TƏBĠĠ DĠLLƏRĠN MAġIN VASĠTƏSĠLƏ TANINMASI
Vəliyeva K.A.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Təbii dillərin maşın vasitəsilə tanınması dedikdə burada iki tanınma: mətnin və şifahi nitqin tanınması
nəzərdə tutulur. Hər iki tanınma ayrı-ayrı istiqamətlər üzrə öyrənilir və geniş sahəni əhatə etdiyi üçün biz
burada yalnız qısa məlumat verməklə kifayətlənəcəyik.
Mətnin avtomatik yolla tanınması üçün, əlbəttə, ilk növbədə, linqvistik təminat hazırlanmalıdır.
Linqvistik təminata aşağıdakı məsələlər daxil edilməlidir.
1.
Qrafemlərin avtomatik (maşın vasitəsilə) tanınması;
2.
Morfemlərin avtomatik (maşın vasitəsilə) tanınması;
3.
Sintaktik səviyyədə morfemlər zəncirinin tanınması;
Qrafem səviyyəsində dilin uyğun əlifbasını (mətndə qrafemini) maşın dilinə (maşın dili – əlifbası iki
ədəddən ibarətdir: sıfır - 0 və vahid – 1) çevirmək yəni kodlaşdırmaq. Azərbaycan dilinin əlifbası 32
qrafemdən ibarətdir. Deməli, maşın dilinə çevirəndə 32 qrafem 0 və 1-dən ibarət rəqəmlərlə ifadə olunacaq,
yəni kodlaşdırılacaqdır.
Morfemlərin avtomatik tanınması zamanı morfemlər qrafemlər zəncirindən ibarət olduğundan onların
kodlaşdırılması uyğun qrafemlərin cəmi ilə ifadə olunacaqdır. Məlumdur ki, morfemlər kök və şəkilçi
morfemlərinə ayrılır. Qeyd etməliyik ki, kök və şəkilçi morfemləri maşın yaddaşına daxil edilməlidir.
Sintaktik səviyyədə morfemlərin tanınması üçün frazeoloji vahidlər, sabit söz birləşmələri, bir sözlə,
kodlaşdırılmış sintaqmalar eyni zamanda kompüterin yaddaşına daxil edilməlidir.
Təbii dillərin kompüterdə tanınması üçün linqvistik təminatla yanaşı, riyazi təminat da hazırlanmalıdır.
Əlbəttə ki, riyazi təminata qoyulmuş məsələnin həllinin alqoritminə əsasən tanınma proqramları
hazırlanmalıdır.
Hal-hazırda müxtəlifsistemli dillərin tanınma proqramları sistemləri mövcuddur. Son illərin məhsulu
olan skayner qurğuları vasitəsilə yazılı mətnlər kompüterə daxil edilir,və tanınma proqramlarının köməyi ilə
həmin mətnlər kompüterdə oxunur və onların qarşısında qoyulan məsələ ilə əlaqədar uyğun əməliyyatlar
aparmaq mümkün olur. Danışıq dilinin, o cümlədən şifahi nitqin kompüter vasitəsilə tanınması, yazılı
mətnlərin tanınmasından xeyli fərqlənirlər. Doğrudur, həll metodunda oxşar cəhətlər dilin yanaşma sə-
viyyəsində özünü büruzə verir. Burada da artıq qrafem əvəzinə fonemləri linqvistik bazaya təqdim etmək
üçün onun səslənməsinin bir tərəfdən, frazeoloji və akustik aspektdə öyrənərək tətbiq etmək lazım gəlir,
digər tərəfdən isə fonemlər sisteminə aid olan bütün məlumatlar, fonemlərin əsas əlamətləri və statusu,
onların perceptive və funksional aspekti, korrelyasiyası, linqvistik bazaya daxil edilməlidir. Bundan başqa
fonemlərin allofonik variasiyası, kompleksiyası, onların tipləri, orfoepiyası, tanınma funksiyası linqvistik
təminat hazırlanarkən nəzərə alınmalıdır.
Şifahi nitqin tamamlanmasında başlıca rol hecaların üzərinə düşür. Buna görə də hecaların strukturu
dərindən öyrənilməli və formal modelləri hazırlanmalıdır. Eləcə də şifahi nitqin tanınmasında əsas
amillərdən biri də vurğu problemidir. Dilçilik ədəbiyyatından məlumdur ki, müxtəlifsistemli dillərdə vurğu
daşıdığı funksiyadan asılıdır.
TƏRCÜMƏNĠN BƏZĠ PROBLEMLƏRĠ
Yunusova Ş.Ə.
Sumqayıt Dövlət Universiteti
Bu, bir həqiqətdir ki, hər bir xalq öz varlığını, özümlülüyünü yalnız başqa xalqlarla qarşılıqlı
əlaqədə, qarşılıqlı mədəni təsirlərin fonunda və kontekstində təsdiq edir. Xalqların ədəbi əlaqələrinin başlıca
forması isə tərcümə hesab olunur.
Təsadüfi deyil ki, müxtəlif dövrlərdə alim və filosoflar tərcümə işinə yüksək qiymət vermiş, mədəni
əlaqələrin inkişafında onun əvəzsiz rolunu qeyd etmiş və bu mənada tərcüməni bəşəriyyət tarixində xalqları
bir-birinə bağlayan mənəvi körpü adlandırmışlar.
Tərcümə bir dildə olan informasiyanı digər dilin leksik - qrammatik, fonoloji – semantik, fonetik və s.
vasitələri ilə müəyyən adresata çatdırmaq məqsədilə aparılan interlinqual əməliyyat kimi başa düşülür və hər
hansı bir məlumatın ilkin dildən, yəni orijinalın dilindən tərcümə dilinə çevrilməsi ilə bağlı yaradıcı–
intellektual fəaliyyətdir. Bəşəriyyətin mədəni inkişafında tərcümənin çox böyük rolu və əhəmiyyətu var.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
352
Tərcümə sayəsində bir ölkənin əhalisi, həyatı, adət və məişət ənənələri, ədəbiyyatı, tarixi və elmi
nailiyyətləri haqqında məlumatlar əldə edilir.
Tərcümə xalqın mədəniyyət göstəricisidir. Bu gün Azərbaycan Avropa ilə siyasi, iqtisadi, mədəni,
elmi, ədəbi əlaqələr qurmağa çalışır. Biz dünya ilə uğurlu dialoq qurmaq istəyiriksə, Azərbaycanı dünyaya
olduğu kimi təqdim etmək məqsədimiz varsa, dünya mədəniyyətinin uğurlarından faydalanmağı qarşımıza
məqsəd qoymuşuqsa azərbaycan xalqının minilliklər boyu yaratdığı dəyərləri diqqətlə öyrənməli və olduğu
kimi dünyaya çatdırmalıyıq. Dünyanı tanımağın, özünü dünyaya tanıtmağın ən etibarlı yollarından biri
budur. Tərcümə nəzəriyyəsinə aid olan nəzəri məsələlərin izahı tərcümə praktikası üçün xüsusi əhəmiyyətə
malikdir.
Tərcümənin qarşısına qoyulan tələb çox yüksəkdir və tərcüməçilik sahəsində həll edilməsi lazım olan
problemlər arası kəsilmədən meydana çıxmaqdadır. Mədəniyyətin inkişafında tərcümənin rolu, tərcümənin
ictimai əhəmiyyəti, bədii əsəri tərcümə etməyin mümkün olub-olmaması, tərcümənin adekvatlığı və bu kimi
məsələləri aydınlaşdırmadan tərcümənin praktik təliminə keçmək mümkün deyil. Tərcüməçi dərin savada
malik hərtərəfli inkişaf etmiş fərd olmalıdır. Bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olan hər bir tərcüməçi
yaxşı yazıçı, yaxşı şair, elmi – texniki ədəbiyyatı tərcümə edən bu sahənin gözəl bilicisi, ictimai – siyasi,
qəset materiallarını tərcümə edən isə müasir beynəlxalq hadisələrdən geniş məlumatı olmalı və eləcə də
ölkənin dövlət quruluşunu, inkişaf səviyyəsini, iqtisadiyyatını, mədəniyyətini, ədəbiyyatını kifayət qədər
yaxşi bilməlidir. Sadaladığımız sahələrə aid məlumatı olmayan tərcüməçi müəyyən səhvlərə yol verə bilər və
ölkənin milli koloriti, ünsiyyətdə dil mədəniyyəti haqqında, ümumiyyətlə, ölkə barədə səhv təsəvvür yaradar.
Bu isə tərcümədə, təbii ki, yolverilməzdir. Çünki tərcüməçi bir əsəri tərcümə etməklə müəllifin fikirlərini
təbliğ edir və xalqlar arasında dostluğun fəal bir nümayəndəsi olur.
Tərcümə orijinal yaradıcılıqdan, tərcümə obyektindən asılılığı ilə fərqlənir. Tərcümənin tarixi hər hansı
bir ölkənin ədəbiyyat tarixinin ayrılmaz hissəsidir. Tərcüməçi tərcümə etdiyi xalqın tarixi mənşəyini və adət-
ənənələrini dərindən, həm də mükəmməl bilməlidir.
Bəzən tərcüməçi bilmədiyi sözləri lüğətdən tapıb onları tərcümə etdiyi dilin cümlə quruluşuna uyğun
şəkildə ardıcıllıqla düzür. Belə tərcümə, şübhəsiz ki, müsbət nəticə verə bilməz. Müxtəlif dillərdə söz sırası
həmin dilə xas şəkildə qurulmalı, tərcümədə həmin dilin cümlə quruluşuna, söz sırasına xüsusi diqqət
verilməli və bu prinsip əsas götürülməlidir.
Tərcüməçi hər iki dilin qrammatik quruluşunu yaxşı bilməli və zəngin söz ehtiyyatına malik olmalı,
lüğətdən düzgün istifadə etməyi bacarmalı, bəzi dillərdə sözlərin çoxmənalılığını nəzərə almalı, verilmiş
sözlərdən məhz lazım olan uyğun sözü seçməli, cümlədə verilmiş aparıcı fikri düzgün təyin etməlidir.
Göründüyü kimi, tərcüməçinin həm dilçilik, həm də ədəbiyyat sahəsində dərin biliyi olmalıdır, çünki
o, tərcümə zamanı bir çox problemləri, bir çox məqamları filoloji bilgilər əsasında həll etməli olur.
Tərcümə prosesində tərcüməçinin çıxartdığı fərdi qərarlar orijinaldan uzaqlaşmağa gətirib
çıxartmamalıdır. Tərcüməyə sırf dəqiqlik nöqteyi – nəzərdən yanaşma, orijinalı olduğu kimi təqdim etmə
ayrı – ayrı təfsilatlara vararaq orijinaldan uzaqlaşır və nəticədə orijinalla tərcümə dili arasında uyğunsuzluq
yaranır. Odur ki, tərcüməçi hər iki dilin daşıyıcısı olan xalqların daxili hiss və duyğuları, mədəni-milli
etiketləri, mədəni davranış normaları, onların mədəniyyəti, psixologiyası, adət və ənənələri ilə tanış olmalı və
tərcümə zamanı bunları nəzərə almalıdır.
Tərcüməçilik çox çətin peşədir.Tərcüməçi ildən – ilə püxtələşməli, tərcümə duyumunu artırmalı,
müəyyən bacarıq və təcrübə əldə etməlidir. Tərcümə prosesində mütərcim yeri gəldikcə sərbəst qərarlar
çıxara bilər. Bu, tərcüməçinin yüksək peşəkarlığından irəli gəlir və hərfi tərcüməyə gətirib çıxartmır.
Elmi – texniki, qəzet materiallarının və rəsmi sənədlərin tərcüməsində bədii tərcümədən fərqli olaraq,
diqqət və dəqiqlik mühüm rol oynayır. Bədii tərcümə yaradıcılıq işidir və bu zaman tərcüməçi çox vaxt
dəqiqlikdən qaçmaqla özünün seçdiyi ifadə tərzi ilə peşəkarlığından və məharətindən asılı olaraq gözəl
tərcüməyə nail olur.
Məlumdur ki, ictimai-siyasi mətnlər, oçerklər və məqalələr daha emosional tərzdə yazılır. Tərcüməçi
bu emosionallığı mümkün qədər saxlamalı, tərcümə dilinin daxili imkanlarından istifadə etməli, tərcümənin
çətin anlaşıqlı olmaması üçün orijinala həddən ziyadə aludə olmamalıdır. Yalnız belə tərcümə asan başa
düşülər və tərcümə müvəffəq sayıla bilər.
Texniki mətn və sənədlərin tərcüməsi zamanı isə həmin mətni sonadək oxuyub anlamaq, mətnin
məramını dəyərləndirmək, orijinal mətnlə hədəf mətn arasında yaranacaq fərqlilikləri müəyyən etmək,
tərcümənin formatını təyin etmək, tərcüməni cümlə-cümlə apararaq hədəf dilin təbiiliyini qorumaq üçün bəzi
qrammatik dəyişikliklər etmək lazımdır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
353
Tədqiqatlardan məlum olur ki, tərcümə prosesi, hər şeydən əvvəl, tərcümə olunacaq məlumatın başa
düşülməsi və başa düşülənin adekvat şəkildə tərcümə dilində ifadəsi kimi qiymətləndirilməlidir.
Göründüyü kimi, tərcümə işi bəşəriyyətin inkişafı tarixində mühüm rolu olan xüsusi bir sahədir.
Nəzərə almaq lazımdır ki, tərcümənin elmi əsaslarının müxtəlif istiqamətlərdə öyrənilməsi tərcüməşünaslığın
istər ümumi, istərsə də xüsusi nəzəriyyəsinin inkişafında dəyərli rol oynaya bilər. Tərcümə prosesində
yaranan çətinlikləri aradan qaldırmaq üçün isə son elmi – texnoloji uğurlardan istifadə olunmalı, bu
məsələlər ilə bağlı elmi metodlar hazırlanmalı,başqa ölkələrin təcrübəsi öyrənilməlidir.
Bu gün dövlət başçısı cənab İlham Əliyevin 21 may 2012-ci il tarixli sərəncamına əsasən 2014-cü ilin
avqust ayının 16-dan fəaliyyət göstərən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzi dil və tərcümə sahəsində bir çox islahatların aparılmasına yol açmışdır. Yeni statusla fəaliyyətə
başlamış Mərkəz indi təkcə bədii ədəbiyyatın yox, dünyanın aparıcı elmi – fəlsəfi, ictimai – siyasi
ədəbiyyatlarının tərcüməsi ilə, həmçinin dil və tərcümənin təhsil mərhələsındən başlayaraq təşkili, ali və orta
təhsildə istifadə olunan ana dili və ədəbiyyat dərsliklərinin dil və məzmun baxımından təkmilləşdirilməsi
məsələləri ilə məşğul olur. Mərkəzin qısa müddət ərzində həyata keçirdiyi layihə tərcüməçilik peşəsinin
təkmilləşdirilməsidir və tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycanda layiqli tərcümə məktəbi
formalaşmış, tərcümənin keyfiyyəti dünya standartları səviyyəsinə qalxmışdır.
XƏYYAM RÜBAĠLƏRĠ ƏSASINDA MƏNZUM TƏRCÜMƏLƏR
Yusifli Ş.K.
Bakı Dövlət Universiteti
Fars ədəbiyyatında dördlük formasında olan şeirlər həmişə qısa formada dərin mətləbləri ifadə etdiyinə
görə seçilmişdir. Bu formada olan şeirləri yazmaq bir kənara, tərcümə etmək də şairlik istedadından savayı,
özündə ölçünü təmin edə bilmə, mənanı vermə, ruhu saxlamaq kimi məsələləri ehtiva etmişdir. Formaca
daha sərt, mənaca daha dərin olan bu dördlüklər tarix boyu insanları, cəmiyyəti maraqlandırmış, dillər
əzbərinə çevrilmişdir. Böyük məsələləri bir neçə misrada ifadə edən şair ədəbiyyat tarixində qalmaqla
yanaşı, dünya ədəbiyyatında da mövqe qazanmışdır.
Fars ədəbiyyatında dördlüklər rübai və dübeyti olmaqla iki hissəyə bölünür. Dördlük formasında
yazılan ən məşhur mənzumələr isə rübailər hesab olunur. Rübailər bəzən təranələr kimi də təsnif oluna bilir.
Nəzərə çatdırmaq lazımdır ki, rübai forması fars şeirinin doğma qəlibidir. Bu qəlibdə yazılmış ən gözəl
nümunələr də fars poeziyasına məxsusdur. Fars ədəbiyyatında rübainin ilk müəllifi Rudəki olsa da, onu bir
forma kimi dünyaya məşhurlaşdıran Qiyasəddin Ömər Xəyyam Nişapuri olmuşdur. Nəzm şəklində olan
rübai onun adıyla bağlıdır.
Həqiqətən, həm daxili, həm də xarici quruluşuna görə rübai özünəməxsus bir şəklə malikdir. Bu, dörd
sətirdən ibarət, özünəxas əruz qəlibləri ilə işlənən şeir şəklidir. Rübainin birinci, ikinci və dördüncü sətirləri
həmqafiyə, üçüncü misrası isə sərbəst olur. Digər bir forması isə bütün sətirləri həmqafiyə olanlardır ki, bu
növdən olanlara isə təranə deyilir. Rübainin bir də daxili quruluşu vardır. Daxili quruluş bütünlükdə tək bir
ideyaya, fikrə qulluq edir. İncə bir düşüncə, təsəvvüfə və fəlsəfəyə aid məsələlər, bədbinlik və s rübaiyə
mövzu ola bilər. Rübai dəqiq bir fikri bildirir, burada müəyyən səliqəsizliyə yol verilmir. Qısa olsa da, dərin,
dərin olması ilə də mənaya köklənən şeir tərzidir. Rübai, başqa sözlə, şərq ədəbiyyatında diqqətə layiq bir
təfəkkür mənzuməsidir. Böyük bir təfəkkür məsələsini kiçik bir formada ifadə edə bilmək rübaidə bacarıqlı
olmaq deməkdir. Rübai böyük bir həyəcanın, hüsnün, rəğbətin dörd misarada ifadəsidir. Bu şeirlərdə şüur
altında olan fikirlər bir növ əllə tutulacaq şəklə gəlir. Bəlkə, elə həyəcanverici olması elə bundandır.
Ömər Xəyyamın rübailəri Azərbaycan dilinə mənzum şəkildə tərcümə olunmuşdur. Təkcə XX əsrdə
şairin lirik-fəlsəfi rübailəri Mikayıl Müşfiq, Mir Mehdi Seyidzadə, Əkrəm Cəfər kimi nüfuzlu qələm ustaları
tərəfindən doğma dilimizə tərcümə edilmişdir. Mikayıl Müşfiq keçən əsrin 30 –cu illərində Xəyyam
rübailərinin bir qismini ana dilimizə çevirmiş, görkəmli əruzşünas alim Əkrəm Cəfər isə şairin bütün
rübailərini öz vəznini və qafiyə sistemini saxlamaqla tərcümə edərək, ayrıca kitab halında nəşr etdirmişdir.
Digər böyük alimimiz Mir Mehdi Seyidzadə isə Xəyyamın rübailərini iki dəfə 1955 və 1969-cu illərdə
tərcümə edərək, nəşr etdirmişdir.
Böyük mütərcimlərdən sonra doğma dilimizə şeir tərcüməsi bir o qədər asan olmasa da, Xəyyam
şeirini yeni qəliblərə tökməklə mənzum tərcümə ənənələrini davam etdirmək bizim nəsillərin də öhdəsinə
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
354
düşür. Bu həmdə böyük tərcüməşünaslıq məsələsidir. Nəsrdə tərcümə etmək, yazıçının əsərini təqlid
etməkdir, nəzmdə isə yeni bir təfəkkür nümunəsi yaratmaq, orijinala rəqib olmaqdır.
Uşaqdıq, böyüyüb biz ustad olduq
Ustadlıq gözəldir, necə şad olduq.
Sözümə fikir ver! Sonunda isə,
Bir qədər su idik, boş külək olduq.
Qədəhdir insanda ağıl yaratdı.
Sevgidən min öpüş alın qızartdı.
Yaradan bu incə gözəl bir camı,
Yaradıb, yenidən yerlərə atdı.
Bir qətrə su ikən oldun bir dərya.
Bir zərrə qum idin, çöndün torpağa.
Bilirsənmi nədir gəlişin bura?
Milçək tək gəlmişdin, tez çıxdın
yoxa.
Dəyməz ona zərər bir kuzə meydən.
Ver digərin mənə, iç özün hərdən.
Bir az tez, ey sənəm, biz ölməmişdən,
Kuzəçi kuzəni düzəltməmişdən.
Görmüşdüm bir qoca meyxanədə mən,
Dedim: ―eylə söhbət, gedənlərdən sən‖.
Dedi ki, onlar tək sən də iç meydən.
Bil yoxdur bir xəbər ol gedənlərdən.
Bu ömür karvanı əcəb gedibdir.
Axtarıb gözəl gün tapıb, seçibdir
Ey saqi, sabahın qəmini yemə,
Piyalə gətir sən, gecə keçibdir.
Şərabın verdiyi məstlikdən həzz al.
Surətin qızarsa, yenə ol xoşal.
Onsuz da yoxluqdur həyatın sonu.
Var ikən yoxluğun sən dadını al.
Nə qədər ömrünü xudbin keçirdin.
Ya varlıq, ya da ki yoxluq seçirdin.
Mey iç ki, məstliyin gerisində qəm,
Ya yuxu getirir, ya da sərməst dəm.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
355
Biz, şərab, çalğıçılar küncü xərab.
Can, ürək, cam, bir də ki dolu şərab.
Biganəyik rəhmətdən biz, xof, əzab.
Od, su, torpaq, havadan da o uzaq.
МУЛЬТИКУЛЬТУРАЛИЗМ КАК ПРИНЦИП ОСВОЕНИЯ ЯЗЫКА
(на примере русского языка)
Идаятова М.С.
Сумгаитский государственный университет
Сегодня большинство государств хотя бы в некоторой степени отличаются культурным
многообразием. Многие страны сегодня можно назвать многообразными в культурном плане, потому
что они открыты внешнему миру – представители любых народов могут туда приезжать, уезжать, а
иногда и оставаться.
Задача преподавания русского языка состоит в том, чтобы помочь студентам получить
возможность общаться на изучаемом языке с учетом его лингвистических и культурно-исторических
особенностей.
С развалом СССР необходимость того, чтобы каждый человек знал русский язык, отпала.
Сейчас у нас в республике русский язык приобрѐл статус иностранного, но интерес у молодежи к
этому языку сохраняется. Основной трудностью на пути изучения русского языка является то, что по
объективным причинам у нас очень ограничилась языковая среда, которая раньше способствовала
тому, что человек постоянно слыша русскую речь, в какой-то степени усваивал еѐ. Теперь зачастую
студенты, приехавшие из ре гонов республики, ранее очень мало знакомые с русской речью, изучают
еѐ по учебникам.
Одной из сложностей в изучении русского языка является его сложность с академической точки
зрения. В отличие от таких родственных языков, как французский, испанский и немецкий, русский
язык требует большего количества времени для того, чтобы добиться высокого уровня мастерства, а
также упорного труда, старательности и высокой академической подготовки.
Еще одна причина усложняющая положение в том, что некоторые люди думают, что наши
культуры и менталитет очень сильно отличаются. Мы думаем, что, наоборот, нашу культуру сильно
объединяет то, что, мы долгие десятилетия жили в едином государстве, имели общую идеологию и
даже государственный язык.
На мой взгляд, наши общества похожи друг на друга больше, чем мы обычно думаем. Россия и
Азербайджан мультиэтнические и мультикультурные государство, которые пытаются найти
продуктивные пути мирного взаимодействия различных этнических и культурных групп, создать в
обществе атмосферу согласия и взаимопонимания, равенства и справедливости.
Как мы знаем изучение языка сложный и трудоемкий процесс. В целях повышения
восприимчивости у студентов часто приходится делать акцент на чьем-то знакомом, может быть
даже происходившем или происходящем в их жизни. Очень полезным и даже необходимым, на мой
взгляд, может быть проведение параллелей непосредственно между культурами этих стран.
Полезно, к примеру, объяснять учащимся, что на русском языке говорят не только русские, но и
другие народы, которые входят в состав России. Нужно показывать их культуру, их роль в
становлении государства
Идеи мультикультурализма можно применять не только на высшем, но и начальном этапе
обучения. Студентам начального уровня обучения довольно трудно понять особенности
межнациональных отношений в России.
Поскольку это один из основных аспектов, по которому можно сравнивать культуры,
необходимо искать простейшее выражение этих особенностей. В качестве одного из удачных
методических приемов можно использовать детскую литературу. Например, чтение произведений
Корнея Чуковского и Самуила Маршака, Самеда Вургуна и др. идеально подходят для достижения
педагогической цели. Наши студенты с удовольствием читают также стихи азербайджанских поэтов
на русском языке, знают отрывки из стихотворений Самеда Вургуна, Мирза Алекбер Сабира и других
поэтов и писателей. Надо сказать, что мы редко обращаем внимание на чтение сказок на старших
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
356
курсах образования, считая это слишком «низким» занятием. И заблуждаемся … В стихах для детей
заложен глубокий смысл, помогающий понимать другую культуру. Если мы рассмотрим литературу
как важное средство национальной идентификации и вспомним какую значительную роль играла
литература для детей в советском обществе, то мы поймем, сколь существенны эти , на первый
взгляд «банальные» тексты.
Если мы хотим, чтобы наши студенты были разносторонне развиты, мы должны на занятиях по
изучению иностранных языков преподавать студентам не только языки, но и рассказывать о жизни и
культуре тех наций, которые используют данный язык для общения.
Чтение простых произведений, не только дает возможность преподавателю объяснить основные
грамматические категории, но и помогает студентам узнать о том, как русский народ – через призму
литературы – рассматривал другие расы и другие культуры.
Мы считаем, что использование литературного материала на занятиях по русскому языку
поможет повысить уровень знания русского языка и позволит лучше узнать культуру других народов,
в частности нашего близкого соседа – русского народа.
Dostları ilə paylaş: |