Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə12/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   8   9   10   11   12   13   14   15   ...   56
biologiya kitab 1

Cədvəl 3. Mononukleotid komponentləri

Nuklein turşuları
növləri

Pentoza

Purin əsasları

Pirimidin əsasları

DNT

Dezoksiriboza

Adenin, quanin

Sitozin, timin

RNT

Riboza

Adenin, quanin

Sitozin, urasil

DNT-nin bir zəncirində azot əsasları ardıcıllığı onun ilkin strukturunu əmələ gətirir. Nukleotidlər öz aralarında kovalent rabitələrlə əlaqələnirlər. DNT-nin ikin-cili quruluşu ikiqat spiral zəncirdir. Spiralın hər iki zənciri öz aralarında hidrogen rabitələri ilə birləşirlər. DNT-nin ikiqat zəncirində nukleotidlər elə yerləşib ki, hə-mişə adenin timinlə, quanin isə sitozin ilə rabitə əmələ gətirir, yəni tamamlama prinsipi və ya komplementarlıq prinsipinə əsasən. Strukturuna görə adenin sanki ti-mini, quanin isə sitozini tamamlayır. Beləliklə də, A və T, həm də Q və S tamam-lanmış və ya komplementar azot əsasları adlanırlar (şək. 7).
Temperaturu (900C-dən çox ) artması və ya pH-ın dəyişməsi DNT-nin dena-turasiyasına səbəb olur.
Reduplikasiya – DNT-nin çox unikal, ikiləşmə qabiliyyətidir ki, məhz bunun nəticəsində irsi məlumat ana hüceyrədən qız hüceyrələrə ötürülür.
Replikasiya zamanı DNT-nin ikiqat spiral zənciri fermentlərin təsirindən bir-birindən ayrılır və hər bir zəncirin önündə komplementarlıq prinsipinə əsasən ikinci zəncir əmələ gəlir. Beləliklə, bir DNT zəncirindən 2 DNT zənciri əmələ gəlir.


Şəkil 6. DNT-nin quruluşu : 1-DNT nukleotidinin sxemi; 2- polinukleotid zənciri, DNT spiralı
DNT-nin polinukleotid zənciri fosfat əlaqələrinin hesabına dağılmır. Vali-deyn zəncirin ayrılmasında və yeni polinukleotid zəncirinin əmələ gəlməsində DNT-polimeraza fermenti iştirak edir, lakin digər fermentlər də iştirak edə bilərlər. Əmələ gələn yeni zəncirlər qız zəncirlər adlanırlar. Bu zəncirlərin bir sapı köhnə (ana molekulun yarısıdır), digəri isə yenidən sintez olunandır. Replikasiya qabiliy-yəti olan strukturlar replikonlar adlanır. Bunlar – xromosom, plazmid, virus geno-mudur.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin