AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


AZƏRBAYCAN DĠLĠNĠN QƏRB ġĠVƏLƏRĠ VƏ TÜRK DĠLĠNĠN QARS ġĠVƏLƏRĠNDƏ



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə59/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   55   56   57   58   59   60   61   62   ...   69

 
AZƏRBAYCAN DĠLĠNĠN QƏRB ġĠVƏLƏRĠ VƏ TÜRK DĠLĠNĠN QARS ġĠVƏLƏRĠNDƏ  
FRAZEOLOJĠ BĠRLƏġMƏLƏR 
Qəmbərova S.B. 
Gəncə Dövlət Universiteti 
 
Frazeoloji  ifadələr  xalq  təfəkkürünün  məhsulu  olub  tarixi  qədimdir.  Bu  birləşmələrin  yaranma  tarixi 
indiyə  qədər  dəqiq  müəyyənləşdir  ilməsə  də,  türk  dillərinin  ən  qədim  yazılı  abidələrində-  Orxon-Yenisey 
kitabələrində işlənməsi (iş- küç ber ―iş-gücünü vermək, esidü berti ―qulaq asmaq‖, sabımı sımadı ―sözümü 
sındırmadı‖, budunuğ kon almıs ―xalqı bütünlüklə almış‖ və s.) daha qədimliyini göstərir. Nəzərə alsaq ki, 
frazeoloji  birləşmələr xalq arasında  geniş  yayılandan sonra  yazıya  alınmışdır,  onda  türk  təfəkkürünün ilkin 
məhsulu kimi abidələrin yazıldığı dövrdən çox-çox qədimliyi aydın olur. İlkin dövrlərdə frazeoloji vahidlər 
kəmiyyətcə  az  olsa  da,  sonrakı  dövrlərdə  tədricən  artmışdır.  ―Müasir  dilimizdəki  öc  almaq,  öyüd  almaq, 
öyüd  vermək,  ad  vermək,dan  atmaq,  başa  çıxmaq,  söz  qaytarmaq,  üzünə  söz  gəlmək,  gözü  yolda  qalmaq 
kimi bir neçə frazeoloji vahidin XI əsr dilçisi Mahmud Kaşğarinin məşhur ―Divanü- lüğət- it- türk‖əsərində 
eyni  mənada,  lakin  müəyyən  fonetik  fərqlərlə  təsbit  edilməsi  bu  qəbildən  olan  söz  birləşmələrinin  həmin 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
320 
 
 
dövr türk tayfa və qəbilə dillərində çox olmasını göstərir‖. Orta yüzilliklərdə yazılı abidələrdə və klassiklərin 
əsərlərində belə birləşmələrin sayının artması tədqiqatçılar tərəfindən müəyyənləşdirilmişdir. ―Dədə Qorqud 
Kitabı‖  nın  dilində  300-  dən  artıq  frazeoloji  vahid  qeydə  alınmışdır  ki,  onların  əksəriyyəti  müasir  oğuz 
dillərində  müxtəlif  səviyyələrdə  mühafizə  edilmişdir.  Aparılan  araşdırmalardan  aydın  olur  ki,  qədim 
frazeoloji vahidlər müasir türk dillərində müxtəlif şəkildə saxlansa da, hər dövrdə yeniləri yaranmışdır. 
Azərbaycan və türk dilləri frazeoloji ifadələrlə zəngindir. Ədəbi dillə müqayisədə frazeologizmlər daha 
çox dialektlətlərdə yayılmışdır. Lakin frazeologizmlərin sərhədlərini müəyyənləşdirmək çətindir. Çünki bir 
sıra  frazeoloji  vahirlər  ədəbi  dildə  və  dialektlərin  əksəriyyətində  işlənir.  ―...  frazeoloji  ifadələr  ayrı-ayrı 
bölgələrdən  olan  görkəmli  yazıçılar,  şairlər  və  dramaturqlar  tərəfindən  öz  bədii  əsərlərində    ədəbi  dilə 
gətirilmişdir. Odur ki, bir sıra frazeoloji vahidlərin ədəbi dilə və şivələrə xas olduğunu müəyyənləşdirməyin 
çox çətin olduğunu və bu sahədə vahid meyarın olmadığına görə şivələrin əksəriyyətində işlənməsini əsas 
götürmək lazımdır‖. Türk alimi H.Zülfikar Azərbaycan və türk dilləri arasında ortaq sözlərdən bəhs edərkən 
çox işlənməsinə görə Anadolu bölgəsində yayılan bəzi frazeoloji ifadələrin dialektlərə xas olduğunu göstərir: 
―Yüngüllük edip tez-tez oynama! ―kendi ni ağırdan al! ―anlamında Anadolunun kuzey ağızlarında kullanılır. 
Bir başka kelme ise ―kendi kendine sinirlenen ve öfkesinden geçilmeyen kimseleri‖ anlatmaq için kullanılan 
etini  yemek  deyimidir.  Bu  tür  yazı  dilinde  geçmeyen  deyimler,  mecazi  anlatımlar  Anadolu  ağızlarında 
çoktur.  Bunlar  bölgə  ağızlarında  önemli  bir  sayı  oluşturuyor.  Buna  görə  də  çox  işlənməsini  və  ya  digər 
bölgələrdə indiyə kimi qeydə alınmamasını nəzərə alaraq aşağıda göstərilən frazeoloji vahidlər qərb və Qars 
şivələrinə aid edilir. Qərb və Qars şivələrində frazeoloji ifadələr müxtəlif şəkildə yayılmışdır: 
Hər iki şivədə eyni anlamda işlənən frazeoloji birləşmələr eyni və ya fərqli  fonetik tərkibə malikdir; 
məs.:-  canı  boğazına  yığılmaq  (qərb)-  can  boğaza  geldi  (Çıl.),  qarnına  sancı  düşüb-sancı  karnın 
doğrer‖qorxmaq‖ (Çıl.), adam yollamax- adam yolliler ―göndərmək‖(K.), ojağın batsın-ocağın batsın (Çıl.), 
yola  verdi-  yola  vırdı  (K.),  əldən  çıxdı-  elden  çıhdı  (K.),  əmdiyin  süd  halal  olsun-  emdiyin  süt  halal  olsın 
(M.), baş vurmax-baş vurmah ―getmək‖ (Sar.), ağız-ağıza gəlmək-ağız-ağıza gelmeh (Sus.), ağlı kəsməx-ağlı 
kesmek,  ağız  açmaq-ağız  açmak,  göz  dəyməsi-  göz  degmesi,  göz  kəsdi-göz  kesimi,  gözü  aldı-gözü  almak 
(Səl.), qulaq asmaq- qulak vermek, bağrı çatdamak-bağrın çadatmak, bardan düşmək-bardan düşmek, yolun 
damarını qırmaq-yolun damarını qırmak ―yolu qısa eləmək‖ (A.) və s. 
Qərb və Qars şivələrinin özünəməxsus frazeoloji vahidləri özünü qızartmax – ―həddi-buluğa çatmaq‖, 
öləzit eləməx - ‖söndürmək‖, qarasu enməx - ―yorulmaq‖ (Qaz), aynı açılmax -―əhvalı yaxşılaşmaq‖, alaf-
alaf yanmax - ―yanağı qızarmaq‖, burnuna duzlu su qoymax -‖əziyyət vermək‖, sürütmə olmax - ―minnətçi 
olmaq‖, taftaxda qalmaq - ―gec ərə gedən‖ (Bor.), alımını almax - ―tənbeh etmək‖, babal yumax - ―günaha 
batmaq‖,  cızdığını  çıxarmax  -  ―acıq  vermək‖,  duruş  gətirməx`-  ―dözmək‖,  kələfi  qarışmax  -  ‖işi  düz 
gətirməmək‖ (Ağ.,Vb., Pəm.) və s. 
Qars şivələrində işlənən bəzi frazeoloji ifadələr yalnız həmin bölgə üçün səciyyəvidir: arhamda derimi 
alacah  ―soymaq,  müflis  etmək‖,  avçının  huşumuna  uğramak  ―ölmək,  məhv  olmaq‖,  ocağı  batmak  ―evi 
dağılmaq‖ (M.), ağzına deve tepmek ―mübahisə zamanı susmaq‖, aklı sarmak  ―anlamaq‖, aşağı almak ―yerə 
yıxmaq, döymək‖, ocağı qaralmaq‖ kimsəsi qalmamaq‖ (K.)  və s. 
Hər iki şivədə frazeoloji vahidlərin bir qisminin komponenti ərəb və fars mənşəli sözlərdən ibarətdir: 
bəlaya salmaq-belaya salmak, əhədini kəsmək-ehedini kesmek, yas tutmaq-yas tutmak, xəbər vermək-haber 
vermek,  tab  gətirmək-tab  getirmek,  ağlını  başına  toplamax-aklını  başına  toplamak,  başını  bəlaya  soxmax  – 
başını belaya sokmak, qəlbə dəymək- kalp kırmak və s.  
Azərbaycan  və  türk  dillərinin  hər  birinin  özünəməxsus  fonetik-  qrammatik  quruluşu,  zəngin  lüğət 
tərkibi  vardır.  Bu  dillər  arasında  ortaq  cəhətlər  qədim  tarixi  köklərlə  bağlı  yaranmış,  fərdi  əlamətlər  isə 
müstəqil  inkişaf  yoluna  qədəm  qoyandan  sonra  tədricən  formalaşmışdır.Hər  iki  dialekti  bir-birindən 
fərqləndirən  fərdi  cəhətlər  də  mövcuddur.  Qərb  və  Qars  dialektlərinə  xas  fərdi  sözlərə  forma  və  mənaca 
fərqli  və  ya  formaca  eyni,  mənaca  fərqli  sözlər  daxildir.  Fərdi  sözlər  qədim  türk  sözlərinin  areal  xarakter 
daşıması,  ümumişlək  sözlər  qrammatik  vasitələrin  əlavəsi  ilə  yaranan  dialektizmlər  hesabına  meydana 
çıxmışdır. 
   
 
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
321 
 
 
 
Y.V.QÖTENĠN POEZĠYA NÜMUNƏLƏRĠ TƏRCÜMƏDƏ 
Qubatov Ə.B. 
Azərbaycan Dillər Universiteti 
 
Bədii  və  digər  tərcümə  işi  bütün  dövrlərdə  bəşəri  dəyərlərin,  mədəniyyətlərin,  ictimai  tərəqqinin, 
xüsusilə dil və ədəbiyyatların yaxınlaşmasına, qarşılıqlı zənginləşməsinə xeyli kömək etmiş və indi də edir.  
Məlumdur ki, tərcüməçilik iki dillə bağlı olan bədii yaradıcılıqdır. Hər bir xalqın dili o xalqın tarixi, 
təşəkkülü,  inkişafı,  təxəyyülü  və  başqa  səciyyəvi  xüsusiyyətləri  ilə  bağlıdır.  Bu  baxımdan    bədii  tərcümə 
olunan  əsərin  bədii  həqiqətini,  varlığını,  bədii  siqlətini  tərcümədə  eyni  dərəcədə  və  real  şəkildə  əks 
etdirməlidir. 
Tərcümənin məğzi orijinal mətndəki  mənanı tərcümə dili vasitəsilə yenidən ifadə etməkdir. Tərcümə 
prosesində  ümumi  olan  məna,  fərqli  olan  isə  iki  müxtəlif  dildir.  Başqa  sözlə,  iki  dil  arasında    məna  və 
funksiya baxımından ümumi sayılan vasitələrin seçilməsi tərcümə prosesinin məğzini təşkil edən amillərdir. 
Diqqət edək: 
So dringet ängstlich hin und wieder                      Ürkək-ürkək soraqlaram mən səni, 
Durch Feld und Busch und Wald mein Blick;       Baxışlarım gəzir çölü, çəməni. 
Dich rufen alle meine Lieder:                                 Nəğmələrim qəmli-qəmli səsləyir, 
O komm, Geliebte, mir zurück!                              Gözəl yarım, qayıt deyir, gəl deyir! 
   
 
 
 
Yaranmış qənaət bundan ibarətdir ki, tərcümə orijinalın məzmunu ilə forması, ruhu ilə hərfi arasındakı 
dialektik  vəhdəti  qoruyub  saxlamış,  müqabil  dilin  leksik,  sintaktik,  üslubi  imkanlarını,  təsvir  və  ifadə 
vasitələrini oxucuya çatdırmışdır. 
Y.V.Qöte şeirində hər bir söz, hər bir söz birləşməsi, hər bir misra ahəngi misralar boyu o dərəcədə 
bir-birinə sarmaşıb, o dərəcədə ardıcıl və gözəl düzülüb ki, şeirin, necə deyərlər, bir sapını çəksən o şeiri bir 
yerə yığışdırıb, quraşdırmaq mümkün olmayacaq. Diqqət yetirək: 
Kennst du das Land, wo dir Zitronen blühn,   Bir yer göstər, orda limon çiçəkləyir, 
 
Im dunklen Laub die Gold-Orangen glühn,     Şəfəqlər var al narıncı yarpağında 
 
Ein sanfter Wind vom blauen Himmel weht,  Ləçəyini rayihəli bir meh əyir 
 
Die Myrte still und hoch der Lorbeer steht,     Sarı mərsin yaşıl dəfnə ətrafında 
 
Kennst du es wohl? 
Dahin! Dahin                                                   Tanıyırsan o diyarı? Çəkir məni, 
Möchte ich mit dir, o mein Geliebter, ziehn.  Gəl, əzizim, məskən seçək o ölkəni! 
 
Tərcüməçi  tərcümə  etmək  istədiyi  əsərin  doğma  dildə  formal  cəhətlərini,  xarici  görünüşünü  deyil, 
forma  və  məzmununun  bütövlükdə  funksional  bərabərliyini  yaratmalıdır.  O  elə  etməlidir  ki,  tərcüməsi 
orijinalın oxucuya bəxş etdiyi estetik hissləri – həyəcanı, sevinci, kədəri, heyrəti, dünyagörüşü  eynilə  bəxş 
edə bilsin. Bu münasibətlə N.Çukovski yazır: ―Məni həmişə heyrətləndirən o olmuşdur ki, poeziya sehrli bir 
möcüzədir.  Məgər  sehr  vasitəsilə  anlaşılmaz,  nüfuzedilməz,  yad  bir  şeyi  anlaşıqlı,  doğma,  yaxın  etmək 
olmurmu? Xülasə, əgər tərcümə yalnız sözün mənasını çatdırmağa xidmət etsəydi, onda o nə sehrli, bütün 
obrazlı ifadələri, bütün duyğu və hissləri, ehtiras alovlarını, intizar və qəzəbli, gülüş və göz yaşlarını, əqlin 
əks etdirmə, ifadə tərzini, şeirin bütün parlaqlığını verə bilir.‖ 
Kennst du den Berg und seinen Wolkensteg?         Orda dağ var, bulud gəzər hər qaşında, 
Das Maultier sucht im Nebel seinen Weg,              Kahasında yorğun, qoca əjdaha var. 
In höhlen wohnt der Drachen alte Brut,                  Qatırları azır duman ağuşunda 
Es stürzt der Fels und über ihn die Flut;                  Qaya uçar, dərələrdə sel hayqırar 
Kennst du ihn wohl?                                                Tanıyırsan o diyarı? Çəkir məni, 
   
Dahin! Dahin 
Geht unser Weg! O Vater, lass uns ziehen!             Əziz ata! Məskən edək o ölkəni! 
   
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
322 
 
 
Bütün  misralardakı  leksik  vahidlər  öz  mənasında  və  öz  yerindədir.  Hissin  özü  sözləri  bir-birləri  ilə 
qafiyələndirib,  şeir  elə  bil  almanca  yox,  azərbaycanca  yazılıb.  Şeirdə  heç  nə  artırılmayıb,  heç  nə 
azaldılmayıb. Şeirin poetik vüsəti Azərbaycan dilinin ahəng qanununda isə daha da ahəngləşib. 
Qötenin bir şeiri həyat qədər saf, bulaq suyu qədər duru və təmiz, günəş, sübh şəfəqləri qədər parlaq və 
rəngarəngdir: 
Nur wer die Sehnsucht kennt 
 
 
 
Həsrət çəkənlər bilər,                                                                    
Weiss, was ich leide! 
 
 
 
 
İndi mən nə çəkirəm. 
Allein und abgetrennt 
 
 
 
           Yalqız, sevincdən uzaq
Von aller Freude,  
 
 
 
Ürəyimi üzür qəm 
Seh ich ans Firmament 
 
 
 
Baxışım o taydakı 
Nach jener Seite.  
 
 
 
Əngin səmalardadır 
Ach! der mich liebt und kennt, 
 
 
Məni tanıyıb sevən 
İst in der Weite   
 
 
 
Heç bilmirəm hardadır. 
Es schwindelt mir, es brennt 
 
 
 
Gözlərimə çökər nəm 
Mein Eingeweide. 
 
 
 
 
 
Nur wer die Sehnsucht kennt 
 
 
 
Həsrət çəkənlər bilər,                                                                    
Weiss, was ich leide! 
 
 
 
 
İndi mən nə çəkirəm! 
Tərcüməçi  orijinalın  bədii  estetik,  leksik  və  üslubi  xüsusiyyətlərini  tam  dolğunluğu  ilə  vermək  üçün 
ana dilinin imkanlarından məharətlə, sənətkarlıqla istifadə etməklə azaddır. Lakin bu azadlığın da müəyyən 
həddi-hüdudu olmalıdır. Məsələn: bu şeir dediklərimizə gözəl misaldır: 
Und so muß das Rechte scheinen,  
 
Gerçəkdən gerçəyə oldu pənahım, 
Was auch Mahomet gelungen; 
 
 
Ulu Məhəmmədi sən yaxşı tanı. 
Nur durch den Begriff des einen                 
 
Bil, yoxdu Allahdan başqa Allahım, 
Hat er alle Welt bezwungen.                        
 
Deyərək fəth etdi bütün dünyanı. 
Bir  çox  şeirlərində  orijinalda,  onun  ümumi  ruhuna  o  qədər  yaxınlıq  duyulur  ki,  tərcüməçi  alman 
poetikasını  doğma  dilin  poetikası  ilə  birlikdə  fitri  istedadının,  sənətkar  zəkasının  süzgəcindən  dönə-dönə 
keçirmiş, elə müqayisələr aparmış ki, oxucu bəzən inana bilmir ki, bu əsər orijinaldan tərcümədir və hesab 
edir  ki,  məhz  ana  dilində  yazılıb.  Bunları  düşünəndə  mütərcimin  böyük  zəhmətinin  əzəməti  və  qüdrəti 
gözlərimiz önündə heyrətlə anılır, özünə ehtiram, pərəstiş və məhəbbət qazandırır. Aşağıdakı şeir parçaları 
dediklərimizə gözəl misaldır: 
Um ein Fläschchen zu besitzen,    
  
Uzun barmaqların zərif əlinə 
Das den Rauch auf ewig hält, 
 
 
Yaraşır bir qönçə yuxusu kimi 
Schlank wie deine Fingerspitzen,   
 
Dünyanın özü də möhtacdır sənə, 
Da bedarf es einer Welt.   
 
 
Əbədi gözəllik qoxusu kimi. 
Tərcümə  sənətinə  ciddi  yanaşan  Qöte  yazırdı:  ―Tərcüməyə  iki  cür  baxış  mövcuddur:  birinciyə  görə, 
əcnəbi müəllifi gərək öz yanımıza elə köçürülüb gətirilə ki, biz onun simasında öz həmvətənlərimizi görək. 
İkinciyə  görə isə, əksinə, bizdən tələb olunur ki,  əcnəbi ölkələrə yollanaq, onların şəraitinə uyğunlaşaq və 
dilinin xüsusiyyətlərinə alışaq‖ (Y.V. von Goethe Dt. Gesamtsausgabe. München. 1961-1963).  
 
 
DĠLÇĠLĠKDƏ KONDENSASĠYA ANLAYIġI 
Quliyeva D.R. 
Sumqayıt  Dövlət Universiteti 
 
İzahlı lüğətlərdə qazvari maddələrin maye və ya bərk hala keçməsini bildirən kondensasiya anlayışı, 
göründüyü kimi, maddənin sıxılaraq bir haldan başqa hala keçməsini izah edir.  
Diçilik termini kimi  kondensasiya mürəkkəb sintaktik bütövün ifadə etdiyi mənanın bir mikrovahid 
üzərində cəmlənməsini nəzərdə tutur. Sıxılma mənasını ifadə edən kondensasiyada adətən komponenetlərdən 
biri  və  ya  bir neçəsi  işləkliyini  itirir,  bir  çox  ikinci  dərəcəli  üzvlər,  vasitələr ixtisar  olunur.  Lakin  bu  halda 
mətnin mənasında heç bir dəyişiklik olmur, bu yolla yalnız mətnin həcmində dəyişiklik olur ki, bu da özünü 
daha çox şifahi nitqdə göstərir. 
Monopredikativ  strukturun  meydana  çıxması  ilə  müşayiət  olunan  kondensasiyada  müəyyən  məqsəd 
ümumiliyi  əsasında  birləşən  və  sintaktik-semantik  bütöv  yaradan,  cümlələr  birliyi  olan  hər  bir  mətndəki 
cümlələrin həcminin dəyişməsi informasiyanın sıxılmasına gətirib çıxarır.  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
323 
 
 
Ünsiyyətin ilk və əsas vahidi olub fikrin formalaşması, ifadəsi, başqasına ötürülməsi üçün əsas vasitə 
olan cümlə  onu  əhatə  edən  cümlələr birliyində,  mətn mühitində  özünün  struktur-semantik  xüsusiyyətlərini 
tam şəkildə üzə çıxara bilir. Cümlələrin müəyyən bir fikirlə bağlı əlaqəli birliyi mətnin yaranmasına şərait 
yaradır. Dilçilikdə mikromətnlər sintaktik bütövlər də adlandırılır. 
Əsasən  mətnlər  üçün  xarakterik  olan  kondensasiyanı  mürəkkəb  cümlə  quruluşunda  olan  ayrı-ayrı 
müəlliflərin yazılı nitqini başqasının nitqinə çevirən vasitəli nitq ilə eyniləşdirmək olmaz. Çünki mətnlərdə 
özünü göstərən kondensasiya istənilən mikromətnin tərkibinə daxil olan hər bir cümlə quruluşunda, yəni həm 
sadə, həm tabeli mürəkkəb, həm də tabesiz mürəkkəb cümlənin sıxılmasında özünü göstərir. Vasitəli nitq isə, 
demək  olar  ki,  yalnız  tabeli  mürəkkəb  cümlələrdən  təşkil  olunmuş  vasitəsiz  cümlələrin  sadə  cümlələrə 
çevrilməsidir. Hər iki halı, yəni həm mətndəki sıxılmanı, həm də sadə cümlələrlə əvəz olunan vasitəli nitqi, 
əsasən, şifahi nitqdə müşahidə edirik. Kondensasiya ilə vasitəli nitqi eyniləşdirən daha bir cəhət isə onların 
intonasiyalarında dəyişiklik olsa da, məzmunlarının saxlanılmasıdır.  
Vasitəsiz  nitq  vasitəli  nitqə  çevrilərkən  müəyyən  bir  əsərdən  götürülmüş  müəllifin  sözlərində  xüsusi 
bir dəyişiklik olmur. Vasitəli nitq başqasının nitqini tam şəkildə çatdıra bilməsə də, məzmununu saxlayır.  
Hətta  burası  da  yadımdadır  ki,  xırmanlar  təzə  döyülürdü.  (C.Məmmədquluzadə)    -  Xırmanların təzə 
döyülməsi də hətta yadımdadır.  
Elə oxu ki, mən də başa düşüm. (C.Məmmədquluzadə)  - Mənim başa düşəcəyim formada oxu.  
Kim ki, ad qoymuşdur qoca dünyada, 
Onu öz dostları vermişdir bada. (N.Gəncəvi) – Bu qoca dünyada ad qoymuş insanları öz dostları bada 
verir. 
Harada camaat varsa, biz orada olmalıyıq. (M.Hüseyn) – Biz camaatın olduğu yerdə olmalıyıq. 
Onu  da  bilirlər  ki,  xəmirimə  özgə  mayası  qatmamışam.  (Ə.Vəliyev)  –  Xəmirimə  özgə  mayası 
qatmadığımı da bilirlər.  
O istəmirdi ki, külfət içinə ikitirəlik düşsün. (Ə.Vəliyev) – O, külfət içinə ikitirəlik düşməsini isəmirdi.  
Yuxarıda  sadalanan  cümlələrdən  də  göründüyü  kimi,  onları sadə  cümləyə  çevirdikdə  demək  olar  ki, 
heç bir üzv ixtisar olunmur. Əksinə, bəzən tabeli mürəkkəb cümlə sadə cümləyə çevrildikdə ikinci cümlədə 
olduğu kimi, əlavə üzvlər daxil edilir. Eyni zamanda vasitəli nitqə çevrilən tabeli mürəkkəb cümlənin budaq 
cümləsində işlənən sual əvəzlikləri sadə cümlədə ya işlənmir, ya da müəyyən sözlərlə əvəz olunur.  
Mətndə  bəzi  üzvlərin  çıxarılaraq  mətnin daralmasına,  lakin  məzmunun  əsasən  saxlanılmasına  xidmət 
edən kondensasiyada mikromətn hər bir quruluşa malik olan cümlələrdən ibarət olur.   
Elə  düşüb  ki,  qonşum  işdən  gələndə  mən  işə  gedirəm.  O,  gündüzlər  işləyir,  mən  axşamlar.  O, 
zavodların  birində  mühəndis,  mən  də  məktəblərin  birində  müəlliməm.  Qonşuluğumuzun  on  beş  ildən  artıq 
tarixi var.‖ (Mir Cəlal) 
Bu  mikromətndə  bir  sadə,  bir  tabeli  və  iki  tabesiz  mürəkkəb  cümlə  qonşu,  qonşuluq  mikroteması 
əsasında birləşərək bir sintaktik bütöv yaradıb.  
Bu mikromətn kondensasiya zamanı aşağıdakı şəklə düşür.  
Qonşum  işdən gələndə  mən  işə  gedirəm.  O,  gündüzlər,  mən  axşamlar  işləyirəm.  O,  mühəndis,  mən 
müəlliməm. Qonşuluğumuz on beş ildən artıqdır.‖ 
Mətnin  yazılı  formasından  fərqli  olaraq,  tabeli  mürəkkəb  cümlə  şifahi  nitqdə  sadə  cümləyə  çevrilir. 
Tabesiz  mürəkkəb  cümlələrdə  isə  zavod,  məktəb,  tarix  sözləri  ixtisar  olunduğu  üçün  mətn  daralmış, 
informasiya nisbətən azalmış, bu isə mətnin sıxılmasına, kondensasiyaya gətirib çıxarmışdır. 
―Aləmşahbəyimin  ürəyi  sıxıldı.  Qızılgülün  əyilmiş  yarpağına  oxşar  dodağını  inci  parıltılı  dişlərinin 
arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər əridi, suya çevrildi, ürəyinə axdı elə bil. Dah bu, sevincdən 
deyildi. Özünü zorla ələ aldı.‖ (F. Kərimzadə) 
Aləmşahbəyimin  göz  yaşı  mikroteması  altı  sadə  cümlədən  ibarət  sintaktik  bütövdür.  Kondensasiya 
zamanı mikromətn aşağıdakı kimi özünü göstərir.  
―Aləmşahbəyimin  ürəyi  sıxıldı.  Dodağını  dişləri  arasında  sıxdı.  Qəhər  onu  boğdu.  Sonra  bu  qəhər 
əriyərək sanki ürəyinə axdı. Bu, sevincdən deyildi. Özünü zorla ələ aldı. ―  
Mikromətndə  kondensasiyaya  uyğun  olaraq,  ikini  cümlədə  dodaq  və  diş  sözlərinin  təyinləri  olan 
qızılgülün  əyilmiş  yarpağına  oxşar    inci  parıltılı,  dördüncü  cümlədə  suya  çevrildi  birləşmələri  ixtisar 
olunmuşdur.  Ancaq  bu  ixtisarlar  mətnin  həcminə  və  intonasiyasına  təsir  etsə  də,  semantikasını 
dəyişməmişdir.   
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
324 
 
 
 
HƏYATIMIZIN VƏ ƏDƏBĠYYATIMIZIN DANILMAZ BĠR GERÇƏYĠ – MULTĠKULTURALĠZM 
Qurbanov N. 
AMEA, Folklor İnstitutu 
 
Məlum olduğu kimi, ―multikulturalizm‖ sözü – çoxmədəniyyətlilik, bir çox fərqli mədəniyyətlərin bir 
arada  yaşadığı  cəmiyyət  mənasını  ifadə  edir.  O,  ayrıca  götürülmüş  ölkədə  və  ya  bütövlük-
də dünyada müxtəlif  millətlərə  və  məzhəblərə  məxsus  insanların  mədəni  müxtəlifliklərinin  qorunması, 
inkişafı  və  harmonizasiyasına,  azsaylı  xalqların  yaşadıqları  dövlətlərin  milli  mədəniyyətinə  inteqrasiyasına 
yönəldilmiş humanist və demokratik nəzəriyyə, yaxud ideologiyadır. Multikulturalizm tolerantlığın təcəssü-
müdür  ki,  onsuz  humanizm,  yüksək  fərdi  və  beynəlxalq  münasibətlər  mədəniyyəti,  insanlar  arasında 
qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir. 
Ölkə  başçımız  İlham  Əliyev  hər  zaman  Azərbaycanda  multikulturalizmin  yaşının  əsrlərlə  olduğunu 
qeyd  etmiş  –  əsrlər  boyu  müxtəlif  xalqların,  dinlərin  nümayəndələrinin  Azərbaycanda  bir  ailə  kimi,  sülh, 
əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamasını vurğulamış, Azərbaycanın bu sahədə olan təcrübəsini 
multikulturalizm  ideyalarının  dünyada  təbliği  üçün  çox  dəyərli  və  qiymətli  nümunə  hesab  etmiş  və  hamı-
mızın bu meyilləri gücləndirmək üçün öz səylərimizi qoymağa çalışmalı olduğumuzu bildirmişdir. 
Multikulturalizmin  bir  prioritet  və  strateji  istiqamət  kimi  Azərbaycan  Prezidentinin  diqqətində 
olmasının və eyni zamanda onun daha da inkişaf etməsinə çalışmasının bariz nümunəsi kimi 28 fevral 2014-
cü  ildə    akademik  Kamal  Abdullanın  Azərbaycan  Respublikasının  millətlərarası,  multikulturalizm  və  dini 
məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında Sərəncam imzalamasını, daha sonra 15 may 2014-cü 
ildə  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin  yaradılması  haqqında  Fərman  imzalamasını,  11  yanvar 
2016-cı  ildə  2016-cı  ilin  Azərbaycan  Respublikasında  ―Multikulturalizm  ili‖  elan  edilməsi  haqqında 
Sərəncam imzalamasını qeyd etmək olar.  
Ölkəmizdə multikulturalizmin inkişafı, əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı 
ilə  əhatə  olunması,  zənginləşdirilməsi,  cəmiyyətdə  bu  istiqamətdə  qazanılmış  unikal  nailiyyətlərin  beynəl-
xalq  aləmdə  təbliğinin  gücləndirilməsi  üçün  dövlət  başçımız  İlham  Əliyev  tərəfindən  2014-cü  il  15  may 
tarixində  yaradılan  ən  uğurlu  təsisatlardan  biri,  bəlkə  də  elə  ən  birincisi  Bakı  Beynəlxalq Multikulturalizm 
Mərkəzi  oldu.  Bu  Mərkəzin  yaradılması  müasir  dövrdə  respublikamızda  gerçəkləşdirilən  dövlət siyasətinin 
tolerantlıq  prinsiplərinə  sadiq  qalmasının  bariz  nümunəsidir.  Bu  qurum  yarandığı  vaxtdan  ölkə  başçısının 
apardığı  siyasətə  uyğun  olaraq  azərbaycançılıq  məfkurəsinin,  tolerantlığın  və  mədəni,  dini,  linqvistik 
müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan 
və mövcud multikultural modelləri fasiləsiz olaraq tədqiq və təşviq edən əvəzsiz bir təsisat oldu. 
Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin  Azərbaycan  multikulturalizminin,  tolerantlığının 
mədəni,  sosial,  siyasi  mahiyyətinin  öyrənilməsi  və  təbliğinin  gerçəkləşdirilməsi  istiqamətində  həyata 
keçirdiyi  uğurlu  layihələrindən  biri  də  bu  yaxınlarda  işıq  üzü  görən  ―Azərbaycan  multikulturalizminin 
qaynaqları‖ seriyasından ―Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları‖ kitabı oldu. Kitab Azər-
baycan  multikulturalizmini  çağdaş  dünyaya  bir  model  kimi  təqdim  edən  ölkə  başçımız  İlham  Əliyevin 
çıxışından verilən aşağıdakı epiqrafla açılır: ―Multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. 
Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar‖. 
Bəşəriliklə  bağlı  munis  və  dəruni  hisslərin,  yüksək  humanist  ideyaların,  insanlığa  sonsuz  sevgi 
aşılanmasının ədəbiyyatımız üçün hər zaman aparıcı mövzu olduğunu kitaba yazdığı ―Həpimiz bir günəşin 
zərrəsiyiz!‖ başlıqlı önsözdə akademik Kamal Abdulla dolğun və bədii şəkildə şərh etmişdir. 
Akademik  Kamal  Abdulla  Azərbaycan  ədəbiyyatında  təzahür  edən  bəşəri,  humanist  ideyaları  və 
multikultural  dəyərləri  ümumiləşmiş  şəkildə  aşağıdakı  kimi  tezisləşdirmişdir:  ―1.  Ayrı-ayrı  dinlərə,  dillərə 
mənsub xalqlara qarşı hörmət duymaq və bu xalqların adını ehtiramla çəkmək, onlara səmimi dostluq və sev-
gi münasibəti sərgiləmək ilk klassiklərimizin, orta əsrlər və İntibah dövrü şairlərimizin,  maarifçi-demokrat 
yazarlarımızın yaradıcılığında xüsusi və önəmli yer tutur; 2. Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə 
– İbrahimə, Musaya, Süleymana, Yəquba, İsa Məsihə, Məryəmə dərin hörmətlə müraciət edilməsi, onların 
həyat  və  əməlləri  ilə  bağlı  Şərq  poetikasının  sehrli  və  füsunkar  cığırlarında  uyğun  təşbeh  və  bənzətmələr 
qurulması, istər müqayisəli, istər müqayisəsiz bədii fiqurlar yaradılması artıq öz-özlüyündə multikultural və 
tolerant əhvalın bariz nümunəsi kimi diqqəti cəlb edir; 3. Başqa xalqlara məxsus alimlərə (Sokrata, Platona, 
Aristotelə, Evkilidə, Hippokrata...), yazarlara (Göteyə, Şillerə, Şekspirə, Hüqoya, Volterə, Russoya...) sonsuz 
ehtiramın təsviri də bir qədər yuxarıda qeyd edilən eyni əhvalın (tolerantlığın – N.Q.) göstəricisidir; 4. Ayrı-
ayrı dinə və millətə mənsub olan gözəllərin vəsfi, onlara saf, coşqun məhəbbət izharı, bu yoldakı məhrumiy-

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
325 
 
 
yətlər və cəfalar Qanturalı, Kərəm, Şeyx Sənan, Bahadır, Əli kimi aşiqlərin həyatını, əslində, gözəlləşdirmiş, 
hətta  bəzən  bədii  faciəvi  sonluqlar  olsa  belə,  bu  möhtəşəm  sevgi  simfoniyalarının  əzəmətinə  kölgə  sala 
bilməmişdir;  5.  Ədəbiyyatımızda  başqa  dillərə  və  məkanlara  (ölkələrə,  vilayətlərə,  şəhərlərə)  içdən  gələn, 
səmimi  münasibət hissinin təsviri öz dövrünün ictimai fikrinin bədii ifadəsi olmaqla yanaşı, eyni zamanda, 
öz dövrünün ictimai fikrini yönləndirmək cəhdinin təzahürüdür.‖ 
―Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları‖ kitabında ümumilikdə yetmiş dörd görkəmli 
Azərbaycan ədibinin əsərlərindən multikultural dəyərləri özündə əks etdirən nümunələr yer almışdır. Kitabda 
Azərbaycan ədəbiyyatının böyük söz ustadlarından Qətran Təbrizinin, Xaqani Şirvaninin, Nizami Gəncəvi-
nin, Şeyx Mahmud Şəbüstərinin, Əssar Təbrizinin, Qazi Bürhanəddinin, İmadəddin Nəsiminin, Şah İsmayıl 
Xətainin, Məhəmməd Füzulinin, Saib Təbrizinin, Abbasqulu Ağa Bakıxanovun, Mirzə Şəfi Vazehin, Seyid 
Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun, Abbas Səhhətin, Hüseyn Cavidin, Üzeyir 
Hacıbəyovun,  Yusif  Vəzir  Çəmənzəminlinin,  Əhməd  Cavadın  və  digər  ədiblərin  əsərlərindən,  aşıq 
ədəbiyyatının nümayəndələrindən Aşıq Abbas Tufarqanlının, Aşıq Ələsgərin, Aşıq Pərinin, Aşıq Qurbaninin, 
Xəstə Qasımın, Aşıq Alının qoşmalarından parçalar verilmişdir.  
Milli  ədəbiyyatımızda  xalqımızın  hər  zaman  qonşu  xalqlarla  qarşılıqlı  hörmət  və  anlaşma  şəraitində 
yaşadığını özündə əks etdirən xeyli sayda bədii mətnlərin olduğu da məlumdur. Sözügedən kitabda bir çox 
bu  silsilədən  olan  bədii  nümunələr  nəzər-diqqətə  çatdırılır,  həmçinin  bu  nümunələr  qardaşlığın  təbliği  isti-
qamətində Azərbaycan türkünün yüksək əxlaqının, bəşəriliyinin, dünyəviliyinin bədii ifadəsini əyani şəkildə 
təcəssüm etdirir. 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin