Qeyri- formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.
Lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıqdır.
Lisey – ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsidir.
Magistratura – ali təhsilin ikinci səviyyəsidir.
Magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali-elmi-ixtisas dərəcəsidir.
Mentor(rəhbər) – başqa bir insana yardım təklif edən nümunəvi şəxsdir. Mentorun müvafiq sahə üzrə biliyi və təcrübəsi var və onu rəhbərlik etdiyi şəxslə bölüşür.
Metodologiya – idrak və gerçəkliyin dəyişdirilməsi metodları haqqında təlim kimi, dünyagörüşü prinsiplərinin idrak prosesinə, ümumiyyətlə, mənəvi fəaliyyətə və praktikaya tətbiqi kimi anlaşıla bilər. Həm də burada yalnız fəlsəfənin deyil, həmçinin konkret elmi tədqiqatın metodları nəzərdə tutulur. Buna görə də, metodologiyaya bəzən bu və ya digər elm çərçivəsində tətbiq olunan müəyyən metodlar sistemi kimi tərif verirlər.
Mənalı öyrənmə – şagirdin məktəbdə və gələcək peşə fəaliyyətində, şəxsi və vətəndaş həyatında müvəffəqiyyət qazanması üçün zəruri olan öyrənmədir. O, geniş bir anlayış olub əhəmiyyət kəsb edən məsələlərin, eyni zamanda real, dünyəvi və cəmiyyətin tələbatları ilə əlaqədar məsələlərin öyrənilməsini əhatə edir.
Nəticələr – təhsilin gözlənilən nəticələri dedikdə, şagirdlərin bilməli olduqları və edə bildikləri nəzərdə tutulur. Təhsil işçiləri nəticə terminini məqsəd, vəzifə və ya standartlar mənalarında işlətsələr də “nəticə” sözü nəticə əsaslı təhsil ideyası ilə bağlıdır.
Nəticə əsaslı təhsil – təhsil təcrübəsinin yaradılması və planlaşdırılmasında təlim nəticələrini əsas amil hesab edən yanaşmadır. Nəticə əsaslı təhsil hərəkatı belə bir narahatçılıqdan yaranmışdır ki, şagirdlər orta məktəbi cəmiyyətin həyatında iştirak etmək üçün zəruri olan əsas biliklərə və vərdişlərə yiyələnmədən bitirirlər.
Nəzarət – adətən daha çox ixtiyari olan insanın başqasının inkişafına kömək etməsi prosesidir. Təhsil sistemində nəzarət ideal halda hədələyici deyil, dəstəkləyici qarşılıqlı münasibətdir, müəllimin qiymətləndirilməsi isə formal inzibati məsuliyyətdir. Təcrübədə nəzarətin çox hissəsi məktəb direktoru tərəfindən müəllimlərin dərslərinin müşahidə edilməsi, sonra həmin dərslərin müəllimlə birgə müzakirəsi formasında həyata keçirilir. Müşahidə və müzakirə prosesi bəzən klinik müşahidə adlandırılır ki, o, hər bir təşkilatda işçilərin vaxtında işə gəlməsinə nəzarət etmək üçün istifadə edilən nəzarətdən fərqləndirilsin.
Nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur.
Özünüdərketmə (metakoqnisiya) – şüurlu olmaq və müəyyən dərəcədə öz təfəkkürünə nəzarət etmək qabiliyyətidir. Təhsil işçiləri “meta” sözünü prosesin tətbiqini prosesin özünə aid etmək üçün işlədirlər (məsələn meta-analiz ayrıca bir mövzu üzrə çoxlu sayda tədqiqatların analizidir). Bu halda, dərketmə düşünmədir, ona görə də özünüdərketmə (metakoqnisiya) hər bir kəsin özünün təfəkkürü, düşünməsi haqqında düşünməsidir.
Pedaqoji proses – təlim, tərbiyə və təhsilin, habelə bunlarla əlaqədar olan inkişafın vəhdəti kimi başa düşülür.
Pedaqoji məzmuna malik olan biliklər – fənn üzrə biliklərin tədris ilə bağlı biliklərlə birləşdirilməsi olub, konkret fənni necə tədris etmək barədə müəllimin biliyinin əmələ gəlməsidir.
Pedaqoji texnologiya – praktiki mənada, həm də qarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş və münasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək üçün əməliyyatlar kompleksi başa düşülür. Pedaqoji texnologiyalar yalnız təhsilin elementi kimi deyil, həmçinin onun məqsədi, məzmunu, prosesi və nəticəsi kimi xidmət göstərir. Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər: 1) təlim prosesinin texnologiyası; 2) tərbiyə prosesinin texnologiyası; 3) inkişaf texnologiyası; 4) diaqnostika texnologiyası. Pedaqoji texnologiyalarda müəllimin fəaliyyətinin qnostik (idraki), layihələndirici, konstruktiv, təşkilatçılıq, kommunikativ (ünsiyyət) komponentlərini ayırmaq mümkündür.
Psixi inkişafın hərəkətverici qüvvələri - psixi inkişafın istiqamətini, məzmuunu və səviyyəsini müəyyən edən xarici və daxili şərtlərin məcmusudur. Psixi inkişafın əsas hərəkətverici qüvvələrindən biri şəxsiyyətin inkişafı prosesində fəaliyyətdə dəyişən tələbatla onların real təmin olunma şəraiti arasında daim təkrar edilən ziddiyyətlərin həll olunmasından ibarətdir.
Piqmalion effekti - müəllimin ümüdlərinin, gözləmələrinin şagirdlərin təlim fəaliyyətlərinin keyfiyyətinə təsirini ifadə edir. Bu termin qədim yunan əfsanəsindən götürülmüşdür və müəllimin savadsız bir insanı əsl xanıma çevirməsi haqqında olan “Mənim vicdanlı xanımım” adlı Britaniya musiqili komediyasının sələfi hesab olunur. Hərtərəfli tədqiqatlar əsasında toplanmış dəlillər sübut edir ki, müəllim öz şagirdləri haqqında necə fikirləşməsinin onların təlim fəaliyyətlərinə çox güclü təsiri vardır.
Problem əsaslı öyrənmə- tədris proqramı və təlim prosesinə elə yanaşmadır ki, o, termin və informasiyaların yadda saxlanılmasından ibarət ənənəvi təlimi deyil, şagirdlərin real-həyati problemləri həll etməyə yönəlmiş fəaliyyətlərini nəzərdə tutur.
Professor- yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmlər doktorlarına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifədir.
Problem- qazanılmış biliyin sistemləşdirilməsinin rüşeym halında olan strukturudur. O, obyektin mövcudluğu haqqında sistemləşdirilməmiş biliklə onun mövcudluğu haqqında artıq sistemləşdirilmiş bilik arasında aralıq bir həlqədir.
Rubrika- verilmiş tapşırığın icrasının müxtəlif keyfiyyət göstəricilərinə görə xüsusi təsviridir. Müəllimlər tapşırıqların yerinə yetirilməsi zamanı şagirdlərin icra səviyyəsini qiymətləndirmək üçün rubrikalardan istifadə edirlər. Şagirdlərə tez-tez rubrikalar verilir, hətta onlar özləri də bəzən rubrikalar hazırlayırlar və beləliklə, şagirdlər onlardan nə gözlənildiyini əvvəlcədən bilirlər.
Sərbəst (eksternat) təhsil- müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır.
Sinfin idarə olunması- sinif həyatını mümkün qədər məhsuldar və qənaətbəxş etmək üçün müəllimin sinif qaydalarını təşkil və idarəetmə yoludur. Bəzi təhsil işçiləri bunu məhdud şəkildə başa düşərək “intizam” adlandırırlar.
Subbakalavr- orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsidir.
Standartlar- termin adətən elə səciyyəvi meyarlara aid edilir ki, onların əsasında şagirdlərin öyrənməli və etməli olduqları təxmin edilir. Bu standartlar adətən tədris proqramlarında iki formada olur: 1) Məzmun standartları. Bu standartlar şagirdlərin müxtəlif fənlər üzrə (məsələn, riyaziyyat, fizika, oxu) bilməli və etməli olduqlarını müəyyənləşdirir. 2) İcra standartları. Bu standartlar - gözlənilən icra standartları məzmun standartlarının yerinə yetirilmə səviyyələrini qiymətləndirir. Son illərdə müəllimlərin bilməli və etməli olduqlarını dəqiq müəyyən edən standartlar da işlənib hazırlanmışdır.
Standart əsaslı təhsil- şagirdlərin müəyyən edilmiş standartlara yiyələnməsinə yönəldilmiş təlim prosesidir.
Təhsil krediti- fənin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.
Tədris planı- müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir.
Təhsil – cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarının inkişaf etməsi və həyata hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi kimi anlaşıla bilər.
Təhsil investisiyası – təhsilin inkişafına sərmayə qoyuluşudur.
Təhsil proqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir.
Təhsil məhsulu – təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri hesab olunur.
Təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasnda təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur.
Təhsil françayzinqi – təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili və beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemidir.
Təfəkkür – yeni, mühüm əlamət, xassə və qanunauyğunluqların axtarılmasına və kəşf edilməsinə yönəldilmiş, sosial cəhətdən şərtlənmiş, nitq ilə ayrılmaz surətdə bağlı psixi prosesdir, gerçəkliyin təhlil və tərkibi gedişində onun vasitəli və ümumiləşmiş inikası prosesidir. Təfəkkür insanın əməli fəaliyyəti əsasında hissi idrak vasitəsi ilə yaranır və onun sərhədlərindən çox-çox kənara çıxır. İnsan təfəkkürü dillə, nitqlə ayrılmaz surətdə bağlıdır. Təfəkkür zəruri olaraq maddi formada, söz formasında mövcuddur. Formal məntiq təfəkkürün məntiqi formalarını- məfhumları, hökm və əqli nəticələri öyrənir. Məfhum gerçəkliyin cisim və hadisələrinin ümumi, mühüm və fərqləndirici əlamətlərini əks etdirən fikrə deyilir. Hökm-gerçəkliyin cisim və hadisələrinin, onların xassə və əlamətlərinin arasında olan əlaqələrin inikasıdır. Əqli nəticə (istidlal) fikirlər (məfhum və mülahizələr) arasında elə bir əlaqədir ki, onun nəticəsində bir və ya bir neçə hökmdən başqa hökm alınır və bu hökm ilk, əsas hökmlərin məzmunundan çıxarılır. Məntiqin predmeti təfəkkür prosesində əmələ gələn dərketmə nəticələri, məhsulları arasında olan qarşılıqlı münasibətlərdir.
Universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir.
Vərdiş – insanda məqsədəuyğun hərəkətlərin icra və tənzim olunmasının qismən avtomatlaşmasıdır. Burada məhz hərəkətlərin şüursuz olaraq tənzim edilməsindən bəhs olunur, çünki işlərin tənzim olunması və hərəkətlərin tənzim olunması eyni şey deyildir. Vərdiş bu və ya digər ideal və praktik fəaliyyət növlərini təşkil edən yolların və əməliyyatların mənimsənilməsi prosesinin məhsulu kimi dərk oluna bilər. Təkrar, əməli cəhdlər, təmrinlər, məşqlər, mümarisələr olmadan vərdiş təşəkkül tapmır. Yaranmış vərdiş hərəkətin icrasının avtomatlaşmış forması kimi təzahür etdiyindən biliyin praktikada tətbiqi üzərində şüurun ciddi nəzarəti tələb olunmur. Bu da təlim prosesində şagirdin yeni biliklər qazanması üçün əlverişli şərait yaradır.
Şəxsiyyət – ictimai münasibətlərə daxil olmuş və ictimai inkişafın xadimi olan sosial varlıqdır. Şəxsiyyətin fərdiyyəti dedikdə insanın psixoloji xüsusiyyətlərinin təkrarolunmaz uzlaşması başa düşülür. Buraya xarakter, temperament, psixi proseslərin cərəyanetmə xüsusiyyətləri, üstünlük təşkil edən hisslərin və fəaliyyət motivlərinin məcmusu, formalaşmış qabiliyyətlər daxildir. Şəxsiyyətin nisbətən davamlı və nisbətən dəyişkən xüsusiyyətləri şəxsiyyətin əlamətlərinin (bütövlükdə və qarşılıqlı əlaqədə) mürəkkəb vəhdəti kimi onun dinamik strukturunu təşkil edir. Təbii, üzvü cəhətlər və əlamətlər şəxsiyyətin strukturunda onun sosial cəhətdən şərtlənən elementləri kimi mövcuddur. Təbii (anatomik, fizioloji və digər keyfiyyətlər) və sosial cəhətlər şəxsiyyətin strukturunda vəhdət təşkil edir və mexaniki surətdə bir-birlərinə qarşı qoyula bilməz. Şəxsiyyət öz fəallığını ətraf aləmlə qarşılıqlı təsir prosesində, fəaliyyətdə təzahür etdirir. Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatı təşkil edir.
Sual və tapşırıqların icrası üçün təklif olunan ədəbiyyat.
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, Azərbaycan Respublikası Milli Məclisinin nəşri, 2002.
2. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, Qanun, 2010.
3. Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulum) // ”Azərbaycan məktəbi”, 2007, N 1, 2.
4. Abbasov A.N., Əlizadə H.Ə. Pedaqogika. Bakı, Renesans, 2000, 202 s.
5. Abdullayev B.A., Zülfüqarov Ş.V. Didaktika. Bakı, ADPU-nun mətbəəsi, 2005, 230s.
6. Ağamalıyev R.A. Azərbaycan təhsili XXI əsrə doğru: İdarəetmə, prioritetlər, islahatlar. Bakı, Təhsil, 1998.
7. Ağayev Ə.Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı, Adiloğlu, 2006, 138 s.
8. Bağırov Ə.N. Azərbaycan məktəbi: reallıq və yeniləşmə imkanları. Bakı, ADPU-nun mətbəəsi, 2008, 264 s.
9. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, Maarif, 1989, 540 s.
10. Bədiyev S.R. Yeni təlim texnologiyalarından mühazirə mətnləri. Bakı, Dərələyəz-M, 2009, 191 s.
11. Çələbiyev N.Z. Uşaq psixologiyası. Bakı, ADPU-nun mətbəəsi, 2005, 341 s.
12. Çələbiyev N.Z. Təhsil sistemində psixoloji xidmət (nəzəriyyə və təcrübə). 2 hissədə, Bakı, ADPU-nun mətbəəsi, 2007 (I hissə 272 s., II hissə 329 s.)
13. Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konspektləri. Bakı, Maarif, 1983, 350 s.
14. Əhmədov B.A., Hacıyev A.N. Pedaqogikanın qanunları və prinsipləri. Bakı, Maarif, 1993.
15. Əhmədov A., Şərifov T., Abbasov Ə. Şagird nailiyyətlərinin qiymətləndirilməsi. // “Kurikulum” jurnalı, 2008, N1.
16. Əhmədov M., Əliyev M., Qasımlı M., Kərimova F., Mürşü-dova U və b. Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri (Qərb təhsil sisteminin təcrübəsi əsasında). Bakı, Adiloğlu, 2006, 476 s.
17. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problem-ləri. Bakı, Pedaqogika, 2004.
18. Əliyev R., Əliyeva G. Şəxsiyyət psixologiyası. Bakı, ADPU-nun mətbəəsi, 2010, 144 s.
19. Əliyev A. Təlim metodları və onlardan istifadə problemləri. // “Azərbaycan məktəbi”, 2005, N2.
20. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, Maarif, 1991, 296s.
21. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, Nasir, 2007, 496 s.
22. Həsənov C. Qiymətləndirmə sistemi və təlimin keyfiyyəti. // “Kurikulum”, 2008, N2.
23. Həşimov Ə.Ş., Sadıqov F.B. Pedaqogika. Bakı, Təbib, 1994.
24. Həşimov Ə.Ş., Sadıqov F.B. Azərbaycan xalq pedaqogikası. Bakı, Ünsiyyət, 2000, 272 s.
25. Hüseynzadə R.L. Təhsilin humanistləşdirilməsi və demokratik-ləşdirilməsi. Bakı, 1997.
26. Xəlilov S.S. Təhsil, təlim, tərbiyə. Bakı, Azərbaycan Universiteti, 2005, 650 s.
27. İbrahimov F.N. Təlimdə alqoritmik və evristik fəaliyyətin optimal münasibətlərinin əsaslarına dair oçerklər. Bakı, Mütərcim, 1998, 398 s.
28. İbrahimov F.N. İbtidai məktəbdə riyaziyyat tədrisinin bəzi məsələləri. Bakı, Mütərcim, 1999,232 s.
29. İbrahimov F.N. Analitik və evristik məntiqlə həll olunan tapşırıqlar. Bakı, Mütərcim, 2007, 412 s.
30. İbrahimov F.N. Müstəqil iş (reproduktiv və produktiv) mühitin tənzimlənməsinə yönələn tapşırıqlar. Bakı, Mütərcim, 2008, 373s.
31. İbrahimov F.N. Pedaqogikaya giriş. Bakı, Mütərcim, 2009, 396s.
32. İbrahimov F.N. Ümumi pedaqogikadan mühazirələr. Bakı, Mütərcim, 2010, 541 s.
33. İsrafilov M.M. Məntiq. Bakı, Maarif, 1987, 331 s.
34. Kazımov N.M., Həşimov Ə.Ş. Pedaqogika. Bakı, Maarif, 1996, 416 s.
35. Kazımov N.M. Ali məktəb pedaqogikası. Bakı, Nicat, 1999.
36. Kazımov N.M. Milli pedaqogika yollarında. Bakı, Adiloğlu, 2001.
37. Kazımov N.M. Məktəb pedaqogikası. Bakı, Çaşıoğlu, 2002.
38. Kərimov Y.Ş. Təlim metodları. Bakı, RS Poliqraf, 2007, 272 s.
39. Kərimov Y.Ş. Pedaqoji tədqiqat metodları. Bakı, Azərnəşr, 2009, 280 s.
40. Kərimova F.Y., Əhmədova M.C. və b. İnteqrativ kurikulum: mahiyyət və nümunələr. Bakı, Adiloğlu, 2006, 234 s.
41. Qaralov Z.İ. Fizika qanunlarının tədrisi. Bakı, Elm, 1997.
42. Qaralov Z.İ. Tərbiyə (I cild). Bakı, Pedaqogika, 2003, 268 s.
43. Qaralov Z.İ. Tərbiyə (II cild). Bakı, Pedaqogika, 2003, 304 s.
44. Qaralov Z.İ. Tərbiyə (III cild). Bakı, Pedaqogika, 2003, 304 s.
45. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, BDU, 2003.
46. Mehdizadə M.M. Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları. Bakı, Maarif, 1982, 382 s.
47. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji texnologiyalar. Bakı, Mütərcim, 2006, 372 s.
48. Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı, Mütərcim, 2010, 516 s.
49. Məmmədzadə R.H. İdarəetmə mədəniyyəti. Bakı, Təfəkkür, 1999.
50. Məmmədzadə İ.R., Məmmədzadə R.H. Xeyir və şər arasında. Bakı, Təbib, 1999.
51. Mərdanov M.C. Azərbaycan təhsili islahat yollarında: uğurlar, problemlər, vəzifələr. Bakı, 2001.
52. Mərdanov M., Ağamalıyev R., MehrabovA., Qardaşov T. Təhsil sistemində monitorinq və qiymətləndirmə. Bakı, Çaşıoğlu, 2003, 416 s.
53. Mərdanov M.C. Azərbaycan təhsil sistemi: Real vəziyyət, problemlər və islahat istiqamətləri. Bakı, Təhsil, 2005.
54. Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı, Çaşıoğlu, 2009, 526 s.
55. Məktəb pedaqogikası (Q.İ.Şukinanın redaksiyası ilə). Bakı, Maarif, 1982, 403 s.
56. Mirzəcanzadə A.X. İxtisasa giriş. Bakı, BDU, 1990, 368 s.
57. Mustafayev R.F. Fikir azaddır. Bakı, Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutu, 2010.
58. Nəsirov V.H., Məmmədov Ə.B. Elmi idrakın metod və formaları. Bakı, Maarif, 1980, 147 s.
59. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Bakı, Nurlan, 2007, 464 s.
60. Rəsulov S.Ç., Əzizov R.Z. Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri. Bakı, Müəllim, 2010, 156 s.
61. Rüstəmov F.A. Şərqdə pedaqogika tarixi. Bakı, Nasir, 2002.
62. Rüstəmov F.A. Qərb pedaqogika tarixi. Bakı, Nasir, 2003.
63. Rüstəmov F.A. Yeni dövrün pedaqogika tarixi. Bakı, Nasir, 2004.
64. Rüstəmov F.A. Ən yeni dövrün pedaqogika tarixi. Bakı, Nasir, 2005.
65. Sadıqov F.B. Pedaqogika. Bakı, BDU, 2006, 556 s.
66. Sadıqov F.B. Pedaqpgoka. Bakı, Adiloğlu, 2009, 600 s.
67. Stoyka A. Azərbaycan Respublikasında monitorinq, qiymətlən-dirmə və dəyərləndirmə (Beynəlxalq məsləhətçinin yekun hesabatı). Bakı, 2002.
68. Süleymanov A. Fənn kurikulumlarında məzmun standartları. // “Kurikulum”, 2008, N1.
69. Talıbov Y., Ağayev Ə., Eminov A., İsayev İ. Pedaqogika. “Adiloğlu”, 2003, 138 s.
70. Tusi Xacə Nəsrəddin. Əxlaqi-Nasiri. Bakı, Lider, 2005, 280 s.
71. Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabı (Hissə 75, bölmə: təhsil, təlim-tərbiyə sahəsi). Bakı, 2006.
72. Ümumi psixologiya (prof. A.V.Petroviskinin redaktorluğu ilə). Bakı, Maarif, 1982, 493 s.
73. Ümumtəhsil sistemində dərslik siyasəti. Azərbaycan təhsil siyasəti (1998-2004). Bakı, Təhsil, 2005.
74. Андреев И.Д. Проблемы логики и методологии познания. М., Наука, 1972.
75. Бабански Ю.К. Оптимизация учебно-воспитательного процесса. М., Просвещение, 1982.
76. Белозерцев Е.И. Глобилизация и конвергенция образования: технологический аспект. М., 2004.
77, Болошов В.А. Системы качества образования. М., Пед. Общество Рооссии, 2000.
78. Бордовская Н.В., Реан А.А. Педагогика (учебник для вузов) // Учебник нового века. СПб., Питер, 2000.
79. Веселова В.В. Традиционные и новые ценности в системе образования США // ”Педагогика”, 1996, №2.
80. Вульфсон. Западноевропейское образовательное простран-ство ХХI века: прогностические модели // «Педагогика», 1994, №2, стр. 103-117.
81. Гершунский Б.С.Философия образования для ХХI века ( В поисках практико-ориентированных образовательных концепций) .М.,1998.
82. Гузеев В.В. Методы и организационные формы обучение. М., Педагогика, 2003.
83. Дьюи Дж. Демократия и образование (Пер.с англ.) М.,2000.
84. Загвязинский В. Теория обучения. Современная интерпре-тация. М., ИЦ «Академия», 2001.
85. Ильин Е.П. Мотивация и мотивы. СПб. Питер., 2000.
86. Л-заде А. Понятие лингивистической переменной и его применение к принятию приближенных решений. М., Мир,1976.
87. Лингарт Й. Процесс и структура человеческого учения .М., Прогресс, 1970.
88. Лернер И.Й. Дидактические основы методов обучения М., Педагогика, 1981.
89. Махмутов М.И. Прблемные обучения .// Основные вопросы теории. М.,1975.
90. Махмутов М.И. Теория и практика проблемного обучения . Казань.,1972.
91. Махмутов М.И. Современный урок. М., Педагогика, 1981.
92. Новые педагогические и информационнные технологии в системе образования: Учеб. Пособие для студентов пед ВУЗ-ов. Под ред. Е.С.Полат. М., Центр Академия, 2000.
93. Нейматов Я.М. Образование в ХХI веке: тенденции и прогнозы. М., Алгоритм, 2002.
94. Кларин В. Инновация в обучении. М., Наука, 1997.
95. Роджере К., Дж. Фрейверг. Свобода учиться. М., Педагогика, 2002.
96. Олпорт Г.В. Личность в психологии. М., СПб., Питер, 1998.
97. Подласый И.Й. Педагогика начальной школы. М., Гумани-тарный центр ВЛАДОС, 2000.
98. Сенько Ю. Педагогическая технология в герменевтическом круге. // «Педагогика», №3, 2005.
99. Селевко Г.К. Современные образовательные технологии. М., 1998.
100. Хуторский А. Дитактическая эвристика: Теория и технология креативного обучения. М., МГУ, 2003.
101. Шишов С.Е Мониторинг качества образования в школе.М., Пед. Общество России, 1999.
102. Ситаров В.А. Дидактика. М., Academa, 2002.
103. Цивилизация, культура, технология и рынок. // «Вопросы философии», 1992, №5. стр. 3-16.
Alçalmaqdan qaçmağa
ölüm gizli bir qapı,
ölüm gizli bir yoldu.
Tələsmə tez açmağa,
Bəlkə bir çarə oldu.
Fikrət Qoca
ƏLAVƏLƏR
Əsərə əlavə olunan sxem, cədvəl və diaqramların bir hissəsi Azərbaycanın görkəmli pedaqoqlarının hazırladığı dərslik, dərs vəsaitlərindən, tədqiqatlarının məhsulu olan monoqrafiyalardan (M.Mərdanov, R.Ağamalıyev, A.Mehrabov, T.Qardaşov. Təhsil sistemində monitorinq və qiymətləndirmə. B., Çaşıoğlu, 2002; Y.Kərimov. Təlim metodları B., 2007, A.Abbasov. Pedaqogika (müxtəsər, konspekt və sxemlər). B., Mütərcim, 2007) götürülmüşdür (4-11, 14-18 saylı sxemlər M.Mərdanova, R.Ağamalıyevə, A.Mehrabova, T.Qardaşova, 36 saylı sxem və 1,2 saylı diaqramlar Y.Kərimova, 1-2, 12, 13, 22 və 27 saylı sxemlər A.Abbasova məxsusdur). Sözügedən sxemlər və diaqramlar vəsaitin məzmununun daha dərindən mənimsənilməsinə, tənqidi nöqteyi-nəzərlər sırasından düzgün mövqeyin qiymətləndirilməsinə, bir sıra mülahizələrin əyaniləşdirilməsinə daha geniş imkanlar açır, yardımçı funksiya daşıyır. Əlavələr kimi təqdim olunan bütün sxemlər, cədvəllər və diaqramlar pedaqoji anlayışlara, proses və hadisələrə (pedaqoji gerçəklik və prosesə, təlim, tərbiyə və təhsilə, fəaliyyətə, məktəbin idarə olunmasına, məktəbdaxili nəzarətə, metodik işlərə, müstəqil işlərə, ailə və ictimaiyyətlə əlaqələrə, münasibətlərə və sairəyə) sistemli yanaşma imkanını xeyli genişləndirir, dərinləşdirir, hərəkət halına gətirir. Təbii ki, bunlar oxucu üçün vəsaiti maraqlı edən məziyyətlərdəndir.
Vəsaitə əlavə olunaraq onun dəyərini yaxşılaşdıran sxemlərin, cədvəl və diaqramların müəllifləri M.Mərdanova, R.Ağamalıyevə, A.Mehrabova, Y.Kərimova, A.Abbasova, T.Qardaşova minnətdarlığımızı bildirir və onlara sonrakı fəaliyyətlərində daha böyük uğurlar diləyirik.
Sxem 1
Sxem 2
Sxem 3
Təhsil sisteminin quruluşu
Bakalavriat
Magistratura
Sxem 4
Dostları ilə paylaş: |