Şərtlər:
-
İş forması-böyük qrupla;
-
Auditoriyanın bilik səviyyəsi –cisim və ya hadisə haqqında məlumatlıdır;
-
Vaxt - 5-7 dəqiqə;
-
Dərs tipi - ümumiləşdirici, yeni bilik verən;
-
Dərs mərhələsi - motivasiya, nəticələrin çıxarılması;
Vasitələr: qonq, hədiyyə (müvafiqdirsə, əşyanın özü);
Yarana biləcək problemlər:
-
Səs-küy,
-
Mövzudan yayınmaq və yayındırmaq,
-
Vaxtın uzanması,
-
Təkrarlanma.
MÜZAKİRƏ XƏRİTƏLƏRİ
Məqsəd:
Bu metoddan daha çox humanitar fənlərdə istifadə edilir. Müzakirə xəritəsi debat üçün hazırlıq rolunu oynaya bilər. Arqumentin təhlili şagirdlərə müzakirə olunan məsələ barəsindəki mövqeləri haqqında düşünmək imkanı verir.
Alqoritm:
-
Mövzunu müəyyənləşdirmək; Mövzu ziddiyyətli yanaşmalardan istifadə etməyə imkan verməlidir.
-
Mövzuya dair problemin üzə çıxarılması, ziddiyyətli sualın qoyulması;
-
Mövqelərin müəyyənləşdirilməsi (fərdi);
-
Mövqelərin təsdiqi (mənbələrlə iş, arqumentlərin, fakt və sübutların tapılması);
-
Şagirdlər arqumentləri müəyyənləşdirirlər. Lehinə və əleyhinə arqumentlərin siyahılaşdırırlar;
-
Uyğun mövqelərin cütlükdə birləşdirilməsi, arqumentlərin təhlili, oxşar və fərqlərin üzə çıxarılması. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun lehinə və əlehinə siyahısı tərtib edir.
-
Hər bir cüt başqa cütlə birləşərək siyahıdakı bəndləri bir-birinə əlavə edirlər.
-
Sinif bu arqumentlər barəsində düşünür və lehinə, yaxud da əlehinə qərar qəbul edir.
-
Bir mövqelərin (cütlərin) qruplarda birləşməsi, arqumentlərin dəqiqləşdirilməsi.
-
Problemə dair mövqelərin dinlənilməsi (siniflər);
-
Müzakirənin aparılması (siniflə). Arqumentlərin təhlili;
-
Qərarın qəbul edilməsi;
-
Ümumiləşdirmə;
Şərtlər:
-
İş forması: cütlərlə və bütün siniflə;
-
Auditoriyanın səviyyəsi:
-
Bilik dairəsi;
-
Mənbələrlə işləmək bacarığı;
-
Müzakirə, dinləmə bacarığı;
-
Tədqiqat aparmaq bacarığı;
-
Problemin düzgün qoyulması;
-
Problemin aktuallığı;
-
Şagirdlərin cəlb olunması;
-
Problemin həll oluna bilən olması;
-
Şagirdlərin mövqeləri qısa, konkret, məntiqi çatdıra bilməsi.
Vasitələr: kağız, marker, məlumat mənbəyi.
Yarana biləcək problemlər:
-
Ünsiyyət ilə bağlı problemlər (bir-birini dinləməmək, şəxsi rəqabətin işə təsiri və s.)
-
Müzakirənin uzanması,
-
Artıq səs-küy, aqressivlik,
-
Tolerantlılığın olmaması,
-
Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,
-
Düzgün nəticənin çıxarılması çətinliyi.
Digər variant:
DEBATLA MÜŞAYİƏT OLUNAN MÜZAKİRƏ XƏRİTƏSİ
Məqsəd: Güman edilən aspektlər barəsində mübahisə etməklə mövzuya daha dərindən yanaşma.
Alqoritm:
-
Müzakirə mövzusu barəsində qərarın qəbul edilməsi. Müəllim-təlimatçı arqument dəstəyi tələb edən “bəli” və ya “xeyr” sualı verir.
-
İştirakçılar arqumenti müəyyənləşdirirlər:
-
Hər bir şagird( iştirakçı) lehinə və əlehinə arqumentlər siyahısı tərtib edir,
-
Şagirdlər cüt-cüt işləyərək iki ən uzun lehinə və əlehinə siyahı tərtib edir.
-
Şagirdlər lehinə və ya əlehinə cavab seçirlər.
-
Təlimatçı sinfi iki əks qrupa bölür:
-
Bir qrupdakı şagirdlər arqumentləri nəzərdən keçirir və nəticəyə gətirib çıxaracaq qərar verir.
-
Qərarsız şagirdlər digər qrupu təşkil edir.
-
Şagirdlər müzakirə olunan mövzu barəsində mübahisə edirlər:
-
Bir qrup dəstəkləyici arqument verərək öz mövqeyini bildirir. Digər qrup əks-arqumenti irəli sürür;
-
Digər qrup da bunu etməyə dəvət olunur;
-
Mübahisə aşağıdakı təlimatlara əsasən arqument və əks-arqumentləri dəyişərək davam edə bilər:
-
Hər qrup oponentlərin fikrinə diqqətlə yanaşmalıdır;
-
İştirakçı əks tərəfin arqumenti ilə inandırılırsa, o, istənilən vaxt qrupu dəyişə bilər;
-
Qrup üzvləri ən çox inandırıcı arqumentləri qeyd etməlidirlər.
Şərtlər:
-
İş forması: cütlərdə və ya qruplarda.
-
Şagirdlərin optimal sayı 20
-
Fəaliyyət zamanı iştirakçılar öz rollarına uyğun olaraq onların aşağıdakı vəzifələrini bilməlidirlər:
-
APARICI:
-
Mövzunu təklif edir və ya mövzunun seçilməsinə nəzarət edir.
-
Qrupların təşkil olunmasına nəzarət edir.
-
İştirakçılarla birgə mübahisənin qaydalarını müəyyənləşdirir və ya sadəcə olaraq şagirdləri mövcud qaydalardan xəbərdar edir.
-
Mübahisələrəd iştirak edir və lazım gəldikdə müdaxilə edir.
-
Şagirdlərin əldə etdiyi nəticə və ya həlli yollarını birləşdirir.
-
ŞAGİRD:
-
Lehinə və əleyhinə arqumentləri müəyyənləşdirir.
-
Qruplardan birinə qoşulur.
-
Müzakirənin hər bir səviyyəsində fəal iştirak edir.
-
Əməkdaşlıq edir və ünsiyyət saxlayır.
Vəsaitlər: kağız, marker, məlumat mənbəyi.
Yrana biləcək problemlər: bax müzakirə xəritələrinə.
DEBATLAR (ÇARPAZ MÜZAKİRƏ)
Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iştirakını təmin edilməsi ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya formalarından biridir.
Məqsəd:
Diskussiyanın yalnız bir-birlərinə opponentlik (etiraz) edən tərəflərin arasında keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi məlum formalarından fərqli olaraq, debatlar opponentini deyil, üçüncü tərəfi inandırma prosesini nəzərdə tutur. Üçüncü tərəfin vəzifəsi hər bir tərəfin mövqeyini dinləyib, öz seçimini etməkdir. Bu seçim yalnız bir şeyə- “bu tərəf məni inandırdı!”- təsdiqinə əsaslanır. Beləliklə, debatlarda iştirak edən tərəflərin əsas məqsədi öz dəlil və sübutlarının köməyi ilə üçüncü tərəfi öz mövqeyinin düzgünlüyünə inandırmaqdır. Bu prosesin yekunları əsasında ona həmçinin ,qərarların qəbulu kimi baxmaq olar.
Debat prosesində şagirdlər aşağıdakı bacarıq və keyfiyyətlərə nail ola bilərlər:
-
“çarpaz sualların” hazırlanması;
-
hamilik və ya qərarları necə qəbul etməli.
Aiqoritm:
-
Mövzunun müəyyənləşdirilməsi. Çarpaz müzakirə mətndə qaldırılan məsələni açıqlayan, birmənalı cavab tələb edən sual (yəni elə bir sual ki, ona müsbət və ya mənfi cavab verilə bilər) hazırlanmasını tələb edir. “Debatlarda” mövzu sual yox təsdiq formasında ifadə edilir.
-
Rolların müəyyənləşdirilməsi (“A” və “B” spiker komandaları, hakim, “taym-kipper”). Debat iştirakçıları və ya debatçılar çıxış zamanı spiker adlanırlar. Debatlar üçüncü tərəfi təmsil edən hakimlər qarşısında spiker komandaları (“A” mövqeyi və “B” mövqeyi) arasında keçirilir.
-
Təsdiqedici “A” mövqeyinin spikerləri debatların mövzusunu onun ifadə edildiyi kimi təsdiq edirlər
-
Təkzibedici “B” mövqeyinin spikerləri “A” mövqeyini təkzib etməyə borcludurlar-bu onların başlıca vəzifəsidir. Həm də onlar təkzibetmədən sonra öz meyar və dəlillərini təklif edirlər.
-
Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı olduğunu öz şəxsi mövqeyindən asılı olmayaraq müəyyən etməkdir.
-
Debatlar prosesində çixişların vaxt rejimini təmin edən “taym-kipperlər” iştirak edirlər.
-
Dəlillərin hazırlanması. Arqument (dəlil)- faktlar əsasında çıxarılan nəticədir; mövzunun tədqiqinin nəticəsidir. İştirakçılar-spikerlər (cütlər və ya kiçik qruplar) sualın müzakirəsinə başlayır və əvvəlcə müsbət, sonra mənfi cavabları əsaslandıran 4-5 dəlil göstərirlər. Tərəflər öz mövqelərinin müdafıəsi üçün ən güclü arqumentləri toplamalıdırlar. Hər qrupa özlərinin ən yaxşı arqumentlərini müəyyən etmək üçün 7-8 dəqiqə vaxt ayrılır.
Arqument üzərində iş prosesi aşağıdakı hərəkətlərdən ibarətdir:
Hər iki cavaba dair dəlillərin siyahıları tamamlandıqdan dərhal sonra qrupların hər biri digər qrupla öz siyahılarını tutuşdurur və hər iki qəbildən olan dəlilləri nəzərdən keçirirlər.
-
Debat və çarpaz suallar. Sonra iştirakçılardan öz mövqelərini müəyyən etmək və iki böyük qrupa bölünmək xahiş edilir. Hər 2 tərəf arasında polemika (müzakirə) aparılır. Debatlar zamanı bir mövqeyin spikerlərinin suallarından və digər mövqeyin spikerlərinin cavablarından ibarət olan və xüsusi fərqləndirən raunddur. Debatların spikerləri arqumentləri irəli sürərkən, sübut-dəlilləri-onların mövqeyini təsdiq edən faktları, statistik göstəriciləri, mütəxəssislərin ekspert rəylərini də təqdim etməlidirlər.
-
Nəticə çıxarma və qiymətləndirmə. Hakim daha inandırıcı mövqelərdən çıxış edən komandanı seçir. O yalnız eşitdikləri əsasında nəticə çıxarır və öz seçimini edir. Çox vacibdir ki, o öz seçimini etdikdən sonra onu əsaslandıra bilsin. Verilən sualların və alınan cavabların keyfiyyəti iştirakçıların debatların mövzusunu nə dərəcədə dərindən və hərtərəfli mənimsədiklərini göstərir. Bu zaman həm də spikerin alınmış cavabları nə dərəcədə ustalıqla opponentin mövqeyini zəiflətmək və öz mövqeyini gücləndirmək üçün istifadə edə bilməsi qiymətləndirilir.
Şərtlər:
-
Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır.
-
Mövzu qısaca ifadə edilən zaman aşağıdakı prinsiplərə riayət olunmalıdır.
-
mövzu maraqlı olmalıdır;
-
mövzu “münaqişəli” olmalıdır, məsələn, əgər A mövqeyi mövcuddursa, bu o deməkdir ki, əks fikir də (B mövqeyi) mövcuddur;
-
mövzu elə ifadə edilməlidir ki, heç kəs bir mövqeyin üstünlüyünü hiss etməsin;
-
mövzu nə çox dar, nə də çox geniş olmalıdır. Məsələn, “Evtanasiya xərçəng xəstəliyinə tutulmuş insanlar üçün leqallaşdırılmalıdır”-dar, “Təhsil rəsmi dövlət dilində olmalıdır” isə geniş mövzudur.
-
Hazırlıq prosesində debatçılar idrak prosesinin mühüm ünsürlərindən olan sualların ifadə texnikası və məharətinə yiyələnməlidirlər.
-
Şagirdlərin mənbələrlə işləyə bilməsi, dəstək və sübutların məntiqi, mövzuya, problemə uyğun seçilməsi vacibdir.
Vasitələr: Müzakirə üçün əvvəlcədən hazırlanmış suallar, müxtəlif məlumat mənbələri.
Yarana biləcək problemlər:
-
Ünsiyyət ilə bağlı problemlər (bir –birini dinləmək, şəxsi rəqabətin işə təsiri və s.)
-
Müzakirənin uzanması,
-
Artıq səs-küy, aqressivlik,
-
Tolerantlığın olması,
-
Mövzudan yayınmaq və yayındırmaq,
-
Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,
-
Kimin qərar çıxarma bacarığının zəifliyi.
İNSERT METODU
İnsert səmərəli mütaliə və təfəkkürün inkişafı üçün interaktiv qeydetmə sistemidir. İşarələr sistemindən istifadə edib mətni başa düşmək üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsulu.
Yeni dərsi oxumamışdan əvvəl müəllim şagirdləri cütlərə ayırır. Beş dəqiqə ərzində onlardan xahiş edir ki, Hindistan haqqında nə bilirlərsə, təsəvvürlərinə gələnləri qısa şəkildə yazsınlar. Müəllim bildirir ki, ola bilsin, sizin yazdıqlarınız dəqiq olmasın, buna bir o qədər fikir verməyin, dərsin gedişi zamanı düzəliş aparacağıq. Hindistan haqqında bildiklərinizi siyahı şəklində, alt-alta yazın. Cütlərdə iş qurtardıqdan sonra bütün sinif müzakirəyə başlayır. Hindistan haqqında məlumatlar lövhədə qeyd edilir və ümumiləşdirilir. Bundan sonra mətn paylanılır və oxutdurulur, şagirdlərə müraciət edərək müəllim deyir: “oxuduqca səhifələrin kənarında işarələr qoyacaqsınız, işarələr aşağıdakı kimi olmalıdır”:
-
Əvvəl bildiyin məlumatı təsdiq edən informasiya varsa, qarşısında (V) işarəsini qoy.
-
Oxuduğun bir informasiya əvvəllər bildiyini inkar edirsə (-) işarəsi qoy.
-
Rast gəldiyin informasiya sənin üçün təzədirsə (+) işarəsi ilə göstər.
-
Haqqında əlavə məlumat almaq istədiyin məsələ varsa, qabağında (?) işarəsi qoy.
Sonra qruplar işarələr qoyulmuş informasiyaları cədvəldə kateqoriyalara aşağıdakı kimi ayırırlar (Cədvəl 1.4).
Cədvəl 1.4
V
|
+
|
_
|
?
|
1.Hindistan İngiltərənin müstəm-ləkəsi olmuşdur.
2.Hindistan şahmatın vətənidir.
|
1.Elmə “O” işarəsini hindlilər gətirib.
2.Tac mahalı Təbrizli memar inşa edib.
|
1. Avropada işlətdiyimiz rəqəmlərə ərəb rəqəmləri deyirlər, amma onları hindlilər kəşf ediblər.
|
1.Hindistanda olan dinlər haqqında.
2. Yoqa haqqında.
|
Bu cədvəli müəllim lövhədə çəkir və hər qrup öz yazdıqlarını orada qeyd edir.
Bundan sonra sinif müzakirəyə başlayır. İlk məlumatla, yəni Hindistan haqqında bildikləri ilə mətni oxuduqdan sonra bildiklərini müzakirə edirlər. Bu metod çox vaxt tələb etdiyindən 2 dərsi bu strategiyaya həsr etmək olar.
BİBÖ CƏDVƏLİ
Müəllim dərsə “beyin həmləsi” strategiyası ilə başlayır. Şagirdləri cütlərə ayırandan sonra sinfə sual verilir.
Delfinlər haqqında nə bilirsiniz?
Cütlər bu sual ətrafında işləyirlər. Bildiklərini kağıza qeyd edirlər. Həmin vaxt ərzində müəllim aşağıda verilmiş cədvəli yazı taxtasında çəkir. Cütlər verilən sualla əlaqədar müəllimlə öz fikirlərini bölüşürlər. Ümumi razılığa gələrək fikirlər yazı taxtasındakı cədvəldə “Biz nəyi bilirik?” sualı altında yazılır. Sonra müəllim yeni sualla şagirdlərə müraciət edir. Delfinlər haqqında daha nələri bilmək istərdiniz?
Şagirdlər yenə də öz aralarında fikir mübadiləsi edir və hər qrup öz fikrini söyləyərək yazı lövhəsindəki cədvəldə qeyd edirlər (Cədvəl 1.5).
Cədvəl 1.5
Bildiklərimiz
|
İstəyirik bilək
|
Öyrəndiklərimiz
|
1.Təlim olunmağa meyllidirlər.
2.Məməlilər sinfinə aiddir.
3.Xəzər dənizində yaşamır.
|
1.Çoxalması haqqında
2.Daha hansı dənizlərdə yaşayırlar?
|
|
Müəllim mətni şagirdlərə paylayır. Mətni oxuduqca şagirdlər Öyrəndiklərimiz? sualına cavab axtarırlar və öz cədvəllərində qeyd edirlər.
Mətni oxuduqdan sonra qruplar yeni öyrəndiklərini yazı taxtasındakı cədvəldə qeyd edirlər (Cədvəl 1.6).
Cədvəl 1.6
Bildiklərimiz
|
İstəyirik bilək
|
Öyrəndiklərimiz
|
1.Təlim olunmağa meyil-lidirlər.
2.Məməlilər sinfinə aiddir.
3.Xəzər dənizində yaşa-mır.
|
1.Çoxalması haqqında
2.Daha hansı dənizlərdə yaşayırlar?
|
1. Nisbətən şüurludur.
|
Sonra müəllim şagirdlərdən soruşur. Əvvəlcə sual vermədikləri daha hansı informasiyaya rast gəldilər?. Cavabsız qalmış sualların cavablarını haradan tapmaq, bunu necə etmək lazımdır və s. müzakirə edilir. Müəllim öz fikrini söyləyir və dərsi yekunlaşdırır.
İSTİQAMƏTLƏNDİRİLMİŞ MÜHAZİRƏ
Dərsin əvvəlində müəllim mövzunu elan edir. Məsələn, mövzu “Avstraliyanın kəşfi” adlanır. Sonra müəllim sinfi qruplara ayırır və şagirdlərə təklif edir ki, mövzu üzrə bildiklərini yada salsınlar və siyahı hazırlasınlar. Bunun üçün ağ vərəqdə cədvəl çəkilir, vərəqin bir tərəfində “Avropa Avstraliyaya nə verib”, o biri tərəfində “Avstraliya Avropaya nə verib?” suallarını yazmaq lazımdır. Verilən vaxt ərzində qruplar bu suallarla əlaqədar fikir mübadiləsi edir və öz vərəqlərində qeydiyyat aparırlar (Cədvəl 1.7).
Cədvəl 1.7
Avropa Avstraliyaya nə verib, hansı yeni biliklər əldə ediləcək?
|
Avstraliya Avropaya nə verib?
|
1.
2.
|
1.
2.
|
Qruplarda iş bitdikdən sonra müəllim bütün siniflə müzakirə aparır, şagirdlərin fikirlərini ümumiləşdirir və lövhədəki cədvəldə qeyd edir. Şagirdlərə bildirir ki, mühazirənin məzmunu ilə siyahını müzakirə edəcəklər, diqqətli olsunlar.
Müəllim mətnin I hissəsini 10-15 dəqiqə ərzində mühazirə edir (mühazirə 15 dəqiqədən çox olduqda şagirdlərin fikri yayınır, müəllimi dinləmirlər). Mühazirənin I hissəsi bitdikdən sonra müəllim şagirdlərdən xahiş edir ki, mövzu haqda öz fikirlərini indicə mühazirədə eşitdikləri informasiya ilə müqayisə edib qeydlərində düzəliş etsinlər və lövhədəki cədvəldə qruplar qeyd edir, fikirlərini söyləyirlər. Yazdıqlarından hansı düz çıxdı, hansı səhvdir. Müəllim şagirdlərə çatdırmalıdır ki, mühazirənin II hissəsində onları maraqlandıran, lakin I hissədə cavab tapmadıqları suallara rast gələcəklər.
Müəllim mühazirənin II hissəsini oxuyur. Mühazirə bitdikdən sonra o şagirdlərə müraciət edir ki, yeni öyrəndiklərinizi cədvəldə qeyd edin. Dərsin sonunda şagirdlərə 5 dəqiqəlik esse (sərbəst yazı) yazmaq tapşırılır. Yəni şagirdlər Avropaya Avstraliyanın təsiri haqqında öz fikirlərini qısa şəkildə vərəqə qeyd edirlər. Əgər vaxt varsa, sinifdə yazırlar, vaxt yoxdursa, evdə yazıb gətirirlər, müəllim yazıları yığır və onlarla tanış olur. Müəllim mütləq bu esselər haqqında öz fikrini bildirməlidir.
KLASTER (ŞAXƏLƏNDİRMƏ)
Klaster hər hansı bir mövzu və ya fikrin mümkün qədər açılmasına, şagirdlərin bu ətrafda geniş, sərbəst düşünməsinə şərait yaradan metoddur. Şaxələndirmə strategiyasından həm düşünməyə yönəltmə, həm də düşünmə mərhələsində istifadə etmək olar. Dərsin əvvəlində, mövzu ətraflı öyrənilməmişdən qabaq şagirdlərin fikrini cəmləşdirmək və əvvəlki biliklərini yada salmaq üçün istifadə oluna bilər. Bu metodun tətbiqi zamanı fikirdən fikir, mövzudan mövzu doğur, yeni assosiasiyaların yaranması imkanı genişlənir. Klaster metodu həm fərdi, cütlərdə, həm də qrupla həyata keçirilə bilər. Onun tətbiqi çox sadə və yadda qalandır. Şaxələndirməni həyata keçirmək üçün:
1.İri ağ kağız götürülür.
2.Kağızın mərkəzində söz, hər hansı fənnə aid termin, cümlə və s. yazılır.
3.Həmin sözdən şaxələr ayrılır və yeni fikirlər yazılır.
Düşünməyə yönəltmə zamanı şagirdlər mövzusu ilə əlaqədar bildiklərini yadlarına salırlar. Yəni onlar klasteri işlədilər və hər qrup öz işini sinfə təqdim etdi. Sonra isə konkret mövzu verilir, şagirdlər həmin mövzu ilə tanış olurlar.
Ola bilsin ki, müəllim tətbiq etmədə, yəni düşünmə mərhələsində də klaster metodundan istifadə etsin. Mətndən aldığı yeni bilikləri klasterdə qeyd etsinlər. Bu zaman onlar qeydlərini yaxşı olardı ki, başqa rəngli qələmlə etsinlər (Əvvəlki bilikləri yeni aldığı bilikdən ayırmaq məqsədi ilə). Bu metoddan istənilən fənnin tədrisi zamanı istifadə etmək əlverişlidir.
ZİQZAQ METODU
Əvvəlcə şagirdləri dörd nəfərlik qruplara bölün. Qruplar müəyyənləşdirildikdən sonra hər bir qrupdakı şagirdlərə təklif edin ki, hərəsi bir rəqəm söyləməklə 1-dən 4-ə qədər saysınlar. Beləliklə, hər bir kəsin söylədiyi rəqəm onun nömrəsi olacaqdır.
Sonra şagirdlərə mətn verilir. İzah edilir ki, mətni araşdırmaq, məzmunu dərk etmək və məğzinə varmaq lazımdır.
Şagirdlərin diqqətinə çatdırmaq lazımdır ki, mətn 4 hissəyə bölünmüşdür. Hər bir qrupdakı 1 nömrəli iştirakçı birinci hissə, 2 nömrəli iştirakçı ikinci hissə, 3 nömrəli iştirakçı üçüncü, 4 nömrəli iştirakçı dördüncü hissə üçün cavabdeh olacaqlar. Bu qaydanı izah etdikdən sonra şagirdlərdən xahiş edin ki, eyni nömrəli iştirakçılar bir yerə toplansınlar. Eyni nömrəli iştirakçılardan təşkil olunmuş qruplar indi ekspert qrupları adlanır, onların vəzifəsi, mətnin öhdələrinə düşən hissəsinin materialını diqqətlə öyrənməkdən ibarətdir. Onlar həmin hissəni oxumalı, məzmununu müzakirə etməli və materialı lazımınca qavramalıdırlar. Ekspert qrupunun hər bir üzvü öyrəndiyi hissənin materialını dərsin əvvəlində yaranmış qrupun üzvlərinə izah etməlidir. Şagirdlərə çatdırmaq lazımdır ki, sonradan onların bəzilərinə öyrəndikləri hissəni bütün sinfə izah etmək təkilf olunacaq. Ekspert qruplarının işi başa çatdıqdan sonra, onlar öz əvvəlki qruplarına qayıdıb materialın məzmununu həmkarlarına izah edirlər. Şagirdlər bilməlidirlər ki, yekunda bütün qrup üzvlərinin materialın məzmununu tam mənimsəmələri zəruridir.
Bu metoddan istifadə zamanı müəllim əvvəlcədən mövzunu 4 hissəyə (hissəyə ayırmaq qrupların sayından asılıdır) ayırır. Məsələn, mövzu: Azərbaycan. Bu zaman onun coğrafi mövqeyi və təbii şəraiti – birinci; relyefi - ikinci; iqlimi və daxili suları - üçüncü; əhalisi və nəqliyyatı - dördüncü ekspert qrupuna tapşırılır. Hər ekspert qrupu ona düşən hissəni öyrənir, müzakirə edir, sonra əvvəlki qruplara qayıdır, orada öyrəndikləri hissəni qrup üzvlərinə izah edirlər. Beləliklə, mövzunun hər bir hissəsi haqqında qrupun hər bir üzvü bilik alır və o barədə qrup üzvlərinə məlumat verir.
İlkin qrup üzvləri qeydlər etməli, meydana çıxan sualları yazmalı, sonra bu suallar hər bir hissə üçün məsul olan ekspertlərə ünvanlanmalıdır.
Müəllim informasiyanın dəqiq verildiyinə və qarşıya çıxan sualların düzgün cavablandırıldığına əmin olmalı və nəzarət etməlidir.
DƏYİRMİ MASA
Müəllim sinfi qruplara bölür. Hər qrupa bir vatman kağızı və qrupun şagirdlərinin sayı qədər rəngli flamaster verir. Hər şagird ona verilən rəngli flamaster ilə yazmalıdır.
Yazılı “Dəyirmi masa” elə metoddur ki, bu zaman vərəq qrupun daxilində dairə üzrə daim bir nəfərdən digərinə ötürülür. Məsələn, müəllim mövzuya aid hansısa bir fikri yazır, sonra şagird öz fikirlərini əlavə edərək vərəqi sol tərəfdəki “qonşusuna” verir. O da öz növbəsində bu fikrə yeni mülahizələr əlavə edir və vərəqi başqasına ötürür. Şagirdlərin hər biri öz fikirlərini ayrı rəngli qələmlə və ya flamasterlə yazırlar. Bu zahirən bütün şagirdlərin yoldaşlarından geri qalmamaq hissini gücləndirir və müəllimə imkan verir ki, mövzunun hər bir şagird tərəfindən mənimsənilməsini və hər bir kəsin nə dərəcədə iştirak etdiyini müəyyənləşdirsin.
Məsələn, ədəbiyyat dərsində Nizami Gəncəvinin yaradıcılığı mövzusunun tədrisi zamanı müəllim vatmanda bir söz yazır: “Xəmsə”. Qrupun üzvlərinin hər biri sıra ilə öz əlavələrini edirlər. Şagirdin biri yazır “Beşlik”, digəri “Sirlər xəzinəsi”, o biri “Leyli və məcnun” və s. beləliklə, bütün üzvlər xəmsə ilə əlaqədar bildiklərini sıra ilə qeyd edirlər. Qruplar işlərini bitirdikdən sonra hər qrup öz işini təqdim edir. Hansı qrupun mövzunu nə dərəcədə mənimsəməsi aydın olur. Sonda müəllim ümumi nəticə çıxarır.
Bu metoddan bütün fənlərin tədrisində istifadə etmək olar.
Dostları ilə paylaş: |