Allahlar dünyasının ( Ulduzlu göyün) Ģəkli, inikası, yaxud kölgəsidir.
―Güzgü konsepsiyası‖ qədim dövr mədəniyyətinin sirli tərəflərinin aşılmasına müvəffəqiyyətlə
bələdçilik edə bilir.
Bu sırada dil problemləri, xüsusilə, onomastik terminlərin mənasının açılması, bəzi qədim yazıların
oxunması da mühüm yer tutur. Aydınlıq üçün onomastik terminlərin, jarqon ifadələrin bir neçəsini nəzərdən
keçirək:
Nammu - Şumer yaranış modelində bütün varlığın anası hesab edilən ilahə adıdır.
Zurvan - Mifoloji yaranışın başlanğıcını qoyan Zaman və tale allahının adıdır.
Köküdey - Türk yaranış təsəvvürlərində yer alan onomastik terminlərdəndir.
Tukulka - Etrusk miflərində demon adıdır.
Xufu - Şərəfinə ən uca ehram tikilmiş Misir Fironunun adıdır.
Bu terminlərin mənası heç bir dildə başa düşülmür. Çünki bunlar yuxarıda bəhs etdiyimiz dünya,
varlıq və yaranış strukturuna uyğun xüsusi qayda ilə formalaşdırılmış jarqon sözlərdir.Bu terminlərin mənası
güzgü qaydası ilə asanlıqla acılır. Yəni, həmin ifadələr güzgü əksində olduğu kumi sağdan sola oxunmalıdır.
Onda:
Güzgü
NAMMU
UMMAN
ZURVAN
NAVRUZ
KÖKÜDEY
YEDÜ KÖK
TUKULXA
AXLU KUT
XUFU
UFUX
MƏRRÜX
XÜRRƏM mənasına gəlir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
287
Həmin terminlərin məna acımının doğruluğu təkcə sadə mexaniki əks oxunuşda deyil. Bunların və
digər belə ifadələrin hər birinin izahı və əsaslandırılması müxtəlif vaxtlarda çap etdirdiyim kitab və
məqalələrdə verilmişdir. Lakin gizli mənası olan bu terminlərə qısaca şərh də vermək mümkündür.
Məsələn, Nammu adı okeanla, su ilə bağlıdır və Umman dual yanaşmada onun əsl səciyyəsini
göstərir.
Zurvan zamanın başlanğıcını qoyan Zaman və Tale allahının adıdır. Əks oxunuşdakı Navruz da ilin
yeni tsiklinin başlanması ilə bağlıdır.
Xufu adının Üfüqlə bağlılığını ifadə edən dəlil isə qəbrüstü yazıdır.‖Misir piramidaları necə
tikilmişdir‖ kitabında X.A.Kink yazır: ‖Xufu est tot kto prinadlejit qorizontu‖(7.26) Yəni, ―Xufu o kəsdir ki,
üfüqə məxsusdur‖.
Maraqlıdır ki, çox qədim kökə malik həmin sözlərin şifrəsi açıldıqda bu gün də Azərbaycan dilində
başa düşülən sözlərə gəlir. Ad qoyma, termin yaratma sahəsində müstəsna səlahiyyətlərə malik Qam və
kahinlərin vaxtilə kodlaşdırdığı termin və jarqon sözlərin gizli mənasının başa düşülməməsi tarixin və
mədəni irsin öyrənilməsində bu gün də yanlışlıqlara yol açır. Məsələn, ―Xürrəm‖ termininin mənasının
düzgün başa düşülməməsi Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatı və azadlıq mübarizəsi üzərinə kölgə
salır. Elmi ədəbiyyatda və dərs vəsaitlərində xürrəmilərin şad, şən, kefcil və şəhvətpərəst kimi təqdim
olunması səhvdir. İyirmi il müddətində, şad, şən, kefcil və şəhvətpərəstlərin güclü xilafət ordusuna layiqli
müqavimət göstərə bilməsi heç bir məntiqə sığmır. Yanlışlığın əsası qam jarqonu kimi formalaşdırılmış
―Xürrəm‖ ifadəsinin gizli mənasının bilinməməsidir. Bu termin də güzgü qaydası ilə əksinə oxunduqda əsl
mahiyyəti aydınlaşır. Mərrix çoxallahlılıq dövründə müharibə və şücaət allahının adı olmuşdur. Təbii ki,
ölüm- dirim müharibəsində kefcillik və şəhvətpərəstlik yox, müharibə və şücaət allahının qüdrətinə inam
ideyası əsas olmuşdur. Digər tərəfdən Mərrix qədim dövrdən Mars planetinin adıdır. Marsın mifoloji
təsəvvürdə yer alan qırmızı rənginin Xürrəmilərin geyimində, bayraqlarının rəngində əks olunması da
simvolik məna daşıyır və dediklərimizi təsdiq edir.
Ayrı-ayrı onomastik terminlərdən əlavə, güzgü üsulu ilə Etrusk yazılarını və bu üslubdan istifadə
edilərək kodlaşdırılmlş digər yazıları da oxumaq mümkündür. Oxuya bildiyimiz yazıların ən əhəmiyyətlisi
Lemnos adasından tapılmış daş sütun üzərindəki yazıdır.
Əlində qalxan və ikiağızlı balta tutmuş döyüşcü təsvirini dövrələyən yazı qədim italyan əlifbası ilə və
Güzgü qaydası ilə yazılmışdır. Güzgü vasitəsi ilə bu yazıda aşağıdakı cümlə və ifadələri oxumaq mümkün
olmuşdur.
Doyüşçü təsvirinin aşağısında: “Qan alam minim ul”;
Döyüşçü təsvirinin ön tərəfində: “Ukan iki hücum apersn axĢam”:
Döyüşcü təsvirinin arxa tərəfində: “Aklem gel üzge”...
Bu kitabədəki yazının dəyəri ondadır ki, buradakı yazılar Azərbaycan dilində, ümumiyyətlə türk
dillərində məlum olan yazıların ən qədimidir. Belə ki, türkcə məlum olan yazılı abidələrin ən qədimi Altun
döyüşçü qəbrindən tapılan yazı hesab olunur. Qızıl cam üzərində yazılan‖Eşik xan öldü, başın sağ olsun‖
yazısı miladdan öncə V əsrə aid edilir. Güzgü üsulu ilə oxuduğum yazı isə həmin yazıdan 200 il qabağa m.ö.
VII əsrə aiddir. (1.26.) Həm də bu yazının Avropa ilə Asiyanın qovşağında tapılması çox mətləblərdən xəbər
verir.
DETERMĠNASĠYA VƏ DETERMĠNATĠVLƏRĠN ĠFADƏ VASĠTƏLƏRĠ
Əliyeva Ş.Ə.
Azərbaycan Dillər Universiteti
―Determinasiya‖ termini latın dilində ― determinatio‖ sözündən götürülmüşdür və ―hədd, hüdud,
müəyyənləşdirmə‖ mənalarında işlənir. ―Determinasiya‖ dedikdə sözün geniş mənasında şərti parametrlərə
uyğun olaraq bu və ya digər obyektin və ya hadisənin yerinin müəyyənləş-dirilməsi, onların fərdi
xüsusiyyətlərinin klassifikasiyası başa düşülür.
Təbii elmlər sahəsində determinasiya dedikdə maddələr və ya proseslərlə bağlı məsələ- lərdən, tarix
sahəsində isə prosesin və ya hadisənin yeri və qanunauyğunluqlarından danışıldığı halda, filologiya
sahəsində
―determinasiya‖ dedikdə bu və ya digər dil vahidinin, leksemin, fonemin
müəyyənləşdiriliməsindən söhbət gedir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
288
Dilçilikdə ―determinativ‖ termini ―determinasiya‖ sözünə paralel olaraq işlədilir. Determinasiya ismin
qrammatik kateqoriyası olub, hər hansı bir sinifdən obyekt və ya obyektlər qrupunun seçilməsinə kömək
edir. Bu kateqoriya çox mürəkkəb və özünəməxsus kateqoriyadır.
Dilçilikdə ―determinasiya‖ termini ilə yanaşı ―referensiya‖, ―kvantifikasiya‖ və ―aktualizasiya‖
terminləri də geniş işlənir və onlar determinasiya termininə yaxın terminlər hesab edilir.
―Determinasiya‖ sözü öz özlüyündə ―eynicinsli mahiyyətlər (analyışlar) sinfini formalaş-dıran
keyfiyyətlər məcmusu‖ anlayışını ifadə edir. Misal üçün, dovĢan dedikdə xeyli sayda ayrı-ayrı fərdlərdən
ibarət olan bütöv bir heyvan növü haqda təsəvvür yaratmır.
Dilçilikdə determinasiyanın aşağıdakı növləri məlumdur: referent (müəyyən referent, qeyri-müəyyən
referent, qeyri referent və s.)
Determinasiya dedikdə ilk başa düşülən müəyyənlik və qeyri-müəyyənlik anlayışlarıdır.
Determinasiya kateqoriyası dildə müxtəlif vasitələrlə ifadə edilə bilər. Bu vasitələr sırasına xüsusi
qrammatik elementlər – artikl, determinasiyanı aydın şəkildə ifadə edən daha mürəkkəb morfoloji (hallanma
xüsusiyyətləri) və ya sintaktik konstruksiyalar (bəzi təyinedici sözlərin, məsələn, işarə əvəzlikləri, söz
sırasının dəyişməsi) aiddir.
Determinasiyanın ifadəsi daha çox aşağıdakı iki kateqoriyanın bir-birinə əks qoyulması üzərində
qurulur.
1. müəyyən – qeyri-müəyyən
2. xüsusi – qeyri-xüsusi (ümumi)
Bundan başqa, determinativlər kimi çıxış edən elementləri iki qrupa ayırmaq olar: analitik və sintetik
elementlər.
Azərbaycan dilində determinativlər kimi çıxış edə bilən dil elementləri sırasına həm analitik, həm də
sintetik vasitələri aid etmək olar. Bunlara sifət, say, əvəzlik, müəyyənlik, şəxs, mənsubiyyət şəkilçilərini də
aid etmək olar.
Rus dilində determinasiyanın xüsusi ifadə vasitəsi yoxdur. O, qeyri-spesifik vasitələrlə ifadə oluna
bilər. Onlara aşağıdakılar aiddir:
1. Müəyyən determinasiya;
2. Qeyri-müəyyən determinasiya.
Müəyyən halda Этот, тот, некий, qeyri-müəyyən halda isə некто, кто-то, один kimi qeyri-
müəyyən əvəzliklərlə ifadə oluna bilər. Determinasiya rus dilində həm də hal seçimini müəyyən edə bilər:
Qeyri -müəyyən halda - ждать письма, müəyyən halda isə ждать письмо variantlarını misal
göstərmək olar . Rus dilində bəzi dilçilər tərəfindən ismin ждательный падеж adlı halı da qeyd edilir və
göstərilir ki, bu hal qeyri-müəyyən determinasiyanı ifadə edir.
Rus dilində kəmiyyət qeyri-müəyyən determinasiyasına da rast gəlinir. Bu tip determi nasiya rus
dilind ə ismin adlıq halının xüsusi forması ilə ifadə edilir və həm də kəmiyyət-ayırıcı hal adlanır. Misal
üçün,
Выпить чаю
Avropa dillərində ( ingilis, fransız, alman) əsasən, müəyyən və qeyri-müəyyən determinasiyanın bir-
birinə əks qoyulması sistemi yayılmışdır.
Ümumilikdə götürdükdə, bütün dillərdə determinativləri ifadə edən vasitələr eyniyyət təşkil edir.
Onların sırasına sifətlər, saylar, əvəzliklər, artikllar və bəzi şəkilçilər daxildir.
Ġngilis dilində iki artikldan istifadə edilir:
1. Qeyri-müəyyənlik artikli – a (an);
2. Müəyyənlik artikli – the.
Fransız dilində isə artiklların determinativ kimi həm tək, həm də sözönləri ilə birləşmiş formalarından
istifadə edilir.
Rus və Azərbaycan dillərində artikl nitq hissəsi olmadığından onların funksiyasını hal şəkilçiləri yerinə
yetirir.
Əvəzlikərin determinativ kimi işlənməsinə isə qeyd edilən bütün dillərdə rast gəlinsə də, onların
müxtəlif pozisiyada gəlməsi semantik dəyişikliyə gətirib çıxarır.
Determinativlərin bütün dillərdə istifadəsi qaçınılmazdır və onlar mətndə mənanın dəyişməsinə də
səbəb olar bilər.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
289
UNĠVERSALĠ VƏ ONUN TƏDQĠQĠ TARĠXĠNƏ BAXIġ
Əliyeva N.Ə.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Dil universalilərinin öyrənilməsi tarixi uzaq keçmişə dayanır. Dil hadisələrinin universallığı hələ
qədim dövrlərdən məlumdur. Hələ hind fəlsəfəsində universalilər iki terminlə müəyyənləşdirilir: jati ―sinif‖
və ―samanya‖ ―ümumi‖. Fəlsəfi kontekstlərdə universalilər haqqında məlumat e.ə. II əsrə təsadüf edir.
Qrammatikaçı Patanjali adi isim olan inəyin ―fərdi heyvan‖a (dravya) və ya uyğun universaliyə aid olduğunu
müzakirə edir. O, altı kateqoriya irəli sürmüşdür ki, bunlardan ikisi universali və individialilərdir. Qədim
dövrün filoloqları antik dilçilik nitq hissələri, cümlə üzvləri haqqında araşdırmalar apararkən universal
münasibətlərə rast gəlmiş və bu ümumdil qanunlarını linqvistik mövqedən qiymətləndirməyə çalışmışlar.
Beləliklə, onlar müəyyən dərəcədə cümlə üzvlərinə aid antik nəzəriyyə ilə universali probleminin
bünövrəsini qoymuşlar.
Orta əsrlərdə də bu araşdırmalar davam etmişdir. Universal qrammatika yaratmaq meyli öz əksini orta
əsrlərdə göstərir. Orta əsrlər fəlsəfəsində universalilər haqqında danışarkən, onların obyektiv, real və ya
əşyaların adı kimi mübahisələri davam etmişdir. Universalilər haqqında ilkin nöqteyi-nəzər belə bir fərziyyə
irəli sürməyə gətirib çıxarır ki, universalilər idealda ―əşyalardan əvvəl‖ və ya ―əşyalarda‖ mövcuddur.
Ərəb fəlsəfəsində universalilər məna məsələsi ilə bağlı əşyaların xüsusiyyətlərinin formalaşması və
onlarda baş verən dəyişikliklər kimi sıx əlaqədə nəzərdən keçirilir. Lakin bu mənanın özü onun digər
mənalarla əlaqəsi, tək və ümumi, eləcə də atribut kateqoriyası ilə əlaqədə nəzərdən keçirilir. ―Universali‖
anlayışı ―əmr külliyi‖ (ümumi) və ―külliyyat‖ (ümumi anlayış) terminləri ilə ifadə olunurdu.
Qərbi Avropa fəlsəfəsində universalilər iki əsas mənada işlədilirdi:
1) müəyyən əşya ilə bağlı olan obyektlə;
2) hökm bacarığı ilə bağlı subyektlə.
Universali problemi qədim fəlsəfədə yaranmışdı, Platon və Aristotelin adı ilə bağlıdır. Bu problem
intibah dövründə də dərinləşmişdir. Görkəmli çex mütəfəkkiri Yan Amos Komenski bir çox elmlərlə məşğul
olmuş və dil universallığını nəzərdən keçirmişdir.
Universali ideyası XVII əsrdə Fransa alimlərinin maraq dairəsinə daxil idi. 1660-cı ildə fransada
mətnşünas Antuan Arno və dilçi Klod Lanslo tərəfindən ―Universal və rasional qrammatika‖ yazılmışdır.
―Por-Royal qrammatikası‖ adlanan bu əsərdə müəlliflər bütün dillərə aid olan ümumi cəhətləri müəyyən
etməyə və müxtəlif dillərdəki fərqləri və onların səbəblərini aydınlaşdırmağa çalışmışlar. Onlar məntiqin
ümumi qanunlarına əsaslanaraq, müxtəlif dillərin qrammatik quruluşu üçün bir sıra ümumi prinsiplər
göstərmişlər. Müəlliflər bu əsərdə, əsasən, semantik universalilərin xüsusiyyətlərinə nəzər yetirmişlər. Bu
əsər dilçilik tarixində universal ideyasının yayılmasında xüsusi rol oynamışdır. Lakin universal qrammatik
məsələlər diqqət mərkəzindən kənarda qalmamış, alman alimi İohan Fater 1799-cu ildə yazdığı əsərdə
universal qrammatikanın mühüm məsələlərinə toxunmuşdur.
İlk əvvəllər universal qrammatika hər bir dilin əsasında güman edilən universal semantik
kateqoriyalarla bağlı idi, konkret dillər isə ideal sxemə yaxınlaşmış variantlar kimi şərh edilirdi. Güman
edilən universal sxemdən kənara çıxan dillərin müxtəlifiyi gündəlik istifadədə dillərin deqradasiyası ilə izah
olunurdu. Bu müəyyən dərəcədə orta əsrlər fəlsəfəsində irəli sürülmüş fikirlə bağlı idi. Bu fikir ondan ibarət
idi ki, dildə baş verən hər bir dil dəyişikliyi onun düzgün işlədilməməsinin nəticəsi kimi verilirdi, bu da
qrammatikaçılar və filosoflar tərəfindən düzəldilməli idi. Məsələn: fransız, italyan və digər canlı roman
dilləri xarab olmuş latın dili kimi nəzərdən keçirilirdi, rus dili isə uzun illər ərzində xarab olmuş kilsə
slavyan dili kimi şərh olunurdu.
