Ali Marsala (superiori). Spirtin minimum miqdarı 18 h.% təĢkil
edib, Ģəkərin miqdarı növündən asılı olur. YetiĢdirmə müddəti iki
ildən az olmur.
Seçmə Marsala (fine). GeniĢ yayılmıĢdır. Minimum spirtliyi 17
h.%-dir. Onu hazırladıqda kupaja elə miqdarda kotto və həmçinin
qatılaĢdırılmıĢ Ģirə əlavə edilir ki, hazır Ģərabın Ģəkərliyi 5%-dən
aĢağı olmur. Ən azı 4 ay yetiĢdirilir.
Xüsusi Marsala. Nisbətən yaxın vaxtlarda meydana çıxmıĢdır.
Marsalanın yalnız bu tipinə saxaroza ilə ĢəkərləĢdirməyə və
müxtəlif əlavələr etməyə icazə verilir. Əlavə kimi ona dad verən
çox müxtəlif məhsullardan-məsələn, banan, naringi, kofe və b.
istifadə oluna bilər. Minimum spirtliyi 18 h.% olur.
Respublikamızda Ağayev Gülağa Müzəffər oğlu «Marsala tipli
tünd Ģərablar istehsalının texnologiyasının iĢlənməsi» mövzusunda
tədqiqat iĢi aparılmıĢdır (Yalta, 1989). Məlum olmuĢdur ki, bizim
Ģəraitdə Rkasiteli sortundan həm ordinar, həm də markalı Marsala
Ģərabı almaq mümkündür.
Marsala üçün aĢağıdakı baĢlanğıc kupaj Ģərab materiallarından
istifadə olunması tövsiyə olunur:
a) əsas Ģərab materialı – tünd turĢ, ksiloqlyukanofoetidin П10x
preparatından istifadə edərək əzintidə qıcqırtmaqla alınır;
~ 389 ~
b) mistel – bu preparatın iĢtirakı ilə əzintidə saxlanmaqla alınır;
v) vakuum Ģirəsi.
Markalı marsala üçün ən yaxĢı variant tünd-turĢ Ģərab materialı
ilə mistelin kupajı; ordinar üçün – tünd turĢ Ģərab materialı ilə
vakuum Ģirəsinin kupajı hesab olunur.
Dostları ilə paylaş: |