Baba babazadə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix03.04.2017
ölçüsü0,96 Mb.
#13205
  1   2   3   4   5   6   7   8   9   10   11

BABA BABAZADƏ 

 

 

 

 

 

 

 

 

 

ƏDƏBİYYATDA  

LİRİK NÖV 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2008 

 

 



1

 

 

 



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

BABA BABAZADƏ 

 

 

 

 

 

 

 

 

 

ƏDƏBİYYATDA  

LİRİK NÖV 

(Dərs vəsaiti) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2008 

 

 



3

Elmi redaktor:  

 

filologiya elmləri doktoru,  

professor Nərgiz Paşayeva 

 

 

Rəyçilər: 

 

  filologiya 

elmləri namizədi,  

dosent Zahirə Salmanova 

 

filologiya elmləri namizədi,  

dosent Məhəmməd Məmmədov 

 

 

Baba Babazadə. Ədəbiyyatda lirik növ (dərs vəsaiti). Bakı: 

«Bakı Universiteti» nəşriyyatı, 2008, 178 səh. 



 

Ədəbi növlər və janrların poetikası haqqında Aristotel, Hegel, 

Belinski və başqa nəzəriyyəçilər bir sıra maraqlı  nəzəri-estetik 

fikirlər söyləmişlər. Dərs vəsaitində lirik növün atributiv poetik-

estetik və  nəzəri xüsusiyyətləri konkret tədqiqat obyekti kimi gö-

türülmüşdür. Müasir proqramlar və elmi-metodiki tələblər səviy-

yəsində hazırlanan bu dərs vəsaitində lirik növ və onun janrları 

haqqında müxtəlif nəzəri-estetik anlayışların terminoloji interpretasi-

yası verilmişdir. Dərs vəsaitində təhsilin bakalavr, magistr pilləsinin 

tələbələri, müəllimlər, habelə  ədəbiyyatın nəzəri məsələləri ilə 

məşğul olan tədqiqatçılar da istifadə edə bilərlər. 

 

 

 

 

 

 

 

 

 

 

 

© «Bakı Universiteti» nəşriyyatı, 2008 


 

 



ƏDƏBİ NÖVLƏR VƏ JANRLAR 

 

Dünya  ədəbiyyatında yaranan bədii  ədəbiyyat nü-



munələri – ədəbi  əsərlər müxtəlif növlərə  və janrlara 

bölünür. Ümumiyyətlə isə  ədəbi  əsərlər üç növə bölünür: 

epik, lirik, dramatik. Bu bölgünü ilk dəfə verən, nəzəri 

cəhətdən  əsaslandıraraq təsnif edən antik dövrün ən böyük 

filosofu və nəzəriyyəçisi Aristotel (384-322) olmuşdur. İbti-

dai cəmiyyətlərdə yaranan ayrı-ayrı  ədəbiyyat və incəsənət 

nümunələrində müstəqil şəkildə ədəbi növ və janrlar anlayışı 

olmamışdır. Bu zaman yaranan əsərlər təbiət və  cəmiyyət 

hadisələri haqqında tam bilgi verirdi. Çünki bu zaman 

incəsənət əsərləri arasında janr, növ differensiasiyası da yox 

idi.  

Belinski  ədəbiyyatı sintetik sənət adlandırmışdır. Belə 



ki, bədii  ədəbiyyatda rəssamlığın, musiqililiyin, lirizmin, 

əyaniliyin elementləri vardır. Daha qədimlərdə, o zaman ki, 

insanlar hələ sinfi cəmiyyətdə yaşamırdılar, o zaman yazılan 

əsərlər bu gün bizim adlandırdığımız kimi bədii əsər adlan-

mırdı. Bu əsərlərin spesifikasında, ümumi total məzmununda 

ilkin ictimai şüurun izləri olan magik, mifoloji, əxlaqi və 

yarıfantastik elementlər var idi. Bu isə  hələ o zaman elmdə 

ilkin ictimai və bədii-estetik şüurun təzahürü olan sinkretizm 

adlanmışdır. «Sunkreto» – yunanca – qovuşma, qatılma, 

birləşmə, bitişdirmə deməkdir.  

Bununla bərabər, həmin  əsərlərdə müxtəlif  ədəbi for-

maların da məzmun və janr sinkretizmi müşahidə olunmuş-

dur. Belə ki, ilkin sinkretik əsərlərdə poeziyanın, xorun, 

musiqinin bir poetik düşüncədə ritorik inikası əsas tutulurdu. 

Ən qədim dövrlərdə sinkretik sənətin izlərini biz mahnılarda, 

 

 



5

nəğmələrdə, oyun və  rəqslərdə görürük. Bu cür oyunlar

ayinlər, və  rəqslər, adətən ov mərasimlərindən  əvvəl və 

uğurlu ovdan sonra keçirilirdi. Hətta bu gün sinkretik 

rəqslərin izləri bir sıra xalqların həyatında indiyə qədər gəlib 

çatmışdır. Qədim zamanlarda yaranan əmək və  mərasim 

mahnılarında da sinkretizmin izlərini görürük.  

Əlbəttə, ilkin sinkretik incəsənətdə ardıcıl olaraq for-

malaşan ritmik melodiyalarda, həmin nəğməli ritmlərlə 

deyilən poetik mətnlərdə sinkretizm əsas yer tutur. Bu şifahi 

və yazılı  şəkildə yaranan mətnlərdə ifadə olunan nidalar, 

emosiyalar, söz, takt və melodiyalar müəyyən ritmə tabe tu-

tulurdu.  

Zaman keçdikcə bu sinkretik sənət ayrı-ayrı sahələrə 

ayrılmağa başlamışdır. Xalq əfsanələrinin, mifoloji 

süjetlərin, nağılların, lirik-epik mahnıların, sinkretik 

sənətdən ayrılması  nəticəsində epos-epik növ formalaşmış-

dır. Nəzəriyyəçilərin fikrincə, lirikanın mənşəyi insanın izti-

rab, kədər və sevinclərinin ifadə olunduğu xorla bağlı ol-

muşdur. Dramaturgiya isə ayrı-ayrı kollektiv tamaşaların, 

mimik hərəkətlərin nəticəsində formalaşmışdır. Bununla 

belə, lirik, epik və dramatik ədəbi formalar daha sonralar 

inkişaf edərək mürəkkəb şəkil almış və əvvəlki əlamətlərini 

demək olar ki, itirmişdir. Onlar arasında elə qarşılıqlı 

cəhətlər və keçidlər olmuşdur ki, hətta indinin özündə  də 

tədqiqatçılar poetik yaradıcılıq növlərini araşdırmaqda, 

onların sərhədlərinin müəyyənləşməsində çoxlu miqdarda 

janrların modifikasiyasının xarakteristiskasını təyin etməkdə 

çətinlik çəkirlər. Hətta bununla bağlı müxtəlif elmi-nəzəri 

baxışlar, yanaşmalar mövcuddur.  

Aristotel  ədəbiyyatı növlərə  və janrlara bölərkən 


 

 



gerçəkliyin necə  təsvir olunması  məsələsini  əsas tutmuşdur. 

Onun fikrincə, eyni bir hadisəni müxtəlif cür təsvir etmək 

olar. Belə ki, sənətkar olub keçən, baş vermiş hadisələri 

Homer kimi danışır. Ya sənətkarın maraq və ehtirasları li-

rikada verilir. Ya da sənətkar hadisələri xarakterlərin hə-

rəkətində  təsvir edir. Ümumiyyətlə Aristotel təqlid olun-

manın üç növünü göstərmişdir. Bununla da o, təqlid olun-

manın üsullarına görə  ədəbi növ və janr nəzəriyyəsinin 

əsasını qoymuşdur.  

Qeyd etməliyik ki, sonrakı dövrlərin bir sıra 

nəzəriyyəçiləri Aristotelin bu bölgü prinsipini qəbul etmişlər.  

Alman nəzəriyyəçisi və estetiki Hegel ədəbiyyatı 

növlərə və janrlara bölərkən konkret predmetin təsvirini əsas 

götürmüşdür. Onun fikrincə, epos hadisələri təsvir edir, lirika 

hiss və  həyəcanları, drama isə  hərəkəti təsvir edir. Buradan 

belə  nəticəyə  gəlinir ki, eposda insan cəmiyyətlə üzləşir, 

dramda xarakterlər bir-birinə qarşı durur, lirikada isə 

şəxsiyyətin daxili həyəcanları, qəlb aləmi tərənnüm olunur.  

Sonralar rus nəzəriyyəçisi və tənqidçisi Belinski də bu 

nəzəri baxışla razılaşmalı olmuşdur. Onun fikrincə, incəsənt 

əsərlərində xalis növ strukturu yoxdur. Onun qənaətincə, 

epik  əsərlərdə dramatik elementlər, eyni zamanda dramda 

epik laylar mövcuddur. Eyni zamanda həm epiklər, həm də 

dramaturqlar da öz növbəsində lirizmdən istifadə edirlər. Bu 

baxımdan yanaşsaq görərik ki, Hegel və Belinskinin 

sözlərində bir həqiqət var. Bununla bərabər, həmin nəzəri 

fikirlərin özünü də dəqiqləşdirmək lazım gəlir. Hər hansı bir 

sənətkarın yaradıcılıq prosesində  əsas məqsədi real 

gerçəkliyi insan münasibətləri ilə birgə təsvir etmişdir. Belə 

ki, tədqiqatçıların doğru qeyd etdikləri kimi, insanın 

 

 

7



gerçəkliklə qarşılıqlı münasibətlərinin təsvirinin  əsasən üç 

müxtəlif tərəfi vardır. Bu müxtəliflik hər hansı bir ədəbi 

növün spesifikasının müəyyənləşməsində mühüm rol oy-

nayır.  Ədəbi növlərin hər üç növü üçün xarakterik olan 

nəzəri cəhətlər də dediklərimizi sübut edir. Doğru qeyd ol-

unduğu kimi: «Eposda insan cəmiyyətlə üzləşib vuruşur, 

dramda xarakterlər bir-birinə qarşı durur, lirikada isə həyatın 

bu və ya başqa səbəblərindən baş verərək  şəxsiyyətin 

keçirdiyi hiss və həyəcanlar açılır»

1

.  



Epik və dramatik əsərləri lirik növdə yazılmış 

əsərlərdən fərqləndirən bir sıra yaxın cəhətlər var. Bu iki 

növə daxil olan əsərlər doğru qeyd olunduğu kimi, daha 

geniş  dərketmə funksiyasına və imkanlarına malikdirlər. 

Epik və dramatik əsərlərdə bir növ müəyyən zaman və 

məkan daxilində baş verən hadisələr təsvir olunur. burada 

ayrı-ayrı  şəxslərin, personajların qarşılıqlı münasibətləri, 

məqsədləri, həyəcan və düşüncələri öz əksini tapır. Düzdür, 

epos və dramda həyatın təsviri və personajların xarakterinin 

səciyyələndirilməsində çox zaman müəllif fikirlərinin ifadəsi 

öz əksini tapır. Ancaq çox zaman oxucuya belə gəlir ki, bu 

əsərlərdəki hadisələr müəllifin özündən, onun istəyindən asılı 

olmadan baş vermişdir.  

Epik və dramatik əsərlər bir-birinə lirik əsərlərə 

nisbətən nə qədər yaxın olsalar da, onlar forma baxımından 

kəskin  şəkildə  fərqlənirlər. Ona görə ki, epik növün yaran-

masında əsas rolu təhkiyə oynayır. Epik növün adı da elə bu-

radan götürülmüşdür. Epos – yunanca «epos» - söz, nitq 

deməkdir. Dram əsərlərində isə bundan fərqli olaraq geniş, 

ardıcıl təhkiyədən istifadə olunmur. Dramda hadisə  və 

                                                           

1

 Н.А.Гуляев. Теория литературы, Москва, 1985, сящ. 117.  



 

 



xarakterlərin hərəkəti üstünlük təşkil edir. Dramatik növün 

adı da yunan sözü olan «drao» hərəkət, hərəkət edirəm 

deməkdir. Demək olar ki, dramatik əsərlərin mətni persona-

jlar arasında baş verən dialoqlar əsasında qurulur.  

Ədəbi növlər və janrlar arasında həyatın inikas üsulları 

da bir-birindən fərqlənir. Məsələn, eposda həyatda baş ver-

miş bu və ya digər hadisələr və insanlar haqqında danışılır, 

məlumat verilir. Dramaturgiyada isə bilavasitə müxtəlif in-

san xarakterləri arasında gedən mübarizə, münaqişə, 

cəmiyyətin bir-birinə qarşı duran ziddiyyətli tərəfləri təsvir 

olunur. lirikada isə insanın  əhvali-ruhiyyəsi, həyəcanları, 

cəmiyyət münasibətlərinin müxtəlif tərəflərinə sənətkarın öz 

mövqeyi, münasibəti kimi məsələlər verilir. Bir qayda olaraq 

epik və dramatik əsərlər müəyyən bir süjetə malik olur. Lirik 

əsərlərdə isə, adətən, süjet olmur. Epik, lirik və dramatik 

əsərlər öz növbəsində nisbətən kiçik həcmli  ədəbi janrlara 

bölünür. Belə ki, hər növün özünəməxsus janrları olur. Epik 

poemalar, qəhrəmanlıq eposları, roman, mənzum roman, 

povest, hekayə, novella, oçerk epik növün janrları hesab ol-

unur. Bayatı, layla, qoşma, təcnis, müxəmməs, qəzəl, qəsidə 

və s. lirik növün janrları hesab olunur. Komediya, faciə, 

dram və s. isə dramatik növün janrlarıdır.  

 

 

 



9

LIRIK NÖV 

 

Lirika sözü qədim yunan musiqi aləti olan liradan 



götürülmüşdür. Qədim yunanlarda demək olar, söz sənətinə 

dair olan bütün əsərlər, xüsusilə  də  şeirlər, nəzmlə yazılan 

əsərlər həmin lira musiqi alətinin ritmik melodiyası altında 

ifa olunurdu. Bu musiqi alətinin müşayiəti ilə oxunan lirik 

əsərlər epik və dramatik əsərlərdən həm də  bədii 

dərketmənin obyekti baxımından da fərqlənirdilər.  

Lirik  əsərlərdə hadisələrin geniş detalları ilə  təsvirinə 

rast gəlmirik. İnsanların bir-birinə münasibətləri, hərəkətləri 

lirikada geniş təfsilatı ilə göstərilmir. Lirikada insanın daxili 

aləmi, onun hissləri və düşüncələri bədii surətdə 

mənimsənilir. Bir qayda olaraq lirikada insanın hiss və 

həyəcanlarının ifadəsi tərənnüm yolu ilə verilir. 

Qeyd olunduğu kimi, insanın xarici aləmlə 

münasibətlərindən aldığı  təəssüratlar,  şəxsiyyətin iztirab və 

ehtirasları lirikada öz əksini tapır.  Əgər eposda əsas olaraq 

hadisələr, dramda xarakterlər  əsas götürülürsə, lirikada 

hisslərin dinamikası, emosionallıq əsas tutulur. Belə ki, şair 

konkret bir obyekti, ilin hər hansı bir fəslini, gününü 

tərənnüm edəndə  də yenə öz subyektiv-poetik hisslərini 

verir. S.Vurğunun «Bahar düşüncələri» şeirində əsas məqsəd 

bu gözəl təbiət fəslinin tərənnümü olsa da, şair öz poetik 

hiss-həyəcanlarını da emosional şəkildə əks etdirir. 



Bahar, istəklimsən başdan, binadan, 

Ən gözəl qızısan sən təbiətin. 

Xoşbəxt yaranmısan xoşbəxt anadan: 

Gözünün odusan şeirin, sənətin, 

Ən gözəl qızısan sən təbiətin! 

 

 

10



Sənin də şair tək qanın qaynardır 

Yerdə arzuların gül açır rəng-rəng, 

Başında daima fikirlər vardır. 

Daima döyünür sinəndə ürək, 

Yerdə arzuların gül açır rəng-rəng. 

 

B.Vahabzadə «Payız düşüncələri» şeirində payız fəslinin 



təsvirindən daha çox lirik qəhrəmanın narahat qəlbinin hiss-

həyəcanlarının tərənnümünə üstünük verir.  



Hələlik payızdır… 

Üşüyürəm mən.  

Bu dəli küləklər bəs hardan əsir?  

Ömrümdən ayrılıb məni qəhr edən,  

Məndən üz döndərən bahardan əsir.  

 

H.Arifin təbiətə aid onlarla şeirində sənətkarlıqla verilən 



peyzac təsvirlərindən başqa lirik qəhrəmanın mənəvi-

psixoloji aləminin poetik tərənnümü ilə qarşılaşırıq. Bu isə 

lirik qəhrəmanın poetik «mən»inin yaranmasında, bədii 

obrazın subyektiv düşüncələrinin tərənnümündə fövqəladə 

rol oynayır. 

Soyuyur cığırım, üşüyür izim,  

Budaqda titrəyən yarpaq görünür. 

Dərəyə enirəm, qatlanır dizim, 

Zirvəyə qalxıram, uzaq görünür. 

 

Fəsillər dolaşıq düşüb elə bil, 

Yaz başa vurmamış, yay gəlib keçir. 

Zamanın cilovu əlimdə deyil, 

Həftə üzülməmiş ay gəlib keçir. 

 

 



11

 

Lirik  əsərləri fərqləndirən xüsusiyyətlərdən biri də 



nitqin, ifadənin ekspressiv funksiyasıdır. Lirikada müəllifin – 

şair sənətkarın həyata münasibəti emosional şəkildə verilir. 

Sənətkar xarici aləmdən aldığı müxtəlif ani, keçici 

hissləri də lirikada verə bilər. Lakin elə bu zaman da xarici 

aləmdən, gerçəklikdən alınan assosiativ duyğular, hisslər, 

fikirlər bədii poetik ifadənin predmetinə çevrilir. Lirik 

sənətkar xarici aləmi təsvir edərkən də orada öz duyğularını, 

hissləriin verir.  



Dinlə məni, gözəl bahar!  

 

 

 

Qəlbinlə dinlə 

Sənə deyiləcək sözüm var: 

Bilirəm sən, 

Mənim ilk sevgilim kimi, 

İlk duyğularımın şahidisən! 

 

  Unutmadım sizi mən… 

…Mənə çox görməsin zaman 

Çalışıb yaşamaq həvəsini…  

(S.Vurğun) 

 

Lirikanı epik və dramatik əsərlərdən fərqləndirən xü-



susiyyətlərdən biri də hisslərin, duyğuların tərənnümüdür. 

Belə ki, epik və dramatik əsərlərdə  təsvir, təhkiyə, 

mükalimələr  əsas yer tutduğu halda, lirikada hisslərin, 

həyəcanların ani tərənnümü  əsas tutulur. Eposda obyektiv 

həyatın təsviri, lirikada isə subyektiv düşüncə  əsasdır. Liri-

kada da əsas obyekt epos və dramda olduğu kimi obyektiv 

gerçəklikdir. Lakin burada gerçəklik daxili aləmdə subyektiv 

tərənnüm yolu ilə verilir.  



 

 

12



Könül, səndə yenə həyəcanmı var?  

Uçub qalxmadığın asimanmı var?  

Söylə, sənin kimi bu asimanda 

Tufan rəqqasəsi bir tərlanmı var?  

(M.Müşfiq)  

 

Deyirəm Xəzərin sahillərində 

Mənim milyon-milyon şəhərim olsun. 

Ürək dostlarımın ürəklərindən 

Keçən arzulardan xəbərim olsun.  

(S.Rüstəm) 

 

Qeyd olunduğu kimi, lirikada müəllifin fərdi, subyektiv 



düşüncələri  əsas yer tutur. Lakin bunu mütləq mənada başa 

düşmək düzgün olmazdı. Çünki poetik yaradıcılıq 

nəzəriyyəsindən bəhs edən bütün estetiklər və nəzəriyyəçilər 

bu yekdil fikirdədirlər ki, həqiqi lirika özündə ümumbəşəri 

məzmun daşıyır. Lirikada tərənnüm olunan bir şairin yaşantı-

ları, hissləri təkcə onun özü üçün yox, daha geniş  əhatə 

dairəsinə malikdir. Belə ki, lirik əsərlər sənətkarın xarici 

aləmə münasibətlərinin emosional bədii inikası olaraq 

qələmə alınır. Klassik Azərbaycan  şairləri Xaqaninin, Ni-

zami və Füzulinin əsərlərini yalnız bu cür dəyərləndirmək 

olar. H.Cavid, M.Hadi, S.Vurğun, B.Vahabzadə kimi 

şairlərin  əsərləri bəşəri məzmunun ifadəsi baxımından 

diqqəti cəlb edir. 

Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti, 

Danışmaqla, yazmaqla itməz qədir-qiyməti.  

(M.Gəncəvi) 

 

 

 



13

Məmləkətin dayağı ədalətdir hər zaman, 

Ədalətlə nəsibin səadətdir hər zaman.  

(N.Gəncəvi) 

İblis nədir? 

  

—  Cümlə xəyanətlərə bais… 

Ya hər kəsə xain olan insan nədir? 

  

—  İblis!  

(H.Cavid)  

 

Bəzən deyirlər ki, yalnız xarici mühitin lövhəsini 



verməklə gerçəklik haqqında düzgün bilgi almaq mümkün-

dür. Şəxsiyyətin daxili, mənəvi aləminin təsvir və tərənnümü 

isə əsasən subyektiv mahiyyət daşıyır və bu zaman təbiət və 

cəmiyyət haqqında tam məlumat almaq mümkün deyildir. 

Əlbəttə, bu fikirlərin özü də subyektiv xarakter daşıyır. 

Çünki həqiqi lirika üçün obyektivlik əsas şərtdir. İnsanın hiss 

və  həyəcanları tarixi hadisələrin, ictimai həyatın özü kimi 

obyektiv səciyyə daşıyır. Lirik sənətkar da yazıçı və drama-

turq  kimi  öz  sənətinə sadiqdir. Bədii sənətin  əsas qanunu 

gerçəkliyi  əks etdirməkdir. Müəyyən tarixi epoxa və sosial 

mühitin insanlarının, təbəqələrinin  əhvali-ruhiyyəsini, arzu 

və ideallarını əks etdirmək öyrənmək üçün poeziya bəlkə də 

ən etibarlı  ədəbi mənbə ola bilər. Məsələn, XX əsrin 

əvvəllərində «Molla Nəsrəddin» jurnalı  ətrafında toplanmış 

satirik  şairlərin yaradıcılığı  əsrin  əvvəllərində Azərbaycan 

həyatının, obyektiv gerçəkliklərinin, sosial bərabərsizliyin 

mövcud cəmiyyətdə müxtəlif təbəqələrin həyatının, dün-

yagörüşünün öyrənilməsində böyük bədii  əhəmiyyət kəsb 

edir.  

Bayram olcaq, şövkətlilər, şanlılar, 


 

 

14



Dövlətlilər, pullular, milyanlılar, 

Tirboyunlar, şişqarınlar, çanlılar, 

Qurban kəsir xəlilüllah eşqinə,  

Fağır-füqur gəzir allah eşqinə. (M.Ə.Sabir) 

S.Vurğunun, S.Rüstəmin, R.Rza, O.Sarıvəlli və b. 

şairlərin yaradıcılıqlarının ilk dövründə yazdığı  şeirlər yeni 

ictimai quruluşda, yeni həyat quran Azərbaycan xalqının 

1920-30 və 40-50-ci illərdəki gerçəkliklərini, həyat tərzini 

öyrənmək üçün ən qiymətli ədəbi mənbə hesab oluna bilər. 



Yüz il qələm çalsam gözəl hüsnünə, 

Doyarmı eşqindən sadiq bir ürək? 

Alqış bu dövrana, alqış bu günə, 

Gəl əziz bayramım, bir də öpüşək!  

(S.Vurğun) 

 

Mən bir yüksəlişin sevdasındayam, 

Siniflər döyüşü dünyasındayam.  

(M.Müşfiq) 

 

İş bizə çox şeylər qandıracaqdır, 

Ölkəmiz cənnəti andıracaqdır. 

Ellər yüksəlişin al çırağını, 

Ey Kür, sahilində yandıracaqdır!  

(M.Müşfiq) 

 

Bəli, «Avrora»dan Qış sarayına 

Tüşlanan topları biz atmalıyıq. 

Vaxtında biz yetib el harayına,  

Bütün yer üzünü oyatmalıyıq!  

(Ə.Cəmil)  

 

 



15

 

Lirika üçün əsas şərtlərdən biri də budur ki, burada təsvir 



və tərənnüm daha təsirli, emosional bir şəkildə verilir. Lirik 

əsərlərdə insanlar arasında münasibətlərin, onların 

hərəkətlərinin təsviri o qədər də böyük rol oynamır, ya da 

bunlara heç yer verilmir. Lirik tərənnüm hər hansı bir 

hadisənin geniş  təsvirinə imkan vermir. Onun lirik şeirdə 

demək istədiyini ya müəyyən məqsədlə  işlətdiyi sözlərdən 

aydın etmək olar, ya da onun təsvir etdiyi şərait, müraciətinin 

ünvanı mücərrəd, anlaşılmaz olaraq qalır. Bu cəhət də lirik 

şeirin bir səciyyəvi xüsusiyyətidir. Dediyimiz kimi, lirik 

əsərlərdə poetik sözün üzərinə böyük bədii yük düşür. Bu 

əsərlərdə fikir, səs, ritm, intonasiya elementəlrindən fəal 

şəkildə istifadə olunur. Burada hər  şeyin öz yeri, rolu var. 

Lirik  əsərlərdə edilən pauza da poetik ideyanın ifadə 

vasitəsinə xidmət edir. Lirikanın təsir qüvvəsi, hər  şeydən 

əvvəl, onun bədii məzmunu ilə təyin olunur. İnsanın fikir və 

hissləri bu məzmuna köçürülür. Həqiqi şairlərin yaradıcılığı 

həmişə dərin məzmun daşımışdır. M.Füzulinin, İ.Nəsiminin, 

S.Vurğunun, R.Rza kimi şairlərin lirik əsərlərinin bədii 

məzmunu oxucunu həmişə düşünməyə, hisslərlə yaşamağa 

çağırmışdır. Onların  şeirlərində verilən hiss, həyəcanlar in-

sanların qəlbində hiss və həyəcan yaratmışdır.  

Çarxını qurduqca dövranın əli  

Bəzən ağlar olur, bəzən gülməli… 

İnsanın ən böyük eşqi, əməli  

Bəzən aslan kimi çırpınır darda,  

Bəzən də qərq olur fırtınalarda…  

(S.Vurğun)  

 


 

 

16



Lirikada bədii dərketmənin ən başlıca obyekti lirik əsəri 

yaradan müəllifin özünün xarakteri, onun ən  əvvəl daxili 

aləmi,  əhvali-ruhiyyəsi və  həyata olan emosional 

münasibətidir. Bu baxımdan, estetiklər, 

ədəbiyyat 

nəzəriyyəçiləri lirikanı doğru olaraq ekspressiv sənətlə, 

xüsusilə  də musiqiyə yaxın hesab edirlər. Alman 

nəzəriyyəçisi və filosofu Şellinq yazırdı ki, «Lirikada və hər 

bir musiqi əsərində bir ton olur, bu da əsas olaraq hisslərin 

tonudur». 

Lirik sənətkar öz əsərində  həm özünün şəxsi hiss-hə-

yəcanlarını, həm də başqalarının yaşantılarını,  əhvali-

ruhiyyəsini verə bilər. Təsadüfi deyildir ki, lirik şairin daha 

çox öz daxili aləminin, hiss-həyəcanlarının tərənnüm olun-

duğu  şeirlərə müəllifin fərdi-psixoloji aləmindən bəhs edən 

avtopsixoloji şeirlər deyilir. 



Ağzı xeyir sözlüm, incimə məndən, 

Yar yardan ayrılmaz, bülbül çəməndən. 

Demə ki, düşmüşdür saçlarıma dən, 

Ürək qocalmayır, ürəyim sənsən. 

 

Mən qul olmamışam şöhrətə, ada, 

Sənsiz yaşamayım bir gün dünyada. 

Gözəllər, cananlar min-min olsa da, 

Mənim bu dünyada mələyim sənsən.  

(S.Vurğun)  

 

Həsrətlər içində ana həsrəti, 

Çəkəm, ya çəkməyəm bu əziyyəti. 

Qəlbimə min qəlbin qəmi, möhnəti 

Gözümə göz yaşı düşdü dünyadan…  

 

 



17

(H.Arif)  

 

Bədii yaradıcılığın bir hissəsi kimi lirik yaradıcılıq 



əsasən psixoloji səciyyə daşıyır. Bu tərzdə yazılmış  şeirlər 

lirik qəhrəmanın və lirik sənətkarın hisslərinin, daxili-

psixoloji aləminin dərkində  mənimsənilməsində mühüm rol 

oynayır. Alman şairi  İ.Bexerin dediyi kimi, lirik şair öz-

özünü ifadə edən bir insandır. O özü öz lirikasının 

qəhrəmanıdır. S.Vurğun, B.Vahabzadə, F.Qoca, N.Həsənza-

də kimi lirik şairlərin yaradıcılığına bu baxımdan yanaşmaq 

olar. 


Ey əziz oxucum, ey əziz insan! 

Uşaqlıq nə qədər gülünc olsa da, 

Könül ayrılmayır duyğularından, 

Onları arabir gətirir yada, 

Uşaqlıq nə qədər gülünc olsa da.  

(S.Vurğun)  

 

Hər tərəfdə quran toy-busat mənəm, 

Ulduzlarla edən ixtilat mənəm. 

Mənim azadlığım qucağa sıxmaz, 

Yer mənəm, göy mənəm, kainat mənəm!  

(M.Müşfiq)  

 

Lirik  əsərlərdə  şairin  şəxsi hiss, həyəcanlarının təsviri 



real həyatda insanın öz hisslərini ifadə etməsindən fərqlənir. 

Lirik təsvir və tərənnüm şairin həyatdakı yaşantılarının mex-

aniki köçürülməsi deyildir. Doğru deyildiyi kimi, lirika şairin 

real həyatda keçirdiyi hisslərin stenoqramması ola bilməz.  

Lirik şair keçirdiyi hiss-həyəcanların hamısını əks etdir-


 

 

18



mir. Onun hisslərinin daha emosional, təsirli tərəfləri, anları 

lirik şeirin predmeti ola bilər. Odur ki, şairin poetik hissləri, 

fikirləri adi həyatdakından, gündəlik məişətdəki fikirlərindən 

tamamilə fərqlənir.  

 

 

19



Yenə də yamyaşıl geyinir dağlar,  

Göz kimi durulur qaynar bulaqlar.  

Əriyir güneylər döşündəki qar,  

Yağış da isladır o göy çəməni,  

Təbiət ilhama çağırır məni!  

 

Ürək dil açır ki, sönməmiş odum,  

Hücuma başlayır mənim söz ordum…  

Könüllər mülkündə min yuva qurdum,  

Unutmaz aləmdə sevən sevəni,  

Məhəbbət ilhama çağırır məni!  

(S.Vurğun)  

 

Göründüyü kimi, lirik şair təxəyyülünün köməyi ilə elə 



məqamlar təsvir edir ki, bunu real gerçəklikdə görmək, duy-

maq qeyri-mümkündür. Odur ki, həqiqi lirik şairin şeirlərini 

yalnız tərcümeyi-hal xarakterli əsərlər kimi düşünmək ol-

maz. Məsələn, M.Füzulinin məhəbbət mövzusundan bəhs 

edən qəzəllərinin başdan-başa Füzulinin həyatda başına 

gələn məhəbbət məcaraları ilə, şəxsi həyatı ilə eyniləşdirmək 

olmaz. Bununla belə,  şairin  şəxsiyyətinin müəyyən 

cizgilərinin lirik qəhrəmanın obrazında sintezləşdirilmiş 

şəkildə əks olunması lirikanın əsas xüsusiyyətidir. Məsələn,  

Eşq dövranı mənə tapşırdı Məcnun növbətin 

Xali olmaz nəqşi-ərbabi-vəfadan bu büsat 

Hər yetən məhruya şərf etmə, Füzuli, ömrünü,  

Bivəfalardan həzər qıl, tut təriqi-ehtiyat…  

Yaxud:  


Məndə Məcnundan füzun aşiqlik istedadı var,  

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var  

 

 

20



Qıl təfaxür kim, sənin həm var mən tək aşiqin,  

Leylinin Məznunu, Şirinin əgər Fərhadı var.  

(M.Füzuli) 

 

Məndə sakin oldu dərdi-eşq Məcnundan keçib, 

Ondan artıqdır məgər eşq içrə təmkinim mənim?  

(M.Füzuli) 

 

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə, 



Bir ah ilə verərdi min Bisütunu badə. 

Versəydi ahi-Məcnun fəryadımın sədasın,  

Quşmu qərar edərdi başındakı yuvadə?  

Fərhada zövqi-surət, Məcnuna seyri-səhra,  

Bir rahət icrə hər kəs, ancaq mənəm bəladə.  

(M.Füzuli) 

 

Lirikanın mahiyyətindən bəhs edən nəzəriyyəçilərin do-



ğru qeyd etdiyi kimi: «Sənətkarlar insan, kollektiv, Əşya, 

mənzərə surətləri yaratdıqları kimi, insanın mənəvi aləmiinn 

əhvali-ruhiyyəsiinn, yaşadığı hiss və fikirlərinin də  bədii 

surətlərini yaradırlar. Bu bir zərurətdir. Hər bir insanı doğru, 

dürüst, inandırıcı, canlı, həyati göstərmək üçün ancaq onun 

zahirini yox, daxili aləminin zəngin, mürəkkəb,  əlvan 

mənəviyyatını da göstərmək lazımdır. İnsanın daxili aləmini, 

hiss və duyğularını, fikirlərini verən bədii lövhələrə  sənət 

dilində  l i r i k a  deyirlər».

1

 



Bununla bərabər, deməliyik ki, bəzi lirik əsərlərdə ayrı-

ayrı hadisələrin də təsvirinə geniş yer verilə bilər. Oxucunu 

                                                           

1

  Мир  Ъялал,  П.Хялилов.  Ядябиййатшцнаслыьын  ясаслары.  Бакы, 



Маариф, 1988, с.27 

 

 



21

düşünməyə sövq edən belə  şeirlərdə geniş  təsvir  şair 

tərəfindən məqsədyönlü şəkildə edilir. 

Bu tipli şeirlərin hər birində hadisəçilik, əhvalatçılıq əsas 

yer tutur. Lakin lirik şeirdə hadisəçilik, təfsilat daimi ola 

bilməz. Bu yalnız duyğu  əhvali-ruhiyyə obrazının yaradıl-

masına, poetik «mən»in təqdiminə xidmət etmək məqsədi 

daşıyır.  Əlbəttə, lirik şair yalnız özündən, özü haqqında 

yazmır, o həm də öz daxili hisslərinin obyektiv təsvirini 

verir. Bu da onun gerçəkliyə olan müxtəlif münasibətini 

göstərir. Beləliklə də süjetli lirikanın, süjetli şeirin nümunəsi 

yaranmış olur. Lakin süjetli lirikada nə  qədər hadisəçilik, 

təsvirçilik olsa da, yenə  hə  həmin  şeirlərdə lirik tərənnüm 

hissləri əsas olur. Ən xarakterik olan budur ki, süjetli lirikada 

təsvir olunan obyektiv hadisə  və gerçəkliyin özü də lirik 

tərənnüm yolu ilə verilir. Belə şeirlərdə təsvir predmeti epik 

hadisələr, baş verən  əhvalatlar olsa da, lirik tərənnüm tonu 

əsas olaraq qalır. 

Süjetli lirikada sənətkar-şair elə mövzulara müraciət edir 

ki, bu da onun öz hisslərini, duyğularını oxucuya çatdırmağa 

imkan verir. Doğru qeyd olunduğu kimi, süjetli lirika 

«məzmununa görə epik xarakter daşıyır, lakin onun yazılma 

və işlənilmə tərzi lirik planda verilir:  

Gələndə hər bahar novruz bayramı,  

Hərənin başında bir keçə papaq.  

Düşüb qapılara gəzərdi hamı,  

Hər çıxan tüstüdən bir pay umaraq.  

Gəlir xatirimə qərib bir axşam. 

 

Yanıb əriyirdi evimizdə şam,  

Durnalar başımın üstdən keçəndə,  


 

 

22



Onlara quş kim qoşulub mən də  

 

 



23

Ən uzaq ellərə uçmaq istədim. 

Evdən baş götürüb qaçmaq istədim.  

(S.Vurğun)  

 

Çöllərdən gəlirdik…yanırdı torpaq,  

Bişirdi bürküdən bağrı adamın.  

Deyirdin, yollarda ya bir buz bulaq,  

Ya sərin kölgəsi ola bir damın.  

 

Kəndin qırağında yaşıl qovaqlı 

Bir qapını döydük…Qapı açıldı. 

Göy çitdən don geymiş bir qaşqabaqlı 

Qarabuğdayı qış qapıya çıxdı…  

(Ə.Cəmil) 

 

Səndən ayrılanda saat beş idi. 

Dolandı könlümə dağda hər dolay. 

O anın dəhşəti nə müdhiş idi. 

Getmək istəmədən gedənə vay-vay! 

 

Mən də, sürücü də susurduq elə. 

Fikrimdə gəmirir şübhə-şübhəni. 

Məqsədsiz, məramsız baxırdım çölə, 

Hər daşın dalında görürdüm səni…  

(B.Vahabzadə) 

 


 

 

24



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin