DÜNYA ARENASINDA AZƏRBAYCAN MƏDƏNĠYYƏTĠNĠN TƏBLĠĞĠ
Mustafayeva X.N.
Gəncə Dövlət Universiteti
Ümummilli lider Heydər Əliyev demişdir: ―Məlumdur ki, yüksək tolerantlıq, ilk növbədə, yüksək
mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılması uşaqlıq illərindən başlamaq
lazımdır. Ölkəmizdə yetişməkdə olan nəslin təhsillənməsində elmi pedaqoji konfranslar daxilində biz
ünsiyyət mədəniyyətini, dini dözümlük və əməkdaşlıq mədəniyyətini formalaşdırmağa cəhd göstəririk, və
ümumən desək, buna nail oluruq. Bunu demək çox asandır, lakin gerçəkləşdirmək kifayət qədər mürəkkəb
bir prosesdir‖
Azərbaycan qazandığı müstəqilliyə tamamilə yiyələnmək üçün xalqımız öz mənəvi və maddi
mədəniyyətini dünya mədəniyyətinin təcrübəsi və nailləyyətlərindən faydalanmaqla, öz köklərindən
ayrılmamaq şərtilə daha da inkişaf etdirməlidir. Mədəniyyət ruhun qidasıdır. Mədəniyyətin inkişafı
cəmiyyətin obyektiv qanunlarına əsaslanır. Bu baxımdan mədəniyyət spesifik, xüsusi və ümumi qanunlar
əsasında inkişaf edir. Spesifik qanunlar yalnız cəmiyyətin müəyyən mərhələsində mövcud olan
mədəniyyətdə, xüsusi qanunlar məzmun baxımından yaxın olan mədəniyyət tiplərində, ümumi qanunlar isə
bəşər mədəniyyətinin inkişafı prosesində fəaliyyət göstərir.
Millət müxtəlif insan qruplarının bəzi fərqləndirici əlamətlərini özündə əks etdirən ən yüksək birlik
formasıdır. İnsanların etnik ümumilliyi o zaman millət halında formalaşır ki, buradakı fərdlərin vəhdəti eyni
dildə danışan əhalinin mərkəzləşmiş bir dövlət çərçivəsindəki həyatı və fəaliyyəti ilə şərtlənir. ―Azərbaycan
xalqı dünya mədəniyyətində öz dəst-xəti ilə seçilən xalqlardandır. Onun əsrlər boyu yaratdığı mədəniyyət və
ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır. Xalqımızın ―Kitabi-Dədə
Qorqud‖, ―Koroğlu‖ dastanları kimi möhtəşəm sənət abidələri dünya sivilizasiyası tarixində silinməz iz
qoymuş, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Xətib Təbrizi, Məhəmməd Füzuli kimi korifeylərinin
yaradıcılığı bəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət
etmişdir. Səfiəddin Urməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti
xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur.
İyirmi ilə yaxındır ki, davamlı olaraq xarici ölkələrdə Azərbaycan Mədəniyyət Mərkəzləri, Mədəni
Əlaqələr Dərnəkləri açılır. Azərbaycan mədəniyyətinin xaricdə təbliğində dövlət başçımızın xarici ölkələrə
etdiyi diplomotik səfərlər də müsbət rol oynayır. Belə ki, bu səfərlər zamanı nümayəndə heyətinin tərkibində
elm, mədəniyyət və incəsənət xadimləri də olur. Onlar bəzi rəsmi görüşlərin bədii hissələrində verilən
konsert proqramlarında çıxış edərək Azərbaycan incəsənətinin gözəlliklərini xarici diplomatlar qarşısında
nümayiş etdirirlər.
Məlumdur ki, mənəvi mədəniyyətin mühüm tərkib hissələrindən biri də adət-ənənələrdir. Din və adət-
ənənələr tarixi inkişaf prosesində bir-biri ilə elə qarşılıqlı münasibətlərdə olmuşlar ki, onların hər birində
olan müəyyən xüsusiyyətlər birləşərək nəsildən-nəsilə ötürülmüşdür. Milli adət-ənənələr mənsub olduğu
millətin qədim tarixi, onun arzu və istəkləri zəminində formalaşaraq onun inkişafı ilə zənginləşmişdir. Tarix
boyu xalqımız müxtəlif xalqların milli, dini, mədəni ənənələrinə hörmətlə yanaşan tolerant ölkə olmuşdur.
Bu gün Azərbaycan Respublikasında tolerantlıq modeli bütün dünyada etiraf olunan, xalqlara nümunə olan
ümumbəşəri təcrübədir. Dünyada dini intolerantlığın, ayrı-seçkiliyin, dini zəmində münaqişələrin baş verdiyi
bir zamanda ölkəmizdə dini müxtəlifliyin vəhdətinini təmin edən tolerantlıq burada yaşayan xalqların, etnik
qrupların şüuruna hakim kəsilmişdir.
Tarix onu yaradan xalqı yaşadır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
337
DĠL VƏ MƏDƏNĠYYƏTĠN QARġILIQLI ƏLAQƏSĠNĠN TƏHLĠLĠ
Mürsəlov R.C.
Bakı Dövlət Universiteti
Dil xalqın ruhunu ifadə edir. Xalqın mədəniyyəti, adət-ənənələri, mentaliteti dilə öz təsirini göstərir və
dildə izlər buraxır. Mədəniyyət fəaliyyət zamanı insan tərəfindən yaradılmış və onun üçün səciyyəvi həyat
formalarının məcmusu, həmçinin onların quruculuğu və təkrar istehsalı prosesidir. Bu mənada mədəniyyət
anlayışı təbiət anlayışından fərqli olaraq insanın dünyasını xarakterizə edir və özündə dəyər və normaları,
etiqad və ənənələri, bilik və bacarıqları, adət və qanunları, dil və incəsənəti, texnika və texnologiyanı və s.
birləşdirir. Geniş mənada mədəniyyət xalq və etnik qrupun həyatı, nailiyyət və yaradıcılığının məcmusudur.
Dil və etnik mentallıq arasındakı bağlılığı söz ustadları daha çox hiss edir. Dillərin fərqi psixoloji
xüsusiyyətlərin müxtəlifliyindən irəli gəlir.
Dil mədəniyyətlə sıx bağlıdır. O ancaq mədəniyyətin tərkibində inkişaf edə bilər. Əgər
mədəniyyətşünaslıq insanın təbiəti, cəmiyyəti, tarixi, incəsənəti və digər sosial və mədəni mühitin
özünüdərkini tədqiq edirsə, dilşünaslıq bir elm kimi dünyanın dil mənzərəsində əqli modellərdə əks olunan
və möhkəmlənən dünyagörüşü öyrənir. Dil və mədəniyyət predmeti bir-bir ilə ünsiyyətdə və qarşılıqlı
hərəkətdə olan həm dil, həm də mədəniyyətdir.
Dil və mədəniyyət dilçilik və kulturologiya elminin kəsişdiyi bir nöqtədə əmələ gəlmiş və xalqın
dilində möhkəmlənmiş mədəni təzahürləri tədqiq edən bir dilçilik sahəsidir.
Dil mədəni əhəmiyyətli informasiyanın toplanması və qorunması vasitəsidir. Ola bilər ki, dil
daşıyıcılarına verilən (ötürülən) bu informasiya müəyyən zaman kəsiyində fərqli şəkildə və başqa formalarda
olsun, amma o var və şüuraltı səviyyədə ―işləyir‖. Dilin universallığı və yaradıcı gücü onun bütövlüyü və
diferentliyi ilə müəyyənləşmişdir.
Məlumdur ki, Azərbaycan dili psixoloji vəziyyətin ötürülməsinə daha meyillidir, amma əhvali-ruhiyyə
mənzərəsində tərcümə əvəzolunmazdır. İngilis dili isə hissi təsvirlərə daha uyğundur, yumor kimi hərəkətin
də ötürülməsində qənaətlidir. Dil və mentallıq arasındakı incə əlaqə dilin seçilməsi və istifadəsi zamanı
aşkarlanır. İngilis və Azərbaycan dillərini müqayisə edərkən etnik mentallıq həm dilin lüğət tərkibində, həm
də dilin qrammatik quruluşunda aydın şəkildə əks olunur. İngilis-sakson mədəniyyəti üçün ardı-arası
kəsilməyən şifahi hislər axınına mənfi münasibət xasdır. Dil və mədəniyyətin əlaqəsi haqqında akademik
N.İ.Tolstoy da öz məhsuldar fikirlərini bildirmişdir. Onun fikrincə, mədəniyyətə öncə xalq mədəniyyəti və
dilin əlaqələri, bütöv və yarının əlaqələri kimi baxıla bilər. Dil mədəniyyətin komponenti və yaxud
mədəniyyətin aləti kimi qəbul oluna bilər və eyni zamanda mədəniyyətlə əlaqəsində bütövlükdə avtonomdur,
mədəniyyətdən ayrı və ya mədəniyyətlə müqayisədə ekvivalent və bərabər fenomen kimi baxıla bilər.
Mədəniyyət və dilin, ən əsası isə konkret mədəniyyət və konkret dilin müqayisəsi onların strukturunda,
funksional və sistem planında oxşarlıq aşkar olunub. Mədəniyyət strukturunun dil strukturu ilə oxşarlığı onda
görünür ki, hər iki obyektdə üslub janrını, sinonim, omonim, çoxmənalılıq faktlarını aşkar etmək olar. Dildə
olduğu kimi, mədəniyyət tarixində də təsir prosesləri, mədəniyyətin mədəniyyətlə təbəqələşməsi aşkar
olunur. Xalq dilinə xas olduğu kimi, bütün xalq mədəniyyəti də dialektdir. Müasir dövrdə dil və mədəniyyət
problemi ayrı-ayrı aspektlərdə araşdırılır. Mentalitet anlayışı fəlsəfi-etik, mədəni-etnik və tarixi səviyyələrdə,
xalqların tarixi həyatının, sosial, mədəni, dini, təbii, bioloji aspektlərində dilin vəhdətdə götürülməsini tələb
edir. Xalqın mədəniyyəti, milli xarakteri, mentaliteti, ideologiyası özündə Azərbaycan, türk, slavyan, rus,
ingilis və s. dil qruplarını, adət-ənənələrini birləşdirən və əhatə edən mədəniyyətin ayrılmaz bir hissəsidir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
338
ÜZEYĠR HACIBƏYLĠNĠN SOYADI VƏ DĠL MƏSƏLƏLƏRĠ
Nəcəfzadə A.İ.
Azərbaycan Milli Konservatoriyası
Dünyada az xalq tapılar ki, bir əsrdən də az müddətdə 3 müxtəlif əlifbadan istifadə etməyə məcbur
olsun: ərəb, latın, kiril, yenidən latın. Bu inanılmaz gerçəklik xalqımızın taleyinə yazılıbmış və başımıza
gətirilən faciələrdən biridir. Məcburi dəyişdirilən əlifbalar müxtəlif əsrlərdə yaşamış nəsillərimiz arasındakı
yazılı (ədəbi, tarixi və s.) əlaqələrə öz mənfi təsirini göstərirdi. Belə ki, dahi mütəfəkkirlərimizin ərəb
qrafikası ilə yazdıqları fundamental əsərləri orijinaldan oxumaq, tədqiq etmək yeni nəsil üçün çətinliklər
yaradırdı. Nəzərə alaq ki, 1937-1938-ci illərdə Azərbaycan ziyalılarının böyük bir qisminin repressiyaya
uğradılması da həmin siyasətə, bolşevik ideologiyasına xidmət edirdi.
Azərbaycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 18-də müstəqillik aktını qəbul etdikdən sonra
ölkənin ədəbi dilinin yeni üslubda yazılış qaydaları (apastrofun aradan qaldırılması, bunun nəticəsində bəzi
sözlərin yeni tərzdə yazılması və s.) haqqında bir sıra qərarlar verildi. Belə qərarlardan ən mühümü sovet
dövrünün kiril əlifbasını latın qrafikalı Azərbaycan əlifbası ilə əvəzlənməsi oldu. Xatırladaq ki, XX əsrin 30-
cu illərində də Azərbaycanda belə bir əlifbadan istifadə edilib. Sonralar 1939-cu ildə latın qrafikalı
Azərbaycan əlifbası kiril əlifbası ilə əvəzlənmişdi.
Ölkəmiz öz tarixi müstəqilliyini bərpa etdikdən (I müstəqillik – 1918-1920-ci illərdə Azərbaycan
Demokratik Respublikası) az sonra yenidən latın qrafikalı Azərbaycan əlifbası qəbul olundu. Bunun nəticəsi
olaraq dünya türkləri Azərbaycan dilində nəşr olunmuş əsərləri mütaliə etmək şansı qazandı.
Yeni qəbul edilmiş qərarların arasında dahi musiqişünas alim, Azərbaycan peşəkar musiqisinin banisi,
dünya şöhrətli bəstəkar Üzeyir bəy Hacıbəylinin (1885-1948) soyadının düzgün yazılışı da yer alıb. Biz ixti-
sasca musiqiçi olduğumuzdan məruzəmizə bu məsələ ilə bağlı daha geniş yer ayırmışıq. Xatırladaq ki, 2003-
cü ildə həmin problemlə bağlı dövri mətbuatda (―Millət‖, ―Min bir mahnı‖, ―Olaylar‖, ―Müjdə‖ qəzetləri və
―Qobustan‖ jurnalı) məqalələrlə çıxış etmişik. ―Qobustan‖ jurnalında çap olunmuş ―Hacıbəyov, yaxud
Hacıbəyli?‖ məqaləsi dahi bəstəkarın ―Biblioqrafiyası‖nda yer alıb (Hacıbəyli Ü.Ə. Ömür salnaməsi. 1885-
1948. Biblioqrafiya. B.: Şərq-Qərb, 2008, s. 327, №2202).
Bilindiyi kimi, Üzeyir bəyin həyat və yaradıcılığı Azərbaycanın həyatında iki ictimai-siyasi dövrə
təsadüf edib: Sovet inqilabından (1920-ci il) əvvəlki və sonrakı illər. İnqilabdan əvvəlki dövrdə Üzeyir bəy
məqalələrini və musiqi əsərlərini mətbuatda, əsasən, Hacıbəyli imzası ilə təqdim edirdi. İşğalçı sovet qo-
şunları Azərbaycan Demokratik Respublikasını (1918-1920) devirdikdən sonra burada bolşevik hakimiyyəti
qurdu. 1920-ci ildən etibarən isə Azərbaycanda kütləvi ruslaşdırma siyasəti yeridilirdi ki, bu da özünü,
xüsusən, xalqın dili, dini və mədəniyyətində daha qabarıq şəkildə büruzə verirdi. Bir sıra ziyalılar kimi
(Mirzə Fətəli Axundzadə, Səid Rüstəmzadə, Hüseynqulu Sarablı, Əhməd Bədəlbəyli və b.), Üzeyir bəyin də
soyadının sonluğu dəyişdirilib ruslaşdırıldı və adındakı ―bəy‖ çıxarıldı. Nəticədə Üzeyir bəy Hacıbəyli
―Üzeyir Hacıbəyov‖a çevrildi.
Hər il sentyabrın 18-də Azərbaycanda təntənəli surətdə Ü.Hacıbəylinin unudulmaz xatirəsinə həsr
olunmuş Milli Musiqi günü keçirilir. Belə günlərin birində dahi bəstəkarın 1932-ci ildə öz dəst-xətilə yazdığı
―Ləzgi rəqsi‖ əsərinin orijinal partiturasının əlyazması ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin-
də tanış olduq.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
339
Əlyazmada bir məqam diqqətimi özünə cəlb edirdi. Əsərdə, not vərəqinin başlığında Üzeyir bəy öz
xəttilə yazıb: ―Ləzgi rəqsi‖ – Mus. Hacıbəyli Üz.‖, əsərin sonunda isə ―Üz. Hacıbəyli Bağ, 30/I 1932‖ –
qeydlərini yazıb. Deməli, Üzeyir bəy əsəri 1932-ci il yanvarın 30-da bağ evində tamamlayıb.
Göründüyü kimi, repressiyanın başlandığı bir dövrdə Üzeyir bəy soyadını milli sonluqla tamamlayır.
Bu fakt bir daha Üzeyir bəyin güclü milli qürura malik olduğunu təsdiqləyir, onun rejimə qarşı narazılığını
ifadə edir. Dahi bəstəkarın əlyazmasından təqdim etdiyimiz fraqmentlər onun əsl soyadından xəbər verir.
Bütün əsərlərimdə (―Azərbaycan çalğı alətlərinin izahlı lüğəti‖, ―Çalğı alətlərimiz‖, ―Xalq çalğı alət-
lərinin tədrisi metodikası‖, ―Müşfiqin duyğu yarpaqları‖, ―Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-
tarixi tədqiqat)‖, ―Xalq musiqisi sazəndə ifaçılığında‖, ―Etnoorqanologiya‖, ―Azərbaycan membranofonlu
çalğı alətləri (tədqiqat və lüğət)‖ və s.), eləcə də müdafiə etdiyim dissertasiya işlərimdə – ―Azərbaycan nəfəs
alətləri (orqanoloji-tarixi tədqiqat)‖, ―İdiofonlu çalğı alətlərinin Azərbaycan örnəkləri, mənşəyi və yeni
təsnifatı‖nda Üzeyir bəyin soyadını Hacıbəyov deyil, Hacıbəyli kimi təqdim etmişəm. Bu da bəzi şəxslərin
etirazına səbəb olurdu: ―Dahi bəstəkarın familiyasını dəyişməyə sənə kim ixtiyar verib?‖ – deyə
soruşurdular. Cavabım belə oldu: 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Soveti
―Azərbaycan Dövlət Müstəqilliyi Haqqında‖ Konstitusiya Aktını qəbul edərək özünü 1918-1920-ci illərdə
fəaliyyətdə olmuş Azərbaycan Demokratik Respublikasının varisi olduğunu bildirdi. Bu faktlar bizə əsas
verir ki, Üzeyir bəyə əsl soyadı ilə müraciət edək. Məgər Üzeyir bəyin ―Ləzgi rəqsi‖ndəki öz imzası
danılmaz fakt deyilmi?
Bir faktı da xatırlatmaq istərdim ki, dahi sənətkarın doğum şəhadətnaməsində adı ―Üzeyir bəy‖ kimi
yazılıb. 1897-ci ildə Xurşidbanu Natəvan başda olmaqla, bir neçə Şuşa əsilzadəsinin imzası ilə Üzeyirin bəy
nəslindən olması təsdiqlənmiş, ona ―bəylik şəhadətnaməsi‖ verilmişdi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli ―Azərbaycan dilinin
orfoqrafiya qaydaları‖nın təsdiq edilməsi haqqında 108 saylı qərarının 27-ci bəndində xüsusi isimlərin yeni
yazılış qaydaları göstərilir. Burada bir neçə tanınmış şəxslə yanaşı, Üzeyir bəyin də soyadı ―Hacıbəyov‖
deyil, yeni şəkildə, həm də bəylik titulu saxlanılıb: ―Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli‖.
Həmin qərardan on ildən atrıq vaxt keçib. Təəssüf ki, hələ də bəzi yazarlar, musiqişünaslar, te-
lejurnalistlər Nazirlər Kabinetinin qeyd edilən qərarına əməl etmirlər.
Azərbaycan türkcəsinin şirinliyi, gözəlliyi, hünərliliyi haqqında bir sıra başqa millətlərin nümayəndələ-
rinin, alimlərinin də maraqlı fikirləri var. Milliyyətcə alman olan görkəmli dilçi alim Fridrix Maks Müller
(1823-1900) deyib: ―Azəri (Azərbaycan – A.N.) türkcəsi öz qrammatik formaları, söz ehtiyatı, üslub imkan-
ları ilə barlı-bəhərli ağacı xatırladır. Özü də bu ağac o qədər barlıdır ki, budaqları ağırlıqdan sına bilər...‖.
Ü.Hacıbəyli dil məsələlərinə mədəniyyət və maarifin inkişafı üçün publisistik məqalələrində çox geniş
yer ayırmışdır. Hər bir millətin varlığının əsas amili onun doğma ana dilidir. Başqa vətənpərvər Azərbaycan
ziyalıları kimi, dahi Ü.Hacıbəyli də öz yaradıcılığında ana dili məsələlərinə xüsusi fikir vermiş, bununla
bağlı xeyli əsər yaratmışdır. Ü.Hacıbəyli hələ çox gənc yaşlarında ikən, ―Hansı vasitələrlə dilimizi öyrənib
kəsbi-maarif etməliyik‖ adlı məqaləsində yazır: ―Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə
vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ ―obed‖ eləməmişdim, ―vizitni
kartoçka‖ gəldi ki, madam Papkova səni ―veçer‖ə ―priqlasit‖ eləyir. Gəlməsən, ―obijatsa‖ olar kimi belə bir
əsəfli halımızı görsə, bizə verilən müsaidənin ―dilimizi yuyub‖ təmizləməkdən ötrü bir damcı su
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
340
mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər‖ (15 fevral 1906-cı il, ―İrşad‖ qəzeti
№46).
Göründüyü kimi, Üzeyir bəy nümunə gətirdiyi parçada həm rus, həm də ərəb-fars sözlərinin dilimizə
nəinki gözəllik gətirmədiyini, əksinə, onu korladığını əyani şəkildə göstərir.
Ü.Hacıbəyli başqa bir məqaləsində yazır: ―Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün
dilimiz itər, yox olar və bir millətin də ki dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına,
yaşamasına isbat vücud onun dilidir‖. Ümumilikdə Üzeyir bəy bütün həyatı boyu əsərlərində Azərbaycan
türkcəsinin saflığını qorumağa çalışmışdır.
Bu gün dilimizdə tel mənasını bildirən fars sözü olan sim daha çox istifadə edilir. Ü.Hacıbəyli isə
bütün əsərlərində bu mənada doğma dilimizin ―tel‖ sözünü işlədir. Son illərdə mətbuatda zərbli muğam –
farslaşdırılmış ―zərbi-muğam‖ (bəzən ―ritmik muğam‖) şəklində yazılır. Görkəmli musiqişünas alim, dirijor
və bəstəkar Əfrasiyab Bədəlbəyli əsərlərində çox düzgün olaraq bu ifadəni dilimizə uyğunlaşdıraraq ―zərbli
muğam‖ adlandırıb. ―Məlumatlar‖ sözü də dilimizdə çox işlədilir. Əslində ərəb sözü ―məlumat‖ ―məlum‖un
cəm halıdır. Deməli, ―məlumat‖a ―lar‖ şəkilçisinin qoşulması yersizdir. Ərəbcə ―at‖ şəkilçisi elə ―lar‖ı əvəz
edir. ―Məlumatlar‖ dedikdə, iki dəfə ―lar‖ şəkilçisini işlətmiş oluruq: biri ərəbcə (at), digəri isə öz dilimizdə
(lar). Yaxşı olardı ki, bu söz ―bilgi‖ və cəm halı ―bilgilər‖lə əvəzlənə idi. Orqanologiya sahəsində çalışanlar
çalğı alətlərinin aşıxlarından söz açdıqda bəzən yanlış olaraq ―aşıq‖ yazırlar. Yaxud zurna ifaçılığında ―səfil‖
əvəzinə bəzən ―səfir‖ yazırlar, aşıq sənətini isə sinkretiki ―sintetik‖ adlandırırlar. Elmi ədəbiyyatlarda Çin
Türküstanı deyildiyi kimi, ―Cənubi Azərbaycanı‖ da İran Azərbaycanı şəklində işlədilməsi, təqdim edilməsi
fikrimizcə, daha məntiqəuyğundur. Çünki Cənubi Azərbaycan dedikdə, ölkəmizə bələd olmayan xaricilər
söhbətin Lənkaran-Astara bölgəsindən getdiyini zənn edirlər. ―İdiofonlu‖ alətlərin izahı dilimizdə ―özü-
səslənən‖ kimi təqdim edilirdi. Lakin 2010-cu ildə türkoloq alim Firudin Ağasıoğlunun (Cəlilov) təklifi ilə
həmin söz Azərbaycan türkcəsində ―özənsəsli‖ kimi qəbul olundu. Ölkəmizdə keçirilən muğam
simpoziumlarında qərara alınıb ki, yalnız postsovet məkanında işlədilən ―lad‖ ―məqam‖la əvəzlənsin.
―Bayatı-Şiraz‖ muğamı məqam (lad) mənasında işləndikdə ―bayatışiraz‖ şəklində yazılmalıdır. Fikrimizcə,
―Kəsmə şikəstə‖ zərbli muğamının da qədim tarixi adı – ―Bakı şikəstəsi‖ özünə qaytarılmalıdır.
Sonda bir məqama diqqət yönəltmək istəyirəm. Artıq bir sıra türk xalqları latın qrafikalı əlifbadan
istifadə edir. Yaxşı olardı ki, Azərbaycan türkcəsində ortaq işlədilən və ümumtürk kontekstində anlaşıqlı
sözlərə daha geniş yer verək. Məsələn, ―oxşar‖ sözü türk dünyasında fərqli mənalarda başa düşülür. Həmin
sözü ―bənzər‖lə əvəz etdikdə daha anlaşıqlı olur. Tədricən ortaq türk dili formalaşmağa başlayır. Bu
baxımdan dilimizdə digər sinonim sözlər: sim-tel, qızıl-altun, sümük-kəmik və s. kimi sözlər işlədildikdə
ikincilərə üstünlük verilməlidir. Çünki həmin sözləri demək olar ki, bütün türkdilli xalqlar işlədir. Bəzən də
―sizlər‖, ―bizlər‖ ifadələrinə də rast gəlirik. Əslində dilimizdə ―siz‖, yaxud ―biz‖ şəxs əvəzlikləri cəm halını
bildirdiyindən bu şəkildə – ―sizlər‖, ―bizlər‖ müraciət forması ―şişirdilmiş‖ görünür və ikrah hissi oyadır.
Beləliklə, bu kiçik çıxışımızda Ü.Hacıbəylinin əsl soyadının düzgün yazılmasına, eləcə də ortaq türk
dilinin formalaşmasına diqqəti yönəltmişik.
ĠBTĠDAĠ SĠNĠFLƏRĠN AZƏRBAYCAN DĠLĠ DƏRSLƏRĠNDƏ DĠNLƏMƏ MƏTNLƏRĠ VASĠTƏSĠLƏ
AZƏRBAYCANÇILIQ ĠDEOLOGĠYASININ TƏBLĠĞĠ
Ramizzadə N.R.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Dərs vəsaitlərində, o cümlədən ibtidai siniflərin Azərbaycan dili dərsliklərində Azərbaycanın tarixi,
mədəniyyəti və ədəbiyyatı ilə bağlı çox sayda materiallar var. Dinləmə mətnləri kimi seçilən materiallarda da
bu istiqamətə xüsusi diqqət yetirilmişdir.
Azərbaycançılıq ideologiyasının ilkin mərhələsi kimi Azərbaycanda milliyətçi gənclər formalaşdırmaq,
millət, vətən nədir anlatmaq, vətənin müdafiəsinə hər zaman hazır olmaq, lazım gələrsə canından keçmək
öyrədilməlidir. Bu təbliğat ilk öncə ailədən və bağçalardan başlanılmalıdır. Uşaqlara vətənpərvər ruhda cizgi
filmləri nümayiş etdirilməlidir.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət,
soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə
yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır.
Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Buna görə
də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun,
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
341
sistemli iş aparılmalıdır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyət olduğundan onun
böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə
təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.
Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı
deyil, bütün sahələrdə təbliğ edilməlidir.
Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət
elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq
üçün çox böyük imkanları vardır. Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq
mümkündür ki, orta məktəbdə oxuyan şagirdlərə ayrı-ayrı fənləri tədris edərkən, onlara hərbi məzmunlu
biliklər verilisin. Bu baxımdan ibtidai siniflərdə dinləmə mətnlərinin əhəmiyyəti olduqca böyükdür.
Mən azərbaycanlıyam demək azdır. Azərbaycana məxsus olduğunu işdə, davranışda isbat etmək lazım
gəlir. Ailədən başlayaraq təhsilin son pilləsinə qədər ümumi azərbaycançılıq mövqeyi aşılanmalıdır. Pedaqoji
baxımdan onu qeyd etmək lazımdır ki, azərbaycançılıq bütün fənlərin timsalında aşılanmalıdır. Ən başlıcası,
tələbələrə, şagirdlərə dərs deyən müəllimlər azərbaycançılıq ideyasının daşıyıcısı olmaldır.
Eyni zamanda tərbiyə işlərində, hərbi vətənpərvərlik tərbiyəsinin köksündə azərbaycançılıq
dayanmalıdır. Bu minvalla, azərbaycançılıq ideologiyası böyüyən nəslin bir növ canına hopmalıdır.
Dərsliyə salınmış mətnlər şagirdləri Vətəni sevməyə və qorumağa, ölkənin daha da qüdrətli olması
üçün çalışmağa, vicdanlı olmağa, yalan danışmamağa çağırmalıdır. Vətən sevgisi, etibar, inam, əməldə və
fikirdə intizam, səxavət, əməksevərlik, xoş rəftar, dəyanət, səbr, etiqad və s. bu kimi anlayışlar dünyəvi
xarakter daşıyır, tədricən şagirdlərin əxlaqi davranışınının meyarına çevrilir. Vətəni sevmək onu tanıtmaqla
başlayır. Məsələn, III sinif Azərbaycan dili dərsliyinin üç bölməsi - "Bayramlar və tarixi günlər", "Mədəni
irsimiz" və "Tarixi şəxsiyyətlər" məhz azərbaycançılığa, ölkəmizi və xalqımızı tanıtmağa xidmət edir.
Dostları ilə paylaş: |