Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
331
MEMORĠZATĠON TECHNĠQUES FOR LEARNĠNG FOREĠGN LANGUAGES
Mammadova A.J.
Sumgait State University
In the modern world of globalization learning foreign languages is becoming more and more actual.
Among the large variety of learning techniques memorization plays a great role in getting familiar with any
foreign language. Memorization can be defined as the process of committing something to memory, mental
process undertaken in order to store something in one`s memory for later recall.
The most important role of memorization is in the process of learning a language which is non-relative
to the learner`s native one, when no parallels can be tracked between the two languages at first sight, and
there are different phonetic laws, lexical components, vocabularies, syntactic constructions. For such cases
various methods of memorization have been developed, they assist easy and quick learning of the foreign
language material, such as the methods of keywords, scenario, mnemotechnics, relaxation, the method of
―chain‖, etc. Our article gives detailed instructions for use of these methods for learning Turkish – a
language of the country with a rich and diverse culture, long history and a great significance in the modern
world, thanks to its unique geographical location.
Memorization is a preliminary stage of learning a foreign language, since the quality of remembering
determines the final result (TÖMER 2009: 32). The success of memorization depends on understanding of
the language material by a student, since the process of remembering should be based on understanding of
the internal logical relations between parts of the studied material. There are some methods for
understanding:
Method 1. Working with a text:
Reading is the best way for students to get familiar with a large number of new words, since learning
words only by vocabulary often seems ineffective and hard.
The work with a text should consist of the following steps:
1. Reading the text carefully.
2. Making up and writing the questions about it.
3.Highlighting the most important points.
4. Retelling the text audibly so that to master the right pronunciation.
5. Reviewing the text again and dividing it into logical parts.
Мethod 2: Keywords:
One of the mnemonic strategy that has been developed by researchers is the keyword mnemonic. This
has been used successfully in various learning areas, including the area of learning vocabulary.
The keyword mnemonic is certainly an effective technique, particularly for learning to read in another
language, as opposed to writing or talking (where the learner have to remember the words, rather than simply
recognizing them when he sees themselves or their images).
MULTĠKULTURALĠZM ĠLĠ
Məmmədova S.M.
Sumqayıt Dövlət Universiteti
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı
şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi bəzi dünya ölkələrinin ölkəmizə olan münasibətini
köklündən dəyişdirdi. Hazırda ölkəmizdə olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin
Azərbaycan modeli barədə geniş danışılır. Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda
―Multikulturalizm ili‖ elan etməsi haqqında Sərəncam imzaladıqdan sonra multikulturalizm dövlət
siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycan modeli üç prinsipə əsaslanır: tarixi milli
dəyərlər, tolerantlıq və azərbaycançılıq. Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik
Kamal Abdullayev ölkəmizdə multikulturalizmin həyat tərzi olduğunu, respublikamızda multikultural
dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykəndiyini dəfələrlə öz cıxışlarında qeyd edərək demişdir ki,
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
332
Azərbaycanda normal tolerant mühit var, burada müxtəlif xalqların nümayəndələri, fərqli dinlərə mənsub
insanlar eyni hüquqa malikdir və əsrlərdir qardaşlıq, dostluq şəraitində yaşayırlar. Ölkəmizin ali təhsil
müəssisələri ilə yanaşı, Azərbaycan multikulturalizmi dünyanın müxtəlif ölkələrində də təbliğ və tədris
edilir. Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi dəyərlərə malik olan ölkə
kimi tanıdılmasına zəmin yaradır. ―Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları‖ kitabının nəşri,
―Azərbaycan multikulturalizmi‖ dərsliyinin yazılması, ―Multikulturalizm‖ jurnalının çap edilməsi, eyni adlı
fənnin proqramının tərtib olunaraq dünya universitetlərinə təqdim edilməsi, dünyanın 15 ali təhsil ocağında
tədris olunan ―Azərbaycan multikulturalizmi‖ fənninin faydası bu işin həm mürəkkəbliyini, həm
çoxşaxəliliyini, həm də cəmiyyətimiz, gələcəyimiz üçün vacibliyini bir daha göstərir. Tarixən tolerant və
multikultural dəyərləri üstün tutan, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün
dinlərin nümayəndələri: müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayırlar.
Dünyadakı bütün problemlərin həllinin sivilizasiyalararası dialoqlardan, digər dinlərin, dillərin, müxtəlif
mədəniyyətlərin, eləcə də ayrı-ayrı irqlərin nümayəndələrinə bərabər münasibətin, hörmətin
göstərilməsindən–multikulturalizmdən asılı olduğu hamıya məlumdur. Hazırda ölkəmizdə multikultural
dəyərlər, tolerantlıq, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində bir sıra dövlət səviyyəli
tədbirlər həyata keçirilir. İnsanın əsas hüquq və azadlıqlarından sayılan vicdan azadlığı və ana dilində
danışmaq hüququnun təmin olunması demokratik cəmiyyətlərin, dövlətlərin ümumi inkişafının təməl
prinsiplərindən sayılır. Vicdan azadlığı hər kəsin dinə münasibəti ilə bağlıdır. Azərbaycanda vicdan azadlığı
hüququnun təminatı sırasında ən mühüm yerlərdən birini bərabərlik hüququ prinsipi tutur. Bu gün mövcud
olan əlaqələr xalqlara məxsus mədəniyyətin qarşılıqlı mübadiləsini sürətləndirməkdədir. Ölkəmizdə çoxlu
sayda mədəniyyət nümunələrini özündə daşıyan xalqların nümayəndələri yaşamaqdadır. Çünki
mədəniyyətin əsas daşıyıcıları məhz xalqlardır. Gostərilən bu aspektlər Azərbaycanı çoxmillətli, çoxdilli,
multikultural, demokratik vətəndaş cəmiyyəti quruculuqlu ölkə kimi tanıtmışdır. Qeyd edək ki, ölkəmizdə
yaşayan eyni bir doğma ailə kimi tarixi gerçəklik, genetik-etnik yaddaş və qarşılıqlı münasibətlərin
ötürücüsü olan müxtəlif xalqlar: talış, ləzgi, avar, tatar, udin, tat və başqaları da özünü azərbaycanlı
adlandırır.
ORĠJĠNALDAN TƏRCÜMƏYƏ KĠMĠ: MÜƏLLĠF VƏ TƏRCÜMƏÇĠ MÜNASĠBƏTLƏRĠ
Məmmədzadə N.
Azərbaycan Dillər Universiteti
Bədii tərcümədə tərcüməçinın bir fərd kimi rolu həmişə mübahisəli olub. Bu barədə V.S.Vinoqradov
və A.V.Fyodorovun fikirləri də bir-birindən kəskin fərqlənir. Vinoqradovun fikrincə, tərcüməçinin fərdiyyəti
ilə şərtləşən üslubi cəhətlərin paradoksu arzuolunmaz olsa da, qaçılmazdır. Fyodorov isə Vinoqradovdan
fərqli olaraq paradoksun olduğunu inkar edərək təsdiq edir ki, tərcümənin obyektivliyi və güclü tərcüməçi
şəxsiyyəti nəinki mümkündür, hətta bir digərinin olmasını vacib edir.
Təbii ki, tərcüməçinin proses zamanı öz fərdiliyini və ünsiyyət tərzini göstərmək imkanları
tərcümənin yaradıcı başlangıcının çəkisindən çox asılıdır. Təsadüfi deyil ki, bu fərdilik və ünsiyyət tərzi daha
çox poeziyanın tərcüməsində, ümumilikdə isə bədii tərcümədə özünü büruzə verir. Publisistik janrda olan
mətnlərin tərcüməsində isə vəziyyət tamamilə başqa bir rəng alır: bu zaman mətn standartları və mətnin
neytral olması əsas rol oynayır. Mətn janra uyğun olaraq yaranır və müəllifin fərdiyyəti burada parlaq nəzərə
çarpır(oçerk, feilyeton və s.).
Yuxarida deyilənlərdən bu nəticəyə gəlmək olar ki, tərcüməçinin ünsiyyət tərzində onun fərdi
keyfiyyətləri ilə yanaşı, mədəni ənənə və tərcüməçi norması da özünü göstərir.
Orijinal mətnin məna və üslubunun tərcümə olunan dildə tam verilməsi və tərcümə dilinin
mükəmməlliyi lap əvvəlki dövrlərdən başlayaraq son vaxtlara qədər tərcümənin bir çox normativ
konsepsiyalarının əsasını təşkil edir. Alman ədəbiyyatının bir çox incilərini azərbaycan dilinə tərcümə etmiş
görkəmli tərcüməşi Vilayət Hacıyev tərcümə və orijinalın əlaqəsindən danışarkən qeyd etmişdir ki, uğursuz
tərcüməni, yöndəmsiz söz yığınını dilimizin lüğət tərkibinin ―kasıb-lığı‖ ilə izah etməyə çalışanlar böyük
səhv edirlər. Dilimiz ən ―qəliz‖ fikri sərrast ifadə etmək qabiliyyətinə malikdir, sadəcə, səbrli olmaq,
müxtəlif variantları saf-çürük etmək lazımdır.
Tərcüməyə ikidilli ünsiyyət kimi baxmaqla, bu ünsiyyətdə iştirak edən tərəflərərin müxtəlif
mədəniyyət daşıyıcaları olması faktını xüsusi qeyd etmək lazımdır. Ona görə də tərcümə problemlər
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
333
―bilinguale‖- ―ikidilli‖ yox, həm də ―bicultural‖- ―ikimədəniyyətlidır‖. Ona görə də bu iki tərəf - yəni ötürən
və qəbuledən arasında həm də tərcüməçi iştirak edir. Xarici dildən ana dilinə tərcümə edən tərcüməçi proses
zamanı tərcümə edilən dilə əsaslanır, yəni onun üçün əsas çətinlik orijinalın ana dilində necə verilməsi olur.
Ana dilindən xaricə dilə tərcümə edən tərcüməçi üçün isə istinad mətnin təhlili bir qayda olaraq elə də
çətinlik yaratmır. Bu halda əsas problem ana dilində olan məlumatın xarici dildə verilməsi üçün düzgün
ifadə vasitələrinin seçilməsi olur.
Fransız humanisti, şair və tərçüməçi Etyen Dolenin, ingilis şairi, dramaturq, tənqidçi Con Draydnın və
Britaniya tarixçisi, yazıçı Aleksandr Freyzer Taytlerin tərcüməçilər üçün irəli sürdükləri və onların riayət
etməli olduqları prinsipləri ümumiləşdirdikdə aşağıdakı nəticəyə gəlirik;
1)
Orijinal mətinin dilini və tərcümə etdiyi dili gözəl bilməlidir;
2)
Sözbəsöz tərcümə etmək ənənəsindən qaçmalıdır, yoxsa bu, orijinal mətnin məzmununa xələl gətirərək
onun formasının bütün gözəlliyini məhv edər.
3)
Tərcümə edilən dilin ümumişlək sözlərindən istifadə etməlidir;
4)
Sözləri düzgün seçib yerləşdirməklə orijinalın ifadə etdiyi fikri eyni ―tonallıqda ― verməlidir.
5)
Orijinal mətni müəllifinin fərdi xüsusiyyətlərini başa düşməlidir;
6)
Orijinalı yaxşılaşdırmağa çalışmamalıdır;
7)
Tərcümə də orijinal kimi asan oxunmalıdır;
8)
Tərcüməçi öz bacarığını müəllifin bacarığı ilə bərabər tutmalıdır.
Yuxarıda sadalananlardan çıxış edərək bu nəticəyə gəlirik ki, tərcüməçi üçün tərcümə etdiyi əsərin
dilini mükəmməlliyi ilə bilmək kifayət deyildir, o eyni zamanda orijinal əsərin ruhunu korlamamaq üçün yad
mədəniyyətin bütün özəlliklərinə tam bələd olmalıdır, müəllifin dərində gizlətdiyi fikir və ideyasını ustalıqla
anlayıb verə bilməlidir, hər bir sözün ölçü-çəkisini bilib düz yerində qoymalıdır, belə ki, iki yaradıcı şəxsin –
müəllif və tərcüməçinin qarşıdurması oxucuya ya əməkdaşlıq, ya da münaqişə vəd edə bilər. Bu
qarşıdurmanın əməkdaşlığa çevrilməsi üçün tərcüməçi təkcə müəllifin estetik dünyasına, onun fikir və xəyal
aləminə və bu fikirləri ifadə etmək üsuluna dalmamalıdır, həm də müəyyən bir vaxt üçün bu dünyada
yaşamalı, bu fikir və xəyalları özününküləşdirməli, həmin tərzdə danışmalıdır. Bunun üçün isə tərcümə
ediləcək əsəri təhlil etmək azdır, müəllifin digər yazılarını oxumaq, onun həyat yolunu öyrənmək, onun
haqqında ədəbi tənqidi yazılarla maraqlanmaq və müəllifin öz əsərləri barədə nə yazdığına və nə dediyinə
baxmaq lazımdır.
Tərcümə edilən dildə müəllifin obrazını tamamilə yarada bilmək yalnız o tərcüməçilərə müyəssər ola
bilər ki, tərcüməçi özü zəngin şəxsi təcrübəyə malik yaradıcı şəxs olsun və yad mədəniyyətə yüksək
dərəcədə uyğunlaşmağı bacarsın, tərcüməni müəllifin dünyagörüşünə, etik və estetik baxışlarına və bədii
tərzinə dərindən varmaqla etsin.
Eyni bir əsərin müxtəlif tərcüməçilər tərəfindən edilmiş tərcümələrini müqayisə etdikdə onların
istifadə etdikləri ifadə vasitələrinin fərqini görmüş olacağıq. Əslində, bu tərcümələr bir-birindən fərqlənirlər,
çünki hər bir tərcüməçi müəllifin fərdiliyini özünəməxsus şəkildə dərk edir, hər tərcüməçi tərcüməsinə
özündən nəsə qoyur, bədii ifadə vasitələrini yalnız özünəməxsus tərzdə, təkrara yol vermədən seçir.
Tərcüməçiləri birləşdirən ümumilik onların yaradıcı yanaşmasında cəmiyyətin və yaşadıqları dövrün mənəvi
ruhunun onlar qarşısında qoyduğu tələblərə cavab vermək, fərdilik isə hər bir tərcüməçinin orijinal mətnə
özünəməxsus yanaşmasıdır. Buradan belə nəticə çıxır ki, əcərin tərcüməsinin keyfiyyətli alınması barədə rəy
verdikdə orijinal mətndəki müəyyən anların nə qədər uğurlu verilməsinə yox, mətnin məzmun və formasının
vahidliyinin nə qədər saxlanılmağa müyəssər olunduğuna nəzər yetirmək lazımdır.
Tərcüməçinin vəzifəsi müəllifin fərdiliyini, yaradıcı şəxsiyyətini ört-basdır edib eybəcərləşdirmək yox,
əksinə onu üzə çıxardıb göstərməkdir. Eyni zamanda da tərcüməçi olmadan, onun birgə yaşantısı, yaradıcı
həmdərdliyi olmadan tərcümə prosesi gedə bilməz, tərcümə bədii cəhətdən mükəmməl alınmaz. Deməli,
bədii ədəbiyyatın müəllif və tərcüməçi şəxsiyyətlərinin münasibətini, onların qarşılıqlı əlaqələrini, yaradıcı
şəxsiyyətini istisna etməklə deyil, əksinə, az və çox dərəcədə bir-biri ilə axıb birləşməsində axtarmaq
lazımdır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
334
AZƏRBAYCAN VƏ ALMAN BƏDĠĠ ƏDƏBĠYYATININ QARġILIQLI TƏRCÜMƏ ƏLAQƏLƏRĠ
Mərdanlı H.H.
Sumqayıt Dövlət Universiteti
Ümumiyyətlə, tərcümə, xüsusilə də bədii tərcümə dünyanın bir – birindən uzaq iqlim guşələrində
yaşayan, maddi və mənəvi nemətlər yaradan, müxtəlif dillərdə danışan, fərqli psixoloji təbiətə malik olan
xalqlar arasında qarşılıqlı əlaqə və mötəbər dostluq körpüsüdür. Dostluq duyğularının vüsəti ölçüyə
gəlmədiyi kimi, xalqların bir–birini daha yaxından tanımaq, dünya mədəniyyəti inciləri ilə zənginləşmək
arzusunun da hüdudu yoxdur. Dünya xalqlarını yaxınlaşdıran, onların qəlbinə yol tapan və mənəvi cəhətdən
zənginləşdirən vasitələrdən biri də müxtəlif xalqların ədəbiyyatlarından edilən tərcümələrdir. Xalqlar məhz
tərcümə ədəbiyyatları vasitəsilə bir-birlərinin tarixi, adət-ənənəsi, mədəniyyəti ilə tanış ola bilir, söz
ustalarının ölməz əsərlərini öz doğma dillərində oxumağa imkan tapırlar.
Müəyyən bir dildə yaradılmış sənət inciləri başqa dillərin daşıyıcıları üçün də maddi-mənəvi abidəyə
çevrilir, onun bədii-estetik dəyəri dar arealda deyil, geniş miqyasda yayılır.
ХIХ əsrin dördüncü оnilliyində (1834) bədii tərcümənin əsаsını qоymuş, еnsiklоpеdik biliyə mаlik
оlаn görkəmli şаir və yаzıçı А.Bаkıхаnоv (1794-1847) tərəfindən yаrаdılmış Аzərbаycаn tərcümə məktəbi
indiyə kimi хеyli inkişаf еtmiş və zəngin təcrübə qаzаnmışdır. Sоnrаkı dövrlərdə, yəni ХХ əsrin əvvəllərində
А.Səhhət (1874-1918) milli tərcümə məktəbini dаhа dа fоrmаlаşdırmış, А.Şаiq (1881-1959), M.Sеyidzаdə
(1907-1976) və digər sənətkаrlаr isə bu sаhənin gеniş inkişаfınа çаlışmışlаr. Аzərbаycаndа bədii tərcümə
ХХ əsrin 20-30-cu illərindən yеni istiqаmət götürsə də, əsаsən, İkinci Dünyа mühаribəsindən sоnrа dаhа
intеnsiv şəkildə inkişаf еtməyə bаşlаmışdır.
Azərbaycan və alman xalqının bir–birini öyrənməsində, ədəbi–mədəni əlaqələrin inkişafında, qarşılıqlı
təsir yolu ilə zənginləşməsində bədii tərcümənin rolunu və əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan
yazıçıları bu sahədə çox böyük nailiyyət əldə etmişlər.
Müxtəlif dövrlərdə müxtəlif alim və filosoflar tərcümə işinə yüksək qiymət vermiş, mədəni əlaqələrin
inkişafında onun əvəzsiz rolunu qeyd etmişlər.
Təsadüfi deyil ki, tanınmış yazıçımız M. İbrahimov da tərcüməni «bəşəriyyət tarixində xalqları bir-
birinə bağlayan mənəvi körpü» adlandırmışdır.
Dünya şöhrəti qazanmış dahi alman mütəfəkkiri Y.V.Göte bədii tərcümə etməklə yanaşı, onun
nəzəriyyəsi ilə də məşğul olmuşdur. Göte tərcümənin dilə təsirini qeyd edərkən onu (tərcüməni) dili
təmizləyən və zənginləşdirən vasitə sayırdı. Məlumdur ki, bədii tərcümə öz mürəkkəbliyinə və əhatə
dairəsinə görə tərcümənin digər növlərindən fərqlənir, və təbii ki, başqa növlərin bir çox xüsusiyyətlərini də
özündə birləşdirir.
Alman dilindən Azərbaycan dilinə tərcümə ilə bağlı elmi tədqiqatlar bu baxımdan olduqca mühüm
əhəmiyyət kəsb edir. Fikrimizi əsaslandırmaq üçün görkəmli alman şairi Y.V.Götenin Azərbaycan dilinə
tərcümə olunmuş «Səyyahın gecə nəğməsi» adlı şerinə diqqət edək:
Über allen Gipfeln ist Ruh
In allen Wipfeln spürst du kaum einen Hauch,
Die Vöglein schweigen im Walde –warte nur, bald ruhest du auch
Dağlar uca göy qədər,dağlar zülmət yuxulu
Səssiz,ünsüz təpələr- duman çiskin qoxulu
Meşə laldır büsbütün,quşlar ötmür bu gecə
Vaxt gələr, sən də bir gün uyuyarsan beləcə
Tərcümə o dərəcədə mükəmməl və təbiidir ki, biz oxucular onu orijinal əsər kimi qəbul edirik.
Eyni zamanda Azərbaycan ədəbiyyatının mənəvi-ruh dünyasının incisi hesab olunan ―Kitabi-Dədə
Qorqud‖ dastanının, eləcə də şifahi ədəbiyyatımızın, folklorumuzun digər nümu-
nələrinin alman dilinə çevrilməsi XIX əsrə təsadüf edir. 1815-ci ildə H.F.von Dits ―Kitabi-Dədə
Qorqud‖un VIII boyunu, 1992-ci ildə isə Y. Kunoş ―Şah İsmayıl və Gülzar xanım‖,―Aşıq Qərib‖, ―Tahir
və Zöhrə‖ dastanlarını alman oxucusuna çatdırmışlar. Maraqlıdır ki, bu söz inciləri sonralar da alman şair-
filosoflarının, tərcüməçilərinin diqqətini cəlb etmiş, XX əsrdə onların tərcüməsinə yenidən qayıdılmışdır.
