153
Biokimyadan mühazirələr.
MƏRUZƏÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu
MÖVZU 13. LİPİDLƏRİN MÜBADİLƏSİ. SADƏ VƏ MÜRƏKKƏB LİPİD-
LƏRİN MÜBADİLƏSİ VƏ BİOSİNTEZİ. LİPİD MÜBADİLƏSİ-
NİN POZĞUNLUQLARI
P L A N
1. Lipid mübadiləsi haqqında
ümumi məlumat
2. Yağların parçalanması
3. Qliserin və yağ turşularının mübadiləsi
4. Yağabənzər maddələrin mübadiləsi
5. Sterinlərin mübadiləsi
6. Ali yağ turşularının biosintezi
7. Yağların (triqliseridlərin) sintezi
8. Lipid mübadiləsinin pozğunluqları
downloaded from KitabYurdu.org
154
1. Lipid mübadiləsi haqqında ümumi məlumat: Lipidlər orqanizmin əsas enerji
materialı sayılır. İnsan və heyvanların enerjiyə olan ehtiyacının 30–40%-i
lipidlərin, xüsusilə neytral yağların hesabına ödənilir. İnsan və heyvan orqanizminə
lipidlər qida vasitəsilə daxil olur. İnsan orqanizminə
gün ərzində qida vasitəsilə
50–70
q heyvan və bitki mənşəli lipidlər (o cümlədən 10
q doymamış yağ turşuları,
10
q fosfolipidlər və 0,5
q xolestrol) daxil olur. Mədə-bağırsaq sistemində lipidlə-
rin çevrilməsi və bağırsaqlardan sorulması mürəkkəb prosesdir.
Lipidləri parçalayan əsasən lipaza fermentidir. Mədədə bu ferment az
fəaldır. Yaşlı insanlarada 5%-dən az (əsasən süddə olan yağ) hissəsi parçalanır.
Mədə şirəsində lipaza bütün heyvanlarda olur, lakin az fəaldır. Bu ferment zəif turş
mühitdə (
pH=4–5) yağları qliserinə və yağ turşularına parçalayır. Ancaq körpələr-
də mədə lipazası aktivdir, lipidlərin parçalanması zamanı öd axarı
onikibarmaq
bağırsağa açılır və nəticədə yağlar emulsiyalaşır. Öddəki öd turşuları (qlikoxol,
qlikodezoksixol, tauroxol turşuları) yağ turşuları ilə birləşib suda həll olan (yağlar
suda həll olmurlar, bu səbəbdən bağırsaq divarlarından sorula bilmirlər) kompleks-
lər (xolein turşularını) əmələ gətirirlər. Yağların parçalanması nəticəsində əmələ
gələn qliserin suda həll olduğundan bağırsaqlardan asanlıqla sorulur. Bağırsaq
divarlarının epitel hüceyrələrində lipidlərin parçalanması nəticəsində
əmələ gələn
məhsullardan (qliserin, ali yağ turşuları, mono- və diqliseridlər) yenidən triqlise-
ridlər (neytral yağlar) və ya fosfolipidlər sintez olunur. Bu proses
resintez adlanır.
Resintez yolu ilə əmələ gəlmiş lipidlərin əsas hissəsi (80%-ə qədəri)
limfa
sisteminə, nisbətən az (20%-ə qədəri) isə
müsariqə venaları vasitəsilə qapı
venasına keçir. Resintez prosesi nəticəsində bağırsaq divarlarında ATF, koenzim-A
və sitidin trifosfatın iştirakı ilə müəyyən miqdar (30–40%) neytral yağlar sintez
olunur. Bunların bir qismi orqanlarda ehtiyyat şəklində toplanır, qalanı isə hidroliz
olunaraq qana sorulur, ayrı-ayrı orqanlara aparılır.
Dostları ilə paylaş: