~ 392 ~
MDB məkanında Krımda yetiĢdirilən Muskat üzüm sortlarından
alınan Ģərablar məĢhurdur.
Muskatlar gilələri güclü səciyyəvi («muskat») ətrə malik üzüm
sortları qrupu olub, muskusu xatırladır. Muskatlar Ġtaliya, Ġspaniya,
Portuqaliya, Fransa, Almaniya, Krım, Moldova, Azərbaycan və
baĢqa ölkələrdə becərilir.
Muskat üzüm sortları süfrə üzümü kimi təzə halda və muskat
Ģərabları hazırlamaq üçün istifadə olunur.
Muskat Ģərabları ən qədim Ģərablardandır. Muskatın tarixi bir
neçə min onilliklərlə hesablanır. Bu Ģərabların qədim yunan və
romalılara məlum olduğu bildirilir. Hələ bizim eradan əvvəl VIII-
VI əsrlərdə Homer və Geosid çox dadlı, Ģirin, ətirli Ģərab haqqında
və həmin dövrdə onun geniĢ yayılması barədə məlumat vermiĢlər.
Mənbələrdən məlum olur ki, bu Ģərablar soluxdurulmuĢ muskat
üzümündən hazırlanırmıĢ.
Muskat üzüm sortlarına ağ Muskat, qırmızı Muskat, çəhrayı
Muskat, Aleatiko, Muskadel və baĢqaları aiddir. Onlardan daha
geniĢ yayılanı ağ Muskatdır. Onun mənĢəyi, vətəni və becərilmə
tarixi dəqiq müəyyən olunmamıĢdır. Belə bir fikir mövcuddur ki,
ağ Muskat Suriya, Misir, yaxud Ərəbistanda yayılmıĢ Muskatın ən
qədim tumurcuq mutasiyası ilə alınan formasıdır.
Ağ Muskatdan müxtəlif markalarda və bir-birindən yalnız spirt
və titrləĢən turĢuların miqdarına görə deyil, eyni zamanda aromatik
maddələrin xarakterinə görə fərqlənən təbii, oynaq və desert
Ģərablar hazırlanır. KeçmiĢ SSRĠ-nin doqquz respublikasında
muskat Ģərablar istehsal olunurdu.
Dostları ilə paylaş: