Baba babazadə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix03.04.2017
ölçüsü0,96 Mb.
#13205
1   2   3   4   5   6   7   8   9   10   11

 

M.Füzuli «Leyli və  Məcnun» poemasını  həzəc 

bəhrində yazmış və poemada bu bəhrin altı növündən istifadə 

etmişdir: məf’Ulü, məfAilün, fəUlün; məfUlü, məfAİlün, 

fəUlü; məfUlü; məfAilün, fəUlAü və s.  

S.Vurğunun «İstiqbal təranəsi»  şeiri MəfAİlün 

təfiləsinin dörd dəfə təkrarı ilə yazılmışdır: 

Həyat eşqilə odlardan, alovlardan keçir insan! 

Mənim yurdum da səf çəkmiş, qoşun tökmüş vüqar ilə,  

Bu Odlar yurdu sirdaşdır əzəldən ilk bahar ilə.  

 

Diqqət etsək görərik ki, 3-cü misra 15 hecadan 



ibarətdir və onu əruzun tələbinə  əsasən tələffüz etsək, 

saitlərdən biri uzun oxunaraq misralar arasında ahəng 

yaradacaqdır.  

Rəməl bəhri.  Rəməl  əzəmət, vüqar, müntəzəm 

yürümək, ritm mənasını verir. Rəməl bəhri həzəcdən sonra 

Azərbaycan  şeirində  ən çox işlədilən bəhr hesab olunur. 

Rəməlin 13 növü olduğu göstərilir. Rəməl bəhrinin  əsas 

təfiləsi belədir: 


 

 

92



FailAtün 

  FailAtün FailAtün FailÜn 



 

Qılsa vəslin şamım sübhə bərabər, yox əcəb; 

Rəsmdir fəsli-bəhar olmaq bərabər ruzü şəb 

 

Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var; 

Gəlsə aliqədrlər fəqr əhli durmaqdır ədəb. 

M.Füzuli 

 

Mən cahan mülkündə mütləq, doğru halət görmədim.  

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. 

Aşinalar ixtilatında sədaqət görmədim,  

Biətü igrarü imanü dəyanət görmədim, 

Bivəfadən lacərəm təhsili hacət görmədim.  

M.P.Vaqif 

 

Rəcəz bəhri.  Rəcəz sözünün mənası  ərəbcədən özünü 

öymək, qürur, lovğalanmaq, qoçaqlığı tərif etmək, şeiri bədii 

avazla oxumaq, düşmənə qarşı istehza mənalarını verir. 

Rəməl bəhrinin əsas təfiləsi aşağıdakı kimidir: 

Müstəf’ilün   Müstəf’ilün   Müstəf’ilün   Müstəf’ilün 

 

Məndə sigar iki cahan, mən bu cahanə sığmazam 

Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam. 

Nəsimi  

 

Mütəqarib bəhri.  Mütəqarib sözünün lüğəvi mənası 

bir-birinə yaxın olan şeylər deməkdir. Bu bəhrin 4 növü 

işlədilir. Bəhrin əsas təfiləsi belədir: 

 

 

93



Fə’Ulün     Fə’Ulün,    Fə’Ulün,    Fə’Ulün 

 

Çəkil, yol ver, at bağrı çatlatmamışıq, 



Vurub yıxmışıq, tutmuşuq, atmamışıq, 

Çapıb qovmuşuq, qan-tərə batmışıq, 

Yığıb milləti bir yerə qatmışıq. 

M.Ə.Sabir  

Müzare bəhri.  Müzare oxşarlıq, bənzəyən mənalarını 

verir. Bu bəhrin 3 növü işlədilir. Əsas təfiləsi belədir: 

məf’Ulü,    fA’ilAtü,    məfA’İlün,    fA’ilün 

 

Məhşər günü görəm, derəm, ol səvqaməti, 



Gər onda həm görünməsə, gəl gör qiyaməti. 

M.Füzuli 

 

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,  

Bir ah ilə verərdi min Bisütunu badə.  

M.Füzuli 

Münsərih bəhri.  Münsərih sözü cəld, çevik, sürətli, 

axıcı, azad, sərbəst mənasında işlədilir. Bu bəhrin 2 və bəzən 

4 növü olduğu göstərilir. Münsərih bəhrinin təfiləsi belədir: 

Müftə’ilün    fA’ilün    müftə’ilün    fA’ilün 

 

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! 

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 

Qoysanız öz oğlumu mən salım öz halimə,  

Sənətimi öyrədib, uydurum əhvalimə,  

Dün bu oxutmaq sözün ərz elədim alimə…  

M.Ə.Sabir  


 

 

94



Kimsədə rüxsarına taqəti-nəzzarə yox, 

Aşiqi öldürdü şövq, bir nəzarə çarə yox. 

 

Bağrı bütünlər mənə tənə edərlər müdam,  



Halımı şərh etməyə bir ciyəri parə yox.  

M.Füzuli  

 

Müctəs bəhri.  Müctəs sözünün lüğəvi mənası  kəsilmiş, 

kökündən qoparılmış deməkdir. Bu bəhrin 4 növündən 

Azərbaycan  şeirində istifadə olunmuşdur. Ümumiyyətlə isə 

müctəs bəhrinin 8 növü olduğu bildirilir. Müctəs bəhrinin 

təfiləsi belədir: 

MəfAilün     fəilAtün     məfAilün     fəilAtün 



 

Nə mülkü mal mənə çərx versə məmnunam

Nə mülkü maldan avarə qılsa məhzunam. 

 

Həyat sərf edübən, dərd qılmışam hasil, 

Sirişki-alü rüxi-zərd qılmışam hasil. 

M.Füzuli  

Xəfif bəhri.  Xəfif sözünün mənası yüngül, oynaq, 

sürətlə  hərəkət edən, çevik deməkdir. Azərbaycan  əruzunda 

xəfif bəhrinin yalnız iki növü işlənmişdir. Xəfifin təfiləsi 

aşağıdakı kimidir: 

fAilatün     məfAilün     fəilün  

 

Ey könül, yarı istə, candan keç, 



Səri-kuyun gözət, cahandan keç 

 

Laməkan seyrinin əzimətin et, 

 

 



95

Bu xarab olacaq məkandan keç!   

M.Füzuli  

 

Yox, yox əsla sən ölmədin dirisən, 

Ən böyük qəhrəmanların birisən! 

A.Səhhət  

 

Mütədarik bəhri.  Mütədarik sözünün mənası  tədarük 

edən, hazırlıq görən deməkdir. Mütədarik bəhrindən  şeirdə 

nisbətən daha az istifadə olunmuşdur. Bu bəhrin təfiləsi 

aşağıdakı kimidir: 

fAilün      fəil     fAilün    fəil 

 

Səndən əl çəkib kəsməm ülfəti 



Gərçi şər ilə var məzəmməti 

M.X.Zəli  

 

Kamil bəhri. Kamil sözünün mənası mükəmməl, nöq-

sansız, tam, bitkin, təcrübəli mənalarını verir. Kamil bəhri 

Ə.Cəfərin yazdığı kimi Azərbaycan əruzunda az işlənmişdir. 

Azərbaycan  əruzunda kamil bəhrinin iki bölümlü növündən 

istifadə olunmuşdur. Bu bəhrin təfiləsi belədir: 

mütəfAilün     mütəfAilün    mütəfAilün     mütəfAilün 

 

Yetər ey fələk bu cəfa, yetir məni-zarə sərvi-rəvanımı 

Məhi-tələtilə münəvvər et dilü dideyi nigəranımı.  

 

Sitəmin daşilə başı yarıq bədəni şikəstə Füzuliyəm 

Bu əlamətilə bulur məni soran olsa namü nişanımı.  

M.Fuzuli 

 


 

 

96



Səri bəhri.  Səri bəhri Azərbaycan  əruzunda işlədilən 

11-ci – son bəhrlərdən biridir. Səri sözünün mənası sürətli, 

tez deməkdir. Bu bəhr həm də Azərbaycan  əruzunda 

işlədilən sadə bəhr hesab olunur. Əruzun nəzəriyyəçisi Ə.Cə-

fərin fikrincə, Azərbaycan  əruzunda səri bəhri 5 təfilə 

üzərində qurulmuş və iki növü ilə mövcuddur. Səri bəhrinin 

təfiləsi belədir: 

müftəilün      müftəilün, fAilAt  



Andıra qalmış nə yaman səslənir! 

Söz deməyə vermir aman, səslənir! 

Ox atılır, sanki kaman səslənir! 

Sahəti-meydanda vurur tək səbir. 

M.Ə.Sabir 

 

 



 

97

AZƏRBAYCAN ŞEİRİNDƏ  



LİRİK NÖVÜN JANRLARI 

 

Azərbaycan  ədəbiyyatının  şifahi və yazılı qolu lirik 



növün janrları baxımından çox zəngindir. Şifahi ədəbiyyatda 

lirik növün müxtəlif, çeşidli janrlarının yaranması, hər 

şeydən  əvvəl, xalqımızın ulu əcdadlarının  şifahi bədii 

təfəkkürünün zənginliyi ilə bağlıdır. Çünki hələ yazı 

olmadığı vaxtlarda belə  qədim azərbaycanlılar müxtəlif 

mərasimlərlə, ayinlər və rituallarla əlaqədar olaraq söz düş-

müş, mahnılar qoşmuşlar. Xalqın şifahi yaradıcılığının, bədii 

təfəkkürünün məhsulu olan bu sənət nümunələri ağızdan-

ağıza, dildən-dilə keçərək daha da cilalanmış, bədii-poetik 

formaya düşmüş və bu günümüzə qədər gəlib çatmışdır.  

Lirik növün Azərbaycan  şifahi xalq ədəbiyyatında  ən 

geniş yayılmış janrlarından biri bayatılardır.  



Bayatı – Azərbaycan, o sıradan bütün türkdilli 

xalqların şifahi ədəbiyyatında ən çox, ən geniş yayılmış şeir 

şəkillərindən biridir. Bu şeir forması türkdilli xalqların 

ədəbiyyatında dördlüklər kimi yaranmış və inkişaf etmişdir. 

Tədqiqatçılar göstərirlər ki, bayatılar sonralar türkdilli 

xalqların yazılı ədəbiyyatında yazılan rübai və tuyuqların da 

meydana gəlməsində mühüm rol oynamışdır. Prof. V.Və-

liyev yazır: «Bayatı» sözünün izahı ona görə maraq doğurur 

ki, türkdilli xalqların söz yaradıcılığında dördlük şeir  şəkli 

(bizim bayatılarımız kimi) olsa da, onlar bu mənzumələrə 

«Bayatı» demirlər (türkü, xoyirat, manı, aşulə, cınıq və s. ad-

landırmışlar) ona görə də bu sözün meydana gəlmə tarixi və 

izahı haqqında Azərbaycan alimləri daha çox məqalə yazmış 


 

 

98



və maraqlı mülahizələr irəli sürmüşlər»

1



Prof.  Ə.Mirəhmədov da Azərbaycan bayatıları ilə 

türkdilli xalqların  şifahi  ədəbiyyatında yaranan dördlüklərin 

forma və məzmunca eyni olduğunu göstərmişdir. Lakin onun 

yazdığı kimi, bu dördlüklər həmin xalqların  ədəbiyyatında 

müxtəlif şəkildə adlandırılır.  

«Bayatıların nə zamandan yaranmağa başladığı məlum 

deyil. M.F.Körpülüzadə,  Ə.Dəmirçizadə  və başqa alimlər 

«bayatı» terminini də «varsağı», «əfşarı» kimi mənşəcə oğuz 

tayfalarının, yaxud Bayat qəbiləsinin adı ilə bağlı olduğunu 

qeyd edirlər. Ə.Abid bayatını Türkiyədəki «Mani», Krımdakı 

«Cınq», Kazandakı «Cır», Özbəkistandakı «Aşulə», 

Qırğızıstandakı «Qıyım öləng» və «Aysıpa»ya bərabər 

tutur»

2



Bayatı janrının etimologiyasından bəhs edən 

folklorşünaslar onu bilavasitə türkdilli xalqların oğuz 

qrupunun Bayat qəbiləsinin etno-psixoloji mənşəyi ilə izah 

edirlər. Odur ki, Azərbaycan bayatılarına ən yaxın və oxşar 

olan Kərkük bayatıları və ya xoriyatları hesab edilir.  

Bayatılar öz məzmunu, ideyası ilə bilavasitə xalqımızın 

etnoqrafiyası, soykökü, adət-ənənələri, milli psixologiyası, 

məişət tərzi ilə bağlıdır. Düzdür, Azərbaycan bayatılarının 

konkret olaraq hansı yüzilliklərdən yarandığını, sonralar 

yazıya alındığını təxmin etmək mümkün deyildir. Lakin deyə 

bilərik ki, xalqımızın tarixən keçib gəldiyi minilliklərin 

hadisələri, tarixi hadisələr, ictimai-siyasi olaylar, mərasimlər, 

                                                           

1

  Вагиф  Вялийев.  Азярбайъан  фолклору, «Маариф»  няшриййаты, 



Бакы, 1985, сящ. 124.  

2

  Ядябиййатшцнаслыг  терминляри  лцьяти  (тяртиб  едяни: 



Я.Мирящмядов), Бакы, «Маариф» няшриййаты, 1988, сящ. 22.  

 

 



99

rituallar bayatılarımızda özünün lakonik bədii  əksini 

tapmışdır. Bununla bərabər, bir sıra bayatıların məzmun və 

mündəricəsinə görə hansı dövrlərdə yazıldığını asanlıqla 

müəyyən etmək olur.  

Məsələn:  



Apardı tatar məni, 

Qul eylər, satar məni. 

Vəfalı dostum olsa, 

Axtarıb tapar məni.  

 

Bu bayatının məzmunundan göründüyü kimi, o, orta 



yüzilliklərin tarixi hadisələri ilə əlaqədar – monqol-tatarların 

Azərbaycana hücumu dövründə, onların zülmünə, 

törətdikləri vəhşiliklərə etiraz kimi yaranmışdır.  

Folklor nümunələrinin tarixə «yol yoldaşlığı etməsi» 

fikrində bir həqiqət vardır. Təsadüfi deyildir ki, bir sıra şifahi 

xalq  ədəbiyyatı nümunələrinin məzmunu, ideyası  əsasında 

onların qələmə alındığı yüzilliyi təyin etmək mümkündür. 

Aşağıdakı bayatılara diqqət edək: 

 

Araz qalmaz axmaqdan, 

Şimşək doymaz çaxmaqdan. 

Gözlərimə qan damdı 

O taylara baxmaqdan  

*** 

Araz axar daşınnan, 

Suyu qalxar başınnan, 

Əzəli dumduruydu, 

Bulandı göz yaşınnan. 

 


 

 

100



Bu bayatıların XIX yüzillikdə – Azərbaycanın İran və 

Rusiya imperiyası  tərəfindən ikiyə bölünməsindən sonrakı 

illərdə qələmə alınması şübhəsizdir.  

Bayatıların xarakterik xüsusiyyətlərindən bəhs edən 

folklorşünas V.Vəliyev yazır: «… xalqımızın həyatının elə 

bir sahəsi yoxdur ki, orada bayatıların əks-sədası eşidilməsin. 

Ən adi məişət məsələlərindən tutmuş, dərin fəlsəfi 

düşüncələrin ümumiləşməsində, bədii-estetik zövqün 

cilalanmasında bayatı naxışlarına təsadüf edirik. Bizim xalq 

poeziyasında bayatı sanki gözəl bir musiqi ifaçısının 

sənətkarlıqla vurduğu xallardır. Milli poeziyamızın 

təkrarolunmaz inciləridir»

1



Vətən məhəbbəti, ana sevgisi, intim-lirik hisslərin 



tərənnümü bayatılarımızda daha güclüdür. Prof. Paşa  Əfən-

diyev bayatılarımızda qəriblik, həsrət, kədər, nigarançılıq 

motivlərini xarici işğalçıların basqını, xalqımıza etdiyi 

zülmü, əsirlikdə keçirdikləri ağır həyat tərzi ilə izah edir

2



Aşiqəm, dilim ağlar, 



Sızıldar simim ağlar. 

Sən öldün mən ağladım,  

Mən ölsəm, kimim ağlar. 

Aşiq, gülüm bağlaram, 

Ömrüm-günüm ağlaram. 

Düşdüm qərib diyara, 

Oldu zülüm, ağlaram. 

 

Bayatılarımızda anaların öz övladları, oğulları 

haqqında onların narahatlıqlarını əks etdirən ən zərif, dəruni 

hisslərin təsviri verilir.  



Mən aşiq, dolu düşər, 

                                                           

1

  В.Вялийев.  Азярбайъан  фолклору, «Маариф»  няшриййаты,  Бакы, 



1988, сящ. 128-129.  

2

  П.Яфяндийев.  Азярбайъан  шифащи  халг  ядябиййаты, «Маариф» 



няшриййаты, Бакы, 1981, сящ. 148.  

 

 



101

Göy gurlar, dolu düşər. 

Qəbrim yol üstə qazın, 

Anamın yolu düşər. 

Mən aşiq, başdan ağlar, 

Kirpikdən, qaşdan ağlar. 

Oğul ölən analar, 

Durar obaşdan ağlar. 

 

Əzizim, qızaranda,  

Dan yeri qızaranda. 

Analar cavanlaşar, 

Oğluna qız alanda.  

 

*** 

 

Qardaş demə, qan olar. 

Yel əsər, fəğan olar. 

Qardaş gələn yollara 

Bacılar qurban olar.  

 

Sevgi və məhəbbətdən bəhs edən bayatılar Azərbaycan 



bayatılarının böyük bir hissəsini təşkil edir. 

Əzizim, gülə bənzər, 

Gülə, bülbülə bənzər. 

Pəncərədən baxan qız, 

Açılmış gülə bənzər.  

 

Hətta Azərbaycan bayatılarının birində ümumiyyətlə, 



bayatının bütün sözlərinin aşiqin sevgilisi ilə, yarla bağlı 

olduğu göstərilir. Bu da öz növbəsində bayatıların sevgi, 



 

 

102



məhəbbət hisslərini təsvir etmək üçün əlverişli bir janr 

olduğunu göstərir.  



Bağça bara bağlıdır, 

Heyva nara bağlıdır.  

Bayatının sözləri 

Hamsı yara bağlıdır.  

 

Bayatılar öz forma xüsusiyyətlərinə görə  də çox 



rəngarəngdir. Bayatıların böyük bir qismi bir qayda olaraq 

«aşiq», «mən aşiq», «aşiqəm», «mən aşiqəm», «eləmi», 

«əzizim», «əziziyəm» sözləri ilə başlayır. Bundan başqa 

Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri içərisində 1-ci 

misranın üç hecası buraxılmış, müraciətsiz və  təqdimatsız, 

cinas qafiyəli və sual intonasiyalı bayatılara da rast gəlirik

1

.  


Aşiq, mən aşiq, aşiqəm təqdimatları ilə bağşlayan 

bayatılar: 

                                                           

1

 Елчин. В.Гулийев. Юзцмцз, сюзцмцз. Б. Азярняшр, 1993, сящ. 17-



19.  

Aşiq dağdan aşanda, 

Sular coşub daşanda. 

Cənnəti alar aşiq 

Yarla qucaqlaşanda  

*** 

Aşiq, aralı olum, 

Göylü, qaralı olum. 

Yanında bir yer elə, 

Mən də oralı olum. 

*** 

 

 



103

Aşiqəm, gülə baxtı,  

Bülbüllər gülə baxdı. 

Bir gözəl gülümsədi, 

Ağzından gülab axdı. 

*** 

Mən aşiq sabah sənsiz, 

Sübh sənsiz, sabah sənsiz. 

Gecələr ilə dönüb. 

Açılmır sabah sənsiz. 

 

Eləmi təsdiqi ilə başlanan bayatılar: 



Eləmi, nar arzular, 

Güney də qar arzular. 

Bircə çöhrəni göstər, 

Qoy baxsın tamarzılar. 

*** 

Eləmi, sonra yeri, 

Tellərin sana yeri. 

Üz qoyum üzün üstə, -  

Seçilsin xına yeri. 

 

Bayatıların poetik-şəkli xüsusiyyətlərindən bəhs edən 

nəzəriyyəçilər bayatının bir qayda olaraq 4 misra və 7 

hecadan ibarət olduğunu qeyd edirlər. Bayatının 1, 2 və 4-cü 

misraları  həmqafiyə, 3-cü misra isə  sərbəst olur. Bayatıda 

əsas fikir 3-cü və 4-cü misralarda bildirilsə  də, 1-ci və 2-ci 

misra  əsas fikrin hasil olunması üçün müqəddimə – zəmin 

yaradır.  



Əzizim, yana dağlar,  

/a/ 

Od düşüb yana dağlar. /a/ 

 

 

104



O gözələ deyin ki,  

 

/b/ 

Baxsın bu yana dağlar  

/a/ 

 

Azərbaycan bayatılarında cinas qafiyələrdən də istifadə 



olunmuşdur: 

 

 



105

Əzizim, üzüm dəydi, 

Bağında üzüm dəydi. 

Qiyamət qopmadı ki, 

Üzüm – üzünə dəydi.  

*** 

Əzizim, dalda yeri, 

Xub yeri, dalda yeri. 

İki könül bir olsa, 

Taparlar dalda yeri. 

 

Azərbaycan şifahi xalq ədəbiyyatında «aşiqəm», «mən 



aşiq», «əzizinəm» və s. kimi ünvanlı bayatılarla bərabər, 

konkret adresatların işlənmədiyi, təqdimatsız mücərrəd 

ünvanlı bayatılara da çox rast gəlirik. Bu bayatılar müəyyən 

zahiri  əlamətlərinə görə cüzi şəkildə, formal olaraq 

fərqlənsələr də, məzmunu etibarı ilə başqa bayatılar kimi, 

estetik bədii düşüncənin bütün sferalarını əhatə edir.  



Quş uçar xəstə gedər, 

Hərə bir səsdə gedər. 

Səni görən cavanlar, 

Evinə xəstə gedər.  

*** 

Evlərində var kilim, 

Həşyəsi dilim-dilim. 

Qəlbə dəyən söz desəm. 

Alışsın-yansın dilim. 

 

Azərbaycan folklorunda 1-ci misranın 3-cü və 4-cü 



hecası sərbəst buraxılan bayatı-xoryatlara da rast gəlirik.  

Dolu düşər, 

 

 

106



Qar yağar, dolu düşər. 

Qəbrim yol üstə qazın, 

Yar gələr yolu düşər. 

*** 

Havada. 

Quş balalar yuvada. 

Əmim oğlu sağ olsun, 

Neçin gedirəm yada 

 

Tədqiqatçılar bayatıların ideya-məzmun və forma-

struktur xüsusiyyətlərindən danışarkən, «sual intonasiyası ilə 

qurulan bayatılar»dan da bəhs edirlər

1



Sual intonasiyası ilə qurulan bu cür bayatılarda təlqin 



olunan fikir daha qabarıq və emosional şəkildə  nəzərə 

çatdırılır.  



Qara at nalı neylər? 

Qara qaş xalı neylər? 

Sən kimi yarı olan, 

Dövləti, malı neylər? 

*** 

Əziziyəm, dərdinə, 

Dərmanı nə, dərdi nə?! 

Yar bağa qonaq etdi. 

Aşiq görən dərdi nə? 

*** 

Yaram var. 

Üstə xal-xal yaram var.  

Aç ürəyim başını, 

Gör yanmamış haram var?! 

                                                           

1

 Елчин, В.Гулийев. Юзцмцз, сюзцмцз, Б. Азярняшр, 1993, сящ. 18.  



 

 

107



 

Yuxarıda dediyimiz kimi, bayatılar bir qayda olaraq 4 

misradan ibarət olur. Lakin tədqiqatçılar XVII əsrin  əv-

vəllərində yaşamış Azərbaycan  şairləri  Əmaninin və 

Əzizinin bir sıra 6 misralıq  şeirlərinin bayatı janrına aid 

olduğunu göstərirlər. Bundan başqa Kərkük türkmənlərinin 

yaratdıqları bir çox bayatı – xoryatlar da 6 misralıq  şeir 

formasında olur.  

Bayatılar  şifahi xalq ədəbiyyatı nümunələri olsa da, 

yazılı  ədəbiyyatda da bu janrın qiymətli örnəkləri 

yaranmışdır. Şair M.Əmaninin, Əzizinin, S.İ.Xətayinin, Sarı 

Aşiğin yazılı  ədəbiyyatda qələmə aldığı bayatı nümunələri 

buna yaxşı misal ola bilər.  

Ağılar – Azərbaycan şifahi xalq şeirinin geniş yayılmış 

janrlarından biri də  ağılardır. Ağıları  kədər və hüzn 

nəğmələri adlandırmaq olar. Çünki ağılar bir qayda olaraq 

yas mərasimlərində yaranır və ifa olunur. Ağılarda qəm, 

kədər, qüssə, fəlakət, matəm notları çox güclü olur. Bu isə 

ağıların ifa olunduğu konkret situasiya ilə bağlıdır. 

Faciəvilik, dərin kədər, matəm ruhu bütün ağılar üçün aparıcı 

motiv hesab olunur.  



Mən bu bağa gəlmişəm, 

Yağa-yağa gəlmişəm. 

Götürmüşəm dərdimi, 

Ağlamağa gəlmişəm. 

Göydə bulud oynadı, 

Gözüm yardan doymadı. 

Yenicə sevişirdik, 

Qanlı fələk qoymadı.  

 

Ağıların məzmununda matəm, qüssə, kədər motivləri 



güclü olsa da, təsvirin obyekti baxımından seçilirlər. Ağılarda 

hər hansı bir qəhrəmanın, igidin, qərib insanın, oğulun, 

qardaşın kədərli taleyi, faciəli ölümü tərənnüm edilir.  

Ağacda xəzəl ağlar, Qardaş demə, qan olar, 


 

 

108



Dibində gözəl ağlar. 

Oğlu ölən analar, 

Sərgərdan gəzər, ağlar. 

Yel əsər, fəğan olar. 

Qardaş gələn yollara, 

Bacılar qurban olar. 

Ağılar da bayatılar kimi 4 misradan və 7 hecadan ibarət 

olur. Qafiyə sistemi bayatılarda olduğu kimidir: 

Qürbətə gedən gəlməz, 

Çarəmi edən gəlməz. 

Qardaşım çoxdan gedib, 

Bilmirəm nədən gəlməz. 

Qərib ölüb, götürün, 

Qəbrində gül bitirin. 

Yazın vay xəbərini, 

Anasına yetirin. 

 

Mən aşiq, dolu düşər, 

Göy gurlar, dolu düşər. 

Qəbrim yol üstə qazın, 

Anamın yolu düşər. 

Mən aşiq, başdan ağlar, 

Kirpikdən, qaşdan ağlar. 

Oğlu ölən analar, 

Durar obaşdan ağlar. 

 

Ağılar ta qədim zamanlardan indiyə  qədər ağıçılar 

tərəfindən ifa edilir. Matəm, yas, təziyə mərasimlərinə dəvət 

olunan ağıçı qadınlar ölən qəhrəmanın kimliyindən asılı 

olaraq onun göstərdiyi igidliyi, yenilməzliyi, şücaəti, ağlaya-

ağlaya improvizə edirdilər.  

Ağı demək məharəti xüsusi mərsiyəçilərdə daha 

güclüdür. Elə indinin özündə  də ölən igidin şərəfinə 

düzənlənən yas mərasiminin daha emosional, daha şan-

şöhrətli keçirilməsi üçün məclisə xüsusi mərsiyəxan dəvət 

olunur. Bu mərsiyəxanlarda ağı demək, konkret şəraitə 

uyğun söz qoşmaq məharəti o qədər güclü olur ki, onlar ölən 

qəhrəmanın, insanın ömür yolu haqqında məclisə 

toplaşanlarda konkret təsəvvür yaradırlar.  

Bununla belə, ağılar həmişə  ənənəvi bayatı  şəklində 

olmayıb, bəzən «vəznsiz, zəif qafiyəli, oxşama ruhlu 

 

 

109



misralardan ibarət olur». Bu tipli bayatılarda oxşama, vəsf 

etmə, tərif, tərənnüm hissi, sadalama xüsusilə güclüdür.  



Gümüş xəncəlli, 

At bağrı çatladan, 

Düşmən bağrı yaran. 

Aslan ürəkli, 

Şir biləkli, 

Bənövşə buğlu,  

Mina boylu, 

Darvaza kürəkli, 

Gen sinəli, 

Gözü qızlar ovçusu 

Dili qızlar elçisi 

Balam vay! 

 

Ağı nümunələrinə Azərbaycan dastanlarında da çox 

rast gəlmək olur. Yazılı  ədəbiyyatda da müxtəlif vəznli, 

formalı  ağı nümunələri yaranmışdır. XIX əsrdə yaşayıb 

yaradan X.Natəvan gənc yaşlarında xəstəlikdən vəfat edən 

oğlu Mirabbasın  şərəfinə yazdığı  şeirlərin hamısı  ağı, 

mərsiyə ruhludur. Dərin hüzn, kədər, ayrılıq, qəm-qüssə bu 

şeirlərdə əsas, aparıcı mövzudur.  

Ağılar nəsr yolu ilə  də yaradılır. Belə  ağı 

nümunələrində ölən igidin qəhrəmanlıqları, ona məxsus 

keyfiyyətlər nəsr dili ilə sadalama intonasiyasında verilir.  


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin