rədif qafiyələrdir. Şeirin əsas qafiyəsindən sonra təkrar
olunan sözlərə və ya söz qurupuna rədif rafiyə deyilir. Misra
sonunda ahəngdar və ardıcıl surətdə səslənən belə sözlər
oxucunun diqqətinin konkret bir mətləb üzərində
cəmləşməsində, bədii əsərdən nəticə çıxarmaqda mühüm rol
oynayır.
Dövlətü iqbalü malın axırın gördüm tamam,
Həşmətü cahü cəlalın axırın gördüm tamam,
Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,
Başadək bir hüsnü surət, qəddü qamət görmədim.
(M.P.Vaqif)
Bəndə diqqət etsək, görərik ki, «malın», «cəlalın»,
«xalın», «sahibcəmalın» kimi möhkəm qafiyələrdən sonra
gələn və hər misrada təkrarlanan «axırın gördüm tamam»
sözlər rədifdir.
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
(M.Ə.Sabir)
Burada «əgər», «dəngəsər» sözləri qafiyə, sonra gələn
təkar sözlər isə rədifdir.
61
Durnaların qatarından gözlərin çəkməyən —
o, mənəm!
Bəli, bəli, ömrü boyu bir quş qanı tökməyən —
o, mənəm!
Gözlərilə gözəllərin gözlərini qoruyan —
o,
mənəm!
Əllərini daraq edib saçlarını darayan —
o,
mənəm!
(S.Rüstəm)
Bu şeirdən gətirilən nümunədə «çəkməyən», «tökmə-
yən», «qoruyan», «darayan» sözləri qafiyə, sonra təkrarlanan
«o, mənəm» ifadəsi isə rədifdir.
Şeirdə sözlərin qafiyələnməsi yerinə görə də müxtəlifdir.
Şeirdə misralar cüt-cüt, çarpaz və ya başqa şəkildə
qafiyələnə bilər. Müxtəlif şeir şəkillərində qafiyə quruluşu
müxtəlifdir. Qoşmalarda qafiyə quruluşu belədir:
Axşam-sabah, çeşmə, sənin başına (a)
Bilirsənmi neçə canlar dolanır: (b)
Büllur buxaq, lalə yanaq, ay qabaq, (v)
Şahmar zülfü pərişanlar dolanır. (b)
Gördüm gözəlliyin bizə bildirir:
(q)
Qaş oynayır, xəstə könlüm güldürür.(q)
İşvəyi nazınnan adama öldürür,
(q)
Qəmzəsində nahaq qanlar dolanır. (b)
- - - - - - - - - - - - - - - - - - - - - - - - - (d)
- - - - - - - - - - - - - - - - - - - - - - - - - (d)
- - - - - - - - - - - - - - - - - - - - - - - - - (d)
- - - - - - - - - - - - - - - - - - - - - - - - - (b)
62
Qəzəl şeirində qafiyələnmə bir qayda olaraq belədir: a,a;
b,a; v,d; d,a və s.
Aşağıdakı nümunələrə nəzər salsaq, bunu daha əyani
şəkildə görərik:
Ay üzlü nigarım, kimə mehman olacaqsan? (a)
Bir söylə, kimin şəninə şayan olacaqsan? (a)
Şahlıq çətiri var başın üstündə bu axşam, (b)
Ənbər çətrinlə kimə sultan olacaqsan? (a)
Şəkkər demərəm mən sənə, ondan da şirinsən, (c)
Dilbər, necə bir bəxtəvərə can olacaqsan? (a)
Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə, (d)
Ey abi-həyat, sən kimə canan olacaqsan? (a)
Getdin, necə bəs tab eləsin hicrə Nizami, (e)
O xəstə ikən, sən kimə dərman olacaqsan? (a)
(N.Gəncəvi)
Ah eylədiyim sərvi-xuramanın üçündür, (a)
Qan ağladığım qönçeyi-xəndanın üçündür. (a)
Sərgəştəliyim kakili-müşkinin ucundan, (b)
Aşüftəliyim zülfi-pərişanın üçündür. (a)
Bimar tənəm nərgisi-məstin ələmindən, (c)
Xunin ciyərim ləli-dürəfşanın üçündür. (a)
63
…………………………………………. (e)
…………………………………………. (a)
və s.
(M.Füzuli)
İçim dalğalanır sanki bir dəniz,
Mən bu dalğalarla qucaqlaşıram.
Nələr düşünürəm, duya bilsəniz!
Sanki varlığımdan uzaqlaşıram.
(S.Vurğun)
64
Gələndə gül fəsli, güləndə çəmən (a)
Bir bülbül nəğməsi min könül oxşar. (q)
Ötən bülbüllərə necə deyim mən, (a)
İçimdə lal olmuş bülbüllər yaşar?! (q)
(H.Arif)
Göründüyü kimi, burada qafiyələr çarpaz şəkildə
qurulmuşdur.
A.Şaiqin «Şikayətlərim» şeirində qafiyə quruluşu tam
başqadır:
Yenə dilsiz sükut içində bütün, (a)
Qaralır nur saçan düşüncələrim. (b)
Ürəyimdə sönür o qüvvələrim, (b)
Yenə hər şey qara, cahan küskün. (a)
Yenə uçmağa qanadlandım, (c)
Onu zülm ilə qırdı bir səyyad. (q)
Sızlaram, indi eylərəm fəryad! (q)
Nə qədər sadə idim, aldandım! (c)
Sonrakı bəndlər d, v, v, d, i, c, c, i və s. şəkildə
qafiyələnir. Ümumiyyətlə, götürsək, yəqin etmiş olarıq ki,
Azərbaycan şeiri şəkilcə müxtəlif olduğu kimi, qafiyə
quruluşu baxımından da çox zəngindir.
Misra. Şeir sənət haqqında yuxarıda dediklərimiz də
şeirin quruluşu, struktur nəzəriyyəsini öyrənmək üçün hələ
kifayət deyildir. Şeir sənəti, göründüyü kimi, həm yaradı-
cılığın psixologiyası, həm də daxili quruluşu baxımından çox
mürəkkəb bir yaradıcılıq aktıdır. Şeirin daxili struktur
nəzəriyyəsində əsas rol oynayan anlayışlardan biri də mis-
radır. Şeirin ayrılıqda götürülmüş hər sətrinə misra deyilir.
65
Şeirdə misra bir və ya bir neçə sözdən ibarət ola bilər. Şeirin ilk
misrasının ölçüsü və bölgüsü qalan misralar üçün əsas ölçü və
bölgü vahidi kimi qəbul olunur. Heca və əruz vəznində ilk mis-
ranın ahəngdar, ritmik tələffüzü də sonrakı misralarda əsas
götürülür. Beləliklə şeirin ilk misrasında gördüyümüz ölçü sis-
temi və ritmik pauzalar sonrakı misralarda da eyni sayda və
yerdə davam etdirilir.
Yuxarıda dediyimiz kimi, misra bir və ya bir neçə
sözdən ibarət ola bilər. Bu da şeirin ölçüsü, vəzni ilə bağlıdır.
Belə ki, heca və əruz vəznində misralar bir neçə sözdən
ibarət olub müəyyən, bitmiş bir fikir ifadə edə bilərlər.
Sərbəst vəznin təcrübəsi isə göstərir ki, bu vəzndə misralar
bir sözdən də ibarət ola bilər. Lakin əsas məsələ bundan
ibarətdir ki, hər misrada tam, bitmiş bir məna olmalıdır.
Şeirdə müstəqil fikir, məna ifadə edən belə misralara azad,
sərbəst misra deyilir.
Şairin fikri, xəyalı gərək azadə ola.
(A.Səhhət)
Vətəni sevməyən insan olmaz.
(A.Səhhət)
Baxdıqca bu aləmlər edər könlümü bərbad.
(A.Şaiq)
Titrədir canımı dağlar rüzgarı.
(S.Vurğun)
Təbiət ilhama çağırır məni!
(S.Vurğun)
66
Burula-burula söz yazar sular.
(B.Vahabzadə)
Qaçmaq istəyirəm uşaqlığıma.
(B.Vahabzadə)
Ürəkdə çox gizli döyüntülər var.
(B.Vahabzadə)
İpək tellərinə çiçək taxarsan.
(H.Arif)
Bir anlıq yuxu da mənə naz satır.
(H.Arif)
Seyrinə dalanda azalır qəmim.
(H.Arif)
Göründüyü kimi, ayrı-ayrı şairlərin şeirlərində azad
misra kimi gətirilən misralaın sayını artırmaq da olar. Burada
əsas olan budur ki, azad misra, bir növ, nəsrdəki adi təsviri
nəqli cümlələrin şeir dilindəki poetik adekvaitıdır. Yəni azad
misralarda nəqli cümlədə olduğu kimi, bitkin bir məna olur və
həmin şeir misralarını nəsr dilinə çevirəndə məzmun, fikir
itmir. Lakin heca vəznindən fərqli olaraq sərbəst şeirdə azad
misra bir neçə sətirdə verilə bilər.
Neft daşları
yada
salır
lövbər atmış
ən nəhəng gəmini,
Yaman heyran etdi məni.
67
(Ə.Kərim)
Şeirdə bitmiş, tam fikir ifadə edən misralardan başqa,
daha şairanə surətdə deyilmiş dolğun, düşündürücü və
fəlsəfi-hikmətamiz dəyər kəsb edən misralara rast gəlirik.
Belə misralara şeirdə şah misra deyilir. Adətən,
mütəxəssislər şah misraya nümunə olaraq S.Vurğunun
aşağıdakı misralarını nümunə gətirirlər.
«Günəş qaranlıqla barışa bilməz!»
«Soyuq məzara da zinətdir insan!»
Lakin görkəmli şairlərimiz olan Nizami, Nəsimi, Füzuli,
S.Vurğunun aforistik fikir bildirən şah misraları səviyyəsində
olmasa da, ümumiyyətlə, şairlərimiz öz şeirlərində dövrü,
insanları, mühiti xarakterizə edən çox dəyərli şah misralar
söyləmişlər:
Əyilməz vicdanın uca heykəli!
(S.Vurğun)
Yığın-yığın bəşəriyyət ölümlə pəncələşir.
(H.Cavid)
Hürriyyət ilə millət edər kəsbi-məali.
(H.Cavid)
Maariflə təməddün eyləmişdir aləmi-fani.
(H.Cavid)
Yox millətimin xətti bu imzalar içində.
68
(M.Hadi)
Zavallı millətimin haqqı olmada pamal!
(A.Şaiq)
Vətən — əcdadımızın mədfənidir.
(A.Səhhət)
Vətəni sevməyən insan olmaz.
(A.Səhhət)
Gözü buz bağlayan bulaqlar kimi,
Soyuq adamın da qəlbi kor olur.
(B.Vahabzadə)
Qayıt, sahmana sal bu kainatı.
(Ə.Kərim)
Beyt. Şeirin daxili quruluşunda əsas olan nəzəri
anlayışlaradan biri də beytdir. Mövcud mənbələrdə beytin
tərifinə aid fikirlərdə az da olsa, müəyyən ziddiyyətlərlərə də
rast gəlirik. Məsələn, Mir Cəlal və P.Xəlilovun fikrincə:
«Şeirin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir». Prof.
C.Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: «Şeirin
müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir». Prof.
Ə.Mirəhmədov isə tərtib etdiyi «Ədəbiyyatşünaslıq
terminləri lüğəti»ndə anlayışın daha geniş şərhini verir:
«…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı
qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır».
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, şeirdə hər
hansı iki misra yox, məna, məzmun və fikir baxımından bir-
69
birinə yaxın olan, bağlanan qoşa misralara beyt deyilir. Beyt
şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şeirin
müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında
yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt
qafiyələnir. Qəzəl və qəsidə şeirində ilk beytlər həmqafiyə
olur. Sonrakı beytlərin misraları cüt-cüt qafiyələnməsə də,
formanın daxili qafiyələnmə qanunlarına tabe olur. Yuxarıda
dediyimiz kimi, beytin misralarının cüt-cüt qafiyələnib-
qafiyələnməməsindən asılı olmayaraq, orada bitgin məna,
fikir ifadə olunmalıdır.
Məmləkətin dayağı ədalətdir hər zaman,
(a)
Ədalətlə nəsibin səadətdir hər zaman.
(a)
(N.Gəncəvi)
Fələklərə yüksəldər hünər, cəsarət səni, (a)
Hünərsiz alçalarsan, tapar əsarət səni.
(a)
(N.Gəncəvi)
Göründüyü kimi, bu beytlərdə tam, bitkin fikir, məna
ifadə edilmişdir. Qəzəl və qəsidədə ilk beytdən sonra gələn
beytlərin heç biri bir-biri ilə qafiyələnmir, lakin həmin
beytlərdə də dərin məna, fikir ifadə olunur.
Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var: (a)
Gəlsə aliqədrlər fəqr əhli durmaqdır ədəb.
(b)
(M.Füzuli)
Müasir şeirimizdə də misraları bir-biri ilə qafilənən və
qafiyələnməyən beytlərə xeyli rast gəlmək mümkündür ki,
şairlər belə beytlərdə xüsusi məna, məzmun verə bilmişlər.
Yaşamaq şirindir, deyir hər zaman, (a)
70
Yaşamaq eşqilə yaradır insan!
(a)
(S.Vurğun)
O saf qəlbindəki pak məhəbbəti
(a)
Bir vaxt laylasından çalmışdır anan! (b)
(S.Vurğun)
Mən kəsməsəm alaqların kökünü,
(a)
Küsər məndən yəqin güllər, çiçəklər. (b)
(S.Rüstəm)
Xəyaldan o taya mən ucalınca,
(a)
Yer mənə dar gəlir, göy verin mənə. (b)
(B.Vahabzadə)
Qəzəl və qəsidələrin həmqafiyə olan ilk beytinə mətlə
beyti deyilir.
Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb! (a)
Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya rəb!
(a)
(M.Füzuli)
Qəzəlin şərti olaraq birinci və ikinci hissəsini birləşdirib
hissələr arasında əlaqə, vasitə yaradaraq ortada gələn beytinə
orta beyt və ya vasitə beyti deyilir.
Hansı bağın var bir nəxli, qədin tək barvər,
(a)
Hansı nəxlin hasili sibi-zənəxdanınca var?
(b)
(M.Füzuli)
Bu qəzəldə həqiqi gözəl, həqiqi bir məhəbbət var.
Qəzəlin təqdim olunan üçüncü – orta beytində şair gözəli
bağda çoxlu meyvə gətirən xurma ağacı ilə müqayisə edir.
Heç bir xurma ağacının barı öz formasına görə məşuqənin
71
çənəsindəki çuxura – zənəxdana bənzəməz.
1
Göründüyü
kimi, sırf məhəbbət mövzusundan bəhs olunan qəzəlin yux-
arıdakı beyti sanki bir vasitə, əlaqə rolunda çıxış edir.
Şeirin öz məna və məzmununa görə və ifadə edilən ən
yüksək ideya-fikir baxımından seçilən beytlərinə şah beyt
deyilir.
Qaşların yayı bir ox lütf eyləmiş hər aşiqə,
Mən həm ondan eylərəm bir ox təmanna, ya nəsib.
(M.Füzuli)
«Qaşlarının yayı hər aşiqə bir ox lütf eyləmişdir; mən də
ondan bir ox təmənna eyləyirəm, ya nəsib».
«Haqqında danışılan məğrur gözəlin qaşları yaya,
kiprikləri oxa bənzəyir. Həmin gözəl lütf göstərib, hər aşiqə
ani və xəfif bir nəzər salır. Aşiq də bir ox təmənnasındadır
(yəni bir baxışın təmarzısıdır), lakin bilmir ki, bu ona nəsib
olacaq, ya yox».
2
Şah beytlər yalnız qəzəl və qəsidələrdə yox, müxtəlif
şeirlrdə də ola bilər. Əsas mətləb budur ki, beytdə yüksək
fikir, ideya ifadə olunsun.
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm, mən də bu gündən.
(S.Vurğun)
Klassik ədəbiyyatda qəzəl və ya qəsidənin son beytinə
məqtə beyti deyilir. Məqtə beytlər qəzəlin başqa beytləri ilə
1
Ятрафлы бах: Б.Бабайев. Классик ядябиййатда бащариййяляр. Ба-
кы, 2000, с.20-22
2
С.Ялизадя. Шащ бейтляр, Азярбайъан Дювлят няшриййаты, Бакы,
1995, с.47
72
daxilən, məzmunca bağlansa da, onun özü də əlahiddə
məzmun və mənaya malik olur. Burada sənətkarın müxtəlif
arzuları, düşüncələri öz əksini tapa bilər. Qəzəlin son
beytində müəllif mütləq şəkildə öz adını bildirir. Ona görə də
qəzəlin məqtə beytinə tac beyti də deyirlər.
Hansı gülşən bülbülün derlər, Füzuli, sən kimi,
Hansı bülbül naləsi fəryadü əfğanınca var?
(M.Füzuli)
73
Ey nazlı vətən, mən sənə öz könlümü verdim,
Qarşında günahkarsa, Süleymanı bağışla!
(S.Rüstəm)
Müxtəlif şəkildə yazılmış şeirlərin, qəzəl və qəsidələrin
ayrı-ayrı beytlərindən başqa ədəbiyyatşünaslıqda yetim beyt
və ya ən kiçik ölçüdə yazılmış şeir olan fərd anlayışları da
vardır. Yetim beytlər və fərdlər yalnız bir beytdən ibarət
olur. Fikir və məzmunca dolğun yazılmış belə beytlərin ya
müəllifi naməlum qalır, ya da konkret müəllifi olsa da belə
sanki anonim şəkildə dillərdə əzbər olur.
Bənd. Şeir nəzəriyyəsində, onun poetik strukturunda
əsas rol oynayan anlayışlardan biri də bənddir. Şeirin bir
neçə misradan ibarət olub vəzn, qafiyə, ahəng, intonasiya və
başqa poetik-estetik, bədii sintaktik xüsusiyyətlərinə görə
bir-birinə bağlanmış, fikir-məna vəhdəti etibarı ilə bitkin
hissəsinə və ya bölümünə bənd deyilir.
Azərbaycan şifahi xalq şeir janrları və yazılı ədəbiyyatda
yaranan şeirimiz başqa texniki şərtləri ilə bərabər, bəndlərin
sayı, quruluşu baxımından da zəngindir. Yuxarıda
dediklərimizdən başqa
şeirin bədii tərtibində,
kompozisiyasının bütövlüyündə, ifadənin emosionallığında,
fikrin ritmik axarında və təsirliliyində bəndin mühüm əhə-
miyyəti vardır. Şeir şəkillərinin müəyyənləşməsində
bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir
sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə
eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin
mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır.
Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd,
müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi
74
misradan ibarət olmuşdur. Deməli, şeir şəkilləri bənddəki
misraların sayına görə təyin olunur. O da qeyd olunmalıdır
ki, bəndlər iki misradan tutmuş on, on iki, on dörd və s. mis-
ralardan ibarət ola bilər.
Qəzəl və qəsidələrin hər bəndi iki misradan ibarət olub
beytlər şəklində qurulur. Qoşmaların hər bəndi bir qayda
olaraq dörd misradan ibarət olur.
Ey cavan qız, məndən belə gəzmə gen, -
Mən sənin üzündə xalı sevmişəm. (a)
Bənd olmuşam şirin-şirin sözünə,
-
Şəkkər dodağından balı sevmişəm. (a)
(M.P.Vaqif)
M.P.Vaqifin müsəbbelərinin (yeddilik) hər bəndi yeddi,
müəşşərlərinin isə hər bəndi on misradan ibarətdir. Qeyd
etmək lazımdır ki, xalq şeiri və klassik şeir janrlarında
bəndlərin qafiyələnməsi tam ənənəvi qaydaya tabe tutulur.
Müasir şeirimizdə üçlüklərdən istifadə olunur və onların
qafiyə quruluşu da müxtəlifdir.
Şikayətim vardır gül əllərindən,
(a)
Onlar ürəyimi tutub dərindən (a)
Necə qoparmada bilməm, şirin qız? (b)
(M.Müşfiq)
Könlümdə şirin nəğmələrim var,
(a)
Xoş keçdi bu yerlərdə həyatım, (-)
Sahilləri cənnət Xəzərim var.
(a)
(S.Rüstəm)
Digər bəndlərdə birinci, ikinci misralar sərbəstdir,
75
üçüncü misra isə birinci bəndin son misrası ilə qafiyələnir.
B.Vahabzadənin «Şəhriyara» şeiri beşlik şəklində
yazılmışdır. Qafiyə quruluşu bütün bəndlərdə eynidir: a, a, a,
b, b, və s.
Sən almışdın gücünü bu ocaqdan
(a)
Ondan dönüb, ona baxdın uzaqdan, (a)
Qönçə ikən ayrı düşdün budaqdan
(a)
Heydərbaba dalınca qan ağladı…
(b)
Ancaq ayaq izlərini saxladı.
(b)
Müasir şeirimizdə bəndlər təkcə misraların sayına və
qafiyə sisteminə görə yox, daxili quruluşunun başqa bədii
keyfiyyətləri baxımından da müxtəlif və rəngarəngdir.
|