AZƏrbaycanin göRKƏMLĠ adamlari


M.  Ə.  Rəsulzadə  hökuməti  Denikinlə  mübarizədə



Yüklə 2.8 Kb.

səhifə11/26
tarix31.01.2017
ölçüsü2.8 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

M.  Ə.  Rəsulzadə  hökuməti  Denikinlə  mübarizədə.  Denikin  Rusiyanın 
köhnə  hüdudlarını  özünə  qaytarıb,  yenidən  Qafqazı  əsarət  altına  almaq  istəyirdi. 
Dağıstana  təcavüz  edən  Denikin  Azərbaycana  qarşı  işini  ehtiyatla  aparırdı. 
Azərbaycanın  ordusu  vardı  və  bu  qüvvətə  qarşı  döyüşmək  üçün  Denikin  əvvəl 
kəşfiyyatçılarından  istifadə  edirdi.  Kəşfiyyatçılar  Azərbaycan  hökumətindəki 
vəziyyəti  və  ordunun  quruluşunu,  sayını,  əsgərlərin  əhval-ruhiyyəsini  ona 
çatdırırdılar.    Azərbaycanda  casusluq  işini  Denikin    ordusunda  əks  kəşfiyyat 
idarəsinin rəisi Çernışev aparırdı. Maraqlı idi ki,  şovinistlik,  Azərbaycanı  yenidən 
əsarətə almaq fikri Çernışevin beynini elə dumanlandırmışdı ki, o hər şeyi unudub 
arvadı  Smıslovanı  da  qatmışdı  bu  işə.  Özgə  torpağını  zəbt  eləmək  istəyi  ailə 
namusundan və şirinliyindən vacib idi Denikin zabiti üçün. 
Demokratik  hökumətin  Daxili  İşlər  Nazirliyi  bu  casuslara  qarşı  ciddi 
tədbirlər  görməyə  başlamışdı.  Nəhayət,  əks  kəşfiyyat  idarəsinin  rəisi  Çernışevi 
tutdular. İstintaqda məlum oldu ki, Denikinin kəşfiyyat idarəsi Azərbaycanda bu işi 
görməli imiş: 

106 
 
1) Silahlı qüvvələri, heyəti, təchizatı müəyyənləşdirmək; 
2) Hərbi xarakterli tədbirlər görmək
3)  Xalqın  həm  Demokratik  hökumətə,  həm  də  «Bölünməz  Rusiyaya» 
münasibəti; 
4) Hökumət öz nüfuzunu saxlamaq üçün hansı fəaliyyəti aparır. 
Çernışevin  məhkəməsində  bir  dözülməz  fakt  da  çıxdı  ortalığa—demə 
Çernışevə  əks  kəşfiyyatını  aparmaqda  bəzi  Azərbaycanlılar  da  köməklik 
göstərirmiş. 
Çernışev  istintaqda  özünü  qəribə  aparır  və  Azərbaycanı  öz  ərazisi  sayırdı. 
Məhkəmənin  qərarı  ilə  hər  ikisi  Azərbaycan  ərazisindən  qovulub  çıxarıldı. 
Azərbaycanda o zaman Denikini istəyən çoxlu adamlar vardı. Rusların demək olar 
ki,  hamısı  Denikinin  gəlib  Azərbaycanı  istila  etməsini  istəyirdi.  Çünki  Denikin 
çarlıq  dövrünün  ağalığını  yenə  onlara  qaytaracaqdı.  İndi  isə  onların  hökmranlığı 
getmişdi. 
Az  keçməmiş  Denikin  Dağıstanı  və  Dərbəndi  tutdu.  Azərbaycan 
hökumətinin  başı  üzərini  təhlükəli  buludlar  aldı.  Onda  Azərbaycan  hökuməti 
düşmənə  qarşı  birgə  mübarizə  aparmaq  üçün  Gürcüstanla  qarşılıqlı  müqavilə 
imzaladı, 3 il müddətinə 10 maddədən ibarət olan bu müqavilə  müdafiə  xarakteri 
daşıyırdı. 
Azərbaycanlılar Denikin istilasına məruz qalmış dağıstanlılara hər vasitə ilə 
kömək  edirdilər.  Azərbaycan  hökuməti  o  zaman  Dağıstana  müddətsiz  və  faizsiz 
olaraq 50 milyon manat, Azərbaycan büdcəsinin səkkizdə biri qədər pul verdi. Bu 
pul ingilis lirəsi ilə hesablananda 2 milyon yarım pul edirdi. 
Məmməd Əmin Rəsulzadə yazırdı: 
«Denikinə  qarşı  mübariz  bulunan  Dağıstana  yardım  üçün  Nuri  paşa 
təşkilatına hər növlə yardımda bulunmuşdur. Dağıstan hökumətinin Denikin intriqa 
və  təcvüzü  üzərinə  inhilalı  dağıstanlılar  qədər  Azərbaycanı  dəxi    mütəəssir 
eyləmişdir.  Dağıstanın  Denikin  istilasına  məruz  qalması  məclisi-məbusanda, 
əfkari-ümumiyyədə  qeyri-qabil  təsəvvür,  bir  həyəcan  doğurmuş  və  qardaş 
dağlıların  istixlası  üçün  zaman  və  məkanın  müsaidə  eylədiyi  tədabiri-ittixazinə 
təvəssül edilmişdir». 
Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan hökuməti Denikin 
təhlükəsini aradan qaldırmaq üçün ciddi tədbirlər görürdü. 
Azad Azərbaycan hökumətinin qərarlarından: 
I.  1919-cu  il  avqustun  11-də  parlament  Azərbaycan  vətəndaşlığı  haqqında 
qərar qəbul etmişdir;  
Milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycan ərazisində ya özü, ya 
da  valideynləri  doğulub  boya-başa  çatmış  keçmiş  Rusiya  imperiyasının  adamları  
Azərbaycanın vətəndaşı sayılırlar. 

107 
 
Azad Azərbaycan hökuməti elmin, təhsilin inkişafına böyük diqqət yetirirdi. 
1919-20-ci  tədris  ilində  Dövlət  universitetinin  təşkili  və  yaradılması  üçün  dövlət 
büdcəsindən 5 milyon manat pul ayrılmışdı. 
Azad  Azərbaycan  hökuməti  1919-cu  il  oktyabrın  30-da  mətbuat  haqqında 
qanun qəbul etmişdi, həmin qanunun məzmunu: 
Müəyyən  mətbəənin,  qəzetin,  jurnalın  açılması  üçün  hökumətin  heç  bir 
qarışacağı  yoxdur,  yəni  sərbəstlikdir.  Ümumi  müşahidə  vəzifəsi  hökumətin  İşlər 
idarəsində  mətbuat  üzrə  Baş  müfəttişə  tapşırılır.  Qəzet,  jurnal,  mətbəə  açmaq 
istəyən  adam  aşağıdakı  məzmunda  bir  ərizə  yazır  və  bununla  da  icazə  alıb 
fəaliyyətə başlayırdı. Ərizə bu şəkildə olmalı  idi: 
1) Adı, atasının adı, familiyası; yaşadığı yer, 
3) Açacağı qəzetin, jurnalın adı. 
3) İşə qəbul edəcəyi adamların sayı. 
Azad Azərbaycan hökumətinin qərarı ilə 1919-cu il noyabrın 15-də Dövlət 
universitetinin  açılışı  olmuşdu.  Bütün  parlament  üzvləri  açılışda  iştirak  edirdilər. 
1094  tələbədən  297-si  azərbaycanlı  idi.  Başqa  millətlərin—yəhudilərin,  rusların, 
polyakların, gürcülərin, almanların, yunanların da uşaqları uiversitetdə oxuyurdu. 
Azad Azərbaycan hökuməti xaricə 100 tələbə göndərmişdi: 
10  nəfər  İngiltərəyə,  23  nəfər  İtaliyaya,  45  nəfər  Fransaya,  9  nəfər 
Türkiyəyə.  Baş  verən  hadisələrlə  ədaqədar  qalanları    Rusiyaya    göndərilmədi. 
Tələbələrə hər  ay Azərbaycan hökuməti 400 frank pul verirdi. 
Azad Azərbaycan hökuməti türk dilinin qayğısına qalırdı. 
Bakıda, Gəncədə, Şuşada, Nuxada, Zaqatalada, Qazaxda yaşlılar üçün türk 
dilində axşam kursları açılmışdı. 
Azad  Azərbaycan  hökuməti  respublikanın  hər  yerində  azad  satış  elan 
etmişdi. 
Vətən azad idi, xalq xoşbəxt yaşayırdı. Əsarətdən, istibdaddan uzaq olan bu 
Odlar yurdunda adamların güzəranı getdikcə yaxşılaşırdı. Xalqın varlısı da, kasıbı 
da ümumi bir məqsədə—Azad Azərbaycanın xoşbəxtliyinə çalışırdı. 
ġahid sözü. Sara Zeynalova, 90 yaşında. 
O zamankı Azzrbaycan yaxşı yadımdadır. Atam Hacı Zeynalabdin Tağıyev 
hökumətin  işinə  köməklik  göstərirdi.  Hökumətin  əsgərləri  üçün  pulsuz  yüz  min 
metr ağ parça vermişdi. Bir hadisə də yadımdadır. Bir dəfə Nəsib bəy atama zəng 
etdi ki, bəs Amerikadan hökumətimizin dəvəti ilə qonaq gəlib. İcazə versəniz, sizin 
evdə onları qəbul edərdik. Atam icazə verdi. Amerikalılara böyük qonaqlıq verildi. 
Nəsib  bəy,  Fətəli  xan  atama  çox  hörmətlə  yanaşırdılar.  Məmməd  bəyin  adını  da 
atam tez-tez işlədirdi. 
M.  Ə.  Rəsulzadə  hökumətini  dünya  dövlətləri  tanıyır.  Həmin  günün 
sevincini  də  heç  zaman  unutmayacaq.  Ömründən  çox  illər  ötüb  keçəcək  və 
qurduğu  azad  hökumətin  23  aylıq  dövründən  danışanda  o  xoş  günü  ayrıca  qeyd 
edəcək. Özü də bu sözləri deyəndə yalnız sevinməyəcək, həm də böyük iftixar hissi 

108 
 
keçirəcək.  Sonradan  yurdu  işğal  olunanda,  özü  isə  qürbət  ellərdə  dolaşarkən 
yüksək kürsülərdən, xaricin radiolarından mehriban səsi eşidiləcək. O bu mehriban 
səsi ilə hamını sehrləyib o günün xoşbəxtliyindən danışacaq. Eşidənlər, həqiqətdən 
agah  olanlar  «əsir  olmuş  yurdunu»  geri  qaytarmağa  çalışan  və  bu  yolda  çırpına-
çırpına qalan azadlıq fədaisinə baxıb köks ötürəcəkdilər. Halına acısalar da, kömək 
əllərini  uzada  bilməyəcəkdilər.  Çünki  onun  yurdu  qan  qoxuyan  dəmir  zindana 
salınmışdı. O zindana yaxınlaşmaq  mümkün deyildi. O zindan qorxunc bir əjdaha 
kimi  adamları  kamına  çəkib  udurdu.  O  isə  həmişə  ağrı-acı  içərisini  kəssə  də, 
minlərlə  güllələnib  qətlə  yetirilən  həmyerlilərinin  iniltisini  uzaqdan  eşitsə  də  uca 
səslə  deyəcəkdi:  «O  zaman  Cümhuriyyətimizi  dünya  dövlətləri  tanımışdı». 
Ömrünün  sonlarında,  amansız  ölümün  sərt  addımlarla  ona  yaxınlaşdığı  vaxtda 
«Amerikanın səsi» radiosu ilə doğma xalqına müraciət edib o xoş günü onlara bir 
daha xatırladacaqdı: 
«...Bütün  bunların  nəticəsində  idi  ki,  cümhuriyyətimizin  istiqlalı  Avropa 
dövlətləri  ilə  Birləşik  Amerika  tərəfindən  tanındı.  Onları  təqibən  bir  çox  böyük 
dövlətlər  daha  istiqlalımızı  tanıdılar.  Türkiyə  ilə  İran    Azərbaycanla  münasibətə 
gəldilər. Aralarında dostluq və qardaşlıq müahidələri imzalandı. 12 yanvar 1920-ci 
il  cümhuriyyətin  dövlətlər  tərəfindən  tanınması  günü  idi.  Bu  günü  Azərbaycan 
xalqı candan bayram etdi. Haqlı idi. Bu həqiqətən böyük bayram idi...» 
...Hər  gün  işə  gələn  kimi  Nəsib  bəyə  zəng  vurub  intizarla  soruşurdu:  «Əli 
Mərdan  bəydən  bir  xəbər  yoxdur  ki?»  Həmişə  də  istəyirdi  ki,  Nəsib  bəydən 
həsrətlə  gözlədiyi  bir  xəbər  eşitsin.  Budur,  həmin  xəbər  gəlib  çatıb:  Azərbaycan 
Cümhuriyyəti  müstəqil  bir  dövlət  kimi  Dünya  dövlətləri  tərəfindən  tanınıb.  Bu 
xəbəri  eşidəndə  qanadlı  bir  quşa  dönüb  uzaq  Parisə  uçmaq,  Əli  Mərdan  bəyi  və 
dostlarını bağrına basmaq istəmişdi. Bu səadətin əldə olunmağında azmı əziyyətlər 
çəkmişdilər?  Düz  bir  ildir  ki,  evlərindən  aralı  düşüb  çətin  bir  işlə—yüz  ildən  çox 
imperiya zülmü altında inildəyən, adı dünya xəritəsində olmayan bir ölkəni böyük 
dövlətlərə  tanıtmaqla  məşğuldurlar.  Özü  də  necə  mürəkkəb  bir  şəraitdə,  saysız-
hesabsız  maneələrin,  qüvvələrin  təzyiqi  altında.  Ermənilər,  ruslar  nümayəndə 
heyətini nüfuzdan salmaqdan ötrü hansı işləri görmürdülər? Qəzetlərdə, jurnallarda 
Azərbaycan  əleyhinə  yazılar  verir,  ərazi  iddialarını  irəli  sürürdülər.  Ermənilər 
yalandan hay-küy qoparıb Azərbaycanlıların onları qırdıqlarını deyirdilər. 
Amerikanın,  İngiltərənin,  Fransa  və  başqa  dövlətlərin  əvvəllər  «müstəqil 
Azərbaycan»  hökumətini  tanımaq  fikri  yoxdu.  Nümayəndə  heyəti  isə  çalışırdı  ki, 
heç  olmasa  böyük  dövlətlərdən  biri  ilə  əlaqəyə  girib,  özünü  müdafiə  etmək 
təminatı  alsın.  Amerika,  İngiltərə  bəzi  səbəblərə  görə  bu  söhbətə  razılıq 
verməmişdi. İtaliya hökuməti isə yalnız iqtisadi əməkdaşlığa razılığını bildirirdi. 
Əli  Mərdan  bəyin  yazdığı  məktublardan  bir  şikayət  qopurdu:  Azərbaycan 
haqqında  adamlarda  məlumat  yoxdur,  Azərbaycanı  tanımırlar.  Amma  ermənilər 
haqda  az-çox  bilirlər.  Xaricilərdən  biri  Azərbaycan  nümayəndə  heyətinə  demişdi: 
ermənilər hər yerə yayılıblar, hər yerdə onları müdafiə edirlər, sizi isə yox. Bundan 

109 
 
ötrü  təbliğat  aparmaq  lazımdır.  Təbliğat  işi  isə  gedirdi.  Nümayəndələr 
Azərbaycanla  bağlı  materiallar  hazırlayıb  fransız  jurnallarında  çap  etdirir, 
Azərbaycanın  tarixi,  iqtisadiyyatı,  maliyyə  vəziyyəti  ilə  bağlı  kitablar,  bülletenlər 
nəşr  edib  yayırdılar.  Budur,  çəkilən  zəhmətlər  bəhrəsini  verdi.  Azərbaycan  dünya 
dövlətləri sırasına qəbul edildi. 
Hadisə  belə  olmuşdu.  1920-ci  il  yanvarın  12-də  Fransa  Xariciyə  Nəzarəti 
binasında təntənəli surətdə fransız Kambon tərəfindən bu xoş xəbər Azərbaycan və 
Gürcüstan nümayəndələrinə çatdırılmışdır. Fransız Kambon    demişdir: 
«Bundan  sonra  Azərbaycan  ilə  Gürcüstan  cümhuriyyətlərinə  müstəqil  və 
özünə hakim dövlətlər kimi baxılacaqdır». 
Hadisədən  yeddi  gün  sonra—yanvarın  19-da  hər  iki  cümhuriyyət 
nümayəndələrinin  iştirakı  ilə  Böyük  Dövlətlər  Ali  Şurasının  fövqəladə  bir  iclası 
olmuşdur.  İclasa  sədrlik  edən  Klemanso  tanıtma  hadisəsinin  əhəmiyyətindən 
danışdıqdan  sonra  Ali  şuranın  Qafqaz  nümayəndələrinə  ölkələrinin  ehtiyac  və 
istəklərinə  bəyan  etməyi  üçün  söz  vermişdir.  Hadisənin  böyük  beynəlxalq 
əhəmiyyəti  vardı  və  bu  tanınma  qərarı  Azərbaycanın  dünya  dövlətləri  ilə  sərbəst 
şəkildə siyasi və iqtisadi əlaqələrini təmin edirdi. 
Dünənə  kimi  çar  Rusiyasının  qanlı  pəncəsində  boğulan  Azərbaycanı  indi 
dünyanın 23-ə kimi dövləti tanıyırdı. 
Həmin  hadisəni  eşidən  hər  bir  azərbaycanlı  sevinir,  şadlıq  edirdi.  Milli 
hökumətin  otuz  altı  yaşlı  başçısı  Məmməd  Əmin  Rəsulzadənin  xoşbəxtliyi  isə 
müqayisə olunmaz idi. 
Azad Azərbaycan hökuməti elan edirdi: 
«Əsgəri mükəlləfiyyətini bitirən sıravi əsgərə ayda 50 manat, yefreytora 60 
manat, kiçik unter zabitə 70 manat, unter zabitə 90 manat, feldfebelə isə 120 manat 
maaş verilsin. 
Azad  Azərbaycanda  teatrı  çox  sevir,  maraqlı  tamaşalara  baxırdılar. 
Tamaşaların  çoxu  xalqın  qəhrəmanlıq  dolu  şanlı  keçmişini,  türk  dünyasının 
əzəmətini  əks  etdirirdi.  Milli  hissləri  həmişə  coşğun  olan  Cəfər  Cabbarlı  «Bakı 
müharibəsi»,  «Yulduz,  yaxud  Trablis  müharibəsi»  kimi  tarixi  əsərlərini  yazıb 
tamaşaya qoyur. 
Azad  Azərbaycanda  adamların  boş  vaxtının  maraqlı  keçməsi  üçün  hər 
imkan  yaradılmışdı.  Tez-tez  tanınmış  aktyorların  iştirakı  ilə  yaddaqalan  gecələr 
keçirilirdi.     Azad Azərbaycanda çıxan «Azərbaycan» qəzetinin məlumatı: 
«Türk ocağı» binası (Haşımovun evi). 
A. M. Şərifzadə və Ə. A. Anaplinskinin axşamı. 
Cümə  axşamı.  1920-ci  il  martın  25-də  Azərbaycan  Dövlət  truppasının 
artistləri A. M. Şərifzadə və Əbülhəsən Anandinskinin toyu münasibəti ilə təntənəli 
axşam təşkil edilir. 
Bu  axşamda  bütün  rus,  azərbaycanlı  və  Dövlət  teatrı  artistləri  iştirak 
edəcəklər. 

110 
 
Qonaqların gəlişi saat 9-da başlanır. Dəvətnaməsi çatmayanlar bunları teatra 
daxil olarkən ala bilərlər. 
Azad Azərbaycanda vətənin istiqlaliyyətindən təkcə şairlər ilhama gəlmirdi. 
Xalqın sinəsi nəğməli bəstəkarları da milli mahnılar yazırdılar. 
ġahid sözü. Rüstəm Hüseynov, 82 yaşında. 
«İndiki  kimi  yadımdadır.  Bakkommunanın  dövründə  çox  aclıq  idi.  Amma 
Cümhuriyyət zamanında bolluq oldu. O vaxt mən yetimlər evində yaşayır, «russko-
tatarskoe»  məktəbində  oxuyurdum.  Milli  ordunun  kadet  korpusu  bizim 
yaşadığımız yerin yaxınlığında—indiki 134 nömrəli məktəbin binasında yerləşirdi. 
 
Biz  də  əsgərləri  yamsılayırmış  kimi  sıraya  düzülüb  onlar  kimi  oxumağa 
başlayırdıq. Bolşeviklər gələndən sonra hər şey yığışıldı...» 
Yaxınlaşan fəlakət hələ hiss edilmirdi. 
 
ĠBLĠS QORXULUDUR 
 
İblis  içərisindəki  kini,  xəyanəti  iti  qılınca  döndərib  gəlirdi.  İblis  qana 
susamışdı  və  o  qanı  içməyincə  sakitləşməyəcəkdi.  İblis  qorxuludur,  canlı  insan 
cildinə girmiş şeytandır. İblis yaxşı yaşamağa can atmaz, amma özgələrini də gözü 
götürməz, maneçilik törədər. İblis qorxuludur, çox qorxuludur. 
...Məmməd Əmin Rəsulzadə təəccüb içərisində qalmışdı və tez-tez deyirdi: 
«Əcəba neyçün?» 
Rusiyada  möhkəmlənməyə  başlayan  Lenin  hökumətinin  Azərbaycanın 
daxili  işlərinə  müdaxiləsi  bir  hökumət  başçısı  kimi  onu  çox  narahat  edirdi. 
Məmməd Əmin Rəsulzadə Rusiyanı ayrıca dövlət kimi tanıyır və onunla mehriban 
qonşuluq  münasibətində  yaşamaq  fikrindəydi.  Hökumətin  gələcək  xarici 
siyasətində də buna başlıca diqqət yetirmək nəzərdə tutulurdu. Hökumət Rusiyanın 
heç  bir  işinə  mane  olmur,  müstəqil  dövlət  kimi  yaşayırdı.  Amma  indi  Rus 
hökuməti təhlükəli siyasətə keçmişdi. 
Məmməd  Əmin  Rəsulzadənin  başçılıq  etdiyi  milli  hökumət  Rusiyanın 
başladığı oyunun ilk rəsmi təhlükəsini 1920-ci il yanvarın 2-də hiss etdi. Bu günə 
kimi  də  Lenin  özgə  bostanına  daş  atırdı.  Amma  ilk  rəsmi  hərəkət  məhz  o  nəhs 
gündə  oldu.  Rusiyanın  Xarici  İşlər  Naziri  Çiçerin  Azərbaycan  hökumətinə  bir 
bəyanat göndərmişdi... 
Məmməd Əmin Rəsulzadə o bəyanat haqqında: 
«Çiçerin  Azərbaycan  və  Gürcüstan  cümhuriyyətlərinə  telsiz  teleqrafla 
göndərdiyi notasında bu hökumətləri, ricət edən Denikin ordusunu tamamilə məhv 
etmək üçün silah arkadaşlığına dəvət ediyordu. Bu nota cümhuriyyətlərin istiqlalını 
tanımaq  və  müxadinət  müahidəsi  əqdini  istəməkdən  ziyadə  əhaliyi  hökumət 
əleyhinə təhrikdən ibarət olan bir propağanda hökmündə bulunuyordu». 
Qəribə idi ki, Çiçerinin bəyanatında xüsusi  hökm duyulurdu. Çiçerin  sanki 
öz  tabeliyində  olan,  onun  qanunları  ilə  yaşayan  bir  hökumətlə  danışırdı.  Bu  isə 

111 
 
Məmməd  Əmin  Rəsulzadəni  və  milli  hökumət  nazirlərini  bərk  acıqlandırırdı.  Baş 
nazir  Fətəli  xan  Xoyski  bu  bəyanata  mənfi  cavab  verib  Çiçerinin  üstünə 
göndərmişdi. 
Denikin ordusu məğlub olurdu. Amma təhlükə sovuşmurdu. 
İndi  Denikindən  də  təhlükəli  bir  qüvvət  olan  bolşeviklər  hərəkətə 
gəlmişdilər. 
Məmməd Əmin Rəsulzadə yaranan vəziyyət haqqında belə düşünürdü: 
«Denikin  ordusunun  bu  surətdə  inhilalı  və  Qafqaziya  cümhuriyyətlərinə 
ilticası  nəticəsində  şübhəsiz  ki,  Azərbaycan  ən  müdhiş  bir  təhlükəyi  adladıyordu. 
Fəqət, eyni zamanda da atəşdən çıxıb alova düşüyordu. 
Denikinin  yerinə  indi  Lenin  qüvvəti  qaim  olmuşdu.  Bu  da  bir  rus  qüvvəti 
idi». 
Məmməd  Əmin  Rəsulzadə  Leninin  niyyətini  yaxşı  başa  düşürdü.  Hələ 
«Şaumyan hökuməti» dövründən Leninin Bakı neftinə vurğunluğunu bilirdi. Lenin 
Rusiyanın  Bakı  nefti  olmadan  yaşaya  bilməyəcəyi  qənaətində  idi.  Ona  görə  də 
qurduğu  hökuməti  yaşatmağın  ilkin  çıxış  yolunu  Bakının  neftində  görürdü.  Sözü 
ilə  işi  heç  zaman  uyğun  gəlməyən  Lenin  Azərbaycanı  ələ  keçirmək,  Bakı  neftinə 
sahib  olmaqdan  ötrü  müxtəlif  hiyləgərliklər  edirdi.  Dostu  Şaumyandan  əli  çıxan 
Lenin  indi  bir  qrup  Azərbaycanlıya  vəd  edirdi  ki,  Azərbaycanın  müstəqilliyinin 
qorunmasından  ötrü  guya  Rusiya  narahatdır.  Ona  görə  də  Çiçerinin  adı  ilə 
göndərdiyi  bəyanatlarda  Lenin  Azərbaycanın  müstəqilliyinin  qorunmasından 
danışır. 
Amma Məmməd Əmin Rəsulzadə Leninin bu niyyətini yaxşı başa düşürdü. 
Bilirdi ki, Lenin yalnız Bakı neftini ələ keçirmək istəyir. 
Bir  ağrı.  Sonradan  üzə  çıxan  faktlar  Məmməd  Əmin  Rəsulzadənin  haqlı 
olduğunu sübut etdi. Məlum oldu ki, Lenini Bakının nefti narahat edirmiş və hansı 
vasitə ilə olursa-olsun bu zəngin sərvəti ələ keçirməyə çalışırmış. Faktlara müraciət 
edək. 
1920-ci il martın 17-də Lenin Orconikidzeyə bir teleqram göndərir: «Bakını 
ələ keçirmək bizə olduqca vacibdir». 
Lenin  hələlik  neft  sözünü  işlətmir.  Çünki  fikirləşir  ki,  birdən  azərbaycanlı 
bolşeviklər  də  duyuq  düşərlər.  O  yalnız  bir  şeydən  danışır:  guya  Bakını  almaqda 
məqsədi orda hakimiyyəti fəhlə və kəndlilərə verməkdir. 
Məmməd  Əmin  Rəsulzadə  onun  niyyətini  başa  düşür,  amma  «sosializm» 
toruna düşən bəzi şəxslər isə yox. 
Bakının  işğalından,  XI  ordunun  şəhərə  girməyindən  və  artıq  təhlükənin 
sovuşduğundan rahatlanan Lenin uca bir səslə çirkin məqsədini etiraf edib həqiqəti 
deyəcəkdi. Özü də elə ucadan deyəcəkdi ki, hamı eşidəcəkdi o səsi. 
Lenin  aprelin  29-da,  Bakı  neftinin  ələ  keçirilməsindən  cəmi  bir  gün  sonra 
bu sözləri deyəcəkdi:  

112 
 
«Dünən  Bakıdan  məlumat  almışıq.  Məlumatda  göstərilir  ki,  Sovet 
Rusiyasının  vəziyyəti  yaxşılığa  doğru  gedir.  Məlumdur  ki,  sənayemiz  yanacaqsız 
qalıb.  Budur,  indi  xəbər  göndərilib  ki,  Bakı  proletariatı  Azərbaycan  hökumətini 
devirərək, hakimiyyəti ələ keçirib. Bu o deməkdir ki, biz indi elə bir iqtisadi baza 
ələ keçirmişik ki, o bizim bütün sənayemizi dirildəcək». 
Vəziyyət  getdikcə  gərginləşirdi.  Məmməd  Əmin  Rəsulzadə  Azərbaycan 
hökumətinin  indi  Denikindən  də  təhlükəli  bir  qüvvə  ilə  üz-üzə  dayandığını  başa 
düşürdü.  Yalançı  şüarla  silahlanmış  Lenin  hökuməti  Azərbaycanda  gizli  oyunlar 
təşkil  edirdi.  Lenin  bu  gizli  oyunlarını  yalnız  beyni  korşalmış  azərbaycanlı 
bolşeviklərlə  deyil,  eyni  zamanda  ona  həmişə  boyun  əyib  qulluq  göstərmiş 
ermənilərlə  də  həyata  keçirirdi.  Bu  xalq  həmişə  azərbaycanlılara  xəyanət  etməyə 
hazır idi. Bu xalqın Şaumyanları ölmüşdüsə də, ondan betər xainləri—Mikoyanları, 
Mirzoyanları var idi və yaşayırdılar. 
Ermənilər Rusiya bolşeviklərinin göstərişi ilə bu xəyanətə Azərbaycan xalqı 
üçün ən əziz bir gündə—Novruz bayramı günündə başladılar. Həmin günü adamlar 
Azad  Azərbaycanda  Novruz  bayramını  ürək  açıqlığı  ilə  qeyd  edirdilər.  Belə  bir 
vaxtda ermənilər yurdumuzu talana başlamışdılar. 
Hadisəyə Məmməd Əmin Rəsulzadə belə ağrıyırdı: 
«Bayram  gecəsi—Novruz  bayramı  Şişə  şəhərinin  yaxınlığında  vaqe 
«Xankəndi»  deyilən  əsgəri  qəsəbə  bayrama  məxsus  bir  zövq  içində  zabitan 
məhfəli-əsgəridə  gecəyi  keçirməklə  məşğul.  Əsgərlər  axşamdan  bayram 
şənliklərinə  məşğul  olduqdan  sonra  istirahətə  dalmış,  uyuyur.  Bu  əsnada  ətraf 
göylərdə  məskun  erməni  ustası  bu  gecəyi  məxsus  ehzar  etdikləri  süngülərlə 
mücəhhəz  olduqları  halda  gecə  ilən  bir  basqın  icra  ediyorlar.  Ansızın  yapılan  bu 
gecə basqınını müdhiş bir plan üzərinə tərtib edilmişdi...» 
Məmməd  Əmin  Rəsulzadə  haqlı  idi  deməkdə  ki,  «bir  plan  üzərinə  tərtib 
edilmişdi».  Plan  isə  ondan  ibarət  idi  ki,  hökumətin  başı  bu  işlərə  qarışsın,  milli 
qoşun Bakıdan uzaqlaşdırılsın. 
 
Məkrli plan uğurla həyata keçirilirdi. 
Fəlakət yaxınlaşırdı. 
Məmməd Əmin  Rəsulzadə  həyəcan keçirirdi.  Fətəli  xan istefa  verib. Onun 
yerinə  gələn  Məmməd  Həsən  Hacınski  yeni  kabinə  təşkilində  ləng  işləyir, 
tərəddüdlü  mövqe  tutur.  Həm  Türkiyə,  həm  də  Rusiya  ilə  dostluq  mövqeyi  tutan 
bir hökumət qurmaq istəyir. 
Bolşeviklərin təhlükəsi getdikcə artırdı. Məkrli plan həyata keçirilirdi; guya 
XI ordu Türkiyəyə köməyə gedir. 
Ortalığa  atılmış  bu  son  şüar  Məmməd  Əmin  Rəsulzadəni  olduqca  təşvişə 
salmışdı.  Bu  qorxulu  siyasət  idi.  Düşünürdü  ki,  əgər  bolşeviklərin    məqsədi 
Türkiyəyə köməkdirsə, onda niyə Bakıya girirlər, Anadoluya getmirlər?   Yox, bu 
kömək deyil, Bakını ələ keçirməyin yoludur. Doğrudan, Türkiyənin vəziyyəti indi 
ağırdır.  Düşmən  qüvvələr  Türkiyəni  parçalamaq  fikrindədir.  Türkiyənin  bir 

113 
 
hissəsini    bolqarlara,  digər  hissəsini  ermənilərə  vermək  istəyirlər.  Trakiyadakı 
hadisələr  də  qorxuludur.  Türklərin  İstanbuldan  tam  qovulub  çıxarılmasından  
danışılır.  Fransızlar,  yunanlar,   ingilislər hər tərəfdən Türkiyəni dövrəyə alıblar. 
Türkiyəyə  kömək  lazımdır!  Amma  necə?  Yaranmış  vəziyyətdən  Rusiya  bicliklə 
istifadə  edir.  Qırmızı  bayrağını  qaldırıb  ki,  guya  Türkiyəyə  köməyə  gedir.  Bu 
hiyləgərlikdir. O bilir ki, Azərbaycanlılar heç zaman qardaş Türkiyənin xilasından 
köməyini əsirgəməz, lazım  gəlsə canını qurban verər. Öz işğalçı ordusunu Bakıya 
salıb,  Azərbaycanı  əsarətə  almaq  üçün  gözəl  imkan  düşüb  əlinə.  İndi  öz 
Azərbaycanlı bolşeviklərinin  köməyi   ilə Bakıda  yanlış təbliğat  yayır  və adamları 
milli hökumətə qarşı qaldırmaq istəyir. Türkiyədə milli Azərbaycan  hökumətindən 
narazılıqlar  başlanmışdı.  Əsl  həqiqəti  bilməyən  türklər  gileylənirdilər  ki,  bəs 
Azərbaycan hökuməti niyə bizə köməyə gələn ordunu öz ərazisindən buraxmır? 
Budur, Türkiyə hökumətindən etiraz teleqramı gəlib: 
«Azərbaycan  hökumətinin  ən təhlükəli zamanlarında  bir çox qan bahasına 
qurtaran  və  ona  mövcudiyyət  verən  Osmanlı  və  Anadolu  türk  ağabəyləri  hər 
tərəfdə  düşmənlə  pəncələşərkən  düşmənlərimiz  əleyhinə  əzim  bir  hərbə  girən 
bolşevik ordularının önünə Azərbaycanın bir səd olması və ya bitərəf qalıb laqeyd 
dayanması  bütün  aləmi-islamın  səbəbi  izmihlalı  olacaq  və  azərbaycanlılar 
əbədiyyən ləkələnəcək və zatən özünə də bu dünyada hakkı həyat qalmayacaqdır. 
Bu  gün  Anadolunun  xilası  üçün  bolşevik  ordularıyla  əl-ələ  verərək  hərəkəttən 
başqa  bir  çarəmiz  qalmamışdır.  Türkü  və  islamı  əbədiyyən  yaşatmaq  bu  fürsəti 
qaib  etməklə  olacaqdır.  Azərbaycanın  şərəfli  bir  iş  yapacağı  və  yaxud  üç  yüz  əlli 
milyon  islamın  həyat  və  namusunu  boynuna  alacağı  dəqiqələri  yaşıyoruz. 
Bolşeviklərlə müttəfiqən hərəkətiniz və bu surətlə   Anadolu türkləriylə birləşməyə 
çalışmanızı ümid ediyor və intizardayız. 
Kolordu komandanı: 
KAZIM QARABƏKİR» 
Vəziyyətdən  çıxış  yolu  görünmürdü.  Hər  yandan  qara  buludlar  çökürdü 
Azərbaycanın üstünə. 
Məmməd  Əmin  Rəsulzadə  həyəcan  içində  çırpınır  və  xalqı  hər  tərəfdən 
dövrəyə almış bu zülmət pərdəsini  yırtıb demək istəyirdi: siz həqiqəti bilmirsiniz. 
Həqiqətdən uzaqda, çox uzaqda dayanmısınız. Həqiqəti bilmək istəyirsinizsə, onda 
üzünüzü  Leninə  tutub  bircə  dəfə  soruşun.  Soruşun  ki,  əgər  bu  qoşun  Türkiyəyə 
köməyə  gedirsə,  bəs  onda  niyə  Bakıya  girir?  Türkiyəyə  gedən  yol  ki,  Bakıdan 
keçmir. 
Amma  Məmməd  Əmin  Rəsudzadənin  dediyi  bu  həqiqəti  nə  türklər  qəbul 
edirdi, nə də Bakının özündəki bəzi qüvvələr.  Azərbaycanlı bolşeviklər isə xalqın 
zəif damarından yapışıb bu məkrli planı həyata keçirirdilər. 
Fikirli və dilxor vəziyyətdə evə gəldi. Sifəti qaralıb qorxulu hala düşmüşdü. 
Ümbülbanu  xanım  həyat  yoldaşını  bu  vəziyyətdə  görəndə  ciddi  hadisə  baş 
verdiyini anladı. 

114 
 
İçərisindən ağrılar qopur, ürəyini sızladırdı. Sevimli qızları Lətifə ilə Xalidə 
mehribanlıqla  atalarını  qucaqladılar.  Həmişə  övladlarının  belə  mehribanlığından 
rahatlıq  tapsa  da,  indi  hissiz,  hərəkətsiz  idi.  Lətifə  də,  Xalidə  də  atalarının  bu 
vəziyyətinə təəccüblənən kimi oldular. Ataları həmişəki adama oxşamırdı. 
Sevimli  qızları  belə  düşünməkdə  haqlı  idilər.  Həqiqətən  də  o,  həmişəki 
adama  oxşamırdı.  Ürəyi  qan  ağlayırdı.  Ataları  xalqının  əldən  getməkdə  olan 
azadlığının ağrısına tutulmuşdu. 
Yaxınlaşıb  beşikdə  sakit-sakit  yatan  oğlu  Rəsula  baxdı.  Körpə  dünyanın 
bütün  qeylü-qalından  xəbərsiz  halda  beşikdə  yatırdı.  Sevimli  oğlunun  üzündə  xoş 
bir təbəssüm vardı. Əyilib astadan oğlunun üzündən öpdü. Və yazıq körpə heç ayıq 
da  olsa  bilməyəcəkdi  ki,  bu,  mehriban  atasının  son  öpüşləridir  və  o,  az  sonra  ata 
məhəbbətinə, ata öpüşünə həmişəlik həsrət qalacaqdı. 


1   ...   7   8   9   10   11   12   13   14   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə