TO THE PROBLEM OF COMMUNICATIVE LANGUAGE TEACHING IN ESL
Babayeva R.Ə.
Azəraycan Dövlət Neft və Sənaye Universiteti
The ever growing need for effective communication skills in English has created a huge demand for
quality language teaching and language teaching materials. Millons of people today want to improve their
command of English. Learners want to be able to master English to a high level of accuracy and fluency.
Since its introduction, CLT has become a key means of influencing language teaching practice across the
world.
CLT implies the aims of language teaching, all activities that facilitate the learning process, the
roles of instructors and students in the communicative context. To better understand CLT one should be
aware of communicative competence.Communicative competence is closely related to grammatical
competence which focuses on making up sentences. It depends on the use of the language for successful
communication i.e. communicative competence.The main stress in CLT is made on the use of pair work
activities, team workactivities, role plays, task work and project work.
The two key issues of CLT are to create fluency activities and accuracy activities. Fluency activities
focus on natural use of language, achieving communication, meaningful use of language. Accuracy activities
focus on classroom use of language,the formation of correct examples of language, languageout of context.
Here are tasks on both of these activities.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
272
Fluencytask .Two students are assigned to act out a dialog in which a customer returns a defective part
he has purchased to a store. The saleperson asks what the matter is and gives his word to substitute the part.
The studentsare asked to keep to the meaning but not to the exact language.
Accuracy task.Students in small groups are asked to do an exercise, choosing between the simple past
and the present perfect. Students decide what tense form must be used in the sentences and they complete the
exercise accuracy activities are used to support fluency activities.Fluency work calls for additional attention
on the instructor‘s side, especially, when he/she prepares students for a follow up activities that provide
feedback on language use.
Team work activities are of great importance in language use and fluency development. Proponents of
CLT distinquish between three types of practice. They are mechanical, meaningful, and communicative.
Mechanical practice concerns with a controlled practice activity that students can perform without
understanding the language. Repetition drills and substitution drills are examples of this kind of acivity.
Meaningful practice concerns with activity where students are required to make meaningful choices
and where language control is still provided. For instance, to describe locations of places, in order to practice
the use of prepositions, neccessary to describe locations, is also given to students. They have to answer the
following questions:―Where is the book store? Where is the stadium? Where is the fast food? ‖ etc .Such a
practice becomes meaningful because the students have to respond according to the location of places on the
map.
EKVĠVALENTSĠZ LEKSĠKA VƏ REALĠLƏR
Baxşəliyeva N.R.
Sumqayıt Dövlət Universiteti
Dünya xalqlarının dillərində özünəməxsus mədəniyyətlərindən irəli gələn fərqliliklər daha çox dilin
leksikası və frazeologiyasında özünü büruzə verir. İstənilən dil, şivə və ya dialektdə elə sözlərə rast gəlinir
ki, onların tərcümə edilən dildə yalnız bir sözdən istifadə olunmaqla ifadə edilməsi qeyri-mümkündür və belə
sözlər ekvivalentsiz və ya ekvivalenti olmayan leksika adlandırılır. Ekvivalentsiz leksika anlayışı bir sıra
müəlliflərin əsərlərində müxtəlif formada ifadə edilmişdir. Rusiyalı dilçi alim A. İvanovun izahında
―ekvivalentsiz leksika mənbə dilə məxsus olub, tərcümə edilən dilin lüğət tərkibində ekvivalenti olmayan
leksik vahidlərdir, yəni bu elə vahidlərdir ki, onların köməyi ilə verilmiş kontekst çərçivəsində bütün məna
komponentlərini, yaxud mənbə dilin leksik vahidinin mənalarından birini analoji ifadəlilik səviyyəsində
ötürmək mümkündür‖. Bu leksik vahidləri tərcümə edilən dildə ifadə edə bilən analoji leksik vahid yoxdur,
lakin belə sözlərin təsviri üsulla tərcümə edilən dildə ifadə edilməsi mümkündür. Bir dildə hər hansı bir digər
dilə məxsus sözün ekvivalentinin olmaması hələ o demək deyildir ki, üçüncü bir dildə həmin sözün dəqiq
ekvivalenti mövcud deyildir. Ekvivalentsiz leksika anlayışının izahı baxımından dilçi alimlərdən
Y.Vereşaqinin və V.Kostomarovun əsərləri diqqəti cəlb edir. İlk dəfə olaraq əsərlərində ekvivalentsiz leksika
anlayışına toxunan bu müəlliflərin fikrincə, ―ekvivalentsiz leksika digər mədəniyyətdə və dildə mövcud
olmayan anlayışların ifadə edilməsinə xidmət edən, hər hansı bir A mədəniyyəti üçün səciyyəvi olub, B
mədəniyyətində isə mövcud olmayan məxsusi mədəni elementləri bildirən, məxsus olduğu dildən kənarda
ekvivalenti olmayan sözlərdir‖. Bəzi müəlliflərin əsərlərində ekvivalentsiz leksikanın təsnifatına da rast
gəlinir. Belə müəlliflərdən biri olan L.Latışev ―Tərcümənin texnologiyası‖ adlı kitabında ekvivalentsiz
leksikanı dörd kateqoriyaya bölmüşdür: 1) Realilər; 2) Müvəqqəti olaraq ekvivalentsiz terminlər; 3)
Lakunlar; 4) Ekzotizmlər. L.Latışevin verdiyi təsnifatın bir qədər geniş olması təsəvvürü yaranır və realilərlə
ekzotizmlərin bir qrupa daxil edilməsi barədə fikirləri daha əsaslandırılmış hesab etmək olar. Realilərin
nisbətən dərin və dolğun təsnifatına S.Vlaxov və S.Florinin, eləcə də V.Vinoqradovun əsərlərində rast
gəlmək mümkündür. S.Vlaxov və S.Florin hesab edir ki, predmet, məkan və zaman xüsusiyyətlərinə, yaxud
meyarlarına əsaslanan təsnifat daha dolğundur. Predmetinə görə realilər coğrafi, etnoqrafik və ictimai-siyasi
realilərə bölünür. Coğrafi realilərə fiziki coğrafi, habelə meteoroloji obyektlər və insanın fəaliyyəti ilə bağlı
olan coğrafi obyektlər aiddir (məsələn, tornado, xəzri, preriya, savanna və s.). Etnoqrafik realilər dedikdə isə
etnoqrafiyaya aid söz və anlayışlar nəzərdə tutulur. Belə realilərə xalqların mədəniyyətini, folklorunu, dini və
milli adət-ənənələrini, məişətini ifadə edən çoxsaylı leksik vahidlər aid edilir ( məsələn, iqlu, sari, aşıq,
katamaran, maçete, şaman, ranço, məscid, fermer, peso, yard, bayatı, kriket, dərviş, balalayka, tamada və
s.). İctimai-siyasi realilər, əsasən, inzibati ərazi vahidlərini, yaşayış məntəqəsinin tipini, dövlət orqanlarını və
bu orqanlarda vəzifələri, siyasi fəaliyyət və xadimləri, ictimai hərəkatları, sosial təzahürləri, titulları,
müraciət formalarını, elmi və mədəni müəssisələri, cəmiyyətin təbəqələrini, simvolları, hərbi hissələri, hərbi
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
273
geyimləri, hərbçiləri və silahları ifadə edən realilərdir (məsələn, quberniya, aul, seym, bolşevik, lord,
partizan, lobbi, qraf, madam, mədrəsə, samuray, yeniçəri, xutor və s.). Məkan xüsusiyyətlərinə görə
realilərin bölgüsü də maraq kəsb edən məqamlardandır. S.Vlaxov və S.Florin məkan xüsusiyyətlərinə görə
realilərin bölgüsünü hər hansı bir dilin çərçivəsində, yaxud iki dilin hüdudları daxilində təqdim edir. Bir dilin
çərçivəsində realilər iki növdən ibarətdir: 1) dilin öz realiləri; 2) yad realilər. Dilin öz realiləri də milli, lokal
və mikrorealilərdən formalaşır. Yad realilər isə yayılma xarakterinə görə beynəlmiləl və regional realilərə
bölünür. İki dilin hüdudları daxilində isə realilər daxili və xarici reali qruplarından ibarətdir. S.Vlaxov və
S.Florin dilin öz realilərinə rus dilində samovar (самовар), ingilis dilində isə eyl (ale) kimi sözləri aid edir.
Həmin müəlliflər yad realilər qrupuna isə alınma sözləri, kalka üsulu vasitəsilə tərcümə edilmiş sözləri, digər
dilə məxsus olan sözlərin transkripsiya üsulu ilə tərcüməsini daxil edirlər. İki dilin hüdudları daxilində
realilərin bölgüsündə iki qrup reali – xarici və daxili realilər – var. Xarici realilər hər iki dil üçün yad
xarakter daşıyır. Məsələn: rus dilinə məxsus olan balalayka sözü həm Azərbaycan, həm də ingilis dili üçün
xarici realidir. Daxili reali isə iki dildən birinə məxsus olur, məsələn, mədrəsə sözü Azərbaycan – ingilis dil
cütlüyü üçün daxili realidir, belə ki, bu, dil cütlüyündən Azərbaycan dilinə məxsusdur, ancaq rus və italyan
dillərinin hər ikisi üçün isə xarici realidir. Dilin öz realiləri milli, lokal və mikroreali qruplarından ibarətdir.
Milli realilər müəyyən bir xalqa aid olan, lakin həmin dövlətin hüdudlarından kənarda yad anlayış təsəvvürü
yaradan sözlərdir. Milli koloritin ifadə edilməsi, ümumiyyətlə, realilərin xarakterik cəhətidir. Lobbi, şnaps,
keb, ozan, şaman və s. kimi sözləri milli realinin parlaq nümunələri olaraq göstərmək mümkündür. Lokal
realilər isə hər hansı bir dialekt və ya şivəyə məxsus olur. Mikrorealilər isə olduqca şərti termindir və onların
istifadə məkanı milli və lokal realilərdən çox dardır. Yad realilərin iki qrupu – beynəlmiləl realilər və
regional realilər mövcuddur. Beynəlmiləl realilər bir çox dillərin leksikasına daxil olmuşdur. Adətən belə
realilər öz milli keyfiyyətlərini qoruyub saxlayır. Beynəlmiləl realilərə ingilis dilində formalaşmış kovboy
(―cowboy‖) sözünü nümunə göstərmək olar, belə ki, kovboylar ABŞ-ın müəyyən hissəsində mövcud olduğu
halda, bu söz bütün dünyada tanınır. Regional realilər isə bir dövlətin sərhədlərini aşmış və ya bir neçə xalq
arasında yayılmış realilərdir. Zaman meyarlarına görə realilər iki qrupa müasir və tarixi realilərə bölünür.
Müasir realilərə biznes (business), tarixi realilərə isə voyevoda (воевода) kimi sözləri aid etmək olar.
Realilərin tərcüməsi olduqca mürəkkəb bir məsələdir, uğurlu tərcümənin təmin edilməsi üçün
müəyyən biliklərə malik olmaq vacibdir. Realilərin mədəni keyfiyyətləri əks etdirməsi səbəbindən tərcümə
zamanı tərcümə edilən mətnin oxucusunun həmin realinin formalaşdığı mühit barədə tam məlumatlı
olmamasını nəzərə almaq lazımdır. Dilçi alimlərin təklif etdiyi tərcümə üsullar arasında müəyyən oxşarlıqlar
olsa da, uyğunsuzluqlar da az deyildir. S.Vlaxov və S.Florin realilərin iki üsulla tərcümə edilən dildə ifadə
edilməsinin mümkün olduğunu bildirirlər: ―1) transkripsiya; 2) tərcümə. Realilərin transkripsiya üsulu ilə
tərcümə edilən dildə ifadə edilməsi mənbə dilin fonetik çalarlılığının maksimal surətdə qorunub saxlanması
ilə həyata keçirilir. Transkripsiya üsulunda istifadə hər hansı bir səbəbdən mümkün olmadıqda tərcümə
üsulundan istifadə edilir. Tərcümə üsulunun çox istifadə edilən və əksər hallarda tərcümənin uğurlu olmasını
təmin edən formalarından biri neologizmlərin dilə daxil edilməsidir. Neologizmin dilə daxil edilməsi
tərcümə edilən realinin məzmun və koloritinin saxlamasına xidmət edir. Kalka və yarımkalkalar neologizm
ola bilər. Kalka sözün hərfi tərcüməsi yolu ilə sözün dilə daxil edilməsidir. Məsələn, Azərbaycan dilində
göydələn sözü formalaşmışdır, bu söz ingilis dilində olan skyscraper sözünün tərcüməsidir və kalkadır,
halbuki bu söz tərcümə edildikdə Azərbaycan dilində çoxmərtəbəli bina kimi də ifadə edilə bilər. Yarımkalka
üsulu ilə tərcümə edilən söz birləşmələrində və ya mürəkkəb sözlərdə sözün biri tərcümə edilən dilə məxsus
olur, digəri isə alınma sözdür (məsələn, alman dilindəki der Dritte Reich – Üçüncü Reyx). Mənimsəmə
üsulundan da realilərin tərcüməsində istifadə edilir. Mənimsəmə üsulu xarici dildə olan realinin
adaptasiyasıdır, başqa sözlə desək, xarici dilə məxsus anlayışın və ya sözün bir növ ―doğmalaşdırılmasıdır‖.
Semantik neologizm üsulundan istifadəyə də rast gəlinir. Bu üsul vasitəsi ilə tərcümə zamanı realinin
mənasının ötürülməsi üçün tərcüməçi tərəfindən yeni söz və ya söz birləşməsi yaradılır. Semantik neologizm
üsulunun kalka üsulundan fərqi onun mənbə dildə olan sözlə etimoloji əlaqəsinin olmamasıdır. Təxmini
tərcümə üsulu da realilərin tərcüməsində istifadə edilir, bu zaman realinin predmetinin ötürülməsi təmin
edilir, lakin realinin özünəməxsus koloriti itir. Kontekstə əsaslanan tərcümə üsulunun realilərin tərcüməsi
nöqteyi-nəzərindən tətbiqi hallarına da rast gəlinir, bu halda realinin tərcüməsi lüğətə deyil, realinin verildiyi
kontekstə əsaslanır. Bədii mətnlərin tərcüməsi zamanı realilərin tərcümə edilən dildə ifadə edilməsi problemi
ön plana çıxır, belə ki, bu leksik vahidlər milli-tarixi koloritin daşıyıcılarıdır. Realilərin tərcüməsi üçün bir
çox tərcümə üsulları mövcuddur, lakin belə çox sayda üsulların mövcud olması tərcüməçi üçün müəyyən
çətinlik törədir. Tərcüməçi realilərin tərcüməsinin uğurlu olmasını təmin etmək üçün ən uyğun tərcümə
üsulunu seçməlidir, çünki realilərin milli koloriti və ifadəliliyi tərcümə zamanı itməməlidir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
274
AĞBABA SĠVƏSĠNĠN SĠNTAKTĠK XÜSUSĠYYƏTLƏRĠ
Bayramova A.A.
Sumqayıt Dövlət Universiteti
M.Şirəliyevin özü də etiraf edir ki, dialektlərin sintaksisi fonetika və morfologiyaya nisbətən az
işlənmişdir. Daha sonra o göstərir ki, bunun səbəbi dialektləri bir-birindən ayıran sintaktik xüsusiyyətlərin
gözə çarpmamasıdır. Qərb qrupu dialekt və sivələrində olduğu kimi baxanda Ağbaba şivəsinin sintaktik
xüsusiyyətləri fonetik və morfoloji xüsusiyyətlərinə görə ədəbi dildən bir o qədər də fərqlənmir. Burada
məhəllilik az müşahidə olunur. Buna baxmayaraq, Ağbaba şivəsində digər dialekt və şivələrdə rast gəlinən
sintaktik xüsusiyyətlərin bəzilərinə rast gəlinir. Belə ki, cümlədə söz sırasının pozulması (Şərə getdim oün
mən), konkret və yığcam modeldə cümlələrin işlədilməsi (Qanıf, qandırmır), sadə cümlələrdə bəzən mübtəda
və ya xəbərin buraxılması (Günümü qara ēdif), rabitəli nitqdə (dialoq zamanı) bağlayıcı və digər köməkçi
sözlərin az işlədilməsi (Bərk ağrıyıram, həkimə getmirəm), sintaktik təkrarların çox olması (əkin əkdi, biçin
biçdi, su suladı, ov ovladı və s.) cümlələrin təkrarı (Keçmişdə aftoy yoxuydu, yeyax gedirdix şəhərə,
dincəlirdik, gənə gedirdik) təyinin söz birləşmələrinin tərəflərinin dəyişməsi (atam yazıq, əmim rəhmətlik,
anam qaragünlü) və s. bu bölgə şivəsinin spesifik cəhətlərindəndir. Ayrı-ayrı cümlə üzvlərinin və cümlə
tərkiblərinin, eləcə də cümlə təkrarlarının olması fikrin müsahibinə daha asanlıqla çatdırmağa imkan yaradır.
