Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 47,51 Kb.
səhifə13/14
tarix07.01.2024
ölçüsü47,51 Kb.
#209249
1   ...   6   7   8   9   10   11   12   13   14
Sərbəst iş - Leyla Mehralıyeva M363a11 (1)

Şəkil 1.50. Optimal idarəetmə sisteminin ümumiləşdirilmiş strukturu
Avtomatik tənzimlənmə sistemlərinin təsnifatı
Tənzimləyicidə istifadə edilən siqnalların xarakterinə görə ATS fasiləsiz, harmonik modulyasiyalı (impuls modulyasiyasından fərqli) və diskret sistemlərə bölünürlər. Diskret sistemlərə rele, impuls rəqəm tipli ATS-lər aiddir. Rele sistemlərini bəzi spesifik xüsusiyyətlərinə görə diskret sistemlərdən ayırırlar. Hazırda diskret mikroelektronikanın elementlərinin ucuzlaşması, etibarlılığının artması, rəqəm sistemlərin hesablama universallığına və yüksək dəqiqliyə malik olduğuna görə onların tətbiq sahəsi getdikcə genişlənir.
Növbəti vacib əlamətlərdən biri də obyektin parametrlərinin sabit və ya zamana görə dəyişən olmasıdır. Bu amil ATS-in sintezində və tədqiqat üsullarının seçilməsində çox vaxt həlledici rol oynayır. Əgər obyektin və tənzimləyicinin parametrləri zamana görə dəyişmirlərsə, belə ATS stasionar, əks təqdirdə – qeyri-stasionar adlanır. Əgər parametrlər həm zamana, həm də məkana görə dəyişərlərsə, belə sistem paylanmış parametrli ATS adlanır. Əgər məkana görə dəyişmə yoxdursa, belə sistem toplanmış parametrli (stasionar və ya qeyri-stasionar ola bilər) ATS adlanır.
Tənzimləmə sistemləri ən böyük qruplar təşkil edən xətti qeyri-xətti sistemlərə ayrılırlar. Bu halda təsnifat əlaməti riyazi modellərin ideallaşdırılma dərəcəsi ilə müəyyən olunur. Qeyri-xəttiliyin növündən asılı olaraq daha lokal təsnifat mövcuddur.
Kənar enerji mənbəyindən istifadə edilib-edilməməsindən asılı olaraq ATS-lər birbaşa və ya dolayı təsirli adlanır. Birinci növ sistemlərdə kənar enerji mənbəyindən istifadə edilməyib icra orqanını hərəkətə gətirmək üçün mühitin öz enerjisindən istifadə olunur. İkincilərdə isə həssas elementdən alınan siqnal kənar enerji mənbəyinin köməyi ilə tənzimləyici tərəfindən gycləndirilərək icra orqanına verilir.
Əgər sistem yeganə əsas əks əlaqə konturuna malikdirsə, belə sistem birkonturlu sistemdir. Əgər əsas konturdan başqa birbaşa dövrənin elementlərini əhatə edən yerli əks əlaqələr də mövcuddursa, belə sistemlər çoxkonturlu sistemlər adlanırlar (məsələn, kaskad ATS).
Xarici təsirlərin xarakterindən asılı olaraq ATS-lər iki qrupa ayrılırlar. Əgər xarici təsirlər zamanın qabaqcadan məlum olan funksiyalarıdırsa (determinik funksiya), belə sistemlər determinik, təsadüfi funksiyalarıdırsa – stoxastik sistemlər adlanır. Stoxastik sistemlərin tədqiqat metodları köklü fərqə malik olub avtomatik tənzimləmə nəzəriyyəsinin statistik dinamika böləsində öyrənilir.
Avtomatik tənzimləmə sistemlərinin əsas əlamətlər üzrə təsnifatı daha yığcam şəkildə aşağıda verilmişdir.

Yüklə 47,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin