Dünyanın ən yaxşı muskat şərabları. MDB-nin Muskat
şərabları. Ağ muskat Qırmızı daĢ (Krasnıy kamen). Ağ muskat
üzüm sortundan hazırlanır. Spirti -13 h.%, Ģəkəri ən azı 23% olub,
3 il yetiĢdirilir. Ən yüksək keyfiyyətli muskat Ģərabı olub, 2 Qran-
Pri, 18 qızıl və 1 gümüĢ medalla təltif olunmuĢdur.
Livadiya ağ Muskatı da ağ Muskat üzüm sortundan hazırlanır.
Spirt 13h.%, Ģəkər 27% olub, 3 il yetiĢdirilir.
Cənub sahil ağ Muskatı (Muskat jujnoberejnıj), 2 il yetiĢdirilir.
Spirti 16 h.%, Ģəkər 23%-dir. Ümumiyyətlə, ağ muskatların
orqanoleptiki keyfiyyəti xüsusilə yüksək olur.
Ağ muskatlardan əlavə Krımda çəhrayı və qara Muskat Ģərabları
da istehsal olunur. Məsələn, Desert çəhrayı Muskat-spirti 13 h.%,
Ģəkəri 23%; Cənub sahil (Yujnoberejnıy) çəhrayı Muskatı spirti-
16h.%, Ģəkəri 20 h.%-dir. Hər ikisi 3 il yetiĢdirilir.
Massandra qara Muskatı, qara Muskatdan və Aletikodan (15%-ə
qədər) hazırlanır. Spirti 13 h.%, Ģəkər 20%, yetiĢdirmə müddəti 3
ildir.
Stavropol, Kuban, Dağıstan və Moldovada da keyfiyyətli
Muskat Ģərabları istehsal olunmaqdadır.
Respublikamızda bir markada Muskat Ģərabı standarta daxildir.
Bu ağ Muskat desert Ģərabı olub, 16 h.% spirtliyə və 20% Ģəkərə
malikdir. Ordinar olub, tez realizə olunur.
Fransa, Ġtaliya və Ġspaniyanın muskat Ģərabları. Fransanın
cənubunda qədimdən muskatlar Lyunel, Rive zalt, Frontinyan və
Marosan mərkəzlərində hazırlanır.
Fransada muskat sortlarının yığımı böyük diqqətlə aparılır.
YetiĢmiĢ üzüm tənək üzərində hava Ģəraitindən asılı olaraq 2-3
həftə saxlanır, soluxdurulur. SoluxmuĢ üzümdən alınan Ģirə bəzi
~ 396 ~
illərdə 35% və daha çox Ģəkərə malik olur. Belə Ģirə qıcqırdıqdan
sonra alınan Ģərab 14 h.%-ə qədər spirtə və 10-12% Ģəkərə malik
ola bilir.
YığılmıĢ üzüm sortlaĢdırılır, ondan çürümüĢ, quru və yaĢıl
gilələr ayrılır, sonra o, emala daxil edilir. Gilələr əvvəlcə əzici
daraq ayırandan buraxılır, sonra presdə 4-5 dəfə bərk sıxılır. Pres-
dən alınan Ģirə çəlləyə doldurularaq qıcqırdılır. Güclü sulfitləĢdi-
rilmiĢ Ģəkərli Ģirə bəzən 40% və daha yüksək Ģəkərə malik olmaqla
yavaĢ qıcqırır. Köçürülmələr və təkrar sulfitləĢdirilməklə 1-2 il
müddətində qıcqırmanın dayandırılmasına və muskatların durul-
dulmasına nail olunur. ġiddətli qıcqırmadan ehtiyatlanan Ģərabçılar
bəzən qıcqırmadan əvvəl Ģirəyə bir qədər spirt vururlar. Nəticədə
qıcqırma zəifləyir və muskat ətri qorunmuĢ olur. Qıcqırma baĢa
çatdıqdan sonra Ģərab köçürülmə ilə mayalardan ayrılır. Birinci il
köçürmə bir neçə dəfə təkrar olunur. Muskatlar çəlləklərdə bir neçə
il saxlanır, sonra tam durulan Ģərab butulkalara doldurulur. Bu
üsulla hətta yüksək ilkin Ģəkərlikdə (35-40%) olan Ģirədən Ģəkərliyi
12-15% olan Ģərab almaq olur. Daha yüksək Ģəkərlikdə muskatlar
hazırlamaq üçün fransız Ģərabçıları spirtləməni tezləĢdirirlər. Qeyd
etmək lazımdır ki, Fransada muskatlar hazırlanmasında spirtləmə
geniĢ yayılmıĢ üsuldur. Fransız qanunlarına görə spirtləmə zamanı,
qıcqırmadan əmələ gələn spirtin miqdarı ən azı 5 h.% olmalıdır.
Fransada Ģirənin spirtlənməsi (mistel) Ģərab bazarında yol verilən
hal deyildir.
Ġtaliyanın Siciliya (Palermo, Sirakuzi), Kalabrii və Vezuvii
əyalətləri də öz muskatları ilə məĢhurdur.
Ġspaniyada keyfiyyətinə görə muskatlar Malaqa, Kataloniya və
Valensiya; Yunanıstanda Miestra kimi fərqləndirilir. Bütün bu
ölkələrdə muskatlar fransız texnologiyasına uyğun hazırlanır.
ƏlveriĢsiz Ģəraitdə üzümdə Ģəkərin az toplandığı illərdə az
miqdarda spirt vurulmasına icazə verilir.
Portuqaliya, Tunis, Kipr, Avstraliya və Argentinada da Muskat
Ģərabları istehsal olunur.
~ 397 ~
16.6.3. T
okay şərabları
Dostları ilə paylaş: |