Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 47,51 Kb.
səhifə12/14
tarix07.01.2024
ölçüsü47,51 Kb.
#209249
1   ...   6   7   8   9   10   11   12   13   14
Sərbəst iş - Leyla Mehralıyeva M363a11 (1)

Şəkil 1.49. Adaptiv sistemin ümumiləşdirilmiş sxemi
6. Optimal tənzimləmə sistemləri. Texniki sistemlər və sənaye texnologiyaları mürəkkəbləşdikcə daha effektiv idarə qanunlarının tapılması metodik və hesablama nöqteyi-nəzərindən daha aktual olur.
Mövcud şərtlər daxilində ən effektiv idarə optimal idarə adlanır. Optimal idarə qanunu da proqram idarəsi (zaman funksiyası şəklində) və ya əks əlaqəli tənzimləmə qanunu şəklində ola bilər. Avtomatik tənzimləmə sistemlərində əks əlaqəli optimal idarə qanunundan istifadə edirlər. Əvvəldə qeyd edildiyi kimi, sistem bir vəziyyətdən başqa vəziyyətə keçdikdə keçid prosesi baş verir. Keçid prosesini ləğv etmək mümkün olmadığından yeganə çıxış yolu onu optimal idarə qanunundan istifadə etməklə yaxşılaşdırmaqdan ibarətdir.
Bu məsələ optimal idarəetmə məsələsi adlanır və hal-hazırda ciddi riyazi həll aparatına malikdir. Əsas həll üsulları optimal idarəetmənin variasiya üsullarıdır. Bunlardan klassik variasiya hesabını (Eyler-Laqranj), maksimum prinsipini (L.S.Pontryagin) və dinamik proqramlaşdırmanı (R.Bellman) göstərmək olar. Son vaxtlar riyazi proqramlaşdırmadan geniş istifadə olunur.
Burada əsas məsələ keçid prosesinin effektivliyini xarakterizə edən J optimallıq kriterisinin (meyarının) seçilməsidir. Bu kriteri sistemin dinamikasını keçid prosesi müddətində idarə etməkdən başqa, sağ sərhəd şərti formasında statik xətanı da əks etdirməlidir.
Ekstremal idarəetmədən fərqli olaraq optimal idarəetmə məsələlərinin spesifik xüsusiyyəti hər an kriterinin ekstremal qiymətini təmin edən idar ənin tapılmasının yol verilməz olmasıdır. Lokal rejimlər əlaqəli olduğundan ani maksimallaşdırma (minimallaşdırma) keçid prosesinin davam etmə müddətində qlobal optimal həlli təmin etmir. Bu səbəbdən, statik optimallaşdırma üsullarının tətbiqi mümkün olmadığından, optimal idarəetmə məsələlərinin həlli üçün xüsusi üsullar işlənilməlidir.
Şəkil 1.50-də əks əlaqəli optimal tənzimləmə sisteminin ümumiləşdirlmiş sxemi göstərilmişdir.

Yüklə 47,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin