AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2.78 Mb.
səhifə32/40
tarix02.12.2016
ölçüsü2.78 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

İSİ MƏLİKZADƏ

(1934-1995)


Həyatı və fəaliyyəti. İsi Ab­bas oğlu Mə­lik­za­də 1934-cü il ma­yın 1-də Ağ­ca­bə­di ra­yo­nu­nun in­zi­ba­ti mər­kə­zi­nə yaxın olan Xal­fə­rəd­din kən­din­də do­ğul­muş­dur. Ata­sı Ab­bas ki­şi öm­rü bo­yu Ağ­ca­bə­di­də bərbər­lik et­miş­dir. Yazıçı­nın uşaq­lıq döv­rü haq­qın­da qiy­mət­li mən­bə, av­to­bi­oq­ra­fik po­vest olan «İki gü­nün qo­na­ğı» po­ves­tin­dən onun uşaq­lığı, ai­lə­si­nin ka­sıb­lığı, ata­sı və ana­sı haq­qın­da ma­raq­lı mə­lu­mat­lar öy­rən­mək olur.

Yazıçı ata­sını boy­ca ana­sın­dan ba­la­ca, al­çaq boy­lu bir ba­mə­zə şəxs ki­mi təq­dim edir. O, Ağ­ca­bə­di­yə Xo­ca­lı­dan kö­çüb gəl­miş­di. Mol­la mək­tə­bi­ni bi­tir­miş­di, şeir-sə­nət hə­vəs­ka­rı, çox­lu lə­ti­fə­lər bi­lən bir şəxs idi. Gö­zəl, şi­rin söh­bət­lə­ri ilə hör­mət qa­zan­mış­dı. İsi­nin xalq di­li­nə gö­zəl bə­ləd­li­yi həm də ata­sın­dan gə­lir­di.

Ab­bas ki­şi 1978-ci il­də rəh­mə­tə getmiş­dir. İsi ai­lə­də dör­dün­cü uşaq ol­muş­dur. Mü­ha­ri­bə il­lə­rin­də Ab­bas ki­şi­nin ai­lə­si on bir nə­fər­dən iba­rət idi. Çox güman ki, səh­hə­tin­də olan han­sı­sa qü­su­ra gö­rə or­du­ya sə­fər­bər edil­mə­yən Ab­bas ki­şi bütün mü­ha­ri­bə döv­rü­nü və son­ra­kı öm­rü­nü bərbər­lik­lə ke­çir­miş, da­va­nın ac­lıq il­lə­rin­də on bir baş kül­fə­ti bir­cə ül­güc­lə do­lan­dır­mış­dır. Ab­bas ki­şi­nin sək­kiz öv­la­dın­dan yed­di­si qız idi. Yed­di qız kö­çü­rən ata­sını yazıçı «Yed­di ocaq» he­ka­yə­sin­də də təs­vir et­miş­dir. Da­va vax­tı ai­lə­də­ki on bi­rin­ci adam İsi­nin ata nə­nə­si Mə­şə­di Mə­lək idi. Da­va il­lə­rin­də özünü oğ­lu­na ar­tıq yük sa­yan bu qa­dın 1944-cü il­də və­fat et­mişdir.

Ka­sıb­lıq, qə­hət İsi­nin uşaq­lıq xa­ti­rə­lə­rin­də əsas yer tu­tmuş və son­ra­lar onun nəs­ri­nin əsas möv­zu­la­rın­dan bi­ri ol­muş­dur. Müha­ri­bə döv­rü­nü ke­çən uşaq­la­rın ək­sə­riy­yə­ti ki­mi da­va­nın ağır, dözül­məz ac­lıq il­lə­ri onun dü­şün­cə­sin­də zə­də ki­mi qal­mış, nəsr əsər­lə­rin­də müx­tə­lif ta­le­lər və və­ziy­yət­lər şək­lin­də özünü gös­tər­miş­dir. «İki gü­nün qo­na­ğı»nda yazıçı da­va vax­tı ana­sı xəs­tə olar­kən çö­rək növ­bə­lə­ri­nə get­mə­si­ni, bu­ra­da ayaq alt­da qa­lıb əzil­mə­si­ni emo­sio­nal bo­ya­lar­la təs­vir et­miş­dir.

İsi­nin ana­sı Zə­roş xa­nı­mın ana­sı Qa­ra­do­laq tay­fa­sın­dan, ata­sı isə Da­ğıs­tan­dan idi. Mərd xa­siy­yət­li bir qa­dın olan Zəroş xanım bir­cə oğlu­nu həd­siz bir mə­həb­bət­lə se­vir­di. O, 1996-cı il de­kab­rın 5-də Ağca­bə­di­də İsi Mə­lik­za­də­nin qəb­irüs­tü abi­də­si açı­lan gün, oğ­lun­dan düz bir il son­ra Ba­kı­da və­fat et­miş­di. Onu abi­də­nin açı­lı­şına, Ağ­ca­bə­di­yə apar­maq is­tə­yən­də de­miş­di: «Mən ca­maatın üzü­nə ba­xa bi­l­mə­rəm». Ana əziz oğ­lun­dan son­ra ya­şa­dığı üçün ət­raf­da­kı­lar­dan xə­ca­lət çə­kir­di.

İsi­nin səh­hə­ti uşaq­lıq il­lə­rin­dən zə­if ol­muş, ana­sı və nə­nə­si uzun il­lər onun üs­tün­də əs­miş, onu qo­ru­muş­lar.

Orta mək­tə­bi bi­ti­rən­dən son­ra İsi 1952-ci il­də Ba­kı­ya gə­lib M.Əziz­bə­yov adına Azər­bay­can Sə­na­ye İns­ti­tu­tu­nun Neft-kim­ya fa­kül­tə­si­nə da­xil ol­muş, 1957-ci il­də ins­ti­tu­tu uğur­la bi­ti­rib tə­yi­nat üz­rə Əziz­bə­yov Neft Mə­dən­lər ida­rə­sin­də ope­ra­tor, ye­rüs­tü ava­dan­lıq us­ta­sı iş­lə­miş­dir. Üç il neft mə­dən­lə­rin­də iş­lə­dik­dən son­ra tə­yi­nat müd­də­ti qur­tar­dığı üçün iş­dən çı­xıb hə­mi­şə­lik ra­yon­da ya­şa­maq ümi­di ilə 1961-ci il­də Ağ­ca­bə­di­yə qa­yıdır. Hə­min ildə yazıçı ar­tıq ev­lən­miş­di, bir oğ­lu və bir qı­zı var­dı, İçə­ri­şə­hər­də ki­ra­yə­də ya­şa­yır­dı. Bu mən­zil məs­ci­din ya­nın­da, bö­yük tut ağa­cına lap yaxın idi. İsi 1957-ci il­də - ins­ti­tu­tu bi­tir­di­yi il ki­ra­yə­çi­si ol­duğu ai­lə­nin ki­çik qı­zına ev­lən­miş­di. Bu qız - Əsə­do­va Lə­ti­fə Əsəd qı­zı - tibb ba­cı­sı idi. On­la­rın iki qı­zı, bir oğ­lu ol­muş­dur. Qız­la­rı Xa­ti­rə və Ar­zu ali pedaqoji təhsil alıblar. Oğ­lu Sa­leh ürək xəs­tə­li­yin­dən və­fat et­miş­dir.

Yazıçı öz to­yu­nu nəs­ri­mi­zin şah əsər­lə­rin­dən bi­ri olan «İki gü­nün qo­na­ğı» po­ves­tin­də ağ­rı və hə­yə­can­la təs­vir et­miş­dir. Qon­şu­lar­dan bi­ri­nin ikin­ci mər­tə­bə­də­ki iri za­lın­da keç­miş toy­da yazıçı­nın ana­sı, bö­yük ba­cı­sı və onun əri iş­ti­rak et­miş­lər. Nə­yə gö­rə­sə, Ab­bas ki­şi toy­da iş­ti­rak et­mə­miş­dir, çox gü­man ki, bu, onun yazıçı­nın şə­hər­li qı­zına ev­lən­mək qə­rarın­a etirazının nəticəsi idi. Toy ərə­fə­sin­də və toy za­ma­nı bu söh­bət­lə­rin get­di­yi po­vest­dən bi­li­nir. 50-ci il­lər­də kənd­li gənc­lər çox za­man Ba­kı­ya, pe­şə-sə­nət mək­təb­lə­ri­nə məc­bu­ri gə­ti­ri­lir­dilər: neft sə­na­ye­sin­də fəh­lə və mü­tə­xəs­sis ça­tış­mır­dı. Ca­van­la­rın bir his­sə­si şə­hə­rə öy­rə­şib qa­lır, bur­da ta­le­lə­ri­nə dü­şən qız­lar­la ev­lə­nir­di­lər. Bu­na bəzən kənd­də doğma oca­ğa hör­mət­siz­lik, nan­kor­luq ki­mi ba­xır­dı­lar.

İsi­nin kənd­də sev­di­yi qız ol­muş­dur: la­kin bu qız yaş­ca on­dan üç yaş bö­yük idi və yu­xa­rı si­nif­də oxu­yur­du. Bu ma­cə­ra­la­rını yazıçı «Ağ­rı» he­ka­yə­sin­də və «Günəş har­da ge­cə­lə­yir» po­ves­tin­də təs­vir et­miş­dir. Buna əsasən de­mək olar ki, yazıçı hə­ya­tının əsas sev­gi­si­ni şə­hər­li qız­da tap­mış­dır. 1968-ci il­də ar­tıq ta­nın­mış yazıçı ali təh­sil­dən son­ra­kı ilk il­lə­ri, öz to­yu­nu ağır xa­ti­rə­lər ki­mi, az qa­la tra­gik ton­da təs­vir edir: hiss olu­nur ki, İs­lam adı ilə təs­vir et­di­yi öz ob­ra­zına ürə­yi ya­nır, ya­zığı gə­lir. Bu hal şüb­hə­siz ki, yazıçı­nın tə­biə­tin­də­ki güclü his­siy­yat­dan, bir qə­dər də bəd­bin­lik­dən irə­li gə­lir­di.

Üç il Qa­la­ kəndindəki neft mə­dən­lə­rin­də iş­lə­yən­dən son­ra iki uşaq ata­sı, ki­ra­yə­ni­şin İsi Mə­lik­za­də mə­dən­dən haqq-he­sa­bını alıb iş­dən çı­xır, ar­va­dını və iki uşa­ğını ra­yon­da iş­ə dü­zə­lə­nə­dək Ba­kı­da qo­yub doğma Ağ­ca­bə­di­yə ge­dir. Onun doğma oca­ğa bu bir ay­lıq qa­yı­dı­şı həm yazıçı­nın hə­ya­tın­da, həm də müasir kənd nəs­ri­nin ta­ri­xin­də yeni hadisə oldu və ca­van yazıçı­nın kən­d və ora qa­yıt­maq ba­rə­də bütün xül­ya­la­rını da­ğıt­dı.

İsi­nin kən­də qa­yıt­maq ba­rə­də ata-ana­sı ilə əh­di var­dı. Ab­bas ki­şi 1955-1956-cı il­lər­də kənd­də çiy kər­pic­dən tik­di­yi ev ba­rə­də Ba­kı­da oxu­yan oğ­lu­na mək­tub yaz­mış­dı. İsi də mək­tu­ba ca­vab ver­miş­di ki, evi müt­ləq iki mər­tə­bə ti­kin, mən də təh­sil­dən dö­nüb kən­də qa­yı­da­cağam və evin əyər-əs­ki­yi­ni özüm dü­zəl­də­cəyəm. Ata­sı bir­cə oğ­lu­nun sözünü ye­rə sal­ma­yıb evi iki­mər­tə­bə­li tik­miş­di. Son­ra­lar bu bi­na da İsi­nin kən­də qa­yıt­maq əh­di­nin şa­hi­di ki­mi onun da­xi­li ağrı­la­rın­da iş­ti­rak edən ob­ra­za çev­ril­miş­di. Yed­di qızı kö­çürən­dən son­ra qo­ca ata-ana uzun il­lər - 1968-ci ilə qə­dər oğul­la­rının kən­də gə­lə­cə­yi­ni göz­lə­miş­lər.

İsi isə kən­də heç vaxt kö­çə bil­mə­yə­cə­yi haq­da nə­ti­cə­yə 1961-ci il­də - bir ay müd­də­tin­də kənd­də iş ye­ri ax­ta­rıb heç nə ta­pa bil­mə­dik­dən son­ra gəl­miş­di. Ra­yo­nun xey­li rəh­bər iş­çi­si bərbər Ab­bas ki­şi­nin köh­nə müş­tə­ri­lə­ri idi. La­kin İsi bir ay ər­zin­də ka­bi­net­lə­rə nə qə­dər ayaq döy­sə də, ata­sının müş­tə­ri­lə­rin­dən sə­mi­mi bir si­fət be­lə, gö­rə bil­mə­miş­di. Mə­mur­lar bir həf­tə ər­zin­də ali mək­təb dip­lo­mu ilə ra­yon­da iş ax­ta­ran bərbər oğ­lu­nun üzü­nü be­lə, yad­da sax­la­mırlar. Hər də­fə onun nə üçün gəl­di­yi­ni so­ru­şur­du­lar. Bir də­fə hət­ta ca­van yazıçı­ya de­miş­di­lər ki, sən bi­zim kadr de­yil­sən. Ona gö­rə yazıçı­nın sa­də­lövh ana­sı oğ­lu kor-peş­man Ba­kı­da iş ax­tar­ma­ğa qa­yı­dan­da de­miş­di ki, ey­bi yox­dur oğ­lum, bur­da neft ta­pı­lan­da qa­yı­dıb iş­lə­yər­sən.

İsi kənd­də iş tap­ma­yıb 1961-ci ilin pa­yı­zın­da Ba­kı­ya qa­yıdan­da Azər­bay­can nəs­ri­nin bəx­ti gə­tir­di: ca­van yazıçı ra­yond­a ili­şib ömür­lük or­ta bir mə­mur da ola bi­lər­di. Am­ma be­lə ol­ma­dı. Ağır fi­kir və hə­yə­can­lar­la Ba­kı­ya dö­nən İsi Mə­lik­za­də həm də mü­hüm bir nə­ti­cə­yə gəl­di. Re­al, ger­çək kənd onun tə­səv­vü­rün­də ya­şa­yan çəh­ra­yı bo­ya­lı, ro­man­tik kənd de­yil­dir. Onun qa­pı­la­rını döy­dü­yü mə­mur­lar qə­dim feo­dal­lar ki­mi hökm­lü və qəd­dar idi­lər, in­sa­na xas mər­hə­mət­dən, zə­rif hiss­lər­dən məh­rum idi­lər. Yazıçı on­lar­dan və xüsusi­lə on­la­rın baş­çı­lığı al­tın­da iş­lə­mək pers­pek­ti­vin­dən qorx­du. Azər­bay­can nəs­rin­də ya­şa­yan li­rik-ro­man­tik kənd ob­ra­zı İsi üçün hə­mi­şə­lik öl­dü.

Kənd mövzusu yazıçı üçün ağrılı bir so­si­al problemə çevri­ldi və yazıçı da onun araş­dı­rı­cısı ol­du. Və­zi­fə­yə, və­zi­fə­li adam­la­ra şüb­hə­li, mən­fi, bir qə­dər də kin­li mü­na­si­bət yazıçı­nın bə­dii yad­da­şının ay­rıl­maz key­fiy­yə­ti ol­du. İsi Mə­lik­za­də üçün ar­tıq kənd ye­rin­də rəh­bər və­zi­fə­də otu­ran heç kəs müs­bət ob­raz pro­to­ti­pi ola bil­məz­di.

Gerçək kən­din özü ilə re­al toq­quş­ma və dra­ma­tik məğ­lu­biy­yət yazıçı­nı kənd sa­ki­ni ol­maq­dan hə­mi­şə­lik məh­rum et­di, həm də Azər­bay­can kənd nəsrinin ta­ri­xin­də ye­ni bir sə­hi­fə aç­dı. Bu, İsi Mə­lik­za­də­nin vax­tı keç­miş, uşaq­lıq xa­ti­rə­lə­rin­də ya­şa­yan li­rik-ro­man­tik kənd ob­ra­zın­dan üz dön­də­rib, qəd­dar, aman­sız, yox­sul, ar­zu­la­rı ürək­lər­də qo­yan kənd ob­ra­zına − ədə­biy­ya­tı­mı­za İsi­nin bəxş edə­cə­yi ye­ni kənd ob­ra­zına yol aç­dı. Bu, kənd nəsrinin so­si­al qa­na­dı, ye­ni bir key­fiy­yət döv­rü oldu.

1968-ci ilin pa­yızın­da kən­də iki gün­lük sə­fə­rin­də qo­cal­mış ata­sı İsi­dən qə­ri­bə xa­hiş et­di: «Kən­də qa­yıt­ma­ya­ca­ğını ana­na de­mə». Ab­bas ki­şi ar­tıq oğ­lu­nun qa­yıt­ma­ya­ca­ğını bi­lir­di, an­la­mış­dı. Am­ma yazıçı­nın ana­sı öm­rü­nün so­nu­na­can oğ­lu­nun qa­yıt­ma­sını, nə­və­lə­ri­ni gözü do­lu gör­mə­yi ar­zu­la­mış­dı. Ata­sı isə bu ifa­də ilə həm də oğ­lu­na eşit­dir­miş­di ki, o, da­ha ümid­lə ya­şa­mır, onu göz­lə­mir.

Bütün bun­la­rı yazıçı 1968-ci il­də qələmə al­dığı «İki gü­nün qo­na­ğı» po­ves­tin­də yaz­mış­dır. Hə­min po­vest İsi Mə­lik­za­də­nin − Azər­bay­ca­nın bö­yük bir yazıçı­sının gə­li­şi­ni bildirən ədə­bi abi­də idi. Əsər qo­ca Ey­vaz ki­şi ob­ra­zı vasitəsilə yazıçı­nın öz ata­sının di­li ilə de­di­yi hə­qi­qəti − kən­də qa­yıt­ma­sının qey­ri-müm­kün­lü­yünü − li­rik kənd nəs­ri­nin ori­ji­nal döv­rü­nün bit­di­yi­ni (təq­lid döv­rü bir qə­dər da­vam et­di) xə­bər ve­rən ma­ni­fest, proq­ram bir po­vest idi. Hə­min po­vest həm də ye­ni kənd nəs­ri­nin − so­si­al kənd nəs­ri­nin baş­lan­ğı­cı idi. Bu nəs­rin əsas mü­əl­li­fi və ya­ra­dı­cı­sı da İsi Mə­lik­za­də idi.

1961-ci ildə Ağ­ca­bə­di­dən Ba­kı­ya dö­nən İsi Mə­lik­za­də Ba­kı şə­hər Qaz İda­rə­si­nin la­yi­hə bü­ro­sun­da işə dü­zəl­ir. Bu­ra­da onu yax­şı mü­hən­dis ki­mi şö­bə rəi­si­nin müa­vi­ni və­zi­fə­si­nə irə­li çə­kir­lər. Ona üç otaq­lı mən­zil ve­ri­lir və yazıçı heç ol­ma­sa, mət­bəx­də ge­cə­lər yazı yaz­maq üçün im­kan və şə­ra­it qa­za­nır. Bu­ra­da iş­lə­di­yi al­tı ilə yaxın müd­dət­də (1961-1966) yazıçı özü ki­mi kənd­dən çıx­mış çox­lu or­ta zi­ya­lı-mü­hən­dis­lər­lə ta­nış olur. Onun ya­ra­dı­cılığının əsas tip­lə­ri bu­ra­nın fi­kir və ağı­lca zi­ya­lı, ya­şa­yış və do­la­nı­şıq ba­xı­mın­dan çox ka­sıb in­san­ları idi. İsi keç­mi­şi kənd­li ba­la­la­rı olan bu yox­sul zi­ya­lı­lar­la asan­lıq­la ün­siy­yət ta­pır, dost­la­şır. On­la­rın hə­yat və məi­şə­ti də bir-bi­ri­nə çox yaxın idi: ək­sə­riy­yə­ti ki­ra­yə­də qa­lır, gə­lə­cə­yə ümid və nik­bin­lik­lə ba­xır­dı­lar. Əs­lin­də bu il­lər yazıçı­nın hə­ya­tının ən ma­raq­lı, məh­sul­dar döv­rü idi. So­vet cə­miy­yə­ti­nin miq­ya­sını, onun fəa­liy­yət me­xa­niz­mi­ni yazıçı bu­ra­da gö­rüb öy­rən­di.

Yazıçı­nın ilk mət­bu ya­zı­la­rı 1950-ci illərin sonu 1960-cı illərin birinci yarısına aid­dir. O, ədə­biy­ya­ta «Kir­pi» jur­na­lın­da çıxan sa­ti­rik ya­zı­lar­la gəl­miş, jur­nal­da ça­lı­şan Sa­lam Qə­dir­za­də ilə dost­laş­mış­dı. İsinin ilk he­ka­yə­si «Peş­man­çı­lıq» adı ilə 1957-ci il­də «Ağ­ca­bə­di pam­bıq­çı­sı» qə­ze­tin­də dərc olun­muş­du. Son­ra­lar uşaq­lar üçün yaz­dığı he­ka­yə­lə­ri «Pio­ner qə­ze­ti»ndə, «Pio­ner» jur­na­lın­da çap olun­muş­du. Yazıçı 1960-cı il­lə­rin ikin­ci ya­rı­sın­dan cid­di möv­zu­la­ra da­ha çox bağ­lan­mış­dır.

1964-cü il­də gənc yazıçı­nın ilk he­ka­yə­lə­rin­dən iba­rət «Həs­rə­tin so­nu» ad­lı ki­çik ki­ta­bı çıxır. Bu­ra­da­kı he­ka­yə­lər­də də­qiq, ifa­də­li xalq di­li var idi, bu dil mü­əl­li­fin şüb­hə­siz bə­dii is­te­da­dın­dan xə­bər ve­rir­di. La­kin hə­ya­ta mü­na­si­bət ba­xı­mın­dan gənc mü­əl­li­fin ilk he­ka­yə­lə­ri sa­də­lövh tə­sir ba­ğış­la­yır­dı. Hə­ya­tın­da­kı növ­bə­ti sınaq­lar, ta­le­yin zər­bə­lə­ri hə­lə onun kənd­li sa­də­lövh­lü­yünü, in­san­lar­da ax­tar­dığı işıq­lı tə­səv­vür­lə­ri alt-üst et­mə­li idi.

Bak­qaz­da işləyən gənc yazıçı­nın mü­di­riy­yət­lə mü­na­si­bət­lə­ri po­zul­ur. Onu irə­li çə­kən, ona ev ve­rən di­rek­tor onu nan­kor­luq­da, «tez qu­dur­maq­da» it­ti­ham e­dir. Gənc yazıçı­nın konf­lik­ti­nin kök­lə­ri həm də onun fan­ta­zi­ya­sının, ar­zu­la­rının də­rin­li­yin­də idi. İlk ki­ta­bı çı­xan­dan son­ra İsi Mə­lik­za­də mü­hən­dis­lik­dən so­yu­du, öz ye­ri­ni an­caq Azər­bay­can ədə­biy­ya­tın­da gör­mə­yə baş­la­dı. İstedad tanıyanlar onun par­laq və də­qiq nəsr təh­ki­yə­si­ni gö­rür, onu yazmağa hə­vəs­lən­di­rir­di­lər. Am­ma on­lar bil­mir­di­lər ki, İsi ge­cə­lər yat­mır, özü üçün qoy­duğu nor­ma­ya gö­rə hər ge­cə ya­zır­.

1967-ci il­də kom­so­mo­lun və Yazıçı­lar İttifaqı­nın müş­tə­rək or­qa­nı kimi «Ul­duz» jur­na­lı tə­sis edil­di. Gö­zəl şa­ir və nə­cib in­san olan Əh­məd Cə­mil jur­na­la re­dak­tor tə­yin olun­du. Ədə­bi mü­hit­də­ki hi­ma­yə­dar­la­rı İsi Mə­lik­za­də­ni bu jur­na­la işə dü­zəlt­di­lər. On­la­rın içə­ri­sin­də o za­man Yazıçı­lar İttifaqı­nın səd­ri olan Mir­zə İb­ra­hi­mov da var­dı. Mir­zə mü­əl­lim adam­sız, la­kin is­te­dad­lı gənc­lə­rə əl tut­ma­ğı se­vir­di. Çün­ki özü də ədə­biy­yat­da məhz be­lə bir yol keç­miş­di.

Ədə­bi mü­hit­də işə dü­zəl­mə­si İsi Mə­lik­za­də üçün qə­zet və jur­nal­la­rın qa­pı­la­rını da­ha ge­niş aç­dı. Ədə­bi or­qan­lar­da iş­lə­mək o za­man­lar na­si­rin çap olun­ma­sı üçün çox gə­rək­li idi. Azər­bay­can ədə­bi mü­hi­tin­də şəx­si mü­na­si­bət­lər hər şey­dən çox rol oy­na­yır­dı. Ədə­bi or­qan­da iş­lə­mək məhz bu yo­lu gənc yazıçı­nın üzü­nə açır­dı. Tez­lik­lə İsi Mə­lik­za­də «Ul­duz» jur­na­lın­da mə­sul ka­tib və­zi­fə­si­nə irə­li çə­kil­di (1968-1973).

1969-cu il­də «Gənc­lik» nəş­riy­ya­tın­da yazıçı­nın ikin­ci ki­ta­bı - «Öz­gə ana­sı» çap­dan çıxdı. O za­man­lar nəş­riy­yat­lar­da ki­tab­lar üç-dörd il əv­vəl­dən oxu­nub pla­na sa­lın­dığı üçün bu top­lu­da yazıçı­nın 1964-1966-cı il­lər­də, hə­lə Bak­qaz­da iş­lə­di­yi za­man yaz­dığı üç po­ves­ti top­lan­mış­dı.

İkin­ci ki­tab­da­kı po­vest­lər üslub və təh­ki­yə ba­xı­mın­dan 60-cı il­lər nəs­rin­də mi­sil­siz bir ha­di­sə ol­sa da, hə­ya­ta mü­na­si­bət ba­xı­mın­dan hə­lə müs­bət qəh­rə­man eh­ka­mının tə­si­rin­də idi. La­kin bu­ra­da özü­nə­məx­sus­luq da var­dı. İsi Mə­lik­za­də müs­bət in­san ide­al­ını an­caq sa­də­lövh, hə­ya­tın sərt üzün­dən xə­bər­dar ol­ma­yan sıra­vi şəxs­lər­də ax­ta­rır­dı.

İsi Mə­lik­za­də 1968-ci il­də Yaz­ıçı­lar İttifaqı­nın üzv­lü­yü­nə qə­bul olun­du. 1973-cü il­də − beş il «Ul­duz» jur­na­lının mə­sul ka­ti­bi iş­lə­dik­dən son­ra jur­na­la ye­ni re­dak­tor gəl­mə­si ilə bağ­lı ora­dan çıxdı və Azər­nəşr­də re­dak­tor iş­lə­mə­yə başl­adı. 60-70-ci il­lər nəs­ri­nin par­laq nü­mu­nə­lə­ri­nin mü­əl­li­fi olan İsi Mə­lik­za­də do­la­nı­şıq çə­tin­lik­lə­ri ilə bağ­lı sər­bəst ya­ra­dıcılıq­la məş­ğul ola bil­mir­di: ai­lə­ni do­lan­dır­maq üçün o, müt­ləq ha­ra­da­sa iş­lə­mə­li idi. Yazıçı­lıq isə onu do­lan­dı­ra bil­mir­di, çün­ki ki­tab­la­rı an­caq üç-dörd il­dən bir pla­na dü­şür­dü. On­lar­dan alınan qo­no­rar­la pe­şə­kar ya­ra­dıcılıq­la məş­ğul ol­maq müm­kün de­yil­di.

Ona gö­rə yazıçı­nın 1974-cü il­dən iş­lə­di­yi və­zi­fə­lər an­caq onun vax­tını alır və onun ye­ni-ye­ni əsər­lər üzərində işini yubadırdı. Ədə­bi zöv­qü və möv­qe­yi ay­dın­laş­dıq­dan son­ra onun müx­tə­lif re­dak­tor­lar­la, on­la­rın əli al­tın­da iş­lə­mə­si çə­tin­lə­şir­di. Ona gö­rə 70-ci il­lə­rin or­ta­la­rın­dan İsi Mə­lik­za­də müx­tə­lif yer­lər­də qı­sa müd­dət­lər­də iş­lə­miş­dir.

1970-ci il­lərdə yazıçı həm də gərgin ya­ra­dıcılıq­la məş­ğul olur və ra­yon mər­kə­zin­də ge­dən ne­qa­tiv pro­ses­lər ba­rə­də özünün və ədə­biy­ya­tı­mı­zın qızıl fon­du­na da­xil olan əsər­lə­ri­ni yaz­ırdı. Bun­lar «İki gü­nün qo­na­ğı», «Gü­nəş ha­ra­da ge­cə­lə­yir», «Dü­yün», «Qu­yu», «Evin ki­şi­si», «Də­də pa­lıd» po­vest­lə­ri idi. Va­hid möv­zu­ya həsr olun­muş bu po­vest­lər bir epo­pe­ya­nın fə­sil­lə­ri idi.

Bu dövr­də o, C.Cab­bar­lı adına ki­nos­tu­di­ya­da sse­na­ri re­dak­si­ya­sının üz­vü (1974-1976), «Azər­bay­can» jur­na­lın­da nəsr şö­bə­si­nin mü­di­ri (1976-1980), «Ul­duz»da nəsr şö­bə­si­nin mü­di­ri (1980-1981), «Mo­za­lan» sati­rik jur­na­lın­da bö­yük re­dak­tor (1981-1983), ki­nos­tu­di­ya­da baş re­dak­tor (1983-1985) və­zi­fə­lə­rin­də iş­lə­miş­dir.

1985-1988-ci il­lər­də ya­ra­dıcılıq­la məşğul olan yazıçı ye­ni­dən gənc­lik ar­zu­su­na qa­yı­dır. Bu za­man ar­tıq onun ata­sı hə­yat­da yox idi, onun İsi­nin adına çiy kər­picdən tik­diyi ikimər­tə­bə­li ev isə du­rur­du. Yazıçı tez-tez Ağca­bə­di­yə ge­dir, ata evi­ni qay­da­ya sa­lır, ora­da müvəq­qə­ti də ol­sa, qa­lıb ya­şa­maq, ya­ra­dıcılıq­la məş­ğul ol­maq üçün şə­ra­it ya­ra­dır­dı. Bu za­man o, məş­hur yazıçı idi və Ağca­bə­di ra­yo­nu­nun rəh­bər­li­yi də ona kö­mək­lik gös­tə­rirdi.

1980-ci il­lər­də ədə­biy­yat mü­hi­tin­də və cə­miy­yət­də də­rin­ləş­miş mə­nə­vi deq­ra­da­si­ya pro­ses­lə­ri İsi Mə­lik­za­də­yə mən­fi tə­sir gös­tə­rir­di. Onun son əsər­lə­rin­də, xüsusi­lə Pere­del­ki­no ya­ra­dıcılıq evin­də yaz­dığı he­ka­yə­lər sil­si­lə­sin­də də­rin bir pes­si­mizm müşa­hi­də olun­mağa baş­la­dı. Yazıçı ka­sıb­lıq­dan xi­las ola bil­mir­di. Ədə­bi mü­hit­də ida­rəo­lun­maz, me­yar­la­rın it­mə­si ilə sə­ciy­yə­lə­nən pro­ses­lər ge­dir­di. De­mok­ra­tik pro­ses­lə­rin baş­lan­ma­sı yazıçı­da an­la­şıl­maz qor­xu ya­ra­dır, de­mok­ra­tik xao­sun pers­pek­tiv­lə­ri­nə şüb­hə­lər ya­ra­dır­dı. Yazıçı­nın nəs­rin­də sağ­lam iro­ni­ya­nı ağ­la­yan, in­ti­har edən, me­şə­yə və tə­biə­tə üz tu­tan qəh­rə­man­lar əvəz edir­di.

Er­mə­ni­lə­rin Qa­ra­bağ tor­paq­la­rına id­dia­la­rı və biz­də cə­miy­yə­tin və «de­mok­ra­tik mü­xa­li­fə­tin» bu ha­di­sə­yə qar­şı möv­qe­yi də yazıçı­nı na­ra­hat edir­di. Hə­yat gös­tər­di ki, İsi Mə­lik­za­də­nin bu bəd­bin na­ra­hat­lığı əsas­sız de­yil­miş, çün­ki son nə­ti­cə­də Azər­bay­ca­n torpaqlarının Dağlıq Qa­ra­ba­ğ da daxil olmaqla 20 faizi er­mə­ni­lər tə­rə­fin­dən iş­ğal olun­du. Bu, yazıçı­ya gö­rə, xal­qın de­yil, Azər­bay­ca­nın zə­if, kor­rup­si­ya­ya uğra­mış eli­ta­sının məğ­lu­biy­yə­ti ol­du.

Yazıçı 1980-ci il­lər­də kən­də tez-tez ge­dib-gə­lir, ora­da iş­lə­yir­di. Bu il­lər­də bir sıra əsər­lər məhz yazıçı­nın doğma ata evin­də ya­zıl­mış­dı. La­kin İsi Mə­lik­za­də uzun müd­də­tə kənd­də də ya­şa­ya bil­mir­di. Ona gö­rə yazıçı 1988-1990-cı il­lər­də Aka­de­mik Dram Te­at­rın­da ədə­bi his­sə mü­di­ri iş­lə­di. Onu te­at­rın di­rek­to­ru Hə­sən Tu­ra­bov­la ço­xil­lik dost­luq mü­na­si­bət­lə­ri bağ­la­yır­dı.

İsi Mə­lik­za­də­nin ilk ki­ta­bı olan «Həs­rə­tin so­nu» 1964-cü il­də, so­nun­cu − onun­cu ki­ta­bı «Do­la­şa­la­rın nov­ruz bay­ra­mı» ki­ta­bı isə 1992-ci il­də çıx­mış­dır. Təx­mi­nən otuz il ər­zin­də yazıçı­nın on ki­ta­bı çıx­mış­ və on­la­rın ara­sın­da 3-4 il ara ol­muş­dur. «Köv­rək qa­nad­lar» (Gənc­lik, 1973), «Kü­çə­lə­rə su səp­mi­şəm» (Gənc­lik, 1977), «Ya­şıl ge­cə» (Yazıçı, 1979), «Gü­nəş­li pa­yız» (Yazıçı, 1982), «Də­də pa­lıd» (Yazıçı, 1984), «Gümüş­göl əf­sa­nə­si» (Yazıçı, 1987), «Şeh­li çə­mən­lə­rin işığı» (Yazıçı, 1991), «Do­la­şala­rın nov­ruz bay­ra­mı» (Gənc­lik, 1992). Bu ki­tab­lar­da bir sıra po­vest­lə­rin tək­rar çap edil­di­yi­ni nə­zə­rə al­saq, eti­raf et­mə­li­yik ki, yazıçı­nın ən məh­sul­dar döv­rü 70-ci il­lər idi. Ümu­mi­lik­də isə onun ir­si o qə­dər də bö­yük de­yil­dir. Gö­rünür müx­tə­lif re­dak­si­ya­lar­da iş­lə­mə­si onun həd­dən ar­tıq vax­tını al­mış­dır.

Yazıçı­nın 80-ci il­lər­də qə­lə­mə al­dığı he­ka­yə­lər­də də­rin bir bəd­bin­lik, çı­xıl­maz­lıq əh­val-ru­hiy­yə­si var idi. Be­lə hal­da məh­sul­dar ya­ra­dıcılıq­dan söh­bət ge­də bil­məz­di. Yazıçı 1990-1994-cü il­lər­də «Azər­bay­can» jur­na­lın­da şö­bə mü­di­ri və­zi­fə­sin­dən sim­vo­lik bir əmək haq­qı alır­dı. 1990-1995-ci il­lər ya­ra­dı­cı zi­ya­lı­lar üçün ən çə­tin im­ta­han döv­rü ol­du.

İsi Mə­lik­za­də 1995-ci il de­kab­rın 5-də Ba­kı­da ürək xəs­tə­li­yin­dən və­fat et­miş­dir. O, öz və­siy­yə­ti­nə uy­ğun ola­raq Ağca­bə­di­də dəfn olun­muş­dur.



Yaradıcılığı. İsi Mə­lik­za­də 1960-cı il­lər­də ədə­biy­ya­ta gə­lən yazıçı­lar nəs­li­nin ən ori­ji­nal və fitri istedadlı nü­ma­yən­də­lə­rin­dən bi­ridir. O, lirik nəsrin sosial yönümlü nümayəndəsi kimi 1970-1980-ci illərdə təbiət mövzusunu və kənd həyatını dövrün yazıçılarından daha böyük həssaslıqla duyub ədəbiyyata gətirmişdir. İlk he­ka­yə­lə­rin­dən gö­rü­nür ki, İsi Mə­lik­za­də ədə­biy­yat­dan uzaq bir iş­də ça­lı­şar­kən ədə­bi mət­bua­tı, xüsusi­lə par­ti­ya­lı tən­qid­çi­lə­rin yazılarını, ədə­biy­yat qar­şı­sın­da döv­lətin qoy­duğu tə­ləb­lə­ri­ mət­bu­at­da oxu­yur və on­la­rı cid­di qə­bul edir­di. Çap olun­maq is­tə­yən, hər ge­cə yu­xu­suz qa­lıb yaz­dığı he­ka­yə­lə­ri qə­zet və jur­nal­lar­da gör­mək ümidi ilə yaşayan gənc yazıçı İsi Mə­lik­za­də par­ti­ya­nın ədə­biy­yat qar­şı­sın­da qoy­duğu tə­ləb­lə­rə əməl et­mə­yə ça­lı­şır və bu­nu tez­lik­lə çap olun­maq üçün əsas yol sa­yır­dı.

Əl­bət­tə, ca­van na­si­rin rəs­mi ədə­bi mət­bua­ta inan­ma­sı, ora­da tə­rif­lə­nən prin­sip­lə­ri öz he­ka­yə­lə­rin­də re­al­laş­dır­maq is­tə­mə­sin­də pis heç nə yox idi. Əsl gəbahət kom­mu­nist par­ti­ya­sının ədə­bi si­ya­sə­tin­də və onu kor-ko­ra­nə hə­ya­ta ke­çi­rən ədə­biy­yat mə­mur­la­rın­da, ədə­bi mü­hi­ti və mət­bua­tı dol­dur­muş çox­lu is­te­dad­sız rüt­bə sa­hib­lə­rin­də idi. Onların təsirinə düşən yazıçının «Də­mir di­var» (1964), «Qar­lı bir gün», «Oğul», «Tə­zə məs­kən­də iki nə­fər» he­ka­yə­ləri də onun so­sia­list rea­liz­mi prin­sip­lə­ri­nə inam­lı münasibəti­ni əks etdirirdi.

Lakin bu, uzun müddət davam etmədi. Yazıçı həyatı bəzəkli göstərmək yolundan uzaqlaşmağa çalışdı. Be­lə uzaq­laş­ma onun ya­ra­dı­cılığın­da öz ək­si­ni tap­ma­ğa baş­la­dı. Hət­ta yazıçı «Bu dağ­lar, qo­şa dağ­lar» (1976) ad­lı he­ka­yə­sin­də so­sia­list rea­liz­mi prin­sip­lə­ri­nə və onun hə­ya­ta sü­ni münasibəti­nə hə­qi­qi bir ədə­bi pa­ro­di­ya ya­rat­dı. Ədib yığ­cam bir he­ka­yə­də so­sia­list rea­liz­mi­nin me­to­du­nun hə­ya­ta əy­ri və ey­bə­cər münasibəti­ni gös­tər­mək­lə qal­mır, həm də ya­rat­dığı mən­fi sə­ciy­yə­li, dü­şün­cə­siz, yu­xa­rı­dan gə­lən ən qey­ri-tə­bii gös­tə­ri­şi be­lə, kor-ko­ra­nə ye­ri­nə ye­tir­mə­yə ha­zır olan mə­mur ob­raz­la­rı si­ma­sın­da so­vet qu­ru­lu­şu­nun və onun ideo­lo­ji sis­te­mi­nin çü­rük­lü­yü­nü, an­ti­hu­ma­nist tə­biə­ti­ni gös­tər­irdi.

Həm də yazıçı bun­dan on il əv­vəl, 1968-ci ildə özünün li­rik kənd nəs­ri ilə əla­qə­lə­ri­ni ye­kun­laş­dı­ran «İki gü­nün qo­na­ğı» po­ves­ti­ni ya­zıb çap et­dir­miş­di. 60-cı il­lər nəs­ri­nin ən par­laq əsər­lə­rin­dən bi­ri olan bu po­vest­də İsi Mə­lik­za­də kənd prob­le­mi­nin ma­hiy­yə­ti­ni açıb gös­tər­di. Bu prob­lem elə şə­hər prob­le­mi­nin ey­ni idi: mad­di eh­ti­yac və yox­sul­luq! Po­ves­tin av­to­bi­oq­ra­fik xa­rak­ter­li qəh­rə­ma­nı İs­lam ya­ra­dı­cı adamlar olan öz dost­la­rı ilə doğma ra­yo­nu­na qo­naq gə­lir, toy­da iş­ti­rak edir.

La­kin toy pro­se­sin­də İs­lam cə­mi sək­kiz ki­lo­metr­lik­də olan doğma ata evi, ora­da tən­ha ya­şa­yan qo­ca ata­sı və ana­sı, özünün dai­m kən­də köç­mək ar­zu­ları ba­rə­də xa­ti­rə­lə­rə da­lır. Toy­da gör­dü­yü hər bir de­tal İs­la­mı – İsi Mə­lik­za­də­ni xa­ti­rə­lər alə­mi­nə apa­rır. İki gün­lük gö­rüş və xa­ti­rə­lə­rin məğ­zi bir­dir – nə qə­dər ar­zu­la­sa da kən­də qa­yıt­maq müm­kün de­yil: bu­ra­da­kı iş­siz­lik və yox­sul­luq şə­hər­də ali təh­sil al­mış ada­ma heç nə ve­rə bil­məz. Yazıçı po­vest­də gös­tə­rir ki, şə­hər və kənd ey­ni yox­sul­luq və eh­ti­ya­cın iki üzü­dür. Xır­da fərq­lər var: kənd­də ha­va və su var­dır, mə­nə­vi azad­lıq isə məh­dud­dur, iş yer­lə­ri yox­dur. Şə­hər­də nis­bi mə­nə­vi sər­bəst­lik var, iş ye­ri var, am­ma ha­va və su az­dır, in­san tə­biə­tə həs­rət­dir. Şə­hə­rin bütün məh­du­diy­yət­lə­ri İs­la­ma və min­lər­lə şə­hə­rə gə­lən gənc­lə­rə bir şey ve­rir: xə­ya­li, ya­lan­çı bir ümid! Və­zi­fə, şöh­rət, qa­zanc ümi­di! Am­ma so­sia­liz­min to­tal ka­sıb­lıq cə­miy­yə­tin­də heç bir uğur ha­lal yol­la mad­di müs­tə­qil­liyi tə­min edə bil­mir.

Ona gö­rə «İki günün qo­na­ğı»nda ən ağır dia­loq İs­lam­la şa­ir Sar­van ara­sın­da baş ve­rir. Po­ves­tin özün­də bu, ən nis­gil­li su­al ad­lan­dı­rı­lır. Yas məc­li­sin­dən çö­rək apa­ran ar­vad­dan çörəyi ge­ri al­maq is­tə­di­yi­nə gö­rə ata­sın­dan bir sil­lə alan­dan son­ra acıq edib ev­dən ge­dən İs­lam bu ba­rə­də da­nı­şıb sözünü bi­ti­rən­də Sar­van on­dan so­ru­şur: «İn­di on­la­ra əl tu­ta bi­lər­sən­mi?» İs­lam bu sua­la mən­fi ca­vab ve­rir, çün­ki so­vet ida­rə­lə­rin­də ve­ri­lən əmək haq­qı an­caq çö­rə­yə ça­tır­dı və kənd­də ya­şa­yan qo­ca va­li­deyn­lə­rə ha­lal yol­la kö­mək et­mək­dən söh­bət ge­də bil­məz­di.

İs­lam ra­yon­da bir ay iş ax­ta­rıb kor-peş­man Ba­kı­ya gə­lən­dən son­ra bir­də­fə­lik ba­şa dü­şür ki, da­ha heç vaxt kən­də qa­yı­da bil­mə­yə­cək­dir. Çün­ki kənd­də mühən­dis İs­la­ma yer yox­dur, an­caq əmək­gü­nü­nə iş­lə­yə­cək kö­lə İs­la­ma eh­ti­yac var­dır. Bu isə ata-ana­sına də­rin mə­həb­bə­ti­nə, doğma ocaq­la­rına də­rin bağ­lı­lığı­na bax­ma­ya­raq, İs­lam üçün qə­bu­le­dil­məz­dir. Şə­hər­də heç ol­ma­sa mən­zil al­maq, və­zi­fə tut­maq, adam ara­sına çıx­maq ümi­di var­dır.

«İki gü­nün qo­na­ğı»nda həm İs­la­mın kon­kret ta­le­yi, həm də onun sağ­lam dü­şün­cə­si ay­dın­laş­dı­rır ki, in­san bir par­ça çö­rək ar­dın­ca at­lı ol­duğu hal­da, mad­di müs­tə­qil­lik xə­yal­dan baş­qa bir şey deyil. Belə cə­miy­yət­də in­san kənd­də də, şə­hər­də də ey­ni sə­bəb­dən və şərt­lər­dən bəd­bəxt­dir, na­kam­dır, mə­nə­vi əzab­la­ra, hə­ya­tın də­yi­şə­cə­yi xül­ya­la­rına möh­tac­dır.

Əgər 60-cı illə­rin kənd nəs­ri­nin şab­lon­la­rını, əsas is­ti­qa­mə­ti­ni, ma­te­ri­al və qəh­rə­man mən­zə­rə­si­ni İsa Hüseynov ve­rir­di­sə, 70-ci il­lər­də döv­rün ən ti­pik və ən ye­ni kənd qəh­rə­man­la­rını İsi Mə­lik­za­də yaradır­dı. İsi Mə­lik­za­də­nin 70-ci il­lər­də ya­rat­dığı kənd mən­zə­rə­si­nin əsa­sın­da­kı ma­te­ri­al isə kən­din so­si­al və mə­nə­vi böh­ra­nı, bu­ra­da ge­dən tə­bə­qə­ləş­mə və bur­jua psi­xo­lo­gi­ya­sının ya­ran­ma­sı idi. Ona gö­rə kənd­də­ki­lər kənd ya­la­nı ilə, şə­hər­də­ki­lər şə­hər ümi­di ilə ya­şa­yır­lar. Kən­din kök­lü də­yər­lə­ri – ata evi mə­fhu­mu da deq­ra­da­si­ya­ya uğ­ra­yır.

Be­lə dra­ma­tik nə­ti­cə­lər­dən son­ra san­ki İsi Mə­lik­za­də üçün kənd mü­hi­ti­nin mü­qəd­dəs də­yər­lə­ri ara­dan get­di: sağlam dü­şün­cə­li bir adam ki­mi yazıçı ar­zu­lar alə­min­də­ki də­yər­lər­dən yox, ger­çək hə­yat­da, doğma ra­yo­nun­da gör­dü­yü, eşit­di­yi də­yər­lər­dən yazmağa baş­la­dı. Bun­lar sax­ta də­yər­lər ol­sa da, on­lar­dan yazmağa də­yər­di, çün­ki bütün hər şe­yə bax­ma­ya­raq, sev­di­yi kənd mü­hi­ti ar­tıq bu də­yər­lər­lə ya­şa­yır­dı. Kənd­də kos­tyum ge­yib, qals­tuk bağla­yan adam­la­rın ha­mı­sı fər­diy­yət­çi, ta­mah­kar, şəh­vət düş­kü­nü idilər və bu re­al­lıq nə qə­dər acı ol­sa da, pul ha­ki­miy­yə­ti ilə gə­lən əx­la­qi çü­rü­mə­ni yazıçı yaz­ma­lı idi. Ka­sıb, çə­tin, sərt, aman­sız ömür yo­lu ona ro­man­tizm­dən tə­miz­lən­mə­yi, hə­qi­qə­tin üzü­nə düz bax­ma­ğı öy­rət­miş­di.

Yazıçı kənd­də ge­dən ne­qa­tiv pro­ses­lə­rə nə qə­dər ayıq göz­lə bax­sa da, on­la­rı gö­rüb mə­yus ol­sa da, kən­di, onun sa­də adam­la­rını, tə­miz, sağ­lam, zəh­mət­lə yoğ­rul­muş hə­yat tər­zi­ni ürək­dən se­vir­di. Ədi­bin ək­sər əsər­lə­rin­də olan bu tor­paq və tə­bi­ət sev­gi­si «İki gü­nün qo­na­ğı»nda tra­gik bir ağ­rı ilə, ümid­siz bir fit­ri mə­həb­bət­lə qə­lə­mə alınır­dı. Kən­din su­yu, çö­rə­yi, ka­sıb adam­la­rın sə­mi­mi xoş­gəl­di­ni onun üçün dün­ya­nın ən yük­sək də­yər­lə­ri­nə bə­ra­bər idi.

1   ...   28   29   30   31   32   33   34   35   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə