Bixeviorizm. İngilis sözü olub “davranış” deməkdir. XX əsrin əvvəllərində Amerikada meydana gəlmiş cərəyandır. Cərəyanın müəlliflərindən biri olan Edvard Torndayka görə psixologiya şüuru deyil davranışı özü üçün tədqiqat predmeti seçməlidir. E.Torndayka görə həm heyvanlarda, həm də insanlarda psixi proseslər assimilyasiyanın qanunları zəminində baş verir. Hər iki halda xarici proseslər situasiya və cavab reaksiyası ilə bağlı olaraq təzahür edir.
E.Torndayk ideyalarını pedaqoji proseslərə tətbiq edərək “stimul-reaksiya” nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyəyə görə müəllim təlim prosesində elə stiuasiya yaratmalıdır ki, şagird məqsədə uyğun cavab reaksiyası ilə çıxış edə bilsin. Yeni təlim texnologiyaları əsasında keçirilən dərslərdə motiv məhz buna xidmət edir. Motiv şagirdi cavab reaksiyası üçün hazırlaşdırır, onu problem ətrafında fikirləşməyə, tədqiqat aparmağa sövq edir.
Konstruktivizm. XX əsrin ikinci yarısında amerikalı pedaqoqlar Kappan, Əbdəl-Həqq, Skarf-Siter, Makkenin və b. tərəfindən irəli sürülmüşdür.
Konstruktivizm mahiyyətcə, əsas prinsipi yeni biliklərin, ideyaların əvvəlcədən bildiyimiz ideyaların sintezi yolu ilə əldə edilməsi haqqında nəzəriyyədir. Bu, o deməkdir ki, bilik passiv olaraq alınmır. Bu, insanların necə öyrənməsi haqqında tədqidata əsaslanan təlimə bir yanaşmadır. Bir çox tədqiqatçılar deyirlər ki, hər bir fərd biliyi başqalarından almaqdan daha çox onu özü “qurur, yaradır”. Konstruktiv öyrənməyə necə nail olmaq haqqında bir sıra fikirlər vardır, lakin əksər təhsil işçiləri inanırlar ki, şagirdlər mücərrəd anlayışları araşdırmalar, mühakimələr və müzakirələr vasitəsilə daha yaxşı dərk edirlər. Yəni, öyrənənlərin beyni müəllimin üzərində yazdığı daş, yazı taxtası deyildir. Hər bir öyrənən onların dünyagörüşünə təsir edən həyat təcrübəsi ilə gəlir, bunlar müəllim tərəfindən diqqətlə planlaşdırılmış və təşkil edilmiş təlimatla birgə uşağa məna yaratmaq, özlərinin dərketməsini qurmağa kömək edir. Göstərilmişdir ki, təlim uşaqların həyat təcrübələri ilə birləşdikdə konstruktivizm biliyin dərindən dərk edilməsi və daha uzun müddət yadda saxlanmasına kömək etməkdə səmərəli nəticə verir.
Bəzi pedaqoji ədəbiyyatda konstruktivizmə biliyin təbiətinin və insanların necə öyrəndiklərinin izahını verən epistomologiya kimi yanaşılır (biliyin təbiəti, mənbələri və hüdudları haqqında nəzəriyyə). Başqa sözlə öyrənmə və ya məna yaratma nəzəriyyəsidir. Bu nəzəriyyə sübut edir ki, şagirdlər öz yeni düşüncə və ya biliklərini artıq bildikləri və inandıqları ilə qarşılıqlı əlaqədə qururlar. Bu yolla şagirdlər tədqiqatçı kimi çıxış edərək sanki nəyi isə “kəşf ” edirlər. Konstruktiv mühiti şagirdlərin fəallığı, sorğu-sual, problemləri həlli, əməkdaşlıq müşaiyət edir. Müəllim öyrətməyə maraq yaradan, sual verən, mübahisə aparan bələdçi, fasilitator, həm də axtarıcı rolunda çıxış edir.
Konstruktivizmin növlərinə pedaqoji ədəbiyyatlarda yer verilmişdir:
-
J.Pyajenin psixoloji konstruktivizmi;
-
L.Viqotskinin sosial konstruktivizmi;
Pyajenin psixoloji konstruktivizminin mahiyyətində təlimin məqsədinə uyğun şagirdin maraq və ehtiyaclarının dəstəklənməsi durur. Bu yolla tədqiqat obyektinə çevrilən şagirdin fərdi idraki inkişafı təmin olunur. Elmi tədqiqat vasitəsilə idraki inkişafın təbii yolunu müəyyənləşdirməyə cəhd edən, uşağa yönəlmiş yanaşmadır. Belə yanaşmada fərz olunur ki, şagirdlər sinfə müəllim tərəfindən dəyişdirilmiş, düzəlişlər edilmiş ideyalarla, rəylərlə daxil olurlar, müəllim şagirdlərə dilemma yaradan tapşırıqlar və suallar hazır-lamaqla bu dəyişiklikləri istiqamətləndirir. Biliyin yaradıcı təhlili bu dilemmaların arasından yol açmaq nəticəsində baş verir.
L.Viqotskinin sosial konstruktivizmi sosial transformasiya üçün təhsilə əsaslanır, sosial-mədəni kontekstdə fərdin yerləşdiyi mühitin onun inkişafındakı rolunu əks etdirir. Etibarlı inkişaf zonası kimi xarakterizə olunan mühit şagirdlərin formalaşmasının bazisi kimi göstərilir. Fərdi inkişaf mədəni qaydaların qrup tərəfindən paylaşdırıldığı və nəticədə fərd tərəfindən özününküləşdirilən sosial qarşılıqlı əlaqələr nəticəsində yaranır. Şagirdlər bilikləri mühitlə qarşılıqlı əlaqədə əldə edirlər. Bu zaman həm fərd, həm də mühit dəyişir. Tədqiqatın obyekti fərdlə sosial və mədəni mühit arasındakı dialektik münasibətdir.
II. Yeni təlim texnologiyalarının metodoloji əsasları kimi Azərbaycan Respublikasının dövlət və digər normativ-hüquqi sənədləri götürülə bilər.
Bizə elə gəlir ki, təhsilin metodoloji əsasında müqəddəs kitabımız olan “Qurani- Kərim” və ondan irəli gələn ideyalar durmalıdır. “Qurani–Kərim”də göstərilir: “Elm uzaq Çində olsa belə gedib öyrənmək lazımdır” və ya “Bələkdən qəbr evinədək öyrənmək”.
İstənilən fənnin, o cümlədən təlim nəzəriyyəsi olan Didaktikanın metodoloji əsasları kimi aşağıdakı dövlət və normativ-hüquqi sənədləri göstərmək olar:
-
Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir:
Maddə 18. Din və dövlət.
III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır (1,səh. 8).
Maddə 42. Təhsil hüququ.
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir (1, səh.15).
Milli kurikulumda standartlara təlim strategiyaları da daxil edilmiş, təhsilin dünyəvi xarakteri inkişaf etmiş ölkələrdəki təhsilə təhsilimizin inteqrasiyası ilə mümkünlüyü göstərilmişdir.
-
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Burada göstərilir:
Maddə 5. Təhsil hüququna dövlət təminatı.
5.7. Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların tətbiqinə təminat verir (30; 17).
6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanılmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir (30; 18).
Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi.
9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir (30; 21).
Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri.
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri haqqında geniş məlumata vəsaitin II fəslində yer verilmişdir. Odur ki burada həmin prinsiplər barədə əlavə söz açmağa lüzum görmürük.
c) Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramı (15 İyun 1999-cu il). İslahat Proqramının məqsədi Azərbaycan Təhsilinin səviyyəsini dünyanın qabaqcıl, inkişafetmiş ölkələrindəki təhsilin səviyyəsinə çatdırmaq, onlardakı standartlara uyğunlaşdırmaq, dünya təhsilinə inteqrasiya etməkdir.
Təhsillə bağlı standartlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)” konseptual sənədilə müəyyən edilir
Ümummilli lider, mərhum prezident H. Əliyevin dediyi kimi Təhsil İslahatı tədricən, təkamül yolu ilə olmalıdır. İnkişaf etmiş ölkələrdə mövcud olan təhsil sistemi ölkəmizə mexaniki şəkildə köçürülə bilməz. Bu zaman milli mentalitet, yerli şərait və s. amillər nəzərə alınmalıdır.
Ümumorta təhsillə bağlı dövlət standartlarına aşağıdakılar daxildir:
-
Orta təhsilin məzmununun minimumu.
-
Dərs yükünün maksimum həcmi.
-
Şagirdlərin hazırlıq səviyyəsinə verilən tələblər.
Göstərilən standartlar BMT-nin konvensiyasına, beynəlxalq normalara, Azərbaycan Respublikasının Qanunvericilik aktlarına əsaslanır. Standartların əsas məqsədi ümumi icbari təhsil həyata keçirməkdir.
İslahat Proqramı giriş və dörd bölmədən ibarətdir.
I bölmə: Respublikada təhsilin real vəziyyəti.
II bölmə: İslahatın əsas istiqamətləri.
III bölmə: İslahatın gedişi zamanı həyata keçiriləcək əsas tədbirlər.
IV bölmə: Gözlənilən nəticələr.
İslahatın üç mərhələdə keçirilməsi nəzərdə tutulmuşdur: 1) 1999; 2) 2000-2003; 3)2004-...
İslahat Proqramının II bölməsi (əsas istiqamətlər) aşağıdakı sahələrə ayrılır: 1) Təhsil sistemində struktur islahatları. 2) Təlim-tərbiyənin məzmun islahatları. 3) Təhsil sistemində kadr hazırlığı. 4) Təhsil sisteminin informasiyalaşdırılması, tədris və metodiki təminat. 5) Təhsil sisteminin idarə olunması. 6) Təhsil sisteminin maddi texniki bazası. 7) Təhsilin iqtisadiyyatı.
İslahat Proqramının 3-cü bölməsində 7 istiqamətdə 128 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Proqramın IV bölməsi isə aşağıdakı nəticələrin əldə ediləcəyini gözləyir (və ya gözlənilir):
-
Təhsil sisteminin geniş, normativ-hüquqi-iqtisadi bazasının yaradılması.
-
Müxtəlif yönümlü və səviyyəli təhsil müəssisələrinin inteqrasiyasında, onların bazasında yeni tipli elmi-təhsil bazalarının yaradılması.
-
Ümumi və peşə təhsilinin bütün pillə və səviyyədə dövlət təhsil standartlarına müvafiq təhsil proqramlarının yenidən hazırlanması.
-
Kadr hazırlığı təhsil işçilərinin çevikliyini, raqabətə qabiliyyətini artırır.
-
Təhsilin tədris, elmi-metodiki, informativliyi real tələblərə uyğunlaşdırılır.
-
Təhsil sistemində dövlət-ictimai xarakterli idarəetmə modeli yaradılır.
-
Təhsil sistemində müəssisə-təsərrüfat sistemi yaradılır (maddi-texniki)
-
Təhsil sistemi maliyyələşdirilir, yeni mexanizmi əks etdirən iqtisadi modellər yaradılır.
Haqqında bəhs edilən Azərbaycan Respublikası Təhsil İslahatı Proqramının II bölməsinin - “Təlim-tərbiyənin məzmun islahatları” başlıqlı hissəsində qabaqcıl ölkələrdə, o cümlədən respublikamızda olan innovasiyalardan təlim-tərbiyə prosesində istifadə etməklə təhsilin səviyyəsinin yüksəldilməsi təhsil müəssisələri qarşısında bir vəzifə kimi qoyulmuşdur.
ç) Müəllimlərin–pedaqoji işçilərin ixtisasının artırılması sistemi unikal bir sistemdir. Bu sistem müəllimlə, təhsillə bağlı olan hər hansı bir problemə müəyyən operativliklə reaksiya vermək qabiliyyətinə malikdir.Onun vasitəsilə həm pedaqoji kadrların, həm onların simasında təhsilə cəlb edilən şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyə və keyfiyyətini yüksəltmək mümkündür.
Bu gün hər 5 ildən bir məcburi ixtisasartırma yaşadığımız dövrün tələblərinə, demokratik prinsiplərə uyğun gəlmir: hamıya eyni mövzunu, eyni tədris proqramlarını öyrətmək müsbət nəticə verə bilməz. Artıq müəllim öz tələbatını, ehtiyacına uyğun gələn tədris plan və proqramlarını seçmək istəyir. Təbii ki, məsələnin bu cür qoyuluşu ixtisasartırma təhsilində bir sıra strateji dəyişikliklər edilməsini, tamamilə yeni mexanizmlərə keçməyi tələb edir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin ardıcıl həyata keçirdiyi tədbirlər, qabaqcıl ölkələrdəki təhsil sisteminin öyrənilməsi respublikamızda ixtisasartırmanın yeni mexanizminin hazırlanmasına gətirib çıxarır. Bu mexanizm məruzə şəklində Paris Versal Akademiyasına təqdim edildi. Sonralar bu mexanizm Versal və ya Fransa modeli kimi səsləndi.
İxtisasartırma və yenidən hazırlanmanın yeni mexanizminin Respublikada üç mərhələdə həyata keçirilməsi qərara alındı:
I mərhələ - 1996-1998 - islahatlara hazırlıq mərhələsi,
II mərhələ - 1998-2000 - strategiyanın qəbulu və ilkin real addımlar mərhələsi,
III mərhələ - 2000-2003 - Yeni mexanizmə keçid, proseslərin tətbiqi mərhələsi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin apardığı ardıcıl tədbirlərin həyata keçirilməsi Azərbaycan prezidenti H.Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 349 nömrəli fərmanı və “Dövlət İslahat Proqramının” qəbulu ilə təsbitləşdi. Proqramın 128 strateji tədbirindən 45-i ixtisasartırma və yenidən hazırlanmaya aiddir. İxtisasartırma və təkmilləşdirmənin yeni mexanizminin əsas müddəaları aşağıdakılardır:
-
ixtisasartırma təhsilinə cəlb olunma könüllülük prinsipi əsasında qurulur, məcburiyyət prinsipindən, planlı ixtisasartırma təhsilindən imtina edilir, “Sifariş-təklif” modelinin tətbiqinə keçilir;
-
ixtisasartırmanın başlanğıc nöqtəsi məktəb hesab olunur, pedaqoji kadrların bu təhsilə olan maraq və ehtiyacı burada öyrənilir;
-
ixtisasartırma müəssisələri yalnız sifarişçinin tələbatını ödəmək məqsədilə fəaliyyət göstərir;
-
ixtisasartırma prosesi əvvəlcədən təklif olunan tədris plan-proqramlara və onlara yerlərdən gələn reaksiyalar əsasında qurulur, proqramlar daim yeniləşdirilir, tələbata uyğunlaşdırılır;
-
alternativ proqramların təklifi ixtisasartırma müəssisələri arasında sağlam rəqabət yaradır;
-
“ixtisasartırma-attestasiya-stimul” mexanizmi əsas şərt kimi qəbul olunur;
-
pedaqoji yönlü təhsil mərkəzləri nəzdində dayaq məntəqələri yaradılır, fasiləsiz təkmilləşdirmə prosesinə geniş yer verilir; öyrədənlər daim öyrədilir;
-
ixtisasartırma təhsilində distant təhsil, özünütəhsil mexanizmləri tətbiq olunur, informasiya təminatı gücləndirilir;
-
yerli tədris, metodik və kadr xidmətlərinin, eləcə də ixtisasartırma müəssisələrinin fəaliyyəti ixtisasartırma təhsilindən keçmiş kadrların əldə etdikləri nəticələrə uyğun qiymətləndirilir.
İxtisasartırma təhsilində həyata keçirilməsi nəzərdə tutulan bu prinsiplər məhz “Strateji addımlar” adlanır.
Bu problemin aktuallığını nəzərə alan hörmətli nazirimiz Misir Mərdanov bu məsələyə bir daha qayıtmış “İxtisasartırma təhsilində yeni mexanizmə keçid və müəllimlərin təkmilləşdirilməsi işinin təşkili barədə” 21 fevral 2002-ci il tarixli 164 nömrəli əmr hazırlamışdır. Əmrdə ixtisasartırma təhsili üzrə yeni mexanizmə keçmək üçün reallaşması vacib sayılan fəaliyyət istiqamətləri göstərilmiş, prosesdə iştirak edəcək tərəflərin konkret vəzifələri müəyyən edilmişdir.
Bəzən müəllimlər ixtisasartırma və təkmilləşdirmə anlayışları arasındakı mühüm fərqi görmür, eyniləşdirirlər. Respublika Təhsil Nazirliyinin 21.02.2002-ci il tarixli 164 saylı əmrində bu anlayışlar arasındakı fərq aydınlaşdırılır, orada göstərilir:
2.1.7. Nəzərə alınsın ki, hər bir müəllimin öz pedaqoji fəaliyyəti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq profesional və metodiki səviyyəsini yüksəltmək, peşə ustalığını elmi-nəzəri biliklərini artırmaq məqsədi ilə şəxsi tələbatlarına –ehtiyaclarına uyğun gələn tədris plan və proqramlarla bilavasitə ixtisasartırma tədris müəssisələrində təhsil alması ixtisasartırma təhsili kimi müəyyənləşdirilmişdir. İxtisasartırma təhsilinə cəlb olunma prosesində məcburiyyət halları yolverilməzdir.
2.2.1. Müəllimlərin təkmilləşdirilməsi prosesi Nazirliyin “Dayaq məntəqələri mexanizminin tətbiqi barədə" 17.10.2000-ci il tarixli əmri ilə təsdiq edilmiş mexanizmə uyğun olaraq dayaq məntəqələrində təşkil edilir.
2.2.2. Müəllimlərin təkmilləşdirilməsi prosesi aşağıda müəyyənləşdirilmiş anlayışların vəhdəti kimi qəbul edilsin və gələcək prosedura məhz bunların reallaşdırılmasına yönəldilsin:
-
daimi özünütəhsil;
-
pedaqoji, psixoloji, metodoloji, elmi yeniliklər, dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan, proqramlarında, texniki tədris vasitələrində olan yeniliklərlə operativ tanışlıq, bu sahədə öz həmkarı ilə təcrübə mübadiləsi;
-
distant-məsafədən ötürmə vasitələri ilə yeni metodların əldə olunması, bu istiqamətdə fikir mübadiləsinin aparılması;
-
aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması, problem mövzular ətrafında fikir mübadilələrinin, diskusiyaların təşkili;
-
dərslərdə kollektiv iştirak, konkret metodikanın aprobasiyası, nəticələrin təhlili;
-
kadr hazırlığı, ixtisasartırma və yenidənhazırlama təhsilində tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik, dərs vəsaitlərinə əsaslandırılmış təkliflərin verilməsi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin respublika təhsil müəssisələrində təlim-tərbiyə fəaliyyətini yüksəltmək üçün bir çox forma, islahat, yollardan istifadə edir. Bunlardan biri də respublikada təhsilə humanitar yardım göstərmək istəyən bir sıra xarici təşkilat, qurumlarla məqsədəuyğun müqavilələr bağlamaq, onların həyata keçirilməsi üçün şərait yaratmaqdır.
Təhsil Nazirliyinin Açıq Cəmiyyət İnstitutu - Yardım fondu ilə bağladığı müqaviləyə uyğun olaraq respublikada 9 treninq mərkəzi yaradılmış və fəaliyyət göstərmişdir. Açıq Cəmiyyət İnstitutunun tərəfindən təşkil edilmiş treninq mərkəzlərində ənənəvi proqramlardan fərqli olan alternativ təlim texnologiyalarından istifadə edilərək müəllimlərin ixtisasartırma kurslarından keçirilməsi təşkil edilmişdir.
Təhsil Nazirliyinin 2003-cü il tarixli kollegiya materiallarında göstərilir:
“10. Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun xətti ilə ixtisasartırma təhsilində alternativ xidmətlər göstərən treninq-mərkəzlərinin fəaliyyəti dəstəklənsin, ixtisasartırma müəssisələri şəbəkəsində də Fondun “Addım-addım”, “Tənqidi təfəkkür ”proqramlarına uyğun olan yeni təlim texnologiyalarının tətbiqi məsələlərinə baxılsın”. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiya materialları. Bakı, 2003, səh 14)
B
Yeni təlim texnologiyalarının metodoloji əsasları
Fəlsəfi
Dövlət, normativ-hüquqi sənədlər
Müstəqil biliyin əldə edilməsinin metodologiyası
Hüquqi baza (əsas)
eləliklə yeni təlim texnologiyalarının metodoloji əsaslarını klasterləşdirsək aşağıdakı nəticəni çıxarmaq olar (Sxem 1.1):
2. Yeni təlim texnologiyalarının mahiyyəti.
Ənənə və müasirlik
İnkişaf etmiş Qərb dövlətlərinin təhsil sistemində istifadə edilən aktiv və ya interaktiv təlim metodlarından respublikamızın təhsil müəssisələrində yüksələn xətlə istifadə edilməkdədir.
Bu metodların şagird şəxsiyyətinin formalaşdırılmasında xüsusi yeri vardır. Təlimi humanistləşdirmədən, humanitarlaşdırmadan, demokratikləşdirmədən şagird şəxsiyyətini formalaşdırmaq olmaz. Təlimin humanistləşdirilməsi prinsipi sosial, bəşəri və mədəni ideyalara xidmət edir. “Məlum olduğu kimi islahatın əsas mahiyyətini təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, demokratikləşdirilməsi, diferensiallaşdırılması və inteqrasiya kimi prinsiplər təşkil edir. Bu prinsiplər isə milli zəminə, bəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasının, təhsil alanın şəxsiyyət kimi formalaşdırılması üçün onun təlim-tərbiyə prosesinin bərabər hüquqlu subyektinə çevrilməsini bir vəzifə kimi qarşıya qoyur”. Yeni təlim texnologiyalarında şagirdlərin intellektual, mənəvi cəhətdən inkişaf etdirilməsi ön plana keçirilir. Yeni texnologiyaların təlimdə tətbiqi şagirdlərin öz fikirlərini aydın, məntiqi ardıcıllıqla ifadə etmələrinə şərait yaradır. Bu metodlar şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafını təmin etməklə, onlarda yüksək ünsiyyət mədəniyyəti formalaşdırır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya iclasınının materiallarında göstərilir: “Fasiləsiz təhsil konteksində şəxsiyyətin, kamil insanın hazırlığı üzrə dünya təcrübəsinə inteqrasiya prinsipi zəruri faktor kimi qəbul edilməli, həmin istiqamətdə konkret fəaliyyət həyata keçirilməlidir“ (3,səh.4-52). Bu şagirdləri müəyyən qədər fəallaşdıran, təlimdə müvəffəqiyyət qazanmağa imkan verən ənənəvi təlim metodlarından bütövlükdə imtina etmək demək deyildir. Ənənəvi metodların müsbət cəhətlərindən istifadə edərək yeni yanaşmanın, yeni təlim texnologiyalarının, innovasiyaların pedaqoji, psixoloji əsaslarını işləmək və nəticəyönümlü, şagirdə istiqamətlənmiş təlim-tərbiyə prosesinin elmi əsaslarının müasir tələblərə uyğun araşdırmaların aparılması təhsil sisteminin qarşısında duran ən aktual problem kimi qiymətləndirilir.