Sintaktik əlaqələr
Ağbaba şivəsində tabelilik əlaqəsinin üç növü vardır:
1) uzlaşma; 2) idarə; 3) yanaşma.
a) UzlaĢma. Ağbaba şivəsində sintaktik əlaqənin əsas formalarından biri olan uzlaşma bəzən öz
xüsusiyyətini saxlayır, bəzən pozulur:
1. Uzlaşanlar. Məsələn: Gərəntiçilər Göydağda ot çalıllar; Biz gəldix, olar getdilər; Gedəyin çaydan
balıx tutmağa və s.
2. Uzlaşmayanlar. Məsələn: Gedirdix işdəməyə, birqadirrər qoymadılar kin, ot hələm yaşdı (X.)
Bir sıra kənd şivələrində mübtəda xəbərlə şəxsə və kəmiyyətə görə uzlaşmır. Məsələn: Mən şörəyelli,
sən ağbabalı, o da pəmbəkli; Mən məllim, sən çoban və s. (Gb.,Ox.) Lakin həmin cümlələr inkarlıq mənası
ifadə edəndə mübtəda şəxsə və kəmiyyətə görə uzlaşır. Məsələn: Mən məllim dö:ləm, sən çoban dö:lsən.
Bu xüsusiyyət Şamaxı və Borçalı dialektlərində də mövcuddur.
b) Ġdarə. Ağbaba şivəsində də idarə əlaqəsi feil, qoşma və digər nitq hissələrinin tələbi ilə yaranır.
Əsas söz asılı sözü müəyyən hallara salır – idarə edir. Bəzən fərqli-fərqli idarə olunmalara rast gəlinir.
Məsələn: Yazı Ağbabada, qışı Borçalıda qaldım (G); Uşax yazı əsgər getdi, payızı gəldi; Usağa buyur,
dalınca yüyür; İndi buna neyliyəx'; Qış yer don olur (X., GB., M.); Qavır daşında skil salıllar (B).
Ümumiyyətlə, qərb şivəsində olduğu kimi, getməx', gizdəmməx', daldalanmax, çağırmax, buyurmax,
yiyələnmək, söymək və s. feillərin idarə etdikləri sözlərin halları müasir ədəbi dildən fərqli olur. Qayırmax
feili düzətməx' feili əvəzinə çox işlənir. İdarə etməsində də fərq nəzərə çarpır. Məsələn: Samannan Zaman
qayırıllar: samanı zaman eliyillər.
Hallarla idarə olunmada qoşmalar da xüsusi əhəmiyyət kəsb edir. Bu şivədə də diqqəti cəlb edən
məsələlər var. Məsələn: Savıya//savayın//safayı qoşması özündən əvvəl gələn isimləri çıxışlıq halda idarə
edir. Məsələn: Mənnən savıya, hamı orda oluf, aza yerində; Gülpəridən safıya hama mana gözaydınnığı
verdi.
Sarı qoşması özündən əvvəlki sözlərin yönlük halda işlənməsini tələb edir. Məsələn: Poşta sarı bir
aftoy detdi; Qarakahıya sarı dolu tüşdü (M.).
–Tan//tən; tana//tənə qoşması özündən əvvəlki sözü yönlük halda işlənməsini tələb edir. Məsələn:
Axşamatan uşaxlar kəndin torpax yolunda yelsapet sürüllər; (Dar.) Buratana gəldin, indi geri ket (İb.)
–Kimi qoşması kimin formasında işlənir istiqamət və bənzətmə bildirir. Həm də isim və əvəzliyi adlıq
və yönlük halda idarə edir. Məsələn: Quş kimin uçuf getdi, gəldi tükana; Arpa çayına kimin qalxozun
qoruğudur (Q.).
–Ötrü//ötrün//ötru qoşması səbəb bildirir. Özündən əvvəlki sözü çıxışlıq halda olmasını tələb edir.
Məsələn: Sənnən ötrün qalmışıq burda; Uşaxdan ötrü ata-ana çalışer (E).
–Üçün//çın//çin//çun//çün qoşması səbəb bildirir, ismin adlıq, əvəzliyin yiyəlik halda işlənməsini tələb
edir. Mənsubiyyət şəkilçili isimlərlə də işlənir. Məsələn:
Onunçün gəlmişdim doxdura; Qolxoz sədir üçün vilis alıf; Ayazımçün kirvəsi öyün bir dəst paltar
gətirif.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
275
Aŋrı qoşması çıxışlıq hal tələb edir. Məsələn: Mənnən aŋrı Göyüş dayanmışdı sırada (D.).
–Üzünnən//ucunnan qoşması ismin və ya əvəzliyin yiyəlik halda işlənməsini tələb edir. Mən ölürəm
acınnan, ağlımın ucunnan; Sənin üzünnən bu əziyyəti çəkirix'; Ağlının ucunnan başı çox bəlalar çəkif. Adlıq
halda işlənən sözlə də işlənə bilir: Dolanışıx ucunnan cahamat urusetə gedir.
Belə bir atalar sözü də vardır: Ölürəm acınnan, axlımın ucunnan və s (Qç.)
Elmi ədəbiyyatda ucunnan qoşmasının üçün qoşması ilə eyni kökdən olduğu qeyd edilir.
Bəri qoşması zaman bildirir və özündən əvvəlki sözü çıxışlıq halda idarə edir. Məsələn:-O qızı
görənnən bəri İsmeyil dərdə düşüf; Ağlağannan bəri qar yağıf (Qn.).
Ədəbi-bədii yazılı ədəbiyyatımızda da bərü, bərlü formasında işlənib.
Mən səni görənnən bəri
Sinəm oldu qəm dəftəri.
Öldür Aşıq Ələsgər
Özün günahkar ol, yaylaq.
–La//lə; ilən//inən; lən//nən qoşma paralelləri iştirak bildirir və özlərindən əvvəlki sözləri adlıq və
yiyəlik halda idarə edir. Məsələn:-Uşax yorulmadı, mənimnən çölətən getdi; Həsrət ilən onnarın baxışları
toqquşdu; Yol ilən gedirdim, kirpiyə rast gəldim (Gül.) və s.
–Qədər//qədə qoşması özündən əvvəlki sözü yönlük halda idarə edir. Məsələn:
-Xancallının dağına qədə beş kilometrə yoldu (B.).
c) YanaĢma. Ağbaba şivəsində də heç bir şəkilçi olmadan tabe sözlə tabeedici söz yan-yana işlənir.
Tabeedici söz cümlədə (ya söz birləşməsində) təyin və zərflik kimi nəzərə çarpır. Daha doğrusu, cümlədə
sintaktik vəzifəsi təyin və ya zərflik olur. Burada müxtəlif sözlərin yanaşması mövcuddur. Bu yanaşmalar
qrammatik cəhətdən ədəbi dildə olduğu kimidir. Məsələn:
a) sayın ismə yanaşması: birimci sıra, yeddicə uşax, o qədrə iş, bu xartana adam və s.
-Qonşunun oğlu inistuta qabıl olunuf, oxartana adam gəlmişdi kin, onnara gözaydınnığı verməyə (Q.)
b) sifətin ismə yanaşması: çənbər quyruq, nıkqız adam, bambılı adam, caydax inəx′, tösvər kişi,
ityosunnu arvad və s. Nıkqız adam heç əvinə də xəşdəmir (B.)
c) Zərfin feilə yanaşması: Adılı danışmer, binəli kiriyir; Hancarı getdi; Eləməsinə getdi; Aŋrı oturdu,
bəri gəldi; Savaxertə bir maşın eləməsinə getdi (Ç.) və s.
ç) feili sifətin və feili bağlamanın feilə yanaşması: alacağın getdi, gəlməmişdən donqulluyur, gələli
danışmır, yater, gördükcə fərəhlənir və s.
d) Əvəzliyin feilə yanaşması: həncəri gəldin; a:na getdi, hancarı qayırdıŋız və s.
e) Əvəzliyin ismə yanaşması: hancarı yun, hası uşax, naxartana toxum və s.
Hələ gəlin əvə gəlməmişdən qaynanasıynan sözdəşir (M.); O burya gələli işimiz düz gətimir (Ög.);
Qounnara naxartana duz verdiniz (Gül.); Qav-qacağı axar suda yuyuf duruloyullar (B.).
Bəzən yanaşma əlaqəsi olan birləşmədə tərəflərin yerini dəyişməsi də müşahidə olunur. Məsələn: anam
bicara, atam rəhmətdik, uşax yazıx və s.
Anam yazıx binəli Hitlerin davasında ölən qardaşdarını tüşünürdü (T.).
Kənd adlarının ixtisarları:
X - Xozu kəndi E – Ellərkənd kəndi
B – Balıqlı kəndi Gül – Gülbulaq kəndi
M – Mağaracıq kəndi Ç – Çaxmaq kəndi
İ – İbiş kəndi T – Təpəköy kəndi
Qn – Qoncalı kəndi Ö – Ögsüz kəndi
The Challenges in Translation
Bashirova Aidə Nazim qızı
Azərbaycan Dillər Universieti
Xarici Dillər kafedrası
Translation is characterized as interlinguistic transformation. The history and the process of translation
is a result of a complicated development. The function of the translation was more actual especially in the
later20th century and in the 21st century after important social and political changes being experienced
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
276
globally and there was high demand for translation. No one would ignore nowadays the fact that the role of
the translation has increased. As a consequence translation has changed into the means of developing
economic, social-political, scientific, cultural-public relations of the nations and states.
Translators usually have to deal with six different problematic areas in their work, whether they are
translating technical documents or a sworn statements. These include: lexical-semantic problems; grammar,
syntax, rhetoric, and pragmatic and cultural problems. One of the most challenging issues in translating
concerns lexical-semantic problems. Lexical –semantic problems can be resolved by consulting dictionaries,
glossaries terminology banks and experts Because the most important prerequisite in correct translation is
finding the equivalence of the terms related to certain science, techics and other fields. Although scientific
texts are recognized at the same form by the specialists, translator faces some difficulties during translating
them. Every science field differs from others for its terms. It is not a secret that for the translator in the 21
century in order to avoid mistakes the dictionary of terms is absolute necessity. Lexical-semantic problems
include terminology alternatives, neologism, semantic gap, contextual synonyms and antonyms.
Grammatical problems include, for example question of temporality, aspectuality, pronouns and whether to
make explicit the subject pronoun or not. Syntactical problems may originate in syntactic parallels, the
direction of the passive voice, the focus( the point of view from which a story is organized), or even
rhetorical figures of speech, such as (the inversion of the natural order of speech) or an anaphora (repetition
of a word or segment at the beginning of a line or phrase).
Phetorical problems are related to the identification and recreation of figures of thought (comparison,
metaphor, metonymy, synecdoche, oxymoron, paradox, etc) and diction. Pragmatic problems arise with the
difference in the formal and informal modes of addressing using ‖you‖, as well as idiomatic phrases , sayings
,irony, humor and sarcasm. These difficulties can also include other challenges, for example, in the
translation of a marketing text from English into French, specifically with the translation of the personal
pronoun ‖you‖. The translator must decide whether the formal or informal ―you‖ is more appropriate, a
decision which is not always clear. Cultural issues may arise from differences between cultural references,
such as names of food, festivals and cultural connotations, in general. The translator will use language
localization to correctly adapt the translation to the culture.
During translating the translator faces with the challenges. In order to overcome to these challenges the
translator should investigate the subject sufficiently and find the equivalence of those expressions in source
language.
Dostları ilə paylaş: |