C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi



Yüklə 3,21 Mb.
səhifə41/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   ...   35   36   37   38   39   40   41   42   43

Sual və tapşırıqlar
1. Təlimdə təkamül prosesi mövcud olur yoxsa onu doğuran sə­bəb­lər meydana çıxdıqdan sonra baş verir?

2. Konstruktiv öyrənmənin fəlsəfi mahiyəti nədən ibarətdir?

3. “Fəal inkişaf zonası”nın mahiyyətini aç.

4. Təhsilimizə interaktiv təlim üsullarının tətbiqini zəruri edən sə­bəblər hansılardır?

5. “Kub strategiyasını” hər hansı bir mövzunun tədrisinə tət­biq et.

6. Təlimin ənənəvi prinsipləri ilə yeni təlim texnologiyalarının prin­sipləri arasında hansı oxşarlıq və fərqləer vardır?

7. İstənilən mövzuya yeni təlim texnologiyalarını tətbiq etmək olar­mı?

8. “Sosial şagird” kimə demək olar?



İstifadə edilmiş ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitutsiyası. Bakı: Azərbay­can,1996.

2. Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramı. Azər­bay­c­a­n Res­publikası Nazirlər Kabineti 168 №li sərəncamı, 15 iyun 1999-cu il.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının ma­te­rialları. Bakı:Təhsil, 2003.

4. Ağayev Ə.A. Yeni təlim metod və texnologiyalarından istifadə­nin nəzəri və praktik məsələləri. // Azərbaycan Respublikasının Təhsil Prob­lemləri İnstitutunun Elmi əsərləri. Bakı: 2006, №1. səh. 29-44.



  1. Beynəlxalq konfransın materialları. Bakı: 2006.

6. Bədiyev S.R.. Fəal təlim metodları. Fizikanın tədrisində şagird­lə­rin yaradıcılıq qabiliyyətinin inkişafında onlardan istifadə. Bakı: ADPU, 20­05.

7. Bədiyev S.R.. Yeni təlim texnologiyaları dərslərdə. Şəki; 2006.

8. Dialektik və tarixi materializim.II nəşr. Bakı: Azərbaycan Dövlət Nəş­riyyatı,1970.

9. Delta Kappan. Konstruktivizm nəzəriyyəsi. /Beynəlxalq konf­ran­sın materialları. Bakı: fevral, 2004.

10. Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə kons­pekt­ləri. Bakı: Maarif, 1983.

11. Əbdəl-Həqq, İsmət. Müəllim hazırlığında konstruktivizm. Təc­rü­bəni nəzəriyyə ilə əlaqələndirmək üçün düşüncələr. / Beynəlxalq Konf­ran­sın materialları. Bakı: fevral, 2004.

12. Əhmədov A. 2009/2010-cu tədris ilində I siniflərdə dərs de­yə­cək müəllimlər üçün yeni təlim kurslarının tətbiqi üzrə təlim kursunun ma­terialları. // Kurikulum. №2, 2009, səh. 35-54.

13. Hacıyeva T. Məktəbdaxili qiymətləndirmənin aparılması yol­la­rı.­ // Kurikulum. №2, 2009, səh. 11-21.

14. Hacıyev Z. Fəlsəfə. Bakı: Adiloğlu, 2001.

15. İsmayılov F.Q. Müasir Qərb fəlsəfəsi. Bakı: Azər.Dövlət nəş­riy­ya­tı, 1991.

16. İsmayılov F.Q. XX əsr qərb fəlsəfəsi tarixi. Bakı: Təhsil, 1999.

17. İsmixanov M.A. Dərsdə şagirdlərin idrak fəaliyyətinin və yara­dı­cı müstəqilliyinin artırılması yolları.// Azərbaycan məktəbi. Bakı: 1983, №7, s.21-27

18. Kərimov Y.S. Ana dilinin tədrisi metodikası. Bakı: Naşir, 2005.

19. Qədimova X. İnteraktiv təlim metodlarının tətbiqi yolları. Bakı: Nur, 2003.

20. Li. Eybrəhəmsn. İnteraktiv təlim nədir? /Beynəlxalq konfrans ma­terialları. Bakı: fevral, 2004.

21. Marksizm – Leninizm fəlsəfəsinin əsasları. Bakı: Maarif, 1980.

22. Mehrabov A.O. Təlim prosesində konstruktiv öyrənmə modeli, id­ra­ki və sosial münasibətlərin formalaşma xüsusiyyətləri.// Azərbaycan mək­təbi. 2005, №3, səh.24-34

23. Mehrabov A.O. və b. Pedaqoji texnologiyalar. Bakı: Mütərcim, 20­0­6.

24. Müəllim hazırlığının və orta təhsilin perspektivləri (Qərb təhsil sis­te­minin təcrübəsi əsasında). Bakı: Adiloğlu, 2005.

25. Məktəbdə vətəndaş təhsili. Metodik vəsait. Bakı: Nur, 2002.

26. Paşayev Ə.X., Rüstəmov F.Ə.Pedaqogika. Bakı: Çaşıoğlu, 20­0­2­.

27. Şorn F. və b. Fəal təlim. Bakı: 2003.

28. Talıbov Y.K. və b. Pedaqogika. Bakı: Maarif, 1993.

29. Təlimdə yeni metodlardan istifadə. Metodik tövsiyə. Bakı: 200­3­.

30. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Qa­nun,2010

31. Veysova Z. Məktəb müəllimləri üçün fəal təlim kuslarına giriş kur­su. Uniseflə birgə layihə. Bakı: “Meqa-Print”, 2004.

32. Veysova Z. Fəal (İnteraktiv) təlim. Müəllimlər üçün v­ə­sa­it.Unicef,2009.

33. Varella F., D.RL. İnteraktiv tədris üçün təlim nəzəriyyələri. /

Beynəlxalq Konfransın materialları. Bakı: fevral, 2004.

34. Topçiyeva Ş.Ə. və b. Həyati bacarıqlara əsaslanan təhsil. V-XI si­niflər. Bakı; Mütərcim, 2006.

35. Ситаров В.А.Дидактика. М.: Acadeмa, 2002.

36. Сластенин В.А., Исаев И.Ф., Шиянов Е.Н. Педагогика. М.: Ака­дема, 2002.



İZAHLI TERMİNLƏR LÜĞƏTİ
Adyunktura – hərbi təhsil müəssisələrində doktoranturaya bə­ra­bər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlan­ma­sı formasıdır.

Akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil proq­ram­la­rını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.

Akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təh­sil standartlarına uyğunluğunun və onun statusunun müəyyən­ləş­di­ri­lib təsdiq edilməsi prosedurudur.

Attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsil­alan­ların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiy­mətləndirilməsi prosedurudur.

Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ix­ti­sas dərəcəsidir.

Bakalavriat- müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis ha­zır­lığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir.

Bacarıq- subyektdə mövcud olan bilik və vərdişlərlə fəa­liy­yə­tin məqsədəuyğun şəkildə tənzim edilməsi üçün zəruri olan mü­rək­kəb psixi və praktik işlər sisteminə yiyələnmədir. Məsələnin şərtlə­ri­nə və qarşıda duran məqsədə müvafiq olan yolları və əməliyyatları düz­gün seçmək və onlara nəzarət etmək üçün məlumatlardan istifa­də qaydalarını mənimsəmək prosesinin son məhsulu bacarıqdır.

Bençmak – icranın səviyyəsini dəqiq müəyyənləşdirmək üçün standartdır. Dülgər müəyyən hissənin hansı uzunluqda ol­ma­sını ölçmək üçün nişanlardan istifadə etdiyi kimi, müəllimlər də şa­gird­lərin işinin səviyyəsini müəyyən etmək üçün bençmaklardan is­ti­fadə edirlər. Bir sıra məktəblər öyrətmənin xüsusi bir mərhələsində şa­girdlərin nəyi bilməli və ya nəyi etməli olduqlarını müəyyənləş­dir­mək üçün bençmaklar hazırlayırlar.

Bilik – bu və ya digər ideal və praktik fəaliyyət növünün mü­vəf­fəqiyyətlə təşkil edilməsi üçün aləmin zəruri mühüm xassələri ba­rədə məlumatın mənimsənilməsi prosesinin məhsuludur. Mək­təb­də bilik-təhsilin məzmununu təşkil edən başlıca komponentlərdən bi­­ridir. O, təlim prosesinin nəticəsi kimi meydana gəlir. Təlim za­ma­nı şagirdlər elmi bilikləri mənimsəyir. Elmi bilik deyəndə təbiət, cə­­miyyət və təfəkkürə aid şübhə doğurmayan, isbat olunmuş faktlar, an­la­yışlar, qanunlar, qaydalar, nəzəriyyələr, teoremlər, ümumiləş­mə­lər və s. nəzərdə tutulur. Biliyin dörd başlıca məziyyəti- dol­ğun­lu­ğu, sistemliyi, anlaşıqlığı, istifadəliliyi vardır.

Birləşmiş öyrənmə sistemləri – hər bir şagird üçün interaktiv tə­limi təmin edən və hər şagirdin inkişafı haqqında məlumatı təsdiq edən kompyuter əsaslı sistemlər kimi anlaşılmalıdır. Mürəkkəb sis­tem­lər təlim mərhələlərinə, şagirdlərin müvəffəqiyyət səviyyələrinə uy­ğunlaşdırılır, zəif şagirdlərə əlavə kömək edir, qüvvətli şagirdlərə isə daha yüksək təlim nəticələri göstərməyə imkan yaradır.

Blumun taksonomiyası – Çikaqo Universitetində Bencamin Blu­mun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən 1950-ci ildə ha­­­zır­lanmış təhsil məqsədlərinin təsnifatıdır. Ümumiyyətlə, qav­ra­ma­ya malik olmaq üçün bilik və qavramadan (ən aşağı) sintez və qiy­mətləndirməyə (ən yüksək) doğru aparan, istiqamətləndirən id­ra­ki məqsədləri əhatə edir. Blumun taksonomiyası müəllimlər tərəfin­dən təlim məqsədlərini müəyyənləşdirmək üçün geniş şəkildə istifa­də edilir.

Çoxfənli kurikulum – birdən artıq fənn, yaxud bir neçə fənnə aid mövzuları əhatə edən kurikulumdur. İnsanlar bu və onunla əla­qə­li olan digər terminləri müxtəlif cür işlədirlər, ümumiyyətlə, çox­fənli kurikuluma əsasən eyni mövzu (məsələn, harmoniya) bir de­yil, bir neçə fənn (məsələn, musiqi, tarix, ədəbiyyat, fizika) baxı­mın­dan öyrədilir. Məsələn, uşaqlar hava mövzusunu müxtəlif fən­lər­dən istifadə etməklə öyrənə bilərlər. Onlar havanın təzyiqini ölç­dükdə fizikanı öyrənir, hava proqnozunun tarixini öyrənir, hava möv­zusunda oxuyur və şeir yazırlar.

Çoxşaxəli əqli qabiliyyətlər – Əqli qabiliyyətlər nəzəriyyəsi Har­vard Universitetinin təhsil professoru H.Qardner tərəfindən ya­ra­dılmışdır. H.Qardner əqli qabiliyyətləri “bir və ya bir neçə mədəni mü­hitdə qiymətləndirilən problem həlli və ya məhsul hazırlanması qa­biliyyəti” kimi geniş şəkildə şərh etmişdir. Əvvəlcə o, çoxşaxəli qa­biliyyətlərin (ÇQ) içərisindən 7 qabiliyyət müəyyən etmişdir: Linq­vistik, məntiqi-riyazi, musiqi, məkan, kinestetik, şəxsiy­yət­­lər­ar­ası, şəxsiyyətdaxili. Sonralar H.Qardner təbii, mənəvi, eq­zis­ten­sial da daxil edilməklə başqa qabiliyyətlərin də mövcud olduğunu bil­dirmişdir. Hər bir kəsdə bütün əqli qabiliyyətlər olsa da, onlar müx­təlif dərəcədədirlər. Çoxşaxəli qabiliyyətlər yanaşmasından is­ti­fa­də edən müəllimlər fənni şagirdlərə bir neçə qabiliyyətlərdən isti­fa­də etməklə, öyrənməyə imkan verən yollarla təqdim etməyə çalı­şır­lar. Konstruktivizmlə müqayisədə fərqli öyrənmə nəzəriyyəsi he­sab edil­sə də, həqiqətdə müəllimlər və məktəblər öyrənmə məqsədlərinə və təhsil standartlarına cavab vermək üçün konstruktivizm ilə çox­şa­xəli qabiliyyətlər ideyalarını qarşılıqlı əlaqədə səmərəli yollarla hə­yata keçirirlər.

Distant (məsafədən) təhsil – tədris prosesinin elektron, tele­kom­munikasiya, proqram- texniki vasitələr əsasında təşkil olunduğu təh­sil­alma formasıdır.

Dissertasiya- müvafiq elmi dərəcə almaq üçün təqdim edilən el­mi tədqiqat işidir.

Dissertant – dissertasiya işini yerinə yetirən şəxsdir.

Doktorantura – ali təhsilin ən yüksək səviyyəsi, doktorluq el­mi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pe­daqoji kadr hazırlığı formasıdır.

Dosent – ali təhsil müəssisələrində müəllimlərə verilən ad və seç­kili vəzifədir.

De-institutlaşdırma – dövlət uşaq müəsisələrindən uşaqların ailə­lərə verilməsi siyasətidir. Bu proses xüsusi proqram əsasında hə­yata keçirilir. Proqramın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Kon­vensi­yasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəng­dar inkişafı üçün ailə mühitində xoşbəxtlik, məhəbbət və anlaşma şə­raitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müə­s­si­sələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təş­kili mexanizmlərinin yaradılması və səmərəli işləmənin təmin edil­məsidir.

Epistemologiya – bilik və öyrənmənin mahiyyəti və təbiəti, xü­susilə də onun etibarlılığı və ya məhdudiyyətləri ilə əlaqədar araş­dır­ma, nəzəriyyə və ya şəxsi inanclardır.

Elmlər doktoru- elm sahələri üzrə doktoranturada verilən ən yük­sək elmi dərəcədir.

Eksteriorizasiya - əməliyyatların daxili, fikri planından əş­ya­lar­la icra olunan priyom və əməliyyatlar formasında həyata keçi­ri­lən xarici əməliyyatlara keçiddir.

Evdə təhsil – müvafiq təhsil proqramlarına uyğun olaraq ümu­mi təhsilin evdə təşkili formasıdır.

Əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məq­sədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsildir. Müa­sir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fa­si­ləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini bi­ti­rən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasi­lə­siz təhsil almaq imkanları sistemi kimi başa düşülür. Əlavə təhsilin ix­ti­sasartırma, təkmilləşdirmə, stajkeçmə, yenidənhazırlanma, yaş­lı­ların təhsili və s. kimi istiqamətləri müəyyənləşdirilmişdir.

Əyani-əməli təfəkkür – cisimlərlə real şəkildə yerinə yeti­ri­lən iş və əməliyyatların iştirakı ilə cərəyan edən və əyani surətlərlə əmə­liyat aparmağı müvəffəqiyyətin zəruri şərti kimi özünə daxil edən fikri prosesdir.

Əvvəlki biliklər – hər bir fərdin əvvəlki təcrübəsindən öyrən­dik­l­ə­rinin məcmusudur. Bu, şagirdin yeni öyrəndiyi konsepsiyanı əv­vəlki biliklər sistemi ilə inteqrasiya etməsini təmin etmək üçün hə­l­ledici əhəmiyyətə malikdir.

Fəaliyyət tədqiqatları - səmərəliliyi yüksəltmək üçün müəl­lim­­lə­rin öz işlərinin bəzi aspektlərini sistematik araşdırmasıdır. Fəa­liy­yət tədqiqatı müəllimlər tərəfindən həyata keçirilən öyrətmə haq­qın­da məsələlərin fundamental öyrənilməsidir. Fəaliyyət tədqiqatı sua­lın, yaxud problemin müəyyən edilməsini, sonra isə müvafiq mə­lumatların toplanmasını və təhlil edilməsini əhatə edir.

Fəaliyyətin birgə tədqiqatı - öz işinin bəzi aspektlərinin sə­mə­rəliliyini yaxşılaşdırmaq üçün iki və ya daha çox müəllim tərə­fin­dən aparılan sistematik elmi tədqiqatdır. Fəaliyyətin elmi təd­qi­qa­tı sualın, yaxud problemin müəyyən edilməsi, sonra isə müvafiq mə­lu­matların toplanması və analizini əhatə edir. Bu, ona görə fəa­liy­yətin elmi tədqiqatı adlanır ki, iştirakçılar öz işlərinin müəyyən cə­hətlərini öyrənirlər və əldə edilən nəticələrdən özləri istifadə edir­lər. O, ənənəvi, hamı tərəfindən qəbul edilmiş tədqiqatlardan fərqlə­nir, çünki iştirakçılar bu halda öz işlərinin aspektlərini öyrənir və nə­ti­cələrdən özləri istifadə edirlər.

Fənlərarası kurikulum – xüsusi bir mövzu və ya problem üzə­rində diqqəti cəmləşdirmək üçün məzmunun iki və ya artıq fənn sa­hə­s­indən əldə edildiyi tədris planını tərtib etməyin üsuludur. Fən­lər arasındakı ümumilik diqqət mərkəzində dayanır.

Fənlərin sərhədlərindən kənar kurikulum – bu yanaşmaya gö­rə fənlər arasındakı əlaqələr geniş və mürəkkəbdir. Mahiyyət eti­barı ilə bu kurikulum fənlərin hüdudlarından kənarda olur. Müxtəlif fən­lərə aid olan, iki və ya daha çox fənlərarası yanaşmalar üçün də xa­rakterik olan mövzular, strategiyalar və vərdişlər real həyati situ­a­si­yalarda öyrənilir.

Fəlsəfə doktoru – elm sahələri üzrə doktoranturada verilən yük­sək elmi dərəcədir.

Fəaliyyət – insanın dərk olunmuş məqsədi ilə tənzim edilən da­xili (psixi) və xarici (fiziki) fəallığıdır. Fəaliyyət fəallığın mən­bə­yi olan tələbatlardan törəyərək fəallığın tənzimedicisi olan düşü­nül­müş məqsədlə idarə olunur. Fəaliyyət idrakla və iradə ilə ayrılmaz su­rətdə bağlıdır, onlara istinad edir, idrak prosesləri və iradi pro­ses­lər olmadan mövcud deyildir. Fəaliyyətin gedişi zamanı insanın iş­lə­ri icra, nəzarət və tənzim etmək üçün istifadə etdiyi yollar həmin fəa­liyyətin priyomları adlanır. Fəaliyyətin sadə bir cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş adlanır.

Fərdi təhsil – müxtəlif səbəblərdən uzun müddət təhsildən kə­na­rda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır.

Fəxri professor (doktor)- elmi pedaqoji təcrübəsi və fəa­liy­yə­ti ilə fərqlənən professorlara və dosentlərə, eləcə də dünya el­mi­nin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkə alim­lə­­rinə və ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən verilən ak­a­demik ad (dərəcə) kimi başa düşülməlidir.

Formal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa ça­tan təhsil formasıdır.

Formalaşma – ekoloji, sosial, iqtisadi, ideoloji, psixoloji və s. ami­l­lərin təsiri altında insanın sosial varlıq kimi təşəkkülü prose­si­dir. Mütəşəkkil təhsil- tərbiyə şəxsiyyətin formalaşmasının mü­hüm amillərindən biridir.

Gizli tədris planı – məktəblərdə öyrədilən elə vərdiş və də­yər­lər nəzərdə tutulur ki, onlar yazılı, rəsmi kurikulumda (tədris pla­nın­da) təfsilatı ilə göstərmir. Bunlara, təhsil tənqidçilərinin fikrincə, ita­ətkarlıq, asılılıq və hər şəraitə uyğunlaşma kimi keyfiyyətlər xü­su­silə aid edilə bilər.

Gimnaziya - əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərq­lənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümum­təhsil müəssisəsidir.

Həyat boyu öyrənmə - müasir dünyada insanların bütün hə­yat­ları boyu öyrənməyi davam etdirməli olduqları üçün məktəblərin uşaq­lara fundamental bilik və bacarıqları deyil, daha çox (yaxud əla­və olaraq) necə öyrənməyi öyrətməli olduqları haqqında ideya­dı­r­.

Holistik qiymətləndirmə sxemləri – şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ QS-lər şagird nailiyyətləri barədə ümumi mənzərəni təsvir edir. Holistik QS-dən fərqli olaraq analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir və burada da 4-5 ballıq şkaladan istifadə olunur. Analitik sxemdə şagirdlərin fəaliyyətləri ardıcıl qiymətləndi-rilməklə onların nailiyyətləri haqda daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb edilir.

İcra tapşırıqları – şagirdlərin nə edə bildiklərini nümayiş et­dir­məyi tələb edən fəaliyyətlər, tapşırıqlar və ya problemlərdir. İcra tap­şırıqlarının bəziləri vərdişlərin qiymətləndirilməsi məqsədi ilə hə­yata keçirilir. Bəziləri isə şagirdlərə öz biliklərini tətbiq etməklə dərk etmə səviyyələrini nümayiş etdirmək məqsədi ilə planlaşdırılır.

İddia səviyyəsi – bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seç­diyi və qarşısına qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi ilə müəyyən olunan xarakteristikasıdır.

İdraki öyrənmə - faktların və ideyaların yadda saxlanılması və dərk edilməsini əhatə edən əqli proseslərdir. Təhsil işçiləri insan­la­rın necə öyrənməsi ilə həmişə maraqlanmışlar, lakin son illərdə tə­fək­kür və öyrənmə haqqında çoxlu yeni məlumatlar toplanmış koq­nitiv psixoloqların araşdırılmalarında idrak haqqında daha yaxşı mə­lu­matlar almaqdadırlar. Müasir öyrənmə nəzəriyyəsi-konst­ruk­ti­viz­min yaradıcısı ən məşhur koqnivistlərdən biri olan Jan Pyajedir.

İnikas nəzəriyyəsi- psixi hadisələrə canlı orqanizmin xarici mad­di gerçəkliyi əksetdirmə formalarından biri kimi baxan elmi psi­xologiyanın materialist – fəlsəfi əsasıdır.

İnteriorizasiya- cisimlərlə aparılan xarici və real əməliyyat­la­rın daxili, ideal əməliyyatlara çevrilməsi, başqa şəkilə düşməsidir.

İnformal təhsil – özünütəhsil yolu ilə biliklərə yiyələnmənin for­m­asıdır.

İnnovasiya – müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında for­malaşan mütərəqqi xarakterli yeniliklərdir. İnnovasiyanı geniş mə­nada təlim, təhsil- tərbiyə prosesinin gedişini və nəticələrini yax­şı­laşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən yenilik ki­mi başa düşmək olar. İnnovasiya, yəni yenilik pedaqoji sistemin da­xili ehtiyatları hesabına baş verir. Kənardan gətirilən hər nə varsa, on­lara innovasiya demək olmaz. İnnovasiya keyfiyyətcə təkmilləş­miş pedaqoji sistemdə vəhdət halında götürülmüş ideyalar, pro­ses­lər, vasitələr və nəticələrdir.

İnkişaf- insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyişik­lik­ləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı obyektiv alə­min mürəkkəb prosesidir. Müasir elm bu prosesi dərindən öyrən­mək üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial və di­gər komponentlərini (tərəflərini) göstərmişdir. Ona görə də elmdə in­sanın bioloji, psixoloji və sosial inkişafı anlayışları işlədilir. Pedaqogika şəxsiyyətin inkişafının həmin kom­ponentləri ilə qarşılıqlı əlaqədə onun mənəvi inkişaf prob­lem­lə­rini də öyrənir.

İnteraktiv öyrənmə- təlim mənbələri ilə öyrənci bir başa əla­qə­də olduğu zaman və cavablar şagirdin ehtiyaclarına uyğun şəkildə for­malaşdırıldıqda baş verir. Bir müəllimin bir şagirdi öyrətməsi yük­sək dərəcədə interaktiv fəaliyyətdir. Kompyuterlər və digər müa­sir texnoloji avadanlıqlar istənilən fənn üzrə hər hansı bir öyrəncini sə­mərəli interaktiv təlimlə təmin etmək üçün nəzəri cəhətdən imkan ya­radır.

İnkluziv təhsil – xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq im­kanları məhdud) uşaqların təhsil hüquqlarının yerinə yetirilməsi ilə bağlı inteqrasiyalı təlimə keçidin reallaşdırılması ilə bağlıdır. Azər­bay­canda “xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məh­dud) uşaqların təhsilinin təşkili ilə əlaqədar “İnkişaf Proqramı” hə­yata keçirilir. Proqramda xüsusi qayğıya ehtiyacı olan uşaqların təh­sil hüququnun yerinə yetirilməsi, belə kateqoriyadan olan uşaqların ha­mısı üçün bərabər təhsilalma şəraitinin yaradılması, inteqrasiyalı (ink­luziv) təlimə keçidin reallaşdırılması, təhsil müəssisələrində bü­tün uşaqların təhsili üçün bərabər imkanların yaradılması, dövlət hi­mayəsində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, mü­vafiq klassifikasiyaya uyğun olaraq bütün kateqoriyadan olan xü­susi qayğıya ehtiyacı olan uşaqların ölkə üzrə qeydiyyatının apa­rıl­ması və təhsilə cəlb edilməsi, xüsusi təhsil müəssisələrinin mad­di-texniki və tədris bazasının müasir standartlara uyğunlaşdırılması və digər məsələlər öz əksini tapır.

İnstitut (ali məktəb)- müstəqil və ya universitetlərin struktur böl­məsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazır­lı­ğı­nı və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqat­lar aparan ali təhsil müəssisəsidir.

İxtisas- müvafiq təhsil sənədində təsbit olunan peşə, bir peşə da­xi­lində fəaliyyət növüdür.

Kampus- müvafiq maddi-texniki bazaya və infrastruktura ma­lik təhsil kompleksidir (şəhərciyidir).

Keyfiyyət araşdırması- Antropologiya və digər sosial elm­lər­dən götürülmüş, müşahidə və müsahibə kimi üsul­lar­dan müntəzəm istifadə etməklə həyata keçirilən tədqiqatdır. Yaxın vaxtlara qə­dər təhsil sahəsində yerinə yetirilən tədqiqatların əksəriyyəti kə­miy­yə­tin aşkar edilməsinə yönəldilirdi. Bəzi tədqiqatçılar indi keyfiy­yə­tin müəyyən edilməsinə xidmət edən üsullardan istifadə edirlər, on­ların fikrincə, statistik proseslər pedaqoji hadisələrin mahiyyətini dərk etməyə imkan vermir.

Kollec- orta ixtisas proqramları əsasında təhsil xidmətləri gös­tə­rən və subbakalavr peşə- ixtisas dərəcəsi vermək hüququ olan təh­sil müəssisəsidir.

Konservatoriya- musiqi sahəsi üzrə yüksək ixtisaslı müt­ə­xəs­sislər hazırlayan ali təhsil müəssisəsidir.

Kəmiyyət araşdırması- ənənəvi elmi yanaşma olub, klassik eks­periment vasitəsilə, müxtəlif yanaşmaların səmərəliliyini mü­qa­yisə etmək üçün statistik əməliyyatlardan istifadə etməklə yerinə ye­tirilən tədqiqatdır. Bəzi tədqiqatçılar bu yanaşmanı məhdud hesab edir və keyfiyyətyönümlü araşdırmalardan daha çox istifadə edirlər.

Konstruktivizm – öz mahiyyətinə görə konstruktivizm bilik və öyrənmə haqqında elə nəzəriyyə qrupuna aiddir ki, onun həlle­di­ci prinsipini biliyin yeni ideyaların əvvəlki biliklərlə sintezinin əsa­sın­da yaradılması təşkil edir. Bu o deməkdir ki, bilik passiv şəkildə əl­də edilmir, o, insanın həyat təcrübəsi əsasında yaranır. Bu, insan­la­rın necə öyrənməsi haqqında tədqiqata əsaslanan təlim yanaş­ma­sı­dır.

Qabiliyyətlər – insanın elə psixoloji xüsusiyyətləridir ki, on­lar­dan asılı olaraq bilik, bacarıq və vərdişlərə yiyələnmək işində mü­vəffəqiyyət əldə edilir. Ancaq qabiliyyətlərin özü bilik, bacarıq və vərdişlərin mövcudluğundan ibarət deyildir. Qabiliyyətlər yalnız fəa­liyyətdə, özü də həmin qabiliyyətlər olmadan icrası qeyri-müm­kün olan fəaliyyətdə aşkar olunur. Qabiliyyətlər şəxsiyyətin fərdi-psi­xoloji xüsusiyyətləri olub, müəyyən fəaliyyətin müvəfəqiyyətlə ic­rasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan bilik, ba­carıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqləri meydana çı­xa­rır. Qabiliyyətin ən yüksək inkişaf mərhələsi talant adlanır. Ta­lant insana hər hansı mürəkkəb əmək fəaliyyətini müstəqil, mü­vəf­fə­qiyyətlə və orijinal surətdə icra etməyə imkan verən qabiliyyətlər komp­l­eksidir.

Qiymətləndirmə – şagirdlərin və ya müəllimlərin öyrən­mə­si­nin və icrasının ölçülməsidir. Müxtəlif növ ənənəvi qiymətləndirmə va­si­tələ­rinə- minimum səriştə testləri, inkişafın izlənməsi testləri, qa­bi­liy­yət testləri, müşahidə vasitələri, icra tapşırıqları və həqiqi qiy­mət­lən­dirmə daxildir. Qiymətləndirmədə hər hansı yanaşmanın sə­mə­rəliliyi onun nə dərəcədə nəzərdə tutulan məqsədlərə uyğun ol­ma­sından asılıdır.

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin