MDB-nin tokay şərabları. Bir sıra rayonlarda becərilən tokay
üzüm sortlarından - Furmint və Qars-Levelyu, həmçinin də
Rkasiteli və Boz Pinodan hazırlanır. Macarıstana nisbətən, MDB-
də tokay Ģərablarının texnologiyası bir qədər fərqlidir. Çünki, bizdə
Ģirə bir qədər qıcqırdılır və sonra təmiz etil spirtilə spirtləĢdirilir.
Ən yaxĢı tokay Ģərabları Krımda buraxılmaqla, daha perspektivli
rayon Zakarpatiya vilayəti hesab olunur. Çünki, ora özünün ekoloji
Ģəraitinə görə, tokaya çox yaxındır. Burada üzümün tez-tez botritis
sinereyaya yoluxmasına təsadüf olunur.
Üzüm yığımı oktyabrın sonunda aparılmaqla, salxım soluxmuĢ
və bəzən kiĢmiĢlənmiĢ vəziyyətdə 24-25% və daha çox Ģəkərə
malik olur. Əzildikdən və daraq ayrıldıqdan sonra əzinti sulfidləĢ-
dirilir və gün ərzində 2-4 dəfə qarıĢdırılmaq Ģərtilə sakit saxlanır.
Sıxılması səbətli sıxıcılarda aparılır. Öz axımı ilə və birinci təzyiq-
dən alınmıĢ Ģirədən istifadə edilir. Qıcqırma təmiz mayalarla 3%
Ģəkər qıcqırana qədər aparılır. ġirə əvvəlcə 4h.%-ə qədər spirtləĢ-
dirilir. Kondisiyaya çatdırmaq üçün, sonrakı spirtləmə bir neçə
üsullarla aparıla bilir. Cavan Ģərab, yarımçıq çəlləklərdə 2-3 il
yetiĢdirilir və desert Ģərablar üçün adi iĢləmələrə məruz qalır.
Bu texnologiya ilə Krımda («Tokay yujnoberejnıy», spirtliyi 16
h.%, Ģəkər 20%; «Maqaraç №25», spirtliyi 13 h.%, Ģəkərliyi 25%),
Zakarpatyedə, həmçinin Özbəkistan, Türkmənistan və Azərbay-
canda yüksək keyfiyyətli tokay Ģərabları istehsal olunur.
Dostları ilə paylaş: |