C. X. Cübran Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı. 2008, 273 səh



Yüklə 2,16 Mb.
səhifə15/15
tarix01.12.2016
ölçüsü2,16 Mb.
#534
1   ...   7   8   9   10   11   12   13   14   15

Səlahəddin Xəlilov
Son söz əvəzi:

Cübran və Azərbaycan

ədəbi-fəlsəfi fikri
Böyük şair – bizim sükutumuzu

ifadə edə bilən şairdir

C.X.Cübran


C.X.Cübran Azərbaycan oxucusunun təsəvvürünə professor Aida İmanquliyevanın təqdimat prizmasından həkk olunmuşdur. Aida xanım Cübranı elə sevdirə bilmişdir ki, o, bu gün də xatirəmizdə öz doğma mü­tə­fəkkirlərimizdən biri kimi qalmaqdadır. Əslində bir az geniş miqyasda bax­dıqda C.Cübran Şərqi təmsil etməklə məhz bizim dünyamıza aiddir. Onun yaradıcılığı da ilk növbədə Şərq ruhunu və nə qədər təəccüblü ol­sa da, məhz İslam Şərqini təmsil edir. Özü xristian ailəsində dünyaya göz açsa da, onun idealı və səcdəgahı müsəlman peyğəmbəridir. «Pey­ğəmbər» əsərinin qəhrəmanı kimi əl-Mustafa (Məhəmməd peyğəmbərin təxəllüslərindən biri) obrazının seçilməsi də təsadüfi deyildir.

Şərq ruhunu Qərbdə ən yüksək səviyyədə ifadə edən, klassik Şərqin əzəmətini və ecazkarlığını yeni dövrün ifadə vasitələri ilə amerikanların öz dilində onlara təqdim edən böyük ərəb mütəfəkkiri Cübran Xəlil Cübran bu gün də qəlbləri riqqətə gətirir. Öz sözünü ən çox şeir dilində, poeziya ilə çatdıran Şərq, Hegelin də vurğuladığı kimi, epik düşüncə vərdişlərinə çox az yiyələnmişdir ki, bu da bir çox mətləblərin çağdaş Qərb adamının başa düşəcəyi şəkildə çatdırılmasına mane olur. Əlbəttə, C.Cübranın nəsri də şairanədir. O, Amerikada yaşasa da, məhz Şərq ruhunu təcəssüm etdirir. Amma bu işi elə yüksək səviyyədə həyata keçirir ki, ona heyran olmamaq mümkün deyil. O, təkcə sözün yox, fikrin də virtuozudur.

Bir çox tədqiqatçılar Cübran Xəlil Cübran yaradıcılığına Qərb mütəfəkkirlərindən Bleyk, F.Nitsşe, Uitmen və s.-in ciddi təsir etdiyini vurğulayır, müqayisələr aparırlar. Belə bir təsirin mövcudluğu şübhə doğurmur. Amma bununla belə Cübran Xəlil Cübranın yaradıcılığı təpədən-dırnağa Şərq hadisəsidir. Bənzəyiş isə daha çox dərəcədə adı çəkilən Qərb mütəfəkkirlərinin də öz növbəsində Şərq mənbələrindən təsirlənməsinin nəticəsidir. Yəni təməldə Şərq dayanır. Əgər F.Nitsşe ənənəvi Şərq üslubuna müraciət edirsə və təfəkkür baxımından da Şərqlə Qərbin sintezindən çıxış etməyə çalışırsa və bu ahəng böyük daxili səylər hesabına əldə edilirsə Cübran buna heç bir çətinlik çəkmədən nail olur. Onun təkcə düşüncəsi yox, ruhu da Şərq ruhudur. Əksinə, Cübranın göstərdiyi səylər yazdıqlarını Qərb oxucusu üçün daha anlaşıqlı etmək istiqamətində ola bilər. Nəticələr isə bir-birinə necə də bənzəyir. Şərq ruhunun Qərb düşüncəsinə doğru qət etdiyi yol qarşı tərəfin Şərq ruhuna doğru qət etdiyi yolla ortaq nöqtədə kəsişir. Və bu zaman unutmaq olmaz ki, kəsişmə xətti və eyniyyət məqamı daha çox formaya, üsluba aiddir. Məzmuna gəldikdə isə burada bənzəyişdən daha çox fərq vardır. Təsadüfi deyil ki, Aida İmanquliyeva da diqqəti məhz bu məqama yönəldir: «Nitsşe belə hesab edirdi ki, müharibələr bəşəriyyəti zəiflik qarışığından və şübhələrdən təmizləyir, gücün təntənəsinə və şəxsiyyətin bütövlüyünə doğru aparır. Lakin Nitsşeyə məxsus olan «kütləyə» həqarətlə baxmaq və nifrət etmək, fərdiyyətçilik şüuru üçün tipik cəhət olan «kütlənin» «seçilmiş şəxsiyyətə», «fövqəlinsana» qarşı qoyulması Şərq romantikləri üçün xüsusilə yabançı idi».1 Aida İmanquliyeva «Mən həmişə onun (Nitsşenin – A.İ) üslubunun inandırıcı olduğunu hiss etmişəm, lakin onun fəlsəfəsi mənə dəhşətli və tamamilə yalnış fəlsəfə təsiri bağışlayıb».2 Həqiqətən də, «gözəllik pərəstişkarı» olan Cübran nihilizmi, dünyanın qara rənglərlə təsvirini qəbul edə bilməzdi. Təsadüfi deyildir ki, «bütün zamanların dahisi» kimi Cübran nitsşeləri deyil, İslam dünyasının böyük filosofu İbn Sinanı dəyərləndirir.

C.Cübranın ilham mənbəyi insan daxili aləminin nurlu məqamları ilə bərabər, həm də təbiətin işıqlı ruhudur. Onun yaradıcılığında təbiət canlı bir obraz kimi iştirak edir. Bu cəhəti xüsusi vurğulayan Aida xanım İmanquliyeva Cübran yaradıcılığının cazibəsini ilk növbədə təbiətdən ilham alması ilə izah edir: «Cübran təbiəti ilahiləşdirir, təbiətə canlı bir insan kimi müraciət edirdi. …O, təbiətdə məhəbbət və nifrət, sevinc və kədər, səadət və bədbəxtlik arayır. Yazıçı təbiətlə danışır, onu özünün müəllimi və ilhamvericisi hesab edir».1

Bu baxımdan, müasir türk dünyasının böyük yazıçısı Ç.Aytmatov da Cübranla müqayisə oluna bilər. Onun da yaradıcılığında təbiət canlanır, Boz qurd, Qara nər, Ana maral insaniləşir, duyğuların daşıyıcısı olan konkret varlıqlar arxa plana keçir və dünya özü duyğuların vahid məkanına çevrilir. Başqa sözlə, cisimlər, varlıqlar arasındakı münasibətlər mücərrədləşrək və ümu­mi­­ləşdiri­­lərək duyğular arasında münasibət kimi, artıq sim­vollaşmış dünyanın nağılları şəklində təqdim olunur. Onun bədii təfəkkürünün işığında təbii təbiətlə yanaşı, ikinci – ictimailəşmiş təbiətsiyasiləşmiş dünya da Şərq müdrikliyinin ənənəvi üslubunda şərh olunur. Rus dilində yazan Aytmatov da, ingilis dilində yazan Cübran da mahiyyət müstəvisində Şərq lirizmindən bəhrələnirlər.

İnsanla, təbiətlə bağlı, hikmətlə dolu hə­dis­lər, qanadlı sözlər, aforizmlər klassik Şərqdə elə yüksək bədii təcəssüm sə­viy­yəsinə qalxmışdır ki, heç bir Qərb yazıçısı onlarla yarışa girə bil­məz. Lakin zaman özü dəyişmişdi. Yeni dövr elə yeni problemlər qoy­muş­du ki, bunların şərhinə ancaq Qərb tədqiqatçılarının və ya­zar­ları­nın əsərlərində rast gəlmək olurdu. Şərq şairləri isə təəssüf ki, yenə də köhnə hava çalırdılar.

Cübran və onun Əmin ər-Reyhani, Mixail Nuayme kimi həmkarları bununla fərqlənirlər ki, onlar məhz çağdaş problemləri ənənəvi Şərq müdrikliyinin predmetinə çevirir, yeni dövrün hikmət salnaməsini yazırdılar.

İctimai inkişafda Şərqə qayıtmaq yox, əksinə, Qərb də­yər­lərini mənimsəmək və onları Şərqin ruhu ilə isidərək can­lan­dırmaq, maddi həyatın cansıxıcı aurasına təravət gətirmək, tex­nika əsrini insani mahiyyətdən məhrum edən ifrat rasi­o­na­liz­mə liriklik, həzinlik, şəfqət qatmaqla yeni dövrü daha ahəng­dar etmək missiyası Cübran sənətinin leytmotivi sayıla bilər.

Cübran Xəlil Cübran təbii ki, orta əsrlərin ab-havasını hər nə olursa-olsun saxlamağa çalışan konservativ qüvvələri tənqid edir. Aida İmanquliyeva yazır: «Ətalətin və cəhalətin ifşası, azadlığın buxovlanması əleyhinə etiraz, dini ehkamlara qarşı çıxmaq, həyatdan və onun ictimai normalarından narazı qalaraq bəzən reallıq aləmindən sehrçilik aləminə, xəyal və fantaziya aləminə qaçmaqda, mədəniyyətdən uzaqlaşıb təbiətdə pənah tapmaqda və onunla qovuşmağa çalışmaqda özünü göstərən məyusluq Cübranın yaradıcılıq yolunun xarakterik mərhələləri, onun əsərlərinin əsas xüsusiyyətləridir».1

XIX əsr Avropa ədəbi mühitində Şərq poetik ənənələrinə və Şərq dəyərlər sisteminə marağın artması və bu prosesdə Emerson, Uitmen və s. ilə yanaşı, ərəb mənşəli şairlərin (C.Cübran, Əmin ər-Reyhani, Mixail Nü­aymə və s.) iştirakı, bu yeni keyfiyyətli sintez hadisəsinin elmi-nəzəri şər­hi ilk dəfə Ai­da İman­quliyeva tərəfindən verilmiş­dir. O, yazır: «Cüb­ran və ər-Rey­haninin yaradıcı potensialı Qərbin ro­man­tizm dəyərlərinin mə­nim­sə­nilməsi sayəsində güclənirdi ki, bu da ərəb yazıçılarını daha geniş, qlo­bal, ümumbəşəri prob­lem­lər qoya bilmək səviyyəsinədək yük­səldir və son nəticədə on­la­rı yalnız dünya ədəbi prosesinin bərabər­hü­quqlu işti­rak­çısı de­yil, həm də yeni bədii dəyərlərin carçısı edirdi»1. A.İman­quliyeva sadəcə ola­raq C.X.Cübran, ər-Reyhani və M.Nüay­mə ədə­bi-bədii yara­dı­cı­lı­ğı­nı təhlil et­məklə kifayət­lən­məyib, onların tim­sa­lında bütövlükdə pla­neti­miz­də gedən yeni tipli proseslərin; Şərq və Qərb dün­­ya­gö­rüş­lərinin və ədəbi-bədii dəyərlər sisteminin vəhdəti məsələsinin el­mi-fəlsəfi təhlilini verir. O, bu proseslərin adı çəkilən ərəb ya­zı­çı­la­rı­nın ya­ra­dıcılığında bədii ifadəsini araşdıraraq ya­zır: «Onlara əzəl­dən Şərq xalq­la­rı­nın mə­dəniyyətinə xas olan ümum­bə­şəri və hu­manist ideallar əsa­­sın­­da öz doğma mədəniyyətlərində bu də­yər­lərin təsdiqi üçün mü­­va­fiq üsullar tapmaq asan idi. Eyni zamanda, heç vaxt unut­maq lazım de­yil ki, bu yazıçıları öz vətəninin adət-ənənələrini və öz dilini qoruyub-sax­layan mühacirlər mühiti əhatə edir­di. Buna görə də, onlar iki mədəni ənənənin – həm Şərqin, həm də Qər­bin mədəni əlaqələrinin daşıyıcıları oldular».2

Peyğəmbər və İblis mövzusu, haqqa, düz yola çağıran və düz yol­dan azdıran qüvvələrin ümumiləşmiş obrazlarının neçə əsr keç­dik­dən son­ra, yenidən gündəmə gəlməsi təsadüfi deyil. Xe­yir və Şər, İşıq və Qaranlıq, Əql və Nəfs, Zəka və Ehtiras əsrlər bo­yu ancaq qarşı-qar­şıya duran, mübarizə aparan tərəflər kimi təq­dim və təsvir edilmişdi. Vəh­dət məqamı hələ çatmamışdı. Bu mü­ba­rizə XIX əsrdə də davam edir­di. C.X.Cübran «Peyğəmbər» əsə­ri­nin «Zəka və Ehtiras» böl­mə­sin­də Peyğəmbərin dili ilə deyir: «Sizin qəlbiniz çox vaxt zəka və düşün­cə­nin ehtiras və aludəçiliyə qarşı müharibə apardığı döyüş meydanını xa­tır­ladır»1. Lakin zaman elə zaman idi ki, indi ancaq döyüş yox, həm də qar­şılıqlı anlaşma və vəhdət tələb olunurdu. Əlbəttə, söhbət şərlə vəh­dət­dən getmir. Söhbət şərə aparan yolların səmtini dəyişməkdən, əqlin hissi tərbiyə etməsindən gedir.
Cavidi də, Cübranı da əgər bir yığcam fikirlə səciyyələndirmək istəsək, ən yaxşı sözlər Cabbarlının söylədiyi «günbatan fikirli, gündoğan duyğulu bir sima…» ifadəsi olardı.

Zahiri əlamətlərə görə Cavid və Cübran xeyli dərəcədə müxtəlif şəxsiy­yət­lərdir. Biri – türk, o biri – ərəb, biri – müsəlman, o biri – xristian. Lakin on­lar mahiyyət müstəvisində çox yaxındırlar. Hər ikisi Qərb mədəniy­yətinə yük­sək dərəcədə bələd olan, amma öz şərqli təbiətini dəyişməyən, hətta müasirlik axtarışında da Şərq ruhundan çıxış edən mütəfəkkir-şairlərdir. Eyni zamanın məzmununu və pafosunu eyni janrlarda ifadə edirlər. İkisinin də səcdəgahı gö­zəl­likdir. (Cavid: «Mənim Tanrım gözəllikdir, sevgidir», Cübran: «Gö­zəl­li­yin hüdudlarından kənarda nə din var, nə elm»).

Cavid və Cübranın yaradıcılığını, onların həyat və fəaliyyətini daha ət­raf­lı öyrəndikdə gözlərimiz önündə fəlsəfədən də, poeziyadan da, publisis­ti­kadan və bütün digər vasitələrdən də məhz öz xalqının, millətinin, habelə bütün bəşəriyyətin tərəqqisi naminə bir vasitə kimi istifa­də edən böyük ziyalı, əsl humanist insanlar canlanır.

Cavid üçün də, Cübran üçün də əsas məqsəd ideyanı çatdırmaqdır. Bədii üsul və təhkiyə ola bilsin ki, hətta təsadüfi seçilmiş vasitələrdir. Yəni əsas inkişaf xətti ideya ilə bağlı olduğundan hadisələr sonradan seçilir və bu ideyanın təkamülünə uyğunlaşdırılır. Hər ikisi irəlicədən qoy­du­ğu bir fəlsəfi ideyanın bədii yolla açılışına çalışarkən cari, gerçək hadisələrdən daha çox tarixi mövzulara və rəvayətlərə müraciət edirlər. Bu mövzular ümumbəşəri mövzulardır. Konkret zaman və məkanla bağlı deyildir. Hətta tarixdə həqiqə­tən məlum olan hadi­sə­lər də konkret zaman-məkan müəyyənliyindən, dövrün spesifik xüsusiyyətlərindən, milli- etnoqrafik mündəricədən azad olunur, bü­tün bunlar ancaq rəmzlərlə təqdim edilir və təhkiyə yalnız ide­ya­­nın açılışına xidmət edir. Sanki bədii xarakter də, milli kolo­rit də arxa plana keçir və ideyanın inkişaf yolunu kölgədə qoyma­maq üçün bir fon rolunu oynamaqla kifayətlənir. Yəni hər ikisində ha­di­sə­lər ikinci plandadır, fokusdan kənardadır və burada hər hansı de­ta­lın elə bir əhəmiyyəti yoxdur.

Cavid də, Cübran da ənənəvi Şərq fəlsəfəsinə dərindən bələd olan, daha doğrusu, bütün ruhu Şərq hik­mətindən yoğrulmuş, lakin eyni zamanda Yeni dövrün rasional düşüncə ənənələrini də gözəl mənimsəmiş olan mütəfəkkirlərdir. Başqa sözlə desək, onların yaradıcılığı bir sintezdir; min illərin keşməkeşlərindən keçib gələn və bir dağ çayını xatırladan qəlb çırpıntıları dənizin lal sularına qatılaraq sakit və möhtəşəm Qərb düşüncəsini dalğalandırır.

Emosional-mənəvi pafos, çılğın zəka məntiqi təfəkkürün sürəkli və geniş fəzasında rahatlıq tapır.

C.X.Cübranın yazdıqları forma etibarilə də hədisləri, hekayətləri, aforizmləri xatırladır və ilk baxışda ənənəvi Şərq hikmətindən heç nə ilə fərqlənmir. Diqqətlə araşdırdıqda isə Cübranın ənənəvi Şərq fəlsəfi fikrini Qərb oxucusuna daha yaxşı çatdıra bilmək üçün epik və lirik ifadə formalarının vəhdətindən çıxış etdiyinin şahidi oluruq.

Məsələn, Şərq düşüncəsində dərin kök atmış belə bir ifa­də­ni yada salaq: “Allah insanın qəlbindədir”. Bu obrazlı deyi­li­şə düzəliş vermək heç kimin ağlına da gəlmir. Cübran isə Pey­ğəm­bərin adı ilə yazır: “Əgər sevirsinizsə deməyin ki, “Allah mə­nim qəlbimdədir”; daha düzgün olar ki, deyəsiniz: “Mən Al­la­hın qəlbindəyəm”. Yəni burada söhbət insanın Allahı ehtiva et­məsindən deyil, onun Allah tərəfindən ehtiva olunmasından gedir.

Sufizmdə geniş yayılmış “haqqa çatmaq”, “haqq məndə­dir” fikri düzgün təfsir olunmadıqda insanın ən ali məqam kimi başa düşülməsinə gətirir. Halbuki, insan Allah məqamına çata bilməz, sadəcə Onda itə bilər. Məqsəd – özünü itirərkən haqqı tapmaqdır. Cübran bu ideyanı ən ümumi şəkildə ifadə etməklə yanaşı, onu əyani obrazlarla da konkretləşdirir: “Ərimək və gecəyə öz nəğməsini oxuyan çay kimi axıb getmək!”.

Ənənəvi Şərq fəlsəfəsində, o cümlədən daosizmdə və su­fizm­də, də­rin kök atmış “könül rahatlığı” ideyası da Cübran tə­rə­findən bir növ təftiş edi­lir və ona daha realistik mövqedən ya­na­şılır. Mütləq rahatlıq və ya müt­ləq tarazlıq mümkün deyil. On­ların öz daxili strukturu var və ancaq dinamik ta­razlıqdan da­nışmaq mümkündür. Sadəcə heç nə istəməmək, heç nə duy­ma­­maq mümkün deyil. Amma bütün duyğular əksiliklərə bö­lünə və bir-bi­ri­ni kompensasiya edə bilər. Biz əks duyğulardan birini yaşayırıqsa onun qar­şı­lığını heç olmazsa rasional idrak səviyyəsində nəzərə almaqla tarazlıq ya­ra­da bilərik. Sevinc eyforiyasından və kədər yükündən ancaq bununla xilas ol­maq mümkündür. “Bəziləri deyəcək: – sevinc kədərdən artıqdır; digər­lə­ri­miz isə – yox, kədər daha böyükdür, deyəcək. Lakin onları ayırmaq olmaz, onlar birlikdə gəlir”. Cüb­ran insan qəlbini bir tərəfinə kədər, o biri tərəfinə sevinc dol­durulmuş tərəzi ilə müqaisə edir və göstərir ki, onlar ancaq bə­rabər olarkən tarazlıq yaranır. Bu ideya obrazlı ifadələrlə da­ha konkret surətdə açılır: “İçinə şərab süzdüyünüz piyalə həmin o piyalə deyilmi ki, əvvəlcə dulusçu sobasında bişirilib”. Yaxud: “Məgər ruhunuzu oxşayan bu ud həmin o ağac deyilmi ki, əvvəlcə bıçaqla oyulub?” Sonra ümumiləşdirmə aparır: “Sevinəndə ürəyinizin dərinliyinə boylanın və onda görərsiniz ki, sizə indi sevinc gətirən şey əvvəl sizi kədərləndirirdi”.

Beləliklə, Cübran məlum Şərq hikmətini strukturlaşdırır və ənənəvi qəlb rahatlığını dinamik tarazlıq kimi təqdim et­mək­lə reallığın əslində bundan kənaraçıxmalar şəklində möv­cud olduğunu vurğulayır. Reallıq lal bir göl deyil. Reallıq sakit və möhtəşəm dənizin hər an dalğalana biləcək təzahürləridir. Yəni sükut, sakitlik içərisində fırtınalar şəklindədir.

Cübran Qərb gerçəkliyinə, rasional idrakın və əməli fəa­liy­yətin nasiranə görkəminə bir lirizm, şeiriyyət gətirir. Ənə­nə­vi Şərq ancaq formaca deyil, məzmunca da Şərqdir. Yəni o, əməl­dən yox, ruhdan bəhs edir. Yerləri deyil, göyləri vəsf edir. La­kin əməli fəaliyyətin, rasional biliyin və hətta texnolo­gi­ya­la­rın da öz ruhu və şeiriyyəti ola bilərmiş! Bu kontekstdə Cüb­ra­nın peyğəmbərin dili ilə zəhmət haqqında dediklərini misal gə­tir­mək yerinə düşər. Cübran sadəcə torpaqdan deyil, «torpağın qəlbindən» danışır, sadəcə fiziki əmək­dən deyil, sevgi ilə yoğrulmuş əməkdən danışır. «Lakin mən sizə deyirəm ki, siz iş­ləyəndə torpağın ən ali istəyini hə­ya­ta keçirmiş olursunuz». Da­ha sonra, Cübran yazır: «Zəhmət do­layısı ilə sevmək – hə­ya­tın ən gizli sirlərinə varmaq deməkdir». Torpağa canlı kimi ba­xanda, onun nəfəsini, pıçıltısını duyanda, zəhmətə sevgi qatan­da bəzən möcüzə də baş verir. Daha doğrusu, möcüzə ancaq sev­gidən yarana bilər. Lakin Şərq poeziyasında vəsf olunan mücərrəd sevgidən fərqli olaraq, burada söhbət məqsədyönlü əməli fəaliyyətdən – zəhmətdən gedir. «Alın yazısını da məhz alın təri ilə yumaq mümkündür».

Cübran yaradıcılığında məhəbbət mövzusu mərkəzi yer tutur. Bir Şərq şairi və mütəfəkkiri üçün tamamilə təbiidir. La­kin onun Şərq və Qərbin vəhdətində da­ya­nan bir mütəfəkkir ol­ma­sı onun məhəbbət ideyasına gətirdiyi yeni çalarlarda gö­rü­nür. Çörəyə dad verən də sadəcə fiziki əmək yox, ona qatılan sev­gidir. Sevgisiz bişən çörəyin dadı olmaz. Və burada cismani dün­yanın ruhani mahiyyəti yad edilir. Cübran insanları «yarat­dıqları hər bir əşyanı öz ruhları ilə canlandırmağa» çağırır.

Biz bədii ədəbiyyatda mövhumatın və xurafatın tənqidinə ən çox is­lam kon­teks­tində rast gəlirik. Cübranın yaradıcılığı belə bir cəhətdən də əla­mət­dardır ki, o özü bir xristian ol­maqla yanaşı, Şərq mühitini, o dövrün ic­ti­mai gerçəkliyindəki ey­bə­­cərlikləri qələmə alır. Və məlum olur ki, dini mən­su­biyyətdən asılı olmadan Şərq elə Şərqdir. Mövhumat və dini fa­natizm də əs­lində dinin özü ilə deyil, bütövlükdə Şərqin, Şərq düşüncə tərzinin tə­nəz­zü­lü və cırlaşması ilə bağlıdır. «Qırılmış qa­nad­lar» əsərində süjet sanki XIX əs­rin – sonu XX əsrin əv­vəllərində Azərbaycan ya­zı­çı­la­rı­nın yaradıcılığında tez-tez qə­lə­mə alınan bir mövzunun eynidir. Professor Aida İman­­quliyevanın qısa şəkildə nəql et­di­yi məzmun belə səs­lənir: «Səlma varlı və nü­fuz­lu atanın yeganə qızıdır. O, başqa adamı sev­mə­sinə baxmayaraq, öz iradəsi əley­hi­nə arxiyepiskopun qardaşı oğlu Mən­sur bə­yə ərə ve­rilir. Səlma ilə evlənmək is­tə­yən Mənsur bəyi qızın gözəlliyi və nə­ca­bə­ti deyil, atanın ona verəcəyi zəngin cehiz ma­raqlandırır…»1 Epi­zod bizə çox ta­nış­dır. Sadəcə olaraq iştirakçılar molla əvəzinə ar­xi­yepiskop, avam müsəlman əvəzinə isə fanatik xristian olan Faris Kə­ra­­mi­dir. Aida İmanquliyevanın yazdığı kimi, «Mənsur bəyin amansızlığına, ta­mah­kar­lığına, bütün eybəcərliklərinə yaxşı bələd olan Faris Kərami yeganə qı­zı­nın ona ərə getməsinin əleyhdarı olsa da, arxi­ye­pis­ko­pun təklifinə etiraz et­mə­yə, ona rədd ca­va­bı verməyə heç cür cürət edə bilmir».2 F.Kə­raminin di­ni av­to­ritet qarşısında öz se­vimli qızını belə qurban verməyə ra­zı­laş­ması əslində xris­tian fanatizminin bariz ifa­də­sidir. (Bu yerdə Mirzə Cəlilin «Ölülər»ini xatırlamamaq mümkün deyil). Deməli, fanatizm bu və ya di­gər dinin tə­biətindən yox, düşüncə və seçim azad­lığının yetərli olmamasından irəli gəlir.

Cübran yaradıcılığı sadəcə müdrik sözlər, hikmətli hekayətlər, lirik deyimlər olmayıb, həm də ciddi sosial məzmun daşıyır. «İctimai ədalətsizliyə qarşı mübarizə Cübran yaradıcılığının ən səciyyəvi cəhətlərindən biri idi… O, ən ədalətli insan cəmiyyəti, zülmün və zalımların, köləliyin və əsarətin, müstəmləkəçiliyin və müstəmləkəçilərin olmadığı möhkəm, güclü, azad ərəb ölkəsi görmək istəyir».1 Lakin təəssüf ki, Cübran da, digər böyük Şərq mütəfəkkirləri kimi, arzudan, utopiyadan o tərəfə gedə bilmir. Onun azad Ərəbistan ideyası da Qərb rasionalizmindən daha çox, Şərq müdrikliyi ilə tərənnüm olunur. Bununla belə Cübranın şərhində lirizm və rasionallıq sıx surətdə vəhdətdədir.

«Həqiqət və güc», «Peyğəmbər və iblis» mövzusu bu bö­yük mütəfəkkirlər üçün bir növ ümumi mövzu olmuşdur. Aida İman­quliyevanın Cübranın «Şeytan» he­kayəsinə işarə ilə yazdığı ki­mi, «iki mütləq başlanğıcın – xeyir və şərin əbədi bir­gə möv­cud­lu­ğu və mü­ba­rizəsinin labüdlüyü»2 demək olar ki, bu şəxsiyyətlərin ha­mısı üçün əsas yaradıcılıq problemi idi. Cübranda da, Caviddə də «İblis» («Şey­tan») əslində dövrün naqis cəhət­lə­ri­nin ümumi­ləş­miş obrazı idi. Hər ikisinin ya­rat­dı­ğı «peyğəmbər» obrazı isə haq­qın, ədalətin ifadəsinə xidmət edirdi. Cavid kon­kret tarixi gerçəkliyi daha çox saxlamış və ümumbəşəri problemləri tarix kon­teks­tin­də şərh etmiş, Cübran isə tarixi və coğrafi konkret­lik­dən, habelə hətta milli və di­ni müəyyənlikdən azad, ümumiləşmiş peyğəmbər obrazı yaratmışdır. Cübranda bu obraz əslində şəx­siy­yət­dən daha çox ideyadır, müəyyən bir idealdır. Burada bö­yük dini idealların XIX əsr konkret­liyində həm Şərqi, həm də Qərbi ehtiva etmək əz­mi ifa­də olunur, ümumiyyətlə insan idealının panoramını yaratmaq təşəb­bü­sü göstərilir.

Maraqlı burasıdır ki, həm şair, həm də filosof olmalarına baxmayaraq, daha çox şair kimi tanınan Cavid və Cübrandan fərqli olaraq məhz filosof və siyasi xa­dim kimi tanınan Məhəmməd İqbal yaradıcılığında da eyni problemlər və hətta eyni süjetlər nə­zərə çarpır. M.İqbalın fəlsəfi görüşlərini təhlil edən alman tədqiqatçısı Anne­mari Şimmel peyğəmbər mövzusunun şərhi ilə bağlı onu İ.Qöte ilə müqayisə edə­rək ya­zır: «İqbalın Qöte ilə olan müna­si­bəti daha genişdir – ümumi fikir bənzər­lik­lərinə xüsusi əhəmiyyət verməsək belə, Qötenin «Mə­həm­mə­din tərənnümü» adlı məşhur bir şerini oxuyarkən istər-istəməz M.İqbalın «Ca­vid­na­mə»də Zin­derud (yaşayan ir­mak) ismi ilə ifadə etdiyi təsəvvürlər yada düşür. Həqiqi mömin pey­ğəm­bər­də ən yüksək mərtəbədə mövcud olan bu irmak sifətini özündə görməlidir».1

Peyğəmbər və İblis mövzusunun, haqqa, düz yola çağıran və düz yoldan azdıran qüv­və­lə­rin ümumiləşmiş obrazlarının neçə əsr keç­dik­dən sonra, onların yenidən gündəmə gəlməsi tə­sa­düfi deyil. Xe­yir və Şər, İşıq və Qaranlıq, Əql və Nəfs, Zəka və Ehtiras əsrlər bo­yu ancaq qarşı-qarşıya duran, mübarizə apa­ran tərəflər kimi təq­dim və təsvir edilmişdi. Vəhdət məqamı hə­lə çatmamışdı. Bu mü­ba­rizə XIX əsrdə də davam edirdi. C. X.Cübran «Pey­ğəm­bər» əsə­ri­nin «Zəka və Ehtiras» bölməsində Peyğəmbərin dili ilə deyir: «Sizin qəlbiniz çox vaxt zəka və düşüncənin ehtiras və aludəçiliyə qarşı müharibə apardığı döyüş meydanını xatırladır».1

Cavidin İblisi də müəyyən mənada inteqrativ xarakter daşıyır. Həyatda Şərin, pisliyin bir zərurət olması və onun san­ki Xeyir, Haqq-Ədalət ideyasını canlandırmağa xidmət etməsi əsas xətlərdən biri kimi çıxış edir. Şər-Xeyir cütlüyündə tərəf­lər­dən biri o birisiz mümkündürmü? Yəni Şər olmasa Xeyir ide­yası özü mövcud ola bilərdimi? Atəşin yandırıcı-yaxıcı tə­bi­ə­ti məlum olmasa idi, nurun məsum siqləti üzə çıxa bilərdimi?

Cavid İblisin dili ilə yazır:


Atəşsiz, inan, nur olamaz sabitü qaim,

Atəş, günəş atəş, bəşəriyyət bütün atəş.

Hər bir hərəkət, məbdəi-xilqət bütün atəş...

Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası

Həp atəşə tapdırmaq idi zümreyi-nası2.
Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər.

Cübranın İblisi də özündən razıdır. O da bu fikirdədir ki, İblissiz dünyada İblisin düşmənlərinə də, ədalət carçılarına, çörəyi İblisə qarşı mübarizədən çı­xan­la­ra da ehtiyac yoxdur: “Məgər sənə, müdrik din xadiminə, məlum deyilmi ki, məhz iblisin varlığı keşişlərin peyda olmasına səbəb olmuşdur və bu köhnəlmiş əda­vət səbəbindəndir ki, qızıl və gümüşlər dindarların cibindən siz vaizlərin və ru­hani ustadların cibinə axmaqda davam edir? Məgər sənin kimi bir üləma bilmirmi ki, səbəbin aradan qalxması ilə nəticə də yoxa çıxacaq?”1 Cübranın İblisi özünü Allah kimi əzəli-əbədi göstərmək üçün onunla bağlı olduğunu iddia edir. İblisin insan təsəvvüründə necə dərin kök saldığını izah etmək üçün belə bir hekayət danışır: «İnsan ilk dəfə günəşi görəndə əllərini uzadaraq söylədi: “Bu göy qübbəsinin arxasında böyük Allah vardır, xeyirin yaradıcısı!” Sonra isə kürəyini işığa çevirdi və yerdəki kölgəsini görüb dedi: “Torpağın dərinliyində qorxulu iblis yaşayır, şər tö­rədicisi”». İşıq varsa, deməli, kölgə də olmalıdır. Lakin İblisin həm kölgə, həm də atəş ola bilməsi onun ikili təbiətini, riyakarlığını da ifadə edir.

Bunu da qeyd etmək yerinə düşər ki, Cübran daha çox İblisin “kölgə” xislətinə, Cavid isə “atəş” xislətinə istinad edir.

Caviddə də, Cüb­randa da İblis çevik, dinamik hərəkət­ve­ri­ci qüvvə kimi təq­dim olu­nur. O insanı daim fəaliyyətə səs­lə­yir. “Mənim ürəyimin dayanması ilə bə­şər­də hər hansı hərəkət də dayanacaq”. Lakin Cübranın İblisi daha səmimidir. O öz məq­­sə­dini gizlətmir: “Mən ölümsüz və əbədi İblisəm. Mən ya­lanın, riyanın, mək­rin və al­çaq­lığın ilhamvericisiyəm və əgər bu xüsusiyyətlər dünyanı tərk edəsi ol­sa, bəşə­riy­yət baxımsız ba­ğa bənzəyəcək ki, orda yalnız xeyir kollarının tikanları bi­təcək”.

Cavidin İblisi daha iblisanədir. O öz fəna işlərini fəzilət kimi, yı­xıcılığı quruculuq kimi təqdim edir. Daha doğrusu, sanki bunların vəhdətini ifadə edirmiş:
Əvət, İblis, o böyük sənətkar

Həm yapar, həm də yıkar, qüdrəti var.1
Azərbaycan ədəbi tənqidində İblisin çox vaxt müsbət obraz səviyyəsinə qaldırılması da bu riyakarlığın necə ustalıqla həyata keçirildiyindən xəbər verir.

Cübranın İblisi Allahla qarşılaşdırılır, O-na alternativ kimi verilir. Ona görə də İblis daha çox Allaha qulluq edən insanların, yəni keşişlərin, rahiblərin çevrəsindədir – onlarla sıx surətdə bağlıdır. Cavidin İblisi ümumiyyətlə insanla bağlıdır. Sanki insan qəlbində əbədi lövbər salmışdır. Ona görə də bütün şər hadisələr insanın öz ayağına yazılmalı imiş!


Siz nə qədər məndən uzaqlaşsanız,

Yer deyil, əflakə uçub qaçsanız,

Qarşılaşıb birləşəriz daima,

Ayrı deyil, çünki biriz daima2.
Təəssüf ki, Azərbaycan ədəbi tənqidində bir çox müəl­lif­lər İblisin ver­si­ya­sına uyaraq Şərin mənbəyini insanın təbiə­tin­də görmək mövqeyini tuturlar. Əs­lində isə insan iblisləşdikcə, öz təbiətindən uzaqlaşır. Özünü dərk etdikcə də öz təbiətinə, missiyasına uyğun yaşadıqda isə İblis üçün əlçatmaz olur.

İnsanı daim müşaiyət edən, ondan heç cür ayrılmaq istə­mə­yən təkcə ib­lis deyil, həm də Müqəddəs ruhdur. Bu ruhun da­şıyıcıları isə coğrafi məkan və za­man fərqlərinə baxmayaraq, hə­mişə bərabərdirlər. Bu yerdə H.Cavidin «Xəy­yam» əsərində söy­lənən bir fikiri yada salmaq istərdik: «Ayrı olsaq da, hə­qi­qətdə birik». Cavidlər və Cübranlar sağlığında bir-birini ta­nı­ma­salar da, yüz illər keçəndən və xırda fərqlər itəndən sonra ideya zirvəsində birləşirlər.




M Ü N D Ə R İ C A T



1 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri. Bakı, Elm, 2003, s. 33.

  • Giriş məqaləsi prof. A.İmanquliyevanın kitablarından götürülmüşdür. Əsərlərin tam mətni və mənbələrlə maraqlanan oxucular kitabların özünə müraciət edə bilərlər: А.Н.Имангулийева. Корифеи новоарабской литературы, Баку, Елм 1991– с.324; А.N.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri. Bakı, Elm, 2003 – 400 səh;, А.N.İmanquliyeva. Cübran Xəlil Cübran, Bakı, Elm, 2002 – 120 səh.

1 Литературная история США, т. Ы.–М.,1977, с.421

1 Xaç suyuna salınma.

1 Nяhavяnd – İranda шяhяrdиr. Mцasиr яrяb musиqиsиnиn ladlarыndan bиrи bu cцr adlanыr.

1 Livanlılarda müqəddəs ata.

2 Livan kəndliləri.

1 Kilsədə ibadət vaxtı yeyilən fətir. Xristian təsəvvürlərinə görə İsanın bədəni.

1 Гуруш – хырда пул.

1 Дйир Киъайа – Ливанын ян варлы вя ян мящшур монастырларындан бири. Ярябъядян «Ъян­нятдя щяйат» кими тяръцмя олунур. 1917-ъи ил Американ няшринин редакторунун гейди.

1 Луканын Инъили 9:58.

1 Игумен – монастырын рущани башчысы.

1 Матта 3:7 – 10 (Инъил, Мирзя Михаелинин тяръцмясиндя, Билдийа тяръцмя институту, Стокщолм, 1993).

1 Варлыг, 3:19.

2 Матtа, 10:8-9.

1 Щявари, апостол – Исанын йахын шаэирдляри, давамчылары.

1 Маtта, 3:10.

1 Скiпетр – щöкmdар əсасы.

1 Аллащын гулу (ярябжя).

1 Иса Мясищ нязярдя тутулур.

1 Müəllif Şərq muğamat musiqisi kontekstində ərəb ladlarından bəhs edərkən bir musiqişünas kimi deyil, özünün həmin musiqi növündən duyduğu emosional vəziyyətlərdən çıxış edərək bəhs açır. Ərəb muğam ladlarından da ikisinin (Nəhavənd, İsfahan) ərəb sözləri ilə adlandırılmaması bu musiqi növünün ümumşərq mənsubiyyətini bir daha təsdiq edir. Qalan iki muğamdan (Səba, Rəsəd) birincisinin (Səba) adı türk və fars muğam sistemində şöbə, yaxud guşə olaraq eyni sözlə adlandığı halda, ikincisinin (Rəsəd) fərqli adlandırılması maraq doğurur və bunun mümkün qədər izaha ehtiyacı var. Azərbaycan muğamları içərisində xüsusi yer tutan Rast muğamının adının farsca rast (doğru, düz, rast gəlmək, «sağ əl» mənaları var) sözündən götürüldüyü fikri ilə, demək olar ki, bütün mütəxəssislər razıdır. Bir muğam adı kimi müxtəlif izahlarından ona səslərinin əksəriyyətinin əsas pərdə ilə rastlaşdığına görə bu adın verildiyi fikri diqqəti çəkir. Onun bahar küləyinin hərəkətindən götürüldüyü də deyilmişdir. Bu muğam ladının ərəblərdəki Rəsəd adına gəlincə, bu söz «rəsədxana» sözünün birinci komponentini təşkil edən sözdür, «müşahidə», «pusqu» («gözləmə»), «tilsim» kimi əsas mənaları var. Ərəb dilində bu kökdən olan «əsas yol», «aydınlıq», «platforma» «tilsimlənmiş» və b. məna çalarları olan sözlər çoxdur. XV əsr Azərbaycan musiqişünas alimi Fətullah Şirvaninin aşağıdakı fikri də Cübran Xəlilin Rastı gündüzlə, gözlənilən aydınlıqla, yaxşı sonluqla əlaqələndirilməsinə uyğun gəlir: «Günəşin üfüqdən iki nizə uzunluğu hündürlüyündə ucaldığı zaman Rast... çalınmalıdır» (Fətullah Şirvani. «Musiqi məcəlləsi», B. «Şərq-Qərb»; 2006, səh.82).

1 Yevterpa – qədim yunanlarda musiqi ilahəsi.

1 А.Имангулийева. Йени яряб ядябиййаты корифейляри, Б., «Елм», 2003, с. 122.

2 Йеня орда.

1 А.Имангулийева. Жцбран Хялил Жцбран, Бакы, Елм, 2002, с. 78.

1 А.Имангулийева. Жцбран Хялил Жцбран, Б., «Елм», 2002, с.118.

1 А.Имангулийева. Йени яряб ядябиййаты корифейляри, Б., «Елм», 2003, сящ. 63.

2 Йеня орада, сящ. 55.

1 Дж. Х.Джебран. Избранное: Пер. с араб., англ. – Л.: Худож.лит., 1986, стр. 363.

1 A.manгуliyеva. Жцбran Хəlil Жцбran. Бakı, Еlm, 2002, s. 51.

2 Yеnə orada, s. 55.

1 Yеnə orada, s. 58.

2 Amanгуliyеva. Yеni ərəб ədəбiyyatı korifеyləri. Б., «Еlm», 2003, səщ. 116.

1 Aimmеl. Юn sюз. – M.İkбal. Жavidnamе. (Чеv. A.Sжщimmеl), Ankara, Kцltцr Бakanlıьı, 1989, səщ. 17.

1 Дж. Х.Джебрaн. Избранное: Пер.: с араб. и англ. – Л.: Худож. литер., 1986, с. 363.

2 H.Cavid. Əsərləri 5 cilddə, 3-cü cild, Bakı, “Lider”, 2005, s. 13.

1 Дж. Х.Джебрaн. Избранное: Пер.: с араб. и англ. – Л.: Худож. литер., 1986, с.

1 H.Cavid. Əsərləri 5 cilddə, 3-cü cild, Bakı, “Lider”, 2005, s. 32

2 H.Cavid. Əsərləri 5 cilddə, 3-cü cild, Bakı, “Lider”, 2005, s. 68


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin