tut – ―düşərgə‖ (160, III, 2, 1475) və
ast – ―aşağı‖, ―alt‖ sözlərindən ibarətdir.
Z a k r u t i və T a d i r u t i (er. əv. 744-cü il). Mid iyada dağ adları.
Yerli Saqirutu və Tadirutu oronimlərinin asur dilində yazılışıdır. Cənubi
Azərbaycanın Qaradağ mahalında lokalizə olunurlar. Babək üsyanı ilə əlaqədar
hadisələrdə Zəhrqaş və Dav-ər-Rud dağ adları kimi qeyd olunur. Za kruti oronimi
türkcə
saqir – ―dağ burnu‖, ―möhkəmləndirilmiş yer‖ (160,III,2,448) sözü, ―u‖
birləşdirici səsi və türkcə
tu – ―dağ‖ (160, III. 2, 1421) sözündən ibarətdir.
Şumer d ilində
an-zaggar (yazılışı semit mənşəli a kkadcadır) – ―qala‖,
―möhkəmləndirilmiş yer‖ sözü ilə türk d illərindəki
saqir və
çakar – ―qala‖,
―möhkəmləndirilmiş yer‖ (145,606) sözlərin in mənşə birliyinə görə həm də gü man
etmək olar ki, Zakruti oronimində bu sözün məhz şumer forması öz əksini
tapmışdır. Bütün hallarda o ronim ―Qaladağ‖ mənasındadır. Tadiruti oronimi isə
ted, tey – “ təpə‖ (145,548),
ur – “ dağın gündüşən tərəfi
” (100,211) sözləri, ―u‖
birləşdiric i səsi və
tu ―dağ‖ sözündən ibarətdir.
S i l x a z i (er. əv. 737-c i il). Asur dilində ―ç‖ və ―c‖ səslərinin
olmadığına görə həmin səslər ―s‖ səsi ilə verilirdi. Ehtimal ki, türkcə
çil –―çox da
böyük olmayan yarğan‖, ―çay yatağı‖, ―çaylaq‖ (145,615) v ə
azi (yazı) – ―çay sahili
düzən‖ sözlərindən ibarətdir. Bəlkə də ―azi‖ ko mponenti türk dillərindəki
aju – ―dağ aşırımı‖, ―dağ keçid i‖ (145,61) sözündən yaranmışdır. Er. əv. 713-cü ilə aid
mənbədə Midiyada Aqazi toponimi qeyd olunur ki, bu da türk dillərindəki
aq (torpağın süxurunun bozu mtulluğunu bildirən söz) və yazı – ―çay sahili dü zən‖
sözlərindəndir.
Midiya ə ra zisində b ir neçə toponim ―ur‖ sözü ilə dü zəlmişdir. Türk
dillərində
ur sözü ―tikmək‖, ―b ina etmə k‖, mənasını bildirir (166,I,599).
Toponimlərdə
ur – ― möh kə mləndirilmiş yer‖, ―qala s əddi‖, ―səngər‖ (145,415)
demə kdir. A ltayın türk d illərində
ur hə m də ―təpə‖, ―yüksəklik‖ mənasındadır və
ona görə oradakı Ural və Uraş toponimlərin in də bu sözdən yarandığı göstərilir.
Midiyada Uraş qala adı kimi qeyd olunur ki, bu da ―ur‖ sözünün mənasına
uyğundur. Bu ad Azərbaycanda XVI əsrdən məlu m olan Araş (Ərəş) toponimi ilə
bəlkə də eyni mənadadır. Urnakku toponimini asur dilind ə əlavə olun muş ―k‖ və
―u‖ adlıq hal şəkilçisindən ibarət olduğuna görə əsl forması Urnak kimi bərpa
olunur. XIV əsr müəllifi Hə mdu llah Qə zv ini Təbrizin bir mahalın ın Arunak
adlandığını yazır (32,43). Türkcə
ur və
nak (-
lak) şəkilçisindəndir. Qazaxıstanda
indiki Urnak şəhərinin ad ı ilə eynidir.
U r i k a t (er. əv. 719-cu il). Bu toponimi üç cür izah et mək o lar. Türkcə
ur-―yarğan‖, ―sıldırım‖ (143,579) və
k at – ―dağın meşəsiz gündüşən tərəfi‖
(145,264), ya xud
qat – “ tərəf‖, ―yan‖, sözlərindən ibarətdir. Altayda Uluq-Kat,
Kadır-Kat və b. (145, 264) dağ adları ilə müqayisə olunur. Urqa – ―yüksəklik‖,
―sıldırımlı yer‖ (145,580) sözündəndir. Erkən orta əsrlərdə Albaniyanın Arsak
əyalətində Urekat toponimi vardı (qədim ermən icə yazılışında bu da ―Urek‖
70
kimid ir, la kin hə min dildə adla rın sonluqların ın düşməsi səciyyəvi haldır, məsələn
Tusluk toponimi ―Tus‖ kimi yazılırdı.) Musa Kalankatlın ın ―Alban tarixi‖-ndə
sonluqları ―kat‖ sözü ilə bitən Kalankat, Karnakat, Şaqat və b. toponimlər çəkilir.