Bu fikir XIX əsr dilçiliyinə qədərki dövrü əhatə edirdi, yəni formanın ümumiliyi varlığın
(mövcudluğun) ümumiliyi ilə müəyyənləşdirilirdi. Buradan da dilə real yanaşma deyil, normativ yanaşma
tətbiq edilirdi, yəni gerçəklikdə necə danışılmalı olduğun deyil, necə danışmaq öyrənilir.
XIX əsrdə universal problemi nisbətən zəifləmişdir, lakin bununla belə, müəyyən işlər aparılmışdır. Bu
dövrdə dillərin universal münasibətləri əsasında təsniflər meydana çıxmışdır. Dövrün görkəmli alimi
Vilhelm fon Humboldt ümumi cəhətləri təhlil edərkən onu dilin əmələ gəlməsi ilə əlaqələndirmişdir.
XX əsrdə universali problemi dilçilik tədqiqatlarında xüsusi yer tutmuşdur. Kopenhagen
strukturalizmin nümayəndəsi Lui Yelmslev 1928-ci ildə çap etdiyi ―Ümumi qrammatikanın prinsipləri‖
əsərində problemin vacibliyinə toxunmuşdur.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
290
XX əsin 40-cı illərində Sovet İttifaqında müxtəlif sistemli dillərin hansı ümumi kateqoriyaların olması
məsələsi qaldırılmışdı. 1945-ci ildə akademik İ.İ.Meşaninov dildə ümumilik ideyası ilə bağlı mülahizəsini
irəli sürmüş, həmin dövrdən başlayaraq semantik universalilərə dair fikirlər, elmi mülahizələr meydana
çıxmışdır. Bu illərdə universali sahəsində elmi tədqiqatlar, əsasən, N.S.Trubetskoyun elmi fəaliyyətinin təsiri
ilə bağlı olmuşdur. Onun əsərləri bu problemin inkişafı, bir növ elmi istinad nöqtəsinə çevrilmişdir.
Dilçilik tarixində XX əsrin 60-cl illərində dillərin müxtəlif səviyyələrdə universal münasibətlərinin
tədqiqinin yeni mərhələsinə çevrilmişdir. 1961-ci ildə Nyu-Yorkda universal problemlərinə həsr edilmiş
xüsusi konfrans keçirilmişdir. Konfrnasda C.Qrinberq, Ç.Osqud və C.Cenkinson ―dil universaliləri haqqında
memorandum‖ yazmışlar. Bu memorandum universali məsələsinin mahiyyətini incəliyi ilə aydınlaşdıran
sənədə çevrilərək universali sahəsində tədqiqatların elmi-nəzəri istiqamətləndirilməsində xüsusi rol
oynamışdır.
Qeyd etmək lazımdır ki, dilin universal xüsusiyyətləri dilçiləri qədim zamanlardan maraqlandırmışdır.
Lakin onların empirik yolla tapılması fikri 1960-cı ildə C.Qrinberq tərəfindən irəli sürülmüşdü. Bu məsələnin
bu illərdə tapılmasını təsadüfilik adlandırmaq olmaz, məhz 1950-ci ilin sonu-1960-cı ilin əvvəli insan dilinin
basis xüsusiyyətlərini deduktiv üsulla (dilləri tədqiq etmədən) tədqiq edən dilçilik nəzəriyyələri inkişaf
etməyə başlandı. C.Qrinberq törədici qrammatikanın əksinə olaraq öz induktiv metodunu irəli sürdü ki, dilin
universal xüsusiyyətlərinin empirik yolla öyrənilməsi ön plana çəkilsin. Metodun məğzi müxtəlif dil
ailələrindəki dilləri eyni parametrlərlə tədqiq etmək və tədqiq edilən dillərdəki üst-üstə düşən hadisələri
tapmaqdan ibarət idi. Bu üst-üstə düşən hadisələr universalilər adlandırılırdı.
Əsas problem dünya dillərində bəzi ümumi xüsusiyyətləri necə müəyyələşdirmək idi. Bunun üçün
qeyri-real və müzakirəsiz bir üsul mövcuddur: bizi maraqlandıran xüsusiyyəti dünyada danışılan bütün
dillərində yoxlamaq. Qeyri-real üsul dedikdə, bu məsələ tədqiqatçılardan çox böyük əmək tələb etmir, lakin
bununla belə, demək lazımdır ki, bu ona görə qeyri-realdır ki, müqayisəli surətdə qrammatikanın bir çox
aspektləri çox az miqdarda dillərdə tədqiq edilmişdir. Cümlə və söz birləşmələrində söz sırası detallı olaraq
yalnız dünya dillərinin 20 %-ində, feil kateqoriyaların semantikası isə daha az miqdarda olan dillərdə tədqiq
olunmuşdur.
Buradan belə, nəticə çıxarmaq olar ki, heç bir linqvistik universalini təcrübədə aşkar etmək mümkün
deyil. Lakin bunu ancaq universalinin daha ―kəskin‖ qavranılması, istisnaların olmadığı bir vaxtda demək
olar. Belə qavranma insan dilinin ümumi xüsusiyyətlərinin empirik aşkarlanması haqqında danışmağın qeyri-
mümkünlüyününü ortaya qoydu, bu səbəbdən C.Qrinberq və onun ardıcılları universalilərin statik
qavranması üsulunu seçdilər. Bu zaman universalilərin hər bir dildə yoxlanması tələb olunmur.
ĠNGĠLĠS VƏ AZƏRBAYCAN DĠLLƏRĠNDƏ PERSONALĠZASĠYA KATEQORĠYASININ
FORMALAġMASINDA YĠYƏLĠK ƏVƏZLĠKLƏRĠNĠN ROLU VƏ ONLARIN DĠSKURSĠV- PRAQMATĠK
ġƏRTLƏNMƏSĠ
(Ġngilis və Azərbaycan dillərinin materialları əsasında)
Əsədova M.N.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Nitq hissələri arasında orijinallığı ilə seçilən və leksik-qrammatik sözlər kimi qruplaşdırılan
əvəzliklərin ingilis dilində yiyəlik əvəzlikləri kimi məlum olan növü Azərbaycan dilində şəxs əvəzliklərinin
yiyəlik hal şəkilçisi qəbul etmiş təsriflənən formalarına uyğun gəlir və bu qrup leksik vahidlərin semantik
yükünün altında sahiblik, nəyinsə yiyəsi olma mənası anlaşılır. Belə ki, kommunikativ prosesdə danışanın,
yəni nitq aktı iştirakçısının şəxsiyyətlərarası münasibətlərini qurmaq, ―özünün‖, ―müsahibinin‖ və yaxud
―başqa bir şəxsin‖ və ya ―şəxslərin‖ mənsubiyyət əlaqələrini vurğulamaq və eləcə də bu münasibətlərin
sərhədlərini müəyyən etmək üçün ingilis dilində yiyəlik əvəzlikləri, Azərbaycan dilində isə şəxs
əvəzliklərinin yiyəlik hal formaları işləklik qazanmışdır. Bu tip əvəzlik qruplarının ifadə etdiyi əsas məna,
yəni mənsubiyyət anlayışı ilə yanaşı kommunikativ prosesdə nitq aktı iştirakçısının intensiyasından və
kommunikativ prosesin digər iştirakçılarına onun münasibətindən asılı olaraq, onların əlavə konnotasiyalar
ifadə etməsi ingilis dilində olan yiyəlik əvəzliklərinin və Azərbaycan dilində olan yiyəlik halda olan şəxs
əvəzliklərinin diskursiv- praqmatik şərtlənməsinin təzahürüdür. Nitq aktı iştirakçısının nitqində, yaxud
müəllifin öz əsərində özünün və ya yaratdığı obrazın fərdiləşməsinin morfoloji- leksik ifadə üsulları ilə
gerçəkləşməsi olan personalizasiya dil kateqoriyası universal bir kateqoriya olaraq mahiyyətcə gerçək aləm
və bu aləmdəki insanın koqnitiv- idrakı fəaliyyəti ilə əlaqədardır. T. A. Pivovarçik qeyd edir ki, ―personallıq
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
291
funksional-semantik sahəsini əmələ gətirən dil vasitələri praqmatik funksiyanı yerinə yetirir, nitq
situasiyasının iştirakçılarının kommunikativ əlaqəsinin aktualizasiyası-personalizasiyası sayəsində danışanın
dəyişən şəraitlərdə müxtəlif adamlarla kommunikativ münasibətlərinin nizama salınması üçün alət olur‖.
Belə dil vasitələri cərgəsinə T. A. Pivovarçik ―şəxs- atribut‖ mənalı yiyəlik əvəzliklərini də aid edir. Dilçi
alim dialoji nitqdə yiyəlik əvəzliklərinin praqmatik aktualizasiyalı işlənməsinin üç linqvosemiotik
oppozisiyada danışanın müraciət əsasında öz müsahibləri ilə qarşılıqlı əlaqəsinin nizamlanmasına imkan
verir: 1. Özününkü-özgə oppozisiyası;
2. İsti-soyuq oppozisiyası;
3. Yaxşı-pis oppozisiyası (Пивоварчик Т. А. «Прагматический потенциал прияжательных
местоимений» www.qramota.net/materials/1/2009/2-3/51/html).
Bizi əhatə edən gerçək aləmin ağ-qara, gecə-gündüz, yaxşı-pis və s. antoqonizlərinə uyğun olan bu
kimi əksliklərin qarşılaşdırılması insan idrakının və onun fəaliyyəti prosesində ətrafındakılara olan
münasibətindən asılı olan intensiyasının mənsubiyyət göstəriciləri olan yiyəlik əvəzliklərinin aktuallaşması
sayəsində gerçəklşir. Belə ki, adresantın nitqində işlənən yiyəlik əvəzliyi aktuallaşma səviyyəsindən asılı
olaraq, onun adresata olan intensiyasının ifadə obyektinə çevrilir. ―Özününkü‖- ―başqasınınkı‖ oppozisiyası
altında adresant ya adresatı özünün şəxsi, yaş, cins, etnokultur çevrəsinə daxil edir, yaxud da bu çevrədən
onu çıxarır, yaxud da özünü onun çevrəsindən kənarda tutmaqla adresatla qarşılıqlı əlaqələrini tənzimləyir.
Yiyəlik əvəzliklərinin nitq prosesində aktuallaşan ―özününkü‖- ―başqasınınkı‖ oppozisiyası ilə bu qrup
əvəzliklərin linqvopraqmatik xüsusiyyərlərinə gətirib çıxaran bir sıra əlavə konnotasiyalar müşahidə edilir.
Məsələn:
1.
Yaxınlıq, məhrəmlik.
―I think, my dear, we have all finished‖ (A. J. Cronin ―The Citadel‖).- (Məncə, əzizim, (mənim
əzizim) biz hər şeyi bitirdik). Bu cümlədə ―my dear‖ müraciəti ilə adresant özünün adresata yaxın, məhrəm
münasibətini ―my‖ yiyəlik əvəzliyi ilə ifadə edir.
... hamıdan çox istədiyi, boynunu oxşayıb: "mənim yaranal ərim" - dediyi Cahandar ağa samanlığın
üstündə oturub nərildəyərdi (İ. Şıxlı ―Dəli Kür‖). Adresant adresata olan özününkü, yaxın, məhrəm
hisslərinin ―mənim‖ əvəzliyini ―yaranal ərim‖ birləşməsinin qarşısında işlədərək intensiyasını bir qat
mənsubiyyətlə deyil, ikiqat mənsubiyyətlə bildirərək daha qabarıq aktualizasiya qoymaq üçün əvəzliyin
praqmamənasından istifadə edir.
2.
Müsahibini qiymətləndirmə, dəyərləndirmə.
―It’s this. Yes, my smart young gentleman! May be you’ll be kind enough to explain this.‖ (A. J.
Cronin ―The Citadel‖)- Bu belədir. Hə, mənim ağıllı centlmenim. Bəlkə, lütf edib bunu izah edəsiniz. Verilən
bu nümunədə ―my smart young gentleman‖ müraciətində my yiyəlik əvəzliyindən sonra smart sifəti
işlənərək müsahibin onun üçün dəyərini vurğulamaqla, əvəzliyin praqmatik funksiyasını göz önünə qoyur.
Oxumaq bilirsənmi? - Yox. - Bəs öyrənmək necə, istəyirsənmi? - Çətindir? - Sənin kimi oğulun əlində
nəmənədir, bir aya öyrənərsən. (İ. Şıxlı ―Dəli Kür‖). Bu nümunədə ―sənin‖ əvəzliyini işlətməklə adresant
adresat haqqında əvvəldən bildikləri sayəsində adresatın onun nəzərində olan dəyərini, yüksəkdə durduğunu
vurğulayır və nitq aktı iştirakçısının intensiyasının ifadə vasitəsinə çevrilən əvəzlik yüksək dərəcədə
aktuallaşaraq praqmatik-diskursiv məna daşıyır.
Adresant adresatı öz çevrəsindən kənarda tutmaqla soyuqluq, düşmənçilik, kin, qərəz, rəqabət, fərqlilik
kimi praqmahisləri yiyəlik əvəzlikləri ilə aktuallaşdırır. Məsələn:
1.
Soyuqluq, laqeydlik.
―I do doubt your word. You think you’re a wise one‖. (A. J. Cronin ―The Citadel‖)- Sənin sözlərinə
şübhə edirəm. Sən hesab edirsən, ağıllısan. Adresant ―your- sənin‖ yiyəlik əvəzliyi ilə müsahibinə soyuqluq,
laqeydli kimi praqmahisslərini büruzə verərək, inamsızlığın səbəbi kimi sözlərin ―sənin‖ olduğunu
vurğulayaraq əvəzliyin aktualizasiyasını göz önünə qoyur.
Nişanlımız sənin balığına qalmayıb, özümüz tutarıq (İ. Şıxlı ―Dəli Kür‖). Azərbaycan ədəbiyyatından
gətirdiyimiz bu nümunədə adresant adresata olan öz intensiyasını bildirmək üçün mənsubiyyət mənalı
―balığın‖ sözünün qarşısında ―sənin‖ yiyəlik halında olan şəxs əvəzliyini işlədərək ikiqat mənsubiyyətlə
əvəzliyin praqmahiss daşıdığını diqqət önünə çəkir.
2.
İstehza, ironiya.
You mistake me, my dear. I have a high respect for your nerves. They are my old friends (J. Austen
―Pride and Prejudice‖).-Səhv edirsən, əzizim. Sənin əsəblərinə böyük hörmətim var. Onlar mənim köhnə
döstumdur.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
292
Ay ana, kimdi gəlib sənin qazanına baxan? (İ. Şıxlı ―Dəli Kür‖). Adresant adresata müraciətində ikiqat
mənsubiyyət yaratmaqla ―sənin qazanına‖ ifadəsilə insanların onun fərqində olmadığını, onunla
maraqlanmadıqlarını ifadə etmək üçün yiyəlik halda olan şəxs əvəzliyinin aktualizasiyasından istifadə edir.
3.
Düşmənçilik, qərəz, kin.
And YOUR defect is to hate everybody.- Sənin səhvin odur ki, sən hamıya nifrət edirsən. (J. Austen
―Pride and Prejudice‖). ―Your‖ yiyəlik əvəzliyinin hətta mətndə ancaq böyük hərflərlə verilməsi, yəni
adresatın bu əvəzliyi aktuallaşdıraraq ondan öz qəzəbinin, iradının ifadəsi üçün istifadə etməsi bu referentiv
vahidin praqmatik funksiyasının reallaşmasını bildirir.
Elə sənin kimiləri deyilmi camaatın evini yıxan (İ. Şıxlı ―Dəli Kür‖).
Sənin mollaların heç vaxt maarif məşəlini yandırmayacaq. Əksinə, bacarsalar, bütün qığılcımları
söndürəcəklər (İ. Şıxlı ―Dəli Kür‖). Bu nümunələrdə adresantın dilindən verilmiş ―sənin kimiləri‖ və yaxud
―sənin mollaların‖ ifadələri ilə onun aresata olan kini, qəzəbi, ondan fərqli əqidəyə, xislətə malikliyi
əvəzliyin köməyi ilə reallaşır. Əvəzliyin belə aktualizasiyası birbaşa adresantın adresata olan gizli
intensiyasını qabardaraq üzə çıxarır və praqmahisslərin ifadəsinə xidmət edir. Müəllif bu kəlmələrdə yiyəlik
halda olan əvəzliyi işlətməklə personalizasiya ortaya qoyaraq nitq aktı iştirakçılarının kommunikativ
asılılığını, situativ uyğunluğunu göstərir.
İngilis və Azərbaycan dillərində deyiktik və referentiv vahidlər olan yiyəlik əvəzliklərinin
personalizasiya kateqoriyasının göstəriciləri kimi araşdırılması qarşılaşdırılan bu dillərdə insanın idrakı-
koqnitif fəaliyyəti ilə əlaqədar olaraq intensiyasının ifadə vasitələri kimi bu əvəzliklərin hər iki dildə olan
linqvopraqmatik xüsusiyyətlərə malik olduğunu aşkar edir.
Dostları ilə paylaş: |