AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


AZƏRBAYCANDA MULTĠKULTURALĠZM ƏNƏNƏLƏRĠ VƏ ETNOLĠNQVĠSTĠK PROSESLƏR



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə56/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

 
AZƏRBAYCANDA MULTĠKULTURALĠZM ƏNƏNƏLƏRĠ VƏ ETNOLĠNQVĠSTĠK PROSESLƏR
 
Xəlilova T.Ə.  
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Etnik  birlikləri  qruplaşdırmaq  və  müəyyən  əlamətlərinə  görə  sistemləşdirmək  məqsədilə  etnoqrafiya 
elmində  müxtəlif  təsnifat  növlərindən  istifadə  olunur.Dil  xalqların  və  etnik  birliklərin  ən  mühüm 
əlamətlərindən biri olduğu üçün linqvistik təsnifat etnoqrafiya elmində daha geniş yayılmışdır. Bu təsnifat 
geneoloji xarakter daşıyır və dilləri mənşə qohumluğu prinsipi ilə ayrı-ayrı dil ailələrində qruplaşdırır. 
Məqalədə  mədəniyyətlərarası  dialoq  çərçivəsində  tolerant  cəmiyyətdə  multikultural  mədəniyyətlərin 
qarşılıqlı  surətdə  zənginləşməsindən,  müxtəlif  xalqları  birləşdirən  dəyərlər  (dil,  din  və  s.)  sisteminin 
formalaşmasından, həmçinin etnolinqvistik proseslərdən söhbət açılır.   
Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc 
yanaşı  yaşaması  və  öz  mədəni  xüsusiyyətlərini,  həyat  tərzini  rəsmən  ifadə  etmək  və  qoruyub  saxlamaq 
hüququna  malik  olması  nəzərdə  tutulur.  Multikulturalizm  mədəniyyətlərin  və  sivilizasiyaların  dialoqunun 
zəruri alətidir. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində 
inkişaf  etdirilməsinin  əsaslarını  ölkənin  qədim  dövlətçilik  tarixi  və  bu  ənənələrin  inkişafı  təşkil  edir. 
Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq dövləti təşkil edən etnosdan – azərbaycanlılardan və bir 
sıra milli azlıqlardan: udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və digərlərindən 
təşkil  olunmuşdur.  Bu  millətlərin  tarixən  Azərbaycandan  başqa  vətənləri  olmamış  və  buna  görə  də  vahid 
polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millətlərdən başqa respublikamızda öz tarixi vətənləri 
olan ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar. 
Azərbaycanda  son  dövrlərdə  görülən  tədbirlər  və  həyata  keçirilən  tolerantlıq  siyasətinin  mühüm 
istiqamətlərindən  biri  ölkədə  multikultural  təhlükəsizliyin  təmin  olunmasıdır.  Bu  gün  Azərbaycanda 
multikultural təhlükəsizliyin əsas və ən vacib prinsipləri aşağıdakı şəkildədir: 
1.
 
Mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının formalaşdırılması;  
2.
 
Ölkədə mövcud olan mədəni müxtəlifliyin inkişafına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsinin 
təmin edilməsi; 
3.
 
Ölkə  daxilindəki  müxtəlif  konfessiyalara  siyasi  münasibətin  bərabər  şəkildə  yönəlməsi  mexanizminin 
qurulması;  
Əminliklə deyə bilərik ki, inkişaf edən dünyada fərqli mədəniyyətlərin birgə yaşayışı olmadan tərəqqi 
mümkün deyil. Bu gün dünyada monoetnik dövlətlərin sayı çox azdır. Beynəlxalq münasibətlərdə də istər 
siyasi, istərsə iqtisadi və ya mədəni sahə olsun hər hansı dövlət özünütəcrid şəraitində inkişaf edə bilməz.  
Multikulturalizmin  əsasını  təşkil  edən,  xalqların  dil,  din,  tolerantlıq  baxımından  olkəmiz  türk 
sivilizasiyası islam mədəniyyətinin əhatə dairəsindədir.  
Son  200  il  ərzində  ölkədəki  etnolinqvistik  proseslərin  inkişaf  istiqamətini  müəyyənləşdirən  əsas 
amillər  sırasında,  ilk  növbədə,  ölkənin  Rusiya  imperiyası  tərəfindən  işğalını  qeyd  etmək  lazımdır.  Rusiya 
imperiyasının  müstəmləkə  siyasətinin  ideoloji  əsasını  ruslaşdırma  xətti  təşkil  etdiyi  üçün  ölkədə  dillərin 
qeyri-bərabərliyi  prinsipi  qanunvericilik  səviyyəsində  təsbit  olunmuşdur.  Rusiya  imperiyasının  hakim 
dairələri sərt dövlət dili siyasətini həyata keçirirdilər. Bu siyasətin ən səciyyəvi xüsusiyyətləri bir tərəfdən rus 
dilinin dövlət dili elan olunaraq onun zorla qeyri-rus xalqlara qəbul etdirilməsi, dıgər tərəfdən isə əsarətdə 
olan  xalqların  ana  dillərinin  inkişafı  qarşısında  müxtəlif  süni  əngəllərin  yaradılmasından  ibarət  idi.  Lakin 
bütün cəhdlərə baxmayaraq, Azərbaycan dilinin funksional inkişafının qarşısını almaq mümkün olmadı. 
Azərbaycan  Respublikasının  millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə  Dövlət  müşaviri 
akademik  K.M.Abdullayevin  qeyd  etdiyi  kimi,  "tarixi  prosesdə  formalaşan  etnik-mədəni  müxtəlifliklər 
(çoxmədəniyyətlilik) və onların əsasını təşkil edən etnik-mədəni dəyərlər xalqların və dövlətlərin inkişafında 
mühüm  rol  oynayır.  Lakin  bu  müxtəlifliklər  dövlət  tərəfindən  tənzimlənmədikdə  və  yaxud  düzgün 
tənzimlənmədikdə, ölkədə uyğun multikultural siyasət formalaşmadıqda ciddi problemlər, hətta münaqişələr 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
305 
 
 
baş  verir.  Buna  görə  də  bu  müxtəlifliklərin  düzgün  tənzimlənməsi  çoxmədəniyyətli  dövlət  üçün  böyük 
əhəmiyyət kəsb edir. 
 Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  Azərbaycan  dili  dövlət  dili  elan  edildi.  Multikultural 
dəyərlərə  əsaslanan  Azərbaycan  dövləti  isə  həm  ana  dilinə,  həm  də  Azərbaycan  ərazisində  yaşayan  digər 
etnik qrup və tayfaların dillərinə eyni qayğı ilə yanaşır, onların milli xüsusiyyətlərini yaşatmaq üçün müxtəlif 
işlər görür. 
 
 
MULTĠKULTURALĠZM VƏ DĠL 
Xudiyeva S.S. 
Sumqayıt Dövlət Universiteti 
 
Hər bir şəxs həm öz mədəniyyətinin, həm də dünya mədəniyyətinin təmsilçisidir. Bir dövlət ərazisində 
yaşayan  çoxlu  sayda  xalqlar  elə  dünya  mədəniyyətinin  həmin  dövlətdə  kiçik  bir  mədəni  modelini 
formalaşdırır. 
Multikulturalizm xalqlarda mədəni və dini tolerantlılığı yaradır. 
Mədəniyyət  bir   obyekt  olaraq   insanların  fəlsəfi  düşüncə  ifadəsidir  və  bu  nöqteyi-nəzərdən,  özündə 
kompleks  xarakterli  ümumiləşmiş  ifadələri  əks  etdirir.  Mədəniyyət konseptualdır,  multikulturalizm  də 
konseptual məzmunludur. Dərin mahiyyətə malikdir, insanların və xalqların özünüdərkini təcəssüm etdirir. 
Multikulturalizmdə   dünyanın  dərk  olunması  əsas  prinsip  kimi  qəbul  olunur.  Çoxmillətlilik  və  onun 
yaratdığı  çoxmədəniyyətlilik  özlüyündə  dünyanın  dərk  olunmasını  ehtiva  edir. Bu  baxımdan, mədəniyyət 
fərdin  və  kollektivin  davranışlarından  (davranışlar  münasibət  və  əlaqə  fonunda  meydana  gəlir,  fərdin 
resurslara  və  digər  fərdlərə  olan  əlaqə  və  münasibətlərini  ifadə  edir),  davranışların  yaratdığı  adət 
qaydalarından və bunların da formalaşdırdığı xarakterdən meydana gəlir. 
Xarakter  fərdi  və   milli  kimliyi  müəyyən  edir.Milli  kimlik  əsasən  dil  amilindən  formalaşır.  Eyni 
zamanda  mədəniyyətin  (adət-ənənə,  yaradıcılıq  və  quruculuq  nümunələri) xarakterik  xüsusiyyətləri burada 
önəmli rol oynayır. Xarakteri meydana gətirən kompleks elementlər fərdi və milli mədəniyyəti formalaşdırır. 
Dil,  ümumən, baza  tanıtım   rolunu  oynayır.  Sonra  bu  kompleksə  fizioloji  amillər  (xalqın 
nümayəndələrinin fiziki quruluşu)  da  əlavə olunur. 
Multikulturalizmdə  isə  çoxlu  sayda  mədəni  və  fiziki  elementlər  dünyanın  rəngarəngləşməsini  təmin 
edir. Bu qarışıqlıq hesabına isə milli mədəni elementlərin bir-birini radikal məzmunda üstələməsinin qarşısı 
alınmış olur. 
Mədəniyyət fərdə, xalqa, cəmiyyətə, dövlətə xas olan dəyərdir. Dəyərdir, o baxımdan ki, mədəniyyət 
yaradıcılıq, quruculuq  nəticəsidir, yaradıcılıq  və   quruculuq  formalarıdır. Mədəniyyət  nümunələr (burada 
dövlətin  özü,  cəmiyyətin  özü  bir  mədəniyyətdir  –  dövlət  sistemi,  o  cümlədən  hüquq  və  siyasət  sistemi, 
subyektlərin təşkili bir mədəniyyət nümunəsidir, xalqın yaradıcılıq və quruculuq göstəricisidir. Xalqın siyasi 
məfkurəsidir. Xalqın formalaşaraq, millət kimi təşkilatlanması da ali siyasi mədəniyyətin tərkibini təşkil edir. 
Dövlətçilik  mədəniyyəti  özündə  iqtisadi,  mədəni,  sosial  və  siyasi  təşkilatçılıq  qabiliyyətini  əks  etdirir. 
Mədəniyyət normaları-davranış qaydalarından, milli xarakterdən, milli və beynəlxalq davranışdan meydana 
gəlir) fonunda büruzə verən dəyərlərdən ibarətdir. 
Mədəniyyət  də  maddi  və  mənəvi  ola  bilir.  Mənəvi  dəyərlər,  o  cümlədən  əxlaq  qaydaları,  mədəni 
davranış nümunələri (burada davranış qaydaları), xarakter özü elə mənəvi mədəniyyətin əsaslarını meydana 
gətirir. 
İctimai  tərbiyə,  siyasi  əxlaq,  milli  adət-ənənələr  özlüyündə  mənəvi  mədəniyyətin  forma  və 
məzmununu sübuta yetirir. 
Maddi mədəniyyət nümunələrindən (burada quruculuq və yaradıcılıq nümunələri) istifadə qaydaları və 
maddi mədəni abidələrə, əşyalara olan münasibət məhz özlüyündə mənəvi mədəniyyət normalarını yaradır. 
Xalqın mədəniyyət tarixi və tarixi kimliyi maddi nümunələr əsasında sübuta yetirirlir. 
Bu baxımdan da bir xalq əgər öz yaradıcılığına hörmətlə yanaşırsa, onu qoruyursa, dəyər olaraq irsən 
ötürürsə,  onda  o  xalq  öz  mədəniyyətinə  hörmət  edən  mənəvi  dəyər  xalqıdır.  Bu  kriteriyalar  da  özlüyündə 
xalqın 
möhkəm 
iradəliliyini 
sübuta 
yetirir. Mədəni 
xalq 
tarixini, 
yaratdığı 
mədəniyyət 
nümunələrini qorumağı bacarmaq keyfiyyətlərinə malikdir. 
Mədəniyyət   yaradıcılıq  və  quruculuq  nümunəsidir,  bu  nümunələrə  nisbətdə  davranış,  əxlaq 
normasıdır. Buna görə də quruculuq və yaradıcılıqdan ibarət olan davranışlardan və nümunələrə qarşı olan 
hörmətdən ibarətdir. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
306 
 
 
Mədəniyyət hər bir xalqın milli kimliyidir. 
Milli  kimliyinin  irsən  qoruyucusudur.  Mədəniyyət  xalqın   məkanda  tarixən  yaratdığı  dəyərlər 
məcmusundan ibarətdir. Mədəniyyət nizam və intizamdan ibarət davranış üsuludur. 
Mədəniyyət sosiallaşmanın, sosial strukturlaşmanın tərkibini təşkil edir. 
İnsanların  sosial  əlaqələr  və  münasibətlər  forması  məhz  mədəniyyətin  yaranmasının  əsaslarını  təşkil 
edir.  Multikulturalizm  isə  beynəlxalq  mədəniləşmə  proseslərini  təmin  edir.  Bu  da  özlüyündə  beynəlxalq 
sosiallaşmanı meydana gətirir. 
Dövlətlərin  çoxluq  təşkil  etdiyi  müasir  zamanda  xalqlararası  mədəniyyət  əlaqələri  də  inkişaf 
etməkdədir. 
Bu gün mövcud olan əlaqələr (elektron əlaqələr) xalqlara məxsus olan mədəniyyətin qarşılıqlı olaraq, 
mübadiləsini  sürətlə  şərtləndirməkdədir.  Digər  tərəfdən,  bir  dövlət  daxilində  çoxlu  sayda  mədəniyyət 
nümunələrini özündə daşıyan subyektlər (xalqların nümayəndələri) mövcuddur. Mədəniyyət nümunələrinin 
obrazları həm birbaşa subyektlərarası (fərdlərarası) əlaqələr ilə, əyani şəkildə, həm də vasitəli qaydada vizual 
şəkildə transfer etməkdədir. Bu obrazlar keçidlər zamanı əks olunur. 
Multikulturalizmin  formaları  meydana  gəlməkdədir.  Bir  forma  dövlətlər  daxilində  yaşayan  xalqların 
yaratdığıdır.  Əyani  mübadilə  formasıdır.  Burada  davranış  qaydaları,  adət-ənənələr  keçidlər  edir.  Digər  bir 
forma  isə  qiyabi  tanışlıqla  keçid  formasıdır.  Adət-ənənələr,  musiqi,  mədəniyyət  vasitələr  yolu  ilə  keçidlər 
edir. 
Multikulturalizm  (çoxmədəniyyətlilik)  bir  məkanda  (burada  bir  cəmiyyət,  bir  dövlət)   yaşayan  çoxlu 
sayda xalqlardan ibarət olan mədəni müstəvidir. 
Çünki mədəniyyətin əsas daşıyıcıları məhz fərdlər və xalqlardır. Multikulturalizm digər tərəfdən də bir 
vahid dünya çərçivəsində yaşayan çoxlu sayda xalqlardan ibarət olan mədəniyyət müstəvisidir. Mədəniyyət 
bütövlüyü  bir  dünyanı  əhatə  edir,  eləcə  də  dünyanın  tərkib  hissələrindən  ibarət  olur.  Multikulturalizm  bir 
dövlət daxilində olur, eləcə də dünya xalqlarının birləşmiş mədəniyyətini əks etdirir. 
Hər iki formanın insanlar üçün əhəmiyyəti olduqca çoxdur: Birincisi, ona görə ki, çoxlu sayda xalq – 
çoxlu sayda quruculuq və yaradıcılıq subyekti deməkdir. Çoxlu sayda xalqın mövcudluğu fərqli yaradıcılıq 
və  quruculuq  nümunələrinin  inkişafından  xəbər  verir.  Quruculuq  və  yaradıcılıq  nümunələrinin  çoxluğu 
cəmiyyətlərdə və dövlətlərdə dəyər zənginliyini meydana gətirir. İkincisi, multikulturalizm insanların zəngin 
davranış  numunələrini  formalaşdırır. Üçüncüsü, milli  eqoizmin  qarşısını  alır  və  xalqların   assosiativ 
inteqrasiyalarını meydana gətirir. Dörüdüncüsü, beynəlmiləlçiliyi və kosmopolitizmi yaradır, sosial holizmin 
yaranmasını zəruri edir. 
Multikulturalizm  məkanda  (burada  bir  dövlətdə,  bir  cəmiyyətdə)  mövcud  olan  dəyərləri  çoxaldır. Bu 
dəyərlər yaradıcılıq və quruculuq elementlərini artırır. Multikulturalizm məkana xarici mədəni elementlərin 
axınını  təmin  edir.  Bu  axın  sayəsində  regional  mədəni  inteqrasiya formalaşır  və  mədəniyyət  regionu 
meydana  gəlir.  Xaricdən  transfer  edən  nümunələr  hesabına  məkanda  sosial  strukturlaşma  güclənir.  Sosial 
strukturlaşmanın  güclənməsi  hesabına  isə  elementlərin  sayı  artır  və  dinamiklik  genişlənir.  Bu  proseslər 
sayəsində  sistemdə mövcud olan mədəniyyət elementlərinin sayı çoxalır və dəyərlər artır. Dəyərlər sistemi 
zənginləşir. Multikulturalizm  sayəsində  dünyanın  mədəniyyət  potensialı  bir  məkana  cəlb  olunur. 
Multikulturalizm  xalqın  və  dövlətin  dünyəviliyini  təmin  edir  və  xalqın,  millətin,  dövlətin  dünyada  sürətlə 
tanıdılmasını  həyata  keçirir. Multikulturalizm  dünyanın  əksər  xalqlarından  ibarət  olan  bütövü  yaradır  və 
ümummədəniyyət müstəvisini meydana gətirir. 
 
 
MAHMUD KAġĞARĠNĠN “DĠVAN” INDA MÜASĠR AZƏRBAYCAN ƏDƏBĠ DĠLĠNDƏ ĠġLƏNMƏYƏN 
TĠKMƏ ĠLƏ BAĞLI ETNOQRAFĠK SÖZLƏR 
İbayev N.A. 
Sumqayıt Dövlət Universiteti 
 
Mahmud  Kaşğarinin  ―Divani-lüğət-it-türk‖  əsərində  tikişçiliklə  bağlı  etnoqrafik  sözlərin  əksəriyyəti 
ədəbi  dilimizdə  işlənmir.  Ədəbi  dilimizdə  öz  işləkliyini  itirmiş  sözlərə  dialekt  və  şivələrimizdə  də  rast 
gəlmək mümkün deyildir.  
Azərbaycan xalqı qədim, zəngin mədəniyyətə, incəsənətə malikdir. Dekorativ-tətbiqi  incəsənət bədii 
sənətin  müxtəlif  növlərini  –  zərgərlik,  metal  üzərində  döymə,  ağac,  daş  və  sümük  üzərində  oyma,  naxış, 
xalçaçılıq,  hörmə  sənəti,  ornamental  toxuculuq,  toxuma  və  bədii  tikmələr  və  s.-i  əhatə  edir.  Həmin  sənət 
nümunələri bu gün də yaşadılır. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
307 
 
 
Azərbaycan  bədii  tikmələri  bitki  motivləri  ilə  -  qızılgül,  nərgiz,  qərənfil,  lalə,  zanbaq,  meyvə 
ağaclarının yarpaqları ilə - nar, heyva, alça çiçəkləri, sünbül və s. ilə fərqlənmişdir. Həm də bülbül, tovuz 
quşu, göyərçin, tutuquşu, sərçə, qırqovul, bildirçin, kəklik və digər təsvirləri ilə seçilmişdir. 
Azərbaycanda  geniş  yayılmış  bədii  tikmə  növləri  olmuşdur:  güləbatın,  saya  naxışlı  bədii  tikmə, 
təkəlduz, ―quş gözü‖ texnikası ilə tikmə, metal muncuqlu tikiş, basmanaxış, ―düymələmə‖, qurama və s. 
Ən qədim tikmə növündə qızılı və gümüşü saplardan istifadə olunmuşdur. 
Bədii tikmələr arasında təkəlduzquş gözü, düymələmə daha geniş yayılmışdır. 
Deməli,  Azərbaycanda  bədii  tikmə  sahəsində  bir  məktəb  yaranmışdır.  Odur  ki,  bu  sahənin 
özünəməxsus leksikası formalaşmışdır. 
Türk xalqlarında tikmənin tarixi çox qədimdir. Bunu M.Kaşğarinin lüğətindəki tikmə ilə bağlı qeydə 
alınmış  sözlər  də  təsdiq  edir.  Hazırda  Azərbaycan  dilində  işlənməyən  həmin  sözlər  XI  əsrdə  tarixi 
leksikologiyamızda fəal sözlər olmuşdur. Faktlara müraciət edək: 
Urt – iynənin sap keçən deşiyi, iynə ulduzu. 
Arkağ – arğac, bez, xalı, kilim kimi şeylər toxunarkən enləməsinə atılan ip və ya iplik. 
Çuz – yaldızlı, qırmızı rəngli bir Çin parçası, qumaşı. 
Kəz – Çin qumaşlarından bir ipək növü. 
Butar – ―bırdı‖ adlanan həsirin toxunmasında əriş kimi istifadə olunan pambıq ip. 
Bakır – Çində istehsal olunan bir parça. 
Kəmək – zolaqlı və naxışlı bir parçadır, bundan bürüncək tikilir. Qıpçaqlar ondan plaş tikirlər. 
Tulun – gəmin, qantarğanın iki yanında olan parça. 
Kənzi – qırmızı, yaşıl, sarı rəngləri olan bir Çin qumaşı. 
Şalaşu – Çində istehsal olunan parça növü. 
Çaydam – döşəyə doldurulan  və plaş tikilən incə keçə. 
Yi – paltarın yivi. Dərziyə  ―yiçi‖ deyilir. 
Tanquk – savaşda nizə  və bayraqların ucuna taxılan ipək parça. 
Xulıq – Çindən gətirilən, əlvan rəngləri olan ipək parça. 
 
 
MULTĠKULTURALĠZM VƏ DĠL 
İsgəndərova T.N. 
Azərbaycan Dillər Universiteti 
 
Multikulturalizm son  zamanlar  daha  çox  müraciət  olunan,  aktual  məsələlərdən  biridir. 
Multikulturalizmin    hərfi  mənası  „çox  mədənilik―  yaxud      „mədəni  müxtəliflik―  deməkdir.  O,    insan  və 
cəmiyyətin    həyatı  ilə  əlaqədar  bir  hadisədir.  Bir  ölkə  daxilində  çox  fərqli  mədəniyyətlərin  və  fərqli 
etnomədəni qrupların, etnik birliklərin, xalqların və millətlərin bir arada dinc yaşamasıdır. 
O, hər hansı bir  ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların 
mədəni  müxtəlifliklərinin  qorunması,  inkişafı  və  harmonizasiyasına,  azsaylı  xalqların  dövlətlərin  milli 
mədəniyyətinə  inteqrasiyasına  yönəldilmişdir. Humanist  və  demokratik  nəzəriyyə,  yaxud  siyasi  ideologiya 
olaraq  multikulturalizm tolerantlığı  təcəssüm  edir.    Onsuz  humanizm,  yüksək  fərdi  və  beynəlxalq 
münasibətlər,  insanlar  arasında  qarşılıqlı  anlaşma,  qarşılıqlı  zənginləşmə,  dostluq  və  əməkdaşlıq  mümkün 
deyil. 
Digər 
ölkələrin 
mədəniyyətlərini, 
tarixini 
və 
nailiyyətlərini 
öyrənmədən, 
onlara 
qarşı tolerant münasibət,  onların  nümayəndələrinə  hörmət  mümkün  deyil,  onlarla  qarşılıqlı  anlaşma, 
mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.  
Multikulturalizm  –  tolerantlıq  aspektlərindən  biri,  insanların  qarşılıqlı  anlaşması,  zənginləşməsi  və 
inkişafı  üçün  paralel  mədəniyyətlərin  mövcudluğunu  tələb  edir.  Tolerant  cəmiyyətdə  multikulturalizm 
mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb 
olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya 
prosesi ilə əlaqədardır.  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
308 
 
 
Bir ölkədə yaşanan müsbət dəyərlərin dünyaya yayılması istiqamətində həmin dövlətdə təşkil olunan 
idman  yarışlarının  da  böyük  əhəmiyyəti  var.  İdman  yarışları  əslində  elə  tolerantlığı,  sülhü  təbliğ  edir. 
Azərbaycan ilk Avropa oyunlarını təşkil etməklə həm də özünün tolerantlıq, dözümlülük dəyərlərini dünyaya 
bəyan etdi. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, idman tədbirləri sübut edir 
ki,  dünyanın  aparıcı  beyin,  düşüncə  mərkəzləri  ölkəmizdəki  bu  maraqlı  modeli  qəbul  edir,  onunla 
hesablaşırlar.  Azərbaycan  dünyaya  multikulturalizm  nümunəsi  göstərir.  Bundan  başqa,  müasir  dövrdə 
texnologiyanın  sürətlə  inkişafı  multikulturalizmin  ölkələr  arasında  sosial,  mədəni,  iqtisadi  və  texnoloji 
əlaqələrin yaranmasında və inkişafında mühüm üstünlüklərə malikdir. 
Multikulturalizmin  inkişafında  dilin  özünəməxsus  rolu  var.  Belə  ki  dil  insanlar arasında  ən    mühüm 
ünsiyyət  vasitəsidir.  Eyni  zamanda  dil  dünyanın  bir  etnik-mədəni  mənzərəsini  yaradır.  Dil  –  dinamik 
sistemdir, insanlar ünsiyyət prosesində bir-birilə əlaqə saxlayır, fikir və düşüncələrini ifadə edirlər. İnsanlar 
arasında dilin istifadəsi ancaq müəyyən kollektiv şəkildə yaşayan topluluq arasında mümkündür. Bir fərdin 
təkbaşına özü ilə ünsiyyəti mümkün olmadığından dilin istifadəsi ancaq cəmiyyət üçün keçərlidir. Buradan 
belə nəticə çıxır ki, dil insanların var olduğu cəmiyyətdə formalaşır və bu səbəbdən dil bir vasitədən daha 
çox  ictimai  hadisəyə  -prosesə  çevrilir.  Hər  bir  millət  də  yaşadığı  cəmiyyətdə  bu  prosesə  qatılır.  Ümumən 
dilin  var  olma  prosesi  nə  qədər  çətindirsə,  onun  inkişafi  da  bir  o  qədər  çətin  məsələdir.  Çünki  bu  inkişaf 
cəmiyyətdən asılıdır. Lakin dilin inkişaf prosesi cəmiyyətdə özbaşına getmir. Bunun üçün cəmiyyətin hər bir 
fərdi bu prosesə qatılmalıdır.  Bu da daha çox insanların dil bilikləri ilə mümkün olur.  Bu baxımdan fiziki 
sərhədlərin  önəm  daşımadığı  günümüzdə  fərdi  dil  və  ünsiyyət  bacarıqları  artıq  dünyanın  böyüklüyünü  və 
qloballığını təyin edir. İnsanlar məhz dilin vasitəsilə həm asanlıqla ünsiyyətə girir, həm də hər bir ölkənin 
tarixi,  mədəniyyəti  və  s.  haqqında  məlumat  alırlar.  Bu  da  ölkələr  və  mədəniyyətlər  arasında 
multikulturalizmin daha da inkişaf etməsinə şərait yaradır.  
 
 
ĠSPANLARA XAS “DÜNYANIN DĠL MƏNZƏRƏSĠ”NDƏ SKEPTĠZM VƏ PRAQMATĠZMĠN DĠNĠ 
MƏZMUNLU FRAZEOLOJĠ VAHĠDLƏR VASĠTƏSĠLƏ ĠFADƏSĠNƏ DAĠR 
İsmayılova R.M. 
Azərbaycan Dillər Universiteti 
 
Məlum  olduğu  kimi,  müəyyən  konkret  linqvokulturoloji  mühitdə  yaranıb  formalaşan  frazeoloji 
vahidlər bilavasitə həmin toplumun praqmatik maraqlarını əks etdirir və onun utilitar (yəni, yaşam və məişət 
faydası  baxımından  şərtlənmiş)  maraqlarını  qarşılayır.  Bu  baxımdan  təsadüfi  deyil  ki,  son  dövr  frazeoloji 
tədqiqatlarda  frazeoloji  vahidlərin  funksional-praqmatik  aspektlərinin  öyrənilməsinə  xüsusi  diqqət 
yetirilməkdədir.  Xatırladaq  ki,  dilin  və  ünsiyyətin  praqmatik  potensialı  bilavasitə  insanın  dil  işarələrinə 
münasibətində  əks  olunur,  yəni  konkret  olaraq  həmin  işarələrin  qiymətləndirmə,  emosional  ifadə  gücü, 
intensiya özəllikləri və s. bu kimi xüsusiyyətlərdə reallıq qazanır. Y.A.Dobrıdnevanın da qeyd etdiyi kimi, 
məhz  frazeoloji  vahidlər  danışanın  qiymətləndirici-istiqamətləndirici  münasibətini  və  eləcə  də  onun  (nitq 
ifadə edənin) emosional durumunu əks etdirməklə yanaşı, ―kommunikativ məramın reallaşması üçün mühüm 
əhəmiyyət  kəsb  edən  praqmatik  effekti  gerçəkləşdirmiş  olurlar‖.  Bu  baxımdan  ispan  dilinin  frazeoloji 
sistemində  yer  alan  dini  məzmunlu  ifadələr  istisnalıq  təşkil  etmirlər.  Belə  ki,  həmin  qrup  frazeoloji 
vahidlərin  praqmatik  aspektdən  təhlili  onların  semantik  planda  mütəhərrikliyini,  tərkib  komponentlərinin 
desakrallaşma  tendensiyalarının  isə  bir  çox  halda  məhz  funksional-praqmatik  şərtlənmə  qazandığını 
söyləməyə  əsas  verir.  Frazeoloji  vahidlərin  fərqli  diskurs  kontekstlərində  nümayiş  etdirdikləri  praqmatik 
özəllikləri təhlil etmiş S.A.Sasinanın da bildirdiyi kimi, ―antroposentrizm prinsipinə uyğun olaraq, frazeoloji 
vahidlərin inkişafını və funksionallığını tənzimləyən başlıca amil dildəki insan amilidir. İnsan nitqi frazeoloji 
vahidlərin 
funksional-praqmatik 
aspektlərinin 
təhlili 
üçün 
əsas  istinad 
mənbəyi, 
başlıca 
meyardır....Frazeologizmlərdən,  bir  qayda  olaraq,  nitq  subyektinə,    bəhs  edilən  predmetə  emosional 
münasibəti  bildirmək,  resipiyentə  müəyyən  praqmatik  effekti  aşılamaq,  onda  müəyyən  təəssürat  yaratmaq 
vacib olduğunda istifadə edilir‖. 
İspan  dilinindəki  dini  məzmunlu  frazeologizmlərin  linqvopraqmatik  aspektdən  təhlili  burada  xalqın 
gündəlik  maraqlarını,  məişət  qayğılarını  əks  etdirən  ifadələrin  geniş  planlı  araşdırma  tələb  etdiyini  ortaya 
qoyur. Belə ki,  
Dios conserve a mi patrón, por temor a otro peor.- ; 
Dios consiente, pero no siempre.;  
Dios da mocos al que no tiene pañuelo.;  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
309 
 
 
           Dios da nueces a quien no sabe cascarlas.; 
           Dios da pan a los que no tienen dientes.;  
           Dios perdona siempre, los humanos a veces, la naturaleza nunca.; 
Dios da almendras a quien no tiene muelas.; 
Dios da carne al que no tiene dientes.; 
Dios le da maíz a quien no tiene gallinas.; 
Dios da sombrero al que no tiene cabeza.; 
Dios da barba a quien no tiene quijada.; 
Dios  era  bueno  para  negociante.  və  s.  bu  kimi  ifadələr  ispan  dilinin  frazeoloji  sistemində  yer  alan 
bibleizm səciyyələri frazeologizmlərdən əhəmiyyətli dərəcədə fərqlənir və istər semantik tutum baxımından, 
istərsə də az və ya çox dərəcəli desakrallaşma tendensiyalarının müşahidə edilməsi baxımından onların eyni 
rakursda  nəzərdən  keçirilməsi  doğru  olmazdı.  İstər  daha  öncə  təqdim  edilən  nümunələr,  istərsə  də 
izləyəcəyimiz  növbəti  nümunələr  ispan  xalqına  xas  olan  ―dünyanın  dil  mənzərəsi‖nə  uyğun  olaraq 
praqmatizmi əks etdirir: 
Cada cual en su casa y Dios en la de todos.  
Cerca de la iglesia, lejos de Dios.  
Con agua y con sol, Dios es el Criador. 
Sonuncu nümunəylə bağlı onu da qeyd edək ki, xristian dininə sitayiş edən toplumlar üçün Tanrının 
adının ―Yaradan‖ evfemizmilə əvəzlənməsi sıradan bir norma səciyyəsi daşıyır. Analoji vəziyyəti rus dilində 
təsbit  edən  M.V.Slautinanın  da  qeyd  etdiyi  kimi,  bu  məqam  Allahın  dünyanı,  cahanı,  canlı-cansız  hər  bir 
varlıq  və  əşyanı  yaratması  faktının  vurğulanması  kontekstində  gerçəkləşir.  O  da  maraqlıdır  ki,  Tanrının 
yaradılışı mümkün edən ―Ali Qüvvə‖, ―Mütləq Güc‖ olması faktının qabardılması müəyyən mənada Allahın 
teonimik  sakrallığının  ―ağırlığının‖  aradan  qaldırılmasına  da  xidmət  edir.  Belə  ki,  Tanrının  ―Yaradan‖ 
(Criador),  ―Ağa‖  (Señor)  və  s.  evfemizmlərlə  əvəzlənməsi  faktları  burada  müəyyən  desakarllaşma 
situasiyasının mövcudluğu situasiyalarını sezməyə imkan verir. 
Si quieres pollos el día del Señor, pon a incubar el día de la Ascensión.  
Əslində  tədqiqatçılar  desakrallaşmanın  bir  çox  halda  praqmatik  intensiyadan  qaynaqlandığına  diqqət 
çəkərək bu kimi  əvəzlənmələrin bir növ tabulaşmış sakral komponentlərin sakrallıqdan məhrum (və ya dil 
daşıyıcılarının təfəkküründə  daha az sakrallıq səviyyəsinə malik – R.İ.) vahidlərlə əvəzlənməsinin ―arxaik 
kəndli mədəniyyətilə‖ əlaqə olduğunu da qeyd edirlər. Si quieres pollos el día del Señor, pon a incubar el 
día de la Ascensión - nümunəsi həmin ehtimalları dolayısı ilə təsdiqləmiş olur. 
İspan dilindəki dini məzmunlu frazeoloji vahidlərin praqmatik planda təhlili onların böyük hissəsinin 
gündəlik  məişət  və  yaşam  tələbatları  qarşılığında  sıradan  bir  fərdin  emosional  reaksiyasını,  təəssüratını, 
qiymətləndirməsini ifadə etməyə xidmət etiyini söyləməyə imkan verir. Həmin intensiyanın müqəddəs dini 
kəlamlarla  edilməsinin  müəyyən  inanc  və  öngörüşlərə  zidd  olması  isə  ―İncil‖  əsaslı  və  dini  doqma 
semantikalı ifadələrə deyil, daha ―utilitarlaşmış‖ frazeoloji vahidlərə müraciəti kütləviləşdirmişdir. Məhz bu 
əsasda a Dios rogando, y con el mazo dando tipli ifadələrin formalaşması mümkün olmuşdur.  
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin