Qiymətləndirmə. Qiymətləndirmə diaqnostik, formativ (prosesdaxili), summativ (yekun və ənənəvi qiymətləndirmələr) elementlərdən ibarət ola bilər. Qiymətləndirmə fasiləsiz olaraq tədris boyu davam edir. Qiymətləndirmə müəllimə şagirdlərin mövzunu qavrama səviyyəsini və tədris fəaliyyətinin istiqamətini müəyyənləşdirməyə imkan verir.
Portfolio – şagirdlərin təlim müvəffəqiyyətini və inkişafını öyrənməkdə üçün portfoliosuna diqqət yetirmək vacibdir. Portfolio müəyyən vaxt ərzində şagirdlərin öyrənmə müvəffəqiyyətlərini sənədlərlə sübut etmək və nümayiş etdirmək üçün onun işlərinin toplusudur. Digər peşə sahibləri portfolio hazırladıqları kimi şagirdlərdən də öz bilik və vərdişlərinin müxtəlif aspektlərini nümayiş etdirən portfolio hazırlamaq tələb olunur. Bəzi müəllimlər şagirdlərin seçməli olduğu məsələləri təfsilatı ilə göstərir, digərləri isə şagirdlərin müstəqil qərar qəbul etməsinə icazə verirlər. Portfolioları düzgün yoxlamaq və qiymətləndirmək müəllimlər üçün çətindir, lakin ideyanın tərəfdarlarının əqidəsinə görə onlar şagirdləri düşünməyə sövq edir. Bu test qiymətlərinə nisbətən daha əyani və dəqiqdir.
Ənənə və müasirlik.
Ənənəvi təlim metodları müxtəlif pedaqoqlar tərəfindən müxtəlif cür təsnif edilmişdir.Aşağıdakı nümunələrə diqqət yetirək:
I. Q.Şukinaya görə: a) Məlumatverici - inkişafetdirici təlim metodları: şifahi şərh (nəql, izah, məktəb mühazirəsi); müsahibə, kitab üzərində iş.
b) Evristik (axtarış xarakterli) təlim üsulları: Evristik müsahibə, disput, müsahibə, problemli təlim, tədqiqatçılıq.
c) reproduktiv təlim üsulları (təkrar, nümunə üzrə iş, və s.)
II. Ü.Lerner və M.N.Skatninə görə:
1. izahlı-illüstrativ.
2. reproduktiv,
3. problemli şərh,
4. qismən axtarış (evristik)
5. tədqiqatçılıq.
Yeni təlim texnologiyalarının təxminən, aşağıdakı növləri vardır: Blok fənlər, müzakirə xəritələri, kub, əqli hücum, klaster, Venn diaqramı, karusel strategiyası, dəyirmi masa, ziqzaq, insert metodu, t-sxem, sementik əlamətlərin təhlili, BİBÖ və s.
Pedaqoji ədəbiyyatda mövcud olan təlim metodları ilə yeni təlim texnologiyalarının müqayisəsi, müqayisə nəticəsində aparılmış analiz deməyə imkan verir ki, ənənəvi təlim metodları ilə interaktiv təlim metodları arasında fərqli və oxşar cəhətlər vardır. Oxşar və fərqli cəhətləri yeni təlim texnologiyası olan Venn diaqramı ilə aşağıdakı kimi vermək olar (Cədvəl 1.1):
Cədvəl 1.1. Ənənəvi təlim metodları ilə yeni təlim texnologiyaları arasındakı oxşar və fərqli cəhətlər:
Fərqli
Ənənəvi təlim metodları
|
oxşar
|
Fərqli
Yeni təlim texnologiyaları
|
1. Biliklər şagirdlərə hazır şəkildə verilir.
2. Bu metodlar əsasında təşkil edilən dərslərdə müəllim aktiv, şagirdlər passiv olur.
3. Şagirdlərin təlim fəaliyyəti müəllim tərəfindən qiymətləndirilir.
4. Müəllim-şagird, şagird-şagird arasında ünsiyyət yüksək səviyyədə olmur.
5.Şagird şəxsiyyətinin formalaşdırılmasına diqqət yetirilmir.
6.Müəllim avtoritar funksiya daşıyır.
7.Şagirdlərin yaradıcı inkişafı təmin edilmir.
|
1.Hər iki metodla keçilən dərslərdə şagirdlərin tərkibi dəyişmir
2.Mövzuların tədrisi eyni proqram tələblərinə istinadən həyata keçirilir.
3.Şagirdlərin təlim fəaliyyəti qiymətləndirilir.
4.Dərsin davam etmə müddəti eynidir (əsasən)
|
1. Biliklər şagirdlər tərəfindən müstəqil əldə edilir.
2. Belə dərslərdə şagirdlərin müstəqil bilik əldə etmələri üçün şərait yaradılır.
3. Yeni təlim texnologiyaları əsasında keçilən dərslərdə şagirdlər aktiv (fəal), müəllim passiv olur.
4. Şagirdlərin təlim fəaliyyəti onların özləri tərəfindən qiymətləndirilir.
5. Belə dərslərdə humanizm və demokratiya bərpa olunur.
6. Şagirdlər təlim-tərbiyənin subyektinə çevrilirlər.
7. Şagirdlərin vətəndaş kimi formalaşdırılmasına şərait yaranır.
8. Şagirdlərin yaradıcılıq qabiliyyətini formalaşdırmaq mümkün olur.
|
Yeni təlim texnologiyaları ənənəvi texnologiyalardan fərqli məzmuna malik olduğu kimi fərqli təşkili formalarına da malikdir. Yeni təlim texnologiyaları qrup (müxtəlif tərkibli), cütlərlə iş, dəyirmi masa və s. kimi təşkil etmə formalarına malikdir. Hər bir dərs üçün seçilən forma veriləcək biliyin məzmunu ilə müəyyən edilir.
Yeni təlim texnologiyalarına əsasən təşkil edilən dərslər etaplarına (və ya mərhələlərinə) görə də ənənəvi dərslərdən fərqlənir (Cədvəl 1.2).
-
Motivasiya
-
Tədqiqetmə (öyrənmə)
-
İzahetmə.
-
Nəticənin çıxarılması.
-
Təkmilləşdirmə (və ya tətbiqetmə).
-
Qiymətləndirmə.
Motivasiya. Bu mərhələnin məqsədi şagirdləri mövzunu öyrənməyə cəlb etməkdir. Motivasiya mərhələsi bir və ya bir neçə sualdan, nəyinsə nümayişindən, digər yanaşmalardan ibarət ola bilər. Müəllim qoyulacaq problemlə əlaqədar şagirdlərin fikri (ideyanı) tutmalarına çalışmalıdır.
Tədqiqetmə(öyrənmə). Bu mərhələdə şagirdlər mövzunun və ya fikrin tədqiq edilməsinə cəlb edilirlər. Şagirdlər problemlə əlaqədar birlikdə müzakirə aparıb fikirlər irəli sürürlər. Müəllim bu zaman fasilitator (köməkçi) və müşahidəçi rolunda çıxış edir. Zəruri hallarda, anlayışlara aydınlıq gətirmək üçün suallar verir, şagirdləri problemin mahiyyətinə doğru istiqamətləndirir.
İzahetmə. Bu mərhələdə anlayışlar, onların məzmunu ortaya çıxarılır, bunlara uyğun söz bazası formalaşır.
İzahetmə zamanı:
-
Mövcud olan biliklərdən öyrənilməli biliklərə keçid formalaşır.
-
Konkretdən abstrakta və ya ümumi nəticə çıxarmağa səy edilir. Bu mərhələdə müəllim müşahidəçi olur.
Nəticənin çıxarılması. Bu mərhələdə ümumiləşdirmə nəticəsində meydana çıxan qanunauyğunluqlar, teoremlər, düsturlar, anlayışlar irəli sürülür.
Təkmilləşdirmə ( və ya tətbiqetmə). Bu mərhələdə şagirdlər tədqiq etdikləri mövzunun tətbiq edilməsi istiqamətində fəaliyyət göstərirlər. Yekunda müəllimin rəhbərliyi ilə şagirdlərin fəaliyyətinin öyrədilməsi bilik və ya anlayışlar ilə bağlılığı müzakirə edilir.
Qiymətləndirmə. Qiymətləndirmə təsviri, formativ (prosesdaxili), summativ (yekun və ənənəvi qiymətləndirmələr) elementlərdən ibarət ola bilər. Qiymətləndirmə fasiləsiz olaraq tədris boyu davam edir.
Cədvəl 1.2. Ənənəvi təlim metodları və yeni təlim texnologiyaları əsasında tədris edilən dərslərin analogiyası, fərqli cəhətləri:
Fəqli
Ənənəvi dərsin mərhələləri
|
Oxşar
|
Fərqli
Yeni təlim texnologiyaları əsasında tədris edilən dərsin mərhələləri
|
1.Sinfin təşkili.
2.Evə verilmiş tapşırıqların soruşulması.
3. Keçilmiş mövzu ilə yeni keçilməli mövzu arasında əlaqənin yaradılması.
4. Yeni mövzunun şərhi.
5.Yeni mövzunun möhkəmləndirilməsi.
6. Şagird biliyinin qiymətləndirilməsi və ev tapşırıqlarının verilməsi.
|
1. Hər ikisi şagirdlərə bilik, bacarıq və vərdişlər verməyə xidmət edir.
2. Şagirdlərin tərkibi dəyişmir.
3. Dərslər üçün ayrılmış vaxt eynidir ( əsasən).
4. Şagirdlərin təlim fəaliyyəti qiymətləndirilir.
|
1. Motivasiya
2. Tədqiqatın təşkili.
3. Tədqiqatın mübadiləsi.
4. Nəticənin çıxarılması.
5. Nəticənin tətbiqi.
6.Refleksiya və ya qiymətləndirmə
|
3. Yeni təlim texnologiyalarının prinsipləri
Təlim prosesi mürəkkəb prosesdir. Onun məqsədəuyğun şəkildə təşkili vacibdir. Təlimin məqsədəuyğun təşkilində prinsiplər mühüm rol oynayır.
Didaktika təlim nəzəriyyəsi olmaqla təlimin obyektiv qanunlarını, qanunauyğunluqlarını aşkara çıxarır, onlardan istifadə yollarını müəyyənləşdirir. Təlim prinsipləri təlim qanunlarından irəli gəlir.
Prinsip didaktikanın qanunlarına uyğun təlim fəaliyyətini təşkil etmək üçün qəbul edilmiş ideyalar toplusudur. Prinsip dedikdə həmçinin didaktikada mövcud olan qanunlardan istifadə etmək, fəaliyyəti həmin qanunların tələblərinə uyğun şəkildə təşkil etməkdir.
Təlim prinsipləri didaktikanın mühüm vəzifələrinin həyata keçirilməsinə xidmət edir. Prinsiplər müəllimin qarşısına elə vəzifələr qoyur ki, o bunlara əməl etməklə şagirdlərin yüksək tədris uğuruna nail olur.
Təlim zamanı müəllimin fəaliyyətinin ümumi istiqamətini müəyyən edən prinsiplər pedaqoji ədəbiyyatda müxtəlif cür təsnif edilir.
V.A.Slasteninin digər müəlliflərlə birgə yazdığı “Pedaqogika” dərsliyində təlim prinsiplərinin aşağıdakı kimi təsnifi verilmişdir: elmilik; tərbiyəedici təlim; təlimin tətbiqi; təlimin ardıcıllığı və sistemliyi; təlimdə fərdi yanaşma; təlimdə yaşauyğunluq; təlimdə yaradıcı inkişafın təmin edilməsi; təlimin çətinlik dərəcəsinin nəzərə alınması; əyanilik; mürəkkəblik dərəcəsindən asılı olaraq mövzunun imkana uyğunlaşdırılması (36,səh 169).
Y.K.Babanski təlim prinsiplərinin aşağıdakı kimi təsnifini vermişdir: elmilik; təlimin həyatla əlaqələndirilməsi; sistematiklik və ardıcıllıq; əyanilik; təlim prosesində müxtəlif metodlardan istifadə etmə, təlimin asan (anlaşılıqlı) mənimsədilməsi prinsipi (35,səh 215).
B.Əhmədova görə təlimin aşağıdakı prinsipləri vardır: təlim materialının onun məqsədi zəminində seçilməsi; təlim vasitələrinin onun məzmunu zəminində seçilməsi; təlim metodlarının onun vasitələri zəminində seçilməsi; təlimdə şagirdin imkanının nəzərə alınması; elmilik; şüurluluq; fəallıq və müstəqillik; sistematiklik və ardıcıllıq; fənnin daxili məntiqinin gözlənilməsi; biliyin möhkəm mənimsədilməsi; reproduktiv və produktiv təfəkkürün vəhdəti; biliklə fəaliyyətin birliyi və s.
Prinsiplərin təsnifatı ilə əlaqədar göstərdiyimiz nümunələr əsasında onu demək olar ki, istər ənənəvi, istərsə də müasir pedaqoji ədəbiyyatda təlim prinsipləri öz həllini tam tapmışdır. Ona görə ki, pedaqoqlar prinsiplərə müxtəlif aspektlərdən yanaşırlar. Mütləq olanı odur ki, təlim prosesində müəyyən mexanizm vardır, onu bilməsək bu prosesdə məqsədə nail ola bilmərik, bilsək də keyfiyyətli təlim ola bilməz. Təlimdə müvəffəqiyyət qazanmağa imkan verən mexanizm təlim prinsipləridir. Təlim metodları və ya texnologiyaları dəyişsə də bunlara uyğun prinsiplər həmişə olacaqdır.
Yeni təlim texnologiyaları əsasında həyata keçirilən təlim prosesinin də özünə məxsus prinsipləri vardır. Bu prinsipləri iki yerə qruplaşdırmaq olar:
-
Şagirdi rəqabətəqabil , sosial, hərtərəfli inkişaf etdirməyə xidmət edən təlim-tərbiyə prinsiplərinə;
-
İnteraktiv təlim zamanı rəhbər ideyalar kimi qəbul edilməli prinsiplərə.
Şagirdi rəqabətəqabil, sosial, hərtərəfli inkişaf etdirməyə xidmət edən təlim-tərbiyə prinsipləri “Azərbaycan Respublikasında Təhsil İslahatı Proqramı”nda öz əksini tapmışdır. Bunlar aşağıdakılardır.
-
Demokratikləşdirmə - təhsil prosesinin demokratikləşdirilməsində maraqlı olan bütün tərəfləri, dövlət strukturları və ictimaiyyət nümayəndələrini (müəllimləri, şagirdləri, valideynləri) təhsil prosesinə fəal iştirak etməyə cəlb etmə deməkdir; tədris müəssisəsinin “şəffaflığı” prinsipinin həyata keçirilməsidir.
-
Humanistləşdirmə - təhsilin humanistləşdirilməsi şagirdə münasibətin dəyişilməsini nəzərdə tutur, o cümlədən yaradıcı inkişaf qabiliyyətli və humanist yönümlü şəxsiyyətin formalaşdırılması; əqli və fiziki imkanlarından, öyrənmə qabiliyyətindən asılı olmayaraq şagirdin şəxsiyyətinə hörmətlə yanaşma; şagirdin qabiliyyət və təmayüllərinin aşkar edilməsi və onların inkişafı üçün şəraitlərin yaradılması.
-
Diferensiallaşdırma – təlimin diferensiallaşdırılması şagirdlərin imkanlarının nəzərə alınması ilə qurulur.
-
Fərdiləşdirmə - təhsilin fərdiləşdirilməsi şagirdlərin fərdi maraq və tələbatlarının nəzərə alınmasıdır.
-
İnteqrasiya – təhsilin inteqrasiyası fənlərin öyrənilməsi zamanı fənlərarası əlaqələrin aşkar edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vəcibliyini nəzərdə tutur.
-
Humanitarlaşdırma – təhsilin humanitarlaşdırılması şəxsiyyətin yaradıcı inkişaf prosesinin şərti kimi çıxış edir və təhsilin məzmununun formalaşmasına yeni yanaşmanı nəzərdə tutur. Bu ümumbəşəri dəyərlərin yaradılması ilə bağlı fənlərin rolunun artmasını, öz xalqının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin dəyərləri ilə tanışlığı ifadə edir(31,səh.141).
İnteraktiv təlim üsullarının tətbiqi zamanı istiqamətverici ideyalar kimi qəbul edilərək praktikada tətbiq edilməli prinsiplər isə aşağıdakılardır:
-
Şagirdə yönəlmiş təlim prinsipi: şagird təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməlidir; təlim uşağın imkan və qabiliyyətlərinə, onun biliyinə, maraq və tələbatlarına yönəlməlidir;
-
Fəal təlim prinsipi: tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını, təbii öyrənmə fəaliyyətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsini yaratsın;
-
İnkişafetdirici təlim prinsipi: təlim inkişafı qabaqlamalı (L.S.Vıqotskiy), uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yönəlməlidir. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində aşkarlanan bilik və bacarıqları əldə etmək potensial imkanlarına tuşlanmalıdır;
-
“Qabaqlayıcı təlim” pinsipi: təlim cəmiyyətin inkişaf təmayüllərini əks etdirməli və yeni nəsillərə yaxın gələcəkdə təşəkkül tapacaq dünyada fəaliyyətə hazırlamalıdır;
-
Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi: İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, təlim proqramlarının məzmununun, tədris planlarının qurulmasının, təlim-tərbiyə prosesinin təşkilinin, pedaqoji texnologiyaların seçilməsinin sistematik təzələnməsi baş verməlidir;
-
Əməkdaşlıq prinsipi: “müəllim-şagird-valideyn ” qarşılıqlı münasibətləri sistemində onların hər biri təlim prosesi gedişində tərəf-müqabili kimi iştirak etməlidirlər;
-
Dialoji təlim prinsipi: məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini müəyyən edə bilməsi və faydalanması məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir(32,səh.9).
Bildiyimiz kimi yeni təlim texnologiyaları və ya interaktiv təlim metodları yaddaşa yox təfəkkürə əsaslanır. Yeni təlim texnologiyaları ilə müstəqil şəkildə bilik əldə edən şagirdlərin nəyinki təfəkkürü inkişaf edir, formalaşır həm də yaradıcılıq qabiliyyəti də inkişaf edir. Şagirdlərin göstərilən istiqamətdə formalaşmalarına nail olmaq üçün təlim prosesində bir çox tələblərə əməl etmək lazımdır.
Problemlilik: təlim modelində problemli inkişaf şəraitinin modelləşdirilməsi; ətraf mühitin cisim və hadisələrində mövcud olan real ziddiyyətlərin həll edilməsi cəhdinə əsaslanmış təlim;
Bilik və təfəkkürün ayrılmazlığı: biliklər hazır vəziyyətdə qavranılmamalıdır; onlar təfəkkürün inkişaf etdirilməsi vasitəsi olmalıdır;
Məzmunun məlumatlılığı və elmi tutuma malik olması: təlim proqramları əsas elmi nailiyyətləri və məlumatı əks etdirməlidir;
Yaradıcılığın stimullaşdırılması: təlim prosesində bütün növ yaradıcı fikrə və fəaliyyətə dayaq vermək;
Biliklərin və həyat tələbatlarının qarşılıqlı əlaqəsi: təlimin məzmunu şagirdi onun öyrəndiklərinin həyat ilə necə əlaqəli olmasının dərk edilməsinə yönəltməlidir;
Şəxsi yönəlişlik: təlim proqramları şagirdlərə şəxsi təcrübələrinin istifadə edilməsinə imkan yaratmalıdır;
Diferensiallaşdırma: məzmunun şagirdlərin maraq və meyllərinə, qabiliyyətlərinə, şagirdlərin inkişaf səviyyələrinə yönəlişliyi;
Müstəqil öyrənmə vərdişlərinin əldə edilməsinə yönəlişlik: biliklərə sərbəst yiyələnməyi, onları yaradıcı olaraq işləyib tətbiq etməyi öyrədən tapşırıqlar olmalıdır;
İnteqrasiya: fənlərarası əlaqələrin məzmunda əks olunması müxtəlif fənlərdən olan mövzuları əlaqəli surətdə yüksək səmərə ilə öyrənməyə, çoxsaylı tədris fənlərini bir-biri ilə əlaqələndirməyə və beləliklə, təlimin məzmununun tamlığını və şagirdlərin təsəvvüründə dünyanın vahid mənzərəsinin inkişafını təmin etməyə imkan verir.
Təlim proqramlarının məzmununun tərtibində çeviklik: proqramların məzmununun variativliyi və sistematik olaraq təzələnməsi;
Biliklərin ümumiləşdirilmiş şəkildə mənimsənilməsi: təlim proqramları ancaq ayrıca biliklərin mənimsənilməsinə deyil, eyni zamanda biliklərin özəyini təşkil edən fundamental elmi biliklərin öyrənilməsinə yönəlməlidir;
Gələcəyə istiqamətlənmə: təlimin məzmununda proqnoz və gələcək üçün əhəmiyyətli ola bilməsi məsələlərinin həlli elementləri olmalıdır;
Təlimin nəticələrinin əks etdirilməsi: təlim proqramları təlimin sonunda şagirdin nələri bilmələrini və praktiki olaraq nəyə qabil olmalarını əks etdirməlidir.
4. Yeni təlim texnologiyaları ilə keçiriləcək dərslərin təşkili. Şagird biliyinin qiymətləndirilməsi
Ənənəvi təlim metodları ilə keçirilən dərslərdən fərqli olaraq yeni təlim texnologiyaları ilə keçiriləcək dərslər tamamilə yeni formada təşkil edilir.
Dərslər biliklərə yiyələnməyə, həmçinin demokratik cəmiyyətin vətəndaşları üçün zəruri sosial və intellektual vərdiş və bacarıqların inkişafına kömək edən demokratik üsullarla aparılır.
Məşğələlərin təşkilinin əsas prinsipini müəllimin şagirdlərlə, şagirdlərin isə bir-biriləri ilə kommunikasiyaları təşkil edir. Müasir təlim üsullarının əsasında məhz bu prinsip dayanır. Yeni üsullar dərsdə şagirdlərin fəal iştirakını, qarşılıqlı əlaqəsini nəzərdə tutur ki, bu da onların tam şəkildə dərketmə prosesinə cəlb edilməsinə səbəb olur. Uşaqlar müəllimin təcrübəsini passiv qəbul etmir, onunla birlikdə ətraf aləmin fəal tədqiqatçısına çevrilirlər.
Müəllimin də rolu dəyişir. O öz şərtlərini diqtə etmir, fikrini “sırımağa” çalışmır, əksinə, məsləhət verən, yardımçı və istiqamət verən tərəf-müqabilə, yoldaşa çevrilir.
Ona görə də interaktiv dərslərdə müəllimin “biz sizinlə”, “mən sizinlə”, “siz “ kimi adət etdiyimiz ifadələrdən qaçması olduqca vacibdir. Şagirdlərə müraciət edərkən “biz” ifadəsindən faydalanmaq daha məqsədəuyğun olardı. Müəllim “biz” deyərkən şagirdlər onunla birlikdə olduqlarını hiss edir, özlərini yad saymırlar: şagirdlər və müəllim təlim prosesinin bərabərhüquqlu iştirakçısına çevrilmiş olurlar.
İlk baxışdan elə görünə bilər ki, müəllim sinifdə fəal rol oynamır. Əslində isə müəllim şagirdi ruhlandıran, ona özünü tapmaqda kömək edən “yaradıcıya” çevrilir.
Demokratik üsullar müəllimin təkcə başqalarını öyrətməsinə deyil, onun özünün də öyrənməsinə, daha yaradıcı və enerjili pedaqoq olmasına imkan verir.
İnteraktiv təlim üsulları həmçinin sinif otağının həmişəki tərtibatından, məşğələlərin təşkilinin adət etdiyimiz qaydasından imtina olunmasını tələb edir. Şagird masalarının sinif otağında yerləşdirilməsinin dörd əsas forması vardır:
-
“Sinif” forması - ənənəvi qayda (şəkil 1.)
-
“Kafe” forması (“diskussiya klubu”) (şəkil 2.)
-
“Ü” hərfi forması (şəkil 3.)
-
“Dairə” forması (şəkil 4.)
“Kafe” forması qruplarda iş üçün əlverişlidir.
“Ü” hərfi forması:
-
rollu oyunlar zamanı;
-
tanışlıq vaxtı;
-
diskussiyaların gedişində daha səmərəlidir.
“Dairə” forması müxtəlif diskussiyaların, dairəvi masaların keçirilməsi üçün daha rahatdır.
İstifadə olunan bütün üsullar aşağıda verilmiş komponentlərdən ibarət olan təlim prosesinin qanunauyğunluqlarından irəli gəlir:
-
təlimin məqsədi,
-
təlimin məzmunu,
-
şagirdlərin dərketmə imkanları,
ç) müəllimin öyrətmə fəaliyyəti və şagirdlərin öyrənmə işi, təlimin təşkilati forması və s.
d) təlimin nəticəsi.
Bütün bu komponentlər qarşılıqlı surətdə əlaqəlidir və təlim prosesində vəhdətdə çıxış edirlər. Onlar sabit və təkrarlanandırlar. Buradan belə bir vacib tələb ortaya çıxır-hər hansı təlim üsulları, vasitələri və formalarının müəyyənləşdirilməsi və tətbiqi zamanı bu komponentlərin qarşılıqlı əlaqəsini nəzərə almaq zəruridir. Müəllim bu əlaqələrin bütün dərs prosesi boyu mövcud olduğunu yaddan çıxarmamalıdır. Bunu nəzərə almadan istənilən nəticəni əldə etmək qeyri – mümkündür.
Kiçik qruplarda iş.
Kiçik qruplarda iş təlim əməkdaşlığı kimi mühüm bir prinsipə əsaslanır.
Kiçik qruplarda iş üsulu üzrə keçirilən dərs ənənəvi qaydada aparılan dərsdən nə ilə fərqlənir?
Bu cür dərsdə şagirdlər fəal iştirak edir, birlikdə çalışırlar; qrupun üzvü kimi onlarda bir-birinin müddəa və rəylərini müzakirə etməyə motiv yaranır. Qruplarda iş tolerantlığa (dözümlülüyə) və nəzakətliliyə alışdırır.
Qruplarda işin şagirdlər üçün faydası aşağıdakılardır:
-
istedadlı şagirdlər bütün sinfin diqqətini cəlb etmədən öz qabiliyyətlərini göstərə bilərlər (yeniyetmələr çox vaxt öz qabiliyyətlərini nümayiş etdirməyə çəkinirlər, yaşıdlarının onları “müəllimin gülməşəkəri” adlandıracaqlarından ehtiyatlanırlar);
-
passiv şagirdlər öz bacarıqlarını açıqlamağa məcbur olurlar (qrupda iş onlarda məsuliyyət hissi doğurur);
-
şagirdlər az vaxt ərzində müəyyən ideyalar söyləməyi, bu və ya başqa mücərrəd ideyaya öz şəxsi təcrübəsi baxımından yanaşmağı öyrənirlər.
Qruplara necə bölməli?
-
Hər birində 4-6 nəfərdən çox olmamaqla 4-6 qrup yaradıla bilər. Qrupların çoxluğu işin nəticələrinin təqdimatı üçün zəruri olan vaxtı uzadır, qrupda şagirdlərin sayının çoxluğu isə onlardan hər birinin qrupun işində fəal idrakını məhdudlaşdırır.
-
Qrupun tərkibi çox vaxt müəllim tərəfindən müəyyənləşdirilir. Şagirdlərin bölgüsünü əvvəlcədən planlaşdırmaq lazımdır.
-
Qrupun tərkibi hər cəhətdən müxtəlif ola bilər. Dostları ayırmaq yaxşı olar. “Yaxşı” və “pis” qrupların yaranmasına yol vermək olmaz.
-
Qrupun tərkibi tez-tez dəyişir. Şagirdlərin daim eyni tərkibdə işləməsi arzuolunmazdır.
-
Qruplara bölgü üsulları maraqlı və cəlbedici olmalıdır.
Kiçik qruplarda iş üsulu üzrə dərsi necə planlaşdırmalı?
Dərsə hazırlaşarkən aşağıdakı sual-məsələlər üzərində fikirləşmək lazımdır:
-
Məqsədlər nədən ibarətdir? Şagirdlər hansı biliklərə, bacarıq və dəyərlərə yiyələnməlidirlər?
-
Uşaqların bunu öyrənməsi nə üçün vacibdir?
-
Planlaşdırma.
-
Paylama materialının hazırlanması.
-
Sinif otağının əvvəlcədən lazımi vəziyyətə gətirilməsi.
-
Dəqiq tapşırığın (təlimatın) verilməsi.
-
Diqqətin, işləmək üçün ayrılmış vaxtın cəlb edilməsi.
-
Qrupun gördüyü işə dair hasabat formasının (təqdimatın) şərtləşdirilməsi.
Bir qayda olaraq, görülmüş iş qrupun iştirakçılarından biri tərəfindən təqdim edilir (ya şagirdlərdən birinin istəyi, ya da qrupun seçimi üzrə).
İşin davam etdiyi müddətdə müəllim hər bir qrupun necə çalışmasını müşahidə edir: bütün qruplara bərabər diqqət yetirir; əgər qrup özü xahiş edərsə, müzakirə prosesinə müdaxilə edir. İş başa çatdıqdan sonra müəllim qrupların hər birinin əldə olunmuş nəticələri təqdim etməsini xahiş edir. Təqdimetmələr bitdikdən sonra müəllim görülmüş işlərə yekun vurur.
Dostları ilə paylaş: |