Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə32/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   28   29   30   31   32   33   34   35   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Azərbaycanın Kİçİk qafqaz meqan­tİkli­no­riu­mu daxilİndə ayrılan geostrukturları, onların lİtostratİqrafiyası, tektonİkası, geolojİ inkişaf Tarixİ və faydalı qazıntıları



4.1. Geomorfologiya
Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, bir sıra sil­silə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Kiçik Qafqaz- 6 silsilə­dən- Şahdağ silsiləsi, Murovdağ silsiləsi (Qa­mış­dağ-3724 m), Şərqi Göyçə silsiləsi, Qarabağ silsiləsi (Böyük Kirs-2725 m), Zən­gəzur sil­siləsi (Qapıcıq-3904 m), Dərələ­yəz silsiləsi (Kükü dağ- 3120 m) və Qarabağ vul­kanik yaylasından ibarətdir. Dərə­lə­yəz silsilələrinin bir hissəsi, vulkanik yayla (Qa­rabağ yaylasının çox hissəsi), çökək­lik (Başkənd-Dəstəfur çökəkliyi və s.) ilə təmsil olunmuşdur.

Kiçik Qafqazda Şahdağ, Şərqi Göyçə (Sevan) sil­si­lələri Ermənistanla sərhəd təşkil edir. Onlardan şərqə doğru Murovdağ silsiləsi uza­nır. Ən hündür zirvəsi Ga­mış­dağ 3724 m-dir. Murov­dan cə­nub-şər­qə doğru Qarabağ silsiləsi Araz çayına qədər davam edir. Ermənistan sərhəddi ilə Qarabağ silsiləsi arasında Qara­bağ vulkanik yay­lası yerləşir. Burada Dördüncü dövrün vulkan məhsulları üstünlük təşkil edir. Sön­müş vulkan konusları, zirvələr- Qızılboğaz (3581 m), İşıqlı (3552 m), Dəli­dağ (3616 m) və s. ucalır. Murov silsiləsinin şimal yamacında Gəncə-Qazax düzü yerlə­şir. Ermənistan və Naxçıvan sərhəddi qövsvari uzanır. Dərələyəz silsiləsində Kükü­dağ (3120 m), Zəngəzur silsiləsində isə Biçənək aşırımı yerləşir. Zəngəzur silsiləsinin ən hündür zirvəsi Qapıcıq- 3904 m, Qazangəldidağ- 3829 m, Yağlıdərə- 3825 m-dir. Arazboyu düzənlik 600 m-dən artıq yüksəkdədə yerləşir.

Şahdağ silsiləsi Azərbaycanla Ermənistan sərhəddi boyunca uzanaraq Göyçə gö­­­lü hövzəsi ilə Kür çayı hövzəsi arasında suayrıcı təşkil edir və şimal-qərbdə hün­dür­­lüyü 2901 m olan eyni adlı zirvədən başla­nır və cənub-şərqdə Hinaldağ zirvəsi­nə­dək (3367 m) davam edir. Hinaldağdan şərqə Mu­rovdağ sil­siləsi (Gamışdağ, 3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəs­təfur çökək­liyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şah­dağ və Murovdağ silsiləsidir (hün­dürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olun­muş halda yüksələn Kəpəz d. (3030 m) Başkənd-Dəstəfur çökəkliyini şərq­də Ağca­kənd çökəkliyindən ayırır. Qaf­qa­zın şimal yamacının silsilələri şimala doğru alçala­raq Orta Kür çökəkliyində dik ya­macla Gəncə-Qazax düzənliyinə keçir. Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) gölü hövzələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti dağıdır (3437 m).

Murovdağ silsiləsi Şahdağdan şərqə doğru uzanır, onun ən uca zirvəsi Gamış­dağ­dır (3724m).

Qarabağ silsiləsi Murovdağdan cənub-qərbə doğru uzanır və Araz çayına doğru davam edir, müt­ləq hündürlüyü Böyük Kirs dağında 2725 m-ə çatır. Bu silsilə Böyük və Kiçik Kirs, Qırxqız dağlarından və onların tirələrindən ibarətdir.

Qarabağ silsiləsi Kiçik Qafqazın cənub-şərq qurtaracağı olub, Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ, 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafiq olaraq cənub-qərb və cənub yamacları Azərbaycan Respublikası (Naxçıvan MR) ərazisindədir. 


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin