Cavanşir Qasımov.
Artist on chilik naghara
Javanshir Gasimov.
Исполнитель на чилик нагаре
Джаваншир Касимов
Nağarada əllə və ya çubuqla çalğı üsulunun seçilməsi ansambllarda ifaçı-
ların sayından və çıxış yerindən – otaq və ya açıq havada olmasından asılıdır.
Aşıqlar, balabançılar, xalq çalğı alətləri ansambllarında və orkestrlərdə əllə,
damburçu, zurnaçı və tulumçular ansambllarında isə çubuqla çalırlar.
Binar alət olan kos-nağaranı qarşıda saxlayıb, qayış vasitəsilə çiyindən
asır lar. Alət ilgəyin köməyilə biləklərə taxılmış bir (ana kosda) və ya iki (bala
kos da) toxmaqla bir və ya hər iki üzə vurmaqla səsləndirilir. Ana kosda taktın
güc lü xanələri çalınır, bala kosda isə melodiyaların ritmik əsası nəzərə çatdırılır.
Böyük nağara (kos) ancaq zurnaçılar ansamblında istifadə edilir. Burada
bala kosda çalan da iştirak edir. Kos-nağaranın ritmləri ilə toy şənliyi, adax-
lının gəlməsi və gəlinin yola salınması, müxtəlif rəqslər, idman yarışları və
oyunlar müşayiət olunur.
Orta ölçülü nağara – qoltuq nağara xalq çalğı alətləri orkestr və ansamblla-
rında, habelə estradada solo şəkildə istifadə olunur. Alət sazəndə, kiçik bala-
bançı və zurnaçı ansambllarının tərkibinə daxildir.
Nağaranın kiçik növləri – cürə və ya bala nağara, əsasən balabançı və qar-
monçu ansambllarında, habelə klarnetçini müşayiət edən vaxt səslənir.
Tərkibində 30-40 ifaçı olan nağaraçı ansamblları fəaliyyət göstərirlər.
Nağaraları əvvəlcədən müxtəlif tonlarda kökləyərək, ayrı-ayrı qrup halın-
da, qabaqcadan müəyyənləşdirilən metro-ritmik sxem əsasında sinxron şəkildə
ritmləri vururlar. Çox vaxt nağara bir qrup rəqqasın əlində də səslənir.
Ağasüleyman İmanov, Böyükağa Muradov, İzzət Məmmədova, Çingiz
Meh diyev, Zöhrab Məmmədov, Səlim Quliyev, Almas Quliyev, Əfqan Cə fə-
83
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
rov, Azər Əliyev, Rafiq İbrahimoğlu və başqalarının ustalığı bu alətin po pul yar-
laş masın da rolu böyükdür. Onlar ifaçılıq üslubuna çoxlu yeniliklər gə tir mişlər.
Çingiz Mehdiyev (1932-1992) məktəblilərdən ibarət “Ritmlər” nağaraçı-
lar ansamblı yaratmışdı. Diqqətəlayiqdir ki, ansamblın tərkibinə kos, qaval,
qoşanağara, dümbək və sinc alətləri daxil edilmişdir.
Bizim zamanımızda əməkdar artist Natiq Şirinovun təşkil etdiyi “Natiq
ritm qrupu” böyük populyarlıq qazanmışdır.
Azərbaycanın Əməkdar artisti Natiq Şirinov.
Honored Artist of Azerbaijan Natig Shirinov.
Заслуженный артист Азербайджана Натиг Ширинов.
Tofiq Quliyev xüsusi olaraq nağara və xalq çalğı alətləri üçün “Azərbaycan
rəqs ritmləri” bəstələmişdir. Məmməd Quliyev “Novruz” bayramı səhnəsini
canlandırmaq məqsədilə “Aldanmış ulduzlar” operasının partiturasına zurna
və nağaranı daxil etmişdir. Rəhilə Həsənovanın “Kos-kosa” balet-pantomima-
sında 2 mim və xordan başqa 8 nağara və bir qoşanağara ifaçısı iştirak edir.
Ramiz Mustafayev nağara ilə orkestr üçün “Azərbaycan xalq ritmləri”, “Rəqs
süitası”, Salman Qəmbərov səs, nağara və fortepiano üçün “Şərq və Qərb”
süitası, Vasif Allahverdiyev ağac nəfəs alətləri kvarteti və nağara üçün “Mu-
ğamsayağı”, Ceyhun Allahverdiyev isə kamera orkestri ilə tar, kamança, zur-
na, balaban, nağara və solist (xanəndə) üçün “Muğamların və xalq musiqisinin
işləmələri” yazmışlar.
Səadət ABDULLAYEVA
84
Şərq ölkələrində bubenə oxşar digər populyar alətin – qavalın yayılma
arealı nağaraya görə daha genişdir. “Qaval” sözünün mənası barədə bir neçə
mülahi zə vardır. Onlardan da ən məqbulu tanınmış ornament rəssamı, şərq
mu siqisinin böyük bilicisi Lətif Kərimov (1906-1991) tərəfindən qeyd edilib.
Onun nəticəsi nə görə “qaval” və ya “qəvval” orta əsrlərdə Şərqdə geniş yayı-
lan zərb aləti də fin müşayiətilə ərəb mətnli “qoul” ritmik musiqi əsərlərini ifa
edən müğənnidir [48].
Bir çox rayonlarda dəf adı ilə tanınan (Quba rayonunda – dəft, Qazax ra-
yonunda isə – damdıra) qaval bir tərəfinə balıq (nərə, naqqa) döşünün dərisi
çəkilmiş 310-320 mm diametrli ensiz, dəyirmi sağanaqdan ibarətdir. Pərdəsi
çəpiş dərisindən olan qavallara da rast gəlmək olur.
Bir qayda olaraq, sağanaq palıd, tut və ya qoz ağacından olan 11-12 mm qa-
lınlıqda və 1400 mm uzunluqda nazik fanerdən hazırlanır. Onun üzərinə taxta
yapışqanı çəkərək üç dəfə dairə şəklində dolayırlar. Sağanağın səthi üz tərəfdə
hamar, iç tərəfdə isə bir qədər qabarıqdır. Sağanağın daxili perimetri boyunca
bir-birindən 18-20 mm məsafədə milin köməyilə mis və ya bürüncdən olan
halqa-zınqırovlar (60-dan artıq) asılır. Çox vaxt sağanağın üz tərəfi sədəflə
bəzədilir. Qavalların ölçülüləri müxtəlifdir: diametri 340-450 mm və eni 40-60
mm arasında dəyişir.
Qaval. Qaval. Гавал.
Çalğıdan əvvəl qavalın üzü gündə, od və ya elektrik lampası üzərində qız-
dırılır. Yaxşı dartılan və isidilən dəri təmiz, uca və güclü səs verir. Qavalı iki
əllə, içəri tərəfini ifaçıya çevrilmiş şəkildə saxlayırlar. Bu zaman sağanağın
kənarı əllərin baş barmaqlarına söykənir. Səslər hər iki əlin ovucları və bar-
maqları (şəhadət, orta, üzük və çeçələ) ilə üzün kənarına və ya mərkəzinə yün-
gül vurmaqla, həmçinin aləti silkələməklə əldə edilir.
Qavalı, adətən, qapalı yerdə çalırlar. Bu halda müxtəlif üsullardan istifadə
edir lər: açıq ovuc, bir və ya hər iki əlin barmaqları ilə üzün kənarına və
mərkəzinə doğru, əlin barmaqlarının ucu ilə üzün kənarına və mərkəzinə, çeçələ
barmaq tamamla yı cı çırtma şəklində üzük barmaq üzərində sürüşdürülərək
üzün sağanağa yaxın his səsinə vurulur; alətin hər iki əllə silkələnməsi; tək-
85
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
tək zərbələrdən sonra alətin fır la dılması. Bundan əlavə xalq çalğı alətləri
orkestrində bu və ya digər əsərləri ifa edərkən ifaçı alətin sağanağını dizinə və
sinəsinə sıxaraq əllə üzün mərkəzinə vurur.
Qaval Azərbaycan xalqının məişəti, adət və ənənələri ilə bağlı səhnələrin
nü mayişində geniş şəkildə istifadə edilən alətdir. O müxtəlif musiqi janrlarının
ifa sında, xalq oyunlarında (məsələn, “Cüt qaval”) və tamaşalarında səslənir.
Rəqs lərin, mahnıların ritmik müşayiətində solo ifada, eləcə də simli və nəfəs
alətlərin akkompanementi üçün istifadə olunur.
Qaval sazəndə ansambllarında muğam-dəstgahların və zərbli muğamla-
rın rit mik epizodlarını qavalda müşayiət edən xanəndənin əlində səslənir. Bu
zaman qaval bir növ müstəqil rol oynayır. Oxuma zamanı isə muğamın me-
lodik xət tin dən asılı olaraq, aləti xanəndə müxtəlif vəziyyətlərdə saxlayaraq,
onun va sitəsilə səsin istiqamətini və tembrini dəyişdirməyə çalışır. Muğamın
kulmina siya mə qam larında xanəndə qavalı sifətin sol tərəfində ağızla eyni
səviyyədə qulağa ya xın saxlayır. Bu vaxt alət özünəməxsus rezonator rolunu
oynayır. Təsnif və xalq mahnılarını ifa edərkən xanəndə qavalda ancaq giriş
hissəsini və araçalğını mü şayiət edir.
Bir çox xanəndələr – Cabbar Qarayağdıoğlu, Seyid Şusinski, Zülfi Adı-
gözə lov, Əbülfət Əliyev və başqaları eyni zamanda qavalın mahir ifaçıları ki-
mi də ta nınırdılar. Əzizağa Nəcəfzadə Azərbaycan Dövlət Filarmoniyasının
mah nı və rəqs ansamblını qavalda böyük ustalıqla müşayiət edirdi. Bizim gün-
lərdə qavalın mahir ifaçıları xanəndə Alim Qasımov və Mahmud Səlahdır.
Mahmud Səlah.
Mahmud Salah.
Махмуд Салах.
Səadət ABDULLAYEVA
86
Qavalda çalğı improvizasiya xarakteri daşıyır. Qaval həm xalq çalğı alətləri
orkestrinin tərkibində, həm də rəqqasələr tərəfindən atribut kimi istifadə edilir.
Rü fət Ramazanov kamera orkestri, fleyta, violonçel və qaval üçün “Dirin-
gi” pyesi, klarnet, skripka və qaval üçün “Tərzi-muğam” miniatürü yazmışdır.
Dumbul, dümbələk adları ilə də tanınan qoşanağara eyni hündürlüklü,
ancaq müxtəlif ölçülü (onlardan biri o birisindən təxminən yarısı qədər kiçik-
dir) iki gövdədən ( göz və ya qazanca) ibarətdir.
Xarici görünüşünə görə onlar fincanı və ya piyaləni xatırladır. Alətin hün-
dürlüyü 300 mm-ə çatır, böyük gövdənin maksimal diametri 200-280 mm, ki-
çik gövdəninki isə 110-180 mm təşkil edir. Gövdələr yan tərəflərdən, yuxarıda
və aşağıda dəri iplə bir-birinə birləşdirilir və yaxud da metal borucuqla ümumi
taxta oturacaq üzərində bərkidilir. Keçmişdə onların arasında xüsusi ayaqcıq-
da çınqıraq (kiçik ölçülü zəng) qoyur və ya metal lövhəcik asırdılar.
Hər iki gövdə qoz, tut ağaclarından və metaldan düzəldilir, keçmişdə isə
gil dən hazırlanırdı. Alət boğuq səslənməsin deyə gövdələrin aşağı hissəsində
kiçik dəliklər ( səsliklər) açılır. Gövdələrin üst tərəflərinə çəkilən keçi, öküz,
dəvə və ya at (nazik sinə hissəsi) dərisi, camış (öküz) gönündən düzəldilən
köşə ilə və ya xüsusi vint mexanizminin (litavrada olduğu kimi) köməyilə dar-
tılır.
Qoşanağaralar. Gosha-nagaras. Гоша-нагары.
Çalğı üçün zoğal ağacından hazırlanan nazik, dəyirmi, 280-335 mm uzun-
luqda, en kəsiyinin diametri baş hissədə 12 mm, aşağıda isə 7 mm olan iki
ağac çu buqdan istifadə edilir.
Son vaxtlar “üç nağara” adı altında – böyük, orta və kiçik gövdədən ibarət
olan alət də səsləndirilir.
Təmiz və güclü səslər almaq üçün qoşanağaranın üzü çalğıdan əvvəl od
üzə rində azacıq qızdırılır. Qoşanağaranı xüsusi ağac dayağa qoyub (adətən bö-
yük göv dəsi ifaçıdan sağda yerləşir) bir qədər ifaçıya doğru əyirlər, yaxud da
mə ra sim ləri (gəlin gətirmə) və idman oyunlarını (zorxana, kəndirbaz və s.)
mü şa yiət edər kən onu qoltuğun altında saxlayırlar. Əvvəllər isə o ya yerə qo-
yulurdu, ya da ifa çının boynundan asılırdı.
87
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Qoşanağaranın gövdələri yuxarı hissədə müxtəlif diametrli olduğuna görə
onların səsi bir-birindən təxminən bir kvarta yüksəkliyində fərqlənir. Alətin
sə si bir qədər quru, cingiltili və özünəməxsus çalarlara malikdir.
Çalğı zamanı çubuqların ayrı-ayrılıqda hər iki dəri üzə, bir üzə (mərkəzinə
və kənarına), bir-birinə və ya gövdəyə, ovucun üzə vurulması ilə müxtəlif
səslər alınır. Çox vaxt zərbələr çubuqların qalın uclarını və hər iki əllə üzə
vurmaqla icra edilir. Ha belə çubuqların membrana üzərində sürüşdürməklə və
ya çubuqlardan biri ilə bö yük gövdənin üzünü basmaqla alınır və yaxud yuxa-
rıda sadalanan ifa üsullarının kom binasiyaları tətbiq edilir. Göründüyü kimi,
qoşanağarada müxtəlif zərbə üsullarından istifadə olunur və bundan asılı ola-
raq mürəkkəb ritmik səslər alınır. Adətən xanənin güclü hissəsi üzə vurmaqla,
ritmik fiqurasiyalar isə çubuqların köməkliyilə əldə edilir.
Peşəkar musiqiçilərin qoşanağarada çıxışı ifa tərzlərinin çox müxtəlifliyi
və rit mikanın zənginliyi ilə seçilir. Vaxtı ilə bu alətdə çalmaq ustalığı ilə Şəki
şə hə rində Əhmədağa fərqlənirdi. Onun qoşanağarasının gövdələrinin arasında
dil çək siz zınqırov yerləşirdi. O, qoşanağaranın aşağı hissəsini belindəki toqqa-
sına k e çirib gəzişə-gəzişə çalardı. Arada aləti yuxarı atar və zınqırovu vurardı.
Azərbaycanın xalq artisti Sadıq Zərbəliyev.
People’s Artist of Azerbaijan Sadiq Zarbaliev.
Народный артист Азербайджана Садых Зарбалиев.
Qoşanağara solo aləti kimi nadir hallarda istifadə olunur. İlk dəfə Azər-
baycan Respublikasının xalq artisti Sadıq Zərbəliyev bu alətdə solo ifa ilə çı-
xış etmişdir. Qoşanağarada ifaçılıq tərzi ilə Salyan rayonundan Həsənağa Sa-
dıqov da fərq lənir. O, çubuğun biri ilə böyük gövdənin üzünü basıb, o biri ilə
dəriyə zərbə vurur. Membrana edilən təzyiqi dəyişdirərək, ifaçı kvarta-kvinta
Səadət ABDULLAYEVA
88
yüksəkliyində səsləri əldə edir və bu intervallar çərçivəsində melodik parçala-
rın ifasına nail olur.
Dümbəklər.
Dumbeks.
Думбеки.
Qoşanağara xalq çalğı alətləri orkestr və ansamblları-
nın, eyni zamanda Şirvan zonasında aşıq ansambllarının
tərkibinə daxildir. Qoşanağara xalq oyun və ta maşalarında
(“Zorxana”, “Mil”, “Sino”) geniş istifadə olunur. Qarmon,
qaval və qoşanağaradan ibarət qadın instrumental ansamb-
lının tərkibinə daxildir. İki ba labançı və qoşanağaraçıdan
ibarət trio çox geniş yayılmışdır.
Yuxarıda biz ən geniş yayılan üç dərili çalğı alətini sə-
ciyyələndirdik. Azər baycanda habelə 350-400 mm uzun lu-
ğunda və 250-260 mm diametrində, üzünə ke çi dərisi çəkilən,
gövdəsi (çox vaxt ağac) piyalə şəklində olan dümbək
də ge-
niş istifadə edilir. Hər iki əlin barmaqla rını və ya əli memb-
ranın mərkəzi və ya kə narına vurmaqla səsləndirilir.
İNSTRUMENTAL MUĞAM İFAÇILIĞI –
ƏNƏNƏLƏRİN VARİSLİYİ KONTEKSTİNDƏ
Azərbaycan muğamlarının instrumental ifaçılıq ənənələri çoxəsrlik tarixə
ma likdir. Əvvəlcə muğamlar səslə, sonralar vokal-instrumental və instrumen-
tal mü şayiətlə ifa edilirdi [7-10,36,85].
Arxeoloji tapıntılar və Azərbaycan poeziyasının klassiklərinin əsərləri
mu ğamla rın qə dim mənbələrə malik olduğunu göstərir. Qeyd edildiyi kimi,
Akbatan-Həmə dan vilayətinin cənub-şərq hissəsində yerləşən Cığamış şə hə-
rində müğənninin (xa nən dənin) əksi olan keramik qab tapılmışdır. Poezi ya da
müxtəlif instrumental ansamblların mövcudluğunu təsdiq edən simli, nəfəs və
zərb musiqi alətlərinin ad ları çəkilir. Belə misralar Azərbaycan ədəbiyyatı-
nın orta əsr klassikləri Qətran Təb rizi, Xaqani, Nizami, Nəsimi, Şah İsmayıl
Xətai, Füzuli və başqalarının poezi yasında az deyil. Dahi Azərbaycan şairi
Ni zami Gən cəvinin “Xosrov və Şi rin” poemasında əfsanəvi deyil, real tarixi
şəx siy yətlər olan müğənni və çalğıçı Bar bəd və Nəkisanın bərbət və çəngin
mü şayiəti ilə muğamların ifa etmələri bu na ən yaxşı misal ola bilər. Ən eti-
89
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
barlı mənbə Sultan Məhəmməd, Mir Seyid Əli, Mü zəffər Əli və b. orta əsr
Azər baycan rəssamlarının ud, çəng, bərbət, kamança, qanun, tənbur, rübab,
şeştar, musiqar, ney, dəf və dairənin müşayiətilə ke çirilən zi yafət və əyləncələ-
ri əks etdirən miniatür rəsm nümunələridir [47]. Mi niatürlərdən gö ründü yü
kimi, ansamblların tərkibində əsasən iki və ya üç alət səs lənirdi. Mi niatürlə-
rə əsasən, o zaman Azərbaycanda muğam, mahnı və rəqs lər əsasən tər ki bin -
də simli-mizrablı alətlərdən – ud, çəng, qanun, yaylılardan – ka mança, nəfəs
alət lərindən – ney, membranlılardan – dəf olan ansamblların mü şayiə tilə ifa
ol u nurdu.
Yazılı mənbələrə görə [1,10,11], XVIII əsrdən başlayaraq, Azərbaycan şə-
hər lərində, tədricən tərkibi əllərində dəf deyil, qaval tutan xanəndə, tar və ka-
mança calan ifaçılardan ibarət sazəndə dəstələri yaradılırdı.
XIX əsrin birinci yarısında xanəndə Səttarın adı Qafqazda yaşayan xalqla-
rın dilindən düşmürdü [80]. Onlar həmçinin Ələsgərin tarda çalğısına heyran
olurdular. Bu zaman tərkibində tar və kamançadan başqa, balaban və qoşana-
ğara səslənən ansambllar da mövcud idi. Vokal partiyada fasilə vaxtı balaban
fəal rol oynayırdı, ya da tar və kamançaya üstünlük verərək, burdon səslər çı-
xarırdı. Qapalı yerdə qavalla birlikdə xoş ritmik müşayiəti yaradan membranlı
alətlərdən ən münasibi qoşanağara idi. Sonuncu xanəndə-qavalçının ritmlərini
təkrarlayaraq tembr rəngarəngliyi yaradırdı.
Bəzən xanəndə yalnız kamançanın müşayiəti ilə çıxış edirdi. Bununla belə,
sa zəndə dəstələri daha məşhur idilər. XIX əsrin ortalarından başlayaraq onlar
xa nəndələri müşayiət edən aparıcı alətlər qrupu təşkil edirdilər. Bu onunla əla-
qədar idi ki, tar məşhur tarzən-novator Mirzə Sadıq Əsədoğlu tərəfindən yeni
quruluşda hazırlanmışdı.
Qeyd edildiyi kimi, o, simlərin sayını artırıb, alətin çəkisini yüngülləşdir-
miş di. Bununla da onu sinə üstündə saxlamağa imkan verdiyindən, ifa tex-
nikasını kəs kin artırmağa nail olmuşdu. Bunun nəticəsində tar muğamların
melodiya sı nın bü tün in cəliklərini tam və dolğun ifadə edən ən populyar alətə
çevrilir. Ka man ça ya texni ki imkanının genişlənməsinə imkan yaradan dör-
düncü simi qoş maq la, alət öz ahəng li, fasiləsiz səslənməsilə tarzən tərəfindən
ifa edilən musiqi frazalarını yaxşı ta mamlayırdı. Əllərində qavalı saxlayan
xanəndə isə uyğun ritmləri vu rurdu.
Nəzərə çatdırmaq lazımdır ki, Azərbaycan xalq çalğı alətlərinin texniki
və bədii imkanları instrumental muğam ifası zamanı daha tam şəkildə özünü
bü ruzə verirdi. Bu vaxt rəng və təsniflər çalınmırdı, muğam fasiləsiz inkişaf
formasını – improvizasiya səciyyəsini alırdı. Zərbli muğam, yəni ritmik muğa-
mın instrumental müşayiətində isə qaval əhəmiyyətli rol oynayırdı.
Səadət ABDULLAYEVA
90
XIX əsrin ikinci – XX əsrin birinci yarısında Azərbaycanda, həm də onun
hü dudlarından kənarda məşhur olan xanəndələr, onları müşayiət edən tarzən
və kamançaçıların çox böyük nəsli yetişmişdi.
Bu dövrdə geniş tərkibli ansambllar da mövcud idi. Belə ki, Şuşada Mirzə
Sad ıq tərəfindən tərkibində tar, kamança, balaban, ney və qoşanağara səslənən
ansambl təşkil edilmişdi [80].
Sadıqcanın ansamblı (1878-ci il). Ensemble Sadiqjan (1878).
Ансамбль Садыхджана (1878 г.).
Hacı Hüsü, Məşədi İsi, Əbdülbaqi Zülalov (Bülbülcan), Mirzə Məhəm məd-
həsən, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məmməd, Şəkili Ələsgər (Ələsgər
Abdullayev), Məşədi Məmməd Fərzəliyev, Zabul Qasım (Qasım Abdullayev),
Mə cid Beh budov, Segah İslam (İslam Abdullayev), Seyid Şuşinski, Zülfü
Adıgözəlov, Xan Şuşinski və başqalarının sazəndə dəstələri böyük rəğbətlə
qarşılanırdı. Onla rı məşhur tarzənlər – Mirzə Sadıq, Məşədi Zeynal Haqver-
diyev, Mirzə Fərəc Rzayev, Məşədi Cəmil Əmirov, Malıbəyli Həmid, Qurban
Pirimov, Mirzə Mansur Man surov, Şirin Axundov və b. müşayiət edirdilər.
Xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycanın xalq artisti
Cabbar Qaryağdıoğlu (1861-1944).
Xanende, composer and musical worker, People’s Artist of
Azerbaijan Jabbar Garyagdy oglu (1861-1944).
Xaненде, композитор и музыкальный деятель, народный
артист Азербайджана Джаббар Гарягды оглу (1861-1944).
91
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
Tarzən, bəstəkar və musiqi xadimi Məşədi Cəmil Əmirov
qanun çalarkən (1915-ci il).
Tar-player, composer and musical worker Meshadi Jamil
Amirov plays on the qanun (1915).
Тарист, композитор и музыкальный деятель Мешади
Джамиль Амиров играет на кануне (1915 г.)
Məşhur musiqiçilər: xanəndə Xan Şuşinski, tarzən Bəhram Mansurov
və kamançaçı Tələt Bakıxanovun muğam-triosu.
Mugam-trio of famous musicians: khanende Khan Shushinski,
tar-player Bahram Mansurov and kamancha-player Talat Bakihanov.
Мугамное-трио известных музыкантов: ханенде Хан Шушинский,
тарист Бахрам Мансуров и кяманчист Талят Бакиханов.
Qeyd etmək lazımdır ki, muğamların inkişafı, 1908-ci ildə Üzeyir Ha cı-
bəyli tərəfindən Şərqdə ilk dəfə “Leyli və Məcnun” muğam operasının yaradıl-
masına zəmin yaratmışdı.
XX əsrdə muğam sənətinin sonrakı inkişafı, sözsüz, bu görkəmli bəstəkar,
mu siqişünas və ictimai xadiminin adıyla bağlıdır. O, Azərbaycan muğamları-
nın növ lərini dürüst ayıraraq, onların lad əsasını müəyyən etmişdir [36].
Əgər XIX əsrdə muğamları Xarrat Qulu, Kor Xəlifə, Molla İbrahim ki mi
musiqiçilərin təşkil etdikləri muğam kurslarında öyrənirdilərsə və ya bu sənə tə
Şuşa, Şamaxı, Bakı, Gəncə, Ordubad, Lənkəran və b. şəhərlərdə fəaliyyət gös-
tərən musiqi məclislərində yiyələnirdilərsə, Üzeyir Hacıbəyli artıq muğam ların,
tar və kamançada ifa təlimini konservatoriyanın tədris proqramına daxil edir.
Səadət ABDULLAYEVA
92
Üzeyir Hacıbəyli tərəfindən yaradılan xalq çalğı alətləri orkestri milli mu-
siqi alətlərinin geniş yayılmasını təmin edir. XX əsrin başlanğıcında Bakıda
ke çirilən “Şərq konsertləri”ni mədəniyyət evləri, filarmoniya və konsert zalla-
rının səhnələrində xanəndə və çalğıçıların çıxışları əvəz edir.
Bu dövrdə Əhməd Bakıxanov, Əhsən Dadaşov, Baba Salahov və b.
rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblları çox məşhur idi. Onların çıxışları
zamanı, muğamların tərkib hissələrinin – təsnif, rəng və dəramədlərin çalın-
masına, alətlərin bü tün texniki xüsusiyyətlərinə, onların tembr, registr, habelə
ştrix və ifa üsullarına yaradıcı yanaşmaya böyük diqqət yetirilirdi.
Repertuarına muğamlar da daxil olan orkestr və ansambllarda simli alətlər-
dən tar, kamança, saz, ud, qanun, nəfəs alətlərindən – balaban, tütək, zurna,
ney, membranlılardan – nağara, qoşanağara, qaval, özənsəslilərdən – şaxşax
is ti fadə olu nurdu.
Muğamlar solo ifaçılığında yalnız tar və kamançada deyil, həmçinin ud,
qanun, balaban, ney, tütək, güclü səslənməsi ilə seçilən zurnada, qarmon, klar-
net, qo boy və hətta gitarada səsləndirilir.
Azərbaycan Dövlət Konservatoriyasının təşəbbüsü ilə 1984-cü ildə “Şərq
mu siqi alətləri” üzrə müsabiqə keçirilir.
Bakıda 1988-ci ildə Dövlət Muğam teatrı (rəhbəri – əməkdar incəsənət xa-
dimi Arif Qazıyev) fəaliyyətə başlayır. Burada “Şur” “Segah”, “Bayatı Şiraz”
və “Mahur-hindı” muğamlarının səhnələşdirilən ifaları, “Yeddi muğam – yed-
di gül” kompozisiyası göstərilir.
YUNESKO-nun yolu ilə “Musiqi atlası” seriyası üzrə məşhur tarzən Bəh-
ram Mansurovun ifasında 10 muğam yazılan xüsusi disk buraxılır.
İstedadlı xanəndə, tarzən, kamançaçı, balabançı və qarmonçu pleyadası
musiqi ənənələrinin varisliyini və onların gənc nəslin öyrədilməsini təmin edir.
Yeni XXI əsrin başlanğıcı muğam sənətinin inkişafı və son dərəcə popul-
yarlığı ilə əlamətdar olub. Bunu “Azərbaycan Mədəniyyətinin Dostları” Fon-
du və “Musiqi dunyası” jurnalı tərəfindən “Azərbaycan muğamı” la yihəsi
çər çivəsində 24 məşhur ifaçının fono- və foto materialları, onların yaradıcı-
lıq portretləri daxil edilən “Qarabağ xanəndələri” albomunun 2005-ci ildə beş
dildə (azərbaycan, rus, ingilis, fransız və alman) nəşr olunması ilə şərtləndirmək
olar. Layihənin müəllifi, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-
nun Xoşməramlı sə firi, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Mə-
dəniyyətinin Dostları Fon dunun rəhbəri, Milli Məclisin deputatı Mehriban
xa nım Əliyevadır. Sonra lar Hey dər Əliyev Fondu tərəfindən “Muğam-İrs”,
“Mu ğam-Dəstgah”, “Muğam Ensiklopediyası”, “Muğam-İnternet”, “Muğam-
Antologiya”, “Muğam dünyası”, “Muğam Mərkəzi” layihələri həyata keçirilir.
93
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRI DÜNYANI VALEH EDIR
2009-cu ildən başlayaraq hər iki ildən bir Heydər Əliyev Fondu, Azərbay-
can Mə dəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı və Milli Elmlər Akade-
mi yası tə rə findən çoxlu xarici ölkə nümayəndələrinin iştirak etdiyi “Muğam
dün yası” – Be y nəlxalq Muğam Festival və elmi simpoziumu keçirilir. Ma-
raqlıdır ki, 2011-ci il fes tivalı YUNESKO-nun ənənəvi musiqi üzrə Şurasının
“Makam” elmi-tədqiqat qru punun (ICTM) Bakıda keçirilən VII beynəlxalq
simpoziumu ilə eyni vaxta düşüb.
Simpoziumlarda səslənən məruzələrdə muğamın aktual məsələlərinə ba-
xılır. Bununla yanaşı, gənc ifaçıların beynəlxalq müsabiqələri keçirilir, “İki
dünya” etno-caz musiqisi axşamı, “Tar, kamança, sim…”, “Zərbi muğamlar-
dan mahnılara”, “Muğam və avanqard”, “Muğam-Latinos”, “Azərbaycan mu-
siqisinin dostları”, “Sarı gəlin” konsertləri keçirilir, “Leyli və Məcnun”, “Aşıq
Qərib”, “Əsli və Kərim”, “Şah İsmayıl” muğam operaları nümayiş etdirilir.
Bütün bunlar iştirakçılara Azərbaycan xalq və klassik musiqisilə, həmçinin
mu ğam yönlü müasir əsərlərlə yaxından tanış olmağa imkan verir.
Azərbaycan, ingilis və rus dillərində “Muğam” jurnalı, “Azərbaycan mu-
ğamı” interaktiv audiovizual sistemləri, “Azərbaycan xanəndələri” adla 2005-
ci il divar təqvimi nəşr olunur. Əsasən muğamla bağlı tədbirlərin keçirildi-
yi, memarlıq cə hət cə tarın tərkib hissələrini xatırladan Beynəlxalq Muğam
Mərkəzinin unikal bi nası tikilir.
“Muğam-2005”, “Muğam-2007”, “Muğam-2011” və “Muğam-2015” te-
leviziya müsabiqələri, “Bakı – İslam mədəniyyətinin paytaxtıdır” devizi altın-
da “Muğam dünyası” beynəlxalq festivalı keçirilir (2009).
Dostları ilə paylaş: |