AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə57/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

 
SUAL CÜMLƏSĠNĠN ƏSAS MODELLƏRĠ 
Ġsmayılova Y.V. 
Bakı Avrasiya Universiteti 
 
Cümlə  modeli dedikdə biz onun quruluş sxemini nəzərdə tuturuq. Hər bir dilin sistemində müəyyən 
sayda  sxem  vardır  ki,  onların  da  nümunəsi  əsasında  saysız-hesabsız  cümlələr  qurulur.  Alman  dilinin 
qrammatikasında  həmçinin  bu  anlayışı  ifadə  edən  bir  neçə  sinonim  termin  mövcuddur:  Satzmuster, 
Satzmodelle, Satzbaupläne, Grundformen, logisch-grammatische Typen. 
Cümlənin  modelini  müəyyənləşdirməyə  gəldikdə  isə  bunun  üçün  iki  yanaşma  mövcuddur.  Birinci 
yanaşma  subyekt-predikat (mübtəda-xəbər) münasibətlərinə cümləni təşkil edən əsas fundamental əməliyyat 
kimi  baxır,  lakin  eyni  zamanda  feli  xəbəri  qrammtik  kateqoriyanın  əsas  ifadə  forması  hesab  edir.    İkinci 
yanaşma isə feli xəbəri cümlənin bütün quruluşunu təyin edən tək mərkəz hesab edir.  
Fəxrəddin Yadigar ―German dilçiliyinə giriş‖ kitabında yazır: ―Söz sırası S-P və ya P-S ilə ifadə oluna 
bilər.  S-P  normal  söz  sırasıdır,  P-S  və  P-S-P  inversiya  adlanır.  Birinci  nəqli  cümlələrdə,  ikinci  sual 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
310 
 
 
cümlələrində işlənir.‖ Burada S subjekti, yəni mübtədanı, P isə predikatı yəni xəbəri bildirir. Nəqli cümlədə: 
Er schreibt. (S-P) söz sırası istifadə olunur. Sual cümləsində isə: Schreibt er? (P-S) söz sırasını görürük.  
P-S-P    söz  sırası  alman  dilinin  qrammatik  xüsusiyyəti  ilə  bağlıdır.  Belə  ki,  alman  dilində  perfekt 
zamanda köməkçi feil cümlənin əvvəlində, əsas leksik məna daşıyan feilin Partizip 2 forması isə cümlənin 
sonunda işlənir. Buna görə sual cümləsi modelində fərq meydana çıxır. Məsələn: aşağıdakı misallara baxaq: 
a)
 
Bist du schon gekommen? 
b)
 
Haben Sie diesen Roman gelesen? 
c)
 
Haben die Kinder gefrühstückt? 
  Yuxarıda gördüyümüz cümlələrin hər üçündə ilk gələn köməkçi fel yəni xəbər, daha sonra mübtəda 
və  ən  sonda  partizip  2  forması  gəlmişdir.  Beləcə,  biz  bu  nümunələrdə  P-S-P  modelini  görürük.  Lakin  bu 
modeldə  mümkün  qrammatik  forma  tək  perfekt  zamanı  deyil.  Alman  dilində  modal  fellərin  də  belə  bir 
qrammatik xüsusiyyəti vardır ki, modal fel işlənən cümlədə digər fel cümlənin sonunda işlənir. Əgər modal 
feli  olan  sual  sözsüz  sual  cümləsi  qurarıqsa,  o  zaman  modal  fel  cümlənin  əvvəlində,  əsas  leksik  məna 
daşıyıcısı olan fel isə cümlənin sonunda işlənir və beləliklə P-S-P modelli sual cümləsi qurulur. Məsələn: 
a)
 
Möchten Sie einen Tee trinken? 
b)
 
Könnten Sie mir bitte helfen? 
c)
 
Wollen wir einen Ausflug machen? 
d)
 
Darf ich kommen? 
e)
 
Sollen wir hier warten? və s.  
Lakin  sual  sözlü  sual  cümlələri  sual  sözü  ilə  başladığına  görə  onları  tam  olaraq  bu  modelə  aid  edə 
bilmirik. Müasir Alman dilinə aid olan qrammatika kitablarında və dərsliklərdə bu sual cümlələri W-Fragen 
adlanır.  Çünki  bütün  sual  cümlələri  sual  sözləri  ilə  başlayır  və  sual  sözləri  də  öz  növbəsində  W  hərfi  ilə 
başlayır. Mənim fikrimcə, bu tipli sual cümlələrini bir modelə aid etmək gərəkdirsə onda bu model W-P-S və 
yaxud W-P-S-P modeli olmalıdır. Məsələn: 
 




Was  
bist  
du von Beruf? 
 
Woher 
Kommen 
Sie? 
 
Wie 
Geht 
Es Ihnen? 
 
Was 
Hast 
du 
gemacht? 
Was  
Möchten 
sie 
machen? 
Was 
Darf 
es 
sein? 
 
Lakin  alman  dilində  sual  cümlələri  bir  neçə  növə  ayırılır:  Entscheidungsfragen  və  Ergänzungsfragen 
əsas sual cümləsi növləridir. Entscheidungsfrage dediyimiz sual cümlələri özünə ―Ja‖ (bəli) və yaxud ―Nein‖ 
(xeyr) cavabı tələb edir. Bu sual cümlələri P-S-P modeli əsasında qurulur. Məsələn:  
a)
 
Sind Sie fertig? - Ja, ich bin schon fertig. 
b)
 
Könnten Sie mir helfen?  
- Ja, natürlich. 
c)
 
Hast du Zeit? – Nein, tut mir leid. 
  Bunlardan başqa, bir də ―Doch‖ cavabı tələb edən Entscheidungsfrage mövcuddur. Bu cavab məna 
etibarilə ―Bəli‖ cavabına bərabərdir. Lakin alman dilində inkar sual cümlələrinə onun əksinə  təsdiqlə cavab 
verdikdə ―Doch‖ cavabından istifadə olunur. Misal üçün, bir neçə cümləyə baxaq: 
1)
 
Hast du keine Zeit für mich? – Doch, ich habe Zeit! 
2)
 
Gehst du nicht mit? – Doch, ich gehe! 
3)
 
Ach so, Sie haben keinen Komputer? – Doch, ich habe einen Komputer! 
4)
 
Haben Sie keinen Kinder? – Doch, ich habe 2. 
5)
 
Siehst du nicht fern? – Doch, ich sehe abends fern. 
Ergänzungsfrage  dediyimiz  sual  cümlələrində  sual  verən  şəxs  hər  hansı  məsələ  ilə  bağlı  əskik  olan 
informasiyanın tamamlanması məqsədi ilə sual verir. Bu zaman əskik cümlənin komponentləri sual sözü ilə 
əvəz olunaraq sual sözlü sual cümləsi qurulur. Məsələn: 
a)
 
Wann fährst du? – Am Samstag 
b)
 
Wer ist das? – Meine Mutter. 
c)
 
Wo wohnen Sie? – In Berlin. 
d)
 
Was sind Sie von Beruf? – Mechaniker. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
311 
 
 
Usw. 
   Bu  tipli  sual  cümlələrində  partnyordan  məzmunun  tamamlanması  tələb  olunur.  Yuxarıda 
göstərdiyimiz sual sözsüz sual cümləsində isə partnyor verilən sualla bağlı təsdiq və ya inkar arasında ―bəli‖ 
və ya ―xeyr‖ cavabları arasında qərar verməli olur. Onları fərqləndirən əsas amil də budur.  
 
 
MULTĠKULTURALĠZM VƏ ƏDƏBĠ DĠL 
İsmayılzadə G.M. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
― Multikulturalizm Azərbaycanda həyat tərzidir‖ 
İlham Əliyev 
―Multikulturalizm‖  termini  siyasi  leksikona  ilk  dəfə  1970-ci  ildə  Avstraliyada  İmmiqrasiya  naziri 
vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir.  
Azərbaycan müxtəlif mədəniyyətlərin və dillərin qarşılıqlı hörmət, eləcə də bir-birini tanıma və qəbul 
etmə  prinsipləri  əsasında  birgə  mövcud  olduğu  nadir  ölkələrdəndir.  Azərbaycan  mürəkkəb  linqvistik 
mənzərəyə malikdir. Türk dilləri ailəsini təmsil edən və dövlətin rəsmi dili olan Azərbaycan dilindən başqa, 
eyni  zamanda  müxtəlif  dövrlərdə  ölkəyə  miqrasiya  etmiş  müxtəlif  xalqların  (ruslar,  ukraynalılar,  tatarlar, 
gürcülər,  Məhsəti  türkləri,  Avropa  yəhudiləri  (aşkenazilər)  və  s.)  istifadə  etdiyi  dilləri  nəzərə  almasaq, 
Azərbaycan ərazisində Hind-Avropa dil ailəsini təmsil edən altı dil (kürd dili, dağ yəhudilərinin dili, tat dili, 
talış dili, xalac dili və erməni dili), Şimali Qafqaz dil qrupuna mənsub səkkiz dil (avar dili, budıx dili, xınalıq 
dili, krız dili, ləzgi dili, rutul dili, saxur dili, udi dili) və kartvel dillərinə aid bir dil (ingiloy dili) mövcuddur. 
Azərbaycan  dili  dövlətin  rəsmi  dilidir  və  onun  mərkəzi  hökumət  tərəfindən,  eləcə  də  ölkənin  bütün  
ərazisində rəsmi və formal ünsiyyətdə istifadəsi qanunla təmin olunur. Bununla yanaşı, qanunvericilik milli 
azlıqların  dillərinin  onların  kompakt  yaşadığı  ərazilərdə  müvafiq  rəsmi  situasiyalarda  (məhkəmə,  hüquq-
mühafizə  orqanları  və  digər  inzibati  orqanlar)  dövlət  dili  ilə  yanaşı  tətbiqini,  orta  təhsil  sistemində 
öyrədilməsini  və  KİV-də  isifadəsini  təmin  edir.  Dövlət  dili  qeyri-formal  və  qeyri-rəsmi  sahələrdə  qeyri-
titulyar dillərə münasibətdə hər hansı üstünlüyə malik deyildir. Dil qanunvericiliyi dövlət dilinin istifadəsini 
və qorunmasını təmin etməklə yanaşı, qeyri-titulyar dillərin də sərbəst istifadəsinə zəmanət verir.  
Məlum  olduğu  kimi,  azsaylı  xalqların  dillərinin  və  mədəniyyətlərinin  qanunvericilik  çərçivəsində 
diskriminasiya edilməsi (azsaylı xalqların dillərinin qanunvericilikdə hər hansı müddəa ilə qorunmaması və 
s.)  bu  xalqların  dillərinin  istifadə  sahələrni  məhdudlaşdırır  və  bu  dilləri  siyasi,  iqtisadi  və  sosial  yönlü 
müxtəlif  təzyiqlərə  məruz  qoyur.  Bu  isə  azsaylı  xalqların  qeyri-məmnunluğuna  və  onlarla  titulyar  əhali 
arasında müxtəlif cür münaqişələrə gətirib çıxara bilər. Bu, Azərbaycan Respublikası hökumətinin hər zaman 
diqqət mərkəzində olmuşdur. Buna görə də Azərbaycan Respublikasının qanunvericiliyində azsaylı xalqların 
dilləri və mədəniyyətləri ilə bağlı müddəalar mütəmadi olaraq yer almaqdadır.  
Azərbaycanda milli müxtəlifliyin, dil və mədəni çoxçeşidliliyin bir sərvət kimi dəyərləndirilməsi, hər 
şeydən öncə, multikulturalizmin Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzi kimi elan edilməsi 
ilə sübut edilir.  Dil və mədəni müxtəlifliyin qorunmasına və bir sərvət kimi inkişaf etdirilməsinə yönəlmiş 
siyasətin  daha  da  möhkəmləndirilməsi  məqsədi  ilə  2014-dü  ildə  Azərbaycan  Respublikası  Prezidentinin 
sərəncamı  ilə  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzi  yaradılmışdır.  Mərkəzin  fəaliyyət  dairəsinə 
Azərbaycanda  mövcud  olan  müxtəlif  dillərin  daha  dərindən  tədqiq  edilməsi,  onların  qorunub  saxlanması 
startegiyasının  formalaşdırılması  və  onların  inkişafı  istiqamətlərinin  müəyyən  edilməsi  də  daxildir. 
Multikulturalizm  strategiyası,  əslində,  Azərbaycanın  müstəqillikdən  sonra  yürütməyə  başladığı  dil  siyasəti 
ənənələri üzərində qurulmuşdur. Müstəqillik illərində istər yerli, istərsə də xarici tədqiqatçıların iştirakı ilə 
ölkə ərazisində mövcud olan dillərin öyrənilməsi, yazıya alınması, onların əlifbalarının formalaşdırılması, bu 
dillərin öyrənilməsi üçün dərsliklərin tərtib edilməsi və s. bu kimi layihələrə geniş yer verilmişdir. Məsələn: 
ABŞ-ın  Yay  Dilçilik  Məktəbinin  (SIL)  təşəbbüsü  ilə  Azərbaycanda  olan  dillərin  tədqiqatı  aparılmış  və 
tədqiqatın  nəticələri  2002-ci  ildə  Con  Kliftonun  redaktəsi  ilə  2  cilddə  nəşr  edilmişdir.  Almaniyanın 
Volkswagen  fondunun  və  ABŞ-ın  Milli  Elm  Fondunun  (NSF)  dəstəyi  ilə  bir  neçə  ildir  ki,  Xinalıq  dilinin 
xarci  araşdırmaçılar  tərəfindən  tədqiqatı  aparılır.  Beynəlxalq  layihələr  çərçivəsində  Xınalıq  dilinin  yazıya 
alınması  və  sənədləşməsi  də  planlaşdırılmışdır.  Azərbaycan  Prezidentinin  2007-ci  il  19  dekabr  tarixli 
Sərəncamı  ilə  Xınalıq  kəndi  qoruq  elan  edilmişdir  və  onun  mədəniyyəti  və  dili  milli-mədəni  dəyər  kimi 
mühafizə altına alınmışdır. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
312 
 
 
Azərbaycanda  dillərin  daha  yaxşı  qorunub  saxlanmasını  bir  neçə  səbəblə  bağlamaq  mümkündür. 
Öncəliklə,  hətta  Sovet  dövründə  belə  Azərbaycanda  ruslaşdırma  siyasəti  digər  Sovet  respublikaları  ilə 
müqayisədə  çox  da  geniş  vüsət  almamışdı.  Hələ  Sovet  İttifaqı  dövründə  Azərbaycan  Sovet  Sosialist 
Respublikası dil məsələsini qanunvericilikdə əks etdirən, digərləri Gürcüstan və Ermənistan olmaqla, yeganə 
üç suveren dövlətdən biri olmuşdur. 1921-ci il və 1937-ci il Konstitusiyaları dil haqqında heç bir məsələyə 
toxunmasa  da,  1956-cı  ildə  Konstitusiyaya  edilən  dəyişiklik  məhz  Azərbaycan  Sovet  Sosialist 
Respublikasında Azərbaycan dilinin dövlət dili olmasını ehtiva edən müddəadan ibarət olmuşdur. 1978-ci il 
və  1995-ci  il  Konstitusiyalarında  da,  müvafiq  olaraq,  dövlət  dili,  onun  qorunması  və  inkişafı  haqqında 
müddəalar yer almışdır. Bu, Azərbaycan dilinin istifadəsini, qorunmasını və inkişaf etdirilməsini və beləliklə 
də,  onun  rus  dilinin  təzyiqindən  əhəmiyyətli  dərəcədə  mühafizəsini  təmin  etmişdir.  Digər  Sovet  dövlətləri 
ilə, xüsusilə də, Orta Asiya respublikaları ilə müqayisədə, Azərbaycan bir sıra istisnalar olmaqla, bütün rəsmi 
ortamlarda, formal təhsildə, KİV-də və bütün qeyri-formal sahələrdə fəal istifadə edilən dil olmuşdur. Belə 
olduğu  halda,  rus  dili  təbii  ki,  Azərbaycanın  mərkəzində  və,  xüsusilə,  ucqarlarında  bütün  sahələrə    tam 
şəkildə  yayılmamış  və  bu  da  Azərbaycanda  olan  digər  dilləri  də  rus  dilinin  təzyiqindən  qoruya  bilmişdi. 
Doğrudur, rəsmi ortamlarda və təhsil sahəsində yerli dillər, demək olar ki, işlədilməsə də (və ya minimum 
səviyyədə işlədilsə də), bu dillərin qeyri-formal istifadəsi məhdudlaşdırılmamışdı. Əslində, Sovet dövründə 
azsaylı xalqların yaşlı nəsilləri arasında yalnız öz doğma dilində danışan insanların sayı da az deyildi və bu 
insanlar  ailə  daxilində,  təbii  ki,  yerli  dillərdən  istifadə  edirdilər.  İkinci  səbəb  Azərbaycan  Respublikası 
müstəqillik  qazandıqdan  sonra  dövlətin  apardığı  dil  siyasəti  ilə  bağlıdır.  Sovet  dövründə  mövcud  olan  rus 
məktəblərinin bəzilərində bir neçə Azərbaycan qrupu açılsa da, bu məktəblərin heç biri bağlanmamış və öz 
fəaliyyətini indiyədək də davam etdirir. Azsaylı xalqların yaşadığı bölgələrdə isə yerli dillərin tədrisinin əsası 
qoyulmuş, bir sıra dillər üçün yazı sistemləri formalaşdırılmış, əlifba layihələri hazırlanmış və dərsliklər nəşr 
edilmişdir. Azsaylı xalqların yaşadığı bölgələrdə yerli dillər müntəzəm olaraq tədris edilir. Bu məsələlərdə 
mühüm  məqamlardan  biri  də  yerli  icmaları  təmsil  edən  insanların  bu  işlərə  cəlb  edilməsidir.  Məsələn: 
Azərbaycanda  yaşayan  tat  əsilli  Ağacamal  Soltanov  Məmmədxan  Soltanovla  birlikdə  Tatca-azərbaycanca, 
Azərbaycanca-tatca  lüğət  hazırlamışdır.    Azərbaycanın  tanınmış  talış  əsilli  alim  və  tədqiqatçıları,  məsələn, 
Novruz Məmmədov, Əvəz Sadıqov və s. talış dili ilə bağlı bir sıra dərsliklər, lüğətlər və s. nəşr etdirmişlər. 
Azərbaycanda  azsaylı  xalqların  dillərini  və  mədəniyyətlərini  təmsil  edən  bir  çox  mərkəzlər,  məsələn, 
―Ronai‖ kürd mədəni mərkəzi, rus icması, slavyan mədəniyət mərkəzi, ―Samur‖ milli mədəniyyət mərkəzi, 
―Turqan-tel‖  və  ―Yaşlıq‖  tatar  mədəniyyət  cəmiyyətləri,  Axıska  türklərinin  təmsil  edildiyi  ―Vətən‖ 
cəmiyyəti,  ―Orain‖  udin  mədəniyyət  mərkəzi,  ―Avesta‖  talış  assosiasiyası,  ―Buduq‖  mədəniyət  mərkəzi, 
ingiloy icması və s. fəaliyət göstərir.  Qaxda Gürcü, Qusarda isə Ləzgi Dövlət Teatrı mövcuddur. Azsaylı 
xalqların  dillərində  qəzet  və  jurnallar  nəşr  edilir  (məsələn,  ―Samur‖,  ―Dəngi  Kürd‖,  ―Soxnut‖  qəzetləri), 
gündəlik  radio  və  televiziya  verilişləri  yayımlanır  və  bunlar  dövlət  büdcəsi  hesabına  dəstəklənir. 
(http://www.mfa.gov.az/content/114) 
 
 
I TÜRKOLOJĠ QURULTAYIN DĠL QURUCULUĞUNA TƏSĠRĠ 
Kazımov C.İ. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Xalqımızın tarixində XX yüzilin 20-ci illəri milli özünüdərkin, milli ləyaqətin keyfiyyət etibarı ilə yeni 
mərhələsini təşkil edir. Məhz bu mərhələdə ədəbi dilin funksional üslublarının da imkanları genişlənir. 
―Dil hər bir millətin ən ümdə atributudur: millət varını, dövlətini, hətta ərazisini itirə bilər və bununla 
belə, yenə də yaşayar, lakin millət dilini itirəsi olsa, onun izi-tozu qalmaz‖ (F.Köçərli) 
Keçən əsrin 20-ci illəri (1920-ci illər) Azərbaycan  ədəbi dilinin intensiv inkişafı, yeni formada milli 
dilə transformasiyası dövrü kimi kimi səciyyələnir. 
I Türkoloji Qurultay türk xalqlarının, həmçinin Azərbaycan xalqının həyatında mühüm sosial-siyasi və 
mədəni bir hadisə kimi yadda qalmışdır. Qurultay dolayısı ilə türk xalqlarının qısa zaman kəsiyində Avropa 
mədəniyyətinə və elminə inteqrasiyasına, həmçinin də mütərəqqi Avropa xalqlarının ümumtürk mədəniyyəti 
və elmi ilə yaxından tanış olmasına zəmin yaratdı. 
I  Türkoloji  Qurultaydan  (1926)  sonra  dil  quruculuğu  sahəsində  yeni  addımlar  atılır.  1929-cu  ildə  I 
Orfoqrafiya konfransı keçirilir və burada orfoqrafiya qaydaları müzakirə obyektinə çevrilir. Həmin ildə latın 
əlifbası ilə 20 min sözü əhatə edən «İmla lüğəti» nəşr edilir. 20-ci illərin polemik ab-havası bu lüğətdə də 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
313 
 
 
əksini tapır; ələlxüsus da alınma sözlərə münasibətdə ikilik nəzəri cəlb edir – sözlər lüğətlərdə iki formada 
əks olunur. 
Qurultaydan sonrakı dövrlərdə ərəb əlifbasından yavaş-yavaş imtina edilməsi ahəng qanununun qrafik 
cəhətdən faktlaşmasına yardım etdi, ələlxüsus da saitlərin konkret olaraq göstərilməsinə şərait yaradılmaqla 
sözün vokal əsasının olduğu kimi təzahür olunmasına imkan yarandı. Həmin dövrdə Azərbaycan ədəbi dilinə 
dialektlərin  təsiri  saitlərlə  əlaqədar  bir  çox  fonetik  dəyişmələrlə  səciyyələnir.  Məs.:  işıq-ışıq,  irmaq-ırmaq, 
ov-av, sovurmaq-savırmaq və s. 
Qurultaydan  sonra  ədəbi  dilin  başqa  məsələləri  ilə  nisbətdə  əlifba  məsələsinin  müzakirəsinə  çox  yer 
ayrılır. Bu, əlbəttə, təbiidir, ona görə ki, bu məsələ həll olunmadıqca, ədəbi dilin başqa məsələlərini düzgün 
həll etmək, eləcə də dil quruculuğu sahəsində tədris-metodiki işləri nizamlamaq çətin olar. 
1929-cu  il  yanvarın  1-dən Azərbaycan  dili  yazısından  ərəb  əlifbası  çıxarılır  və  latın  əlifbası  əsasında 
tərtib edilmiş yeni əlifba qəbul edilir, ―Şərqdə mədəni inqilab‖ baş verir. 
―Yeni  yol‖  qəzeti  yazırdı  ki,  I  Bakı  Türkoloji  Qurultayı  öz  meyvələrini  verdi,  bunun  ardınca  dil 
quruculuğu sahəsində yeni-yeni işlər, tədbirlər görüldü. Latınçıların bu sahədə apardığı işlər diqqətdə idi. 
I  Bakı  Türkoloji  Qurultaydan  sonra  1927-ci  ildə  Krımda,  1928-ci  ildə  Səmərqənddə,  1930-cu  ildə 
Almatıda imla konfransları, 1932-ci ildən başlayaraq keçirilən Türk Dil Konqresləri, 1976-cı ildə Almatıda, 
1980-cı  ildə  Daşkənddə,  1988-ci  ildə  Aşqabadda  keçirilən  sovet  türkoloji  konqresləri  I  Bakı  Türkoloji 
Qurultayının təsiri ilə keçirilmiş mühüm elmi tədbirlərdir. 
Sovet hökumətinin dil quruculuğu sahəsindəki işlərinin elmi müzakirəsində və türk dilləri ilə əlaqədar 
konkretləşdirilməsində I Türkoloji Qurultayın böyük tarixi önəmi oldu. 
 
 
SADƏ LEKSĠK TƏKRARLARIN MƏTNYARATMA XÜSUSĠYYƏTLƏRĠ 
Kərimova A.Z. 
Sumqayıt Dövlət Universiteti 
 
Sadə  leksik  təkrarların  ən  çox  yayılmış  növü  eyni  leksik  vahidlərin  cümlə  daxilində  təkrar 
işlənməsidir. Bu təkrar tipinin mətnin hansı dildə olması ilə heç bir əlaqəsi yoxdur. Qeyd etmək lazımdır ki, 
sadə leksik təkrarlar şeirlərdə daha çox istifadə olunur. 
Poetik  mətndə  təkrar  dörd  funksiyanı  yerinə  yetirir:  1)  mətnin  ―poetik  tonunu‖  formalaşdırır;  2) 
mənanın  kombinator  artımını  yaratmaq  üçün  mətnin  strukturunu  təşkil  edir;  3)  ekspressiv  kombinator 
artımını yaratmaq üçün mətnin strukturunu təşkil edir; 4) ekspressiv güclənməyə xidmət edir. 
Mətndə  təkrar  üslubu  formalaşdırmaq  xüsusiyyəti  daşıyır.  Təkrar  mətn  vahidləri  daxilində  işləməklə 
bu vahidləri semantik planda bir-birinə bağlayır. 
Məlumdur  ki,  bədii  mətndə  semantik  əlaqələrin  nisbəti  bir  sıra  problemlərlə,  o  cümlədən  yaradıcılıq 
prosesi və bədii qavrama, mətnin təşkili  qanunauyğunluqları ilə əlaqəlidir. 
Vilyam  Bleykin  şeirlərində  müxtəlif  növlü  leksik  təkrarlardan,  o  cümlədən  sadə  leksik  təkrarlardan 
geniş istifadə edilir. Təhlil göstərir ki, bu təkrarlar şairin yaradıcılığında mətnyaratma prosesində mühüm rol 
oynayır və əsas koqeziya vasitəsi kimi çıxış edir. Konkret nümunələri nəzərdən keçirək. V.Bleykin ―Çiçək‖ 
(―The  blossom‖)  şeiri    ―meri‖  sözünün  leksik  təkrarı  ilə  başlanır.  Birinci  sətrdə  leksik  təkrar  sərçənin  şən 
olmasını daha qabarıq nəzərə çatdıtmaq məqsədi daşıyır və müəllif burada kontrakt təkrar növündən istifadə 
edir. Olduqca şən olan sərçə gülün yamyaşıl yarpaqlarının (so green) altında oturmuşdur. Sonrakı sətirdə şair 
əvvəlki sətrlə koqeziya yaratmaq üçün sinonim təkrardan (happy) istifadə edir. Lakin sinonim təkrar sərçəyə 
deyil, gülə aiddir. Şənlik hər iki obyektə aidlik baxımından qapalı kontekst yaradır. Gülün şənliyi sərçənin 
onun  yarpaqları  altında  oturmasından  doğursa,  sərçənin  şənliyi  həm  yataq  üçün  yer  tapmasında,  həm  də 
yarpaqların altındakı moruqla bağlıdır. Sərçə həm yem, həm də yataq yeri tapmışdır. Bu mənzərəni müşahidə 
və  nəql  edən  müəllif  olsa  da,  hadisə  ―Məsumluq  nəğmələri‖  silsiləsinə  aiddir  və  uşaq  dünyasını,  uşağın 
hadisələrə münasibətini ifadə edir.  
                                     Merry Merry Sparrow 
                                    Under leaves so green 
                                    A happy Blossom 
                                    Sees you swift as arrow 
                                    Seek your cradle narrow 
                                        Near my Bossom. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
314 
 
 
Şeirin  sonrakı  bəndinin  ilk  misrasında  birinci  misrası  ilə  yenidən  koqeziya  yaradılır.  Bu  koqeziya 
sinonim təkrarla reallaşdırılır. Məlumdur ki, merry sözü çoxmənalıdır və onun bir mənası da gözəldir. Prettty 
sözü də oxşar məna daşıyır. Şair ikinci bəndin birinci misrasında sadə kontakt leksik təkrardan istifadə edir. 
Bu  bəndin  ikinci  misrası  birinci  bəndin  ikinci  misrası  ilə  eynidir.  Şerdə  mətn  vahidlərini  bəndlər  kimi 
ayırsaq,  iki  vahid  arasındakı  sintaktik  təkrarın  yaratdığı  koqeziya  üzə  çıxır.  Moruq  da  gülün  yarpaqları 
altındadır. 
                                         Pretty pretty robin 
                                        Under leaves so green 
                                        A happy blossom 
                                       Hears you sobbing sobbing 
                                       Pretty pretty 
                                       Near my bosom 
Hər iki bəndin üçüncü misrası da eynidir. Daha bir sintaktik təkrar qeydə alınır. Hər iki sintaktik təkrar 
distant mövqedədir. Şeirin son üç misrası isə əvvəlki misraların semantik əlaqələri – konnotativ və assosiativ 
əlaqələrinin formalaşdırdığı ümumi ovqatı dəyişdirir. 
Beləliklə,  mətn  hadisəsi  olan  təkrar  dil  vahidlərinin  birləşməsinin  dil-sistem  qanunauyğunluqları  ilə 
tənzimlənir,  ifadə  olunan  məzmun  tələbi  kimi  təzahür  edir.  Məhz  bu  cəhət  təkrarın  mətnyaratma 
xüsusiyyətlərini təsdiqləyir. 
 
 
MULTĠCULTURALĠSM AND LANGUAGE 
Karimova D.A. 
Sumgayit State University 
 
That would not be an exaggeration to assess that globalization has greatly shaped the world we live in 
today.  Therefore,  with  the  introduction  of  new  technologies  in  transportation  and  improved  diplomatic 
relations,  currently,  it  has  become  way  too  easier  for  people  move  form  one  place  to  another  freely.  The 
migration of people from their native lands to foreign countries along with other historical causes, have been 
a major precursor to a mix of different nations living altogether within a single jurisdiction. This, in its turn, 
has  paved  the  way  to  a  cultural  diversity  throughout  the  countries,  specifically,  those  with  higher  living 
standards.  The  unity  of  miscellaneous  people  with  different  backgrounds  have  led  to  an  introduction  of  a 
recently  new  phenomenon,  the  so  called,  -  multiculturalism.  Throughout  the  decades,  many  politicians, 
sociologists  and  psychologists  have  tried  to  come  up  with  different  ideas  to  correctly  define  the  term 
―multiculturalism‖. However, mostly, it has been used to characterize the fact of diversity in a society, and 
how to understand and confront challenges breeding from the cultural and religious diversity. The supporters 
of multiculturalism truly believe that respect to all individuals with different race, ethnicity, culture, religion, 
language and nationality ought to be everyone‘s top responsibility in all societies. It has become a common 
practice to see mosques in Christians-dominated societies or vise-versa, or to publish news, open schools and 
run  TV  channels  in  minorities‘  languages  in  many  countries,  and  etc.  For  instance,  it  would  be  also 
interesting to charge that there are three official state languages in Switzerland, and two in Belgium just to 
make sure that multiculturalism is maintained at the highest level. Other than that, Azerbaijan has declared 
2016, - as the year of multiculturalism which clearly proves how secular, respected and multicultural society 
prevails  in  the  country.  While  multiculturalism  has  brought  a  number  of  positive  impacts  and  values  into 
societies,  one  of  the  main  challenges  related  to  it  was  to  find  a  common  language  to  accelerate  the 
communication and adaptation process for foreigners. On one hand, in multicultural societies, minorities are 
highly respected and provided with opportunities where their native languages dominate, on the other, small 
communities are offered different language services to improve the official language where they live in. It is 
also noteworthy to mention that the role of English, too, has more than doubled in recent years as a common 
language between diverse cultures. Many linguistics refer English as the language of multiculturalism or the 
working language for international and intra-national communication across the globe. The wider use of the 
English  language  in  daily  communication,  businesses,  political  dialogues  and  many  other  spheres,  has  all 
contributed to the popularization of it. Almost in all countries where English is not the official language, it is 
offered  as  the  second-language  in  schools  and  universities,  as  well.  Many  universities  run  international 
program in English, and many international companies and institution hold trainings and events in English, 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
315 
 
 
as well. Thus it comes as no surprise that in most cases, newcomers of any society start communicating with 
both local and international people from different countries in English, first. Put simply, English has become 
the  language  of  the  world  and  is  considered  as  a  tool  to  enhance  a  positive  way  towards  communication 
through foreign languages. The essence of being bilingual or multilingual is steadily increasing as time goes 
by,  and  individuals  from  the  early  ages  are  taught  the  rising  significance  of  cultural  understanding  and 
intercultural  communication.  Possessing  wider  language  skills  make  people  understand  the  existence  of 
multiple  realities  in  a  faster  way  as  they  become  more  acquainted  with  different  cultural  backgrounds.  To 
conclude,  the  influx  of  individuals  into  different  regions  generate  multidimensional  social,  economic  and 
cultural  transformations,  and  protecting  and  promoting  cultural  and  linguistics  pluralism  should  be  of 
greatest importance in multicultural world.  
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin