Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 47,51 Kb.
səhifə10/14
tarix07.01.2024
ölçüsü47,51 Kb.
#209249
1   ...   6   7   8   9   10   11   12   13   14
Sərbəst iş - Leyla Mehralıyeva M363a11 (1)

Şəkil 1.46. Eksterimal tənzimləmə sistemlərinin sxemi
5. Adaptiv sistemlər. Real tənzimləmə sistemlərində adətən obyektin xassələri dəyişdiyindən birdəfəlik sxem üzrə hesablanmış və qurulmuş ATS-də keyfiyyətin pisləşməsi müşahidə olunur.
Obyektin xassələri dəyişdikdə əvvəlki iş rejimini bərpa etmək məqsədi ilə öz parametrlərini və strukturunu dəyişən sistemlər adaptiv sistemlər adlanır.
Adaptasiya anlayışı biologiyadan götürülərək, canlı orqanizmlərin mühitdə baş verən dəyişiklərə uyğunlaşması deməkdir. Tənzimləmə obyektinin xassələrinin dəyişməsi əsas etibarı ilə  parametrik həyəcanlandırıcı təsirlər ilə əlaqədardır. Adaptiv tənzimləmə sistemlərini mühitin dəyişməsinə olan münasibətinə görə dörd böyük sinifə ayırmaq olar:
a) aktiv strategiyalı adaptiv sistemlər;
b) passiv strategiyalı adaptiv sistemlər;
v) xüsusi rejimdə işləyən adaptiv sistemlər;
q) faza fəzasında adaptasiya olunan sistemlər.
Birinci halda, dəyişmənin səbəbi tam aradan qaldırılır. (tənzimləyicinin köməyi ilə kompensasiya olunur) və sistemin tələb olunan keyfiyyət göstəriciləri tam bərpa olunur.
İkinci halda sistemlər passiv qalaraq, obyektin xassələrinin dəyişməsini kompensasiya etməyib, dəyişilmiş şəraitdə mümkün olan maksimal effektivliyi təmin edən idarə təsiri hasil edir.
Üçüncü növ sistemlərdə dəyişilmiş parametrlərin qiyməti haqqında əlavə məlumatdan istifadə edən xüsusi identifikasiya adaptasiya alqoritmlərindən istifadə etmədən obyektin parametrlərinin dəyişməsinə invariant olan xüsusi hərəkət trayektoriyası yaradılır (süni faza trayektoriyası). Belə trayektoriya sürüşən rejimdə alınır. Bu tip adaptiv sistemlərin sadə olmasına baxmayaraq icra orqanının və obyektin yüksək tezlikli idarə siqnalına məruz qaldığından, tətbiq sahəsi məhduddur.
Dördüncü sinifə daxil olan sistemlərdə adaptasiyanın vacibliyi obyektdə baş verən dəyişikliklərlə əlaqədar olmayıb, sistemin keyfiyyətinə irəli sürülən tələblərin faza (vəziyyətlər) fəzasının müxtəlif oblastlarında müxtəlif olması ilə əlaqədardır. Misal üçün, tarazlıq nöqtəsindən uzaqda cəldişləmə, yaxında isə yumşaq stabilləşdirmə.

Yüklə 47,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin