UZAQ ġƏRQDƏ TÜRK ULULARININ SÖZLƏRĠNĠN ƏBƏDĠLƏġDĠYĠ YAZILI DAġLARIN
DÜNƏNĠ VƏ BUGÜNÜ
(Monqolustan xatirələri)
Seyidov A.Q.
Azərbaycan Dövlət İqtisad Universiteti
Müstəqillik qazandıqdan sonra tariximizə, mədəni irsimizə dövlətimiz böyük önəm verir. Məlumdur
ki, Azərbaycan mədəniyyəti ümumtürk mədəniyyətindən ayrı tam şəkildə öyrənilə bilməz. Dünya xalqları
içərisində ən qədim mədəniyyət çalarlarını özündə yaşadan, bəşəriyyətə dövrünün ən mükəmməl ixtiralarını,
döyüş sənətini, cəngavərliyi, mərdliyi bəxş edən məhz türklər olub.
Türk xalqları tarixinin, mədəniyyətinin, incəsənətinin öyrənilməsində, təbliğində böyük xidmətləri
olan TÜRKSOYun təşkilatçılığı ilə Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2015-ci ilin sentyabr
ayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Türkmənistan və Rusiya
Federasiyasından (Moskva, St-Peterburq şəhərləri, Saxa (Yakutiya), Xakasiya, Tıva, Tatarıstan, Altay
Respublikaları) gəlmiş tədqiqatçıların iştirakı ilə ―Üçüncü Muzey Forumu‖ keçirildi. Məlumat üçün bildirək
ki, Monqolustan da keçmiş sovet respublikaları kimi 1990-cı ildə SSRİ-nin təsirindən çıxaraq, tam müstəqil
həyata qədəm qoyub.
Monqollar böyük həvəslə hakimiyyətlərindən əvvəlki dövrləri özlərinin və babalarının mirası kimi
qəbul edir, onlara böyük hörmətlə yanaşırlar. Ulan-Bator şəhərinin mərkəzində yerləşən Milli Tarix
Muzeyinin zalları üç tarixi-xronoloji dövrü əhatə edir: birinci zal–Böyük Hun İmperatorluğu (e.ə. III-
eramızın I əsri), ikinci zal–Göytürk İmperatorluğu (VI-VIII əsrlər) və üçüncü zal–Böyük Monqol
İmperatorluğu dövrünü. Birinci zalda Pazırıqkurqanlarından arxeoloji qazıntılar zamanı tapılmış e.ə.IV-III
əsrlərə aid qədim Hun-Türk İmperatorluğuna aid silahlar, qızıl, gümüş və digər metallardan hazırlanmış,
qədim skif incəsənətinin nümunələri sayılan-―heyvan stili‖ adlandırılan bəzək əşyaları muzeyin stellajlarını
bəzəyir.
İkinci zal Göytürk İmperatorluğunun tarixini əks etdirir. Burada böyük və əzəmətli tariximizin, tarixdə
ilk olaraq ―Türk‖ kəlməsini özündə daşıyan bir dövlətin maddi-mədəniyyət nümunələri nümayiş olunur.
Diqqəti çəkən eksponatlar içərisində mərmərdən hazırlanmış, ölçüləri 40 sm x 19 sm x 21,5 sm olan
Gültəgin xaqanın (685-731) büstü xüsusi yer tutur. Bu nadir eksponat monqol-çex arxeoloji ekspedisiyasının
―Xaşat-Somon‖ adlı yerdə, Gültəkinin qəbrində apardığı arxeoloji qazıntılar zamanı aşkar olunub. Onun baş
hissəsi qırılaraq iki hissəyə bölünüb. Muzeyin bu salonunda Bilgə xaqanın yazılı bəngüdaşı (türk ulularının
sözlərini əbədiləşdirən abidə daşlar) yerləşir. Göytürk bəngüdaşları 13 ədəddir. Salonda digər yazılı daşlar,
tısbağa heykəlləri, silahlar, hərbi geyim və s. nümayiş etdirilir.
Üçüncü və ondan sonrakı zallarda Böyük Monqol İmperiyasına aid paltarlar, silahlar, döyüş
səhnələrini əks etdirən şəkillər, yurtlar, təsərrüfat alətləri və s. vardır.
Bilici Tonyukuqun yazılı daşlarıBilgə və Gültəgin xaqanın yazılı daşlarındantəxminən 360 km
məsafədə-Ulan-Batordan 47 km aralı, əsas yoldan isə əlavə 11 km çöllərə doğru uzanan düzənlikdə yerləşir.
Son 11 km yol Türkiyə Respublikasının vəsaiti hesabına çəkilib və abidə onlar tərəfindən mühafizə olunur.
Bilgə və Gültəgin xaqanın vəziri olmuş Tonyukuqa aid iki yazılı daş abidə dəmir barmaqlıqlar arasında
qorunur. Bu daşlardan birinin üzərində Göytürk hərfləri ilə türk dilində yazılmış 35, digərinin üzərində isə 27
sətir yazı vardır. Göytürk yazıları 38 hərfdən ibarət olub, Orxon əlifbası ilə yazılmışdır. Bu yazılar xaqanın
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
347
türk millətinə hesabat verməsi, doğru yol göstərməsi, ibrətamiz məsləhətlər və s. ilə yanaşı, türk millətini
birliyə, dövləti düşmənlərdən qorunmağa səsləyən bir çağırışdır: ―Türk milləti arasında silahlı düşmən
qoşdurmadım...Düşmən çox deyə, qorxmadım...Tanrı güc verdiyi üçün savaşdıq, qələbə qazandıq...‖. Qədim
türk xalqlarının yazılı xəzinəsi sayılan bu daşların üzərində əvvəllər türkü sevməyənlər tərəfindən barbarlıq
hərəkətləri olub. Bəzi yerlərdə yazılar bir neçə cərgə qırılıb. Lakin bu gün onların qorunması yüksək
səviyyədədir və onlar gələcək nəsillər üçün ərməğan kimi saxlanılır. Yazılı daşların bir neçəsi də Orxon çayı
sahilində, Monqol imperiyasının paytaxtı olmuş Qaraqorum şəhəri yaxınlığında olan muzeydə qorunur.
Göytürk kitabələri haqda ilk dəfə XIII əsrdə yaşamış Əlaəddin Ata Məlik Cüveyni ―Tarih-i Cihan-
güşə‖ əsərində məlumat verir. Bu kitabələri ilk dəfə 1889-cu ildə Yadrintsev oxuyub. 1891-ci ildə türkoloq
alim Radlov bu yazılar üzərində araşdırma aparır və 1893-cü ilin 25 noyabrında bu yazıları oxumağa nail
olur. 15 dekabr 1893-cü ildən etibarən bunları dünyaya yayır.
Böyük Monqol İmperiyası yaranmazdan əvvəl burada Hun türklərinə, Göytürklərə və müxtəlif türk
boylarına məxsus dövlət birləşmələrinin olduğunu qeyd etdik.Tədqiqatçılar belə qənaətə gəlirlər ki, imperiya
yaranan zaman ərazidə yaşayan digər xalqlar bölgədə yaşayan əhalinin 8-10 %-indən artıq olmayıb. XX əsrin
70-ci illərində bir milyon, bu gün cəmi 3 milyon olan (məlumata görə mal-qaralarının sayı təxminən 93
milyondur) monqollar o zaman nə qədər idilər ki, 24 milyon kvadrat kilometr əraziyə səpələnmişdilər? Təbii
ki, döyüşçülərinin sayı 150 min olsaydı belə, hər 24 min kvadrat kilometrə 1500 adam düşürdü (deməli,
bugünkü Azərbaycanın ərazisində cəmi 5250 adam). Bu, hakimiyyəti saxlamağa kifayət edərdimi?
Monqollar necə olub ki, yüz illərlə böyük dövlətləri öz caynağında saxlaya biliblər? Bəs bu qədər türk
birdən-birə yoxamı çıxdı? Axı bölgənin qədim sakinləri olan, böyük sivilizasiyaya, hərb sənətinə malik, Mu
qitəsindən yayılan, Çinin şərqində nəhəng ―Ağ piramidalar‖ tikən, miladdan öncə və sonra dövlətlər,
imperiyalar quran, yazı mədəniyyətinə malik, ―Altun geyimli adam‖ı qızıl zirehlə bəzəyən, daha nələrə malik
olan türklər hara yoxa çıxdılar?
Çingizxan adına Beynəlxalq Akademiyanın (Monqolustan) akademiki AnatoliyOlovinçov ―Türklər,
yoxsa monqollar? Çingizxan dövrü‖ adlı kitabında (2014) 11 əsaslı dəlil gətirir ki, Monqol imperiyasının
dövlət dili türk dili olub.
Çingiz xanı müxtəlif milli mənsubiyyəti olan insanlar əhatə edib. O, yeni dövlət quran zaman bütün
tayfaları bir ad altında birləşdirmək qərarına gəlir. Yeni dövləti özünün məxsus olduğu tayfanın adı ilə:
―Menqu‖–―əbədi‖ və ―kol‖-―ordu‖ kəlmələrinin birləşməsindən yaranan ―Menqukol‖-―Monqol‖ adlandırır.
Çingiz xan isə türkolaraq doğulur, monqol adı ilə ölür.
Deməli, tatar-monqol dəstələri dedikdə, göz önünə gələn türk-monqol döyüşçüləri, sadəcə, ―monqol‖
siyasi hakimiyyəti altında birləşiblər.
AZƏRBAYCANDA MULTĠKULTURAL MÜHĠTĠN FORMALAġMASI
Şirinova M.M.
Sumqayııt Dövlət Universiteti
Multikulturalizm anlayışı dünya siyasətində gənc bir anlayış olmasına baxmayaraq, bu siyasətlə bağlı
müxtəlif fərqli fikirlər və fikir ayrılıqları mövcuddur. Bir sıra dövlətlər bu siyasəti dövlət siyasəti kimi həyata
keçirir və onun inkişafı üçün daim islahatlar aparırlar, digər qrup dövlətlər isə, ümumiyyətlə,
multikulturalizm siyasətindən imtina edir və onun uğurlu gələcəyinin olmadığını iddia edirlər. Başqa bir
tərəfdən də aydındır ki, hər hansısa cəmiyyətin mövcud olması üçün çox əhəmiyyətli olan bir
multikulturalizm modeli digər bir cəmiyyət üçün uyğun model olmaya bilər. Multikulturalizm siyasətinin
təməlində xalqların qarşılıqlı əməkdaşlığı, tolerantlıq ideyaları və münaqişələrə yol verməmək prinsipləri
dayanır. Əsrlər boyu böyük mədəniyyətlərin qovuşduğu bir diyar olan Azərbaycanda müxtəlif xalqların və
dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşamışdır. Multikulturalizm ideyaları
ölkəmizdə əsrlər boyu formalaşsa da, onun siyasi banisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, 80-ci illərin sonları və 90-cı illərin əvvələrində, Sovet İttifaqının dağılma
ərəfəsində müxtəlif qruplar üçün ―milliyətçilik‖ anlayışı birliyə çağırış üçün yeganə kateqoriya idi və Avropa
dövlətlərindən fərqli olaraq, bu, keçmiş sovet ölkələrində və eləcə də regionumuzda da dramatik
toqquşmaların meydana gəlməsinə səbəb oldu. Bu ölkələrdən biri kimi Azərbaycan da vətəndaş müharibəsi
astanasına gəlib çatmışdı. Ancaq Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra
Azərbaycanın həm daxili, həm də xarici siyasətində köklü dəyişiklər dərhal özünü götərdi. Multikultural,
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
348
tolerant və humanist dəyərlərin ana xətt təşkil etdiyi, insan hüquqlarının ali dəyər hesab olunduğu Heydər
Əliev siyasəti Azərbaycanı nəyinki vətəndaş müharibəsindən xilas etdi, hətta Azərbaycanın multikultural
dəyərlərini bir model kimi formalaşdırdı. Bu gün bu siyasət Azərbaycanın dövlət siyasətidir və müstəqillik
dövründən bu günə kimi multikulturalizm sahəsində həyata keçirilmiş islahatlar və atılmış addımlar bu
istiqamətin möhkəmlənməsinə və yeni perspektivlərinin ortaya çıxmasına xidmət etmişdir. Milli azlıqlarla
bağlı dünyada və, xüsusən, Avropa ölkələrində həyata keçirilən siyasətə bugünkü qloballaşma konteksində
yenidən baxılması ehtiyacını gündəmə gətirib. İstər ənənəvi milli azlıqlar, istər də miqrasiya fonunda
formalaşmış yeni milli azlıqların hüquqlarının tam şəkildə təmin olunması və ayrı-seçkilik hallarının aradan
qaldırılması separatçılıq hallarının qarşısının alınmasında və dövlətlərin suverenliyi baxımından həyati önəm
daşıyır. Beynəlxalq aləmdə etimadsızlıq mühitinin hökm sürdüyü, milli dözümsüzlük və məzhəb ayrı-
seçkiliyinin aktuallaşdığı bir zamanda Azərbaycan hakimiyyətinin milli azlıqlar və dini qruplarla həyata
keçirdiyi multikultural siyasət dünya ölkələri tərəfindən artıq çox böyük bir maraqla öyrənilir. Bu siyasətin
həyata keçirilməsi məqsədi ilə Azərbaycan BMT, AŞ, ATƏT, Aİ, Islam Əməkdaşlıq Təşkilatı və s. kimi bir
çox beynəlxalq təkilatlarla əməkdaşlıq edir və müstəqillik dövründən bu günə kimi 50 dən artıq beynəlxalq
sənədə tərəfdar çıxmış, bu sahədə beynəlxalq öhdəliyin həyata keçirilməsində mühüm nəaliyyətlər əldə
etmişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 1992-ci il mart ayından BMT-yə üzv
seçildi və milli azlıqlar və multikulturalizm siyasəti ilə bağlı çox mühüm iki konvensiyaya qoşuldu. Bunlar
―milli, etnik, dini azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı ―Bəyənnamə və ―İrqi ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması haqqında‖ Beynəlxalq Konvensiya idi.
―Milli, etnik, dini azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Bəyənnamə‖ nin birinci maddəsində
qeyd olunur ki, dövlət yuxarıda adı çəkilən kateqoriyalara mənsub şəxsləri onların yaşadığı ərazilərdə
varlıqlarını və məişət adət-ənənələrinin qorunub saxlanılmasına təminatçıdır. Bəyənnamə həmçinin bu
kateqoriyaya mənsub şəxslərə öz mədəniyyətlərini, etiqat etdiyi dini ayinləri sərbəst həyata keçirməyi, öz
dillərindən şəxsi həyatlarında istifadə etmək hüquqlarını verir. Onlar eyni zamanda hər hansı ayrı-seçkiliyə
yol verilmədən öz qrupları və digər milli azlıqların üzvləri ilə hətta ölkə xaricindən kənarda olsalar da,
sərbəst əlaqələr qura bilərlər.
Azərbaycanda çoxmədəniyyətlilik mühitinin formalaşmasında və onun qorunub saxlanmasında
ölkəmizin UNESCO ilə əməkdaşlığı çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan -
UNESCO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan
Respublikası mədəni müxtəlifliyin qorunması üçün UNESCO-nun iki mühüm konvensiyasını ratifikasiya
etdi. Bunlar ‖UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya‖
və ‖Dözümlülük Prinsipi Haqqında‖ Bəyannamədir. Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və
Təşviqinə dair Konvensiya 20 oktyabr 2005-ci ildə UNESCO-nun 33-cü sessiyasında qəbul olunmuş və 18
mart 2007-ci ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikası bu konvensiyaya 26 noyabr 2009-cu ildən
qoşulmuşdur.
Nədir mədəni müxtəliflik ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı
müxtəlif formalardır. Bu özünüifadə formaları qruplar və cəmiyyətlər arasında və onların daxilində ötürülür.
Mədəni özünüifadə isə ayrı-ayrı fərdlərin, qrupların və ya cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və
mədəni məzmun daşıyan özünüifadəni nəzərdə tutur.
AFROAMERĠKAN ƏDƏBĠYYATININ MULTĠKULTRALĠZM
NÖQTEYĠ NƏZƏRDƏN TƏHLĠLĠ
(Toni Morrison yaradıcılığı əsasında)
Tahirova V.A.
Azərbaycan Dillər Universiteti
XX əsrin ortalarında milli ənənələrin çoxalması xüsusi aktual problemə çevrildi və bunun nəticəsində
də ədəbiyyata ―multikulturalizm‖ termini daxil oldu. Bu termin daha geniş mənada siyasi sferaya da daxil
oldu və bir amal olaraq fərqli mədəniyyətlərin qorunub saxlanılması və inkşaf etdirilməsi prinsipinə, eləcə də
müxtəlif irqlərin, etnik və mədəni qrupların hüquqlarının tanınmasına xidmət etməyə
başladı.‖Multikulturalizm‖ ideyası bütün mədəniyyətlərin bir yerə toplanması,―melting pot‖, yəni
mədəniyyətlərin qovuşması konsepsiyasina zidd oldu. Amerika əhalisinin etnik tərkibinin çoxşaxəliliyi
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
349
həmişə amerikan ədəbiyyyatına ciddi təsir göstərən faktorlardan biri olub. Amerika ədəbiyyatını digər milli
ədəbiyyatlardan fərqləndirən məhz onun etnik və irqi tərkibinin müxtəlifliyidir. Birləşmiş Ştatlar Avropa,
Afrika, Asiya, Latın Amerikası mənşəli insanların yaşadığı çoxmədəniyyətli cəmiyyətdir. XX əsrin son
onilliklərində Amerikanın yerli sakinləri – hindlilərin ingilis dilində yazılan ədəbiyyatı, Latın Amerika
azlıqlarının – çikanosların ədəbiyyatı, həmçinin Asiya-Amerika ədəbiyyatı formalaşır və geniş yayılır. Və
nəhayət, ədəbiyyatın ən zəngin təbəqəsini Afroamerika ədəbiyyatı təşkil edir. Məhz buna görə də XX əsrin
ikinci yarısı, amerikan ədəbiyyatını multikulturalizm prizması aspektindən incələmək, afro amerikan
ədəbiyyatını isə onun orqanik tərkibi olaraq oyrənmək lazımdır.
Afroamerikan ədəbiyyatı fərqli, qarışıq irq, sinif çeşidinə malik olmasına baxmayaraq, özünün
köklərini, janr və stilini qoruyub saxlamağı bacardı və özünün orijiinal nəsr paradiqmasını inkşaf etdirdi.
Bunun nəticəsində də afroamerikan ədəbiyyatı bu gun özünün unikal estetik dəyəri ilə seçilir. Afroamerikan
ədəbiyyatının dünya miqyasında statusu, ən son olaraq, Toni Morrisonun 1993-cü ildə Nobel mükafatına
layiq görülməsi ilə öz təsdiqini tapdı. Toni Morrisonun əsərlərində etnik özünüdərk ideyası öz əksini
tapmışdır. O, bu mövzuya ona görə müraciət etməmişdir ki, Amerikanın ağ əhalisi ilə qara əhalisini qarşı-
qarşıya qoysun. Onun məqsədi xalqına özünün varlığını dərk etməkdə və qoruyub saxlamaqda kömək etmək
idi. Morrison qəhrəmanları öz yaddaşlarında silinməyən iz buraxan köləlik acısını aşmaq və yeni mədəni bir
cəmiyyətə daxil olmaq arzusu ilə yaşayır.
Toni Morrisonun əsərləri müasir ABŞ cəmiyyətində multikulturalizmi əsl mənada əks etdirir. Onun
bütün romanlarında Amerika xalqının keçmişi, ənənələri və əsatirləri bu və ya digər dərəcədə yer alır. İrqi
mövzu Toni Morrisonun yaradıcılığına yaxındır. Baxmayaraq ki, yaradıcılığı boyu onun bu mövzuya
münasibəti dəyişir. Toni Morrison irqçilik problemindən tədricən afroamerikalıların öz mühitində yaranan
problemlərə keçir.
Toni Morrisonun ―Qətran müqəvva‖ romanında toxunduğu müasir afroamerikalı cəmiyyəti
problemlərindən biri müasir afroamerikalının reallıqları dərk etməsində ifratçılıq məsələsidir.
Afroamerikalıların əmin-amanlıq içində yaşaması üçün bu ifratçılıq məhv edilməlidir. Belə ki, romanın əsas
qəhrəmanı üçün iki cür imkan var: ya saxtakarlıq edib ağ adamlar dünyasına qoşulmaq (Jadinin etdiyi kimi),
ya da ―kilsə zirzəmisində piroq bişirmək‖, yəni mədəni mərkəzlərdən uzaq yerdə yaşamaq, təhsil almamaq
və həyatda öz məqsədlərinə çatmamaq. Əslində, o nə amerikalı, nə də qara dərili olmaq yox, yalnız öz
içindəki ―mən‖ olmaq istəyirdi. Öz romanı ilə Toni Morrison afroamerikalılara bildirmək istəyir ki,
bütünlüklə Amerika mədəniyyətinin bir hissəsi olmaq və ya yalnız əcdadlarının afrikalı keçmişi ilə yaşamaq
mümkün deyil. Toni Morrisona görə, Afroamerika millətinin orijinallığı ondan ibarətdir ki, onun tarixində,
mədəniyyətində və həyat tərzində Afrika və Amerika mədəniyyəti bir-birinə nüfuz edir və bir-birindən
ayrılmır.
Multikulturalizmin ABŞ üçün yeni tendensiya olduğunu demək olmaz. Əksinə, tarixən Birləşmiş
Ştatların ərazisi bütün etnos və millətlərin yaşayış yeri olub. Bu ölkədə milli ədəbiyyat multikulturalizm
kursunun təşəkkülündən daha əvvəl formalaşmışdı. Postmodernizm nöqteyi-nəzərindən anlayışın başqa cür
dərk edilməsi ilə əlaqədar olaraq, keçən əsrin ortalarında ədəbiyyatda multikulturalizm problemi ön plana
çıxırdı və ətraflı təhqiqat tələb edirdi.
Qeyd etmək lazımdır ki, hazırda multikulturalizm bir çox ölkələri, hətta bütün tarixi boyu etnik tərkibi
homogen olan ölkələri əhatə edən fəlsəfədir. Bu fəlsəfə XXI əsrdə qloballaşmanın yeni metodu kimi çıxış
edir. Lakin ABŞ-da onun xüsusi statusu vardır və bunun öz tarixi səbəbləri mövcuddur. Birinci səbəb – qısa
müddətdə dövlətin inkişaf etməsi. İkinci səbəb isə ABŞ-ın çoxmillətli olmasıdır, axı bu ölkə etnosların
müxtəlifliyi ilə dünyada seçilir. Üçüncü səbəb – etnik, dil və dini müxtəlifliyin unifikasiyasına can atmamaq.
Baxmayaraq ki, Birləşmiş Ştatların ərazisində mövcud olan dillərin və xalqların təqribən hamısı təmsil
olunur, onlardan heç biri dominant kimi fərqlənmir və digər multikultural əlamətlərlə münasibətdə hakim
mövqe tutmur.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
350
BƏDĠĠ TƏRCÜMƏLƏRĠN YÜKSƏK KEYFĠYYƏTĠ UĞRUNDA ƏKBƏR AĞAYEVĠN FƏALĠYYƏTĠ
Vəlili R.Ə.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Müasir mərhələdə, xüsusilə, milli-mənəvi sərvətlərin öyrənilməsində, tədqiq olunmasında və təbliği
sahəsində tərcümənin rolu və əhəmiyyəti xüsusi nəzərə çarpır. Mənəvi ünsiyyətlərin yaratdığı tarixi zərurət
səbəbilə milli ədəbiyyatlar bir-birinə yaxınlaşmış, bir-birindən bəhrələnmişlər.
Tərcümə qarşılıqlı ədəbi əlaqələrin inkişafında zəruri bir sahəyə çevrilmiş, milli mədəniyyətləri,
ədəbiyyatları bir-birinə yaxınlaşdırmış, xalqlar arasında mənəvi ünsiyyətə körpü yaratmışdır.
Azərbaycan ədəbiyyatında bədii tərcümənin demək olar ki, bütün növləri mövcuddur. İstər şeirlə,
istərsə də nəsrlə edilən bədii tərcümələr içərisində Puşkin, Lermontov, Mayakovski kimi şirlərin şeir və
poemalarına, Lev Tolstoy, Nikola Bualo, D.Defo, A.Qaydar, M.Qorki, F.Lanker, Jül Vern, Ç.Dikkens və b.
yazıçıların roman və hekayələrinə və s. rast gəlmək mümkündür.
Görkəmli ədəbiyyatşünas, tərcüməçi, professor Əkbər Ağayev tərcüməyə, onun nəzəri məsələlərinə
ümumi ədəbi-nəzəri fəaliyyətinin tərkib hissəsi kimi xüsusi əhəmiyyət vermişdir. Ə.Ağayev həm praktik
tərcümə, həm də onun əhəmiyyət doğuran aktual problemlərinin tədqiqi istiqamətində faydalı yaradıcılıq işi
aparmış ədəbi şəxsiyyətlərdən olmuşdur.
Tərcümənin ədəbi prosesdə yüksək rolu və əhəmiyyəti var. Yaradıcılığın spesifik sahələrindən olan
tərcüməyə tarixi maraq və ənənədən çıxış edərək Ə.Ağayev milli-mədəniyyətin zənginləşməsində, qabaqcıl
dünya mədəniyyətilə qarşılıqlı ünsiyyətə imkan yaradılmasında onun xüsusi əhəmiyyətini qeyd edirdi.
Tərcümənin ictimai rolu və funksiyası haqqında bəhs etdiyi məqalələrindən birində Ə.Ağayev yazırdı:
―Tərcümə ədəbiyyatı hər bir xalqın həyatına, onun mədəni inkişafına qüvvətli təsir göstərən amildir.‖
Tərcümə vasitəsilə xalqlar arasındakı dostluq, əməkdaşlıq möhkəmlənir, onlar bir-birinin tarixi,
mədəniyyəti, həyat və məişəti, adət və ənənələri, mənəvi varlığı ilə tanış olurlar.
Ə.Ağayevin tərcümələri onun nəzəri və sənətkarlıq məsələlərindən bəhs edən ilk məqalələri 30-cu
illərin ikinci yarısındam dövri mətbuatda nəşr edilməyə başlamışdır. Müəllifin ədəbiyyat aləmində ilk çıxışı
tərcümə məsələlərinə həsr olunmuş ―Yüksək keyfiyyətli tərcümə uğrunda‖ adlı məqalə ilə başlayır.
Ə.Ağayevin tərcümə məsələlərindən bəhs edən ― ―Oğul‖ poemasının tərcüməsi haqqında‖ (1947),
―Bir tərcümə haqqında‖ (1952), ―Dostluq töhfələri‖ (1959) məqalələrində tərcümənin mühüm yaradıcılıq
problemləri işıqlandırılır, dilimizə tərcümə olunan nümunələrin başlıca nöqsanları göstərilməklə yanaşı,
tərcümədə orijinalın məzmununun, üslub və ideyasının qorunub saxlanılması kimi vacib məsələlərə obyektiv
münasibət bildirilir.
Ə.Ağayevin tərcüməçilik fəaliyyətinin mühüm bir hissəsini rus və Qərbi Avropa ədəbi-nəzəri və
estetik irsindən elədiyi tərcümələr tutur. Alimin tərcüməçi kimi bu sahədə ilk yaradıcılıq işi 40-cı illərin
ikinci yarısından başlayır.
Nəzəri-estetik irsdən Ə.Ağayevin elədiyi tərcümələr içərisində XVII əsr fransız şairi, tənqidçisi,
klassisizm cərəyanının banilərindən hesab olunan Nikola Bualonun ―Poeziya sənəti‖ əsəri xüsusi yer tutur.
―Poeziya sənəti‖ sırf nəzəri məsələləri əhatə edir, buna baxmayaraq, Şərq üçün də ənənəvi olan şeir
formasında yazılmışdır. Əsər bir növ qanun və nəzəriyyə nümunəsi hesab olunur. Əsərin şeirlə yazılması
tərcümədə formanı saxlamaqda tərcüməçi üçün müəyyən çətinliklər törətsə də, tərcüməçi orijinal və yaradıcı
bir yolla gedərək əsərin əsas nəzəri müddəalarını, müəllif ideyasını, üslub və özünüifadəsini qoruyub
saxlaya bilmişdir.
Ə.Ağayev bir tərcüməçi kimi, bədii ədəbiyyatdan, nəzəri-estetik irsdən tərcümə elədiyi nümunələri
bilavasitə rus dili vasitəsilə dilimizə çevirmişdir. Ancaq alim-tərcüməçi həm Qərbi Avropa dillərinə, həm də
Şərq dillərinə yaxından bələd idi. Tərcümə prosesində tərcümə ilə orijinalı müqayisə etməyi də zəruri
şərtlərdən biri hesab edirdi.
Tərcüməçi kimi Ə.Ağayevin bu sahədə fəaliyyəti çox məhsuldar olmuş, onlarla rus və digər milli
ədəbiyyatlardan, dünya ədəbiyyatı nümunələrindən orijinalı duya-duya, sevə-sevə yüksək peşəkarlıqla
dilimizə tərcümələr etmişdir. Tərcümə olunan əsərlər içərisində D.Defonun ―Dənizçi Robinzon Kruzonun
həyatı və qəribə sərgüzəştləri‖, A.Qaydarın ―Seçilmiş hekayələr‖i, M.Qorkinin ―Nağıllar‖ı, F.Lankerin
―Uşaqlar və xəncər‖, ―Bolqar xalq nağılları‖, Jül Vernin ―Arxipelaq alovlanır‖, Ç.Dikkensin ―Oliver Tvistin
macəraları‖ və b. əsərlər var və bu əsərlər tərcümə olunan bədii nümunələrin tam siyahısı da deyil.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
351
Dostları ilə paylaş: |