Baba babazadə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix03.04.2017
ölçüsü0,96 Mb.
#13205
1   2   3   4   5   6   7   8   9   10   11

Tərcibənd – məhəbbət, gözəllik, ictimai-fəlsəfi 

mövzulardan bəhs edən klassik şeir  şəklidir. 8-10-12 

misradan ibarət olan tərcibəndin 1-ci bəndinin bütün 

misraları qafiyələnir. Digər bəndlərdə isə sonuncu beytdən 

başqa bütün misralar həmqafiyə olur. 1-ci bəndin sonuncu 

beyti – iki misrası qalan bütün bəndlərin sonunda nəqarət 

şəklində  təkrarlanır. Füzulinin bir tərcibəndi buna nümunə 

olaraq verilir.  

Mən kiməm? – Bir bikəsü biçarəvü bixaniman, 

 

/a/ 

Taleim aşüftə, iqbalım nigun, bəxtim yaman. 

 

/a/ 

Nəmli əşkimdən zəmin məmlu, ünümdən asiman,   

/a/ 

Ahü naləm navəki peyvəstə, xəm qəddim kaman,   

/a/ 

Tiri-ahım bixəta, təsiri – naləm 

bigüman, 

  /a/ 

Müttəsil qəmxaneyi – sinəmdə yüz qəm mihman.   

/a/ 

Harda bir qəm itsə, məndən istəsinlər, mən zəman, /a/ 

Yox mənə qeydi-bəlavü dami-möhnətdən aman.   

/a/ 

Çıxmadı könlümdən ənduhü qəmü möhnət həman, /a/ 

Ey mənim canım sənü könlüm səninlə şadman.  

/a/ 

Sənsiz olmam ayrı möhnətdən, bəladan bir zaman, 

/a/ 

Ələman, hicran bəlavü möhnətindən əlaman!   /a/ 

 

Bu bəndin son beyti bütün qalan bəndlərin sonunda 



təkrar olunur. 2-ci, 3-cü və s. bəndlərin əvvəlki 10 misrası isə 

həmqafiyə olur: b b b b b b b b b b a a, q q q q q q q q q q a a 

və s.  

Məsnəvi – klassik Şərq  şeirinin formalarından biridir. 

Misraları cüt-cüt qafiyələnən şeir formasına məsnəvi deyilir. 

 

 

141



Burada iki qoşa misra bir-biri ilə qafiyələnir və tam, müstəqil 

fikir ifadə olunur.  

Məsnəvinin bu cür cüt-cüt qafiyələnmiş misralarında 

dərin, hikmətamiz və  fəlsəfi-sosial fikirlər verilir. Məsnəvi 

şeiri lirik əsərlərdən  əhvalat və süjeti baxımından fərqlənir 

ki, bu da məsnəvi  şeir formasının epik səciyyəli olduğunu 

göstərir. Odur ki, klassik ədəbiyyatımızda bir sıra poemalar, 

mənzum məktublar, təmsillər, hekayətlər, rəvayətlər 

müəyyən bir süjet əsasında məsnəvi şəklində yazılmışdır.  

Məsnəvi şeirində sənətkar qafiyə qurmaqda sərbəstdir. 

Burada eyni qafiyə yalnız beyti təşkil edən qoşa misralar 

daxilində  işlədilir. Hər qoşa misranın – beytin öz qafiyəsi 

olur. Bu cəhət sairə  həyat hadisələrini daha geniş  və epik 

şəkildə təsvir etməyə imkan verir.  

Azərbaycan  ədəbiyyatında məsnəvi  şeirinin ilk nümu-

nələrini Xaqani Şirvani yaratmışdır.  



İraqa, İrana eyləsəm səfər, 

Başıma yağış tək yağar simü zər.  

Şahlar məclisimdə diz çökər mənim, 

Başıma tabaqla zər tökər mənim. 

Lakin üzüm gülməz, gözlərim ağlar, 

Qəlbimdə dağ qədər ağır intizar. 

Vətən həsrətilə töküb göz yaşı, 

«Ah, Vətən» deyirəm mən hər söz başı. 

Şamaxı, ey mənim sevimli yurdum, 

Mən sənin qoynunda xaniman qurdum. 

İndisə acığın tutmuşdur mana, 

Sənin qucağından ayrılsam, ana,  

Ümidim, pənahım Təbrizdir, Təbriz, 

O şəhər də mənə doğmadır, əziz. 

 

 

142



Siz mənə həyatı etdiniz əta, 

Sən mənə anasan, Təbriz də ata. 

Anasından küsər körpə bir uşaq. 

Ata qucağında yer tapar ancaq! 

 

Xaqanidən sonra məsnəvi  şeirinin  ən yaxşı klassik 



nümunələrini Nizami və Füzuli yaratmışdır.  

Nizaminin «Xəmsə» adı ilə  məşhur olan bütün beş 

poeması, Füzulinin «Leyli və  Məcnun» poeması  məsnəvi 

formasında yüksək şeiriyyətlə yazılmışdır.  

Anadilli  ədəbiyyatımızda məsnəvi  şeirinin ilk 

nümunəsi XIII-XIV əsrlərdə yazılmışdır. «Dastani – Əhməd 

Hərami» poeması doğma ana dilimizdə yazılmış ilk məsnəvi 

kimi qiymətlidir.  

Şərq  ədəbiyyatında  əsasən məsnəvi  şəklində yazılmış 

beş böyük poemadan ibarət olan iri həcmli epik əsərlərə – 

«Xəmsə» deyilir. «Xəmsə» - «beşlik» deməkdir.  Ədəbiy-

yatımız tarixində «Xəmsə»nin  ən klassik nümunəsini dahi 

Azərbaycan  şairi Nizami Gəncəvi yaratmışdır. Nizamidən 

sonra  Əmir Xosrov Dəhləvi,  Əlişir Nəvai və b. böyük 

sənətkarlar sələflərinin yolunu davam etdirərək «Xəmsə» 

yaratmışlar.  



Dördlük (mürəbbe) – hər bəndi 4 misradan ibarət olan 

klassik şeir şəklidir. İndi yazıb yaradan müasir şairlərimiz də 

bu  şeir  şəklindən istifadə edirlər. Öz zərifliyi, musiqililiyi, 

ahəngi ilə seçilən dördlüklərin mövzusu da rəngarəng və 

müxtəlif olur. Dördlük şeirində 1-ci bəndin bütün misraları 

həmqafiyə olur. Qalan bəndlərdə 1-ci, 2-ci, 3-cü misralar 

həmqafiyə olur, 4-cü misra isə birinci bəndlə həmqafiyələnir. 

Adətən, dördlüklərdə ilk bəndin son misrası bütün digər 

 

 

143



bəndlərin sonunda nəqarət şəklində təkrarlanır.  

Füzulinin rəməl bəhrində  qələmə aldığı  aşağıdakı 

mürəbbesi bu baxımdan səciyyəvidir. Dördlüyün bölgüsü 

belədir: fAilAtün, fAilAtün, fAilAtün, fAilün. 



Hasilim bərgi-həvadisdən məlamət dağıdır, /a/ 

Məsnədim kuyi-məlamətdə fəna torpağıdır. /a/ 

Zar könlüm təndə zindani-bəla dustağıdır, /a/ 

Rəhm qıl, dövlətli soltanım, mürüvvət çağıdır! /a/ 

 

Dövr cövründən tənü canımda rahət qalmadı,   /b/ 

Surəti-halımda asari-fərağət qalmadı,  

/b/ 

Möhnətü qəm çəkməyə minbəd taqət qalmadı, /b/ 

Rəhm qıl, dövlətli soltanım, mürüvvət çağıdır /a/ 

 

Dördlüyün bütün qalan bəndlərində qafiyələnmə belə 

davam edir: v v v a, q q q a, d d d a və s.  

Dördlüyün son bəndində şair öz təxəllüsünü verir.  

XX  əsr satirik şairimiz M.Ə.Sabirin dördlükləri öz 

məzmunu, gülüşün üstünlüyü baxımından diqqəti cəlb edir.  



Beşlik (müxəmməs) – klassik şeirimizin çox işlənən 

şəkillərindən biridir. Demək olar, klassik şairlərimizin çoxu 

bu janrdan istifadə etmişlər. Müxəmməsdən aşıq  şeirimizdə 

də geniş istifadə edilmişdir. məhəbbət, gözəllik, ictimai-

sosial, fəlsəfi motivlər beşliklərin  əsas mövzusu olur. 

Beşliklərdə ilk bəndin bütün misraları həmqafiyə olur. Digər 

bəndlərin 1, 2, 3, 4-cü misraları həmqafiyə, 5-ci misra isə ilk 

bəndlə qafiyələnir.  



Bay, yüz min vay kim, dildardan ayrılmışam,  

/a/ 

Fitnə-çeşmü sahiri-xunxardan ayrılmışam,   /a/ 

Bülbüli-şuridəyəm, gülzardan ayrılmışam,   /a/ 

 

 

144



Kimsə bilməz kim, nə nisbət yardan ayrılmışam, /a/ 

Bir qədim şümşadü gülruxsardan ayrılmışam.  

/a/ 

(M.Füzuli) 

 

Qalan bəndlər b b b b a, q q q q a və s. kimi qafiyələnir. 



Son bənddə şairin təxəllüsü verilir. 

XVIII  əsr realist şairimiz M.P.Vaqifin qələmə aldığı 

müxəmməslər bu janrın  ən yaxşı nümunələri kimi diqqəti 

cəlb edir.  



Bilmənəm məndən neçün ol sevgili canan küsüb, 

/a/ 

Üzümə baxmaz dəxi, bir gözləri məstan küsüb, 

/a/ 

Ağladır qanlar mənə, rüxsarəsi xəndan küsüb, 

/a/ 

Qara günlərdə qoyub məni, məhi-taban küsüb, 

/a/ 

Könlümün şəhrin sərasər eyləyib viran, küsüb. 

/a/ 

 

Qalan bəndlər b b b b a, q q q q a və s. şəklində 



qafiyələnir.  

Beşləmə (təxmis) – klassik şairlərin istifadə etdiyi 

poetik formadır. Beşləməyə klassik ədəbiyyatda təxmis də 

deyilir. Təxmis adlı-sanlı, tanınmış hər hansı bir şairin şeirini 

alıb, onun hər beytinə üç misra artırmaqla yaradılır. Bu 

baxımdan, beşləmə yazmaq, onun qafiyəsini qurmaq hər 

hansı bir sənətkardan yüksək ustalıq tələb edir. Belə ki, 

başqa  şairdən alınan beytə uyğun olaraq şair artırdığı üç 

misrada, qafiyə  və  vəzndə yüksək sənətkarlıq nümayiş 

etdirməlidir.  

M.Füzuli Həbibinin bir şeirini götürərək, təxmis 

etmişdir. Beşləmə – təxmisin qafiyə quruluşu belədir: təxmis 

edilən beyt 1-ci bəndin hər üç misrası ilə  həmqafiyə olur. 

Qalan bəndlərdə isə alınan beytin 1-ci misrası şairin özünün 

 

 



145

üç misrası ilə  həmqafiyələnir. Təxmis olunan beytin 2-ci 

misrası isə orijinalda olduğu kimi saxlanılır. Bu misralar da 

öz əvvəlki variantında qafiyə olur.  

Füzulinin həmin təxmisinə nəzər salaq: 

Ta cünun rəxtin geyib, tutdüm fəna mülkün vətən, /a/ 

Əhli-təcridəm, qəbul etməm qəbavü pirəhən,   /a/ 

Hər qəbavü pirəhən geysəm misali-qönçə mən,  

/a/ 

«Gər səninçün qılmasam çak, ey büti-nazikbədən, /a/ 

Gorum olsun ol qəba əynimdə, pirəhən kəfən».  

/a/ 

 

Qalib olmuş sübhdəm sövqi-güli-ruyun mana, 

 

/b/ 

Seyri-bağ etdim ki, buyi-gül verə təskin mana, 

 

/b/ 

Gül görüb, yadınla dürri-əşk saçdım hər yana. 

 

/b/ 

«Düşdü şəbnəm, bağa gəl, ta gül nisar etsin sana, /b/ 

Səbzənin hər bərginə bir dür ki, tapşırmış çəmən». /a/ 

 

Qalan bəndlərdə qafiyələnmə belə davam edir: v v v v 



a, d d d d a, q q q q a və s.  

S.Ə.Şirvani də ustad Füzulinin şeirlərinə  təxmis 

yazmışdır.  

Klassik  şairlərimiz bundan başqa klassik şeirin altılıq 

(müsəddəs), yeddilik (müsəbbe), səkkizlik (müsəmmən), 

onluq (müəşşər) və s. şəkillərində yazıb yaratmışlar.  

Altılıqda qafiyə quruluşu a a a a a a, b b b b a a və s. 

şəklində davam edir.  

Yeddilik şəklində isə qafiyə belə davam edir: a a a a a a 

a, b b b b a a a, v v v v a a a, q q q q a a a və s. Yəni 1-ci 

bəndin son üç misrası bütün digər bəndlərdə təkrar olunur.  

M.P.Vaqifin müəşşərlərində (onluq) qafiyə sistemi 

belədir: a a a a a a a a a a, b b b b b b b b b a, d d d d d d d d 


 

 

146



d a və s.  

Müstəzad – klassik şairlərimizin işlətdiyi oynaq, çevik 

şeir şəkillərindən biridir. M.P.Vaqif, S.Ə.Şirvani, Q.B.Zakir, 

S.Ə.Nəbati, M.Ə.Sabir və b. şairlərimiz müstəzad  şeir 

şəklində yazıb yaratmışlar.  

Müstəzadın  əsas xüsusiyyəti budur ki, hər misradan 

sonra həmin misra ilə  həmqafiyə olan yarımmisra gəlir. 

Müstəzadda misraların sayı  əsasən 20-50 arasında olur. 

Klassik  şeirimizdə müstəzadın iki formasına rast gəlirik. 

Məsələn, Vaqifin 30 misradan ibarət olan bir müstəzadında 

artırma yarımmisra hər bəndi təşkil edən 5 misradan sonra 

gəlir. Belə müstəzadlarda qafiyə quruluşu belədir: a a a a a – 

a, b b b b –a a, q q q q – a a, d d d d – a a və s. şəklində 

davam edir. Vaqifin belə müstəzadına nəzər salaq: 

Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq, /a/ 

Artar bizə yüz mərtəbə odlarına yanmaq,   

/a/ 

Mən aşiqəm, ey gül sənə, olmaz bunu danmaq, 

/a/ 

Ölən günədək eyləməzəm səndən usanmaq, /a/ 

Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq? 

/a/ 

Bəsdir bu dayanmaq! /a/ 

 

Allaha şükür, lalə yanağında eyib yox,  

 

/v/ 

Dişində, dəhanində, dodağında eyib yox… /v/ 

Bir zərrəcə zülfündə, buxağında eyib yox,   

/v/ 

Qaşında, gözündə qabağında eyib yox, 

 

/v/ 

Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq? 

/a/ 

Bəsdir bu dayanmaq! /a/ və s. 

 

M.P.Vaqifin başqa müstəzadlarında, eləcə  də Q.B.Za-



kir, S.Ə.Şirvani və M.Ə.Sabirin müstəzadlarında artırma 

 

 



147

yarımmisra hər uzun misradan sonra gəlir.  

Q.B.Zakirin 50 misralıq bir müstəzadında qafiyə 

quruluşu belə verilir: 



Ey dil, rəvişi – aşiqi pərvanədən öyrən, /a/ 

Yax atəşə cani. 

/b/ 

Ahəngi-nəva bülbüli-məstanədən öyrən, /a/ 

Çək övcə sədani. /b/ 

Ayini-vəfa sakini – meyxanədən öyrən, /a/ 

Tap piri-muğani, /b/ 

Kim desə sənə zahidi – biganədən öyrən,   /a/ 

Batildi gümani. 

/b/ 

Aldanma ona, şaribi-peymanədən öyrən, /a/ 

Sür eyşi-cəvani. /b/ 

Sonrakı bəndlərdə qafiyələnmə belə davam edir: vq vq 

vq vq ab , de de de de ab və s. Göründüyü kimi, müstəzadın 

qafiyə quruluşu çox mürəkkəbdir. Yalnız istedadlı, dilə 

həssaslıqla yanaşan, bənzərsiz, təkrarsız qafiyələr tapa bilən 

şairlərimiz müstəzad yaza biliblər.  

Müstəzadların formal cəhəti saxlansa da, ayrı-ayrı 

şairlərin qələmə aldıqları müstəzadlarda qafiyə quruluşu 

özünü çeşidli şəkildə göstərir. Buna nümunə olaraq, S.Ə.Şir-

vaninin aşağıdakı müstəzadına diqqət edək.  



Ey dustlər, ol sərvi-xuraman sizin olsun, 

/a/ 

Canan sizin olsun 

/a/ 

Seyri - güli – gülzarü gülüstan sizin olsun,  /a/ 

Reyhan sizin olsun  /a/ 

Biz atəşi – hicran ilə duzəxlərə yandıq, /b/ 

Sevdayə boyandıq. /b/ 

Vəsl aləmi ol rovzeyi – rizvan sizin olsun,  /a/ 

Qılman sizin olsun   /a/ 

 


 

 

148



Sonrakı misralarda qafiyələnmə belə  şəkildə davam 

edir: v v a a , q q a a, d d a a və s.  



Tuyuq – türkdilli xalqların milli şeir formasıdır. Tuyuq 

həcm etibarı ilə iki beyt – dörd misradan ibarət olur. Burada 

misralar a a b a şəklində qafiyələnir. Yəni 1-ci, 2-ci və 4-cü 

misralar həmqafiyə, 3-cü misra isə sərbəst olur. Azərbaycan 

ədəbiyyatında Q.Burhanəddin və  İ.Nəsimi tuyuq şeirinin  ən 

yaxşı nümunələrini yaratmışlar.  



Hər zamanın bir nigarü şahi var, 

 

/a/ 

Hər günün günəşi, gecənin mahi var   

/a/ 

Oduna düşənə qalmadı qərar, 

  /b/ 

Yola çıxan kişinün allahı var.  

/a/ 

(Q.Bürhanəddin) 

Gözlərim baxdıqca ey şah alnına,  

/a/ 

Göydən endi sanıram mah alnına,  

/a/ 

Gördüm anda əhsənə ilah ayətin   /b/ 

Oxudum mən bərəkallah, alnına.  

 

/a/ 

(İ.Nəsimi) 

 

Tuyuq  şeirində  bəzən üçüncü misra da digərləri ilə 



həmqafiyə olur.  

Məclisi kim xoş tutar ənbər, ənbər.  

/a/ 

Könüli kim aparur dilbər, dilbər.   /a/ 

Dünya əhlinün başına kim çətər,   /a/ 

İşini toğru gılan sərvər, sərvər.   /a/ 

(Q.Bürhanəddin) 

 

Tuyuq  şeiri  əsasən  əruz vəzninin rəməl bəhrində 



yazılır: fAilAtün, fAilAtün, fAilAtün, fAilAt.  

Bəzi hallarda tuyuq şeiri cinas qafiyələr üzərində 

 

 

149



qurulur. Belə qafiyələr isə, məlum olduğu kimi, şəkilcə eyni 

olsa da, mənaca müxtəlif olur: 



Adımı həqdən Nəsimi yazarəm,   /a/ 

Bil bu mənidən ki, siməm, ya zərəm.  

/a/ 

Həm hidayət eylərəm, həm azərəm,  

/a/ 

Həm büti üşadıcı, həm Azərəm.  

 

/a/ 

(İ.Nəsimi) 

 

Ümumiyyətlə, klassik Şərq və Azərbaycan  şeirinin 



onlarla, yüzlərlə  şəkilləri mövcuddur. Ədəbiyyatşünaslığa 

aid lüğətlərdə, ensiklopediyalarda klassik şeirin zəngin 

şəkilləri haqqında xeyli bilgilər vardır.  

Klassik  Şərq  şairləri öz əsərlərində  təbiət təsvirlərin-

dən, müxtəlif bədii məqamlara uyğun olaraq ilin fəsillərinin 

təsvirindən bol-bol istifadə etmişlər. Bir sözlə, təbiət, onun 

müxtəlif fəsilləri klassik şairlərin yaradıcılığında öz fikirləri-

ni, bədii duyğularını ifadə etmək vasitəsi olmuşdur. Təbiət, 

canlı varlıq, ayrı-ayrı əşyalar, anlayışlar, göy cisimləri, təbiə-

tin ayrı-ayrı lövhələri klassik şairlərin yaradıcılığında 

konkret bədii məqsədlə işlədilmişdir. Təbiət, klassik şairlərin 

yaradıcılığında öz fikirlərini bədii ifadə etmənin ən əlverişli 

üsul və vasitəsinə çevrilmişdir. 

Klassik Şərq poeziyasında sanki insan təbiətlə, eyni za-

manda təbiətin özü insanla eyniləşdirilir, müqayisə olunur. 

Klassik Azərbaycan  ədəbiyyatında da təbiət təsvirlərindən, 

qış, payız, yay, yaz, bahar lövhələrindən xeyli çox istifadə 

edilmişdir. Q.Təbrizi, Nizami, Füzuli, Xətai kimi klassik 

Azərbaycan  şairlərinin  əsərlərində elə bil təbiət insan kimi 

dil açıb danışır. Beləliklə də klassik ədəbiyyatımızda bahar, 

qış təsvirləri, bütövlükdə isə təbiət insan əhvali-ruhiyyəsini, 


 

 

150



lirik qəhrəmanın daxili mənəvi aləmini təsvir etmək vasitəsi 

olmuşdur. 

Bütün klassik Şərq  şairlərində olduğu kimi, Azərbay-

can şairləri də təbiət təsvirlərinin, peyzajların təsvirinə geniş 

yer vermişlər. Klassik Azərbaycan  şairlərinin  əsərlərində li-

rik-romantik qəhrəmanın psixoloji-mənəvi aləmi ilə bağlı 

olaraq bahar təsvirlərindən də geniş istifadə edilmişdir. 

Məlumdur ki, klassik Şərq  şeirində baharla bağlı  işlədilən 

bədii təsvirlərə təbiət lövhələrinə bahariyyələr deyilir. 

Bahariyyə – klassik Şərq  şeir formalarından biridir. 

Bahariyyə, adından göründüyü kimi, ayrı-ayrı  əsərlərdə ba-

har fəslinin, onun təbiətinə məxsus müxtəlif çalarların təsvir 

olunduğu lirik şeir parçalarıdır. Bahariyyə  şeir formasından 

klassik poemaları, iri həcmli epik əsərləri yazarkən də istifa-

də olunmuşdur. Belə ki, bahariyyə şeir forması klassik Şərq 

şeirinin müxtəlif janrlarında yazıla bilər. Burada əsas məsələ 

baharın sənətkarlıqla,  şairanə surətdə, yüksək bədii, poetik 

dillə təsvir və tərənnüm olunmasıdır. Klassik sənətkarlar öz 

əsərlərində bahariyyələrdən  əhvalat və xarakter yaratmaq 

üçün istifadə etmişlər. Demək olar, klassik şairlərimizin əsər-

lərində bahar lövhələrinin təsviri ilə insan xarakterinin, onun 

mənəvi aləminin təsviri uyğunlaşdırılmış  və paralel olaraq 

götürülmüşdür. 

Bahariyyə anlayışının nəzəri-terminoloji açılışı  və  bə-

dii-estetik məzmunu haqqında nəzəri fikrimizdə mövcud 

olan fikirlər, demək olar, biri digərinin təkrarından ibarətdir. 

Lakin bahariyyənin terminoloji açılışı eyni olsa da, müxtəlif 

sənətkarların yaradıcılığında ondan öz yaradıcılıqlarına uy-

ğun olaraq müxtəlif məqsədlərlə istifadə etmişlər. 

Məsələn, Azərbaycan Sovet Ensiklopediyasında 

 

 



151

Bahariyyənin nəzəri məzmunu belə verilir: 

"Bahariyyə" - klassik Şərq, o cümlədən, Azərbaycan 

poeziyasında baharı təsvir və tərənnüm edən lirik şeir. Qəzəl, 

qəsidə, məsnəvi və s. formada yazılırdı. Şah İsmayıl Xətainin 

"Dəhnamə" məsnəvisinin əvvəlindəki Bahariyyə məşhurdur. 

Füzulinin "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti")  əsəri də 

baharın təsviri ilə başlayır.

1

  

Demək olar ki, bu nəzəri-elmi tərif bütün ədəbiyyatşü-



naslıq lüğətlərində, nəzəri kitab və dərsliklərdə bu və ya di-

gər  şəkildə  təkrar olunur. Lakin qeyd etməliyik ki, klassik 

ədəbiyyatımızda işlənən bahariyyə şeir formaları öz məzmu-

nu etibarı ilə çox zəngin və rəngarəngdir. Çünki hər şair ba-

har lövhələrindən öz sənətkarlıq qabiliyyəti, istedadı  səviy-

yəsində istifadə etmişdir. Bundan başqa, hər sənətkar bahar 

təsvirlərindən öz bədii-estetik dünyagörüşünə uyğun olaraq 

istifadə etmişdir. 

Prof.  Əziz Mirəhmədov tərtib etdiyi "Ədəbiyyatşünas-

lıq terminləri lüğəti"ndə bahariyyə haqqında belə yazır: "Ba-



hariyyə - klassik Şərq ədəbiyyatında baharı təsvir edən lirik 

şeirlər, yaxud böyük bir poemanın baharı əks etdirən hissəsi. 

Bahariyyə qəzəl, qəsidə, məsnəvi formasında və başqa şəkil-

lərdə ola bilər".

2

  

Yaxud da bahariyyə haqqında başqa bir tərtib olunmuş 



kitabda belə deyilir: "Bahariyyə - klassik Azərbaycan (və 

ümumiyyətlə,  Şərq) poeziyasında yaz fəslini təsvir edən 

şeirlər, peyzaj lirikası nümunələri. Qətran Təbrizinin  baha-

                                                           

1

  Азярбайъан  Совет  Енсиклопедийасы, 10 ъилддя, II ъилд.  Бакы, 



1977, сящ.46. 

2

 Ядябиййатшцнаслыг терминляри лцьяти (тяртиб едяни: Я.Мирящ-



мядов). - Бакы, Маариф, 1988, сящ.25. 

 

 

152



riyyələri bütün Şərq poeziyasında məşhurdur və həmin jan-

rın klassik nümunələri kimi tanınır.  Şah  İsmayıl Xətai özü-

nün "Dəhnamə" poemasında Azərbaycan dilində bahariyyə-

nin ilk mükəmməl nümunəsini yaratmışdır. MəHəmməd Fü-

zulinin "Söhbətül-əsmar" əsəri də ənənəvi bahariyyə ilə baş-

lanır." 


1

 

Bununla bağlı olaraq bahariyyə haqqında başqa bir ter-



minlər lüğətində oxuyuruq: "Bahariyyə  - klassik Şərq, o 

cümlədən Azərbaycan poeziyasında baharı  təsvir edən  şeir 

növü. Qəzəl, qəsidə və başqa formalarda yazılardı. Şah İsma-

yıl Xətainin "Dəhnamə" məsnəvisinin əvvəlindəki bahariyyə 

məşhurdur. M.Füzulinin "Söhbətül-əsmar" ("Meyvələrin 

söhbəti")  əsəri M.F.Axundovun "Şərq poeması" da baharın 

təsviri ilə başlayır". 

2

 



Göründüyü kimi, bu açıqlamalarda əsas fikir müxtəlif-

liyi bahariyyənin şeir forması, janrı və ya şeir növü olmasın-

dadır. Bizim fikrimizcə, bahariyyə şeir növü və ya şeir janrı 

ola bilməz. Çünki bahariyyə peyzaj lirikasının nümunəsi ki-

mi diqqəti daha çox cəlb edir. Bu baxımdan, bahariyyə məz-

mun və forma elementi kimi diqqəti cəlb edir. Ümumiyyətlə, 

bahariyyələr haqqında daha dolğun məlumat almaq üçün 

klassik  ədəbiyyatımızda yaranan bir sıra  şairlərin bahariyyə 

şeirlərinə nəzər salmaq daha məqsədəuyğun olar. 

Təsadüfi deyildir ki, Qətran Təbrizi bahar lövhələrini 

təsvir etməklə, insanların  əhval-ruhiyyəsində baş verən xoş 

ovqatı yüksək sənətkarlıqla tərənnüm etməyə nail olmuşdur. 

                                                           

1

 Елчин, В.Гулийев. Юзцмцз вя сюзцмцз. Азярбайъан Дювлят Няш-



риййаты. - Бакы, 1993, сящ.20. 

2

  Азярбайъан  классик  ядябиййатында  ишлядилян  адларын  вя  тер-



минлярин  шярщи  (тяртиб  едяни:  А.Бабайев), "Маариф"  няшриййаты, 

Бакы, 1993, сящ.26. 

 

 

153



Şairin aşağıdakı şeiri bu baxımdan xarakterikdir: 

 

Elə bil kanun ayına şəbixun eylədi neysan: 



Səmanı tozla, doldurdu, çölü, səhranı tutdu qan. 

Əgər qan istəyirsənsə, nəzər sal buluda bir an. 

Bahar yelləri ənbərlə yoğurdu torpağı indi, 

Budaqlar zərxara geydi tamam neysan yağışından 

Al-əlvan Çin ipəyiylə bəzənmiş bağ, elə bil ki, 

Gəlir hər gecə aramsız bağa Çindən yeni karvan 

Gəlinlər tək gülür, gülür sevinclə bağçada, bağda: 

Ona bülbül oxur əfsun yaman gözlər bəlasından. 

Çəmənlərdə gülür lalə üzü tək Leylinin hər dəm, 

Bulud göylərdə qan ağlar gözü tək Məcnunun hər an, 

 

 

154



Uçur mərcan üzərində fəqət bağlarda bülbüllər 

Qaçır əlvan ipək üstdə fəqət çöllərdəki ceyran.

1

  

 

Ümumiyyətlə, Klassik Azərbaycan  şairlərinin  əsərləri-



nə müraciət etsək, onların əsərlərində bu və ya digər şəkildə 

bahariyyə nümunələrinə rast gələrik. Bahariyyə formasında 

müxtəlif janrlarda əsərlər yazmaq ədəbi ənənəsi demək olar 

on doqquzuncu yüzilliyə qədər davam etmişdir. Belə ki, hə-

min  şeirlər başdan-başa bahariyyə formasında olmasa da, 

onun müəyyən hissələri mütləq baharın təsvir və  tərənnü-

mündən ibarət olmuşdur. Məsələn, Şakir Şirvaninin aşağıda-

kı şeiri bu baxımdan diqqəti cəlb edir: 



Ey gül, sənə nisbət güli-xəndan ola bilməz

Hüsnün kimi heç bağda gülüstan ola bilməz, 

Qəddin kimi xoş sərvi-xuraman ola bilməz, 

Manənd sənə hüriyi-qılman ola bilməz, 

Zülfün kimi bir sünbüli-reyhan ola bilməz. 

 

Ey qaşları yay, gözləri nərgis, ruxi-ziba, 

Hər yerdə ki, vəsfin oxuram mən dəxi əla, 

Ey kakili-sünbül, dəhəni qönçeyi-həmra, 

Yoxdur sənə manənd gözüm dəhrdə həmta, 

Yox sən təki bir Yusifi-Kənan ola bilməz.

2

  

 

Azərbaycan  ədəbiyyatşünaslığında bahariyyələrin bə-



dii-estetik və nəzəri məsələlərindən bəhs edən bütün ədəbiy-

                                                           

1

 Щикмят хязиняси (Гядим Азярбайъан ядябиййаты мцнтяхябаты). 



Тяртиб  едянляр:  Я.Сяфярли,  Х.Йусифли, "Маариф",  Бакы, 1992, 

сящ.49. 


2

 Йеня орада, сящ.455. 

 

 

155



yatşünaslar  Şah  İsmayıl Xətainin "Dəhnamə" poemasının 

müqəddiməsini bahariyyəyə ən xarakterik nümunə hesab et-

mişlər. 

Akad. Həmid Araslı bu münasibətlə yazır: "Əsərin mü-

qəddiməsində yazıçının qələmə aldığı "Sifəti-gülşənü bahar" 

adlandırdığı "Bahariyyə" Azərbaycan  ədəbiyyatı tarixində 

təbiət təsvirinin yaxşı nümunələrindən biridir".

1

 



Görkəmli  ədəbiyyatşünas həmin bahariyyədə verilən 

təbiət təsvirlərini nümunə göstərərək yazır: "Bu misralarda 

başlanan təsvirdə baharın gəlməsilə təbiətin canlanması, hə-

yatın hər tərəfində əmələ gələn yeniliklər, quşların, heyvan-

ların, bir sözlə, təbiətin bütün sahələrinin gözəlləşməsi çox 

maraqlı və obrazlı bir dillə təsvir edilir."

2

 

Ş.İ.Xətai "Dəhnamə" poemasında, doğrudan da, bahariy-



yənin ən uğurlu, ən səciyyəvi nümunəsini yaratmışdır: 

Qış getdi, yenə bahar gəldi, 

Gül bitdi və laləzar gəldi. 

Quşlar qamusu fəğanə düşdü, 

Eşq odu yenə bu canə düşdü. 

Yer geydi qəbayi-xizr puşan 

Cümlə dilə gəldi ləbxəmuşan. 

Sərvin yenə tutdu damənin su, 

Sərv üstə oxudu faxtə gu-gu. 

Qönçə dəhəni çəməndə xəndan, 

Gülməkdən ənar açıldı dəndan. 

Bülbül oxudu süfati-hicran, 

                                                           

1

 Щ.Араслы. Ш.И.Хятаи вя онун йарадыъылыьы (юн сюз), бу китабда: 



Ш.И.Хятаи. Дящнамя, Азярб. Ушаг вя Эянъляр Няшриййаты, Бакы, 1959, 

сящ.7. 


2

 Йеня орада. 



 

 

156



Dəryadə dür oldu əbri-neysan. 

Durna uçuban həvayə düşdü, 

Laçın aluban ovayə düşdü. 

Alma ağacı dibində sayə, 

Tən eylər idi buludda, ayə...

1

 

 

Buradan göründüyü kimi, Xətai baharla bağlı bütün 



təsvirləri öz bədii-estetik idealına uyğun olaraq işlətmişdir. 

Bahariyyədə verilən ayrı-ayrı peyzaj detalları əsərdəki obraz-

ların  əhvali-ruhiyyəsinin açılmasına kömək etmişdir. Doğru 

olaraq deyildiyi kimi, "Bədii əsərlərdə peyzaj, ən əvvəl, təbi-

ət təsvirlərinə aid detallardan başlayır. Peyzaj detalları bədii 

əsərlərdə əsas estetik rol oynayır. Belə ki, peyzaj bədii əsər-

lərdə sadəcə olaraq təbiət lövhələrinin təsvirindən ibarət de-

yildir. Bu, hər şeydən əvvəl, əsərdə konkert funksiya daşıyan 

bir anlayışdır."

2

 



Ədəbiyyatşünaslar bahariyyələrin nəzəri məsələsindən 

danışarkən M.F.Axundovun "Puşkinin ölümünə Şərq poema-

sı"nı da nümunə göstərirlər. Doğrudan da, M.F.Axundov po-

emada baharın təsvirini ustalıqla vermiş, baharın gəlməsi, 

güllərin açması, bülbüllərin oxuması və ümumiyyətlə, təbiət-

də baş verən "şadlıqla" özü arasında olan təzadı,  şairin ma-

təm içərisində olmasını yüksək sənətkarlıqla ifadə etmişdir. 

Beləliklə də şair göstərmək istəmişdir ki, bütün təbiət baha-

rın gəlməsindən sevinirsə  də, o, bu xoş  əhvali-ruhiyyədən 

çox uzaqdır: 

                                                           

1

 Ш.И.Хятаи. Дящнамя, Азярб. Ушаг вя Эянъляр Ядябиййаты няш-



риййаты, Бакы, 1959, сящ.13. 

2

  Н.Мурадялийева.  Ядябиййатда  романтик  пейзаж,  Бакы,  Йазычы, 



1991, сящ.110 (рус дилиндя). 

 

 



157

Açılıb qönçə, qızılgül də gülüstanda gülür, 

Nazlanan yasəmənin telləri bəzən tökülür. 

Çöl köçən qızlara bənzər, bəzənib sanki gəlin, 

Təpələr ətrini yığmış ətəyə qönçələrin. 

Cansıza can verir hər səmti saran mənzərələr 

Şah kimi bağda çələng taxmış ağaclar ucalır. 

 

Hər tərəf şövqlü, almas kimi nurlanmışdır. 

Nərgizin gözləri məstanə xumarlanmışdır. 

Yaralı köksünü bülbül də vurub bir budağa, 

Bir qızıl gül varağı bəxş eləyir hər qonağa. 

Dürr yığıb göydə bulud nazlı gülüstanə səpir, 

Titrəşən incə küləklə yayır ətrafə ətir...

1

 

 

 Öz  yaradıcılığında bahariyyələrdən tez-tez istifadə 



edən klassik sənətkarlarımızdan biri də böyük Azərbaycan 

şairi Məhəmməd Füzulidir. Dahi söz ustadının yaradıcılığın-

da bahariyyələrin müxtəlif formalarına rast gəlirik. Belə ki, 

böyük  şair istər qəzəllərində, istərsə  də poemalarında baha-

riyyələrin istifadə etmişdir. Şairin yüksək sənətkarlıqla verdi-

yi bahariyyələr, təbiət təsvirləri onun sözdən istifadə etmək 

sənətkarlığını bir daha nümayiş etdirir. 

 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin