SƏRBƏST VƏZN
Azərbaycan poeziyasında istifadə olunub, şairlərimiz
tərəfindən tez-tez işlədilən vəznlərdən biri də s ə r b ə s t şeir
vəznidir. Sərbəst şeirin adından da göründüyü kimi, heca
vəznində tələb olunan texniki şərtlərə burada tam şəkildə
əməl olunmur. Sərbəst şeirdə yazan şair şeirin ölçü, bölgü,
qafiyə sistemindən sərbəst şəkildə istifadə edir. Əlbəttə, bu o
demək deyildir ki, sərbəst şeirdə bölgüdən, qafiyədən istifadə
olunmur. Sadəcə olaraq, sərbəst şeirdə qafiyə, ölçü, bölgü,
misraların həcmi, hecaların misralardakı sayı, ahəngi
tamamilə formal səciyyə daşıyır. Belə ki, qafiyə heca
vəznində iki və daha artıq misralar arasında və ya çarpaz
şəkildə işləndiyi halda, sərbəst şeirdə qafiyə ardıcıl şəkildə
deyil, bir neçə misradan sonra da gələ bilər. Bəzən qafiyə
sərbəst şeirdə dalbadal da işlənə bilər.
Sərbəst şeirdə bənddəki misraların və hecaların sayı da
müxtəlif olur. Şair sərbəst vəzndə müxtəlif ölçülü misralar-
dan, misradaxili fasilələrdən və hecalardan istifadə edə bilər.
Lakin şeirin hansı vəzndə yazılıb yazılmamasından asılı ol-
mayaraq orada hisslərin tərənnümü, poetik fikrin emosional
təsviri əsas olmalıdır. Odur ki, sərbəst vəzndə yazılan
şeirlərdə poeziyanın bu ən mühüm qanunlarına əməl olun-
malıdır. Buradan belə nəticəyə gəlmək olar ki, sərbəst şeir
anlayışının özü də formal olub, şairin bir sənətkar kimi tam
sərbəstliyi, azadlığı demək deyildir. Çünki sərbəst şeirdə
misraların, hecaların sayı, qafiyə sistemi konkret bir ideyaya,
məzmuna tabe tutulur. Şübhəsiz, sərbəst şeirlərin özündə də
qüvvətli bir ritm, ahəng olmalıdır. Hisslərin lirik tərənnümü,
poetik sistem və qanunauyğunluq, ritm bütün vəznlərdə yazı-
77
lan şeirlər üçün əsasdır.
Azərbaycan şeirində sərbəst vəznin inkişafı əsasən
1920-1930-cu illərdən başlayır. Lakin sərbəst şeir yarandığı
vaxtlardan müxtəlif mübahisələrə səbəb olmuşdur. Sərbəst
şeirdə yazan bir sıra şairlər bunun adından istifadə edir və ən
zəif şəkildə yazılmış nəzm nümunələrini də poetik fikrin
uğuru kimi gələmə verirdilər. Ritm, ahəng, bölgü, qafiyə
kimi şərtlərdən uzaq olub, məzmunca dağınıq, qarışıq olan
belə sərbəst şeir nümunələri hələ o zaman tənqid və
ədəbiyyatşünaslıqda etirazla qarşılanırdı.
Sərbəst şeir sahəsində yaranan mübahisələr tamamilə
haqlı və təbii idi. Belə ki, 1920-1930-cu illərdə S.Vurğun,
R.Rza, M.Müşviq, O.Sarıvəlli kimi şairlər istisna olmaqla,
bir çox gənc yazanlar sərbəst şeirə onun adına uyğun olaraq
tam sərbəst yanaşır, formalist mövqedə dururdular. Zahiri,
formal cəhətlərinə əsas önəm verən bir çox sərbəst şeir
yazanlarının əsərləri solğun, sönük, bədii cəhətdən zəif, dil
nöqteyi-nəzərdən qüsurlu, ən başlıcası isə məzmunsuz idi.
Hər cür söz yığınından ibarət nəzm nümunələri sərbəst şeir
hesab olunurdu. Bütün bunlar isə sərbəst şeirin poetikasını
kifayət qədər bilməməkdən, gənc şairlərin ifrat dərəcədə
formalizmə, zahiri effektlərə uymasının nəticəsi idi.
Sərbəst şeirin ilk təşəkkül dövrlərində S.Vurğun «Ap-
rel», «Məktub», «Şairin andı», «Zərərçilər», «Raport»,
«Ölən şeirlərim», «Cavabımız», «Şeir və xaltura», «Tikanlı
sözlər», «Fanar» və s. kimi şeirlərini sərbəst vəzndə yazmışdır.
Lakin S.Vurğunun şeirlərində hansı vəzndə yazmasından
asılı olmayaraq qüdrətli şairin duyğularının, hisslərinin
yüksək poetik dillə ifadəsini görürük. «Hansı vəzndə
yazmasından asılı olmayaraq S.Vurğunun şeirləri həmişə
78
coşğun bir ilhamın və odlu bir ürəyin çırpıntılarından
yaranırdı»
1
.
İncə bir bahar buludunu andıran
və gəncliyi
bir göl kimi dalğalandıran
mavi gözlərə
Yazdığım dastanlar.
Vərəmli və sıtmalı gecələrimi
günəşli gündüzlərə döndərdim.
Bu gün məndən uzaqsınız.
Sizi mən
ölən
günlərin heçliyinə
öz əlimlə göndərdim.
«Dürrənin səsi»,
«Dilcan dərəsi»,
«Gözəllərim»,
«Qəzəllərim»,
… lərim…, lərim…
və nələrim…
Artıq gözlərimdən uzaqlaşdınız;
Ölən bir cahanla siz
gülüşsüz qucaqlaşdınız…
(S.Vurğun)
S.Vurğun burada «andıran», «dalğalandıran»,
«döndərdim», «göndərdim», «səsi», «dərəsi», «Qəzəllərim»,
«lərim», «nələrim», «uzaqlaşdınız», «qucaqlaşdınız» kimi
1
Ъ.Абдуллайев. Сямяд Вурьун поетикасы. Бакы, Эянълик, 1976, сящ.
131.
79
sözlərdən istifadə edərək, qüvvətli qafiyələr yaratmışdır.
Əsas cəhət budur ki, şair sərbəst şeirin formalist tərəflərinə
uymamış, misraları, qafiyələri poetik fikrin ifadəsinə tabe
tutmuşdur.
Sərbəst şeir yarandığı ilk illərdə vəznin tələblərinə
uyğun olaraq orada müraciət, bədii xitab, tribunluq özünü
daha çox göstərirdi. Sərbəst şeirdə özünü göstərən bu çağırış
ruhu, şüarçılıq daha çox ictimai-sosial tələbdən irəli gəlir və
məzmuna çevrilirdi. Lakin hər hansı amildən asılı olmayaraq
poetik sənətkarlıq, fikrin şairanə, obrazlı ifadəsi hər şeydən
əsas olmalıdır. Hələ gənc yaşlarından fitri istedadı ilə
parlayan S.Vurğunun sərbəst şeirləri məhz poetik dil
baxımından diqqəti cəlb edirdi.
… Belə bir gündə
mavi buludların rənginə uymaq
və gecələrin sarımtıraq,
Çarpışaraq görünüşündə
həyat duymaq
Yaramaz!..
Odur ki, mən
Siniflər döyüşündən törənən
bir əsgər kimi,
Şeirlərimi şüarlara döndərirəm,
Onları son döyüşün
ilk cəbhəsinə göndərirəm.
Göründüyü kimi, S.Vurğun şeirin özündə də onun şeir-
inin, sözlərinin şüarlara «döndərilməsini» etiraf edirdi. Lakin
şeirdə şüarçılıq, hay-küy yox, onun məzmunundan doğan
çağırış, oyanış ruhu hiss olunur. Şairin şeirdə yaratdığı ritm,
80
tapdığı qafiyə, bədii dildən istifadəsi diqqəti xüsusilə cəlb
edir. Belə ki, «mtraq» dilimizdə o qədər də aktiv
sözdüzəldən şəkilçi hesab olunmur. Şair bu şəkilçini «sarı»
sifətinə artıraraq azaltma dərəcəsi yaratmış və «sarımtraq
gecələr» kimi təşbeh yaratmışdır. Bundan sonra isə «sarım-
traq», «uymaq», «duymaq» kimi uğurlu qafiyələr işlətmişdir.
Şeirdə işlənən «döndərirəm», «göndərirəm» kimi tam
qafiyələr də ritmin vəhdətinə, məzmunun dərkinə xüsusi
xidmət göstərir.
Sərbəst vəzn şeirimizdə yeni olduğu üçün bəzi gənc
qələm sahibləri yenilik axtarmaq, yenilik yaratmaq naminə
inadkarlıq göstərir, şeiri eksperimentə çevirirdilər. Belə
şeirlərdə hisslərin təsvir və tərənnümündən daha çox
formalizmə, abstrak düşüncəyə, rabitəsiz fikirlərə üstünlük
verilir. Odur ki, 1920-1930 və hətta 40-50-ci illərdə belə
qələmə alınan sərbəst şeirlərdə ənənə və novatorluq prinsipi
pozulur və şeir klassik dəyərlərdən, milli-xəlqi hisslərdən
uzaqlaşırdı. Sonralar gördüyümüz kimi, S.Vürğün sərbəst
şeir yazmaqdan uzaqlaşmış və ən dəyərli əsərlərini də heca
vəznində yazmışdır. Tədqiqatçıların doğru qeyd etdikləri
kimi, sərbəst şeir, demək olar, XX əsrin 50-ci illərinə qədər
özünün tam xəlqi-milli formasını tapa bilməmişdi.
Bir sıra sərbəst şeir yazarları sərbəst şeiri qafiyənin ol-
maması, misraların bilərəkdən sındırılması, ahəngin ol-
maması kimi başa düşürdülər. Onların bir çoxu unudurdular
ki, sərbəst şeirdə qafiyə bədii fikrin daha vurğulu, emosional
ifadəsi üçün gərəkli olan başlıca faktordur. Bu zaman şair
poetik fikri qafiyələrin axınında məhdudlaşdırmır, əksinə,
qafiyəni fikrə tabe tutur. Hətta bəzi gənc şairlərin şeirlərində
sərbəstlikdən sui istifadə edilərək, təfsilata, əhvalatçılığa,
81
uzunçuluğa yol verilirdi. Bu isə şeiri hansı vəzndə yazıl-
masından asılı olmayaraq zəif, sönük şəklə salırdı. Bunun
nəticəsi idi ki, sərbəst şeirdə yazmağa başlayan şairlərin
demək olar, çoxu ümumiyyətlə, bədii yaradıcılıqdan
uzaqlaşdılar. Poetik istedadın azlığı, şeirdə formalizm
cəhdləri, sərbəst şeiri tam sərbəstlik kimi anlamaq yaradı-
cılıqda uğursuzluqla nəticələndi.
M.Müşviq sərbəst vəzndə qələmə aldığı şeirlərində də
heca vəzninin poetik xüsusiyyətlərindən müvazi şəkildə
istifadə edirdi. O, həm sərbəst şeirin forma cəhətlərindən
istifadə edir, həm də, ahəng, bölgü, qafiyə baxımından şeirdə
axıcılıq, oynaqlıq yaradırdı:
… Nə xoşdur bir hiss kimi qəlblərə girmək
səssiz – sorğusuz.
Bütün fənalıqları yıxıb devirmək
qara-qorxusuz
Mən qarşımda yamyaşıl çollər görürəm,
Qeyrətli, bacarıqlı ellər görürəm.
Görürəm o dağdakı toyu, düyünü
yeni səhnədə.
Görürəm Tərtərhesin köpürdüyünü
polad dəhnədə.
Mənimki onlardadır, onlar da ancaq
bizə tərəfdir.
Əvət, bu insanların şairi olmaq
böyük şərəfdir.
Mən bir dövrdəyəm ki, tunc qanadlanır,
Qara daşın, mərmərin köksü atlanır,
Boylanır qabağımda böyük bir əməl,
ucalır başım.
82
Fərəhlə seyr edincə, şeirimdən əvvəl
axır göz yaşım.
Sərbəst şeirə aid yuxarıda verilən nümunələrdən də
göründüyü kimi, ictimai həyatın tələblərinə uyğun olaraq bu
vəzndə yazılmış şeirlərdə tendensiyaçılıq, sinfi mübarizə
ruhu, gələcəyə çağırış motivləri daha güclüdür. Lakin
istedadlı sənətkar təkcə məzmunu tribunçuluğa, şüarçılığa
çevirməklə kifayətlənmir, bu ideyanın obrazlı dillə
çatdırılmasına çalışırdılar.
Azərbaycan şeirində sərbəst vəznin ən yaxşı
nümunələrini R.Rza yaratmışdır. Görkəmli şair hər hansı bir
hadisəni, əhvalatı, etdiyi müşahidəni asanlıqla sərbəst şeirin
məzmununda verə bilirdi. Görkəmli aktyorumuz H.Ərəb-
linskinin xatirəsinə həsr etdiyi şeirində olduğu kimi:
Danimarka prinsi
nələr gördü,
nələr çəkdi.
Xəyanət riya.
Şəhvət düşkünlüyü.
Ümid, sevinc beşgünlüyü.
Yazıq sənə, Hamlet,
Yazıq, qəmli, filosof!
Bir dəfə öldürdülər səni
uzaq-uzaq keçmişdə.
Bir də böyük aktyorla
bir gündə;
sirri açılmayan
günah üstündə.
83
Şeirdəki sənətkarlıq göz qabağında olub, açıq-aydın
sezilir. Adi hadisəyə, hadisə ilə bağlı aldığı təəssürata R.Rza
bədii-fəlsəfi məna vermişdir. Şeirdə istifadə olunan qafiyələr
söz yaradıcılığı və poetik fikrin məqamında işlənməsi
baxımından diqqət çəkir. Şeirdə «düşkünlüyü» sözünə
tapılan «beşgünlüyü» şair tərəfindən şeirimizdə ilk dəfə
işlədilən ən uğurlu qafiyədir. Burada sözlər, ifadələr,
misralardakı fikirlər məntiqi ardıcıllıqla verilir və bədii
mətnin tamamlanmasında, fikrin yığcam, lakonik
verilməsində mühüm rol oynayır.
Şeirdə yenilik, yeni söz yaratmaq, onu qafiyədə
işlətmək, fikrin bədii-fəlsəfi yozumu, adini qeyri-adi şəkildə
vermək R.Rzanın sərbəst şeirlərində ən əsas sənətkarlıq
xüsusiyyətidir. Şair hamının dediyini təkrarlamır, başqa cür
deyir, həm də gözlənilməz tərzdə deyir. Bu isə onu göstərir ki,
şair sərbəst şeirin imkanlarından uğurla, maksimum
sənətkarlıqla istifadə edir. Şair yalnız sözdə, qafiyədə,
vəzndə yox, fikirdə, onun ifa tərzində yenilik edir.
Bəsti – Bəsti idi,
Sürəyya – Sürəyya!
Adları yazmaq olsa da bir sıraya,
hər insan təkraredilməz bir fərddir.
Nə bir-birinin eyni,
nə surəti, nə əvəzidir.
Bu şərtdir.
Göründüyü kimi, şeirin yeddi misrasında cəmi iki
qafiyə işlənmişdir. «Fərddir», «şərtdir» qafiyələri poetik
fikrin tamamlanmasında istifadə olunan ən uğurlu qafiyələr
kimi diqqəti cəlb edir.
84
R.Rzanın sərbəst vəzndə yazdığı şeirlərinin sənətkarlıq
xüsusiyyətləri çoxçeşidlidir. Onun şeirləri sadəcə olaraq
vəzndə zahiri yenilik deyil, dildə, fikirdə, fonetik
kombinasiyalarda, bədii təsvir və ifadənin yeniliyində, no-
vatorluğundadır. Şairin şeirlərində poetik fikrin episentrində
işlədilən qafiyələr bir-birini izləyir, səslərin alliterasiyası
şeirə ritmik-melodik ton gətirir.
Nə payızdı,
nə qışdı…
Bir çinar qurumuşdu.
Nə suyunu kəsdilər onun,
nə üstünə kölgə düşdü.
Ağac ayaq üstə qurumuşdu.
Nə yarpaqları saraldı,
saplağı sınmış kimi.
Nə xəzəli töküldü
Yuvasından uçan quş kimi.
Elə bil ki, gövdəsi üşümüşdü.
Çinar, beş yüz ildən bir az,
bircə yaz,
az
yaşadı.
Müasir dövrdə Ə.Kərim, F.Qoca, F.Sadıq və başqa
onlarla gənc şairlərimiz sərbəst vəzndə ən gözəl şeirlərini
yazıb yaratmışlar. Lakin sərbəst vəznin sərt tələblərindən
hamı uğurla çıxa bilməmişdir. Çünki ənənəvi poeziya
qanunlarını pozub onun əsasında, onun əvəzində sərbəst şeir
yazmaq, formalistik etmək yox, novatorluq etmək deməkdir.
Bu isə ənənəvi formada – heca vəznində yazmaqdan qat-qat
85
çətindir.
Ə.Kərimin «Şair» adlı şeiri həm onun özünün, həm də
R.Rzanın sərbəst şeirdə orijinal bir sənətkar olduğunu bir
daha göstərir.
86
Dünyada çoxdur şair.
Necə sayım onların hamısını birbəbir.
Şair var ki, ömrünü
Başlamamış bitirir.
Cansız əsəriylə bir,
Ömrünü də itirir.
Şair var ki, ümidi
Qafiyəyə, vəznədir.
Şair var ki, özünü
Başqasına bənzədir.
Amma şair də var ki,
Zamanın doğma oğlu;
İdrakın zirvəsindən,
Hissin yanğınlarından
Keçir şeirinin yolu.
Əsrin ahəngi – vəzni,
Müqəyyəd qafiyəsi.
Gah qovuşan cüt ürək…
Gah da ki, orkestrin
Toqquşub şaqqıldayan
Qoşa zərb alətitək…
Belə şair də vardır:
Onun ömrünün yolu
Bir əbədi yazadır.
O, sözlər sərkərdəsi,
Fikirlər qəhrəmanı
Şair Rəsul Rzadır.
87
ƏRUZ VƏZNİ
Əruz vəzni öz təşəkkül və formalaşma tarixinə görə
qədim, çoxəsrlik bir tarixə malikdir. Əruz vəzni hələ lap
qədimlərdə ərəb poeziyasında meydana çıxmışdır. Bu vəzn
Yaxın və Orta Şərq xalqlarının da ədəbiyyatında geniş
yayılmışdır. Belə ki, əruz vəzni IX əsrdən fars, XI əsrdən
etibarən isə türkdilli xalqların, o sıradan Azərbaycan
ədəbiyyatının əsas klassik vəzni kimi yaranmış və inkişaf
etmişdir.
Əruz vəzni ilk dəfə VIII əsrdə ərəb alimi Xəlil ibn
Əhməd tərəfindən sistemləşdirilmişdir. Əruz vəzninin
özünəməxsus ölçüləri vardır ki, bu şeir vəzninin misraları
həmin ölçülər əsasında qurulur. Əruz vəzninin yaranmasında
əsas olan bu ölçülərə təfilələr deyilir. Tədqiqatçıların qeyd
etdiyi kimi, əruz vəzni 10 əsas təfilə ilə yaranır: fəUlün,
fAilün, məfAİlün, fA ilAtün, müstəfilün, MüFailətün,
MütəfAilün, məf UlAtü, fAilAtün, müstəfilün. Bu təfilələr
də öz aralarında dəyişərək, müxtəlif düzəltmə təfilə əmələ
gətirir və əruzun misralarını bölümlər üzrə təşkil edir.
Əruzda təfilələr ayrı-ayrılıqda misranın bir bölümünü
təşkil edir. Bu təfilələr birləşərək eyni zamanda misralarda
gəlib yaradır. Təfilələr əsli və düzəltmə olmaqla iki yerə
bölünür. Bu təfilələrin birləşməsi isə əruz vəznində bəhr
yaradır. Beləliklə də əruzun elm aləminə 19 bəhri və 200-ə
qədər növü məlumdur.
Klassik Azərbaycan şairləri də əruz şeirinə XI əsrdən
başlayaraq müraciət etmiş, onun fars və türk dillərində ən
yaxşı nümunələrini yaratmışlar. Lakin Azərbaycan
ədəbiyyatında əruzun on doqquz bəhrindən yalnız on biri
88
işlənmişdir: həzəc bəhri, rəməl bəhri, rəcəz bəhri, mütəqarib
bəhri, müzare bəhri, münsərih bəhri, müctəs bəhri, xəfif
bəhri, mütədarik bəhri, kamil bəhri, səri bəhri.
Klassik Azərbaycan şairləri Xaqani, Nizami, Nəsimi,
Füzuli, Q.Təbrizi, Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, H.Cavid
əruz vəznində məzmun və formaca kamil olan ən qiymətli
şeir nümunələrini yaratmışlar. Sonrakı dövrlərdə S.Rüstəm,
M.Seyidzadə, S.Vurğun, Ə.Vahid, B.Vahabzadə və başqa
şairlərimiz də əruz vəznində özlərinin ən yaxşı şeir
nümunələrini yazmışlar.
Azərbaycan ədəbiyyatında əruz vəznində müraciət
olunaraq onun ən yaxşı nümunələri yazıldığı kimi, bu vəznin
müasir ədəbiyyatşünaslığımızda nəzəri-estetik və poetik
xüsusiyyətlərindən bəhs edən elmi tədqiqat əsəri də
yaranmışdır. Prof. Əkrəm Cəfərin «Əruzun nəzəri əsasları və
Azərbaycan əruzu» kimi fundamental tədqiqat əsəri bu
baxımdan ən qiymətli bir kitabdır. Əruz nədir sualına müx-
təlif aspektlərdən yanaşan alim bu sözün bir sıra lüğəvi və
terminoloji mənalarını göstərir
1
.
Burada və başqa elmi ədəbiyyatlarda əruz anlamını
çadırın ortasına vurulan dirək, tərəf, Məkkə şəhərinə verilən
adlardan biri, nahiyə, ölkənin bir hissəsi, dəvənin bir cinsi,
bulud, dağda açılmış yol, cığır, düzgün yol mənalarında
işləndiyi göstərilir. Əruz terminoloji baxımdan şeir vəzni,
beytin birinci misrasının son bölümü, son təfiləsi
mənalarında işlənmişdir.
Prof. Ə.Cəfər əruzun lüğəvi və terminoloji
mənalarından danışarkən yazır: «Buradan aydın olur ki, əruz
1
Я.Ъяфяр. Ярузун нязяри ясаслары вя Азярбайъан ярузу. Бакы,
«Елм» няшриййаты, 1977.
89
sözünün mənası başlanğıcdan lazımınca müəyyən deyildir.
Nə üçün əruz vəzninin banisi Xəlil ibn Əhməd ərəb şeirinin
vəznlərindən bəhs edən elmə əruz adını vermişdir? Bu suala
alimlər indiyə qədər aydın cavab verməmişlər».
Heca vəznində misralardakı hecaların sayı əsas
götürüldüyü halda, əruz vəznində saitlərin uzun və qısalığı,
bu səslərin uzun və qısa tələffüz olunması əsasdır. Məsələn,
əruz vəznində beyti təşkil edən misranın birində 11 heca
varsa, digərində 10 heca ola bilər. Belə halda əruz vəzninin
tələbinə görə misradakı hecalar ya uzadılır, ya da qısaldılır.
Deməli, əruz vəznində misralardakı hecaların bərabər olması
mütləq əsas deyildir.
Məsələn, M.Ə.Sabirin «Qarğa və tülkü» şeirinin bəzi
beytlərini təşkil edən misralar 10 və 11 hecadan təşkil
olunmuşdur.
Pendir ağzında bir qara qarğa
⎯
10
Uçaraq qondu bir uca budağa
⎯
11
Bu misraları ərəb dilinin qaydalarına əsasən oxusaq,
yəni birinci misradakı saitlərdən birini uzadaraq tələffüz
etsək, beyt ahəngdar şəklə düşərək, vahid ritm yaranacaqdır.
Yenə həmin şeirdən başqa bir nümunəyə diqqət edək:
Tüklərindir ipək kimi parlaq
⎯
10
Bədnəzərdən vücudun olsun iraq!
⎯
11
Məlumdur ki, ərəb dilində saitlər uzun, orta və qısa
olmaqla üç cürə tələffüz olunur. Məhz bu dilin qanunlarına
uyğun olaraq misralardakı hecalar ya uzadılır, ya da
qısaldılır.
Xalq şairi Səməd Vurğunun «Vaqif» pyesində Qacarla
90
Vaqifin deyişməsi zamanı vəzir şaha verdiyi cavabında belə
deyir:
Buyruq sizinkidir, adil hökmdar,
⎯
10
Sizdə fəzilət də, ədalət də var.
⎯
11
Əruz şeirinin tələbinə və ərəb dilinin fonetik
qaydalarına əsasən də ilk misrada «hökmdar» sözündə «ü»
saiti artırılaraq tələffüz olunmalıdır.
Əruz vəznində misradaxili bölgü də heca vəznindən
fərqlənir. Heca vəznində hər söz bütöv şəkildə misradaxili
bölgüyə düşür. Əruz vəznində isə misradaxili bölgü zamanı
bir söz iki yerə bölünə bilər. Məsələn:
O gün ki, fəs li ya zo lur
Ge cə gü nuz ta ra zo lur
Burada (qövs) şərti olaraq qısa,
⎯ (xətt) isə şərti
olaraq uzun hecanı göstərir. Beləliklə, görürük ki, əruz
vəznində misranın daxili bölgüsü zamanı sözlər iki yerə
bölünür və uzun, qısa şəkildə tələffüz olunur. Diqqət etsək,
görərik ki, yuxarıdakı nümunədə hər iki misrada uzun və qısa
heca proporsional şəkildə, ardıcıllıqla verilir.
Həcəz bəhri. Azərbaycan əruz şeirində ən çox işlənən
bəhrələrdən biri həzəcdir. Həzəc sözünün lüğəvi mənası ərəb
dilindən xoş avazla oxumaq, gözəl, ürəyəyatan deməkdir.
Mənbələrə istinad edən Ə.Cəfər göstərir ki, ərəblərdə mahnı
və şərqilərin çoxu da məhz bu xüsusiyyətinə görə həzəc
bəhrində yazılıb ifa olunmuşdur. O da qeyd olunur ki,
ərəblərin ahənglə oxuduqları şeirlərin çoxu da, demək olar,
həzəc bəhrində yazılıbmış. Son tədqiqatlarda həzəc bəhrinin
15 növü olduğu göstərilir.
91
Həzəc bəhrinin əsas dörd bölümlü təfiləsi belədir:
Məf’Ailün Məf’Ailün Məf’Ailün Məf’Ailün
Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!
Əsiri-dərdi-eşgü dağı-hicran olmasın, ya rəb!
M.Füzuli
Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz?
Açılmaz göhçeyi-bəxtim, ümidim nəxli bər verməz.
M.Füzuli
Dostları ilə paylaş: |