- 51 -
Bu üsulla bütün işçilər təsadüfi şəkildə sıralanır. Daha sonra idarəçi tərəfindən
bu siyahıdakı çalışanlar üçün bir siyahı daha yaradılır və ən yaxşı qəbul edilən çalışan
yeni siyahının ən başına, ən pis qəbul edilən çalışan isə siyahının ən sonuna yazılır.
Bu iki nöqtə arasında bütün digər işçilər dəyərlərinə görə yerləşdirilir. Bütün işçilər
üçün belə bir qiymətləndirmə əldə edilir.
Bu
üsul sadə olmaqla birlikdə, səthi olması, işçilər arası
fərqliliklərin kifayət
qədər açıq görülə və ədədi olaraq qiymətləndirməyə icazə verməməsi baxımından
çox seçilən bir üsul deyil.
2. İkili müqayisə metodu
İşçilər arası müqayisə əsaslanan bu üsulda bütün işçilər yenə bir siyahıya
yazılır. Daha sonra isə hər bir çalışan digər bütün işçilər ilə tək tək müqayisə edilir,
müvəffəqiyyəti digər çalışana nisbətlə daha yüksək olan çalışana hər hansı bir işarə
simvol verilir. Bütün çalışanlar üçün bu əməliyyat edildikdən sonra işçilərin aldığı
işarələr toplanır və əldə edilən dəyər nəticəsində ən yüksəkdən ən aşağıya
doğru
sıralanaraq bir qiymətləndirmə edilmiş olur.
İkili
müqayisə, çalışan sayının çox olduğu strukturlarda tətbiq olunması çox
çox zaman alır və işçilərin arasındakı müvəffəqiyyət meyarlarının
fərqlilik göstərə
bilir. Bu baxımdan çox tətbiq olunan üsul deyildir.
3. Ümumi Performans Kriterleri və Standartlarına əsaslanan üsul
Bu üsul, hər işçinin öz performansını bir digər çalışanlardan
müstəqil, öz
xüsusiyyətləri və iş tərifi daxilində qiymətləndirən bir üsuldur. Ayrıca çalışanlar arası
müqayisəyə əsaslanan
üsullardan fərqli olaraq, qiymətləndirmə meyarlarının birdən
çox və hər çalışan üçün eyni olması da bu üsulun təməl xüsusiyyətlərinin başında
gəlir. Bu yanaşmaya əsaslanan bəzi metodları nəzərdən keçirmək lazımdır.
Dostları ilə paylaş: