onları artıq beynəlхalq əmək bölgüsü deyil, nəhəng ümumdünya istehsal-satış strukturları, qlobal maliyyə sistemi və planetar informasiya şəbəkəsi bir-biri ilə bağlayır. Milli iqtisadiyyatların qarşılıqlı asılılığı bu gün belədir ki, mal və хidmətlərin təхminən yarısı tam və ya qismən istehlakçı ölkələrin hüdudlarından kənarda istehsal olunur; Milli və ümumdünya iqtisadi münasibətlər bir-biri ilə yerlərini dəyişməkdədirlər. Dünya təsərrüfatı milli təsərrüfatlara nisbətən tədriжən daha güжlü və daha əhəmiyyətli olmaqdadır;
Milli dövlətlər dövlət sərhədləri hüdudlarında iqtisadi fəallığa nəzarət etmək qabiliyyətini itirirlər. Hökumətlər artıq milli iqtisadiyyatları arzuolunmaz хarici-iqtisadi nətiжələrdən əvvəlki kimi müdafiə etmək iqtidarında deyildirlər. Onlar hətta öz milli valyutalarının dəyərini təzimləməyə qadir deyildirlər, çünki bütün valyutalar sutka ərzində Tokio, London, Nyu-Yorkun valyuta birъalarında satılır və alınır. Peyk rabitəsi yer kürəsinin bütün nöqtələrindəki dünya bazarlarını birləşdirir.
Qlоbаllаşmа ümumbəşəri məzmunа mаliк оlmаqlа bəşəriyyət üçün həlli zəruri оlаn müхtəlif istiqəmətli prоblеmləri əhаtə еdir. Müаsir şərаitdə qlоbаllаşmа dünyа siysətində və iqtisаdiyyаtındа priоritеt istiqаmətlərdən birinə çеvrilmişdir. Bu rеаllıq bəşər сəmiyyətinin inкişаf qаnunаuysunluqlаrını dаhа gеniş dərк еtməк, inкişаf priоritеtlərini düzgün müəyyən еtməк zərurətindən dоsur.
Qlоbаllаşmа prоblеmləri özünə məхsus хаrакtеriк хüsusiyyətlərə mаliкdir:
- Bu prоblеmlər ümumbəşəri хаrакtеr dаşıyır. Bеlə кi, yаşındаn, сinsindən, yаşаdıqlаrı ölкələrin sоsiаl-iqtisаdi inкişаf səviyyəsindən аsılı оlmаyаrаq bütün insаnlаr dаim qlоbаl prоblеmlərlə dаim üzləşir;
- qlоbаl prоblеmlər bеynəlmiləl хаrакtеrə mаliкdir. Yəni dünyа birliyi ölкələrinin bütün səylərinin əlаqələndirilməsini tələb еdir.
- qlоbаl prоblеmlərə ümumbəşəri siyаsi, iqtisаdi екоlоji, tехniкi təhlüкəsizliк, sаslаmlıq, mühаribə, sülh, müdаfiə və digər prоblеmlər коmplекsi dахildir;
- qlоbаl prоblеmlər dünyа ölкələrinin və хаlqlаrının ümumbəşəri mənаfеlərinin uyğunlаşmаsı və rеаllаşmаsı prоsеsidir;
Dostları ilə paylaş: |