Tokay essensiyası. Çox qiymətli, az tapılan Ģərab olub, çox hal-
larda assu Ģərabının keyfiyyətini yüksəltmək üçün istifadə olunur.
SoluxdurulmuĢ və botritis sinereya ilə yoluxdurulmuĢ üzüm seçmə
üsulla yığılır və e'mal olunur. Belə üzümün 40-60% Ģəkərliyi olur.
ġirə çəlləklərdə qıcqırmağa qoyulur. Qıcqırma bir neçə il davam
edir və 8-10 h.% spirt əmələ gəldikdə dayanır. Ən azı 25% Ģəkərə
malik olur.
Təbii tokay. TurĢ və Ģəkər qalığı ilə hazırlanır. Onların spirtliyi
13 h.%-dən az olmur. Üzüm gec yığılır və e'mal olunur. Daraq
ayrılıb, gilə əzildikdən sonra Ģirə 12-14 saat əzintidə saxlanır.
Əzinti sıxılaraq, alınan Ģirə qıcqırdılır. ġərab yarımçıq çəlləklərdə
9-12°C temperaturda 2 il yetiĢdilirilir, nəticədə Ģərabda xarakterik
oksidləĢmə tonu yaranır.
Təbii Ģərabların keyfiyyəti müxtəlif olmaqla, bu salxımın
botritis sinereya ilə yoluxma dərəcəsindən və kiĢmiĢlənmiĢ gilə-
lərin miqdarından asılıdır. Hansı illərdə ki, belə gilə və salxımlar
az olur və ya heç olmur, o vaxt turĢ təbii Ģərab hazırlanır.
Dostları ilə paylaş: |