Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə26/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

 

Gulshan Aliyeva 

The Differences Between “General English” and “English For Special Purposes” 

Summary 


 

This article deals with difference between “general English” and “English for 

special/specific purposes”.  

ESP is practically used to teach Science and 

Technology. It is mainly tailored to fit all disciplines through vigorously prepared 

and designed programs to improve the students' ability to communicate in English 

about their specific fields of study. It focuses on using English effectively in 

specific academic fields such as business, international studies, English linguistics, 

literature, chemistry, biochemistry, physical education, and so on. ESP is consi-


 

Filologiya  məsələləri – №5, 2014

 

 



249

derably practical because it meets the individual needs and goals of either preparing 

for an exam, (e.g. TOEFL), or academic studies. It was mentioned that lear-

ning“general english” students separate English as individual subject of curriculum 

while for future profeccionals learning English gets pragmatic profeccional directed 

meaning without separating from mastering his/her profeccion in whole. Teaching 

“English for special/specific purposes” became the actual object of all  international 

community. In this regard this article is very appropriate for scientific researchers in 

the sphere of linguistics. 

 

 



Rəyçi:       Rəhimə Məmmədova 

                filologiya elmlər namizədi 

 

  


 

Filologiya  məsələləri – №5, 2014

 

 



250

ELNUR  YAQUBLU 

ADU 


elnur.y.y@gmail.com 

 

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ  

SİFƏTLƏRİN  SUBSTANTİVLƏŞMƏSİ 

     


Açar sözlər : Sifətlərin substantivləşməsi, konversiya, tam və qismən 

substantivləşmə 



Key words : Substantivization of the adjective, conversion, complete and partially 

substantivization 



Ключьвые слова : Субстантивизация прилагательное, конверция, полный и 

частично субстантивизация 

 

Substantivləşməyə ən çox qabil olan sözlər təyinedici, qrammatik mənada əla-



mət, keyfiyyət, sifət bildirən sözlərdir. Söz substantivləşərkən onun həmin keyfiy-

yəti substantivləşmə motivi kimi özünü göstərir. Qarşılaşdırılan hər iki dildə  subs-

tantivləşən söz əlamət bildirmə  xüsusiyyətini saxlamaqla müəyyən situasiya ilə 

bağlı  olan  isim  kimi  işlənir. Bu, substantivləşən sözün cümlədə onun  ilkin  mə-

nasında qeyri-xarakterik, yəni işlənmə halında xarakterik olan mövqelərdə  işlən-

məsi ilə müşayiət olunur. 

“İngilis dilinin qrammatikası”  əsərində belə bir mülahizə ilə rastlaşırıq ki, 

substantivləşmiş sifətlərdə ismin bəzi, ya da bütün xüsusiyyətləri vardır; lakin 

onların sifət mənşəyi özünü bu və ya digər dərəcədə hiss etdirir. Müəlliflər subs-

tantivləşmiş sifətləri tam substantivləşmiş  və qismən substantivləşmiş olmaqla iki 

yerə bölürlər. 

Tam substantivləşmiş sifətlərdə isimlərin bütün  xüsusiyyətləri vardır: cəm 

forması, yiyəlik hal. Onlar ismə çevrildiklərinə görə artikllə işlənə bilirlər: a native, 

the native, a native”s, natives. 

Tam substantivləşmiş sifətlərin bəzilərinin yalnız cəm forması olur: eatables: 

yeməli  şeylər,  ərzaq, ruzi; valuables: qiymətli  şeylər, daş-qaş; ancients: qədim 

şeylər, əntiq şeylər; greens: göyərti, pencər, göy. 

Qismən (natamam) substantivləşmiş sifətlər ismə  məxsus bütün morfoloji 

xüsusiyyətləri deyil, onlardan ancaq bir qismini qəbul edə bilir. Bu qəbildən olan 

sifətlər müəyyənlik artikli ilə işlənə bilən bütöv bir sinfə aid olan ismi bildirir. Mə-

sələn, the rich-varlılar, zənginlər, the poor- yoxsullar, kasıblar, the captivated, the 

captured - əsir, əsirlər. Onlar mücərrəd anlayışları da  bildirə bilir: the good- xeyir, 

fayda, the evil- şər, zalım, the beautiful- gözəl, the singular- tək, the plural- cəm. 

Maraqlı burasıdır ki, eyni məna qrupundan olan sifətlərin bir qismi tam, bir 

qismi isə qismən  substantivləşmiş olur. Məsələn, a Russian-Russians, a German-

Germans (tam substantivləşmiş sifətlər),  the English, the French, the Chinese 

(qismən substantivləşmiş sifətlər) (Fries Ch. The Structure of English. London,  

Longmans, 1961, s.52). 

Qismən substantivləşmiş sifətlər geniş  şəkildə növ mənası  kəsb edir və 

müəyyənlik artiklı ilə  işlənir.  Bu  tip    sifətlər insan qruplarını  təsvir etmək üçün 

istifadə olunur və onların bütün qrupuna və ya sinfinə aid olur. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



251

The young in spirit enjoy life. 

The rich are usually keen to travel.  

Bir sıra mücərrəd sifətər də  müəyyənlik artikli ilə işlənirlər. Bu hala adətən 

sabit birləşmələrdə rast gəlinir. 

Take the rough with the smooth.  

 

Work from the known to the unknown. 



 

T.Barabaş  “İngilis dilinin qrammatikası”  əsərində sifətlərin substantiv-

ləşməsini konversiyanın bir növü hesab edir. Sifət substantivləşərkən özünə xas 

olan xüsusiyyətləri qismən və ya tam şəkildə itirir və ismə xas olan xüsusiyyətləri 

də qismən və ya tam şəkildə  kəsb edir. Son nəticədə söhbət qismən və ya tam 

substantivləşmiş sifətlərdən gedir (Барабаш Е.В. Грамматика английского языка. 

М.: Высшая школа, 1983, s.49). 

Müəllif qeyd edir ki, tam substantivləşmiş sifətlər cəmdə  və yiyəlik halda 

işlənə bilir. Onlar müəyyənlik və qeyri-müəyyənlik  artiklləri ilə  işlənir. Burada 

substantivləşmiş sifətlərin aşağıdakı qrupları qeyd olunur: 

1)  adamların hansısa qruplara xas mənsubiyyətini bildirənlər: a native- yerli, 

a relative- qohum, a savage- dəli, vəhşi, a progressive- mütərəqqi (xadim), a 

reactionary- irticaçı, mürtəce, a criminal- cani, cinayətkar, a black- qaradərili 

(adam), a white- ağdərili (adam). 

2)  millətlərin adını bildirənlər: a Russian-rus, an American- Amerikalı, a 

German- alman, a Greek- yunan, a Czech- çex. 

Müəllif göstərir ki, bu qrupdan olan “se” və  “ss” ilə qurtaran sözlərin tək və 

cəm formaları olur: Chinese- çinli, çinlilər, Japanese – yapon, yaponlar, Sweiss- 

isveçrəli, Portugese – portəqiz, portagizlər, (köhnə) potruqaliyalı, portuqaliyalılar. 

-ch və -sh ilə qurtaran və millət, xalq adlarını bildirən sözlər ümumi məna 

daşıyır: the English- ingilislər, The French- fransızlar, the Scotch- şotlandlar, the 

Welsh- uelslilər, the Dutch- hollandiyalılar. 

Sadalanan bu xüsusiyyətlər Azərbaycan dili üçün xarakterik deyildir. 

Azərbaycan dilində millət adları istisnasız olaraq isim kimi özünü göstərir. 

Bunlardan sifət kimi istifadə etmək mümkün deyildir. Azərbaycan dilində millət 

adları müstəsna hallarda ləqəb və səciyyələndirici söz kimi işlənir. 

3) 

Mücərrəd anlayışları bildirən sözlər: the good- fayda, the beautiful – 



gözəl, the useful -  faydalı, the contrary- tərs, the opposite-  əkslik, the impossible- 

qeyri-mümkün və s. 

I don”t like to heat anybody suggesting the contrary.  

– Mən bunun əksini söyləyəni sevmirəm. 

The unlikely happened more often than one would be disposed to believe   -

Ağlasığmaz şeylər adamın inanmaq istədiyindən daha tez-tez baş verir. 

Müəlliflər kollektivinin hazırladığı N.Kobrina əsərində substantivləşmiş 

sifətləri leksik mənalarına və malik olduqları ismi xüsusiyyətlərinə görə aşağıdakı 

qruplara bölürlər: 

1.  Bəzi substantivləşmiş sifətlərin yalnız tək forması olur. Mənalarından asılı 

olaraq ya tək, ya da cəm uzlaşması olur. Bunlar aşağıdakılardır: 

a) ümumiləşdirilmiş, yaxud mücərrəd anlayışlar bildirənlər. Onlar müəyyənlik 

bildirən artikllə  və    tək sayda işlənir: the unseen- görünməz, görülməmiş 

(Azərbaycan dilində  görməmiş), the fabulos- ağlasığmaz, ağlagəlməz, the unreal- 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



252

saxta, qeyri-real, the unknown- naməlum, məchul, the invisible- gözəgörünməz, 

sezilməz və s.  

b) dillərin adını bildirən substantivləşmiş sifətlər artiklsız  işlənir, ancaq çox 

vaxt əvəzliklə təyin edilir. 

 Qeyd  edək ki, azərbaycanca bu cür demək olmur. Həmin məzmunu 

azərbaycanca belə vermək olar: “Mən ispanca az-maz bilirəm”. 

 c)  şəxslər (fərdlər) qrupunu bildirən substantivləşmiş sifətlər the artikli ilə 

işlənir və  cəm mənası  kəsb edir. The old- qocalar, the poor- kasıblar, the rich-

varlılar və s. 

– Onlar öz ölkələrinin yoxsullarını çapıb-talayırdılar. 

2.  yalnız cəm forması olur. Bunlar aşağıdakılardır: Bəzi substantivləşmiş 

sifətlərin  həm tək, həm də cəm forması olur (bu o deməkdir ki, onların kəmiyyət 

kateqoriyası var). Bura aşağıdakılar daxildir: 

a)  Sosial təbəqə və ya mövqe , hərbi rütbə, partiyaya münasibət, dini məqam, 

cins, milliyyət, irqi mənsubiyyət, müxtəlif vaxtlara və  dövrlərə mənsub olan şəxslər 

qrupu  və s. bildirən substantivləşmiş sifətlər: nobles, equals, superiors, 

commercials, domestics, privates, Europeans, Asiatics, Judians, blacks, whites və s. 

Bu tip sözlər ayrı-ayrı  fərdləri bildirərkən qeyri-müəyyənlik artiklı ilə 

işlənirlər:  a noble, a private, a regular, an ordinary, a cristian, a leberal və s. 

b)  Heyvan və bitki adlarını bildirən substantivləşmiş sifətlər: evergreens- 

həmişəyaşıl (ağaclar), thoroughbreds – cins (at). 

3.  Bəzi substantivləşmiş sifətlərin 

a) tədris prosesi və imtahanlar ilə bağlı anlayışları bildirən substantivləşmiş 

sifətlər. Bunlar bir anlayışı, yaxud anlayışlar cəmini bildirməkdən asılı olaraq təkdə  

və ya cəmdə işlənə bilir: classics, finals, midsessionals və s. 

b)  əşya, maddə  və  ərzaq bildirən substantivləşmiş sifətlər. Bunların bəziləri 

həm tək, həm də  cəmdə olan uzlaşmaya (chemicals, movables, necessaries, 

valuables, eatables, greens), bəziləri isə yalnız təkdə  olan uzlaşmaya (bitters) yol 

verir. 


c) bədən üzvlərini bildirən substantivləşmiş sifətlər the artiklı ilə  işlənib, 

yalnız cəmdə olan xəbərlə uzlaşır: the vitals, the whites (of the eyes).  

Beləliklə, nəzərdən keçirilən elmi-metodik vəsaitlərdə bir-birini təkrar edən 

materiallarla yanaşı, yəni, təkrar olunmayan materiallar da öz əksini tapmışdır. 

Substantivləşmiş sifətlər qısa şəkildə Y.Qordon və İ.Krılovanın “A Grammar 

Of  Present –Day English” kitabında da tədqiq olunmuşdur (Gordon E.M., Krylova 

I.P. A Grammar of present-day English (Parts of Speech), 2

nd

 ed., M., 1980, s.134). 



 

Müasir ingilis dilində  sifət müqayisə və üstünlük  dərəcələrində  substantiv-

ləşə və ismin xüsusiyyətlərini qəbul edə bilir. 

Substantivləşmə Azərbaycan dili materiallarında da müşahidə edilir. 

O taxtapuşun üstündəki qovunlara diqqətlə baxdıqdan sonra bir bozumtulunu 

götürdü və pulunu verdi (R.Güntəkin). 

Qırmızımtıraqlardan bir-iki kilo almaq lazımdır. 

Onlardan biri ucaboylu, o birisi isə gödərək idi.  

Bu cümlələrdə sifətin azaltma dərəcəsində  işlənən sözlərin substantivləşdiyi 

nümunələrlə verilmişdir. Azaltma dərəcəsində işlənən sifətlərin substantivləşməsinə 

dair digər nümunələri nəzərdən keçirək.  


 

Filologiya  məsələləri – №5, 2014

 

 



253

Sintaktik üsulla reallaşan bu hadisə zamanı sifətlər birbaşa yanaşma əlaqəsi və 

ya idarə əlaqəsi əsasında  substantivləşirlər.  

Məsələn, a) yanaşma əlaqəsi əsasında substantivləşənlər: 

Nə üçün kəşfiyyata bir az diribaşları göndərmirsiniz? 

a)  İdarə əlaqəsi nəticəsində substantivləşənlər: 

O yaşıla çalan pencəyi geyinib. 

 Mən sarıya calan köynəyi götürüb baxdım. 

İngilis dilində olduğu kimi, Azərbaycan dilində  də çoxaltma dərəcəsində 

işlənən sifətlərin substantivləşməsi xarakterik hadisədir. Amma bu zaman fərqlər də 

özünü göstərir. Azərbaycan dilində substantivləşən  birinci sifət  həm qrammatik, 

həm də  semantik cəhətdən cəm formada, ikincisi isə tək formada işlənir. 

Kasıbların kasıbı, gözəllərin gözəli – the happiest of the happy, the youngest 

of the young. 

Kəndimizin bu dövlətli və sayılan ağsaqqalları bilirlər ki, mən kasıbların 

kasıbıyam. 

Sifətlərin substantivləşməsi geniş yayılmış  leksik-sintaktik hadisədir. Ona gö-

rə ki, hər bir sifət müəyyən əlamətlə özünü biruzə verir. Əlamət bildirmə xüsusiy-

yəti  isimlərin formalaşmasında  daxili forma, motivləşmə şəklində özünü göstərir. 

İngilis dilində olduğu kimi, Azərbaycan dilində də sifət substantivləşməyə ən 

çox məruz qalan nitq hissəsidir. Sifətin substantivləşməsi ümumiyyətlə subs-

tantivləşmə hadisəsi içərisində mərkəzi mövqe tutur. Sifət leksik-semantik xüsusiy-

yətlərinə görə çox zəngin bir kateqoriyadır. Bu səbəbdən sifətlərin hansı  tiplərinin 

substantivləşməsi mühüm əhəmiyyət kəsb edir. Sifətin substantivləşməsinə  həsr 

olunmuş  əsərlərdə bu məqama həmişə diqqət yetirilir. Bu istiqamətdə axtarışları 

davam etdirmək lazımdır. 

 Əlimizdə olan ədəbiyyatlar substantivləşmə hadisəsini sifətin aşağıdakı məna 

növləri üzrə  nəzərdən keçirməyə imkan verir. 

 

a)  İnsanın fiziki sağlamlığına aid sifətlər 



b)  İnsanın psixoloji vəziyyətinə aid sifətlər 

c)  İnsanın yaşı ilə bağlı olan əlamətləri bildirən sifətlər 

d)  Modal münasibət (keyfiyyət) bildirən sifətlər 

e)  Mənəvi keyfiyyət bildirən sifətlər 

 

Əlbəttə, bu təsnifatı tam həll edilmiş hesab etmək olmaz. Onlara hər dəfə 



yenilərini əlavə etmək mümkündür. 

İnsanın fiziki sağlamlığına aid sifətlərin substantivləşməsi.  Bunlardan aşağı-

dakıları qeyd edə bilərik: kor, kar, qozbel, kosa, keçəl və s. Bu sifətlər həm təklikdə, 

həm də birlikdə işlənməklə substantivləşirlər. 

Məsələn, Kar özünə sərf eləyəni eşidir. 

Qozbeli qəbir düzəldər. 

Kosaya rişğənd edənin top qara saqqalı gərək. 



İnsanın psixoloji vəziyyəti ilə bağlı olan sifətlərin substantivləşməsi. 

Bunlardan aşağıdakıları qeyd edə bilərik: ağıllı, dəli, axmaq, gic, arif, sərxoş və s. 

Ağıllınız kimdir? – Qabaqdakı zəncirli.  

Arifə bir işarə!  



 

Filologiya  məsələləri – №5, 2014

 

 



254

Mənəvi keyfiyyət bildirən sifətlərin substantivləşməsi. Bunlardan aşağıdakıları 

qeyd edə bilərik: alçaq, xəsis, yalançı, tamahkar,oğru, paxıl, günahkar və s. 

Məsələn, Hiyləgər doqquz ocaq yıxmayınca, bir ocaq tikməz. 

İctimai vəziyyət bildirən sifətlərin substantivləşməsi. Bunlardan aşağıdakıları 

qeyd edə bilərik. Yoxsul, varlı, dövlətli, aşağı. 

Məsələn, Ağıllı yoxsul, axmaq varlıdan yaxşıdır. 

Modal münasibət bildirən sifətlərin substantivləşməsi: doğru, düz, gerçək, 

yalan, yaxşı, pis. 

Yalan üz ağardar.  

Yalan cücərər, amma bitməz.  

 

     

Ədəbiyyat 



 

1.  Fries Ch. The Structure of English. London,  Longmans, 1961. 

2.  Барабаш Е.В. Грамматика английского языка. М.: Высшая школа, 1983. 

3.  Gordon E.M., Krylova I.P. A Grammar of present-day English (Parts of 

Speech), 2

nd

 ed., M., 1980. 



 

E.Yagublu 

Substantivization of the adjective in English and Azerbaijani languages. 

Summary 


 

        The article deals with the substantivization of the adjective in English 

and Azerbaijani languages. The characteristic features belonging to the adjective are 

analyzed here. The substantivized adjective is a very controversial but interesting 

linguistic phenomenon in both English and Azerbaijani languages. The adjective, 

being one of the notional parts of speech, expresses the quality, quantity, degree, 

state or a kind of other feature that nouns or other nominal parts of speech usually 

possess, whereas the substantivized adjectives incorporate the features of only the 

nouns. A substantivized adjective is a sometime adjective (of a simple or derivative, 

or composite structure) which has become nominalized acquiring (all) the features 

of the nouns. The process of substantivization is a universal phenomenon and 

considered to be a productive means of word-building, word-composition and even 

a word-coinage, thus enriching the vocabulary of any language.  

 

Э.Ягублу 



Субстантивацией прилагательных в английском и азербайджанском языках. 

Резюме 


 

Артикль имеет дело с субстантивацией прилагательных в английском и 

азербайджанском  языках.  Характерные  черты,  принадлежающие  к  прилага-

тельному анализируются здесь. Субстантивированное прилагательное являет-

ся  спорным  вопросом,  но  в  тоже  время  интересным  лингвистическим  фено-

меном,  как  в  английском,  так  и  в  азербайджанских  языках.  Прилагательное, 

будучи  одним  из  смысловых  частей  речи,  обозначающая  качество,  свойство 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



255

или  принадлежность  предмета,  тогда  как  субстантивированное  прилагатель-

ное включает в себя свойства только существительного. Субстантивированное 

прилагательное  иногда  является  прилагательным  (простым,  производным  и 

составным), который стал субстантивированным приобретая качество сущес-

твительного. Процесс субстантивации является универсальным феноменом и 

считается продуктивным способом словооброзавания, словосложения и даже 

словотворчества, таким образом пополняя словарный запас любого языка. 

 

Rəyçi: Dosent Səadət Nuriyeva 



 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



256

  GÜLNARƏ CABBAROVA 

                                                 ADİU                          

gülnarə. @mail.ru. 

 

ETİMOLOJİ DUBLETLƏRİN İNGİLİS DİLİNİN  

LÜĞƏT TƏRKİBİNİN  ZƏNGİNLƏŞMƏSİNDƏ   ROLU VƏ ƏHƏMİYYƏTİ 

 

Açar sözlər:leksikolojialınma sözlər, dilin lüğət tərkibi, təsir. 



Key words:leksical, loan words, vocabulary of the language, influence. 

Ключевые слова: лексический,заимствованные слова, влияние 

 

  Leksikanın xüsusi təbəqəsinin həm nominasiya proseləri nöqteyi nəzərindən, 



həm də  əsaslandırma planında alınma planında alınma sözlər təşkil edir. Dil kon-

taktı və digər dil sosiumlarının təsiri altında verilmiş dil kollektivinin təcrübəsinin 

genişləndirilməsi nəticəsində  əmələ  gəlmiş nominasiya tələblərinə mümkün 

cavablardan biri olaraq, onlar nitq zamanı dil cəhdlərinin müəyyən qənaətini təşkil 

edir, belə ki bu dildə əmələ gələn nominative boşluqları doldurmaq üçün başqa dilin 

hazır vahidlərindən istifadə olunur. Eyni zamanda, sözlərin alındığı dildə mövcud 

olan əvvəlki assosiativ əlaqələrin itirilməsi dildə alınma sözlərə məxsus olan əsaslı 

mənbələrin də itirilməsinə  gətirib çıxara bilər ki, bu da nitq prosesində onların 

mənalarının başa düşülməsində çətinliklər yaradırş Alınma sözlər bir dilin element-

lərinin başqa dildə istifadə olunması prosesi kimi, həm dilçilik, həm də dialektik 

cəhətdən dil əlamətlərinin ziddiyyətli təbiətinə  səbəb olmuşdur: sözlərin götürül-

məsinə təkan verən ixtiyarilik və sözlərin götürulməsinə mane olan qeyri-ixtiyarilik. 

Elə bununla da izah etmək olar ki, ingilis dilində söz əmələ  gətirmə  və semantik 

derivasiya prosesləri ilə müqayisədə alınma sözlər kəmiyyətcə xeyli geri qalırş. Bu, 

heç də o demək deyil ki, müasir ingilis dilində alınma sözlərin rolu yoxdur. Təx-

minən dünyanın 50 dilindən daxil olmuş leksik vahidlər ingilis dilinin lüğət tərki-

binin təqribən 70%-ini təşkil edir və ingilis dili müxtəlif tarixi mərhələlərdə, müx-

təlif-tarixi, coğrafi, social, iqtisadi, mədəni və s.inkişaf və mövcud olma şəraitinin 

təsiri altında leksik təbəqələri əhatə edir. 

Dillərin uzun müddətli qarşılıqlı tarixi əlaqələrinin nəticəsi olaraq, alınma 

sözlər həm bir proses kimi, həm də bu prosesin nəticəsi kimi dil tarixində maraq 

oyadır, bunun da sayəsində sözlərin alınma səbəbləri və  mənbə dillər, alınma 

yolları, forma və tipləri, alınma sözlərin məruz qaldığı dəyişiklər barədə ətraflı mə-

lumat toplamaq mümkün olur. Alınma sözlərin sinxron, leksikoloji cəhətdən 

öyrənilməsi onların bu dilin leksik quruluşuna təsiri və bir sıra genetic xüsusiyyətlə-

rini saxlamaqla keçdiyi dildə özünün xüsusi status ilə maraq doğurur. 

Alınma prosesində təkcə ayrı-ayrı vahidlər deyil, mənbə dildə aralrında müəy-

yən əlaqənin olduğu söz qruplarının da iştirak etməsi zamanı bu təsir daha aydın gö-

rünür. Mənbə dildə sözlər arasında relevant əlaqələrin və soz götürən dildə 

derivasiya miqdarı (m\sş rural-“kənd”-L.Rusrlis rus, rurus “kənd, əkin yeri, tarla”, 

cardiac “ürək”-Gk, kardiakos, kardia “ürək” sözündən və b.) mənbə dildə genetic 

cəhətdən törəmə rol oynayir və struktur-semantik ilə asılılığı ilə xarakterizə olunur. 

 Belə söz əmələ  gətirən sözlərin cüt sözlərin hər ikisinin alınması zamanı 

onların arasında derivasiya əlaqəsi digər dildə  də qorunub saxlanılır. Məsələn, 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



257

“glossa, haşiyə, kənarlarda qeydlər, sərhlər” – glossary “qlossari, lüğət”, dynasty 

“sülalə” – dynastic “sülalə (sif.) və s. Bu və ya digər tip yanaşma ilə qarşılıqlı əlaqə-

də olan alınma sözlər qrup xarakterli və çox saylı olması nəticəsində, ingilis sadə və 

törəmə sözlər sisteminin artmasında rol oynayır. Xeyli sayda morfoloji üzv 

vahidləri  əmələ  gəlir ki, bunun kompleksliyi ingilis dilində danışanlar tərəfindən 

daha çox hiss olunur, bunun da nəticəsində yeni söz yaradıcı modellərin 

formalaşması baş verir. Beləliklə, İngilis dilinin təkcə morfem tərkibi deyil, həm də 

derivasiya imkanları genişlənir. 

Alınma sözlərin keçdiyi dildə “taleyi” də maraqlıdır. Alınma sözlər çoxu daxil 

olduğu sistemin təsiri ilə mühüm fonetik, qramatik və  hətta semantic dəyişiklərə 

uğrayaraq həmin sistemin fonetik, qramatik, semantic qanunlara uyğunlaşırlar. 

Assimilyasiya prosesi o dərəcədə  dərin olur ki, həmin sözlərin xarici dil 

mənşəli olması ingilis dilində danışanlar tərəfindən hiss olunmur, yalnız etimoloji 

təhlil vasitəsilə müəyyən olunur. Bu, skandinaviya və latın dilindən erkən alınma 

sözlər üçün, xüsusilə, uyğundur, məsələn: get “almaq”, skill “bacarıq”, sky “səma”, 

skirt “ətək”, skin “dəri”, they “onlar”, street “küçə” və s. Tam assimilyasiya 

olunmuş  və  mənimsənilmiş alınma sözlərdən fərqli olaraq, qismən assimilyasiya 

olunmuş  xarici dil vahidləri özlərinin fonetik (məs. (garage) chaise – longue chic), 

qramatik (məs. tək datum, nucleus, antenna – cəm datd, nuclei, antennae) və 

semantik (məs. taiga, tundraŞ rouble və s. rus dilindən alınma, ingilislər üçün başqa 

məna verən sözlər) xüsusiyyətlər kimi xarici mənşəli izlərini saxlayır. Bunların 

ingilis dilinin izahlı lüğətlərində adekvant təsvirini vermək üçün leksikoqraflar 

ensiklopedik məlumatdan chox istifadə edir, verilən obyekt və hadisənin yayılma 

yerləri, mövcud olduğu formalar, istifade etmə üsulları  və s. barədə  məlumat 

verirlər 

Etimoloji nöqteyi-nəzərdən, leksikanin alınması xalqların iqtisadi, siyasi, elmi 

və mədəni əlaqələr zəminində yaxınlaşmasının nəticəsidir. Çox vaxt alınma sözlər 

dilə yeni əşyaların adlandırılması  və  əvvəllər məlum olmayan məfhumların ifadə 

edilməsi vasitəsi kimi gəlir. Alınma sözlər artıq məlum olan əşya və hadisələrin 

ikinci dəfə adlandırmaq üçün də istifadə oluna bilər. Bu o zaman baş very ki, alınma 

söz predmentin hər hansı başqa xüsusiyyətini bildirmək üçün istifadə olunur , o, 

ümumi qəbul olunmuş beynəlxaıq termindir və ya (hərbi işğal zamanı) xarici sözlər 

dilə məcburi səkildə tətbiq olunur. 

Çoxmənalı sözlər adətən öz mənalarından birində götürülür və alınma zamanı 

sözün məna həcmi daralır. 

İngilis dilinin lüğət tərkibinin inkişafında latın dilindən alınma sözlər böyük 

rol oynayır və latın leksikasının daxil olması  əsasən ingilis xalqının tarixində üç 

hadisə ilə əlaqədar olmuşdur: Roma hakimiyyəti  İngiltərədə xristianlığın yayılma 

və İntibah dövründə mədəniyyətin inkişafı. 

Hələ german tayfaları, anqllar, sakslar və yutlar Britaniya adalarında məs-

kunlaşmamişdan bu tayfalarla romalılar arasında dillərində  də öz izlərini buraxan 

ticarət əlaqələri var idi. Latın dilindən birinci mərhələdə alınma sözıər roma və german 

tayfalarının mədəni-iqtisadi və  hərbi münasibətlərinin xarakterini əks etdirir. Yeni 

sözlər adətən bu mərhələdə Roma xalqının daha yüksək mədəniyyətə qoşulması ilə 

əlaqədar  əmələ  gələn yeni məfhumları ifadə edir. Bu alınma sözlərə bunlar aiddir: 

(lat.portus), cycene kitvhen (lat. Coquina), piper pepper (lat. Piper) və s. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



258

İngilis dilində latın dilindən alınma sözlərin əksəriyyəti “kitab” sözləri təşkil 

edir. B sözlər dilə xalqlar arasında bilavasitə canlı ünsiyyət nəticəsində deyil, yazılı 

sənədlər, kitablar və s. Vasitəsilə keçmişdir. Kitab alınma sözləri keyfiyyətcə digər 

alınma sözlərdən fərqlənir. Hər  şeydən öncə, bu sözlər dəyişiklərə, xüsusilə  də 

semantik dəyişiklərə az məruz qalmışlar. Bunun məntiqi izahı ondan ibarərdir ki, 

kitab alınma sözləri uzun illər boyunca məhdud sferada- bu dilin ədəbi formasında 

istifadə olunmuşdur. Daha sonra bu alınma sözlər əsasən mücərrəd, abstrakt və ya 

terminoloji xarakter daşıyır.İngilis dilində latın alınma kitab sözləri 16-cı  əsr, 

həmçinin 15-16-cı  əsrlərə, yəni  İngiltərədə  İntibah dövrünə  təsadüf edir. Uiklif, 

Lenqland və Çoserin əsərlərində mindən artıq  əvvəlcə ingilis dilində rast gəlin-

məyən latın dilindən alınma sözlər işlənmişdir.  İntibah dövründə tibb, ədəbiyyat, 

ilahiyyat sahələrində sözlər, texniki terminlər və s. Yaranır. Bu sözlərin sıyahısını 

qısa fəsil çərçivəsində vermeək mümkün deyil. Bunun üçün xüsusi lüğət tərtib 

etmək lazımdır. 

 Bu  alınma sözlərin çoxunu morfolji əlamətlərinə görə  təyin etmək olar, 

məsələn: məsdər formasında –ate- şəkilçisi olan, latın dilində fellərin 1-ci təsrif 

formasının keçmiş zaman feli sifətindən əmələ gələn fellər –ute- şəkilçisi olan, latın 

dilində fellərin 3-cü təsrif formasının keçmiş zaman feli sifətindən  əmələ  gələn 

fellər – prosecute, execute; latın dilində indiki zaman feli sifətlərindən əmələ gələn 

–ant- və ent- şəkilçili sifətlər, məsələn, evident, transparent,patient, triumphant, 

apparent, obedient. Sonrakı  əsrlərdə - 17-ci, 18-ci əsrlərdə latın dilindən alınma 

kitab sözləri müşahidə olunmuşdur.  Əsasən bu “elmi sözlər” latın sözlərinin 

morfoloji xüsusiyyətlərini qoruyub saxlamişlar, məsələn:inertia, sanatorium, genus, 

radius, curriculum, datum, vacumm. Nəhayət, müasir ingilis dilində elə alınma 

sözlər də vardır ki, onlar bütünlükdə öz latın “simasını” saxlamışdır, yəni, hech bir 

assimilyasiyaya uğramamış və hal-hazırda da uğramır. Bu söz və ifadələr dildə latın 

dilindən sitat kimi işlənir. Onların istifadə olunma sferası məhduddur: onlar adətən 

elmi nəsr üslubunda, işgüzar sənədlərdə, yüksək natiqlik üslubunda işlənir. Belə 

alınma sözlərə aiddir: alma mater, bina fide, ex officio, condito, sine qua non  və s. 

Alınma sözlərin daxil edilməsinin nəticələrindən biri də etimoloji dubletlərin 

yaranmasıdır. Etimoloji dubletlər – etimoloji cəhətdən eyni kökə aid olan, lakin 

dildə müxtəlif məna, tələffüz və yazılışa malik sözlərdir. Məsələn: channel və canal. 

Etimoloji dubletlərin yaranması müxtəlif konkret səbəblərlə izah olunur. Eyni 

söz müxtəlif zamanlarda, müxtəlif mənbələrdən alına bilər. 

Məsələn: latınca canalis “kanal” ingilis dilində  mərkəzi Fransa dialekti vas-

itəsilə “channel” formasında və şimali Fransa dialekti vasitəsilə “canal” formasında 

gəlib və bu formalar mənasına görə ayrılır. 

Latınca quies, quietus “sakitlik, istirahət” bilavasitə ingilis dilinə daxil olmuş, 

quiet formasına malikdir, fransız dilindən keçən həmin söz dildə quite kimi 

möcuddur.Qeyd olunduğu kimi, bir dildən digər dilə sözlərin keçməsi zamanı elə 

hallar da baş verir ki, eyni söz iki dəfə götürülür. Bu, yalnız təmasda olan xalqlar 

arasında uzun müddət tarixi-mədəni əlaqələrin olması zamanı baş verə bilər. Latın 

dilinin ingilis dilinə təsir tarixi məhz belədir. Bir çox latın sözləri ingilis dilində iki 

dəfə  gəlib: bir dəfə fransız dilindən, bir dəfə bilavasitə latın dilindən.  İkinci dəfə 

alınma birincidən xeyli vaxt fasiləsi ilə ayrılır ki, bu da sözün yeni söz kimi qəbul 

edilməsi üçün zəruridir. Beləliklə, etimoloji fransız-latın dubletləri əmələ gəlir. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



259

  Latın dilindən keçən kitab xarakterli alınmalara bəzi sözəmələgətirici ele-

mentlər – ön şəkilçilər və  şəkilçilər aiddir. Bu sözəmələgətirən morfemlər latın 

dilindən ayrıca dil vahidi kimi keçməmişdir; onlar bütöv sözlərin tərkibində 

gəlmişdir və yalnız sonralar sözəmələgətirən morfem kimi başa düşülmüşdür. 

Bununla belə, onları alınma şəkilçilər adlandırırlar.Beləliklə, latın dili ingilis dilinin 

yeni sözlərlə  zənginləşməsinə böyük təsir göstərmişdir. Bu onunla izah olunur ki, 

İngiltərənin normand işğalı ilə dilə çoxlu fransız sözləri gəlmiş, bu da etimoloji 

cəhətdən yaxın olan latın sözlərinin nisbətən sərbəst axını üçün zəmin hazırlamışdır. 

Tarixi leksikologiyada bəzən bu və ya digər sözün ingilis dilinə fransız və ya latın 

dilindən keçdiyini teyin etmək çətinlik törədir.Latın dilindən alınma sözlər arasında 

bir qrup sözlər vardır ki, onlara səs formasına, qramatik şəklinə, məna mahiyyətinə 

görə beynəlxalq sözlər sırasında rast gəlinir. Məhz latın dili xeyli miqdarda belə 

sözlər bəxş edib. Bu, onunla izah olunur ki, feodalizm dövründə latın dili Qərbi 

Avropanın bir çox ölkələri üçün beynəlxalq elmi dil, bəzi ölkələrdə isə 

ümumiyyətlə,  ədəbi dil hesab olunurdu. Latın dilinin elmi dil olması 17-ci 18-ci 

əsrlərə kimi davam etmişdir. Müasirtəbabət, kimya, botanika, zoologiya, fəlsəfə, 

siyasət elmlərində indiyə kimi latın sözlərindən istifadə olunur. 

Müasir ingilis sözlərində audio – lat. dinləmək, qulaq asmaq: auditorum, 

audience. Bios – yun. həyat: biology, biography. Centum – lat. yüz: cent, century, 

centenary. Demos – xalq: democracy, demography. Grapho – yun. yazmaq: graphic, 

phonograph. Homos – yun. eyni: homonym, homophone. Lexis – yun. lüğət: lexico, 

logy, lexicography. 

Onoma – yun. ad: synonim, antonim, pseudonym 

Phone – yun. səs: phonetics, phoneme, phonology 

Scribe, scriptum – lat. yazmaq, yazılmış:describe, subscribe, scritwriter, 

inscription 

Tele – yun. uzaq: telescope, telegraph 

Video – lat. görmək: visus lat. görünüş, mənzərə: visible, vision, revise, 

television, evidence. 

Vita – lat. həyat: vital, vitality, vitamin. 

Latın dilindən ingilis dilinə keçən beynəlxalq sözlərdən aşağıdakıları qeyd 

etmək olar: obligation, constitution, alibi, agriculture, microscope, modern, laboato-

ry, program, system, socialism, communism, capitalism, climate, radius, tardition 

və s. Başqa dillərdən alınma sözlər dilin lüğət tərkibinə ayrı-ayrı  təsirlər göstərir. 

Bəzi dillərdə alınmalar dilin lüğət tərkibinə elədə  təsir göstərə bilməmişdilər. 

Müxtəlif tarixi dövrlərdə söz alınmaları dilin lüğəti tərkibinə elə çox əhəmiyətli tə-

sirini göstərmişdir ki, hətta başqa dillərdən alınmış misal üçün, əvəzlik, önlük kimi 

xidməti sözlər, qədim xidməti sözləri sıxışdırıb istifadədən çıxarırdılar. Başqa 

dillərdən sözlərin alınma prosesi hər bir dilə xas olduğuna və ingilis  dilinin leksi-

konunun ayrılmaz hissəsi oduğu üçün, bu tema həmişə aktual olaraq qalır və həmişə 

onun öyrəmilməsi və nəzərdən keçirilməsi üçün kifayət qədər materiallar var. Çünki 

fəal dil həmişə inkişaf olunan dildir. Nə iə təzə bir şey gəlir, lazımsızlar, artıqlar yo-

xa çıxır,burada leksikologiya səhəsində çalışan alimlər üçün də  həllin tələb edən 

çox suallar qalır. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



260

Ədəbiyyat: 

 

1.R.C.Cəfərov: Azərbaycan dilində işlənən Qərbi Avropa mənşəli alınma sözlər. 



Bakı.2000il.”Nurlan” nəşriyyatı. 

2.N.Ə.Rzayeva.Dildə sözalma prosesihaqqında.AMEA.İ.Nəsimi ad.Dilçilik 

İnstitu.”Tədqiqlər”.Bakı.2003 il. 

3.N.Məmmədov. Alınma terminlər.”Elm” nəşriyyatı.1997 il.314 səh. 

4.O.Musayev.İngilis dilinin grammatikası.Bakı.”Maarif°nəşriyyatı.1979 il. 

 

 



                         

Г.Джаббарова 

Роль и значение заимствованных слов европейского происхождения в 

обогащении словарного состава английского языка. 

 

Резюме 


 

В статье рассматривается рол и значения заимствованных слов Западно-

Европейского  происхождение  в  развитие  и  обогащении  словарного  состава 

английского  языка  и  его  влиянние  на  другие  сферах  изучаемого  языка.Как 

известно,словарный состав английского языка широко распростренены слова 

и  термины  Западно-Европейского  происхождение,особенно  латинских  слов 

употребляется в техническом и художественнном  литературе,а также,в прак-

тическом  разговорном  речи.Поэтому,студенты  и  лингвисты  всегда  и  везде 

изучает и анализируют заимствованных слов Европейского происхождения в 

английском языке. 

 

G.Djabbarova 



The role and importance of the borrowed word european origin enrichment 

vocabulary english language 

Summary 

 

The article speaks about the borrowed words of Westen-Eurepean origin in 



the Englis language their use terminological units and lingual relation  on modern 

phase.The roleand importance of te borrowed word European origin enrichment 

vocabulary English language,the article deals with the grammatical category of time 

in English and is comparative caracteristics of time Azerbaijan,analyses mutual en 

English origine words used in the vocabulary of Azerbaijan also some semantical 

peculiarities of English terms in Azerbaijani.The article deals with the structural-

semantical models of the contemporary English and Azerbaijani language and their 

comparison analize of theoretical character.The article deals with the connection 

and essence of the category of tense in the Engsh grammar. 

 

Rəyçi:                    Yusif  Süleymanov 



           filologiya üzrə fəlsəfə doktoru, dosent 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



261


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin