AZƏRBAYCAN CƏMĠYYƏTĠNDƏ DĠN VƏ MULTĠKULTURAL DƏYƏRLƏR
Qafarova Z.Z.
Sumqayıt Dövlət Universiteti
Arxeoloqlar insanlıq tarixinin ilk günlərindən din haqqında təsəvvürlərin mövcud olduğunu
söyləyirlər. Onlar arxeoloji qazıntılar zamanı tapıntıların kimliyinin müəyyənləşdirilməsində qədim
insanların dini təcrübəsinin əhəmiyyətli olduğunu bildirirlər. Qazıntılar göstərir ki, neandertal insan dəfn
mərasimini xüsusi qaydalar əsasında aparmışdır. Belə ki, təbiətdə canlılardan bir çoxu öz yoldaşını dəfn etsə
də, insanlar qədər seçici olmamışdır. Qazıntılar zamanı qəbirlərdən tapılan əşyalar göstərir ki, insanlar ölənin
daha sonra həyatının davam edəcəyinə inanmış və bu səbəbdən onun yanına sonra istifadə edə bilməsi üçün
lazım olan əşyaları qoymuşlar. Bu da həmin insanların dini inancının ilk göstəriciləri kimi diqqəti çəkir.
Qədim qayaüstü rəsmlərdə insanların müxtəlif heyvanları ovlaması təsvirlərini görürük. Həmin səhnələrdə
şaman və ozanların şəkli də öz əksini tapmışdır. Bu bir daha göstərir ki, insanlığın ilk yaranışında həyatın
mifik təbiətinə inam mövcud olmuşdur. Bütün araşdırmalara rəğmən, qədim insanların tam mənada nəyə
inandıqları və hansı ayinləri yerinə yetirdiklərini dəqiqliyi ilə söyləmək mümkün olmasa da, hal-hazırki
cəmiyyət nəinki maddi baxımdan, eləcə də mənəvi baxımdan öz nənə və babalarının varisi hesab olunur. Bu
mənada qədim insanların dini təsəvvürləri müəyyən qədər hal-hazırki cəmiyyətin həyat tərzində də primitiv
şəkildə olsa da, özünü göstərməkdədir.
İnsanlıq tarixinin elə bir dövrü yoxdur ki, orada cəmiyyət dinə söykənməsin. Dinlərin müəyyən
qadağalı həyat tərzi tələb etməsinə, müəyyən dövrlərdə materializmin təbliği ilə əlaqədar qoyulan yasaqlara
baxmayaraq, insanlar dini həyat tərzini izləmiş,onun əhəmiyyətini itirməmiş və gizlin olaraq dini
yaşatmışlar.
Yaxşı, onda bu din nədir? Bu sual dəfələrlə araşdırılmış və ona çox sayda cavablar alınmışdır. Din o
qədr çoxcəhətlidir ki, onu konkret bir təriflə açmaq olmaz. Latın dilində ―religire‖ kimi tələffüz olunan bu
kəlmə ―birləşdirmə‖, ―bağlama‖ mənasını verir. Bu gün bizim işlətdiyimiz ―din‖ sözünün kökü də ərəb
dilindəki ―əqaidin‖(əqd) sözünə gedib çıxır ki, onun da mənası ―bağlanmaq‖ deməkdir. Eyni kökdən
törənmiş din kəlməsi isə düyün vurub bağlanmaq, bir şeyə könüldən inanmaq, o şeyi qəlbən mənimsəmək
anlamına gəlir. Bu da göstərir ki, insan Allahın yaratma prosesinin nəticəsi olsa belə, özünün azad istəyinə
əsasən onunla bağlanmağı seçir. Bir çoxları düşünür ki, din bütün hallarda yaradandan bəhs edir. Amma elə
dinlər də vardır ki, onlar yaradanın varlığını qəbul etmir, məsələn, bütpərəstlik kimi. Ona görə də gəlin dinin
bir neçə açıqlanmasına nəzər yetirək.
Bir çoxlarına görə din, insan və cəmiyyəti aşan, ilahi qaynağı olan bir reallıqdır. Din insana və
cəmiyyətə tətbiq edilməklə tapınanla tapınılan arasında münasibətdir. Bəzilərinə görə, din gülünc bir
anlamadır. Bütün bunlara baxmayaraq, insanlığın daha qədim dövrlərindən etibarən din mövzusu cəmiyyətə
söykənən, onu sorğulayan bir anlama dayanır.
Din ilə cəmiyyət mövzusunu sistematk şəkildə araşdırdıqda məlum olur ki, din cəmiyyət üzərində
təsirə malikdir. Digər bir tərəfdən, din insanlarların yaradan ilə əlaqələrini möhkəmləndirmək, var olduqları
dünyanı tanımaq üçün bir vasitədir. Bu səbəbdən də din bir sıra ictimai funksiyaları öz üzərinə götürür. Belə
ki, hər yeni din müəyyən dərəcədə dəyişmiş cəmiyyət formalaşdırır, fərdi davranışlar tətbiq edir. Nəticədə
din ilə cəmiyyət arasında əsaslı əlaqənin mövcudluğu bir daha özünü təsdiq edir.
Dinin mühüm funksiyalarından biri də insanlarda yeni düşünmə tərzini formalaşdırmaqdır. Bu da
cəmiyyətin yeni dünya ilə üz-üzə durması, qarşılaşmasıdır. Bir sözlə, din həyata məna və məqsəd
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
316
qazandıraraq onun dünya qurmaq arzusunu həyata keçirmiş olur. Insan dinin köməyi ilə dünyanın mənasını
açmağa çalışır, bunun üçün yeni ideyalar qurur və nəticə əldə etməyə çalışır. Bu da dinin strateji tərəfidir.
Insan kainatı dini baxımdan da qavramağa çalışır. Bütün dinlərin demək olar ki, həyatın hər sahəsinə aid
müəyyən açıqlaması, münasibəti vardır. Bu baxımdan da hər bir din özü ilə həyata bir baxış gətirərək, nəticə
olaraq da davranış, həyat tərzi formasında təzahür edir. Dini düşüncə elə bir təsirə malikdir ki, insanlar
nəinki gündəlik işlərini görərkən, hətta istirahət edərkən belə onun təsirində qalırlar. Ətrafa münasibətdə belə
fərqinə varmadan dini düşüncələrindən qaynaqlanır və bu tərz davranış sərgiləyirlər. İnsan mədəniyyət və
cəmiyyətdən uzaq düşdükdə belə, bu düşüncə onunla qalmaqda davam edir.
Din ictimai formada davranışların təyin olunması üçün çox əhəmiyyətlidir. Bu baxımdan insanın
dünya qurmaq, inkişaf etmək arzusu üçün dinin mühüm rolu var. Belə ki, hər bir din özünü qəbuledilən və
qəbuledilməyənləri ilə sərgiləyir. Yəni müəyyən tabulaşmış qanunları ilə üzə çıxır. Bu qanunlar hətta bir sıra
ictimai həyat normalarının önündə gəlir. Belə ki, yalnız təbiətə münasibətində deyil, eləcə də gündəlik
həyatda, ailədə, işdə, iqtisadiyyat və dövlət idarəçiliyində də özünü büruzə verir. Dünya dinləri işərisində bir
neçəsi bu gün hegemon dövlətlərin idarəçiliyində əhəmiyyətli təsirini qorumaqdadır. Lakin bir sıra dövlətlər
də var ki, dini dövlət idarəçiliyindən ayrı tutmağı bacarmış və onu yalnız həyat tərzi kimi tanımışdır. Bu da
dövlət, cəmiyyət və din arasında daha azad münasibətin sərgilənməsinə imkan vermişdir.
Bir mənada da din yalnız yaradana tapınma vasitəsi deyil, o həm də həyat tərzidir desək, yanılmarıq.
Insanlar dinin nə olduğunu doğru dərk etsələr, onda bütün dünyada əmin-əmanlıq hökm sürər. Bu gün
əhalimizin demək olar ki, mühüm faizi İslam dininə sitayiş edir. İslam və onun ehkamlarına münasibət
müxtəlif ictimai və sosioloji səbəblərdən gündən-günə dəyişməkdədir. Bu da İslamın müəyyən zaman
aralığında qadağan olunması və sonradan yenidən dirçəlməsi səbəbindəndir. Əhali İslamla yenidən tanışlığa
başlamış və bu da bəzi problemlərin üzə çıxmasına səbəb olmuşdur. Bununla belə, İslam tarixinə bələd olan
hər bir kəs bilir ki, onun yaradıcısı olan Məhəmməd peyğəmbər öz dövründə ağlasığmaz cahillikləri ilə
seçilən ərəbləri dini qanunları ilə bir cəmiyyət halına gətirə bilmişdir. O həm də möhkəm siyasi və sivil
qanunların köməyi ilə idarəçiliyi qurmaq və rəhbərlik etməyin yollarını göstərmişdir.
Azərbaycan tarixinə nəzər yetirsək görərik, ki, öz tarixi inkişafı boyu coğrafi mövqe, etnik tərkibindən
asılı olaraq, əhali müxtəlif dinlərə etiqad etmişdir. Ayrı-ayrı dövrlərdə tanrıçılıq, zərdüştlük, xristianlıq, islam
kimi bir çox digər dini inanclar insanlar arasında yayılmış, onların mədəni və sosial həyatına təsir etmişdir.
Din ilə ilk tanışlıqlarında insanlar elə düşünürdülər ki, din yalnız yaradana sitayiş deməkdir. Bir çoxları üçün
yaradan, ona olan inamdan daha yüksəkdir. Odur ki, onu göstərmək üçün müxtəlif ayin və mərasimlər
düşündülər. Lakin daha sonra anlaşıldı ki, yaradan, inam və onu sərgiləyən ayinlərdən də daha fərqli bir
mövcudluqdur. Bu da dinin elmi açıqlamaları nəticəsində mümkün oldu. Bu gün cəmiyyətimizdə dinə
münasibət müxtəlif aspektlərdə özünü göstərsə də, dini dünyagörüşü öz yerini bir çox formada elmi
dünyagörüşünə vermiş, din və cəmiyyət arasında səmimi bir yaxınlıq yaranmışdır.
Heç şübhə yoxdur ki, bu gün İslam dünyasının və əsrin ən aktual məsələlərindən biri müsəlmanların
birlik məsələsidir. Bizim dövlət dinimizin İslam dini olduğunu və əhalinin böyük hissəsinin bu dinə sitayiş
etdiyini nəzərə alsaq, məsələnin bizə də az və çox mənada təsirini görəcəyik. Bütün bunlara baxmayaraq,
Azərbaycan ərazisində mövcud olan tolerant ab-hava bu məsələnin müəyyən dərəcədə həllini mümkün edir.
Tarixə nəzər salsaq, görərik ki, Azərbaycanda heç bir zaman dini zəmində qarşıdurma olmamışdır.
Müstəqillik əldə edildikdən sonra da dövlət-din münasibətləri müxtəlif məzhəblər arasında anlaşmanın, birgə
yaşayışın bərqərar olmasına səbəb olmuşdur. Elə bu səbəbdən də Azərbaycan bu gün dünyada tolerantlıq
məkanı kimi tanınır.
DĠLÇĠLĠKDƏ SĠFƏTĠN TƏDQĠQĠ MƏSƏLƏLƏRĠ
Qasımlı L.M.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Müasir ingilis dilində ―adjective‖, Azərbaycan dilində ―sifət‖, rus dilində ―прилагательное‖ termini
ilə adlandırılan söz kateqoriyasının mənşəyi problemi müasir dilçilikdə qəti həllini tapmadığı səbəbindən hər
zaman tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Tədqiqatçılar arasında sifət kateqoriyasının mənbələri və
diaxroniyası ilə bağlı fikir birliyi yoxdur. Məsələn, rus nəzəri dilçiliyində hələlik az və ya çox dərəcədə qəbul
edilmiş ümumi fikir bundan ibarətdir ki, sifətlər isimdən törəmişdir (S.D.Katsnelson, A.A.Potebnya,
L.P.Yakubinski, V.M.Jirmunski və s.). A.P.Yudakin sifətlərin isim, feil və zərflərdən törədiyini iddia edir.
V.S.Yurçenko və A.P.Volodin sifətin zərfdən əmələ gəlməsi fikrini irəli sürürlər. V.Z.Panfilov sifət
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
317
kateqoriyasının feil və isimlərdən əmələ gəlməsi mülahizəsindədir. S.L.Çarekov sifət kateqoriyasının
sinkretik sözdən əmələ gəldiyini göstərir. O.N.İkonnikova müxtəlifsistemli dillərin materialları əsasında sifət
kateqoriyasının diaxroniyasını izləyərək göstərir ki, sifətlər dünya dillərində iki qeyri-yekcins cərgə ilə təmsil
olunur ki, bunlardan birini əsli (keyfiyyət) sifətlər, digərini isə nisbi sifətlər təşkil edir. Bundan çıxış edən
tədqiqatçı belə nəticəyə gəlir ki, əsli (keyfiyyət bildirən) sifətlər stativ feldən, nisbi sifətlər isə isimdən əmələ
gəlmişdir.
Sifət nitq hissəsi keyfiyyət və əlamət bildirən söz qrupu kimi dilçilik tarixində uzun müddət xüsusi bir
adla göstərilməyib, semantik və sintaktik cəhətdən ayrıca bir nitq hissəsi şəklində fərqləndirilməmişdir.
Əsrlər boyu digər sözlərlə birlikdə, müasir təsnifat meyarları üzrə isim statusu almaqla, onlar substantiv
(əşyavi) mənaya malik olmuş, ad sinfinə aid edilmiş və sadəcə adlar adlandırılmışdır. Antik
qarammatikalarda göstərildiyi kimi, e.ə. II əsrdə alimlər keyfiyyət adları ilə təfərrüatı ilə məşğul olmağa
başlamışlar. Bu vaxtdan etibarən keyfiyyət adları bəzən feli sifət kimi müstəqil nitq hissəsinə ayrılmış
(Samofrakiyalı Aristarx), başqa hallarda isə ümumi ad sinfinin tərkibində epitetlər (latın dilinə tərcümədə
adyektiv) kimi konkret sintaktik funksiya daşıyan leksemlər (Frakiyalı Dionisi) olaraq saxlanılmışdır.
Apolloni Diskolun özü də keyfiyyət adlarını xüsusi nitq hissəsi kimi ayırmamış, onu gah cümlənin tərkib
hissəsi olan təyin, gah da atributiv konstruksiyanın hissəsi olaraq ifadə etmişdir. Bu zaman o göstərirdi ki,
təyin təkcə adyektiv adla deyil, həm də yiyəlik əvəzlikləri, feli sifət, say əlavəli adlarla ifadə olunur. Buradan
da ingilis dilində ―adjective‖, rus dilində ―прилагательное‖ termininin sintaktik mənşəyi aydın olur.
Bununla bərabər, ingilis dilində ―adjective‖, rus dilində ―прилагательное‖, Azərbaycan dilində ―sifət‖
sözünün daxili formasına diqqət yetirmək lazım gəlir. Rus dilindəki söz ―nəyəsə əlavə edilən, qoşulan‖
mənasına gəlir. İngilis dilindəki söz latın mənşəli ―adjectus‖ və ya ―adjectivus‖ sözündən törəmişdir. Latın
mənşəli söz ―ad (lat.) - to,next to (ing.) - istiqamət bildirən‖ və ―jectivus (lat.) – thrown(ing.) –qoyulmuş,
atılmış‖ hissələrindən ibarətdir və ―əlavə edilmiş‖, ―yanına qoyulmuş‖ mənasına gəlir. Sözün daxili onun
keçdiyi inkişaf yolunu göstərir. Nəticə odur ki, ingilis və rus dilinin materialları göstərir ki, nəzərdən
keçirilən dil hadisəsi ―qoşulduğu, əlavə edildiyi‖ başqa bir dil hadisəsi, başqa bir dil vahidi ilə birbaşa
əlaqəlidir.
Azərbaycan dilindəki ―sifət‖ sözü ilə bağlı onu demək olar ki, ―Sifət termini qrammatika kitablarına
neçə onilliklər bundan əvvəl daxil olsa da, bu terminin mənası aydınlaşdırılmamış və izah edilməmişdir.
―Sifət‖ sözü dilimizə ərəb dilindən keçmiş, öz işlənmə yerinə görə ―üz‖, bir şəxsi və ya əşyanı başqalarından
fərqləndirən hal, surət, keyfiyyət mənaları ifadə etməklə yanaşı, qrammatikada bu xüsusiyyətləri ifadə edən
sözlər qrupunun ümumi adını ifadə edən termin kimi də işlənir.
Dilçilik tarixində sifətin bir nitq hissəsi olaraq müxtəlif meyarlar əsasında müəyyənləşdirilməsinin
şahidi oluruq. Məsələn, F.F.Fortunatov, M.N.Peterson, V.M.Jirmunski, H.Suit sifətə tərif verərkən formal-
morfoloji meyardan çıxış edir. Bu meyara əsasən sifət tam müstəqil sözlər olub, sözdəyişdirici, cinsə və hala
görə dəyişən formalara malikdir.
A.A.Potebnya, S.D.Katsnelson semantik meyardan çıxış edir. Semantik meyara görə, sifət əşyaya
verilmiş elə əlaməti bildirir ki, o, başqa sözün köməyi olmadan məzmun baxımından qeyri-müəyyən qalır.
A.A.Şaxmatov sifətə sintaktik meyar əsasında yanaşır. O, sifətə elə nitq hissəsi kimi yanaşır ki, isimlə birgə
təsəvvürə gəlir, onun vasitəsilə qrammatik cins, kəmiyyət, hal və subyektiv qiymətləndirmə kateqoriyalarına
malik olur.
Sifət nitq hissəsinə funksioanal-semantik, funksional-sintaktik meyarla yanaşmaları da dilçilikdə
müşahidə etmək olar. Bu meyarlardan sonuncusuna görə, sifət ―əlamətlilik‖, ―atributivlik‖ kimi xarakterizə
oluna bilər. Funksioanal-semantik meyara görə sifət əşyanın əlamətini bildirən, ismi təyin edən və onunla
cinsə, kəmiyyətə və hala görə uzlaşan sözlərdən ibarət qrammatik kateqoriyadır. Funksional-sintaktik meyara
görə, sifətlər öz formaları ilə sintaktik təyin funksiyasını yerinə yetirməyə yönələn söz sinfindən ibarətdir.
Dilçilik tarixinə ekskurs onu göstərir ki, sifət nitq hissəsi adlar və feillər arasında ikili mövqe tutduğuna görə
və bütün dillərdə müstəqil kateqoriya olaraq fərqləndirilmədiyinə görə universal qrammatik statusa malik
deyildir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
318
ENGLISH AS A MULTICULTURAL LANGUAGE
Qazıyeva M.
Azerbaijan University of Languages
English is no longer the language of only so-called native speakers of English (e.g. Americans, British,
Australians, and so on) because the number of native speakers is already outnumbered by non-native
speakers of English. It has already become a global language which is not only a means of disseminating
new knowledge in any field throughout the world but also a means for intercultural communication. English
has already become an inevitable part of the education in Azerbaijan though there are many challenges to
make its teaching more effective. Those challenges include techniques of teaching to macro-level
educational language planning in Azerbaijan. One of the major challenges is how teaching of English can be
made appropriate in the multilingual and multicultural context of Azerbaijan.
Despite the fact that indigenous languages are on the verge of extinction, there is a great interest of
learning English among students and parents also aspire to educate their children in English medium schools.
This aspiration has been already reflected in the educational language policy of the Ministry of Education to
introduce English from Grade One in community schools. The number of schools switching to English
medium is increasing every year. On the other hand, English is both subject and medium of instruction from
pre-primary level in private schools. However, there are many challenges to teach English to students who
come from various linguistic and cultural backgrounds. One of the challenges is that whether or not students
get chance to utilize their own cultural and linguistic knowledge in schools while learning English.
Professor Holliday argued that the English language can foster intercultural communication among the
children from diverse cultural as well as linguistic backgrounds. Focusing on the importance of children‘s
prior knowledge, he reiterated that teachers of English should capitalize multicultural experiences that
children bring into the classroom while teaching English. He also put a significant point that teaching of
English should be contextual and we need to educate children about the nature of English in relation to
society. This clearly indicates that to address the expectations and experiences of children from diverse
cultural backgrounds, teachers‘ role as a passive-technician is not enough rather they have to be a
transformative intellectual. Teachers should understand that classroom is socially constructed and
historically situated and they should create such an environment where students from various backgrounds
can get opportunities to utilize their prior knowledge. In general, English teachers are not simply in-charges
of classroom but also agents for social change. They can also contribute to foster democracy and critical
thinking skill by creative inclusive learning environment where students can exercise their values,
assumptions and identities shaped by local, national and global socio-cultural settings and expectations.
Breaking rules of traditional teaching, teachers have to arouse curiosity of students to resolve various
puzzles themselves rather than showing their fault while they make mistakes. Emphasizing the importance of
thinking process, students should be given enough time to think while teaching English. This clearly
indicates that we need to rethink the way we are teaching English in Azerbaijan.
Critically assessed the consequences of detaching teaching English from cross-cultural context in
Azerbaijan. Analyzing the socio-political and historical discourses our practices of teaching English have not
been able to address socio-cultural realties. The fact is that teaching and learning of English has been
confined within the classroom. This clearly indicates that there is a huge gap between socio-cultural reality
and teaching of English. We can design syllabuses and can develop viable methods of teaching by
considering our own multilingual and multicultural realities. There is no point in following British or
American Standard English to teach English in our country. There is a craze of learning English even in rural
areas of the country, we have to closely observe how English is being produced (Spoken and Written) to
indentify our own variety of English. We have to work hard on designing syllabuses, writing textbooks and
producing learning materials which address expectations of Azerbaijani children from multilingual and
multicultural backgrounds. We have to explore more opportunities and should try developing alternative
ways of teaching to foster students‘ creative and critical thinking skills. Overall, we have to deconstruct the
tradition that confines English in the classroom, break the rules that make students produce only minimal
language, smash the hierarchy between teachers and students to foster two-way communication, demolish
monolithic and mono-cultural world view to advance intercultural communication and forget prescriptions of
any method to instill critical thinking skills for independent learning in students.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
319
DĠLÇĠLĠKDƏ DEYKSĠS MƏSƏSLƏSĠ
Qəmbərova X.Ə.
Sumqayıt Dövlət Universiteti
Dilçilikdə deyksis ifadəsi əlavə kontekstual informasiya olmadan tam anlaşılmayan ―mən‖, ―burda‖
kimi sözlərə aid edilir. Əgər sözlərin semantik mənaları müəyyəndirsə, onlar müəyyəndir. Mənanı çatdırmaq
üçün əlavə kontekstual linformasiyaya ehtiyacı olan sözlər deyktik sözlərdir, məsələn, Azərbaycan və İngilis
əvəzlikləri.
Deyksis termini qədim Yunan sözündən götürülmüş, ―göstəriş, nümayiş və ya istinad‖ anlamlarını
ifadə edir. Yul deyksisi dil vasitəsilə ―göstərmək‖ kimi ifadə edilir və bu ―göstərmə‖yi yerinə yetirən hər
hansı bir linqivistik forma deyktik ifadə adılandırılır.
Azərbaycan dilçilik ensiklopediyasında deyksis termini prosesin danışıq məqamındakı elementlərin
jestlər və dil ifadələrilə göstərilməsi kimi izah olunur. Deyktik ifadələr isə söyləmlərdə deyiliş məqamından
asılı olaraq yer, zaman və şəxs strukturunun xüsusiyyət və funksiyasının göstərilməsinə deyilir. Təbii dil
bütövlükdə deyktik komponentlərdən ibarətdir. Deyksis semantikanı praqmatika ilə birləşdirən vasitədir,
çünki dil ifadələri praqmatik subsituasiyalardan yaranır. Buna görə də müasir tədqiqatlarda deyksis
semantika və praqmatika ilə birgə öyrənilir.
Deyksisin əsas kateqoriyaları Filmor tərəfindən ―əsas qrammatikləşdirilmiş növlər‖ adlandırılan –
şəxs, yer və zaman kateqoriyalarıdır. Şəxs deyksisi danışıq prosesində iştirak edən ―qrammatik‖ şəxslərə
aiddir: 1) danışıq prosesində birbaşa iştirak edənlər, bunlar danışan və adresatdır (müsahib); 2) birbaşa iştirak
etməyənlər (danışıq prosesini eşidənlər); 3) danışıqda hallanılanlar. Məsələn:
I am going to the movies.
Where do you live?
They tried to hurt me, but she came.
Eyni zamanda məkan deyksisi kimi də bilinən yer deyksisi isə danışıq prosesinin məkanına şamil
edilir. Şəxs deyksisi kimi yer deyksisi də ya danışıq zamanı birbaşa iştirak edənlərin ya da haqqında
danışılan şəxs və ya obyektin yerini bildirir. Ingilis dilində ən çox işlədilən deyktik ifadələr ―here‖ (burda),
―there‖ (orda) zərfləri və ―that‖ (o) işarə əvəzliyidir. Məsələn:
I enjoy living in this city.
Here is where we will place the statue.
She was sitting over there.
Zaman deyksisi isə danışıq prosesinin baş verdiyi vaxtı bildirir. İngilis dilində zaman deyksisinə
―now‖(indi), ―then‖ (sonra), ―soon‖ (tezliklə) və s. kimi zaman zərfləri aiddir. Zaman zərfləri ya danışıq
prosesinin baş verdiyi zamana uyğun olur, ya da danışığın eşidildiyi vaxta. Filmor birinciləri
―encoding time‖ və ya ET, eşidildiyi vaxtı ifadə edən deyktik ifadələri isə ―decoding time‖ və ya DT
adlandırır.
Dostları ilə paylaş: |