Təlim metodlаrı təlimdə müəyyən məqsədə nail olmaq üçün müəllim və şagirdlərin fəaliyyətinin nizama salınması qaydasıdır. Təlim metodları dedikdə, məqsədə nail olmaq, təhsil vəzifələrini həll etmək yollarının məcmusu başa düşülür. Pedaqoji ədəbiyyatda metod anlayışı müəllimin və ya şagirdlərin fəaliyyətinə aid edilir. Müəllimin fəaliyyəti ilə bağlı olan metodlar tədris metodları, şagirdlərin fəaliyyəti ilə bağlı olan metodlar isə öyrənmə metodları adlanır. Müəllim və şagirdlərin birgə fəaliyyəti ilə bağlı olan metodları təlim metodları kimi işlətmək lazımdır. Təlim metodları strukturunda priyomları (tərzləri) da fərqləndirmək lazımdır. Priyom metodun elementidir, onun tərkib hissəsidir, metodun tətbiqində ayrıca addımdır.
Təlim metodu mürəkkəb, çoxparametrli bir anlayış olmaqla təlimin məqsədini, məzmununu, qanunauyğunluqlarını, prinsiplərini səmərəli həyata keçirmək üçün istifadə olunur. Təlimin məqsədinin, məzmununun keyfiyyətlə icrası seçilmiş metodların praktik imkanlarından asılıdır. Bu imkanları məhz metodlar təmin edir və didaktik sistemin inkişaf sürətinə təkan verir. Təlimdə tətbiq edilən metodlar inkişafa nə qədər çox şərait yaradarsa, təlimin səmərəsi də bir o qədər yüksək olаr.
Bu mənada interaktiv təlim metodları üstünlük təşkil edir.
İnkişafetdirici, nəticəyönümlü təlim əsas üç funksiyanı yerinə yetirdiyindən, bunlar təlim-tərbiyə prosesində nəzərə alınmalıdır:
-
pedoqoji - buraya şagirdin təlimlə bağlı inkişafına təsir göstərən amilləri: mikromühiti, kommunikasiyaları, şəxsi təcrübə və metodları;
-
psixoloji - buraya təlim nəticələrinin mənimsənilməsini təmin edən şagirdlərin psiхoloji imkanları: səyi, marağı, xarakterik xüsusiyyətləri;
-
sosial - buraya əxlaq, əmək, elm, incəsənət, din və s. ilə əlaqədar bilik və bacarıqların verilməsi daxildir.
Təlim prosesinin mahiyyəti, təlim metodlarının məzmunu ictimai şərait inkişaf etdikcə dəyişdiyindən, Azərbaycan Respublikası azad, müstəqil inkişaf yoluna keçdikdən sonra inkişafın xarakterinə uyğun olaraq təlim metodları da forma və məzmunca yeniləşməyə başlamışdır. Cəmiyyət müstəqil düşünən, kamil, rəqabətəqabil şəxsiyyət, yaradıcı insan yetişdirməyi problem kimi təhsil müəsisələrinin qarşısında qoymuşdur. Bu vəzifələri həyata keçirmək, reallaşdırmaq inkişaf etmiş qabaqcıl ölkələrdə mövcud olan fəal təlim metodlarından, milli-mənəvi dəyərləri nəzərə alaraq istifadəni zərurətə çevirmişdir.
Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı yeni təlim metodlarından, təlim texnologiyalarından istifadənin elmi, pedaqoji - psixoloji əsaslarının işlənilməsini əsas problem kimi qarşıya qoymuşdur. Təhsil sistemində yeni təlim texnologiyalarının tətbiqi təlim prosesinin səmərəliliyini, keyfiyyətini yüksəldən əsas amil olduğundan, belə nəticəyə gəlmək olar ki:
- tədris prosesi nəticəyönümlü proses olduğundan, məqsədi əvvəlcədən müəyyənləşdirilmiş və şagirdə istiqamətlənmiş təlim həyata keçirilməlidir;
- tədris və təlim bir-biri ilə sıx bağlı olduğundan daim qarşılıqlı əlaqədə götürülməlidir;
- tədris prosesi hər birinin öz rolu və statusu olan bir neçə fərdlərin əməkdaşlığından irəli gələn sosial bir proses olub inkişaf rejimində fəaliyyət göstərməlidir;
- tədris prosesi qarşılıqlı əlaqələrin xarakterindən, mühitin xüsusiyyətlərindən, təhsil müəssisələrinin əhatəsindən asılı olub onların daxili quruluşundan irəli gələn verbal və sensor davranışların məcmusunu özündə birləşdirməlidir (22, səh.3-52).
Müəllimlər yeni texnologiyalardаn istifаdə еtməklə dərsləri daha maraqlı edən, şagirdləri, əsasən, sağlam mühakimələr irəli sürməyə, sonradan real həyata tətbiq edəcəkləri məzmunu başa düşməyə yardım edən mühüm vasitələrə çevirə bilərlər. Deməli, yeni təlim metodları təhsilin məzmununu daha yaxşı mənimsəmək və şagirdlərin müstəqil cavab vermək məqsədi ilə tələb olunan təfəkkür prosesini inkişaf etdirmək üçün çox faydalıdır.
Yeni təlim texnologiyalarının üstün cəhətlərini prof. Ə.Ağayev belə göstərir: “...dərs tam fəallıq şəraitində keçir, təkcə müəllim deyil, şagirdlər də yaradıcılıq axtarışında olurlar, müstəqil düşüncə tərzi formalaşır, təşəbbüskarlıq, yeniliyə meyllilik güclənir” (4, səh. 39-47).
Təlim prosesini aktivləşdirmək üçün düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək və öyrənməyə maraq yaratmaq məqsədini güdən müəllim, şagirdi təlimə cəlb edəcək müəyyən metod, texnika və proseduralardan istifadə etməlidir. Şagird təliminin fəal iştirakçısı olmaq üçün hazırlanmalıdır. Müəllim şagirdə dünyanı başa düşməkdə və qazandığı bilikləri real həyat şəraitinə tətbiq etməkdə yardım göstərməlidir. Yeni texnologiyalar tədris strategiyasının yerinə yetirilməsinə istiqamətləndirildiyindən, onlar nəzərdə tutulmuş təlim məqsədlərinə nail olmaqda əsas alət rolu oynayır.
Yeni texnologiyalar bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim metodlarından fərqlənir: şagirdlərin tədqiqat fəaliyyətinə cəlb edilmələri, müəllim tərəfindən problemli şəraitin yaradılması, biliklərin şagirdlər tərəfindən müstəqil əldə edilməsi və s. Qeyd edilən xüsusiyyətlər bəzi ənənəvi təlim metodlarında da olmuşdur, lakin yeni təlim metodları bütövlükdə göstərilən xüsusiyyətlərə əsaslanır.
Araşdırmalar göstərir ki, yeni təlim texnologiyaları aşağıdakı prinsiplərə əsaslandıqda şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməyə imkan verir:
-
təfəkkürün inkişafına səbəb olacaq konstruktivizmə;
-
şagirdlərin sosial inkişafına səbəb olacaq kooperativ təlimə;
-
biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına;
-
bilik və bacarıqların müstəqil şəkildə əldə edilməsinə;
-
müəllimin təşkilatçı, koordinator, bəzi hallarda arbitr rolunda çıxış etməsinə.
D.Kappana görə konstruktivizm- öyrənənlərin biliklərə özlərində əvvəllər mövcud olan və təcrübələrdən əldə etdikləri yeni ideya və ya nəzəriyyələrlə əlaqələndirməklə yiyələnməsi prosesidir (9,səh.2). Konstruktivizm bəzən yaradıcılıq kimi də səciyyələndirilir. Konstruktivizm belə bir ideyaya əsaslanır ki, bilik qurulur, kəşf edilir, yaradılır. Bilik passiv şəkildə alına bilməz, bilik fəal öyrənmə prosesində əldə edilə bilər. Konstruktivizm nəzəriyyəsinin həyata keçirilməsi üç şeyi tələb edir: fəal şagird, sosial şagird və yaradıcı şagird (23, səh.24-27).
Yaradıcı (konstruktiv) mühitin təmin edilməsi üçün müəllim aşağıdakılara əməl etməlidir:
- bilik vermək yox, biliyi əldə etməyə həvəs yaratmalı;
- hazır cavablı suallar yox, problemli suallar verməli;
- öyrənənin gələcək inkişafını təmin etməli ;
- informasiya verməkdənsə, öyrənəni biliklərin əldə edilməsi prosesinə cəlb etməli;
- öyrənmə prosesini düzgün planlaşdırmalı.
Kooperativ (əməkdaşlıq əsaslı) təlimdən fərqli olaraq ənənəvi didaktikada təlim tapşırıqlarının üç formada verilməsi göstərilir: frontal, qrup, fərdi.
Yeni təlim texnologiyalarının tətbiq edildiyi dərslərdə qrup forması üstünlük təşkil edir. Burada mahiyyət də dəyişir, qrupu təşkil edən şagirdlər qarşılıqlı ünsiyyət, mülahizə zəminində verilmiş tapşırığı icra edirlər.
Kooperativ təlim zamanı şagirdlər yalnız birgə fəaliyyət göstərdikləri digər şagirdlərlə eyni vaxtda öz məqsədlərinə çata bilərlər. Kooperativ əsaslı öyrənmə təlim tapşırığının elə təşkilini tələb edir ki, şagirdlər dərsin məqsədinə özünün və kiçik qruplardakı yoldaşlarının səyləri nəticəsində nail olsunlar. Kooperativ təlimə aid öyrənmə modeli D.Conson və R.Conson tərəfindən yaradılmışdır. Onlar kooperativ öyrənməyə daxil edilməli beş komponent müəyyən etmişlər:
-
müsbət qarşılıqlı asılılıq (şagirdlər səmərəli nəticələrə nail olmaqla digər qrup üzvlərindən eyni dərəcədə, qarşılıqlı şəkildə asılı olduqlarını bilməli və buraya məqsəd, tapşırıq, ehtiyat (material, məlumat), rol, mükafat, qarşılıqlı asılılıqlar daxil edilməlidir);
-
şagirdlərin üz-üzə qarşılıqlı fəaliyyəti;
-
fərdi məsuliyyət (hər qrup üzvü məsuliyyət barədə aydın təsəvvürə malik olmalıdır);
-
şagirdlərin müvafiq şəxsiyyətlərarası və kiçik qrup bacarıqları ilə təlimatlandırılması (qrupdaxili davranış qaydaları);
-
qrupun fəaliyyəti (şagirdlərin qrupun necə işləməsini qiymətləndirmək, üzvlərin işlərinin faydalı olub-olmamasını müzakirə etmək üçün vaxtı olmalıdır).
Li.Eybrəhəmsn yeni təlim texnologiyalarının əhəmiyyətini ümumiləşdirərək qeyd edir. « Əgər bizim beynimiz bunu (dərketməni) özü etmirsə, yeni informasiyanı qəbul etmirsə, əlaqələr axtarmırsa, onu təhlil edib məna çıxarmırsa, heç bir kənar qüvvənin heç bir təsiri olmayacaqdır » (20, səh.2).
Yeni təlim texnologiyaları əsasında tədris edilən dərslərdə müəllimin rolu texnologiyaya aşağıdakı sxemdə göstərilən funksiyaların yerinə yetirilməsi ilə bağlı daxil edilə bilər (sxem 1.2.):
Sxem 1.2.
Sxemdən görünür ki, müəllimin funksiyalarına dizayner anlayışı da daxil edilmişdir. Burada dizayner müəllimin təhsil prosesinin məzmunu ilə bağlı kurikulumlara uyğun mövzu və onun məzmununun müəyyənləşdirməsi, onu şagirdlərin imkanlarına uyğunlaşdırması mənasında başa düşülməlidir.
Müəllimin fasilitasiya bacarıqlarına aşağıdakılar daxildir:
-
müəllim və şagirdlərin birgə əməkdaşlığı,
-
onların qarşılıqlı hörmət və etibarı,
-
şagirdlərin olduqları kimi qəbul edilməsi və müəllim tərəfindən onların daim dəstəklənməsi,
-
şagirdlərin qabiliyyətlərinə inam,
-
təfəkkürün stimullaşdırılması,
-
şagirdlərdə öyrənmə stimulunun və motivasiyasının yaradılması,
-
onların sinif mühitinə, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması.
Dostları ilə paylaş: |