8
Elə bu vaxt, vəzir Şərəfəlmülkün böhtanı nəticəsində soltana və onun
adamlarına sui-qəsddə günahlandırılan Təbriz şəhəri rəisi Nizaməddin ət-
Tuğrai
edam edilir, onun əmisi Şəmsəddin ət-Tuğrai isə zindana salınır.
Şəmsəddin ət-Tuğrai yalnız 1228-ci ildə, öz haqsız əməllərindən peşman
olmuş sultan tərəfindən
azad edilərək, yenidən Təbrizə canişin təyin olunur.
Cəlaləddinin təqiblərində yaxa qurtarmaq üçün Əlincə qalasına
sığınmış Özbək 1225-ci ilə burada vəfat etdi. Beləliklə,
atabəy Özbəyin
1225-
ci ildə baş verən ölümü ilə Azərbaycan Atabəyləri dövlətinə son
qoyulur. Şəmsəddin Eldənizin övladlarına
tabe olan bütün ərazilər
Azərbaycanda, Arranda, Şirvanda və Gürcüstanda ağalıq edən xarəzmşah
Cəlaləddinin əlinə keçir.
Dostları ilə paylaş: