Baba babazadə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix03.04.2017
ölçüsü0,96 Mb.
#13205
1   2   3   4   5   6   7   8   9   10   11

AZƏRBAYCAN ŞEIRINDƏ VƏZN. 

 

HECA VƏZNI 

 

Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri 



şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb  şeir 

təxnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri 

nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü  şeir 

texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə 

şeirin vəzni müəyyən olunur. Əslində  vəzn  şeirin ölçüsü, 

misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər 

şeydən  əvvəl, oradakı hecaların sayı  nəzərdə tutulur. 

Məlumdur ki, hər bir sözdə olan hecaların sayı orada işlənən 

sait səslərlə ölçülür. Sözdə neçə sait işlənirsə, bir o qədər də 

heca olur. Buradan da deyə bilərik ki, şeirdə misraların, 

sətirlərin ölçüsündən, hecaların sayından bəhs edən elmə 

vəzn deyilir. Azərbaycan milli şeirində ta qədim 

zamanlardan indiyə  qədər ölçü ən çox tələb olunan 

poetexniki  şərtlərdən biri olub. Odur ki, şeirimizdə  ən çox 

işlənən və ən doğma vəzn də heca vəzni olmuşdur. 

Prof. A.Axundov yazır: “Məlumdur ki, heca vəzninin iki 

mühüm  şərti var: ölçü və bölgü. Bunlardan birincisi 

misralardakı hecaların sayının bərabərliyinə, ikincisi isə 

misralardakı heca mikroqruplarının uyğunluğuna əsaslanır. 

Heca vəzninin  ən mühüm şərti heç şübhəsiz,  ölçüdür

Xüsusən kiçik, ölçülü şeirlərdə (üçhecalıqlardan, 

səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca 

vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış 

edə bilir. Hətta şeirimizin əvvəlki dövrlərində onbirhecalıqlarda 

 

 

45



da heca vəzninin əsas əlaməti yalnız ölçü olmuşdur”.

1

 



Azərbaycan  şeirində ölçü sistemi müxtəlifdir. Odur ki, 

şifahi və yazılı şeir nümunələrində iki hecadan tutmuş iyirmi 

hecaya qədər rəngarəng ölçülərə rast gəlirik. Məsələn, “yüz 

ölç, bir biç” kimi atalar sözlərində  hər misra cəmi iki 

hecadan ibarət olub ölçülü-heca vəznindədir. Başqa atalar 

sözlərində: 

Üs / tü /aş/ 

 

  (3) 



 

  

Al / tı /daş/ 



 

  (3) 


 

  

 



Qız  e/vi  

 

 



(3) 

 

Naz 



 

e/vi 


   (3) 

  

 



Yüz / gün ya / raq  

 

(4) 



 

Bir / gün  gə / rək  

 

(4) 


 

Sax / la  sa / ma / nı 

 

 (5) 


  

Gə / lər  za / ma / nı    

(5) 

    


  

İs / tə / yir / sən  /bal/ çö / rək (7)  

Al/ ə / li/ nə  /bel/ kü / rək  

(7) 


 

Azərbaycan  şifahi xalq şeirinin bayatı, ağı kimi 

şəkillərində yeddilik ölçü sistemi əsasdır.  

 

   



Ə / zi / zim,   qı / za / ran / da  

(7) 


   

Dan ye / ri 

 qı / za / ran / da  

(7) 


   

A/na/lar  ca / van / la / şar    

(7) 

   


Oğ / lu / na    qız/ a / lan / da  

(7) 


                                                           

1

 А.Ахундов. Шеир сяняти вя дил. Бакы, Йазычы, 1980, с.16 



 

 

46



 

   


Mən/    a / şiq do / lu dü / şər  

(7) 


   

Göy gur / lar, do / lu dü / şər  

(7) 

   


Qəb / rim yol/ üs / tə qa / zın  

(7) 


   

A / na / mın yo / lu dü / şər    

(7) 

 

M.Müşfiqin “Tar” şeirində  əsasən altılıq heca ölçü-



sündən istifadə edilmişdir. 

Fabrikdə, zavodda, 

Traktor başında. 

Bu saat qarşısında 

Nə qədər adam var! 

Utanma, oxu, tar! 

Mədənli Bakının, 

Pambıqlı Gəncənin, 

İpəkli Şəkinin, 

Acısı, şərbəti 

Alovlu sənəti! 

Oxu, tar, oxu, tur! 

Səni kim unutar? 

 

B.Vahabzadənin “Vətən var” şeiri də altılıq ölçüsündədir. 



Dünya guru bir səs,  

(6) 

Qəm çəkməyə dəyməz.  

(6) 

Yüz-yüz itən olsun,   

(6) 

Min-min də bitən var.  

(6) 

Bizlərdən həm əvvəl,  

(6) 

Həm sonra Vətən var.  

(6) 

 

Azərbaycan  şifahi xalq ədəbiyyatında olduğu kimi, 



 

 

47



yazılı  ədəbiyyatımızda da yeddi hecalı  şeir ölçüsündən 

istifadə edilmişdir. 



Ey Vətən,/ ana Vətən, 

Heyranam,/ sənə, Vətən! 

Dupduru / göllərin var, 

Yamyaşıl / çöllərin var. 

Dağların / baş-başadır, 

Düzlərin / tamaşadır 

Dərələrin / dərindir, 

Yaylaqların / sərindir. 

Nə gözəldir / qucağın, 

Doğma odun, / ocağın!  

(Ə.Cəmil) 

 

Dolaşırıq dünyanı  



(7) 

Əldə dəmir, bir əsa,  

(7) 

Ayaqda dəmir çarıq.  

(7) 

Biz tapdıqca itirir,    

(7) 

İtirdikcə tapırıq.    

(7)  

    (B.Vahabzadə)  

 

Göylər yerə / enərdi  

(7) 

Dəli çaylar / dinərdi  

(7) 

Yal-yamac / gjizlənərdi  

(7) 

Dağlara çən / düşəndə  

(7) 

(H.Arif) 

 

Səkkiz hecalı ölçüdə yazılan şeirlər:  



El bilir ki, / sən mənimsən      (8) 

Yurdum, yüvam / məskənimsən. (8) 

 

 

48



    (S.Vurğun) 

 

 

Saç ağardı, / ancaq ürək (8) 



Alovludur / əvvəlki tək.  

(8) 

 

Bilirəm ki, / deməyəcək  

(8) 

Bir sevgilim, / bir də Vətən (8) 

Şair, nə tez / qocaldın sən.  (8)  

    (S.Vurğun)  

 

Biz küləkdən / qanad alıb, (8) 

Fəsillərlə / hey ötüşdük. (8) 

    (B.Vahabzadə) 

 

Bağban təzə / ağac əkər, (8) 

Bənna yeni / bina tikər.  

(8) 

Daşlarına / sığal çəkər,   (8) 

Yaz yağışı / bu şəhərin.  

(8)  

 

 

 

 

 

(M.Arif) 

 

Neçə gündür / yazmamışam, (8) 

Sözlər qaçıb / dağa düzə.   (8) 

Baxımsızlıq / olan zaman  (8) 

Söz özü də / baxmır sözə.   (8) 

 

 

 

 

(Ə.Kərim)  

 

Qoşmalarda heca ölçüsü bir qayda olaraq on birlik say 



sistemindədir. Burada misraların hamısı eyni qayda ilə on bir 

hecaya ayrılır ki, bu da qoşmanın vəzn ölçüsünü təyin etmiş 

olur. 

 

 



49

Gəlinin yaxası / polad iynəli,  

(11) 

Qızın yaxasıdır / çarpaz düyməli. (11) 

İkisin də gərək / gözəl öyməli, (11) 

Can qurban eylərəm / ikisinə də.   (11)  

    (M.P.Vaqif) 

 

 

 

50



 Atıb qar donunu / qış çəkiləndə,         (11)  

Çılpaq budaqlardan / buz töküləndə. (11)  

Qızıl gözlərilə / bahar güləndə,       (11)  

Sellər, sular kimi / çağlar meşələr.  (11)  

   

 

 

 

 (H.Arif) 

 

Ağbirçəkli, / gözü nəmli, / anaları, /gəl öpək!  (15) 



Qəhrəmanlar /məzarına /əklil qoyaq, /gül səpək… (15) 

 

(Ə.Cəmil) 

 

Artıq dediyimiz kimi, ədəbiyyatımızda iki hecalıdan 



tutmuş iyirmi hecalıya qədər  şeir ölçüsünə rast gəlmək 

mümkündür. Şairlərimiz, demək olar ki, heca vəzninin bütün 

mümkün ölçülərindən istifadə etmişlər.  

Bölgü.  Şeir quruluşunun mühüm tələb və  şərtlərindən 

biri də bölgüdür. Şeirin hər misrası  bərabər ölçüyə 

bölünməklə yanaşı, eyni zamanda daxili fasilələrə, pauzalara 

ayrılır. Həm də bu misradaxili pauzalar şeirin hər misrasında 

bərabər  şəkildə paylanır. Yəni birinci misrada daxili fasilə 

neçə hecadan sonra baş vermişdirsə və təkrarlanırsa, sonrakı 

misralarda da həmin pauzalar bölgüsü proporsional surətdə 

davam edəcəkdir. Beləliklə,  şeirin hər sətrinin bərabər 

şəkildə misradaxili fasilələrə ayrılaraq, ahəngdar surətdə 

proporsional bölünməsinə şeirin bölgüsü deyilir. Bölgü şeirə 

bir ahəngdarlıq, musiqilik və oynaqlıq verir. Məlumdur ki, 

nəsr  əsərlərinin dilində fasilə yalnız cümlənin bitib 

tamamlanmasından sonra baş verir. Şeir qanunlarına görə isə 

göründüyü kimi, fasilə misranın bir neçə yerində baş verə 

bilər. O da qeyd olunmalıdır ki, hətta eyni ölçülü şeirlərdə 

belə misradaxili pauzalar müxtəlif ola bilər. 

 

 

51



Məsələn, bayatılarda daxili bölgü – fasilənin müxtəlif 

növlərinə rast gəlirik. 



Əzizim, / qızaranda, 3+4=7 

Dan yeri / qızaranda.  

3+4=7 

Analar / cavanlaşar,  

3+4=7 

Oğluna / qız alanda. 

3+4=7 

 

Yaxud: 



Mən bu bağa / gəlmişəm, 4+3=7 

Yağa-yağa / gəlmişəm.   4+3=7 

Götürmüşəm / dərdimi, 4+3=7 

Ağlamağa / gəlmişəm.   4+3=7 

 

On bir hecalı şeirlərdə bölgü sistemi müxtəlifdir: 



Vaqifəm, mən sənə / heyran olmuşam, 6+5=11 

Qaşların yayına / qurban olmuşam.  

6+5=11 

Dərdindən didəsi / giryan olmuşam,  

6+5=11 

Qanlı yaşım kimi / çay ola bilməz.  

6+5=11 

 (M.P.Vaqif) 

 

Şeh damlası / yarpaqlara / düzülür,     4+4+3=11 



Əyiləndə / göy yaylağa / buludlar.      4+4+3=11 

Yel vurduqca / lələk-lələk / süzülür,   4+4+3=11 

Hərdən sola, / hərdən sağa buludlar. 4+4+3=11 

        (H.Arif) 

On dördlik şeir ölçüsündə: 



Dil açanda ilk dəfə / «ana» söyləyirik biz, 

7+7=14 

«Ana dili» adlanır / bizim ilk dərsliyimiz.  

7+7=14 

İlk mahnımız laylanı / anamız öz südüylə 7+7=14 

İçirik ruhumuza / bu dildə gilə-gilə.    

7+7=14 

 

 

52



 

 

     (B.Vahabzadə) 

Dəniz nəğmə qədər xoş, / sular uşaq kimi şən, 7+7=14 

Gegə dilsiz də olsa / dinir, danışır hərdən…   7+7=14 

    

 

 

 

 

(Ə.Cəmil) 

 

Milyon-milyon pəncərədən / güllər yağdı başına, 8+7=15 



Şəhərimin gözəlləri / çələng taxdı başına.  

8+7=15  

 

     (S.Rüstəm) 

 

Uşaqlıqdan / mən dalğalı / dənizlərin / məftunuyam, 



 4+4+4+4=16 

Qəlbi axar / sular kimi / təmizlərin / məftunuyam.  

4+4+4+4=16  

 

     (S.Rüstəm) 

 

Qafiyə. Ölçü və bölgü ilə yanaşı qafiyə  də  şeir 

quruluşunda  əsas rol oynayır. Qafiyə – misraların sonunda 

sözlərin səs,  şəkil, quruluş baxımından ahəngdar  şəkildə 

tələffüz olunmasına deyilir. Şeirdə qafiyənin rolu əsasən belə 

səciyyələndirilir: «misraların sonunda və ya misra içində səscə 

bir-birinə uyğun, fonetik tərkibcə  həmahəng və  şeirə xüsusi 

gözəllik, ahəng, aydın forma verən sözlər.  Şeirin məna və 

ahəngcə təşkilində qafiyə böyük rol oynayır».

1

 



Lakin  şeirdə qafiyənin rolu burada deyilənlərdən də 

çoxdur. Qafiyə misranın sonunda gəlməklə, həm misraya, 

həm misranın daxil olduğu şeir bəndinə və hətta şeirin özünə 

belə ahəng və intonasiya ilə bir bağlılıq, tamlıq, bütövlük 

gətirir. Qafiyə şeirin oynaq və avazlığında da mühüm rol oy-

nayır. Bununla belə, qafiyəyə formal poetik şərt kimi bax-

                                                           

1

 Ядябиййатшцнаслыг терминляри лцьяти. Бакы, 1988, с.45 



 

 

53



maq düzgün olmaz. Qafiyə misranın sonunda mütləq qafiyə 

xatirinə  işlədilə bilməz. Çünki qafiyə fikrə tabe tutulmazsa, 

orada formalizm yaranar. Belə  şeirlərdə isə  şair  əsl 

mətləbdən uzaqlaşar və fikir dağınıqlığı yaranar. Əsl qafiyə 

isə sözlərin ahəngdar deyilməsindən başqa  şeirdə fikrin 

ifadəsində, məzmun və formanın tamamlanmasında  əsas 

funksiya daşıyır. 

Azərbaycan və dünya poeziyasında qafiyənin müxtəlif 

növlərinə rast gəlmək mümkündür. Poetik intonasiyanın 

vüsətinə, işlənmə tezliyinə, yerinə görə qafiyə  şeirdə 

rəngarəng şəkildə işlədilir. Belə ki, şeirdə qafiyənin qüvvətli 

və  zəif, kamil və tam, göz qafiyəsi, qulaq qafiyəsi, daxili 

qafiyə, cinas qafiyə və s. kimi növlərinə rast gəlirik. 

Qüvvətli qafiyə qurmaq sənətkarın istedadından, 

sənətkarlığından asılıdır.  Şeir tarixində müxtəlif  şairlər 

tərəfindən təkrar-təkrar, dəfələrlə  işlədilən qafiyələr, 

şübhəsiz ki, zəif qafiyə hesab olunacaqdır. Müxtəlif sözlərin 

yaxınlığı, oxşarlığı ilə yaranan qafiyələr əlbəttə, oxucuya heç 

bir bədii-estetik zövq aşılamayacaq. Doğru qeyd olunduğu 

kimi, «oxucu üçün gözlənilməz və yeni olan qafiyələr söz 

sənətində hünər və şairanə, qüvvətli hesab edilir».

1

  



Qüvvətli qafiyə yaratmaq şair üçün ixtiraçılıqdır. Bu o 

deməkdir ki, sənətkar dil fondunun leksik potensialına yaxşı 

bələddir. Həqiqi şair sözlərin fonetik tərkibindən, qrammatik 

dəyişmələrdən, səs uyuşmalarından məharətlə istifadə 

etməklə oxucu üçün, həqiqətən, qüvvətli, gözlənilməz qafiyə 

qura bilir. Bu cəhətdən yanaşsaq, müasir şeir qafiyənin 

növləri, çalarları baxımından xeyli zənginləşmişdir. Doğru-

dan da, indi «aman», «kaman», «yaman», «zaman» kimi 

                                                           

1

  Мир  Ъялал,  П.Хялилов.  Ядябиййатшцнаслыьын  ясаслары.  Бакы, 



 

 

54



qeyri-bədii sözlərdən düzələn qafiyələrdən az istifadə olunur

ya da heç olunmur. Xüsusilə  də müxtəlif köklü sözlərin 

şəkilçi oxşarlığına görə qafiyələndirilməsi  şeir sənətində 

yolverilməzdir. 

S.Vurğunun  şeirlərində müxtəlif nitq hissələrindən 

əmələ  gələn  ən kamil qafiyə quruluşu ilə rastlaşırıq və bu 

qafiyələrin özü də yuxarıda dediyimiz kimi şairanə və oxucu 

üçün gözlənilməzdir. 



Görüb tanış olmadığım,  

 

(fel) 

Qayğısına qalmadığım.  

 

(fel)  

 

Son nəfəsdə səni andı,  



 

(fel) 

Dəniz kimi dalğalandı.  

 

(fel) 

 

Gözüm yolda, könlüm səsdə,  



(isim) 

Dinlə məni son nəfəsdə.    

(isim) 

 

Açılmayır qaş-qabağın,    



(idiom) 

Çiçək açmaz könül bağım.  (idiom) 

 

Gecə cansız, gecə sakit, gecə lal!  (isim) 

Nə qədər uçsa da uçduqca xəyal. (isim) 

 

S.Vurğun  şeirində müxtəlif nitq hissələrindən düzələn 



kamil qafiyələrə rast gəlirik. 

Səhralara səs salacaq ilxıların kişnəməsi, 

    (fel) 

Qulaqları oxşayacaq qoyun səsi, quzu səsi.     (isim) 

Yenə axar çaylar üstə dəmir körpü qurulacaq, (fel) 

Yenə sahil lampaları alışacaq çıraq-çıraq. 

  (zərf) 

                                                                                                                            

1988, с.106 

 

 



55

 

Azərbaycan  şeirində bir sıra hallarda qulaq 



qafiyəsindən  də istifadə edirlər. Belə qafiyələr qurmaq 

əlbəttə  çətindir. Bu zaman qafiyələr sözün yazılış – qrafik 

cəhətinə görə yox, məhz fonetik səs oxşarlığına görə qurulur. 

Daha doğrusu, belə qafiyələrdə söz kökünün yazılışı  və 

qrammatik dəyişməsi deyil, oxşar səslərin tələffüzü  əsas 

götürülür. Prof. A.Axundov yazır: «Azərbaycan  şeirində 

çoxdan mövcud olan qulaq qafiyələri məhz fonetik prinsipin 

verdiyi imkanlar əsasında yaranan qafiyələrdir. Lakin bunlar 

heç də o demək deyildir ki, guya qrafik qafiyə poeziyamızda, 

o cümlədən bizim şeirimizdə unudulmuşdur və artıq o 

yararsızdır.  Şübhəsiz, qafiyənin gözəlliyi onun yeniliyində 

və gözlənilməzliyindədir.  İstər fonetik prinsipə  əsaslansın, 

istər qrafik».

1

 



Xəyal dumanında xumaram indi, 

Yuxumu həyatdan umaram indi!  

 

Gerçəyin ilkidir yuxunun sonu,  

- Yuxu nəğməmizin son akkordunu.  

(B.Vahabzadə) 

At çapdılar düz Altaydan Oğuza 

Körpü saldı Cığataydan Oğuza.  

(B.Vahabzadə)  

 

Ən müqəddəs məbədiydi Vətən Vaqifin, 



Şair könlü bülbül kimi ötən Vaqifin.  

(S.Rüstəm)  

 

                                                           



1

 А.Ахундов. Шеир сяняти вя дил. Йазычы, Бакы, 1980, с.76 



 

 

56



Gecələr ay sənindir, gündüzlər günəş 

  

 

 

kainat kimi! 

Hər şey gözəlləşmədə, sən də gözəlləş 

  

 

 

bu həyat kimi.  

(M.Müşfiq) 

 

Xalqlar necə yaxındır 



 

  sanki 

bir 

ürəkdədi

Gülüşlərin, sözlərin, 

Nəğmələrin vəhdədi.  

(Ə.Kərim) 

 

Məni çulğalar boran,  



Əgər bir saat, bir an.  

Ayrılsam gəncliyimin yüyənsiz tufanından.  

  

 

 

 

(Ə.Kərim) 

 

Qapan ölüm, öpən ölüm, 



Məni yerə təpən ölüm. (A.Laçınlı)  

 

Bəzən  şairlər yalnız misranın sonunda yox, misranın 



daxilində də qafiyə qururlar. Aşıq ədəbiyyatında və aşıq şeiri 

ənənəsində yazılan yazılı  şeir nümunələrində buna 



qoşayarpaq deyirlər. 

A.Ələsgərin «Düşdü» şeiri bu baxımdan xarakterikdir. 



Ətlazdan, belində şalı, 

Gövhərdən bahalı üzündə xalı. 

Geydi yaşıl-alı, yaxdı mahalı, 

Əyri tellər ayna qabağa düşdü. 

 

 

 



57

Yeriyirdi sana yaşılbaş, sona, 

Yaraşır canana ağ nazik cuna.  

Tellərində şana, əlində həna, 

Yəmən, yaqut əhmər dodağa düşdü. 

(A.Ələsgər) 

 

Sənsən mənim ayım, günüm, hilalım, 



Dövlətim, iqbalım, cahım, cəlalım. 

Gözəl üzün daim fikrü xəyalım, 

Sözün dildə şirin hekayətimdir.  

(M.P.Vaqif) 

 

Xumar-xumar baxmaq göz qaydasıdır, 



Lalətək qızarmaq üz qaydasıdır, 

Pərişanlıq zülfün öz qaydasıdır, 

Nə badi-səbadən, nə şanədəndir.  

(M.P.Vaqif)  

 

Klassik və müasir şeirimizdə də şairlər daxili qafiyədən 



istifadə etmişlər. Belə qafiyələr doğrudan da, şeirdə ikiqat 

qafiyə adlanır. M.Füzuli «Məni candan usandırdı…» adlı 

məşhur qəzəlində daxili qafiyədən məharətlə istifadə 

etmişdir.  



Deyildim mən sənə mail, sən etdin əqlimi zail, 

Mənə tən eyləyən qafil, səni görcək utanmazmı? 

 

Füzuli rindi-şeydadır, həmişə xəlqə rüsvadır, 

Sorun kim bu nə sövdadır, bu sövdadan usanmazmı? 

 

Lakin klassik şeirdən fərqli olaraq, müasir poeziyamızda 



 

 

58



rastlaşdığımız daxili qafiyə nümunələri nisbətən daha formal 

şəkildə olur. 



Aşıq, bağrına bas sədəfli sazı, 

Min cavablı bir sualdan danışaq: 

Meydan quraq, söhbət açaq, saz tutaq, 

Gül yanaqı qoşa xaldan danışaq.  

(S.Vurğun) 

Yaxşı yadımdadır, cənuba sarı, 

Uçub qaqqıldaşan durna qatarı. 

Sıxlaşan, daralan qara buludlar, 

Ocaqlı, tüstülü, şənlikli yurdlar.  

(S.Vurğun) 

 

Göründüyü kimi, bu nümunələrdəki «sualdan», «qoşa 



xaldan», «cənuba sarı», «durna qatarı», «buludlar», 

«yurdlar» sözləri qafiyə olduğu halda, «cavablı», «yanaqlı», 

«qaqqıldaşan», «sıxlaşan», «daralan» kimi sözlər isə daxili 

qafiyə hesab olunmalıdır. 



Xumar-xumar baxmaq göz qaydasıdır, 

Lalətək qızarmaq üz qaydasıdır.  

(M.P.Vaqif) 

 

Burada «göz», «üz» sözləri qafiyə, «baxmaq», 



«qızarmaq» sözləri daxili qafiyədir. 

Azərbaycan  şifahi və yazılı  şeir nümunələrində rast 

gəldiyimiz qafiyə növlərindən biri də cinaslı qafiyələrdir. 

Əzizim dalda yeri, (a) 

Xub yeri, dalda yeri.  

(a) 

İki könül bir olsa,   

(b) 

Taparlar dalda yeri.  

(a) 

 

 



59

 

Göründüyü kimi, bayatıda qafiyələnən «dalda yeri» sözü 



üç dəfə  təkrar olunmuşdur. Bu söz birinci misrada arxada 

getmək, ikinci misrada yenə  də arxada və yaxşı getmək 

mənasını verdiyi halda, dördüncü misrada sevgililərin 

görüşdükləri gizli, dalda yer mənasını verir. Buradan məlum 

olur ki, cinas qafiyələr öz fonetik səs tərkibinə görə eyni, 

mənaca müxtəilf olan söz quruplarıdır. Lakin cinas qafiyə 

qurmaq çox çətin bir sənətkarlıq məharəti tələb edir. Aşıq 

şeirində, eləcə  də yazılı  ədəbiyyatımızda yazılan təcnis  şeir 

şəklinin qafiyələri tamamilə cinas qafiyələrdən ibarət olur.  

Ömrünə çox dua-səna demişəm,  

(a) 

Suçumu, dərdimi sana demişəm.   (a) 

Mən canımı qurban sana demişəm, (a) 

Ol zaman ki, oldu qalü bəla, qız.   (b)  

 

    (M.P.Vaqif) 

 

Bu bənddə «səna», «sana» cinası üç dəfə təkrar olunub. 



Birinci misrada bu sözün mənası dua, dua etmək, ikincidə 

dərdli aşiqin kədərinin çoxluğunun sayılması, üçüncüdə isə 

sənə qurban vermək mənasında işlənmişdir.  

Məskən saldım astanada, dərində,   (a) 

Dost bağını becərin də, dərin də.   (a) 

Gövhər olar dəryalarda dərində,   (a) 

Onu qəvvas çəkər ay üzə tək-tək.   (b) 

  

 

 

 

(A.Ələsgər) 

 

Bu bənddə isə «dərində» sözü üç dəfə  təkrar olunmuş-



dur. Ustad aşıq təcnisdə cinas sözlərdən maksimum 

sənətkarlıqla istifadə etmiş  və qüvvətli cinas qafiyə yarat-



 

 

60



mışdır. Birinci misrada «dərində» – qapı  mənasında 

işlədilmişdir. Dost evinin astanasında, qapısında məskən 

salmaq, çox gedib-gəlmək mənasında işlədilmişdir.  İkindi 

misrada bağı becərmək, məhsulunu dərmək, üçüncü misrada 

isə  ən yaxşı gövhərlərin dəryaların dərinliklərində olmasına 

işarə edilmişdir. 

Qafiyə sistemində maraq doğuran qafiyənin bir növü də 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin