THE DEFINITION OF SYNONYMY IN LINGUISTICS
Rustamli G.S.
Sumgait State University
Synonymy is one of the most difficult and controversial problems, and the most controversial point is
the problem of criteria of synonymy and the definition of synonyms.
Traditional linguistics solved the problem with the notional criterion and defined synonyms as words
of the same part of speech conveying the same notion but differing either in shades of meaning or in stylistic
characteristics.
Some aspects of this definition have been criticized. It has been pointed out that linguistic phenomena
should be defined in linguistic terms and the term ―notion‖ makes this an extra-linguistic definition.
A characteristic feature of a vocabulary of any language is the existence of synonyms, which is closely
connected with the problem of meaning of the word.
The most complicated problem is the definition of the term ―synonyms‖. There are a great many
definitions of the term, but there is no universally accepted one. Traditionally the synonyms are defined as
words different in sound-form, but identical or similar in meaning. But this definition has been severely
criticized on many points.
The problem of synonymy is treated differently by Azerbaijani and foreign scientists. Among
numerous definitions of the term in English linguistics the most comprehensive and full one is suggested by
I. V. Arnold: ―Synonyms –are two or more words of the same meaning belonging to the same part of speech
possessing one or more identical meaning interchangeable at least in some contexts without any considerable
alteration in denotational meaning, but differing in morphemic composition, phonemic shape, shades of
meaning, connotation, affective value, style, emotional colouring and valence peculiar to one of the elements
in a synonymic group.
This definition describes the notion ―synonymy‖ gives some criteria of synonymy (identity of
meaning, interchangeability) shows some difference in connotation, emotive colouring, style etc. but this
descriptive definition as well as many others has the main drawbacks –there are no objective criteria of
―identity‖ or ―similarity‖ or sameness of meaning. They all are based on the linguistic intuitions of the
scholars.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
342
The English word-stock is extremely rich in synonyms, which can be largely accounted for by
abundant borrowing. The synonymic resources of a language tend to form certain characteristic and fairly
consistent patterns. Synonyms in English are organized according to 2 basic principles. One of them involves
double, the other a triple scale. In English there are countless pairs of synonyms whereas the foreign one
often has a learned, abstract air. They may also have emotive differences; the Saxon word is apt to be wanner
and homelier than its foreign counterpart. The native words are usually colloquial. We quote a few examples
of synonymic patterns double scale.
Adjectives: bodily-corporal, brotherly-fraternal, heavenly-celestial, inner-internal, learned–erudite,
sharp –acute.
Nouns: fiddle- violin , friendship- amity, help-aid, wire-telegram, world-universe
Verbs: answer-reply, read-peruse, buy-purchase.
Side-by-side with this pattern there exist in English a pattern based on a triple scale of synonyms:
NATIVE FROM FRENCH FROM LATIN
To ask to question to interrogate
Belly stomach abdomen
To end finish complete
To gather to assemble collect
To rise to mount to ascent
Teaching guidance instruction
So we must say that synonyms are one of the language‘s most important expressive means.
They are the basis of language culture. To speak correctly and well one must know a lot of synonyms and
differences between them.
To define the character of the synonymic relations between the words it is necessary to analyze all the
meanings and occurrences of the words. It can be done with the help of contextual componental and
contrastive analyss.
FARS DĠLĠNDƏ AZƏRBAYCAN SÖZLƏRĠ
Rzayev Ə.İ.
Sumqayıt Dövlət Universiteti
Azərbaycan və fars dilinin qarşılıqlı əlaqəsi mövzusu olduqca vacib məsələlərdən biridir. Məlumdur
ki, iki dilin bir-biri ilə əlaqəsi yalnız həmin dildə danışan xalqların qonşuluq əlaqələrindən ibarət deyil.
Çünki tarixin müxtəlif dövrlərində hər iki xalq vahid dövlət içərisində yaşamışdır. Daha sonrakı illərdə iki
dövlət arasında qarşılıqlı ticari və iqtisadi münasibətlər mövcud olmuşdur. Bu birgə yaşayış və qarşılıqlı
münasibət dövrlərində dillərin bir-birinə assimilyasiyası baş vermişdir. Bu dövrlər çərçivəsində hər iki
xalqın dilindən bir-birilərinin lüğət tərkibinə müəyyən sözlər keçmişdir. Bəzi fars mənbələrində qeyri-
obyektiv olaraq qeyd edilirdi ki, tarixin müxtəlif dövrlərində fars dilindən Azərbaycan dilinə sözlər keçmiş,
bunun əksinə isə rast gəlinməmişdir. Lakin faktın doğru olmadığı dilçi alim professor H. Zərinzadə
tərəfindən ortaya qoyulmuşdur. H. Zərinzadə Azərbaycan türkcəsindən fars dilinə keçən 600 sözü qeyd
etmişdir.
Ümumiyyətlə, təkcə Azərbaycan türkcəsindən deyil, eləcə də türk dilindən fars dilinə sözlərin keçməsi
və müasir fars dilində türk mənşəli sözlərin istifadəsi nəzərəçarpacaq qədər çoxdur. Fars dilində istifadə
edilən türk sözləri Camalzadə Seyyid Məhəmməd Əlixanın ―Tarixi- Rəvabiti- Rus və İran‖, İskəndər bəy
Münşinin ―Tarixi-Aləmi -Arayi Abbasi‖, Mirzə Bəy Həsən Hüseynin ―Rozətəs-Səfəviyyə‖, Mahmud
Qaşqarlının ―Divani-lüğət-it türk‖, Şəmsəddin Saminin ―Qamusi Türki‖ kimi əsərlərdə Azərbaycan
türkcəsindən fars dilinə keçən sözlərə rast gəlmək mümkündür.
Məlum olduğu kimi, Azərbaycan dili Səfəvi dövlətinin rəsmi dövlət dili idi və bu səbəblə Səfəvi
dövlətinin tərkibində yaşayan digər xalqlar da dövlət dilindən yararlanmış, bu dili mənimsəmişlər. Dövlətin
rəsmi dili olan Azərbaycan dili beləcə fars dilinə də sirayət etmişdir. Bu hadisəni məşhur rus şairi M.
Lermontov 1837-ci ildə dostu yazıçı S. Rayevskiyə yazdığı məktubda qeyd edir: ―Rusiyadan çıxdıqdan sonra
dağları aşdım, Şuşa, Quba və Şamaxını gəzdim. Azərbaycan türkcəsini öyrənməyə başladım. Fransız dili
Avropada nə qədər vacibdirsə, burada, xüsusi ilə, Asiyada bu dil o qədər əhəmiyyətlidir‖
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
343
Bu və bu kimi tarixi faktlar Azərbaycan dilinin tarixin müxətlif dövrlərində həlledici rol oynadığını,
eləcə də dilimzdən fars dilinin lüğət tərkibinə müəyyən sözlərin keçməsi faktının danılmaz olduğunu sübut
edir.
Təbii ki, hər hansı bir dilə keçmiş söz o dilin qanunlarına, xüsusilə də, ahəng qanununa tabe olmağa
məcburdur. Bu barədə məşhur dilçi alim Prof. A.S. Çikobava yazır: ―İstənilən dildə təsadüf edilən fonetik
dəyişmə, alınma sözlərdə dilin fonetikasında olmayan fonemlər olduğu zaman özünü göstərir:
Yunan dilində: Rus dilində
кathedra кафедра
Azərbaycan dilindən fars dilinin lüğət tərkibinə keçən sözlər də bu dilin qanunlarına uyğun olaraq
dəyişir. İranda ərəb qrafikalı fars əlifbasından istifadə olunduğu üçün alınma sözlər daha bir dəyişikliyə
məruz qalır. Bu səbəbdən alınma sözlərdə bəzi saitlərin qalması çətinləşir. Məsələn: tərkibində [ı], [ü], [ö]
saitləri olan Azərbaycan sözləri fonetik dəyişikliyə məruz qalır. Çünki fars dilində [ı], [ü], [ö] saitləri
mövcud deyil. Buna görə də
Azərbaycan dilində Fars dilində
[tüfənk] [tofənk]
[qızıl] [qezel]
[çadır] [çador]
şəklində tələffüz edilir.
Müsir fars dilinin lüğət tərkibində yer alan Azərbaycan mənşəli sözlərə qısa bir nəzər salaq:
Ocaq, otraq (otaq), açar, ordugah, ağaz (kökü ―ağız‖ sözündəndir və başlamaq mənası verir), omid
(ümid), ovc (uc sözündən alınmışdır, mənası ―yüksəliş‖dir), batlağ (bataqlıq), bacə (baca), tək, tutun (tütün,
tüstü), tuman (duman), çoruk (çürük), çekoş (çəkic), çəkme (çəkmə), çolak (axsaq), xanom (xanım), xəndek
(xəndək), doşek (döşək), dane (dənə), doçar (düçar), doğme (düymə), san (saymaq, sanamaq), sorağ (soraq,
xəbər), sovğat (sovqat, hədiyyə), qaşoğ (qaşıq), ğali (xalı), qu (quş), quti (qutu), kelid (kilid), komek
(kömək), kuç (köç), kuçek (kiçik), kur (kor), kuri (korluq), nouker (nökər), yəxe (yaxa), yeylağ (yaylaq),
boşqab, sürtmə, qişlaq (qışlaq), tup (top), qayeq (qayıq), qiyme (qıyma), səncaq (sancaq), qurbağe
(qurbağa), dəmağ (damaq), olağ (ulaq), çaroq (çarıq), yataqan (yatağan), alaçıq, təpe (təpə), dolme (dolma),
taqçe (taxça), yalquz (yalqız), qondaq (qundaq), moncoq (muncuq), pare (para), qaçaqçı və s.
Yuxarıdakı nümunədən gördüyümüz kimi, fars dilində istfadə edilən Azərbaycan sözləri kifayət
qədərdir. Baxmayaraq ki, sözlərin əksəriyyəti fonetik cəhətdən dəyişikliyə məruz qalmışdır, öz ilkin
formasını və mənasını qoruyub saxlamışdır.
DĠL VƏ TƏFƏKKÜR, ONLARIN DĠALEKTĠK ƏLAQƏSĠ
Sadıqov H.Ş.
Sumqayıt Dövlət Universiteti
Dil (nitq) və təfəkkür elmi fəlsəfənin əsas kateqoriyalarından olub, biri digəri ilə dialektik vəhdət təşkil
edir.
İnsanın həyat fəaliyyəti və əmək prosesi nəticəsində şüurun yaranması ilə birgə nitq də yaranmış və
formalaşmışdır. Dil insan təfəkkürünün istehsalı olan düşüncələri, fikirləri ünsiyyətə çıxartmaqda ən qüdrətli
vasitədir.
Dil vasitəsi ilə insanlar arasında ünsiyyət yaranır, fikir mübadiləsi gedir, hadısə və proseslərin ideal
obrazı və modeli formalaşdırılır.
Dil də şüur kimi çox qədimdir. Dil həqiqi təcrübəvi şüurdur. O da şüur kimi insanlar arasında
ünsiyyətə ehtiyac nəticəsində yaranmışdır.
Əsrlər boyu filosoflar da dilin yaranması və təfəkkürlə sıx əlaqədə olması haqqında müxtəlif fikirlər
söyləmişlər. Bəziləri iddia etmişlər ki, dil ilahi vergisidir. Digərləri isə dilin ictimai hadisə olduğunu
bildirmişlər.
Şüur yaradıcı varlıqdır. İnsan şüurunun fəaliyyəti ancaq obyektiv varlığı dərk etməklə məhdudlaşmır, o
həm də onu yaradır. Bu isə dərketmənin və yaradıcılığın dialektik vəhdətini göstərir.
Milli dil mədəniyyətlə sıx bağlıdır, onun fundamentini təşkil edir. Dilsiz milli mədəniyyət yoxdur.
Dilin sosial mənası haqqında da filosoflar müxtəlif fikirlər söyləmişlər. Məhşur alman filosofu M. Xaydeqer
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
344
demişdir ki, ―Dil- Varlığın evidir‖. Rus yazıçısı F.Dostoyevski hesab etmişdir: ―Dil- xalqdır‖. Fransalı
filosof A.Kamyu isə belə demişdir: ―Mənim vətənim- fransız dilidir‖.
Dil insanın dünyanı dərk etməsində və ona sahib olmasında başlıca alətdir. Dil təfəkkürün varlıq
forması və ünsiyyət vasitəsi olmaqla yanaşı, eyni zamanda da şüurun özünün formalaşmasında mühüm rol
oynayır.
Tarix boyu insanların əldə etdikləri bilikləri, kəşfləri təsbit etməkdə, saxlamaqda və sonra da gələcək
nəsillərə çatdirmaqda dilin rolu çox böyük olmuşdur.
Mücərrəd dərketmənin də mövcudluğu və inkişafı ancaq dilin sayəsində mümkündür. Dilin
mövcudluğu şüurun ümumiləşdirici fəaliyyətində mümkün olan başlıca alətdir.
Bildirmək lazımdır ki, dil və şüur sıx əlaqədə olsalar da, onlar eyni deyil, fərqlənir. Dil nisbi müstəqil
olmaqla, özünün xüsusi inkişaf qanunlarına malikdir və onlarda təfəkkürün obyektiv inkişaf qanunlarından
fərqlənir. Ona görə də sözlə anlayış arasinda, cümlə ilə mühakimə arasında eyniyyət yoxdur.
Dilin həm də müəyyən daxili struktur sistemi vardır ki, onsuz dil işarələrinin təbiətini və məzmununu
anlamaq mümkün deyildir.
Son vaxtlar nəzəri tədqiqatların rolunun artması ilə əlaqədar suni dillərin qanunauyğunluqlarının
məntiqi sintaksis və məntiqi semantik baxımından öyrənilməsinə maraq artmışdır. Beləliklə də, dilin tədqiqat
obyekti ancaq linqvistika deyil, həm də məntiq və semantikadır. Dil hər hansı bir fiziki təbiətin nişanıdır,
işarə sistemidir. Dil insan fəaliyyəti prosesində həm dərketmə və həm də kommunikativ (ünsiyyət)
funksiyaları yerinə yetirir.
Müasir dövürdə təbii və suni dillər mövcuddur. Təbii dil dedikdə, gündəlik həyatda insanlar arasında
təfəkkürün məhsulu olan fikrin ifadə forması və ünsiyyət forması nəzərdə tutulur. Süni dil isə hər hansı kiçik
ehtiyacı ödəmək üçün insanlar tərəfindən yaradılır (riyazi simvollar dili, fiziki nəzəriyyələr dili,müxtəlif
siqnallar sistemi və s.).
Dil ictimai hadisədir. O, müasir dövrdə ictimai inkişaf prosesində yaranmış müxtəlif çoxsaylı
millətlərin, etnik qrupların və ayrı-ayrı fərdlərin fəaliyyətini koordinasiya edən mükəmməl vasitəyə
çevrilmişdir.
KOQNĠTĠV BAXIMDAN FRAZEOLOJĠ MATERĠALLARIN ÖYRƏNĠLMƏSĠ
Salayeva F.V.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Dilçilikdə koqnitivizm yaxud antroposentrik paradiqma V. fon Humboldtun elmi baxışları ilə bağlıdır .
Sonralar başqa alimlərin də əsərlərində öz inkişafını tapmışdı. XX əsrin sonuna doğru dilçilikdə tamamilə
yeni elmi paradiqma formalaşmağa başlayır. Bu paradiqma müqayisəli-tarixi və sistem struktur
paradiqmalardan sonra formalaşır və antroposentrik paradiqma adı alır. V.A.Maslova qeyd edir ki, ―Dilin
antroposentrikliyini hal-hazırda hamı tərəfindən qəbul olunmuş fikir hesab etmək olar‖ . Azərbaycan dilində
antroposentrizm terminini bəşərmərkəzliyi kimi dərk etmək lazımdır. Dilçilikdə antroposentrizm məhz
strukturalizmin əksi kimi formalaşır, strukturalizmə reaksiya səciyyəsi daşıyır. Bildiyimiz kimi,
strukturalizm dildə mənaya ikinci dərəcəli amil yeri ayırırdı.
Antroposentrik paradiqma tədqiqat maraqlarının obyektdən subyektə keçməsini göstərir. Tədqiqatçılar
L.Vitqenşteynin ―Dünya əşyaların yox, faktların çoxluğudur‖ tezisini əsas götürərək, diqqəti hadisələrə və
onların mərkəzində dayanan insana yönəldirlər.
Antroposentrik paradiqma çərçivəsində dil mədəniyyətin bir qolu kimi qəbul olunur. Digər tərəfdən
mədəniyyət özü yalnız mətndə və dildə əks olunan fenomen kimi dəyərləndirilir. Bu istiqamətdə aparılan
tədqiqatlar leksik-semantik materialı müxtəlif adətlər və mərasimlər ətrafında sistemləşdirirlər. Əslində, bu
cür sistemləşmə semantik sahələr üzrə aparılan təhlilləri də xatırladır. Ona görə ki, semantik sahələr
bütövlükdə müəyyən mədəni sahələri əhatə edir. Semantik sahəni öyrənmək elə mədəniyyətin müəyyən
fraqmentini öyrənmək deməkdir. Dilin semantik sistemini semantik sahələr və mədəniyyətin müxtəlif
sahələri üzrə öyrənməklə, bütövlükdə dil sistemini milli mentalitetə uyğun gələn sinxron varlıq kimi
dəyərləndirmək olar .
Antroposentrik paradiqma koqnitiv dilçiliklə eyniləşdirilə də bilər. Ümumiyyətlə, koqnisiya termini
informasiyanın qəbul olunması, nümayiş olunması və istehsal olunması proseslərinin qarşılıqlı əlaqə qəlibini,
yəni informasiya prosesini səciyyələndirən və ərsəyə gətirən psixi proseslər qəlibini bildirir. Müxtəlif
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
345
insanlar xarici informasiyanı eyni cür qəbul etmir, onların şüurlarında həmin informasiya eyni formada
reprezentasiya olunmur və nitqlərində eyni formada istehsal olunmur. Milli şüur, milli mentalitet, milli
təfəkkür real varlıqdırsa, deməli, xalqlar bu səviyyədə fərqlənirlər. Lakin informasiyanın qəbulu və nümayiş
olunması (reprezentasiya) səviyyəsində baş verənləri duymaq mümkün deyil. Yalnız bir səviyyədə-
informasiyanın istehsal sistemində koqnitiv fərqlər özünü büruzə verir.
Dil informasiyanın istehsal sistemidir . Deməli, milli mentalitetlərin fərqləri özünü yalnız dildə göstərə
bilər. Deyə bilərlər ki, davranış qaydaları da xalqları fərqləndirir. Davranış normaları ictimai hadisə olaraq,
etnik təfəkkür tarixindən çox, ictimai şüur tarixini əks etdirir. İctimai şüur tarixində isə mənşə etibarilə
hadisələri fərqləndirmək həmişə mümkün olmur. Dilin əsas fondu daxili forma səviyyəsində xalqın
dünyagörüşünü əks etdirir. İctimai fikir, xalqın düşüncəsini əks etdirirsə, folklordan tutmuş yazılı ədəbiyyata
qədər geniş sahədə öz ifadəsini tapır.
Bir sözlə, koqnitiv dilçilik dili, informasiyanı təşkil, emal və istehsal edən bir varlıq kimi dərk edir.
Strukturalizmin əksi olaraq koqnitiv dilçilikdə semantika əsas yer tutur. Koqnitiv qəlib, qeyd olunduğu kimi,
informasiyanın təşkili (alınması), emalı və istehsalını nəzərdə tutduğu üçün, koqnitiv dilçiliyin fundamental
problemlərindən birini semantikanın həqiqətlə mövcud olan münasibətləri təşkil edir.
Aydın məsələdir ki, söhbət dil semantikasının həqiqətdə olan münasibətlərindən gedirsə, ilk növbədə,
leksik və frazeoloji vahidlər yada düşür. Məhz leksika milli şüurun konseptləşməsindən xəbər verir.
Frazeoloji vahidlər isə, dilin ikinci dərəcəli nominasiya vahidləri olaraq, işarələnənə ekspressiv münasibət
bildirən vasitədir. Beləliklə də, frazeoloji vahidlər müasir dilçiliyin maraq mərkəzində yerləşir.
Frazeoloji vahidlər ikinci dərəcəli nominasiya vahidləri olaraq mədəniyyəti konsept şəklində təqdim
edir. Yəni mədəniyyət leksika və frazeologiyada konseptləşir, lakin frazeologiyada mədəni faktlara
ekspressiv münasibət bildirilir və buna görə də frazeoloji vahid kommunikativ effekt baxımından dilin daha
güclü vasitəsidir. Beləliklə, müasir dil tədqiqatları məcazlara, frazeoloji vahidlərə, atalar sözləri və zərbi-
məsəllərə xüsusi diqqət yetirir. İlk növbədə bu diqqət dil vahidlərinin əsasını təşkil edən obrazların
konseptləşməsilə bağlıdır. Məsələn, Azərbaycan dilində və Azərbaycan xalqının milli təfəkküründə daşın
konseptləşməsi iki koqnitiv əlamət üzərində qurulur: ―bərk‖ və ―hissetməzlik‖. Çox maraqlıdır ki, ―Rusca-
azərbaycanca lüğət‖də rus dilində işlənən черствый, черстветь, черствость sözlərini və anlayışlarını
Azərbaycan dilində izah etmək üçün tərtibçilər daşa dönmək, ürəyini daşa döndərmək, daşürəklik, daşürəkli
sözlərinə müraciət edirlər. Deməli, artıq Azərbaycan təfəkküründə ―daş‖ konseptləşmişdir. Frazeologiyada
da bu konsept öz ifadəsini tapır. Məsələn, bağrı daşa dönmək frazeologizmində həmin konsept öz ifadəsini
tapır.
Konsept milli təfəkkürdə hərtərəfli əhatə olunur. Məsələn, daşın zərbə endirmək və müəyyən silah
(maddi ya mənəvi) olmaq qabiliyyəti daş atmaq, daşqalaq etmək, daşı dalında gizlətmək frazeologizmlərində
reallaşır. Digər tərəfdən daşqalaq etmək frazeologizmi müəyyən tarixi-mədəni situasiyanı əks edir və,
beləliklə də, daha mürəkkəb semantik quruluşa malikdir.
Daşın ―ölülüyü‖, ―bərkliyi‖, ―hərəkətsizliyi‖, ―keyliyi‖, ―durğunluğu‖ və, bəlkə də, digər koqnitiv
əlamətləri ―insan və durğunluq‖, ―insan və həyatsızlıq‖ semantik qəliblərinə uyğun olaraq daşdan çörək
çıxarmaq, daşdan pul çıxarmaq, daşdan yağ çıxarmaq, daşdan keçmək frazeoloji vahidlərinin məzmununda
reallaşır. Azərbaycan xalqının şüurunda daş küt bir qüvvənin rəmzinə çevrilir.
Eyni zamanda daş müqavimət rəmzinə çevrilir və bu əlamət daşı sıxsa suyunu çıxarar, daş-divarı
gərmək, daşın böyüyündən yapışmaq kimi frazeoloji vahidlərdə əks olunur.
Əslində, ―keylilik‖, ―bərklik‖ və buna oxşar koqnitiv əlamətlər daş kimi yatmaq ifadəsində də əks
olunur. Daşın universal koqnitiv əlamətini ―tikili‖, ―bina‖ anlayışı təşkil edir. Bu əlamət daş üstə daş
qoymamaq frazeologizmində ifadəsini tapır.
Beləliklə də, ―daş‖ konsepti Azərbaycan şüurunda çox mürəkkəb bir hadisə kimi çıxış edir. Kütləvi
şüurda konseptləşmə bilavasitə leksik mənanın denotatı ilə bağlıdır. Təsadüfi deyil ki, denotat əşya haqqında
tipik fikirdir. Yəni söhbət ayrı-ayrı insanların psixologiyasından yox, milli təfəkkürdən gedir.
Koqnitiv dilçilik dili və mədəniyyəti aktual bir korrelasiya kimi nəzərdən keçirir. İlkin tezisə görə
mədəniyyət paralel olaraq dildə işarələnir. Mədəniyyəti, adətən, mənəvi və maddi mədəniyyətə bölürlər.
Mənəvi mədəniyyət mətnlər formasında mövcuddur. Maddi mədəniyyətə gəldikdə, qeyd etmək lazımdır ki,
kütləvi təfəkkür maddi mədəniyyət haqqında refleksiya formasında mövcud olan təsəvvürlərlə eyniləşdirilir.
Məsələn: Azərbaycan xalqının maddi mədəniyyət sərvətlərindən birini Qız qalası təşkil edir. Bu qala
haqqında müxtəlif insanların müxtəlif təsəvvürləri var. Real qalanın obyektiv görünüşü və obyektiv tarixi
var. Bununla bağlı emosiyalar mövcuddur və s. Lakin həm qalanın görünüşü yanlış ola bilər, həm də tarixi.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
346
Kütləvi şüurda isə tipik təsəvvür var ki, bu da Azərbaycan xalqına mənsubdur. Əlbəttə, bu tipik təsəvvür
qalanın xarici və daxili görünüşü ilə, Qız qalası ifadəsinin lüğəvi təyini ilə, hamıya bəlli olan ümumi tarixi
məlumatlarla müəyyənləşir. Bu informasiya bütövlükdə Azərbaycan xalqının şüurunda və dilində
konseptləşir, yəni lüğəvi təyin, ümumi anlayış, siqnifikat mədəni-tarixi informasiya ilə tamamlanır və
konsept şəklində dil vahidlərinin emosional (obrazlı) əsasını təşkil edir. Nəticə etibarilə konseptual
informasiya kütləvi şüurda təhtəlşüur formasında və səviyyəsində reallaşır. Həmin bu informasiya danışıq
situasiyasında aktuallaşa da bilər, aktuallaşmaya da. Əlbəttə, daxili formanın və etimoloji mənanın
aktuallaşması ifadənin ekspressiv gücünü artırır. Nəticə etibarilə deyimin kommunikativ effekti artır. Lakin
etimoloji məna aktuallaşmaya da bilər. Bu zaman frazeoloji vahid adi işarə kimi çıxış edir və formal qəbul
olunur.
Koqnitiv dilçilik frazeoloji materialı təsəvvürlərin konseptuallaşması baxımından öyrənir. Və bu
baxımdan Azərbaycan dilinin frazeologiyası tədqiqat üçün geniş imkanlar açır.
Dostları ilə paylaş: |