SÖZ TƏRCÜMƏ KONTEKSTĠNDƏ
Mahmudov M.Ə.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
1. Sözün mənası müxtəlif aspektlərdən izah olunur. Məna sözün əhatə dairəsi, kontekstlə
müəyyənləşir. Hətta bir üslub çərçivəsində( məsələn, bədii üslubda) konkret bir sözün bir-birindən fərqli
mənaları ola bilər. İzahlı lüğətlərdə bu məna fərqlərini dəqiq ifadə etmək üçün konkret nümunələr(
kontekstlər) verilir. Həmin nümunələrdə sözün dəqiq, konkret mənası( məna çalarları) öz əksini tapır.
‖Azərbaycan dilinin izahlı lüğəti‖ndə göstərilmiş ―çörəkpulu‖, ―çörəkağacı‖, ―çörək kəsmək‖, ―çörəyi
dizinin üstündə olmaq‖, ―çörəkitirən‖, ―çörəkli‖, ―çörəkverən‖, ―çörək sahibi etmək‖, ―çörəkverməz‖ və s.
kimi ifadələrdə ―çörək‖ sözü müxtəlif mənalarda işlənmişdir. Əslində, bu sadalanan mənalar ―çörək‖
sözünün əsas mənasından fərqli anlamlardır.
2. Tərcümə çoxaspektli mürəkkəb prosesdir. Bu prosesdə sözə yanaşma da müxtəlif baxış bucağı
altında olmalıdır. İlk növbədə, müəyyən olmalıdır ki, söz hansı kontekstdə tərcümə olunmalıdır. Burada
kontekst anlayışı geniş mənada elmi istiqaməti, elm sahəsini, üslubu da əhatə dairəsinə alır. Dar mənada
kontekst tərcümə olunacaq sözün işləndiyi söz birləşməsi və ya cümlədir.
3. İstər insan-tərcüməçi, istərsə də kompüterdə tərcümə konkret elmi istiqamətlər, üslublar, kontekstlər
üzrə olmalıdır. Bir insan-tərcüməçi bütün elm sahələri üzrə keyfiyyətli tərcüməyə zəmanət verə bilmədiyi
kimi, heç bir tərcümə proqramı da istənilən konteksti tərcümə etmək iqtidarında deyil. Məhz bu səbəbdən
dünyanın aparıcı tərcümə mərkəzləri müəyyən sahələr üzrə ixtisaslaşmış olur.
4. Sözün müəyyən elmi istiqamətlərə, üslublara xas xüsusiyyətləri ilə yanaşı, müəyyən qrup insan
tərəfindən müəyyənləşdirilən, anlaşılan ünsiyyət prosesində istifadə olunan şərti mənaları da ola bilər. Mirzə
Ələkbər Sabiri onun yaşadığı əsr, mühit və cəmiyyət konteksində anlamaq, başa düşmək (eləcə də tərcümə
etmək) olar. Müasir Avropa oxucusu Sabiri oxumamışdan əvvəl onun yaşadığı dövr və mühit barədə
təsəvvürə malik olmalıdır.
5. ―Alçaq‖, ―vicdansız‖, ―dələduz‖, ― həyasız‖, ―nankor‖, ―yonulmamış‖, ―tərbiyəsiz‖, ―köpəkoğlu‖,
―küçük‖ və s. bu qəbildən olan sözlər söyüş, təhqir və alçaldıcı ifadələrdir. Amma müəyyən situasiyada, dar
kontekstdə bu ifadələr iki dost, qohum, yoldaş arasında ünsiyyət prosesində müraciət forması, əzizləmə,
zarafat mənasında da işlədilir və heç bir qıcıq, narazılıq doğurmur. Halbuki bu sözlər tanış olmayan adam
tərəfindən ağır təhqir kimi qəbul oluna bilər. Tərcümə prosesində hətta bu kimi ekstralinqvistik hallar da
nəzərə alınmalıdır.
6. Tərcüməçi nəyi tərcümə etdiyini(tərcümə obyekti), niyə tərcümə etdiyini (tərcümənin məqsədi),
tərcümənin istifadə dairəsi və imkanları ( tərcümə kimə və nəyə lazımdır) kimi məsələləri qabaqcadan
müəyyənləşdirməli, işini o istiqamətdə qurmağı bacarmalıdır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
326
7. Elmi-texniki mətnlərin tərcüməsindən fərqli olaraq bədii, publisist üslublarda, danışıq prosesində
frazeoloji ifadələr də geniş işlənir. Elmi üslub üçün səciyyəvi olan terminlərdən və ümumişlək sözlərdən
fərqli olaraq, frazeoloji vahidlər fərqli yollarla tərcümə olunur və ya qarşılığı verilir. Bu məsələ ilə bağlı
tərcümə sistemləri üçün nəzərdə tutulmuş kompüter lüğətlərinə frazeoloji lüğətlərin də əlavə olunması
olduqca zəruridir. Frazeoloji vahidlərin fərqli dillərdə verilməsi tərcümə prosesinə( istər maşın tərcüməsində,
istərsə də insan- tərcüməçinin etdiyi tərcümədə) fərqli yanaşmalar tələb edir.
TÜRKOLOGĠYADA NOSTRATĠK NƏZƏRĠYYƏYƏ DAĠR FĠKĠRLƏRĠN TƏNQĠDĠ ANALĠZĠ
Məhərrəmli B.B.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Dünya dilçiliyində nostratik nəzəriyyə müxtəlifsistemli dillərin qohumluğu fikrini müdafiə edən bir
konsepsiyadır. Boreal nəzəriyyəyə görə, Ural, Altay və hind-Avropa dillərinin kökü birdir. V.İvanov və
T.Qamkrelidze ―Hind-Avropalılar və hind-Avropa dili‖ adlı iki hissəli fundamental əsərlərində bu dillərin bir
mənşəyə malik olduğunu bir daha sübut etdilər. Hər iki müəllif hind-Avropa dillərinin fonoloji sistemi
haqqında olan ―qlottal nəzəriyyə‖yə əsasən tipoloji rekonstruksiyanın yeni istiqamətlərini müəyyənləşdirdi.
Məlumdur ki, Altay və Ural-Altay nəzəriyyələri türk dilləri ilə monqol, tunqus-mancur, fin-uqor, eston,
komi, yapon, koreya dillərinin qohumluğu, mənşə birliyi ideyasına əsaslanır. V.M.İlliç-Svitıç aksentləşmə
nəzəriyyəsinə əsasən slavyan və Baltik dillərinin qohumluğunu sübut etmişdir. Vaxtilə A.Kyuni sami-hami
dilləri ilə protohind-Avropa dillərinin qohumluğunu sübut edən araşdırmalar aparmışdır. Son dövrlərdə
dünya dilçiliyində müxtəlif dillərin qohumluğu mövzusunda araşdırmaların artması monogenez ideyasının
gerçəkliyinə inamı daha da artırır. R.Yakobson tipoloji klassifikasiya və rekonstruksiyanın əlaqəsindən bəhs
edərkən göstərmişdir ki, tipoloji araşdırmanın nəticəsi olaraq qohum və qonşu dillərdəki uyğun və uyğun
olmayan cəhətlərin təhlili müqayisəli-tarixi metod üçün qiymətli məlumat verir. Bu fikirlər sübut edir ki,
rekonstruksiyaya ənənəvi yanaşmadan əl çəkmək lazımdır. Müxtəlif dil ailələrində müşahidə olunan analoji
söz kökləri heç də təsadüfi xarakter daşımır.
Müxtəlifsistemli dillərin etimoloji lüğətləri əsasında söz köklərinin müqayisəsini apardıqda mənşə bir-
liyi faktı daha çox nəzərə çarpır, çünki etimoloji lüğətlərdə sözlərin ilkin formaları, arxetipləri əks olunur.
Müxtəlif dillərdəki analoji söz köklərinin ortaq arxetiplərinin müəyyənləşdirilməsi dünya dillərinin vahid
mənşəyə malik olması haqqındakı qənaətləri daha da möhkəmləndirir. Tipoloji müqayisə və müqayisəli-
tarixi metod bir-biri ilə inteqrasiya olunduqda nostratik dilçiliyin real nəticələri ortaya çıxır. Tədqiqatçılar
göstərirlər ki, təxminən 2,4 milyon il bundan öncə ilk dil nostratik mahiyyətli olmuşdur (Şeka). Dünya
xalqlarının müxtəlif nümayəndələrinin DNT analizi sübut edir ki, irqindən, millətindən asılı olmayaraq,
bütün bəşər eyni genofonda malikdir (Baytasov). İnsanların müxtəlif irqlərə ayrılması isə qədim xalqların
miqrasiyaları ilə bağlıdır. Yəni fərqli coğrafi şəraitlə qarşılaşan insanların antropologiyasında, fizionomiya-
sında iqlim şəraitindən asılı olaraq təbii mühitə uyğunlaşma (adaptasiya) prosesi getmiş, min illər ərzində
ətraf təbii mühitin təsiri nəticəsində insan orqanizmi fərqli irqi əlamətlər qazanmışdır. Dil diferensiallıqları
da min illər ərzində insan tayfalarının fərqli bölgələrə, ərazilərə miqrasiyaları ilə bağlı yaranmışdır.
Türkologiyada nostratik ideyanın əleyhdarları kifayət qədərdir. B.A.Serebrennikov nostratik ideyanın
kəskin əleyhdarları sırasındadır. Ancaq onun bu konsepsiyanı tənqid edərkən irəli sürdüyü müddəalar heç də
əsaslı deyil. Belə ki, B.А.Serebrennikov fars dilindəki bəd ―pis‖ sözü ilə digər hind-Avropa dillərindəki bəd
sözünü və yaxud fin dilindəki minä ―mən‖ əvəzliyi ilə türk dillərindəki mən (tat. min ―mən‖), fin dilindəki
sinä ―sən‖ əvəzliyi ilə tatar dilindəki sin ―sən‖ əvəzliyinin eyni köklü olması fikrini qəbul etməyərək, bu cür
faktların təsadüfi olduğunu iddia etmişdir. Alim qeyd edir ki, fin dilindəki sinä ―sən‖ əvəzliyinin ilkin
forması daha qədimlərdə tinä şəklində olmuşdur. Türk dillərindəki *sän əvəzliyinin isə heç zaman ti forması
olmamışdır. Halbuki t və s səsləri məxrəc baxımından yaxın səslərdir və həmin səslərin bir-birinə keçməsi
səciyyəvi fonoloji qanunauyğunluqdur. Digər tərəfdən Altay dillərində də qədim hind-Avropa dillərində ol-
duğu kimi, *tı ―sən‖ əvəzliyinin rudimenti qalmışdır və monqol dilində həmin əvəzlik kökü arxaizm kimi
yazılı qaynaqlarda mühafizə olunmuşdur Eyni zamanda fars dili hind-Avropa mənşəlidir, fin dili də türk dil-
lərinin daxil olduğu Ural-Altay dillərinə aiddir. Yəni hind - Avropa dillərinin və yaxud da Altay dillərinin
qohumluğunu inkar etmək absurddur.
A.M.Şerbak da nostratik ideyanın qatı əleyhdarlarından biri olmuşdur. O qeyd edir ki, müxtəlif dillərdə
oxşar olan sözlərin əksəriyyəti təsadüfi xaraker daşıyan sözlərdir, çünki belə sözlərin əksəriyyəti səs imitasi-
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
327
yası ilə bağlı yaranmışdır. Səs imitasiyası da monogenezliyi, genetik birliyi sübut etmir. Ancaq A.M.Şerbak
özü də A.Melniçukun araşdırmalarındakı faktlara əsaslanaraq yazır ki, heç də müxtəlif dillərdəki leksik para-
lellərin hamısını ya təsadüfi, ya da alınma hesab etmək düzgün deyil. S.B.Berneşteyn isə V.M.İlliç-Svitıça
bəraət qazandıraraq A.Şerbakın müddəalarını tənqid etmiş, V.M.İlliç-Svitıçı müdafiə etmişdir. O, yazır ki,
nostratik dilçilik çoxaspektlidir. Bu dilçilik müqayisəli-tarixi metodun tamamilə yeni bir sahəsidir. Nostratik
ideyanın əleyhinə çıxan türkoloqların əsas arqumenti müqayisəli dilçilikdə səs təqlidi ilə yaranan sözlərin
ciddi fakt kimi qəbul olunmaması müddəasına əsaslanır. Ancaq burada bir məsələ unudulur ki, ilkin kök söz-
lərin əksəriyyətinin genezisində məhz səs təqlidi dayanır. Bunu bizim araşdırmamız bir daha sübut edir.
Digər tərəfdən, həmin faktı dilçilikdə fonosemantika ilə bağlı aparılan araşdırmalar da bir daha təsdiqləyir.
Həqiqətən də, M.V.İlliç-Svitıçın nostratik lüğətində verilən söz köklərinin bir çoxunun mənşəyi səs təqlidi
ilə bağlıdır. Məhz bu cəhətinə görə o, bəzi türkoloqlar tərəfindən tənqid edilmişdir. Doğrudur, müasir mü-
qayisəli dilçilikdə səs təqlidi ilə yaranan sözlərin müqayisəyə cəlb olunması o qədər də elmi cəhətdən etibarlı
sayılmır. Halbuki biz dilçilikdəki bu ənənəvi fikirdən fərqli olaraq, müxtəlifsitemli dillərdə analogiya təşkil
edən bir çox söz köklərinin daha qədim dövrlərdə səs təqlidi ilə bağlı yarandığını iddia edirik. Məhz səs təq-
lidi nəzəriyyəsi dilin ilkin mərhələsində yaranan sözlərin mənşəyində imitativliyin olduğunu isbatlayır.
Dünya dilçiliyində fonosemantika ilə bağlı aparılan fundamental tədqiqatlar göstərir ki, hal-hazırda dilimizdə
ən qədim, kök sözlər hesab etdiyimiz leksemlərin əksəriyyətinin, hətta xalis leksik lay hesab edilən feil
köklərinin mənşəyi birbaşa məhz səs təqlidi ilə bağlıdır.
Sovet türkoloqlarının nostratik ideyanın əleyhinə çıxmalarının bir səbəbi də o dövrün ideoloji siyasəti
idi, çünki sovet dilçiliyində yeni düşüncə tərzinə, yeni ideyalara qarşı mühafizəkarlıq güclü idi. Vaxtilə
N.Marrın araşdırmaları böyük dəstək qazansa da, sonradan tənqidlərə məruz qalmışdı. Təsadüfi deyil ki,
A.Dolqopolski tipoloji metodu yeni rekonstruksiya metodu kimi dəyərləndirmişdir. Həmin tipoloji metod dil
universaliyalarının öyrənilməsinə əsaslanır Məhz tipoloji müqayisələr rekonstruksiya üçün zəngin faktlar
verir, dünya dillərinin qohumluğunu üzə çıxarır. K.Musayev, A.Şerbak, B.Serebrennikov, N.Baskakov nos-
tratik konsepsiyaya skeptik yanaşırdılar. Bu tanınmış türkoloqlar nostratik ideyanı qəbul etmirdilər. Məsələn:
K.Musayev göstərirdi ki, türk dillərinin qohum olmayan dillərlə genetik bağlılığının iddia olunması qədim
dil kontaktlarının zəif öyrənilməsi faktı ilə bağlıdır. Türkologiyada səs simvolizminə, səs imitativliyinə görə
nostratik köklər ideyasının əsassızlığını iddia edənlər də var. Göründüyü kimi, türkologiyada analoji köklərin
müxtəlif dillərdə mövcudluğunu genetik birliklə deyil, təsadüfiliklə bağlayanlar da var. Doğrudur, bəşər
təfəkkürünün eyni olması, insanın eyni düşüncəyə, ətrafdakı hadisələrə eyni reaksiya verməsi amili qohum
olmayan dillərdə oxşar köklərin universal mahiyyət daşımasını sübut edə bilər. Yəni dilin psixoloji
mahiyyəti ilə müxtəlifsistemli dillərdə eyniköklü sözlərin yaranması fikrinə qarşı çıxmaq olar. Ancaq bu
problemin şərhində qədim qaynaqların, etimoloji lüğətlərin əsas mənbə olduğunu nəzərə alsaq, heç də müx-
təlifsistemli dillərdəki analoji faktların təsadüfi olmadığı üzə çıxır.
TOPONĠMĠKADA “XƏZƏR DƏNĠZĠ” PALEOHĠDRONĠMĠNĠN FORMALAġMA YOLLARI
Məhərrəmova Ş.K.
Sumqayıt Dövlət Universiteti
Toponimistlər tərəfindən təsdiq olunmuşdur ki, hidronimlərin və onların etimologiyasının
öyrənilməsi, oykonim və oronimlərdən daha çox elmi və prinsipial əhəmiyyət kəsb edir. Çünki hidronimlər
bir sıra coğrafi obyekt adlarının yaranmasında əsas mənbə rolunu oynamışlar.
Toponimikada Xəzər dənizinin bir makrohidronim kimi formalaşması müxtəlif mərhələli yollar
keçmişdir. Bu özünü onda göstərir ki, onu təşkil edən adlar da yaranma dövrlərinə və dil mənsubiyyətlərinə
görə yekcins deyildir. Çoxlu sayda topoqrafik materiallardan aydın olur ki, bu paleohidronimin formalaşma
mərhələsində müxtəlif mənşəli adlar iştirak etmişdir.
Dünyada ən böyük, qapalı su hövzəsi olan Xəzər dənizi çox qədim tarixə malikdir. O, Asiya ilə
Avropa qitələri arasında yerləşərək, antik dövrdən bəri dünyanın bir çox alim və səyyahlarının diqqətini
özünə cəlb etmişdir. Tarixi mənbələrdə və ədəbiyyatlarda Xəzər dənizinin 100-ə qədər adına rast gəlinir:
Alban, Abşeron, Abeskun, Ağ, Bakı, Dərbənd, İran, Kaspi, Kel, Gülsüm, Gilan, Gürkan, Göy, Mağan,
Mazandaran, Pəhləvi, Salyan, Saray, Türkən, Təbəristan, Xəzər, Xorasan, Tabasaran, Həştərxan, Coşğun,
Şirvan və s. Planetimizdə elə bir dəniz və okean yoxdur ki, bu qədər çox ada malik olsun. Bu da dənizin
tutduğu coğrafi mövqeyindən, sosial-iqtisadi əhəmiyyətindən, təbiətindən və dənizin sahillərində müxtəlif
xalqların və etnik qrupların məskunlaşmasından irəli gəlir. Onu da qeyd etməliyik ki, zaman keçdikcə
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
328
yuxarıda qeyd etdiyimiz adlar öz əhəmiyyətini itirmiş və hazırda müasir ədəbiyyat və xəritələrdə bu adlardan
yalnız ikisi – Kaspi və Xəzər qalmışdır.
Xəzər dənizinin bizə məlum olan ən qədim adı Şərq dənizidir. Bu ada müasir İraq ərazisində aparılan
qazıntılar zamanı tapılmış gil lövhəciklər üzərində təsvir olunan Assuriya yazılarında rast gəlinmişdir.
Görünür bu ad Xəzər dənizinin Assuriyaya nisbətən şərqdə (daha doğrusu şimal-şərqdə) yerləşdiyinə görə
verilmişdir.
Bir müddət Xəzər dənizi Xvalin dənizi də adlanıb (Volqa boyunda yerləşən Xvalin şəhərinin adı ilə
əlaqədar). Dördüncü geoloji dövrün sonunda dənizin transqressiyası nəticəsində dəniz şimalda Xvalin
şəhərinin yerləşdiyi yerə qədər çatmış və burada onun izləri qalmışdır. Ona görə də bu geoloji dövrdə
mövcud olmuş dəniz də elmdə Xvalin dənizi adlanır.
Xəzər dənizinin adına 2500 il bundan əvvəl mövcud olan mənbələrdə də rast gəlinir. Qədim yunan
coğrafiyaşünası və tarixçisi Miletli Hekatey eramızdan əvvəl VI-V əsrlərdə xəbər verirdi ki, Gürgan
adlandırılan bu dənizin sahillərində hündür dağların sıx meşələri var. Bu dağlarda itburnu bitir. Eramızdan
əvvəl V əsrdə yaşamış Herodot yazır ki, Xəzər dənizi ayrıca göldür və başqa dənizlərin heç biri ilə əlaqədar
deyil.
―Xəzər‖ coğrafi adı dənizin şimal və şimal qərb sahillərinə qədər olan ərazilərdə yaşamış xəzərlərin adı
ilə əlaqələndirilir. Bu tayfanın yaşadığı ərazilərin paytaxtı İtil (indiki Həştərxan) şəhəri olmuşdur. Xəzər
sözünün mənası ―şimal küləyi‖ deməkdir. Çox güman ki, şimal küləyi Xəzri də elə bu sözlə əlaqədardır.
Mənşəyi izah edilən istənilən coğrafi ada dair yerli sakinlər müxtəlif xalq rəvayətləri və əfsanələr
söyləyirlər. Doğrudur, həmin rəvayətlərin özündə də müəyyən bir həqiqət vardır. Xalq arasında yaşayan bir
əfsanədə dənizin adı Xəzər adlı bir gəncin adından götürüldüyü söylənilir. Guya altıncı gündür ki, hava
sakitdir. Külək əsmir, balıqçıların yelkənli qayıqları dənizə çıxa bilmir. Ac adamlar dua oxumaq üçün bir-
birinin ardınca məbədə gedirlər. Xəzər adlı gəncdən başqa hamı məbəddədir. Balıqçıların taleyi Xəzəri bərk
narahat etmişdir. O, sahildəki qayada oturub fikrə gedir. Çıxış rolu axtarır, düşünür. Adamlar məbəddən
çıxandan sonra Xəzəri tanımırlar. Onun qara saçları ağappaq ağarıbdır. Qəbilənin ağsaqqalı bildirir ki,
məbədə getmədiyinə görə gəncə Allahın qəzəbi keçmişdir. Xəzər göylə mübahisəyə girir və balıqçıları aclıq
təhlükəsindən qurtarmaq üçün özünü dənizə atır. Dəniz insan qurbanını qəbul edir, coşur və təlatümə gəlir.
Bütün insanlar bu gəncin fədakarlığını əbədiləşdirmək üçün dənizin adını Xəzər qoyurlar. Əlbəttə bu bir xalq
rəvayətidir. Xəzər dənizinin adlarının qədim bir tarixi vardır. Bu adlar haqqında antik yunan və latın
dillərində müxtəlif fikir və mülahizələr mövcuddur.
―Kaspi‖ dənizin qədim və ən çox yayılmış adlarından biridir. Bu coğrafi ad özündə Qafqaz
Albaniyasında yaşamış kaspi tayfasının adını əks etdirir. Onların adı ilk dəfə eramızdan əvvəl V əsrdə
yaşamış Herodotun «Tarix» əsərində çəkilmişdir. ―Xəzər‖ isə orta əsrlərdən başlayaraq Şərq mənbələrində
dənizin ən çox işlədilən adlarından biridir. Herodotdan başlayaraq müxtəlif ixtisaslı antik müəlliflər Kaspi
barəsində maraqlı məlumatlar vermişlər. Herodot yazır ki, bu heç bir başqa dənizlə əlaqəsi olmayan qapalı
bir göldür. Herodot Xəzər gölünün ətrafında məskunlaşan xalqlardan kaspilərin, sakların, muğların, utilərin
və digər etnik qrupların adını çəkir.
Qədim dillər üzərində aparılmış tədqiqatdan belə məlum olur ki, ―kaspi‖ sözün sonuncu hecası «pi»
sütun qayalarındakı mixi yazıların bir qolu olan Elam dilində cəm bildirən şəkilçidir. Toponimin tərkibindəki
―pi‖ sonluğu tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənmişdir. Bu tayfanın məskunlaşdığı ərazi
Xəzər dənizinin qərb hissəsi olmuşdur. Herodot qeyd edir ki, kaspilər ox, kaman və qılıncla silahlanıb piyada
vuruşurlar, əyinlərinə dəridən paltar geyinirlər. Onların yaşadığı ərazi Kaspiana adlanırdı.
Yunan coğrafiyaşünası Strabon «Coğrafiya» əsərində yazır: «Kaspiana Albaniyaya daxildir, xalq məhv
olub getmiş adını dənizə vermişdir. Toponimik mənbələrə əsaslanaraq kaspi – atlılar ölkəsi mənasında
olduğunu qeyd etmək mümkündür, köçərilərdən və dəniz sahilində yaşayanlardan ibarət olmuşdur».
Həqiqətən də, e.ə.I-II əsrlərdə Araz çayından cənubda Xəzər dənizi sahillərinədək uzanan ərazidə başlıca
olaraq maldarlıq, balıqçılıq, toxuculuqla məşğul olan kaspilər yaşamışdır. Onların yaratdığı Kaspiana dövləti
əvvəlcə Atropatena, sonalar isə Albaniyanın tərkibində olmuşdur.
Eramızdan əvvəl V əsrlərdə Heredotun, Erotosfenin, Aristotelin və Strabonun əsərlərində Xəzər dənizi
Hirkan (və ya İrkan) dənizi adlanır. Ərəb müəllifləri İbn Hordadbəyin (846 il),Əhməd el-Yaqubinin (891 il),
İbn Rüstenin (903 il) əsərlərində rast gəlinən Curcan dənizi adı şübhəsiz ki, Hirkan dənizinin təkrar olunmuş
variantıdır. Hirkan o vaxtlar dənizin cənub-qərb sahillərində, indiki Lənkəran, Mazandaran və s. yerləri əhatə
edən əyalətin adı olmuşdur. Müasir dövrümüzdə Azərbaycanın Astara–Lənkəran bölgəsindəki relikt
dəmirağacı, şabalıdyarpaqlı palıd və səmşid meşələri də Hirkan meşələri adlanır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
329
Eramızın əvvəllərinə dəniz şərq və cənub sahillərdə yaşayan xalqlar tərəfindən Qərb və ya Şimal adını
almışdır. S.A.Kovalevskiyə görə eramızın I əsrində dəniz Vouru Kaşa adını daşımışdır. Bu Xəzər dənizi
sahilində yaşayan qədim türk tayfalarının birinin dilincə ―Geniş hövzə‖ deməkdir. Sonralar uzun müddət
dəniz Xəzər adını daşımışdır. Bu ada Məsudinin, İstarhinin, Qəzvininin, Hafiz Abrunun əsərlərində rast
gəlinir. Məlumdur ki, azərbaycanlılar indi də bu adı işlədirlər. Bu ad dənizin şimal, şimal-qərb sahillərində
VII-X əsrlərdə yaşamış möhtəşəm türk xalqları Xəzərlərlə bağlıdır.
İbn Hordadbəyin əsərlərində rast gəlinən Kaspi dənizi adının da böyük tarixi vardır.Bu ad ona görə
Şimali Azərbaycan ərazisində Araz çayı ilə dəniz arasındakı ərazidə (Kaspiana) eramızdan əvvəl II-I əsrlərdə
yaşayan və Alban tayfaları tərkibinə daxil olan kaspilərə görə verilib. Müasir dövrümüzdə dünya xalqlarının
böyük bir qismi Kaspi adını indi də işlədirlər.
―Kaspi‖ və ―Xəzər‖ adları arasında məzmun etibarilə və dil baxımından heç bir fərq yoxdur. Hər iki
adın, birinci komponenti Xəz (Xaz) və Qas (Kass) tayfanın adını, ikinci hissəsi isə «ər» və «pi» cəm
mənasını bildirir. Bir çox tədqiqatçılar həm kaspilərin, həm də xəzərlərin dilindən bəhs edərkən bunların türk
dillərinə oxşar bir dildə danışıqlarını da söyləyirlər.
Bildiyimiz kimi, müasir dövrdə belə Xəzər dənizinin iki adı vardır: Xəzər və Kaspi. Əvvəllər isə Xəzər
dənizinin ola bilsin ki, eyni vaxtda bir neçə adı olmuşdur. Bu həmin adları işlədən xalqların öz aralarında
mövcud olan əlaqələrin çox məhdud olmasından irəli gəlmişdir. Digər tərəfdən yəqin belə hallar da olmuşdur
ki, hər xalq dənizə öz adını qoymağa və onu saxlamağa cəhd etmişdir. Bütün bunlara baxmayaraq Xəzər
dənizinin daşıdığı adlar onun hövzəsində, ətraf məmləkətlərdə və bilavasitə sahillərində yaşayan xalqların
tarixini əks etmiş və xronoloji xarakter daşıyaraq, vaxtaşırı bu ölkələrdə gedən dəyişikliklərlə əlaqədar olaraq
dəyişmişdir.
QLOBALLAġAN DÜNYADA ĠNGĠLĠS DĠLĠNĠN MÖVQEYĠ
Məmməd İ.A.
Sumqayıt Dövlət Universiteti
Ölkələrin, xalqların, onların mədəniyyət və dillərinin yaxınlaşmasına təkan verən qloballaşma
universal bir proses kimi həyatın ən müxtəlif sahələrini əhatə edərək dünyada baş verən hadisələri, çoxşaxəli
əlaqələri vahid məcraya salır. ―Eyni zamanda qloballaşma dedikdə planetin bütün ölkələrinə qərb inkişaf
modelinin yayılması başa düşülür ki, bu da faktiki olaraq bir polyuslu (universal və ideal) dünya qaydasının
nəzəri cəhətdən əsaslandırılmasına xidmət edir‖ (2, s.447).Əslində orta əsrlərin sonu, yeni dövrün
əvvəllərindən başlayan, lakin XX əsrin ortalarından etibarən daha geniş vüsət alan qloballaşmanın əsas
göstəricisi bütün dünyanı əhatə edən genişmiqyaslı inteqrasiya və ya beynəlmiləl ünsiyyət-
kommunikasiyasına olan ehtiyacıdır. Bir sıra tədqiqat və araşdırmalardan belə məlum olur ki, insan
həyatının müxtəlif sahələrini əhatə edən qloballaşma və universallaşmanın təsir dairəsi təbii bir hal olaraq
daha da genişlənməkdədir. Bu baxımdan qloballaşmanı səciyyələndirən inteqrasiya prosesləri beynəlxalq
ünsiyyət vasitəsinə olan ehtiyacı labüdləşdirir və bu, labüdləşmə miqyasının genişlənməsini tələb edir. Bu isə
özlüyündə dilin özünəməxsus funksiyasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Hazırda dünyada yüzlərlə dildən yalnız bir neçəsi beynəlxalq statusa və ya nüfuza malikdir ki, bunlar
ingilis, fransız, alman, ispan, Çin, ərəb, rus və s. dillərdir. Dillər arasında ingilis dilinin xüsusi mövqeyi
vardır. Olduqca çevik, işgüzar, müasir dünyanın nəbzini tutan polifoniya və diplomatiyaya malik olan ingilis
dilinin özünəməxsus cəhətləri onunla yarışa biləcək heç bir beynəlxalq dildə yoxdur.
―Hər hansı bir dilin qlobal dil səviyyəsinə çatması heç də o dildə danışan insanların sayı ilə bağlı
deyil‖ (1, s.7). Bir dilin dünyada qlobal dil hesab olunmasının iki əsas səbəbi var ki, bunlardan biri həmin
dilin mənsub olduğu millətin və ya xalqın siyasi qüvvəsi (eləcə də, təməlində siyasi güc dayanan hərbi
qüvvəsi), digəri isə iqtisadi qüvvəsidir. İngilis dilinin dünyanın aparıcı dili olması da məhz qeyd etdiyimiz
bu iki faktorla izah oluna bilər.
Hələ XIX əsrdə intellektual elitanın ―Qloballaşan dünyanın əsas dili niyə məhz ingilis dilidir?‖ sualına
Böyük Britaniya İmperiyasının getdikcə güclənməsi faktoru ilə asanlıqla cavab vermək mümkün idi. Birinci
və ikinci dünya müharibələrindən sonra gücünü tamamilə itirmiş Britaniya İmperiyasının önünə keçməyi
bacaran ABŞ ingilis dilinin daha geniş coğrafi arealda istifadəsinə təkan verdi. İngilis dilinin sürətlə
yayılmasına səbəb olan digər tarixi hadisə isə sənaye inqilabı oldu. Qeyd edək ki, sənaye inqilabının bir çox
ixtiraları məhz ingilis mənşəlidir. XVII əsrdə Britaniya əhalisinin sayı 5 milyon olduğu halda, XVIII əsrdə
bu say iki dəfə artdı və həmin yüzillikdə heç bir ölkə Britaniyanın iqtisadi inkişafı ilə rəqabət apara bilmədi.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
330
Tekstil və mədən sənayelərində dünya lideri olan ingilis firmaları tədricən xarici ölkələrə ayaq açdı. Bununla
da Britaniya ―dünyanın atelyesi‖ (workshop of the world) statusunu qazandı. Bu iqtisadi uğurların təsiri çox
keçmədən dil məsələsində də özünü büruzə verdi. Elm və texnologiyanın inkişafı ilə əlaqədar olaraq yeni
terminlər yarandı və nəticədə ingilis dilinin lüğət fonduna minlərlə yeni söz daxil oldu. Ən önəmlisi də odur
ki, bu yeniliklər digər ölkələrə yol tapdıqdan sonra əcnəbilərin ingilis dilini öyrənmək istəyi təbii bir istəyə
çevrildi. İngiltərədəki sürətli inkişaf xeyli sayda elm adamının buraya axın etməsinə və elmi araşdırmaların
davam etməsinə səbəb oldu ki, bu da ingilis dilinin ―elmin dili‖nə çevrilməsi ilə nəticələndi.
İngilis dilinin qlobal dil səviyyəsinə çatmasında mediyanın rolu danılmazdır. Dörd yüz ildən çoxdur ki,
ingilis dili informasiya əldə etməyin ən sürətli vasitəçisi kimi mətbuatda hakim mövqe tutur. Ən önəmli
faktorlardan biri də NATO, UNESCO, UNİCEF, UN kimi qurumların mövcudluğunun ortaq bir ünsiyyət
dilinə-―lingua franca‖ ya olan ehtiyacdır. Dünyanın ən zəngin söz ehtiyatına malik dillərindən biri olan
ingilis dili bu ehtiyacı qeydsiz-şərtsiz ödəməkdədir. Etibarlı dilaraşdırma qurumlarından sayılan ―Qlobal Dil
Nəzarətçisi‖nin (Global Language Monitor) ―1 yanvar, 2016-cı il tarixli hesablamasına görə ingilis
dilində1,035,877.3 söz var‖(4).
Son dövrlərdə ingilis dili özününmilliləşmə (nativisation) dövrünü yaşayır. Belə ki, ingilis dili istifadə
olunduğu bölgənin və o bölgəyə xas olan mədəniyyətin təsiri ilə yeni variativlər qazanır. Qloballaşan
dünyada ingilis dilinin həm dünya dilləri, həm də özünün Britaniya, Amerika, Kanada, Avstraliya, Yeni
Zelandiya və digər çoxsaylı variantları arasındakı əlaqələr ilk növbədə ingilis dilinin lüğət tərkibinə daxil
olan leksik vahidlərdə özünü göstərir. Əlaqələr prosesində ingilis dili başqa dildən söz alır və yaxud ona söz
verir. Bildiyimiz kimi, sözalma və sözvermə bir dil üçün eyni ölçülü dil hadisəsi deyil. İngilis dilinin öz
leksik fonduna söz alması digər dillərə söz verməsindən qat-qat üstündür. Heç təsadüfi deyil ki, ingilis
dilinin lüğət tərkibinin üçdə birindən də az hissəsini ingilis dilinin öz sözləri təşkil etdiyi halda, böyük bir
qismini Roman dillərindən (latın, fransız, ispan və italyan dillərindən) alınan sözlər təşkil edir. Bu da
maraqlı bir faktdır ki, ―ingilis dilinə orta hesabla hər 98 dəqiqədən bir yeni söz daxil olur‖ (4). Leksik fonda
daxil olan bu sözlərin bir qismi ingilis dilinin öz daxili imkanları, özünəməxsus vahidləri hesabına yaranmış
yeni sözlər, digər qismi isə xarici amillərin təsiri ilə digər dillərdən alınmış alınma sözlərdir (borrowings).
―Bu gün dünyada ana dili ingilis dili olan dörd yüz milyondan artıq insan var.Bu baxımdan ingilis dili
Çin və ispan dillərindən sonra üçüncü sırada dayanır‖(5). Lakin təsir dairəsinin bu dillərlə müqayisə
olunmayacaq dərəcədə geniş olması da çox aydındır. İngilis dilinin qlobal dil olduğunu sübut edən
faktorlardan biri də onun Çin, Rusiya, Almaniya, İspaniya, Misir, Türkiyə, Braziliya kimi dünyanın yüzdən
artıq ölkəsində ən çox tədris olunan xarici dil olmasıdır. ―Ötən əsrin 90-cı illərindən başlayaraq bəzi
ölkələrdə ingilis dilinin xarici dil kimi tədris olunan digər dillərin yerini tutması kimi bir hal müşahidə
olunur. Məsələn,1996-cı ildə Əlcəzairin, demək olar ki, bütün təhsil müəssisələrində ingilis dili xarici dil
kimi tədris olunan fransız dilinin yerinə keçdi‖ (1, s.5).
Dünya əhalisinin 2 milyarddan çoxu ingilis dilindən ünsiyyət vasitəsi kimi istifadə edir. Onlardan
1,4 milyardı bu dildən birinci dil kimi, 735 milyona qədəri isə ikinci dil kimi istifadə edir. İngilis dilindən
xarici dil kimi istifadə edənləri də nəzərə alsaq, dünya əhalisinin təxminən yarısının ingilis dilində danışa
bildiyini görərik. ―Güman edilir ki, 2020-ci ildə ingilis dilində danışan və ya bu dili öyrənən insanların sayı
dörd milyardı ötəcək və bunların yeddidə bir hissəsini ana dili ingilis dili olanlar təşkil edəcək‖ (1, s.13).
Dilçi alim F.Veysəlli qloballaşma ilə bağlı dillərin hakim mövqeyindən bəhs edərkən yazır: ―Dünya
dillərinin müxtəlifliyi hələ uzun müddət planetimizin canlı mənzərəsini nümayiş etdirəcək. Digər tərəfdən,
dil milli kimliyin, milli mədəniyyətin təcəssümü kimi sosial davranışı və yaradıcılığı idarə edir. Ancaq o da
düzdür ki, hazırda dünya əhalisi təkdilliliyə doğru irəliləyir‖(3). İngilis dili artıq İngiltərə və ya Amerikanın
dili deyil, bütövlükdə qloballaşan dünyanın dilidir.
Dostları ilə paylaş: |