Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə151/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   147   148   149   150   151   152   153   154   ...   160
Beynelxalq marketinq muhazire

Makkartni

Kotler

Qeyl

Polivoda




Marketinq-miks

Marketinq-miks

Beynəlxalq Marketinq-miks

Əmtəə (product)

Əmtəə

Əmtəə

Əmtəə-xidmət (product-service)

İrəlilədilmə (promotion)

İrəlilədilmə

İrəlilədilmə

İrəlilədilmə və reklama (publicity)

Qiymət (price)

Qiymət

Qiymət

Qiymətqoyma (pricinq)

Yeri (place)

Yeri

Yeri

Satış yeri (sale of place)




İctimai rəy (public opirion)

Xalq (people)

Xalq







Siyasət (politics)

Siyasət

Prezidentlər (precedents)










Mənfəət (profit)

Güc (power)

Proses (projess)












Planlaşdırma və nəzarət










Beynəlxalq iqtisadi münasibətlərin islahatı ilk növbədə aşağıdakıları özündə əks etdirməli idi:



  • idarəetmənini həddən artıq mərkəzləşdirilmiş plan-sərəncamverici metodlarından bazar prinsiplərinə keçid;

  • beynəlxalq iqtisadi münasibətlərin dövlətləşdirilməsinin qarşısının alınması;

  • beynəlxalq iqtisadi münasibətlərin köklü surətdə liberallaşdırılması.

3. Beynəlxalq bazarlarda strategiyaların reallaşdırılması imkanları.

Strategiya - təşkilatın vəzifələrinin həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək üçün müəyyən edilmiş uzun müddətli və hərtərəfli kompleks planı özündə əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərindən deyil, bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır. Strategiyasının 4 əsas növü vardır:

1. Mövcud olan əmtəələri satmaq üçün müəssisənin ənənəvi olan bazara nisbətən satışın genişləndirilməsinə imkan verə bilən bazara daxil olunması; 

2. Yeni və daha mütərəqqi əmtəələrin işlənib hazırlanması (ənənəvi bazarda təkmilləşdirilmiş, modelləşdirilmiş, yaxud daha müasir Əmtəələrin satış həcmlərinin artırılması). 

3. Bazarın genişləndirilməsi (yeni bazarlarda mövcud olan əmtəələrin satış həcminin yüksəldilməsi); 

4. Diversifikasiya (yeni bazarlar üçün yeni Əmtəələr istehsal etmək); 

Firmanın strategiyası müəyyən edilərkən aşağıdakı üç əsas məsələ ilə qarşılaşır:

1. hansı biznesə xitam verilsin.

2. hansı biznes davam etdirilsin.

3. hansı biznesə keçirilsin.

Bu o deməkdir ki, strategiyada əsas diqqət aşağıdakılara yönəldilir:

a) təşkilat nəyi edir və nəyi etmir.

b) fəaliyyətin həyata keçirilməsində nə mühümdir, nə vacib deyil.

Bizneslə məşğul olmağa qərar verən hər bir sahibkarın vəzifəsi ümumi görünüşdə ona gətirib çıxarır ki, öz fəaliyyət sferasını müəyyənləşdirsin, uğura gətirən yeni ideyanı tapsın, mümkün risk nöqtəyi-nəzərindən onu hərtərəfli qiymətləndirsin və sonra isə nəzərdə tutulanları konkret nətijə alana qədər həyata keçirsin.Strategiya təşkilatın məqsədlərinin formalaşdırılmasını, onun həyata keçirilməsini, təşkilatın artımını, inkişafını təmin edir və iqtisadi cəhətdən möhkəmləndirilməsinə yönəlir. Strateji planlar müəssisənin ümumi strateqiyasının, onun fəaliyyət istiqamətlərinin, perspektiv inkişafının müəyyənləşdirilməsindən ibarətdir. Strateji planlar yeni və mütərəqqi məhsulların istehsalını, müəssisənin rəqabət qabiliyyətinin möhkəmləndirilməsini nəzərdə tutur. Onun əsas vəzifəsi ətraf mühitdəki dəyişikliyə reaksiya üçün lazımi informasiya və dəyişikliyin təminatından ibarətdir.Strateji planlaşdırmanın həyata keçirilməsində proqnozlaşdırmanın da rolunu qeyd etmək vacibdir. Proqnozlaşdırma strategiyanın müəyyən edilməsi və reallaşdırılması üçün tətbiq edilən funksiyalardan biridir. Proqnozlaşdırma təşkilatın zəif və güclü tərəflərinin tədqiqi yolu ilə məqsədlərin müəyyən olunmasına köməklik göstərir. Proqnozlaşdırma müəssisənin gələcək perspektivlərinə xidmət edir. Müəssisə səviyyəsində proqnozlaşdırma xarici mühitin gələcək göstəriciləri haqqında məlumatların verilməsi ilə əlaqədardır. Xarici mühitin göstəriciləri haqqında proqnozlar plan və sonrakı proqnozlar üçün iqtisadi hesablamalardan ötrü başlanğıcdır.

Bazarı tədqiq edərkən istehlakçıların konkret mallar qarşısında qoyduğu tələblərin xarakteri və xüsusiyyətləri də nəzərdən qaçmamalıdır. Bu tələblər əsasən aşağıdakılarla xarakterizə olunur: məmulatın yeniliyi və yüksək texniki səviyyəsi; onun işlənib hazırlanmasının yüksək keyfiyyəti və istismarı prosesində fasiləsizliyi; satışdan sonrakı dövrdə göstərilən texniki xidmətlərin səviyyəsi; məmulatın qiymətinin əlverişliliyi və onun istifadəsi prosesində faydalılığı.

Bazarın inkişaf perspektivi də hökmən təhlil olunmalıdır. Burada yuxarıda qeyd edilən xüsusi amillərlə yanaşı , ümumi mühit, ümumi amillər də mühüm rol oynayır. Bu mühitə bazarın konyukturu gedişatının dəyişməsini daim müşahidə etmək, o cümlədən mal( məhsul) buraxan və istehlak edən istehsal sahələri silsiləsinin ( dövrünün) hansı mərhələdə olduğunu müəyyənləşdirmək, həmçinin bazar qiymətlərinin , xüsusi və dövlət ticarət şəbəkəsində , hökümət anbarlarında ehtiyatların enib- qalxmasını daim diqqət mərkəzində saxlamaq lazımdır.

Bazarın tədqiqinin metodikası bazarın, yaxud konkret malın təhlilinə imkan verən üsul və metodların məcmuyudur. Həmin metodikada aşağıdakılar əsaslandırılır: təhlili məqsəd kimi qəbul edilmiş bazarın ( dünya, sahəvi, milli bazarların, bazar seqmentinin) seçilməsi; bazar şərtinin təhlili üçün istifadə olunacaq göstəricilərin müəyyənləşdirilməsi; təhlil üsulunun və proqnoz göstəricilərinin müəyyənləşdirilməsi; informasiya mənbələrinin əldə edilməsi; tədqiqatın təşkili.

Əgər dünya bazarı və milli sahəvi bazarlar iştirakçılar , yaxud qrup iştirakçıları arasında bölüşdürülübsə, bu halda tədqiqat üçün bazarın ayrı- ayrı seqmentlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istehsalın istiqamətini konkret alıcıların tələblərinə sarı yönəltmək imkanı yaradır. Bunula bağlı bazarın seqmentləşdirilməsi metodikasının işlənib hazırlanması mühüm şərtdir. Seqment bazarın müəyyən bir hissəsidir. Bazarın ayrıca bir seqmentində müəyyən bir qrup alıcılar məmulatın ( malın) konkret olaraq müəyyən modifikasiyasına yönəltmək daha əlverişli olur.

Beynəlxalq təşkilatların fərqləndirici xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

-Xarici ölkələrin ərazilərində filiallarının və «qız» kompaniyalarının mövcudluğudur;

-Nəzarətdə olan müəssisələrdə texnoloji kooperativləşmədən və ixtisaslaşmadan istifadə edir.

-Filialların və «qız» kompaniyalarının fəaliyyətlərinə nəzarət edir və onun koordinasiyasını həyata keçirilir.

Qabaqcıl təcrübə göstərmişdir ki, təşkilatlar beynəlxalq marketinqlə məşğul olmağa 2 amil sövq edə bilər:

1. Daxili bazarda marketinq imkanlarının zəifləməsi və ya konyukturun dəyişməsi.

2. Müəssisələr öz əmtəələri üçün başqa ölkələrdə açılan imkanların artması ilə xarici ticarət fəaliyyətinə cəlb oluna bilmə imkanlarının yaranması.

Beynəlxalq təşkilat aşağıdakı şəkildə göstərilən 6 əsas qərarı qəbul etməlidir.












Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin