ÇOBANLARIN ÇALĞI ALƏTLƏRİ ORKESTR
VƏ ANSAMBLLARDA SƏSLƏNİR
Azərbaycanda qədimdən fleyta və svirelin şərq formaları olan ney və tütək
nəfəs çalğı alətləri geniş yayılıb. Qeyd etməliyik ki, sadə, çalğı dəliyi olmayan
ney və tütəyin ilk nümunələrini arxeoloqlar paleolit dövrünün abidələrində ta-
pıblar [51]. Çoxgövdəli və köndələn ney və tütəklər nisbətən sonralar – erkən
və gec Neolitdə meydana gəlib.
Neylə eyni tipli alətlər müxtəlif adlarla dünyanın bir sıra guşələrində ya-
yılıblar. Belə ki, Ukraynada eyni alət floyar, Moldovada – fluer, kaval, Ab-
xaziyada – açarpın, Acarıstanda – çoban-salamuri, Osetiyada – uadınz, Adı-
geyd ə – kamıl, Gürcüstanda – ueno-salamuri, avili, kavili, nay, nestvi, Er mə-
nistanda – srinq, Dağıstanda – ksyul (ləzgilərdə), şyataxi (dargilərdə) zıbızqı
(qumuqlarda), Çeçenistanda – dutra, Başqırdıstanda – kuray, Qazaxıstanda –
sıbızqı, Türkmənistanda – qarğı-tyudyuk, Qırğızıstanda – sarbasnay [82], ərəb
ölkələrində – ney, Yunanıstanda – tzamara adlanır. Misir, İran və Türkiyədə
göv dəsinin uzunluğuna görə fərqlənən çoxlu sayda ney növləri məlumdur. Mə-
sə lən, Türkiyədə ifa olunan muğamlardan asılı olaraq neyin 13 növü istifadə
edilir: bolaheng nisfiye, bolaheng-sipürde mabeyni, sipürde, müstahsen, yıl-
dız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, da-
vud-bolaheng mabeyni, bolaheng [70]
Ney və digər nəfəs alətlərinin adları orta əsr görkəmli şairlərinin əsərlərində
tez-tez çəkilir. Məsələn, Nizami Gəncəvi “İskəndərnamə” poemasında neyin
yaranması haqqında əfsanə söyləyir. İmadəddin Nəsimiyə görə ney zərb aləti
dəflə yaxşı səslənir. Məhəmməd Füzulinin “Həft-cam” (“Yeddi cam”) poema-
sında şairlə ney arasında alleqorik söhbət verilir. Şair onun səsində olan kədərin
səbəbini soruşur. Ney cavab verir ki, o qamış olarkən qəm-qüssədən azad idi,
torpaqda boy atırdı, su ilə qidalanır, günəşlə qızınır, küləkdən yellənir, odla
dil tapırdı. Lakin sonradan onlar ondan üz döndərdilər, onun ürəyi bütün bu
dərdlərə dözmədi.
Müxtəlif tarixi dövrlərdə Azərbaycanda neyin bir neçə növü yayılıb. Mə sə -
lən, alim və musiqişünas Əddülqadir Marağai onun zamanında istifadə edilən
iki növ – ağ və qara ney haqqında xəbər verir [56]. Neyin təsvirinə orta əsr
73
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Azərbay can rəssamları Sultan Məhəmməd, Mirzə Əli Təbrizi, Mir Seyid Əli
və başqalarının miniatürlərində rast gəlmək olur. Bu şəkillərdə ney kiçik dia-
metrli uzun borucuq formasında təsvir edilib. Alətin uzunluğu 700-800 mm-ə
çatırdı. Onda çobanlar və peşəkar ustalar çalırdılar.
Azərbaycanın muzeylərində neyin qədim növləri nümayiş etdirilir. Rüs-
təm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan ne-
yin qamış gövdəsi oyma ornamentlə bəzədilib və altı yerdən dəri ilə sarınıb.
Alə tin uzunluğu 453 mm-dir, gövdəsinin xarici diametri üfürülmə yerdə 21
mm, daxili diametri 16 mm, əks ucunda isə müvafiq olaraq 16 və 13 mm təşkil
edir, yəni gövdə aşağıya getdikcə daralır. Gövdənin aşağı hissəsində beş çalğı
dəliyi, arxa tərəfdən isə bir dəlik açılıb. Üfürmə yeri azca yonulmuşdur [2].
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq
mu siqisi kabineti kolleksiyasına nəfəs alətlərinin mahir ifaçısı Həsrət Hüsey-
novun uzunluğu 495 mm və diametri 16 mm olan misdən hazırlanan neyi da -
xil dir. Göv dəsinin divarının qalınlığı 1.1 mm təşkil edir. Üzdəki çalğı də lik lə-
ri nin sayı 7-dir. Bir arxa dəlik üfürülən yerə yaxın yerləşir.
Müasir ney, əvvəllərdə olduğu kimi, 345-600 mm uzunluqda və 20 mm
dia metrdə düz silindrik içiboş gövdədən ibarətdir.
Neylər. Neys. Нея.
Əsasən qarğı, ərik ağacı və ya misdən hazırlanır. Səsin çıxmasını asanlaşdır-
maq üçün alətin yuxarı ucu bir qədər yonulur. Gövdənin aşağı üz tərəfində
adətən 5-7 çalğı dəliyi və arxa tərəfdə, alətin baş hissəsinə yaxın bir dəlik də
açı lır. Çal ğı zamanı alət çəpəki vəziyyətdə, ucu aşağı endirilmiş, baş hissəsi
isə ağızın sol kün cünə yaxınlaşdırılmış şəkildə saxlanır. Hava axını gövdənin
iti kənarına yönəldilir.
Qeyd etmək lazımdır ki, sadə quruluşa malik olmasına baxmayaraq, ney
səs çıxarılma üsullarına görə kifayət qədər mürəkkəb alətdir [64].
Neyin not ları kaman (“sol”) açarında yazılır, diapazonu kiçik oktavanın
“lya” səsindən ikinci oktavanın “fa diyez” səsinə qə dər dir, lakin ma hir ifa çılar
daha zil səsləri havanı güclü üfürmək və dodağı sıxmaqla ifa edə bi lir lər.
Səadət ABDULLAYEVA
74
Azərbaycanın Əməkdar artisti İlham Nəcəfov.
Honored Artist of Azerbaian Ilham Najafov.
Заслуженный артист Азербайджана Ильхам Наджафов.
Dəlikləri barmaqlarla qismən örtməklə xromatik səssırasını almaq olur.
Bəm registrdə neyin tembri yumşaq, zərif, məxməri və bir qədər boğuq, zil
re gistrdə isə güclü və aydındır.
Ney əsasən solo alətidir və ən çox çobanlar arasında yayılmışdır. Bu alətdə
sadə və melodiya cəhətdən məhdud instrumental pyesləri, habelə xüsusi hava-
ları – “Çoban bayatı” adlanan lirik məzmunlu nəğmələri və rəqs melodiyaları-
nı ifa edir lər. Çox vaxt çalğı zamanı ifaçı özü bəm burdon səsləri çıxartmaqla
iki səsliyə nail olur, bəzi anlarda onun bəm səsi müəyyən melodik cizgiyə ma-
likdir.
Ney xalq çağlı alətləri orkestri və ansambllarında da istifadə edilir. Azər-
bay c an simfonik musiqi təcrübəsində ney ilk dəfə Aqşin Əlizadənin “Beşinci
sim foniya”sının partiturasına daxil edilib. Bu alət məşhur konsert zalların da
Fi rəngiz Əlizadənin “Dərviş” və “Crossing” (“Çarpazlaşma”) əsərləri ifa edil-
dikdə səslənib. Həsən Adıgözəlzadə ney və simfonik orkestr üçün iki “Fan -
taziya”, İlyas Mir zəyev isə “Konsert” və “Mistik simfoniya” yazmışlar. Bi zim
zamanımızda ney/nay çalğısının tanınan ustası İlham Nəcəfovdur.
Tütək Rusiyada sopel, Gürcüstanda – salamuri, Acarıstanda – kavali, Er-
mə nistanda – tutak, tutuk, şvi, Dağıstanda – kşul (ləzgilərdə), şuvşuv (qumuq-
larda), şetaxi (dargilərda), şutuxi (laklarda), svultram (tabasaranlarda), Taci-
kistanda – nay çuponi və ya tutak, Ukraynada – sopilka, Belorusda – dudka,
Es toniyada – vilepilli, Latviyada – stabule, Litvada – lumzdyalis adlanır [82].
Tütəyin Qafqaz növlərində 5-8 çalğı dəliyi var, onlardan biri arxa tərəfdə
yerləşir.
75
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Arxeoloji tapıntılara görə, Azərbaycan tütəyi çox qədim tarixə malik -
dir [18]. Azərbaycan Milli Tarixi Muzeyinin etnoqrafiya fondunda XIX əsr də
dü zəl di lən tütək saxlanılır. Alətin uzunluğu 390 mm və orta hissədə ən böyük
dia met ri 30 mm, səs kanalının diametri isə 20 mm-dir. Onun yuxarı hissəsi
tut ağa cından, aşağı hissəsi isə qamışdan hazırlanıb. 11.0x3.5 mm ölçüdə fit
də liyi göv dənin üfür mə dəliyi (ölçüsü 11x3 mm-dir) yerləşən yuxarı ucundan
50 mm məsafədə açılıb. Diametri 7.5-8.0 mm olan və bir-birindən 25-29 mm
mə safədə yerləşən 7 çalğı dəliyi vardır, onlardan biri arxa tərəfdə yerləşir.
Bu muzeydə habelə Azərbaycan dramaturgiyasının banisi, alim və filosof
Mirzə Fətəli Axundova (1812-1878) məxsus tütək nümayiş etdirilir. Qamışdan
hazırlanan tütəyin uzunluğu 230 mm-dir; gövdəsinin xarici diametri 17 mm,
daxili diametri isə 13 mm-dir. Gövdənin üst tərəfində bir-birindən 18-20 mm
məsafə də, diametrləri 7.5 mm olan 6 çalğı dəliyi vardır. Gövdənin bir qədər
yonulan aşa ğı tərəfində isə bir dəlik açılmışdır. Gövdənin yuxarı hissəsində
ölçüləri 7x5 mm olan fit dəliyi yerləşir. Üfürülmə yeri ölçüləri 9x2 mm olan
yarımdairə əmələ gə tirir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli
Azərbaycan yazıçısı, jurnalisti və ictimai xadim Cəlil Məmmədquluzadəyə
(1869-1932) məxsus qamışdan hazırlanan tütək nümayiş etdirilir. Tütəyin
uzunluğu 330 mm-ə, gövdəsinin diametri 17 mm-ə, qalınlığı isə 2.5 mm-ə
bərabərdir, yeddi üz (aralarındakı məsafə 22-24 mm-dir) və bir arxa çalğı
dəliyi ilə təchiz olunub. Alətin aşağı ucu yonulmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Azərbaycan xalq çal-
ğı alətləri şöbəsində görkəmli musiqiçi-ifaçı, pedaqoq Əhməd Bakıxanovun
(1892-1973) topladığı zəngin musiqi alətləri kolleksiyasına daxil olan uzunlu-
ğu 322 mm, səs kanalının diametri 10 mm olan tütək nümayiş etdirilir. Tütəyin
sək kiz çal ğı dəliyi var (yeddisi üz, biri isə arxa tərəfdə). Gövdənin yuxarı
hissəsinə halqa ke çirilib.
Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin kol-
leksiyasında diametri 8-9 mm olan 8 çalğı dəliyi (biri arxa tərəfdədir) ilə təchiz
edilən tütəyin uzunluğu 352 mm, gövdəsinin diametri 23 mm-dır. Səs kanalı-
nın diametri 10 mm-dir. Çalğı dəlikləri arasındakı məsafə 23-24 mm-dir.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində misdən hazırla-
nan ümumi uzunluğu 380 mm olan tütək təqdim edilir. Aşağı yarısında üst tə-
rəf də nis bətən kiçik (5.5 mm) diametrə malik səkkiz çalğı dəliyi (biri arxada)
var dır. Fit dəliyi oturacağı 8 mm və hündürlüyü 10 mm olan üçbucaq for ma-
sında dır.
Səadət ABDULLAYEVA
76
Sankt-Peterburqda Musiqi alətləri Sərgisində nümayiş etdirilən üç tütə-
yin göv dələri müxtəlif formalara malikdir. Onlardan biri nizamlayıcı qapaqla
təc hiz olunub. Gövdələrin üz tərəfində 6-7, arxa tərəfində isə bir çalğı dəliyi
var [82].
Quruluşca müasir tütək öz sələflərindən çox da fərqlənmir. Əvvəllərdə ol-
duğu kimi, alət qarğı və ya ağacdan (ərik, qoz, tut) hazırlanan, silindr şəkilli
uzunluğu 280-350 mm olan borudan ibarətdir.
Ağacın özəyində burğu ilə (keçmişdə bərk qızdırılan metal millə yandı rır-
dılar) 18-20 mm diametrdə səs kanalı açılır. Gövdənin yuxarı ucu çəp kəsiyə
malikdir və ona söyüddən hazırlanan 30-35 mm uzunluqda tıxac – dil keçirilir.
Dilin üst tərəfi bir qədər yonulur; bununla da gövdənin daxili divarı ilə dil ara-
sında seqment şəkilli boşluq qalır. Gövdənin üst tərəfində dilin aşağı ucunun
qurtaracağında kvadrat şəkilli dəlik açılır.
Tütəklər. Tuteks. Тутеки.
Beləliklə, dil və dəlik fit verən xüsusi bir quruluş təşkil edir. Alətin göv-
dəsinin üz tərəfində 7 dəlik, arxa tərəfində isə üst tərəfdəki 1-ci və 2-ci də-
liklərin arasının orta tuşunda bir dəlik açılır. Gövdənin baş hissəsinə adətən
alə tin registrini ni zam lamaq üçün metal halqa keçirilir. Halqanı aşağı çəkib
səs çıxaran dəliyi bir qədər örtməklə bəm səslər alınır. Səsi alətin gövdəsinin
uzun luğunu dəyişməklə də nizamlamaq olar. Ona görə də, əksər hallarda, tü tə-
yin yuxarı hissəsi siyirmə dü zəldilir.
Çalğı zamanı tütəyi azacıq maili vəziyyətdə düz qarşıda tuturlar. Hava alə-
tin yuxarı ucundakı ensiz dəliyə üfürülür və buradan axın gövdədəki köndələn
kəsi yin tilinə yönəldilir.
Bu halda səs çıxarma olduqca yüngülləşir, havanın sərfi azalır, bununla
da, alətin texniki və ifadə imkanları artır. Yuxarı üç üst və alt dəliklər müvafiq
olaraq sol əlin şəhadət, orta və üzük, alt dəlik baş barmaqla, aşağı dörd üst
dəliklər isə sağ əlin şəhadət, orta, üzük və çeçələ barmaqları ilə örtülüb açılır.
Tütəyin tembri normal üfürmə zamanı yumşaq və incə, güclü üfürmədə isə
uca və fışıltılıdır.
77
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Azərbaycanın Əməkdar artisti Həsənağa Sadıqov.
Honored Artist of Azerbaian Hasanagha Sadiqov.
Заслуженный артист Азербайджана Гасанага Садыхов.
Tütəyin diapazonu kiçik oktavanın “si” səsindən üçüncü oktavanın “do”
sə sinə qədərdir. Oberton registrlərin istifadə edilməsinə əsaslanan bir qədər
qüvvətli üfürülmə üsulu ilə, üçüncü oktavanın “re bemol” və “re” səslərini də
al maq mümkündür.
Tütəyin diatonik səsdüzümü bəm, orta və zil registrlərə bölünür. Bəm re-
gistr tutqun, xırıltılıdır, intonasiya ilə ifa çətinləşdiyindən nadir hallarda is-
tifadə edi lir; orta registr – məxməri, məlahətli və kifayət qədər gurdur; zil
re gistr isə in cə, ay dın və çox kəskin çalarlıdır. Tütək üçün ikibemollu və ikidi-
ye zi tonallıqlar əlverişli dir. Melodik frazalar, tremolo, leqato çox asanlıqla alı-
nır. Sıçrayışlar, xü susən okta va daxilində, mümkündür, stakkato isə çətinliklə
alınır.
Tütək, ney kimi, çoban əməyinin müxtəlif məqamları ilə bağlı (sürünün
ot lağa çıxarılması, suvata yönəldilməsi və s.) havaların ifası üçün çobanlar
tə rəfin dən istifadə olunur [30]. Bu havaların bir qismi (məsələn, “Çoban ba-
yatısı”) müstəqil səciyyə daşıyaraq, əmək prosesi ilə bağlı olmadan da ifa olu-
nur. Keçmişdə bir çox tamaşalar (ilanların ovsun edilməsi, canbazların, kən-
dirbazların çıxışları, sirk tamaşalarının başlanğıcı) tütək çalğısı ilə müşayiət
olunurdu. Tütək həmçinin peşəkar rəqqasələri müşayiət edən ansamblların
tərkibinə də daxil edilirdi.
Azərbaycanın bəzi rayonlarında tütək “ düdük”, “ sümsü”, “ blül”, Naxçıvan
MR-nin Ordubad rayonunda isə “ şüvə” adları ilə də məlumdur.
Azərbaycanın Cəb rayıl, Füzuli, Tovuz və Naxçıvan MR-nin Şahbuz ra-
yonlarında yan-tütək nə fəs aləti yayılmışdır.
Səadət ABDULLAYEVA
78
O uzunluğu 540-600 mm, xarici diametri 20-22 mm olan, qoz və ərik ağac-
larından hazırlanır. Mis və bürüncdən hazırlanan yan-tütəklərə də rast gəlmək
olur. Üz tərəfinin aşağı hissəsinə yaxın 7, arxada bir çalğı dəliyi vardır. Yan
tərəfinin aşağı hissəsində səslərin nizamlanması üçün, bir-birindən 45-50 mm
məsafədə yerləşən iki əlavə dəlik açılır. Alətin gövdəsində adətən dairəvi qa-
novlar yonulur. Onlardan ikisi daha enlidir və gövdəni təxminən üç bərabər
hissəyə bölür. Aləti çiyində gəzdirməkdən ötrü ipin ucları üçün gövdənin yu-
xarı və aşağı qurtaracaqlarında qanovlar açılır.
Çalğı zamanı alət çəp vəziyyətdə tutulur, üfürmə dəliyi ağızın sağ küncünə
qoyulur və ona dodaqlarla azca toxunulur. Hava axınını gövdənin iti ucuna yö-
nəl dərək, aşağı registrdə tutqun, boğuq, orta registrdə mülayim, məxməri, yu-
xarı registrdə isə uca, fışıltılı, lakin kəskin olmayan səslər alırlar. İntonasiya nın
yük səkliyi çalğı dəliklərinin diametrinin 3/4 və ya 1/2 hissəsini barmaqlarla
örtməklə və dodaqların gərginliyi ilə nizamlanır.
Yan-tütək də yalnız çoban alətidir. Onda çalınan havalar qoyun otarılma sı,
ço banın istirahəti, qurdbasanların haylaması, sürüyə vəhşi heyvanların bas-
qını za manı insanların çağırılması ilə bağlı olan çoban xəbərdarlıq siqnal və
mahnıların dan ibarətdir (“Qoyun həngi”, “Qoyun ovşarısı”, “Qaya başı”, “Ço-
ban bayatısı” və s.) [30].
Tütək çalan müasir ustalar arasında Həsən Məhərrəmov (Bakı), Heydər
Məm mə dov (Salyan), Şərbət Əhmədov (Şamaxı) və Bayram Məmmədovun
(Gən cə) ad ları daha məşhurdur.
Yan-tütək. Yan-tutek. Ян-тутек.
Kiçik instrumental ansamblların müşayiəti ilə tütəkdə lirik melodiyalar
(adə tən zil registrdə), muğamlar, rənglər, xalq mahnıları, rəqslər və havalar
ifa edilir. O habelə xalq çalğı alətləri orkestrləri və ansambllarının tərkibinə
da xildir.
Azərbaycan xalq çalğı alətləri orkestrinin tərkibində həmçinin tütəyin ki-
çik (pikkolo) növündən də istifadə edilir. O adi tütəkdən bir az kiçik ölçüləri
ilə fərq lənir (uzunluğu 265 mm-ə qədər, diametri isə 18 mm-ə çatır). Nizam-
layıcı halqa olmadıqda, gövdənin üz tərəfində bir əlavə dəlik də açılır. Kiçik
tütək çalınma üsuluna və applikaturaya görə adi tütəyə uyğun gəlir, lakin ona
nisbətən kvarta yu xarı səslənir. Alətin diapazonu birinci oktavanın “mi” sə-
sindən, üçüncü oktavanın “fa” səsinə qədərdir.
79
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Ney, tütək və onun kiçik növü orkestrdə, əsasən, solo alət kimi səslənirlər
və digər nəfəs aləti – zurna ilə bir qrup təşkil edirlər.
Azərbaycan bəstəkarları tütəyin texniki və bədii-ifadə imkanlarından ge-
niş istifadə ediblər. Soltan Hacıbəyovun “Bolqar süitası”, Cahangir Cahan-
girovun “Misir lövhələri”, Süleyman Ələsgərovun “Bahar təranələri”, Xəlil
Cəfərovun “Rəqs süitası”, Hacı Xanməmmədovun “Simfoniyetta”, Ağabacı
Rzayevanın “Çoban Qara”sında onun bədii-ifaçılıq imkanları (xüsusən forte
nüansında) qabarıq şəkildə əks olunur və başqa alətlərlə qovuşduqda zəngin
səs palitrası yaradır.
Beləliklə, ney və tütək xalq musiqiçiləri ilə yanaşı professionallar arasında
da populyardır.
NAĞARA, QAVAL VƏ QOŞANAĞARANIN
RİTMLƏRİ ALTINDA
Yazılı mənbələrə görə Azərbaycanda qədimdən yayılan dərili alətlər (elmi
ədəbiyyatda membranofonlar) quruluşlarına, ölçülərinə, formalarına, hazır-
lanma materiallarına və səslənmələrinə görə fərqlənirdilər [2,32]. Onlar bir və
ikiüzlü, yəni səslənən dəri gövdənin bir və ya hər iki açıq üzünə çəkilirdi, eləcə
də binar – iki gövdədən ibarət idilər. Onlardan çubuq, toxmaq, əl və barmaq-
larla alçaq, güclü, boğuq və ya gurultulu səslər çıxarılırdı.
Birtərəfli zərb alətlərinin sayı 11-ə (qaval, qoşanağara, dairə, dəf, təbil,
düm bək, təbil-baz, kus, cift-kos, məzhər, nağarazən), ikitərəflilərin sayı isə 5-ə
(nağa ra, davul, döhül, dumbul, təbirə) çatırdı. Bu alətlərdən vuruşlarda siqnal
aləti ki mi, əsgərlərin döyüş ruhunu qaldırmaq üçün, tamaşa və bayramların ke-
çirildiyi vaxt, meyxana icra edəndə, dini ayinlərin, yas mərasimlərin müşayiəti
zamanı, yü rüş, toy, rəqs və idman oyunlarında istifadə edirdilər. Onlar solo və
ansambl lar da başqa çalğı alətlərlə birgə səslənirdilər. Bu ənənə bizim günlərdə
də davam edir.
Azərbaycanlıların membranlı alətlər arasında ən çox barabanın bir növü
olan nağara (“nəqr” – taqqıldatmaq ərəb sözündən) yayılmışdır.
Nağaranın gövdəsi ( sağanaq, qobul) silindr şəklindədir və ərik, qoz, tut,
cökə ağaclarından hazırlanır. Bu məqsədlə kəsilmiş ağac parçası içəridən 5-6
Səadət ABDULLAYEVA
80
mm qalınlığa qədər oyulur və ya 4-5 mm qalınlıqda faneri əvvəlcə isladıb,
sonra əyirlər. Sağanaqda havanın çıxması üçün 10 mm diametrdə 1-3 sayda re-
zonator dəliyi (oyuq) açılır, əks halda gövdə havanın təzyiqindən çatlaya bilər.
Bəzən gövdənin iç tərəfindən şaquli istiqamətdə sağanağın möhkəmliyini
təmin edən tamasa bərkidilir.
Alətin üzü üçün əsasən keçi dərisindən istifadə edilir. Əvvəllər ceyran və
ya maral dərisi tətbiq edilirdi. Dərini bir az isladır və tüklü üzü yuxarı olmaqla
(bu halda alət daha yaxşı səslənir) dartılır. Sonra dəri bərabər məsafədə ta-
xılan 6-12 ədəd səkkizvarı mis ilgəyi (qarmaq, üzük, halqa) olan sağanağın
xarici diametri ölçüsündə düzəldilən girdə polad çənbərə ikiqat sırınma tikişlə
bərkidilir. Üz çəkilmiş çənbərlər alətin açıq tərəfində yerləşdiriləndən sonra
ilgəkdən keçən və taxta payacıqlarla burulan – çal-çarpaz dolanan ipin (kəndir,
ciyə) köməyilə alətin gövdəsinə sıx dartılır. Bu zaman bir çənbərin ilgəyi əks
çənbərin ilgəkləri arasında simmetriya oxunda yerləşdirilir. Membranın belə
çəkilmə üsulu onun tarımlığını, bununla da nisbi yüksəkliyi nizamlamağa im-
kan verir. İfaçının hərəkətini asanlaşdırmaq üçün alət qayışla təchiz olunur.
Nağara gövdəsinin diametri müxtəlif olur. Bundan asılı olaraq, alətin növ-
lərinə müxtəlif ad verilir: böyükləri – kos (koos, kus), dumbul (Şabran və Quba
rayonlarında); orta ölçüdə olanları – orta, qoltuq, əl nağarası və ya sadəcə
nağara, toy (Naxçıvan MR-də); kiçikləri isə cürə, kiçik və ya bala nağara
adlanırlar. Nağaranın bütün növləri quruluşca eynidir.
Böyük nağara (kos).
Big naghara (kos).
Большая нагара (кос).
Qoltuq nağara.
Goltuq (axillary) naghara.
Голтуг (подмышечная) нагара.
Cürə (bala) nağara.
Jura (small) naghara.
Джура (небольшая) нагара.
81
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Böyük nağaranın – kosun sağanağının diametri və hündürlüyü uyğun ola-
raq 400-450 və 500-550 mm-dir. Onun gövdəsində kvadrat şəklində rezona-
tor dəlikləri və ya kiçik dairəciklər açılır. Alət ayaq üstə çalındığından, onu
gəzdirmək üçün qayışla təchiz olunub. Qarmaq kimi əyilmiş, ucu kürəşəkilli,
uzunluqları 395-405 və 280-285 mm, diametrləri 13-15 və 9-10 mm olan qayış
ilgəkli iki çubuqla ( çilik, çiling) çalınır. Böyük nağara (kos) adətən gövdəsinin
hündürlüyü 340-360 mm və diametri 300-320 mm olan kiçik növü ilə birlikdə
səsləndirilir. Buna görə də bu qoşa alət kos-nağara adlanır. Böyük nağaraya
ana kos, kiçik nağaraya isə bala kos deyilir.
Orta nağaranın gövdəsinin diametri 330-360 mm və hündürlüyü 260-310
mm olur. Ölçülərindən asılı olaraq kiçik (330x260 mm), orta (340x290 mm) və
iri nağara (350-360x300-310 mm) adlanırlar. Nağaranın bu növləri adətən iki
əlin və iki (yoğun və nazik) düz və ya ucları qarmaq kimi əyilmiş çubuqların
zərbələri ilə səsləndirilir. Sonuncu halda alət çilik ( çiling, çubuq) nağara adını
daşıyır. Yoğun çubuğun uzunluğu 350-360 mm, naziyinki isə 230-235 mm olur.
Çubuqların yuxarı hissəsində dəlik açılır və ondan iribuynuzlu mal dərisindən
olan nazik qayış keçirərək uclarını tikirlər. Çalğı zamanı qayış ilgək hər iki əlin
şəhadət barmaqlarına geydirilir, çubuqlar baş barmaqlara dirənirlər, qalan bar-
maqlar isə çubuqlar üzərində qalır. İri nağara xüsusi sifarişlə hazırlanır.
Kiçik ( cürə, bala) nağaranın gövdəsinin diametri 240-300 mm və hündür-
lüyü 235-295 mm-dir. O uzunluğu 270 və 295 mm, diametri 11-13 mm olan
iki toxmaqla və həmişə iri nağara ilə birgə səsləndirilir.
Bir qayda olaraq, nağaranı güclü səsinə görə açıq havada ayaq üstündə və
ya oturaraq çalırlar. Ayaq üstə çalanda aləti qoltuq altında saxlayıb, gövdəni
sol qolun bazu önü ilə tuturlar. Alətin bu vəziyyətini nəzərə alaraq, onu adətən
qoltuq nağara da adlandırırlar. Oturaraq çaldıqda, nağaranı, adətən, sol dizdə
qoyulur, sol əllə qayışı ifaçının toqqasına bağlanan ipi tutaraq saxlayırlar.
Nağara əllərlə və çubuqlarla çalınır. Birinci halda şəhadət, orta, üzük və
çeçələ barmaqlarının uclarına güc verməklə və hər iki əlin ovucları ilə zərbə en-
dirilir, ya da dərinin üzərinə barmaqların çırtma vurulması və sürüşdürülməsi,
həmçinin barmaq zərbələrinin müxtəlif kombinasiyalarından istifadə edilir.
Bununla da müx təlif dinamikliyin və tembr çalarının ritmik cizgiləri əldə olu-
nur. Alət təmiz, cingiltili, güclü və kəskin səs verir.
Naxçıvan Muxtar Respublikasında “Yallı” rəqsini ifa edərkən zurnaçılar
ansamblının tərkibində çıxış edən nağaraçı (burada o toyçu adlanır) onu boy-
nundan asaraq alt və üst üzlərinə çubuqları (yoğunu şalban adlanır) vurur.
Çalğı zamanı çilik nağara çiyindən keçirilən qayışdan asılır və ya sol əllə
gövdəni tutan ifaçının qoltuğu altında saxlanılır. Çubuqlar bir, bəzən isə hər
Səadət ABDULLAYEVA
82
iki membrana vurulur. Çilik nağarada çalğı zamanı müşayiətin ritmik əsası
sağ əlin biləyini bükməklə aşağı vəziyyətdə saxlanılan yoğun çubuqla vurulur.
Bununla da taktın güclü xanəsi vurğulanır. Bu halda sol əlin biləyinin öz oxu
ətrafında fırlanması ilə yuxarı vəziyyətdə saxlanılan nazik çubuğun zərbəsilə
məharətlə variasiya olunan xırda ritmlər əldə edilir.
Çilik nağara ifaçısı
Dostları ilə paylaş: |