C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi


Dərsə verilən tərbiyəedici tələblərə aşağıdakılar daxil edil­i­r



Yüklə 3,21 Mb.
səhifə32/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

Dərsə verilən tərbiyəedici tələblərə aşağıdakılar daxil edil­i­r:

  • tədris materialının tərbiyəedici imkanlarını, nail olunacaq re­al tərbiyə məqsədlərini müəyyənləşdirmək;

  • tədris işinin məqsəd və məzmunundan üzvü surətdə irəli gə­lən tərbiyə vəzifələrini qoymaq;

  • şagirdləri milli və ümumbəşəri dəyərlər əsasında tərbiyə et­mək, onlarda səliqəlilik, məsuliyyətlilik, icraçılıq, müstəqillik, işgü­zar­lıq, diqqətlilik, doğruçuluq, kollektivçilik kimi həyatı əhəmiyyəti olan keyfiyyətləri formalaşdırmaq;

  • şagirdlərə diqqət və qayğıkeş münasibət göstərmək, peda­qo­ji taktın tələblərinə riayət etmək, şagirdlərlə əməkdaşlıq etmək, on­la­rın müvəffəqiyyət qazanmasına maraqlı olmaq.

Bütün dərslərdə müntəzəm olaraq həyata keçirilən inki­şaf­et­­di­ri­ci tələblərə aşağıdakılar daxil edilir:

  • şagirdlərdə müsbət təlim-tərbiyə motivlərini, maraqlarını, ya­ra­dıcı təşəbbüskarlığı və fəallığı formalaşdırıb inkişaf etdirmək;

  • şagirdlərin inkişaf səviyyəsini və psixoloji xüsusiyyətlərini öy­rənib nəzərə almaq; onların “yaxın inkişaf zonasını” layihələşdir­mək;

  • tədris məşğələlərini “qabaqlama” səviyyəsində keçmək, in­ki­şafda yeni keyfiyyət dəyişikliklərinin başlanmasını stimullaşdır­maq;

  • şagirdlərin intellektual, emosional, sosial inkişafında “sıç­ra­yışları” proqnozlaşdırmaq və baş verəcək dəyişiklikləri nəzərə al­maq­la tədris məşğələlərini operativ surətdə yenidən qurmaq.

Dərsə yuxarıda sadalanan tələblərdən başqa digər tələblər də ve­rilir. Bunlara təşkilati, psixoloji, idarəedici, gigiyenik, etik tələ­b­lər daxildir.

Yeri gəlmişkən, qeyd edək ki, məktəblilərin tədris məşğələlə­ri­nə marağının azalması kimi qorxulu meyl yarananda (bu XX əsrin 70-ci illərinə təsadüf etmişdir) müəllimlər şagirdlərin əqli əməkdən üz döndərməsinin qarşısını müxtəlif üsullarla almağa cəhd göstər­di­lər. Kütləvi praktikada bu problemə diqqət yetirilərək qeyri-standart dərs­lər təşkil edildi. Məqsəd şagirdlərdə tədris əməyinə maraq oyat­maq və o marağı saxlamaq idi. Qeyri-standart dərslər standart struk­turu olmayan impovizə edilmiş tədris məşğələləridir.

Təbii ki, qeyri-standart dərslər öz məqsədinə, təşkilinə, ke­çi­ril­mə metodikasına görə qeyri-adi dərslərdir, onlar ciddi strukturu, mü­əyyən iş rejimi olan gündəlik tədris məşğələlərinə nisbətən şa­gird­lərin daha çox xoşuna gəlir. Ona görə də, müəllimlər belə qeyri-stan­dart dərslərdən də istifadə etməlidirlər. Amma qeyri-standart dərs­ləri başlıca iş formasına çevirmək olmaz. Dərslər-işgüzar oyun­lar, dərslər-mətbuat konfransı, yarış dərsləri, məsləhət dərsləri, kompyuter dərsləri, qarşılıqlı təlim dərsləri, yaradıcılıq dərsləri, dərs­lər-oyunlar, fantaziya dərsləri, dərslər-konsertlər, məqbul dərsləri, dia­loq dərslər, dərslər- rollu oyunlar, dərslər-seminarlar, inteqral dərs­lər, “məhkəmə” dərsləri və s. bu kimi qeyri-standart formalara alu­də­çilik etmək olmaz. Çox vaxt apardığına, ciddi əqli əmək sərf edil­mədiyinə və yüksək nəticə qazanmadığına görə onları sistem ha­lın­da tətbiq etmək məqsədəuyğun deyildir.

Təlim prosesinin təşkilinin digər formaları (köməkçi forma­la­rı) sırasına dərnəklər, praktikumlar, seminarlar, konfranslar, məslə­hət­lər, fakültativ məşğələlər, tədris ekskursiyaları, şagirdlərin müs­tə­qil işləri (evdə) və s. aiddir. Bu formalar şərti olaraq köməkçi for­ma­lar adlanır, ola bilər ki, onlardan bəziləri məsələn, seminarlar, ev­də müstəqil işlər, fakültativ məşğələlər, ekskursiyalar müəyyən vaxt təlimin təşkilinin əsas forması statusunda çıxış etsin.

Qeyd etmək lazımdır ki, şagirdlərin evdə müstəqil işi mək­təb­dən­kənar əsas və stabil məşğələ növlərindəndir. Bu iş növü təlim pro­se­sinin tərkib hissəsidir. Onun başlıca məqsədi şagirdlərin dərs­lər­də aldıqları bilik və bacarıqları genişləndirmək, dərinləşdirmək, unut­manın qarşısını almaq və həm də onların fərdi meyllərini, iste­dad və qabiliyyətlərini inkişaf etdirməkdir.

Müstəqil ev işi tədris proqramlarının tələblərini, həmçinin mək­təblilərin maraq və tələbatlarını, onların inkişaf səviyyəsini nə­zə­rə almaqla qurulur. Sinifdənxaric müstəqil iş şagirdlərin müstəqil­li­yinə, şüurluluğuna, fəalllığına istinad edir. Düzgün təşkil edilmiş si­nif­dənxaric fəaliyyət şagirdlərin inkişafında sinifdəki fəal işdən heç də az əhəmiyyət kəsb etmir.

Ə.X.Paşayev, F.A.Rüstəmov yazırlar ki, şagirdlərin evdə müs­təqil işi aşağıdakı təlim funskiyalarını yerinə yetirir:

1) dərsdə əldə olunmuş bilik və bacarıqları möhkəmlətmək;

2) sinifdə keçirilmiş tədris materialını genişləndirmək və də­rin­ləşdirmək;

3) çalışmaları müstəqil yerinə yetirmək üçün bacarıq və vər­diş­ləri formalaşdırmaq;

4) proqram materialı çərçivəsində fərdi tapşırıqları yerinə ye­tir­mək yolu ilə təfəkkürün müstəqilliyini inkişaf etdirmək;

5) fərdi müşahidələr və təcrübələr aparmaq, dərslərdə yeni möv­zuları öyrənmək üçün material toplamaq və tədris vasitələri ha­zır­lamaq (təbiət nümunələri, şəkillər, üllüstrasiyalar, qəzet və jur­nal­lardan kəsilib götürülmüş və statistik materiallar əsasında).

Fənn dərnəkləri öz istiqamətinə, məzmununa, iş metodlarına, ke­çirilmə vaxtına görə müxtəlifdir. Praktika təsdiq edir ki, fənn dər­nək­ləri şagirdərin maraq və meyllərinin inkişafında olduqca əlverişli rol oynayır. Təlimə müsbət münasibət inkişafa da müsbət təsir edir. Dər­nəklər həyatla əlaqənin möhkəmləndirilməsinə, fənlərarası əla­qə­nin inkişafına kömək edir. Şagirdlərin fənn dərnəklərində iştirakı təd­ris prosesini fəallaşdırır, təlimin keyfiyyətini yüksəldir.

Ekskursiyalar tədris işinin qədim formalarındandır. Könüllü ke­çi­rilən tərbiyə xarakterli ekskursiyalardan fərqli olaraq, təlim eks­kur­siyaları tədris proqramlarında öz əksini tapır. Ekskursiyanın hər bir mərhələsinin vəzifəsindən asılı olaraq, müəllim şagirdləri kol­lek­tiv, qrup və fərdi tpşırıqlar üzərində işlədir. Ekskursiyaların təş­ki­li forması məqsəd, obyektin xüsusiyyətləri, şagirdlərin idrak qabi­liy­­yətini səmərəli idarə etmək imkanları, həmçinin şagirdlərin təh­lü­kə­sizliyini və sağlamlığını müdafiə etmək istəyi ilə şərtlənir.

Fakültativlər və seçmə kurslar tədris planı üzrə məktəblilərin, on­la­rın valideynlərinin arzu və maraqlarını nəzərə almaqla işlənib ha­zır­lanır. Fakültativlərin və seçmə kurslar siyahısı tərtib edilərkən tək­cə şagirdlərin arzularına deyil, həm ictimai tələbatlara və məktəbin imkanlarına əsaslanılır. Şagirdlərin praktik fəaliyyətə hazırlan­ma­sı zamanı konkret şərait və vəzifələr nəzərə alınır. Fakultativ və seç­mə məşğələlər ümumtəhsil fənləri ilə sıx əlaqədə keçirilməlidir.

Məsləhətlər şagirdlərə tədris materialına yiyələnmək işində qar­şıya çıxan çətinlikləri aradan qaldırmağa kömək edir. Məsləhət­lər prosesində müəllim şagirdlərin fəaliyyətini elə istiqamətləndirir ki, onlar bu və ya digər məsələni düzgün başa düşsün, mürəkkəb tap­şırıqların və öyrənilən hadisələrin mahiyyətini açmağı öyrən­sin­lər. Məsləhətlər şagirdlərin biliklərindəki mövcud çatışmazlıqları üzə çıxarmağa, onların diqqətini dərindən öyrənilməsi vacib olan mə­sələlərə yönəltməyə imkan verir. Düzgün təşkil edilmiş məsləhət şa­girdlərdə özünənəzarət, öz biliklərinə tənqidi münasibət tərbiyə edir, yaxşı oxumağa, təhsil səviyyəsini düzgün müəyyən etməyə kö­mək edir.
5.1. Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması
Tədris işində müəllim həlledici tərəfdir (təşkiledici əsas iki kom­ponentdən biridir). Dərsə verilən tələb kimi müəllimin fəa­liy­yə­tin müvəffəqiyyəti üçün də müəyyən şərtlər mövcuddur. Mühüm şərt­lərdən biri müəllimin dərsə hazırlığıdır. Bunu pedaqoqlar xüsusi vur­ğulayırlar.

Digər pedaqoqlar kimi N.M.Kazımov da müəllimin dəsrə ha­zır­laşmasına çoxcəhətli problemin–fənnin tədrisinə hazırlığın bir his­səsi kimi baxır. O yazır: “Müəllimin dərsə hazırlığı fənnin tədrisinə ha­zır­lığın yalnız bir hissəsidir. Müəllimin fənn üzrə hazırlığı çox­cə­hətli problemdir. Fənn üzrə tematik planlaşdırma da buraya daxildir. Te­matik planlaşdırma zamanı müəllim fənn üzrə dərslərin ar­dı­cıl­lı­ğı­nı və tiplərini müəyyənləşdirir, bundan sonra onun dərsə hazır­laş­ma­sı başlayır.

Müəllim bu və ya digər dərsə hazırlaşarkən çalışır ki, dərsə ve­rilən tələblərə birər-birər necə əməl edəcəyini konkretləşdirsin. O, dərs­lər sistemində növbəti dərsin yerini, onun tipini, qarşısında qo­ya­cağı əsas didaktik məqsədi və vəzifələri aydınlaş­dı­rır. Dərsin quruluşu, onun mərhələləri, ardıcıllığı qeyd edilir” (7). O, çox haqlı olaraq göstərir ki, dərsə hazırlaşarkən təlimin başlıca funk­siyalarının – təhsil, tərbiyə və inkişaf funksiyalarının necə yeri­nə yetiriləcəyi müəllimin diqqət mərkəzində durur. Bu məqsədlə o, əv­vəla, həmin dərsdə öyrədəcəyi əsas bilikləri, ideyanı, qanunu, qay­danı, anlayışı dəqiqləşdirir, aşılayacağı tədris və idrak bacarıq­la­­rını müəyyənləşdirir; ikincisi, dərs zamanı hansı əxlaqi, mənəvi es­te­tik və s. keyfiyyətlərin formalaşmasına təkan verəcəyini aydınlaş­dı­rır; üçüncüsü dərsin məzmununu təşkil edən bilik və bacarıqlar va­si­tə­si ilə hansı psixiloji funksiyaları – diqqəti, təxəyyülü, iradəni və s. in­kişaf etdirəcəyini konkretləşdirir.

Dərsin hər mərhələsində müəllim necə hərəkət edəcəyini və şa­girdlərin nə ilə məşğul olacağını planlaşdırılır. Qarşıdakı başlıca di­dak­tik məqsəd və vəzifələrdən asılı olaraq təlim metodlarının seçil­mə­si də müəllimin dərsə hazırlığına aiddir. Hansı əyani və texniki va­sitələrdən, hansı mənbələrdən, sorğu kitablarından, lüğətlərdən və s. dərs­də istifadə edəcəyini müəllim qabaqcadan düşünür.

Müəllimin dərsə hazırlığı, müxtəlif formaya – geniş metodik iş­lə­mə, təfsilatlı plan və ya cədvəl formasına düşə bilər.

Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması nöq­teyi-nəzərindən B.A. Əhmədovun fikirləri tövsiyə kimi qəbul oluna bi­lər. O, yazır ki, müəllim dərsə hazırlaşarkən aşağıdakıları əsas gö­tür­məlidir: 1) proqramın tələblərini; 2) şagirdlərin real səviyyəsini; 3) məqsədi; 4) materialın məzmununu; 5) Vasitə və metodları və s. Dər­sin planlaşdırılmasında isə aşağıdakılar diqqət mərkəzində sax­lan­malıdır:

1.Mövzunun proqramda necə verilməsi, proqramın ən çox nə­yi tələb etdiyinin diqqətlə öyrənilməsi;

2. Öyrəniləcək mövzu ilə əlaqədar yeni elmi -metodik ədə­biy­ya­tın nəzərdən keçirilməsi, öyrənilməsi.

3. Sinfin bütün şagirdlərini, eləcə də hər bir şagirdi göz önünə gə­tir­mək, materialı əvvəlcədən onların real səviyyəsinə uyğunlaşdır­maq, müvafiq iş priyomları müəyyənləşdirmək zəruridir;

4. Dərsin konkret məqsədini aşkar etmək, dərsin sonunda “Nə­yə nail olmalıyam?” sualına cavab vermək lazımdır.

5. Həmin məqsədə çatmaq üçün şagirdləri hansı iş növü üzə­rin­də işlətmək lazım gəldiyini aydınlaşdırmaq;

6. Şagirdin səviyyəsi, məqsəd, əldə olunan vasitələr sistemi ilə mü­əllimin öz imkanları arasındakı əlaqə müəyyən edilməlidir;

7. Qeyd olunanlar əsasında dərsin kompozisiyası yaradılmalı və dərsin planı yazılmalıdır;

8. Dərs xəyalən icra edilməlidir və vaxt müəyyənləşdirilm­əli­d­ir.

Müəllimin dərsə hazırlaşmasının və dərsin planlaşdırıl-masının proq­ram materialı ilə bağlılığını xüsusi qeyd edərək B.A.Əhmədov gös­tərir ki, məktəbdə proqram materialı iki şəkildə planlaşdırılır: pers­pektiv, cari. Perspektiv planlaşdırma da iki yerə bölünür: İllik və tematik. Cari planlaşdırma tematik plana əsaslanır və hər bir konk­ret dərs üçün tələb olunur. Bu, dərsin məqsədlərini, mərhələ­lə­ri­ni, müstəqil işləri və s. əks etdirir (1).

Y. Talıbov, Ə.Ağayev, İ.İsayev, A. Eminov da müəllimin dər­sə hazırlaşması məsələsinə xüsusi əhəmiyyət vermişlər. M.M.Meh­di­zadə yazırdi ki, ”...belə bir həqiqəti sübut etməyə ehtiyac yoxdur ki, dərsin elmi-nəzəri və metodik səviyyəsi, onun təlim və tərbiyə sə­mərəsinin yüksəldilməsi xeyli dərəcədə müəllimin bütövlükdə öz fən­nini tədris etməyə ümumi hazırlığının necə olmasından və xü­su­sən növbəti dərsə hazırlaşmasından asılıdır”(4).

Şübhə yoxdur ki, dərsə hazırlıq, dərsin planının tərtibi ilə başa ça­tır. Bu dərsin mütləq komponentidir, bunsuz müəllim dərsdə qarı­şıq­lıq yaranması, bununla da məşğələlərin səmərəliliyinin azalması təh­lükəsi qarşısında qalır.

Dərsin planlaşdırılması ilə bağlı V.A.Onişşuk göstəriri ki, dərs planının keyfiyyəti onda dərsin bütün ünsürlərinin əks olun­ma­sın­dan asılıdır. Y.K.Babanski optimallaşdırma prinsiplərinə uyğun tə­l­i­min planlaşdırılması və təşkilinin ardıcıllığını təqdim etmişdir. Onun təqdimatı belədir:

1. Təhsil, tərbiyə, intellektual, iradi və emosional inkişaf vəzi­fə­lə­rinin planlaşdırılması;

2. Hər bir sinfin xüsusiyyətlərinin nəzərə alınması ilə təlim və­zi­fələrinin konkretləşdirilməsi;

3. Təlim materiallarının məzmununda başlıcanın dəqiq ayrıl­ma­sı;

4. Sorğu, yeninin öyrənilməsi, çalışmalar və s. ardıcıllığının şü­ur­lu şəkildə seçilməsi;

5. Təlimin vasitə, metodlarının verilmiş şəraitdə daha yaxşı uz­laş­masının seçilməsi. Dərsin gedişində təlim metodlarına xüsusi təs­hihin verilməsi;

6. Təlimin təşkilinin əsaslandırılmış formasının seçilməsi. Da­ha hazırlıqlı və zəif mənimsəməyə malik şagirdlərə fərdi yanaşma.

7. Təlimin əsaslandırılmış tempinin seçilməsi. Fəaliyyətdə olan normalara uyğun ev tapşırığının həcminin müəyyənləşdiril­mə­si. Digər müəllimlərlə ev tapşırığı həcminin koordinasiya edilməsi;

8. Təlim üçün yüksək səviyyəli şərait və imkanlara çalışmaq;

9. Təhsilvermə, tərbiyə və inkişaf planı ilə təlimin nəticə­lə­ri­nin təhlili. Ev tapşırığına şagirdin vaxt itkisinin rasionallığının nə­zə­rə alınması.

Praktikada bir çox müəllimlər ağırlıq mərkəzini ayrı-ayrı dərs­lərə hazırlıq üzərində yerləşdirir, tədris ili və tədris mövzusu üzrə ha­zırlığa isə kifayət qədər diqqət vermirlər. Bizim fikrimizcə, te­ma­tik planlaşma ilə dərslər üzrə planlaşma (cari planlaşma) qarşı-qar­şıya qoyula bilməz.Tematik planlaşma zəruridir, bunsuz dərslər üzrə plan­laşma lazımi nəticəni verə bilməz. Eyni zamanda tematik plan­laş­maya nisbətən dərslər üzrə planlaşma zaman və məkana görə da­ha konkret məna daşıyır.



Müasir dərsə hazırlıqda müəllimlərin çətinliyi aşağıdakı isti­qa­mətlərdə özünü göstərir: birinci çətinlik dərslərin təşkilinin elə ax­tarışı ilə bağlıdır ki, burada həm tədris materialının bütün şa­gird­lər tərəfindən mənimsənilməsi, həm də müstəqil idrak fəaliy­yət­lə­ri­nin və əqli inkişafının təmin olunması diqqət mərkəzində saxlanılsın (bu isə təlim materialının hazırlanması və uyğun təlim metodlarının se­çil­məsi ilə bağlıdır); ikinci çətinlik problem situasiyasının yaradıl­ma­sı, burada priyom və metodların, problem sualların, didaktik ma­te­rialın tapılmasından ibarətdir; üçüncü çətinlik, təlim probleminin müs­təqil həlli üçün vaxta qənaət və dərsin tempinin yüksəldilməsi üçün texniki vasitələrin kompleks tətbiqinin vacibliyi ilə bağlıdır; dör­düncü çətinlik, mövzuya şagirdlərin marağının oyanması, təlim mo­tivlərinin formalaşması, onların emosional-iradi münasibətləri­nin artırılması zəruriliyi ilə əlaqədardır.

Pedoqoji ədəbiyyatda problemli dərslərin planlaşdırlması və ha­zırlıq sisteminin qurulmasına aid olan mülahizələr də vardır. T.V. Kudr­yavtsevin bu barədə fikri müəyyən qədər maraq doğurur. O, dər­sə hazırlığın aşağıdakı sxemini təklif etmişdir: a) materialın məz­mununun təhlili; b) həmin əsasa görə problemili vəziyyətin ti­pi­nin seçilməsi; c) problemin tipi və dərsin struktur mərhələləri ilə bağ­lı təlim materialının konstruksiya olunması; ç) dərsin konkret ge­dişinin qabaqcadan düşünülməsi.

T.V. Kudryatsevin sxeminin problemli dərsə verilən bir sıra tə­ləblərə uyğun olduğunu inkar etmək olmaz. Ancaq o, dərsə ha­zır­lı­ğın məzmunu, təlim materialıının təhlili mərhələlərini, təlim mate­ri­al­larının məzmunu üzərində müəllimin konkret iş priyomlarını tam aç­mır; bu sxem yalnız məntiqi-psixoloji alt strukturun bəzi element­lə­rini əhatə edir. Ona görə də, o, problemli dərsə hazırlığın tələb­lə­ri­nə tamamilə kifayətləndirici ola bilmir.

Dərsin planlaşdırılması və hazırlıq sisteminin işlənilməsi üçün M.A. Danilovun nəticələri daha ciddi əhəmiyyət kəsb edir. O, aşa­ğı­da­kı şərtlərin gözlənilməsini zəruri hesab edir:

- əvvəlki məşğələlərin nəticələrini nəzərə almaq;

- əvvəlki və hazırki dərslər arasında əlaqəni müəyyənləşdir­mə­k;

- dərsin məqsədini müəyyənləşdirmək;

- şagirdlər üçün idrak məsələlərini formalaşdırmaq;

- müstəqil işin hər bir bilik mənbəyi ilə təchiz edilməsi,;

- dərs materialının həcmini müəyyənləşdirmək;

- öyrənməyə maraqları müəyyənləşdirməkdən ötrü metodika dü­şün­mək;

- yazılı və şifahi çalışmaları seçmək;

- oyun materiallarını seçmək;

- informasiya materiallarını seçmək;

- müəllimin özünün nə etməli olduğunu, şagirdin nə edəcəyini müəyyənləşdirmək;

- tapşırıqların icrası zamanı uşaqların rastlaşdığı çətinlikləri gör­mək;

- ilk dəqiqələrdən şagirdlərin işə necə qoşulmasını düşünmək;

- ev tapşırıqlarının həcmini müəyyənləşdirmək;

- biliklərin qeydə alınma formalarını əvvəlcədən görmək;

- didaktik təchizatı hazırlamaq;

N.Q. Dayri M.A.Danilovun mülahizələrini dəqiqləşdirmək yo­lunda müvəffəq addım ataraq dərs planı tərtibinin belə bir sxe­mi­ni təklif etmişdir; 1) əldə olunacaq nəticələri müəyyənləşdirmək: a) bi­likləri; b) təfəkkürün inkişafı; c) tərbiyə; 2) müəllim və şa­gird­lə­rin fəaliyyəti priyomalarını müəyyənləşdirmək; 3) yeni materialın öy­rənilməsi (müəllim-şagird); 4) ev tapşırığı (müəllim-şagird).

Lakin təəssüf ki, N.Q. Dayri problemli təlim anlayışında əsa­sən biliklərin problemli şərhini nəzərdə tutur, o, şagirdlərin idrak im­kanlarını kifayət dərəcədə qiymətləndirmir.

Müasir dərsin, ümumiyyətlə, problemli, inkişafetdirici tə­li­min təşkilinin birinci və başlıca şərti yüksək ixtisaslı mütəxəssis – mü­əllim pedaqoqun mövcudluğudur. Təlimin təşkili pedaqoqdan ye­ni səviyyədə sistematik yaradıcı iş tələb edir. Şagirdin psixi və­ziy­­yə­tinin müəyyən edilməsi, onun təlimə hazırlıq dərəcəsi, prob­lem­li vəziyyətin yaradılması, şagirdlərin müstəqil idrak fəaliyy­ət­i­nin stimullaşdırılması, bu fəaliyyətin idarə olunması və s. bütün bun­lar pedoqoji intuisiya, çevik əql, metodik ustalıq, həm də başlı­ca­sı, tədrisin elmi təşkili vərdişlərini tələb edir.

Tədrisə müəllimin hazırlığı başlıca olaraq aşağıdakılarla mü­əy­yən edilir: a) müəllimin dünyagörüşü, onun elmi-siyasi hazırlığı; b) müəllimin ziyalılıq səviyyəsi; c) uşaqlarla müəllimin humanist mü­nasibəti; ç) müəllimin peşə hazırlığı; d) müəllimin şəxsi key­fiy­yət­ləri.

Pedaqoji tətqiqatlar sübut edir ki, dərsin qurulması və hazır­lan­masının özünəməxsus məntiqi vardır və təlim məşğələsinin plan­laş­dırılmasının iki altsistemi mövcuddur:

1) təlim materialının elmi-metodik təhlili, şagirdlərin öy­rən­mə­yə qabillik dərəcəsi, psixo-pedoqoji hazırlığı, məşğələnin keçiril­mə­sinin vasitə və şəraiti əsasında onun hazırlanmasının altsistemi. Bu alt­sistem dərsin strukturu və müasir təlim-tərbiyə prosesinə tələb­lər­lə şərtlənir.

2) təqvim-illik, tematik və dərs üzrə planlaşmanı özünə daxil edən məşğələnin planlaşdırılmasının altsistemi.

Dərslərin daha çox effektivliyini məşğələnin hazırlanmasının elə sistemi təmin edir ki, o, təlim materialının özünün məzmununun hər­tərəfli təhlilinə əsaslanmış olsun. Həm tematik, həm də dərs üz­rə planlaşma aşağıdakı hazırlıq sisteminin gözlənilməsini zəruri edir: 1) təlim materallarının komponenti (anlayış) üzrə təhlili, 2) psi­xoloji təhlili, 3) məntiqi təhlili; 4) təlim materiallarının tərbiyəvi əhə­miyyətinin təhlili; 5) didaktik təhlil.

Bu barədə də maraqlı baxışlar yox deyildir. Məsələn, M. İ. Max­mutovun fikrincə, tematik planlaşdırılmanın sxemi beş bölmə­dən ibarətdir, onların hər biri bir sıra elementlərə malikdir (üm­u­miy­­yətlə, dərslər sistemi üçün zəruridir), lakin müxtəlif tip dərslərdə müx­təlif məzmuna malikdir. Tematik planın bölmələrinin məzmunu belə­dir:

I. Mövzunun adı və ya dərslər sistemi proqramdan götürü­lü­r­.



  1. Dərslərin məqsədi və yaxud mövzunun didaktik məq­sə­di, hansı ki, planlaşdırılan mövzunun məzmunundan irəli gəlir. Bu te­matik planda ümumi şəkildə ifadə oluna bilir;

  2. Dərsin tipləri. Təlim materialının məzmununa və dərslərin məq­sədinə uyğun şəkildə bir və ya bir neçə növ göstərilir;

  3. Təlimin metodları. Tematik planda yalnız ümumi me­tod­lar göstərilir.

II. Aktuallaşdırma. Planın bu bölməsini iş prosesinin özü mü­­əyyən edir:

  1. Əvvəlcədən öyrənilmiş hansı anlayışlar aktuallaşdırıl­ma­lı­d­ır;

  2. Hansı tip müstəqil işlərin yerinə yetirilməsi əvvəlki bi­lik­lə­ri aktuallaşdırar və əvvəl mənimsənilmişləri dərinləşdirər.

III. Yeni anlayış və fəaliyyət üsullarının formalaşdırılması. Bu bölmədə göstərilir:

  1. Bu mövzuya daxil olan yeni anlayışlar ( və ya əvəl daxil edil­miş anlayışların məchul əlamətləri);

  2. Şagirdlərin nəzərdə tutulan bilik, bacarıq və vərdişlərinin dərs­lər sistemində və ev məşğələsində artımı;

  3. Bir və ya bir neçə dərslərin əsas problemi formulə edilir. (və ya yalnız araşdırılır).

IV. Tətbiqetmə. Teamtik planın bu bölməsinin məzmunuda gös­tərilir:

  1. Keçmiş dərslərdə öyrənilmiş materiala daxil edilən şa­gird­lə­rin müstəqil iş tipləri;

  2. Biliklər və dünyagörüşü sisteminin formalaşdırılması üçün zə­ruri fənlərarası əlaqə.

V. Ev tapşırığı. Tapşırığa daxildir:

1) Dərslikdən və digər informasiya mənbələrindən təkrar üçün ma­terial;

2) Növbəti məşğələyə hazırlıq üçün müstəqil iş tipləri.

Amma, zənnimizcə, M.İ. Maxmutovun məqbul hesab etdiyi bu tematik planın sxeminin də tamamlanmasına ehtiyac vardır. Unut­maq olmaz ki, insanın fəaliyyəti digər bioloji varlıqlardan fərq­li olaraq dərk olunmuş məqsədlərlə tənzim olunur. Təlim prose­sin­də şagirdin qarşısına qoyulan vəzifələr onun idrak tələbat və mo­tiv­lərinin təminolunma obyektinə çevrildikdə, başqa sözlə, qarşıya qo­yulmuş vəzifənin şagirdin dərk olunmuş məqsədinə çevrilməsi za­manı onun fəallığı mümkün olur. Qarşıya qoyulmuş vəzifənin icrası üçün keçmişdə əldə olunmuşlar arasından zərurilərin müəy­yən­ləşdirilməsi və seçilməsi istiqamətində bərpaedici fəaliyyətə şa­gird qoşulur. Odur ki, dərslər sisteminin nəticəsinə çevrilməli olan məq­sədin şagirdin tələbat və motivlərinin təminolunma obyektinə çev­rilməsi üçün müvafiq iş sistemini planlaşdırmaq vacibdir.

Yeni anlayış və fəaliyyət üsullarının mənimsənilməsi üzrə işin plan­laşdırılmasında şagirdlərin analitik və evristik fəaliyyətlərinin mü­nasibətini müəyyən etmək qaçılmazdır. Bunun üçün təlim pro­se­s­inin altsistemlərinin uzlaşmasının optimal sistemini (məqsəd, təlim ma­terialının məzmunu, vasitələr, şagirdlərin potensial imkanları, mü­­əllimin hazırlığı və s. əsaslanmaqla) seçmək lazımdır.

Yaxşı idarəetmə üçün əks-əlaqənin təmin olunması, qiymət­lən­dirmə və tənzimetmə dərsdə nəzərdə tutulan bütün bölmələri əha­tə etməlidir. Odur ki, planlaşdırmada qiymətləndirmə və uçot mə­sə­ləsi diqqət mərkəzində saxlanılmalıdır. Bizcə, tətbiq bölmə­sin­də M. İ. Maxmutovun irəli sürdüyü qeydlər ümumi xarakter da­şı­yır, ona görə də bunun praktik mahiyyəti kölgədə qalır.

Tematik planlaşmadan fərqli olaraq dərs üzrə plan bölmələrinin miq­darına, onların elementlərinə, ardıcıllığına və bu elementlərin məz­mununa görə fərqlənə bilir. Hər bir planın müəllimin fərdi iş sti­lin­dən, şagirdlərin yaş və öyrənməyə qabilliyindən asılı olaraq öz xü­su­siyyətləri vardır. Müasir dərsin hazırlanması zamanı müəllim zə­ruri olaraq şagirdlərin tədris idrak fəaliyyətlərini planlaşdırır, yeni bi­liklərin mənimsənilməsi zamanı əqli fəaliyyət priyomlarını nəzərə alır, şagirdlərin fəaliyyətlərini, idarəetmə üzrə öz fəaliyyətini plan­laş­­dırır (bu onun gözlənilməz hallarla qarşılaşmalı olacağını istisna et­mir). Böyük şagird kollektivinin fəaliyyətini idarəetmə forması ki­mi müxtəlif gözlənilməz halların müvəffəqiyyətlə aradan götürül­mə­si müəllimin çevik reaksiyavermə qabiliyyəti və erudisiyası ilə bağ­lıdır.

Dərs üzrə planın bölmələrinin məzmununa aşağıdakılar daxil­di­r:

I. Dərsin mövzusu (adətən, dəyişiklik edilmədən tematik plan­dan götürülür).

1. Dərsin məqsədi (proqram materialının məzmunu əsasında mü­əyyən edilir).

2. Dərsin tipi (tematik planda göstərilən kimi olur, müəllim tə­rə­findən alttip kimi dəqiqləşdirilir).

3. Təlim metodları dəqiqləşdirilir, öyrənmə və öyrətmə me­tod­ları göstərilir.

4. Təlimin vasitələri. (Təlimin metodları və dərsin növlərinə uy­ğun vasitələr planlaşdırılır).

II. Dərsin qarşısında qoyulmuş (müəllim tərəfindən for­ma­laş­dırılan) məqsəd və vəzifələrin şagirdin idrak məqsədinə çev­ril­məsi.

1. Əldə olunması nəzərdə tutulan bilik və fəaliyyət üsullarının təd­ris və ya digər fəaliyyət üçün praktik və nəzəri əhəmiyyətinin, fay­da­lılığının dərk olunması yolu müəyyənləşdirilir.

2. Əyləncəli, təəccüb doğurması və başqa cəhətləri ilə şa­gird­lərin idrak marağını yaradan üsul va vasitələr seçilir.

3. Şagirdləri problemli vəziyyətə salmaq və dərsin məqsədini prob­lem şəklində formulə etmək vasitələrinin seçilməsi və tətbiq edil­məsi yolları müəyyənləşdirilir.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin