XÜLASƏ
İslam İslamov,
Gulnara Yusifova
FƏNLƏRARASI ASPEKTDƏ “DƏYƏR”, “DƏYƏR ORİYENTASİYASI”
ANLAYIŞLARININ ÖYRƏNİLMƏSİ
Dəyərlər və dəyəryönümü fərqli sosial-humanitar fənlərinin: fəlsəfənin, sosiologiyanın,
psixologiyanın, kulturologiyanın və s. tədqiqat predmetidir.
Açar sözlər: dəyərlər, dəyərlər sistemi, dəyərlərin oriyentasiyası, dəyərlərin təsnifatı.
SUMMARY
Islam Islamov,
Gulnara Yusifova
THE STUDY OF THE CONCEPTS OF "VALUE"
"VALUE ORIENTATIONS" IN INTERDISCIPLINARY ASPECT
Values and value orientations are the subject of various studies of the humanities:
philosophy, sociology, psychology, cultural studies, and others.
Key Words: values, values system, values orientation, values of classification.
Sivilizasiya
153
Əli HƏZİYEV
∗
İNFORMASİYA MÜBADİLƏSİ QLOBALLAŞMA KONTEKSTİNDƏ
Açar sözlər: informasiya mübadiləsi, qloballaşma prosesi, informasiya cəmiyyəti, inteq-
rasiya,informasiya texnologiyaları
Müasir dövrdə fəaliyyət göstərən informasiya sistemi müxtəlif mərhələlərlə inkişaf
edərək formalaşa bilmişdir. Bəşəriyyətin yüksək nailiyyətlər əldə etməsində informasi-
ya mübadiləsinin rolu olduqca mühümdür. Məhz informasiya mübadiləsi nəticəsində
tarixi biliklər və təcrübələr müasir dövrə qədər gəlib çata bilmişdir. Ümumiyyətlə, in-
formasiyaların toplanılmasında, biliklərin inkişaf etdirilməsində varislik prinsipinin də
rolunu unutmaq olmaz.
Ümumiyyətlə, bəşər tarixində informasiya mübadiləsi aparılmasının tarixi də ol-
duqca qədimdir. Müxtəlif sivilzasiyaları, müxtəlif cəmiyyətləri təmsil edən insanlar hər
zaman informasiya mübadiləsi aparmağa və informasiya cəmiyyətinin qurulmasına eh-
tiyac duymuşlar. Müasir dövrdə bütün dünyanı öz ağuşuna alan qloballaşma prosesi
çərçivəsində isə informasiya mübadiləsi demək olar ki, artıq özünün inkişaf zirvəsinə
çatmışdır. İndiki dövrdə bəşəriyyət ümumi həyati problemləri ilə və ümumi tarixi taleyi
ilə bir tam şəkildə birləşmişdir. Yer kürəsinin bütün xalqları bu və ya digər dərəcədə
ümumi tarixi prosesə cəlb ediliblər. Başqa sözlə, dünyada daxilən əlaqədə olan elə bir
sistem yaranıbdır ki, orada özünün sosial-iqtisadi, siyasi və mədəni əlamətlərinə görə
müxtəlif inkişaf səviyyələrində olan cəmiyyətlər bu və ya digər şəkildə bir birinə
qarşılıqlı təsir göstərir (1, 354).
Adətən tədqiqatçılar sivilzasiya tarixində dörd informasiya inqilabının adını xüsusi
qeyd edirlər: yazının kəşfi, alman alimi İohann Qutenberqin 1445-ci ildə kitab çapı tex-
nologiyası, Boris Yakobi tərəfindən 1834-cü ildə elektrikin kəşfi sayəsində (telefon,
teleqraf texnologiyası, sonralar radio və televiziya) və nəhayət kompüterin kəşfi. Əvvəl-
cə bir neçə kompüteri əlaqələndirən (1969-cu ildə ARPANET adlanan), sonralar isə bü-
tün dünyanı əhatə edən internet adlanan şəbəkənin kəşfi isə informasiya sahəsində bəşə-
riyyət tarixində görünməmiş dönüş etmişdir.
Bu konteksdə tədqiqatçıların “sərhədsiz dünya” kimi xarakterizə etdiyi qloballaşma
prosesinin də tarixi daha əskilərə istinad etsə də, bu prosesin tədqiqi keçən əsrin 70-80-
ci illərindən başlamışdır. Müasir dünyada informasiya ən bahalı məhsullardan sayılır.
İnformasiyanın siyasi proseslərə və münasibətlərə, beynəlxalq və ölkədaxili ictimai rə-
yə təsir imkanları genişdir. Üstəlik, dövlətin məqsədyönlü informasiya siyasətinin onun
müəyyən etdiyi ideologiyanın həyata keçirilməsinə xidmət etməsi şəksizdir. Müasir
dünya informasiya-telekommunikasiya şəbəkəsinin formalaşması dövrünü – informasi-
ya cəmiyyətinin yaranması mərhələsini yaşayır. Vahid informasiya məkanının – inter-
netin meydana gəlməsi media siyasətində növbəti keyfiyyət və kəmiyyət dəyişikliyinin
mahiyyətini təşkil edir (2, səh 4).
Qeyd edək ki, informasiya cəmiyyəti terminini ilk dəfə XX əsrin 40-cı illərində
yapon alimi Y.Masuda işlətmişdir. Lakin o dövrlərdə yapon aliminin işlətdiyi bu termin
heç kəs tərəfindən qəbul edilməmişdir. “İnformasiya cəmiyyəti” nəzəriyyəsinin əsasının
∗
Doktorant, Bakı Dövlət Universiteti e-mail: ali_hazi@yahoo.com
Bakı Avrasiya Universiteti
154
qoyulmasında isə Deniel Bell, Zbiqnev Bzejinski və E.Toffler kimi məşhur alimlər
böyük rol oynamış və bu barədə ciddi tədqiqatlar aparmışlar.
Əgər ötən əsr elmi-texniki tərəqqi əsri adlandırılırdısa, XXI əsr qloballaşma və
informasiya əsri kimi səciyyələndirilir. Kompüter və informasiya texnologiyalarındakı
sürətli inkişaf nəticəsində məlumatların uzun məsafələr boyunca asan və sürətli ötürülə
bilməsi Yer üzünün qloballaşmasında əhəmiyyətli rol oynamışdır. Bu proses bütün sa-
hələrdə dəyişikliklərə səbəb olmuşdur (sosial-psixoloji, iqtisadi, siyasi və s.). Bu gün
bütün dünyanı saran qloballaşma və inteqrasiya şəraitində düzgün informasiyanın topla-
nılması və informasiya mübadiləsinin gerçəkləşdirilməsi prosesinə xüsusu diqqət yetir-
mək lazımdır. Qloballaşma obyektiv və zəruri tarixi proses olub milli mədəniyyətlərə
sirayət edir, onun universallaşmasına, universal mədəni dəyərlərin yaranmasına xidmət
edir. Qədim dövlətlərin sivilizasiyaları əsrlər boyu inkişaf edərək yüzlərlə ölkələri və
milli mədəniyyətləri universal mədəni məkanda birləşdirmişdir. Dünya özünəməxsus
mədəniyyətlərin müxtəlifliyindən ortaq mədəniyyətə, universal mədəniyyətə doğru
inkişaf edir. Bunun nəticəsində müxtəlif ölkələrdəki istehlakçı seçimləri və həyat tərz-
ləri arasında bənzərliklər meydana gəlməkdədir. Lakin bu proses mədəniyyətlərin özü-
nəməxsusluğunu, müxtəlifliklərin vəhdətini pozmamalıdır. Hər şey, o cümlədən qlobal
mədəni proseslər intellektual, elmi təhlil süzgəcindən keçirilir, milli mədəniyyətlərə,
milli-mənəvi dəyərlərə kölgə salan, təhlükə yaradan cəhətlər rədd edilməli, müsbət,
faydalı xüsusiyyətlər qəbul edilməlidir.
İnformasiya cəmiyyətunun yaranması prosesində ən əhəmiyyətli istehsal faktoru
məlumat olduğundan, iş keyfiyyətinin yüksəldilməsi və inkişaf etmiş bir informasiya
strukturuna sahib olmanın əhəmiyyəti artmaqdadır. Bu səbəblə də belə fikrə gəlinir ki,
XXI əsrdə inkişafda olan ölkələrin inkişafına ən böyük yardımı insan qaynaqlarına
yatırım və strukturun yaxşılaşdırılması göstərəcəkdir (3, s. 21).
Hazırda dünyada məlumatın semantikasından asılı olaraq “siqnallar” (informasiya-
lar) ya dəqiq şəkildə məlum ünvana, ya da bəzi ehtimallara görə çoxluğa yönəlir. Lot-
manın və onun məktəbinin ideyalarından çıxış edərək N.N.Talizin ünsiyyətin iki növü-
nü fərqləndirir: informasiyanın həcmini saxlamaqla ötürülməyə istiqamətlənmiş ünsiy-
yət (ünsiyyət mədəniyyətin təkrar istehsalı mexanizmi kimi) və informasiyanın artımına
istiqamət götürən ünsiyyət, burada şəxsiyyətin inkişafına aid olan yeni mətnlərin
yaradılması (ünsiyyət mədəniyyətin inkişafı mexanizmi kimi). Sonuncu prinsip fərdin
fəal mövqeyini nəzərdə tutur. Bu da öz növbəsində yeni qabiliyyətlərin aşkar edilməsini
və formalaşmasını üzə çıxarır (3, s. 122-123).
Müasir dövrdə Azərbaycan Respublikasında rəsmi olaraq dövlət reyestrində 600-
dən artıq müxtəlif informasiya agentlikləri və qəzetlər qeydiyyata alınmışdır. İnformasi-
ya və bilik müasir dövrü səciyyələndirən ən mühüm əlamətlər kimi qəbul olunur. Lakin
informasiyadan biliyə, bilikdən isə elmi biliyə gedən yol çox mürəkkəb və keşməkeşli-
dir. Əgər maarifçilik missiyasının əsas vəzifəsi bütün insanların bilik səviyyəsini
yüksəltməkdən ibarətdirsə, elmin inkişafı ancaq məhdud sayda insanların intellektual
potensialının səfərbər olunması sayəsində mümkün olur. Burada cəmiyyətin üzərinə dü-
şən əsas vəzifə hamını yox, məhz təfəkkürünə və yaradıcılıq potensialına görə ən çox
fərqlənən insanları seçmək və onların düşüncəsinin məhsulunu bütün bəşəriyyətin isti-
fadəsinə verməkdən ibarətdir. Bu böyük vəzifənin həlli elm adamlarının özündən çox,
elmi yönləndirən, təşkil edən adamlardan, daha doğrusu, dövlətlərin yeritdiyi elm siya-
sətindən asılıdır (4, s. 11).
Sivilizasiya
155
Müasir qloballaşan dünyada informasiya mübadiləsi məsələsi həm elmi-nəzəri,
həm də praktiki əhəmiyyətə malikdir. İnformasiya mübadiləsi məsələsi informasiya
sisteminin birinin digərinə təsiri ilə xarakterizə olunur. İnformasiya cəmiyyətində vaxt
itkisi və “gecikmə effekti” də vacib məsələlərdəndir. Qloballaşma prosesi həmçinin in-
tellektual məkana inteqrasiya etmək elmi ictimaiyyət üçün olduqca mühümdür. Bu yük-
sək intellektə istinad edən və elmi mahiyyəti özündə ehtiva edən informasiyaların mü-
badiləsi nəticəsində toplanmış, həmçinin inkişaf yolunu götürmüşdür. Düzgün informa-
siyaların verilməsi ilə yanaşı informasiya azlığı da müəyyən fəsadlara yol aça bilər.
Lazım olan nformasiyanın toplana bilməməsi nəticəsində plagiat, formal və unitativ el-
mi tədqiqatlara meyl güclənir və nəticədə saxta informasiya ictimaiyyətə ötürülür. Bu
kimi hallar isə elmin sosial nüfuzuna xələl gətirmiş olur.
Müasir dövrdə vahid kommunikasiya sisteminin yaranması prosesi təkcə informa-
siya mübadiləsinin genişlənməsi və çevikliyi ilə kifayətlənmir, həmçinin dünyada vahid
ümumelmi mənzərənin yaranmasına da stimul vermiş olur. Elmin inkişaf səviyyəsi
təkcə elmi biliyin səviyyəsinə görə deyil, həmçinin elmi fəaliyyətin xarakterinə, elmi
idrak metodlarına, biliklərin toplanması və saxlanmasına, informasiyanın ötürülməsi
vasitələrinə görə də müəyyən edilməlidir.
XX əsrdə vahid kommunikasiya sisteminin yaranması, dünyanın vahid ümumelmi
mənzərəsinin formalaşması və onun konkret elmlərə istiqamətləndirici təsiri sanki el-
min inkişafına əlavə impulslar verməklə XXI əsr üçün daha əlverişli bir zəmin yarat-
mışdır (4, s. 707).
Əsas dəyərləri informasiya və elm olan yeni cəmiyyət quruculuğunu xarakterizə
edərkən informasiya cəmiyyəti ilə yanaşı “bilik cəmiyyəti” istilahı da işlədilir. Bu anal-
yışların arxasında konseptual fərqlər dursa belə, zaman ötdükcə əsas olan informasiya və
elmin müəyyənedici iqtisadi faktora, dövlətin rifahını bu və ya digər formada tənzimləyə
biləcək gərəkli milli mənbəyə çevrilməsidir. Milli informasiya ifadəsi altında birmənalı
şəkildə dövlətin iki növ informasiya substansiyası anlaşılmalıdır: birinci ənənəvi informa-
siya sektoruna əlyazma və çap materialları, rəsm və heykəltaraşlıq əsərləri, arxitektura,
audioyazılar, şəkillər, kino və video filmlər, ikinci-elektron milli informasiya mənbələrinə
isə rəqəmli formada olan informasiya obyektləri daxildir. Bu iki tərkib arsındakı fərq yal-
nız informasiyanın təqdimində deyil, onun qorunma, yayılma və modifikasiya strategiya-
sında da özünü biruzə verir. Ənənəvi tipli əlyazma və çap əsərlərinin, digər sənədlərin qo-
runması və istifadəsi mütəxəssislərin tədqiqatları və təcrübələri əsasında öyrənilmişdir.
Ortaya qoyulan nəticə isə gösətərir ki, ənənəvi formada saxlanılan informasiyanın həcmi
onunla işləmənin effektivliyinə mənfi təsir edir. Belə bir fundamental problemin həlli
yeni informasiya texnologiyalarının tətbiqindən keçir (5, s. 15)
İnformasiya təhlükəsizliyi televiziya, radio, çap, şəbəkə vasitəsi ilə reallaşan və cə-
miyyətin həyatına nüfuz edən neqativ mənşəli informasiyalardan qorunmaqla təmin
olunur. İnformasiya təhlükəsizliyinin təmin olunmasına yönələn tədbirlər sisteminin ol-
ması informasiya mübadiləsi üçün olduqca zəruridir.
İnformasiya təhlükəsizliyini təmin etmək məqsədilə informasiya mühafizəsinin
olması faktı xüsusilə, qloballaşma çərçivəsində mühüm əhəmiyyət kəsb edir. İnformasi-
ya təhlükəsizliyinə riayət etmək üçün aşağıdakı üç mühüm prinsipi unutmamaq
lazımdır: məxfilik, bütövlük, mümkünlük.
Çağdaş kommunikativ innovasiyalar qloballaşma və inteqrasiya prosesləri ilə para-
lel olaraq özünü biruzə verir. Texnogen amilin informasiya cəmiyyətinə getdikcə daha
Bakı Avrasiya Universiteti
156
dərindən nüfuz etdiyi bir dövrdə gerçəkləşən informasiya mübadiləsi nəticəsində sivili-
zasiyalararası dialoqun da inkişaf etdirilməsi zəruridir.
Bu baxımdan müasir dövrdə gedən qloballaşma prosesinin kontekstində informa-
siya mədəniyyətinə yiyələnmək və informasiya mədəniyyəti qaydalarına riayət etmək
də xüsusi bir aktuallıq kəsb edir. İnformasiya mədəniyyətinin meyarlarını təyin etmək
və bu meyarlara yiyələnmək lazımdır. İnformasiya mədəniyyəti meyarlarıının təyin
olunmasında cəmiyyətin inkişafında informasiyanın tutduğu yerin qiymətləndirilməsi,
informasiya mühiti qanunlarının insan tərəfindən mənimsənilməsi və bu mühitdə özü-
nün tutduğu yeri dərk etməsi, yeni informasiya-kommunikasiya texnologiyalarına yi-
yələnməsi parametrləri əsas götürülməlidir. İnsanın informasiya mədəniyyətinə malik
olduğunu göstərən parametrlər aşağıdakılardır: informasiyaya olan tələbatı dolğun ifadə
etmək; lazımi məlumatların əldə edilməsi məqsədi ilə informasiya resursları axtarışını
həyata keçirmək; informasiyanı təhlil etmək və yeni keyfiyyətdə informasiya yaratmaq;
informasiya axtarışlarının fərdi sistemlərini yaratmaq; informasiyanı axtarmaq və onu
uyğun qiymətləndirmək; kompüter bilikləri və informasiya ünsiyyəti qurmaq qabiliy-
yətləri (6, s. 249).
İnformasiya-kommunikasiya texnologiyaları ölkəmizdə də prioritet hesab olunur.
Belə ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da Azər-
baycanb Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən informasi-
ya siyasəti nəticəsində müasir dövrdə informasiya mübadiləsi özünün inkişaf zirvəsinə
çatmış, xarici ölkələrin müxtəlif informasiya agentlikləri ilə geniş bir şəkildə əlaqə
saxlamaq imkanına malik olan bizim informasiya agentlikləri operativliyi və dəqiqliyi
ilə xüsusilə seçilir. Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycan Respublikasında “İnfor-
masiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir (7).
Qloballaşma prosesi zamanı informasiya mübadiləsi sistemlərinin inkişafına rəvac
vermək qlobal informasiya mühitinin yaradılmasında mühüm əhəmiyyət kəsb edir. İn-
formasiya və kommunikasiya texnologiyalarından geniş şəkidə istifadə etmək, geniş bir
çərçivədə informasiya mübadiləsi aparmaq həmçinin ölkənin hərtərəfli inkişafının isti-
qamətini təyin edir.
Qaynaqlar:
1. Rüstəmov Y. Fəlsəfə. Bakı, 2007, 499 s.
2. Sadıqov B. Qloballaşma dövründə informasiyanın yeri və rolu. \\ “Azərbaycan”, 12 avqust
2011-ci il.
3. Abbasov N. Mədəniyyət siyasəti və mənəvi dəyərlər. Bakı, 2009, 444 s.
4. Xəlilov S. Elm haqqında elm. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2011, 752 s.
5. Əliyeva-Kəngərli A. Elektron kitabxanalarin inkişafi: problemlər və perspektivlər.
“Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar”. Beynəlxalq elmi
konfransının materialları / ADMİU, Azərbaycan Milli Kitabxanası; Tərt. N. Abdullayeva -
B.: ADMİU mətbəəsi, 2016, 309 s.
6. Mustafayeva L. İnformasiya cəmiyyətinin yaradılması istiqamətləri və onun kulturoloji in-
novasiyaların inkişafinda rolu.\ “Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-
mədəni inkişaf” mövzusunda beynəlxalq konfrans. Bakı, Təknur, 2012, 492 s.
7. http://www.president.az/articles/7073
Sivilizasiya
157
SUMMARY
Ali Haziyev
EXCHANGE OF INFORMATION IN THE CONTEXT OF GLOBALIZATION
The article deals with the question of the number of important aspects of the exchange of
information within the globalization.
The author noted about the state functions in formalized new society, ensuring the
development of information-communication technologies, properly benefit from the information
infrastructure in the process of globalization.
Keywords: exchange of information, the process of globalization, information society,
integration, information technologies
РЕЗЮМЕ
Али Хазиев
ОБМЕН ИНФОРМАЦИИ В КОНТЕКСТЕ ГЛОБАЛИЗАЦИИ
В данной статье отражается ряд важнейших аспектов процесса обмена информа-
ций в рамках происходящей глобализации.
В этом плане автор показывает роль государства которое сформировалось в разви-
тии общества, выявляет в ней роль обеспечения и развития информационных и комму-
никационных технологий. Автор должным образом показывает роль инфраструктуры и
информации в процессе развития глобализации в современном обществе.
Ключевые слова: обмен информацией, процесс глобализации, информационнoe
обществo, интеграция, информационные технологии.
Bakı Avrasiya Universiteti
158
Səadət HƏSƏNOVA
∗
STRESSƏ DAYANIQLILIGIN PRİXOKORREKSİYASI
VƏ PRİXOPROFİLAKTİKASI
Acar sözlər: insan, stress, dayanıqlılıq, psixokorreksiya, psixoprofilaktika
İnsan yalnız öz peşəsi ilə cəmiyyətə xeyir verə və özünün müəyyən sahədə təsdiq
edə və qarşıya qoyduğu məqsədə nail ola bilər. Ancaq fəaliyyətin monotonluğu və eyni
işlə məşğul olmanın, peşə fəaliyyətinin gərgin və mürəkkəbliyi bu sahədə yorğunluğa
və ya peşə deformasiyasına gətirib çıxara bilər. Peşə fəaliyyəti ilə məşğul olan insane-
larda hansısa məqamlarda belə bir duyğu yarana bilər ki, onunla hər şey heç də qayda-
sında deyil.
Nəzərə almaq lazımdır ki, istənilən halda peşə fəaliyyəti insanın şəxsiyyətində bu
və ya digər izlər buraxa, onun davranışını, rəftar tərzinin bütünlüklə dəyişə bilər. Bir
sıra hallarda peşə fəaliyyəti nəinki insanı inkişaf etməsinə kömək etmir, onun bir mütə-
xəssis kimi deqradasiyasına səbəb olur, məşğul olduğu vacib peşə keyfıyyətlərinin xa-
rakterini əks istiqamətə dəyişir. Belə vəziyyət fəaliyyətin naz effektivliyinə, bəzi hallar-
da isə vəzifə borcunun yerinə yetirilməsi sosial baxımdan təhlükəliliyə zəmin yaradır.
Nəzərə alsaq ki, hüquq-mühafizə işçilərinin fəaliyyəti olduqca gərgin və ekstremal fə-
aliyyət növlərinə aiddir, bu fəaliyyətdə peşə deformasiyasının artma ehtimalı digər sa-
hələrə nisbətən daha yüksəkdir (3, s.34).
Peşə deformasiyası peşə fəaliyyətinə daxili və xarici amillərin mütəmadi təsiri nəti-
cəsində şəxsiyyətdə psixoloji dezorientasiyanın yaranması, koqnitiv təhrif olunmaların
və ziddiyyətlərin ortaya çıxmasıdır. Peşə deformasiyası zamanı şəxsiyyətin peşəkar –
spesifık tipi ortaya çıxır.
Peşə deformasiyasına geniş aspektdən yanaşsaq görərik ki, ümumi planda uzun
illər eyni peşə fəaliyyətinin yerinə yetirilməsi peşəkar yorulmaya gətirib çıxarır, fəaliy-
yətin icra üsullarının repertuarının birləşdirilməsinə zəmin yaradır, şəxsiyyətdə peşəyə
məxsus bilik, bacarıq və vərdişlər sıradan çıxır və ya unudulur, əmək fəaliyyətinin sə-
mərəliliyi olduqca aşağı düşür.
Elmi ədəbiyyatda, xüsusilə hüquqi ədəbiyyatlarda göstərilir ki, peşə deformasiyası
– bu tədricən şəxsiyyətin və fəaliyyətin strukturunun mürəkkəbləşməsi fonunda əmək
fəaliyyətinin effektivliyi azalır və belə vəziyyət şəxsiyyətin inkişafına, başqaları ilə
münasibətinə və peşə fəaliyyətinə neqativ təsir göstərməsində yaranan prosesdir.
Təbii ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarında peşə deformasiyası işçinin
xarici mühitin və ekstremal fəaliyyətin təsiri ilə peşə keyfıyyətlərinin və şəxsiyyət key-
fiyyətlərinin təhrif olunmasına gətirib çıxarır. Başqa cür desək insan da işinin xüsusiy-
yətlərində yaranan davranış stereotipləri formalaşır ki, bu da onun özünə və başqaların
baş ağrıları gətirir, ümumilikdə işin ahəngini pozur. Aparılmış tədqiqatlar göstərir ki,
peşə deformasiyası adətən “insan-insan” münasibətlərinin üstünlük təşkil etdiyi sahə-
lərdə daha çox özünü təzahür etdirir.
Belə olan şəkildə hüququ mühafizə işçilərinin fəaliyyətinin spesifıkliyi , özündə bu
və ya digər dərəcədə insan şəxsiyyətinə və davranışa təsir göstərən neqativ halları
∗
Doktorant, BDU
Sivilizasiya
159
daşıması, cinayətkarla tez-tez münasibətlərdə olması halları bu fəaliyyətin deformasiya
xarakterini artırır.
Polis işçilərində zəruri psixoloji hazırlıq və iradi-əxlaqi keyfıyyətlərin sabitliyi
olmadan onların şəxsiyyətində və peşə fəaliyyətində deformasiyaların ola biləcəyi
ehtimalı artır. Bütün bu hallar polis işçilərinin işgüzar münasibətlərinin effektivliyinə,
xidməti fəaliyyətinin keyfıyyətinə təsir göstərir, şəxsiyyətin bütövlüyünü pozur, onun
aktivliyini azaldır və dayanıqlığına ciddi zərbə vurur. Bəs, görəsən, peşəkar deformasi-
yanın səbəbləri bununla yekunlaşırmı? Bəzi tədqiqatlarda peşə deformasiyalarının müx-
təlif səbəbləri göstərilir.
Tədqiqatçılar peşə deformasiyalarının yaranmasına təsir göstərən amilləri içərisin-
də mütəxəssis-peşəkarın məcburi ünsiyyətdə olduğu əhatə dairəsini və onun fəaliyyəti-
nin spesifıkliyini əsas amillərdən hesab edirlər. Bundan başqa peşə deformasiyasına
gətirib çıxaran daha vacib amillərdən əmək bölgüsü və peşə sahələrinin daha dar
ixtisaslaşmaya məruz qalmasıdır (4 s.15).
Uzun illər ərzində insanın məşğul olduğu iş, adəti üzrə məsələlərin həlli peşəkar
bilikləri zənginləşdirmək əvəzinə, peşə vərdişləri, stereotiplər, təfəkkür tərzi və ünsiy-
yət manerası yaradır. Bu isə işin təkmilləşməsinə deyil avtomatik həllinə zəmin yaradır
ki, müəyyən müddətdən sonra peşə deformasiyası yaradır.
Psixoloji ədəbiyyatda peşə deformasiyasına aparan üç qrup amillər müəyyən edilib.
Bunlara aşağıdakılar daxildir:
- hüquq
mühafızə fəaliyyətinin spesifıkliyi ilə şərtlənmiş amillər
-
şəxsiyyət xüsusiyyətləri ilə şərtlənmiş amillər
-
sosial-psixoloji xarakterli amillər.
Hüquq
mühafızə orqanlarının işçilərinin xüsusiyyətlərini əks etdirən amillərə aşa-
ğıdakılar daxildir:
- əməkdaşların iddia səviyyəsinin qeyri-adekvat imkanları və yüksəlmiş şəxsiyyət
gözləmələri;
- peşəkar hazırlığın çatışmaması;
- əməkdaşların bəzi vacib peşə-şəxsiyyət keyfıyyətləri arasında spesifık əlaqənin
olması (belə ki, qətiyyətlilik aşağı özünənəzarətlə müşayiət olunduqda insanda
fövqəladə yüksək özünəinam yaranır);
- peşə təcrübəsi;
- peşə yönəlişləri (qlobal şübhəlilik, başqalarını cinayətkar gözündə görmək və s.);
- hüquq mühafizə orqanlarının işçilərinin şəxsiyyətinin sosial-psixoloji dezadaptasi-
yası. Bunun nəticəsində aqressivlik təzahür edir, zorakılığa meyilli olur, vətəndaşla-
ra, müraciətdə kobudluğa yol verir və s.;
- fəaliyyətin motivasiyasının dəyişməsi (fəaliyyətə marağın itməsi, peşəyə həvəssiz-
lik və s.).
Sosial-psixoloji xarakterli peşə deformasiyası amillərinə aşağıdakılar daxildir:
- tabeliyində olanlarla qeyri-adekvat və kobud davranış tərzi;
- xidmətdən kənar yaxın sosial əhatənin xoşagəlməz təsiri (məsələn, ailə, uşaqlar və s.);
- hüquq mühafızə fəaliyyətinin cəmiyyət həyatında təqdir olunmaması, belə vəziyyət
orqan işçilərinin öz fəaliyyətinə laqeyd yanaşmasına və öz peşəsinə inamsızlığına
gətirib çıxarır.
Belə olan şəkildə peşə deformasiyası xarici amillərin təsiri ilə yaranır. Ancaq bu
amilləri bütünlüklə neyrtrallaşdırmaq mümkün olmadığından peşə hazırlığının sistemli
Bakı Avrasiya Universiteti
160
şəkildə həyata keçirilməsini zəruri edir. Bəs peşə deformasiyasının əsas təzahürləri nесə
baş verir?
Aparılmış tədqıqatlar göstərir ki, peşə deformasiyaları peşə fəaliyyətinin neqativ
dəyişilməsində və davranışda təzahür edir. Bununla yanaşı peşə deformasiyasının təza-
hüründə şəxsiyyətin sosial-psixoloji strukturunda baş verən neqativ dəyişilmələr də diq-
qət mərkəzinə gətirilir. Məsələn, davranışın stereotipləri, peşə vərdişləri, bacarıqlar, ün-
siyyət tərzi dəyişir ki, bu da peşə fəaliyyətinin müvəffəqiyyətlə həyata keçirilməsinə
maneə olur.
Peşə deformasiyalarının təzahüründə funksional vəzifələrin yerinə yetirlməsində
formal münasibətin ortaya çıxması da əsaslı rol oynayır. Həmçinin peşə deformasiyası-
nı fərdin psixoloji cəhətlərini yenidən təşkilinin arzuedilməzliyi də yarada bilir. Burada
söhbət psixi proseslərdən, psixi vəziyyətlərdən, psixi xassələrdən, şəxsiyyətin struktu-
rundan, həmçinin onun şüurlu və qeyri-şüuri komponentlərindən gedir. Bu yenidən təş-
kil olunmalar şəxsiyyətin peşə keyfıyyətlərinin və onun meyllərinin mənfı istiqamətə
dəyişməsinə səbəb olur. Aparılmış tədqiqatlar şəxsiyyətin deformasiyasının təzahürü-
nün sistemləşdirilməsinin bir neçə üsullarını qruplaşdırmağa imkan verir:
1. Hər şeydə öncə vəzifə deformasiyası baş verir. Belə ki, rəhbər işçi özünün
səlahiyyətlərini məhdudlaşdırmayaraq başqalarını sıxışdırmağa başlayır, başqa fıkirlərə
səbirsiz yanaşır, özünün səhvlərini görmək bacarığı itir, özünütənqid aşağı düşür və
onda belə bir təsəvvür formalaşır ki, onun dediyindən başqa hamının fıkri səhvdir.
Adaptiv deformasiya zamanı şəxsiyyətin fəaliyyət şəraitinə passiv adaptasiyası baş
verir və nəticədə insanda konformizmin yüksək səviyyəsi formalaşır və о təşkılatdakı
qəbul olunmuş davranış modellərini sözsüz qəbul edir.
Peşə deformasiyasının daha dərin səviyyələrində hüquq mühafızə işçilərində şəx-
siyyət keyfıyyətlərinin əhəmiyyətli dərəcədə, aydın neqativ yönümdə dəyişməsi.
Aşağı səviyyədə emosionallıq, aqressivlik və hakimiyyətlilik halları müşahidə olunur.
Daha ciddi şəkildə peşə deformasiyasının dərinləşməsi peşə deqradasiyası adlanır
ki, bu zaman şəxsiyyətin əxlaqi dəyərlər sistemi dəyişir və peşəyə gərəksiz olur.
Qeyd etdiklərimizlə yanaşı peşə deformasiyasının başqa təsnifatları da vardır.
Onlara aşığıdakıları aid etmək olar:
1. Ümumpeşə deformasiyası. Belə peşə deformasiyaları adətən polis işçilərində
özünü daha qabarıq göstərir. Məsələn polis işçiləri üçün "assosial persepsiya" sindromu
labüddür (yəni belə vəziyyətdə hər kəs potensial cinayətkar kimi qavranılır).
2. Xüsusi peşə deformasiyası. Bu ixtisaslaşma prosesində yaranır. Məsələn, insan
hüquqlarının müdafiəsi zamanı və hüquq sahəsində yaranan deformasiyalardır: müstən-
tiqlərdə-hüquqi şübhəlilik; əməliyyat işçisində aktual aqressivlik; vəkillərdə - peşə
bacarığı; prokurorlarda isə təqsirləndirmələr özünü göstərir.
3. Peşə-tipoloji deformasiyalar. Belə deformasiyalar peşə fəaliyyətinin psixoloji
strukturunda özünü göstərən şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri ilə səciyyəvidir.
Aparılmış tədqiqatlar peşə deformasiyasının altı müvafıq stereotipini müəyyən-
bildirməyə imkan verir:
1. "Rəhbər qəddar, möhkəm, iradəli olmalıdır" stereotipi idarəetmənuin strukturun-
da qarşılıqlı əlaqələri dəyişir, bu fəaliyyəti əmələ görə cəzalandırma rejiminə keçirir,
yəni "əmr müzakirə olunmur".
2. "Rəhbər həmişə düzgündür
,
stereotipi işçinin müstəqil düşüncəsinə, qərarlarına
mənfı təsir göstərir, şəxsi təşəbbüskarlığı sıxışdırır, əmrlərin gözlənməsinə zəmin yaradır.
Sivilizasiya
161
3. "Əmrın müzakirə olunmaması" stereotipi əgər işçilərdə şəxsi mövqeyi varsa
şəxsiyyətdaxili konfliktə gətirib çıxarır .
4. "Balaca adam stereotipi peşə özünüqiymətləndirməni aşağı salır, konformizmin
təzahürünə səbəb olur və xidməti vəzifənin icrasına görə şəxsi mövqeyin olmasına
gətirib çıxarır.
5. "Optimar rol davranışı stereotipi əksər hallarda xidməti situasiyaya və peşə
hərəkətlərinə uyğunlaşma mexanizmi kimi çıxış edir. Belə ki, təhdidedici və aqressiv
davranış şübhəli şəxsdən ifadə olması üçün optimal davranış tərzi və ya strategiyası
hesab edilir.
6. "Günahkarın tapılması" stereotipi bütün hərəkətlərə bəraət qazandırması səbəb
olur və onun cəzalandırılmasını arxa plana keçirir. Bu zaman fəaliyyətin həqiqi səbəblə-
rinin tapılmasının qeyri-effektivliyinin ayırd edilməsi arxa plana keçir, onun çatışmazlı-
ğı qabardılmır.
Peşə deformasiyasının təzahürü fəaliyyətin xarici elementləri ilə, yəni cinayətkarla
və başqa vətəndaşlarla qarşılıqlı əlaqədə daha çox özünü göstərir.
Fəaliyyətin xarici əhatəsi kontekstində hüquq mühafızə işçilərinin peşə deformasi-
yasında aşağıdakı cəhətlər də nəzərə alınmalıdır:
- peşə vəzifəsinin həllində özünün günahsızlığı fonunda özünə inamın artması və
özünüqiymətləndirmənin yüksəlməsi;
- başqa adamlara qarşı “təqsirləndirici meyllilik” yönəlişliyi, fövqəladə dərəcədə
şübhəlilik, başqa adamların qavranılmasında, hərəkətlərinin başa düşülməsində ortaya
çıxan səhvlər;
- qanunun tələblərinə etinasızlıqda təzahür edən hüquqi nihilizm;
- sərt cəzaları özündə əks etdirən hüquqi rigorizm. Cinayətkara, onun şəxsiyyətinə
və törədilmiş cinayətə qarşı nisbətdə daha sərt ölçülərin qəbul edilməsi;
- qapalılıq stereotipi, artıq gizliliyə meyllilik, öz işinə çox əhəmiyyət vermə və
fövqəladə nəzarətə meyillilik;
- özünün xidməti rolunu, peşə bacarıqlarmı və yönəlişlərini xidmətdən kənar müna-
sibətlərə köçürülməsi;
- kriminal submədəni elementlərin qavranılması və onun özünün fəaliyyətində
istifadə etməsi;
- vətəndaşlar üçün işgüzar ünsiyyət formasından, adi vətəndaşlar üçün qəbul
edilməyən, təhqiredici müraciətdə "Siz" əvəzinə "sən"dən istifadə edilməsi;
- cinayətkarlara və başqa vətəndaşlara ancaq hakimiyyət metodlarından istifadə
etmək yönəlişliyinin mövcudluğu, konfliktli vəziyyətin həll edilməsi zamanı adi
üsullara üstünlük verilməsi;
- pedantizm, işdə yersiz formalizm və öz kompetensiyası çərçivəsində konkret
qərarların qəbulunun keçidirilməsi.
Hüquq mühafızə orqanlarının işçilərində peşə deformasiyasının profılaktikası
zamanı ciddi tədqiqatların aparılması və kompleks tədbirlər sisteminin həyata keçiril-
məsi vacibdir. Bu zaman iş yerindən köçürmələrdən tutmuş psixkorresiya və konsulta-
siya proseduranın aparılması zəruridir. Hesab edirik ki, belə tədbirlər xoşagəlməz və so-
sial baxımdan təhlükəli olan peşə deformasiyalarının aradan qaldırılması təsir göstərə-
cəkdir.
Bakı Avrasiya Universiteti
162
Qaynaqlar:
1. Bayramov Ə. S., Əliyev В. H. Hüquq psixologiyası. Bakı: 2012, 765 c.
2. Емельянов, Ю.Н. Теоретические и методические основы социально-психологического
тренинга: учебное пособие. Л.: ЛГУ, 1983, 103 с.
3. Жуланов А.В. Психологические основы успешности профессиональной деятельности
в экстремальных условиях // Деятельность сотрудников органов внутренних дел при
чрезвычайных обстоятельствах: сб. науч. Тр. Волгоград: ВА МВД России, 2009, 240 с.
4. Леонова А.Б. Комплексная стратегия анализа профессионального стресса: от диагнос-
тики к профилактике и коррекции // Психологический журнал, 2004, №2, с.54-56
5. Райгородский Д.Я.Практическая психодиагностика. Методики и тесты. Учебное
пособие. Самара: БАХРОХ, 1998, 672 с.
Dostları ilə paylaş: |