Məsələn: şərqşünas alim G. Hayn 1958-ci ildə ―Kitabi-Dədə Qorqud‖u tam şəkildə alman dilinə
tərcümə edərək
nəfis
şəkildə çap
etdirmişdir. Ümumiyyətlə,
XX
əsrdə
alman oxucusunda Azərbaycan ədəbiyyatına maraq böyük olmuşdur.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
335
Azərbaycan ədəbi nümunələrinin alman dilinə tərcüməsi XX əsrin 50-ci illərindən daha da
intensivləşmişdir. Ədəbiyyatımızın o dövr üçün orta nəsli hesab olunan M. Hüseyn, S. Vurğun, M.
İbrahimovun bir neçə əsəri ilə bərabər 60-cı illərin nümayəndələri hesab olunan Anarın, Elçinin,
M.İbrahimbəyovun əsərlərinin alman dilinə bir neçə dəfə tərcümə olun-ması bunu bir daha sübut edir.
Məsələn,
Anarın ―Beşmərtəbəli evin altıncı mərtəbəsi‖ romanı sabiq Almaniya Demokratik
Respublikasında ―Der Lift fahrt vorbei‖ adı altında çap etdirilmişdir.
TƏRCÜMƏġÜNASLIQ: NƏZƏRĠYYƏ VƏ TƏCRÜBƏ, TERMĠNOLOGĠYA
Mirzəyeva K.Ş.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Milli zəmində tarixi tendensiyaların təsirinin xarakterizə edilməsi baxımından tərcümə əsərləri
xalqlararası qarşılıqlı ədəbi əlaqələrin inkişafını təsdiqləyən faktor olmaqla yanaşı, yazı mədəniyyətinin
mənbəyini təşkil edir.
Kökü qədim tarixə bağlı olan tərcümə sənəti ―müstəsna xarakterli olmuş və şifahi şəkildə həyata
keçirilmişdir‖ və dil-ədəbiyyat tarixi ilə əlaqəli şəkildə yaranmışdır. Bu məsələyə tarixi-ədəbi aspektdən
yanaşan tədqiqtçılara görə, tərcümə yalnız bədii tərcümə ilə məhdudlaşmır. Hətta bəşər tarixində yazılı olan
hər şey ədəbiyyat nümunəsi kimi götürülsə də, geniş bir sahəni əhatə edən şifahi tərcümə diqqətdən kənarda
qalmamışdır.
Tərcümə işi ictimai-mədəni, elmi-fəlsəfi və ədəbi-estetik inkişaf prosesinin tərkib hissəsi kimi böyük
sivilizasiya məkanında bir çox xalqların mədəniyyətlərini zənginləşdirmişdir. Maraqlı haldır ki, antik elm və
mədəniyyət də Şərqdən faydalanaraq inkişaf etmişdir.
XVII əsr nəzəriyyəçi alimlərə görə, tərcümə işi, əsasən, 3 prinsip üzrə həyata keçirilirdi:
1. Hərfi tərcümə
2. Təbir ilə tərcümə (parafrastik)
3. Təqlidi tərcümə.
XVIII əsrdə isə bir çox nəzəri yanaşmalar sistemli şəkildə tətbiq edilir, tərcümə sənətinin öyrənilməsi
üçün vəsaitlər (A.Teyler ―Tərcümənin əsasları‖ - 1791) meydana çıxırdı. XIX əsrdə isə bir-birnə zidd ideya
irəli sürən nəzəriyyəçilər qrupu formalaşmışdır. Bir qrup nəzəriyyəçilərə görə tərcümə təfəkkür və
yaradıcılıq qabiliyyəti tələb edən bir iş, digər qrup nəzəriyyəçilərə görə isə tərcümə əsər, yaxud müəllif
haqqında informasiya verən mexaniki funksiyanın yerinə yetirilməsi kimi qəbul edilirdi.
Məlum olduğu kimi, tərcümə sənəti ədəbiyyatla əlaqəli şəkildə inkişaf etdiyindən, ədəbi növ və
janrların artması tərcümə əsərlərinin artmasına da zəmin yaradırdı. Bu prosesdə isə şifahi, yaxud yazılı
olmasına baxmayaraq, təməl mərhələlər əsas götürülür:
1. Deşifrə (əsərin əsas qayəsini, ideyasını çatdırmaq).
2. Vasitəsiz tərcümə
3.Kodlaşdırma (tərcümə dilinə çevirməklə əsəri ―özününküləşdirmə‖)
Bu baxımdan tərcümənin əsasını təşkil edən təfsir (interpretasiya) yanaşma arqumenti kimi tam
sərbəstlik ( sərbəst tərcümə - K.M.) tələb etsə də, ―sözlərin sıralanmasında bir sokrallıq duyulur‖. Müəllif,
mövzu və tərcüməçidən asılı olmayaraq, tərcümə əsərində itkilər qaçılmazdır. Hər bir hərfə itaətlə yanaşan
―sözün qulu‖, yaxud ―sözün ağası‖ olan tərcüməçi həm də əsərin həmmüəllifi kimi tanınır.
Şərq ölkələrində, əsasən, dini yönlü və Avropada çap olunmuş əsərlərin tərcümə edilərək nəşr
edilməsinə daha çox üstünlük verilir və Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsi olaraq Azərbaycanda
tərcümə sənəti bir çox daxili və xarici xarakterli müxtəlif faktorların təsiri altında formalaşmışdır. Klassik
əsər nümunələri istisna olmaqla, məhdud seçim imkanına malik Azərbaycan tərcüməçiləri sovet dönəmində
digər vasitəçi dildən – rus dilindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirmişlər ki, bu da öz
növbəsində ideoloji xarakter daşımışdır. Yəni tərcümə sənəti siyasi qəliblər müstəvisində ―inkişaf etmişdir‖.
Müasir dövrdə isə tərcümə sahəsində məcburiyyət prinsipi bir növ könüllülük prinsipi ilə əvəz olunub. Onu
da qeyd edək ki, son illərdə tərcüməçilik işi yaradıcılıq sahəsindən çox, biznes fəaliyyəti kimi qəbul
edilməkdədir. Fransız nəzəriyyəçisi Pyer Fransua Kaye XX əsri 20-ci əsri ―tərcümə əsri‖ adlandırmışdır.
Çağdaş insanın fikir və mənəvi ehtiyaclarına uyğun əsərlərə tələb müəyyən mənada ―ödənilsə‖ də, tam
deyildir. Bu tamlığı bir tərəfdən kompüter texnologiyasının bugünkü inkişaf səviyyəsi tarazlamağa çalışsa
da, peşəkarlıq səviyyəsinin aşağı olması buna imkan vermir. O da məlumdur ki, texniki sahələrdə,
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
336
terminlərin işlədilməsində kompüter texnologiyası kara gəlmir. Keçmiş sovet dönəmində tərcümə işi vasitəçi
dil olaraq rus dilindən istifadə ilə həyata keçirilirdi və həmin dövrdə aparıcı xarakter daşıyan rus dilinin
mükəmməl tədris və təbliği nəticəsində hər sahədə olduğu kimi, ədəbiyyat sahəsində də, o cümlədən tərcümə
əsərlərinin ərsəyə gətirilməsi elə də problem yaratmırdı, əksinə məşhur tərcüməçilər ordusu bu işin öhdə-
sindən məharətlə gəlirdi. Buna misal olaraq həmin dönəmdə dünya ədəbiyyatı kitabxanası seriyası ilə nəşr
olunan yüzlərlə kitabları nümunə göstərmək olar. Bu gün isə həmin tərcüməçilər ordusunun işi pərakəndə
şəkildə həyata keçirilir. Əsərlər, əsasən, türk xalqlarının dillərinə tərcümə olunur, bu da daha çox elmi-
kütləvi nəşrləri əhatə edir. Məsələyə bu cür yanaşma tərcümə sənətinin yaranma və inkişaf tarixinə dair
söylənilənləri bir qədər kiçiltsə də, türk xalqlarının mədəni irsinin mühafizəsi baxımından qarşımıza bir çox
öhdəliklər qoyur.
Dostları ilə paylaş: |