C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi



Yüklə 3,21 Mb.
səhifə36/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

Sinif otağının təşkili formaları
Sinif” “Kafe”

Şəkil 1. Şəkil 2.

Ü”forması “Dairə”





Şəkil 3. Şəkil 4.
Yeni təlim texnologiyaları ilə keçirilən dərslərin üstün cəhət­lə­rindən biri şagirdləri sosial cəhətdən inkişaf etdirməkdir. Belə dərs­lərdə təşkil edilən kooperativlər (qruplar) şagirdlərin sosial for­ma­laşmasında mühüm rol oynayırlar. Qrupu təşkil edən şagirdlər ara­­sında yaranan münasibət, ünsiyyət, qrupdaxili davranış qaydaları ilə tənzimlənir. Belə qaydalar şagirdlərin əxlaqi-mənəvi cəhətdən for­malaşmalarında gərəkli rol oynayır. Qrup davranış qaydaları aşa­ğı­dakı kimidir:

  • Qrupu təşkil edən üzvlərin vəzifələrini düzgün müəy­yən­ləş­dir­mək;

  • Qrup liderini seçmək;

  • Qrupun hər bir üzvünün fikirlərinə hörmətlə yanaşmaq və din­ləmək;

  • Hər kəsin öz şəxsi fikrini söyləməsi üçün imkan yaratmaq;

  • Problemin həlli üçün birgə yollar axtarmaq;

  • Qrup işində fəallıq göstərmək;

  • Artıq hərəkətlərə yol vermədən müəllimin verdiyi mövzu ət­ra­fında müzakirələrdə iştirak etmək;

  • Söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək;

  • Digər şagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstərmək.


Dərslərdə şagirdlərin qiymətləndirilməsi.

Məktəblərimizdə mövcud olan ənənəvi qiymətləndirmə üsulu ilə fəal təlim metodlarının tətbiq edildiyi dərslərdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi arasında ciddi fərq vardır. Bu cür dərslərdə yeni qiymətləndirmə sistemini nəzərə almaq lazımdır. Qiy­mətləndirmə tapşırıqların yerinə yetirilməsinə əsaslanmalıdır. Qiy­mətləndirmənin əsası tapşırığın yerinə yetirilməsinin keyfiy­yə­ti­ ilə müəyyən edilir. Qiymətləndirmənin obyektləri isə şagirdlərin yerinə yetirdiyi ev tap­şırığı, qrupların işində və diskussiyalarda iştirak, suallar for­ma­laş­dırmaq və tədqiqat aparmaq bacarığı ola bilər. Ev tapşırığı mü­sa­hi­bə, sosioloji sorğu aparılmasından, esse (kiçik inşa) yazıl­ma­sın­dan, anket hazırlanmasından və i.a. ibarət ola bilər. Şagirdlər öz bi­lik­lərini və əqli vərdişlərini şifahi, yazılı, vizual, rollu, ya da digər for­mada təqdimatlar yolu ilə nümayiş etdirə bilərlər. Yaxşı təşkil edil­­miş təqdimetmə şagirdlərin biliklərinin və əqli vərdişlərinin yük­­sək səviyyədə olması deməkdir.

Dərslərdə nə qiymətləndirilir?


  1. Məzmunun - əsas faktların və terminlərin, səbəb-nəticə əla­qə­­lərinin, nəticə və ümumiləşdirmənin mənimsənilməsi.

  2. Təhliletmə vərdişlərinin, öyrənmə bacarığının, digər qrup­la­­rın baxışlarının, yaxud nöqteyi-nəzərinin başa düşülməsi və i.a.

  3. Dəyərlərin formalaşdırılması.


Qiymətləndirmə meyarlarını necə işləyib hazırlamalı?

Yeni təlim texnologiyaları ilə keçirilən dərslərdə şagird bili­yi­nin qiymətləndirilməsinin üç istiqamətdə aparılması tövsiyə edilir:

-Diaqnostik qiymətləndirmə(ilkin səviyyənin qiymətləndiril­mə­si).Bununla müəyyənləşdirilir ki, şagirdlər əsas bilik və baca­rıq­la­ra malikdirlərmi? Tədris edilmiş materialın hansı hissəsini bilir­lə­r­?

- Formativ qiymətləndirmə(təlim irəliləyişini müəyyən etmək üçün). Şagirdlər standartların reallaşması istiqamətində irəliləyə bi­lir­­lərmi?

- Summativ qiymətləndirmə (yekun). Şagirdlər standartlara əsas­lanan məqsədlərə hansı səviyyədə nail olublar?

Şagirdlərin qiymətləndirilməsi üçün dəqiq meyarlar işlənib ha­zır­lanmalıdır. Meyarlar bilik və bacarıq, o cümlədən, infor­ma­si­ya­nı aydın təqdim etmək bacarığı və məntiqi təfəkkür qabiliyyəti ki­mi göstəricilərinin inkişafını əks etdirməlidir. Qiymətləndirmə me­yar­ları nə qədər aydın olsa, bir neçə müəllimin bu və ya digər şagir­din işini eyni qaydada qiymətləndirəcəyinə bir o qədər çox yəqinlik ya­ranar. Şagirdlərin özləri də qiymətləndirmə meyarlarını bil­mə­li­dir­lər ki, onlardan nə gözlənildiyini təsəvvür etsinlər. Yerinə yetiril­miş ev tapşırığının “əla”, “yaxşı”, “kafi” qiymətləndirilməsi meyar­la­­rını şagirdlərin özlərinin müəyyənləşdirməsi prinsipial məsələdir. Qiy­mətləndirmə “əks-əlaqə”nin yaradılmasına kömək etməli, yəni şa­gird­lərə və müəllimlərə bir-birini daha yaxşı başa düşməkdə yar­dım göstərməlidir. Şagirdlər qiymətləndirmə meyarlarını kiçik qrup­­larda işləyib hazırlaya, sonra isə bütün siniflə birlikdə müzakirə edə bilərlər. Yekun qiymət şagirdin özünüqiymətləndirməsindən, onun qruplardakı işinin qiymətindən və müəllimin verdiyi qiy­mət­dən toplanaraq yarana bilər.



Qiymətləndirmənin müxtəlif üsul və formaları. Test tap­şı­rıq­ları. Dərslərdə qiymətləndirmə üçün müəllim tərəfindən hazır­lan­mış işçi vərəqindən istifadə etmək olar. İşçi vərəqindəki tap­şı­rıq­lar iki növə ayrıla bilər:

a) müəyyən konkret cavabı olanlar (testlər). Məsələn: (1və2 te­s­t)

b) problemlərə münasibətlərin, onların məqbul, ağlabatan şə­kil­də qiymətləndirilməsini nəzərdə tutanlar (açıq suallı tapşı­rıq­lar). Bu axırıncı tapşırıqlar müəyyən dərəcədə şagirdlərin bəzi şəxsi xü­susiyyətlərinin öyrənilməsi vasitəsi rolunu oynaya və onlar tərə­fin­dən özünü dərk etmək üçün istifadə oluna bilər.
Şagirdin özünüqiymətləndirməsi.

Ola bilsin ki, bəzi dərslərdə müəllim tərəfindən biliyin yekun qiy­mətləndirilməsi nəzərdə tutulmur və qiymət qoymaq tövsiyə edil­mir. Lakin onlar məktəblilərin refleksiya, yəni suallara cavab­lar, müzakirələr vasitəsilə özünüqiymətləndirməsinə yol açır. Şa­gird­lərin öz fəaliyyətinin qiymətləndirilməsinə cəlb edilməsi çox va­cibdir, çünki bu iş məktəbliləri öz davranışına daha məsuliyyətlə ya­naş­mağa sövq edir, onlarda obyektivliyin tərbiyə edilməsinə yar­dım­çı olur, öz münasibətlərini düzlük və qarşılıqlı anlaşma prinsip­lə­ri əsasında qurmağı öyrədir.

Lakin bu qiymətlər qeyri-səmimilik və ya özünüaldatma ucba­tın­dan təhrif edilə bilər. Ancaq insanın öz-özünü necə gördüyünü mü­əyyən etmək daha vacibdir, çünki özünüqiymətləndirmə ilə kə­nar­dan verilən qiymətlərdəki fərq öz-özlüyündə qrup və fərd üçün zən­gin informasiya mənbəyi ola bilər. Dərsə aşağıdakı suallar yazıl­mış kiçik anketin köməyi ilə yekun vurmaq mümkündür:


  1. Dərsdə sizin ən çox xoşunuza gələn nə oldu?

  2. Daha çox xoşlamadığınız nə idi?

  3. Vəziyyətin yaxşılaşması üçün nə təklif edirsiniz?


Şagirdin qrupdakı işini necə qiymətləndirməli?

Şagirdin qrupdakı işinin qiymətləndirməsini hər bir şagirdin qru­pun işinin ümumi nəticəsinə verdiyi töhfənin faizlə nisbətinə əsa­sən müəyyənləşdirmək olar. Müəllim bütövlükdə qrupun aldığı bal­ların miqdarını müəyyən edir. Məsələn, dörd nəfərdən ibarət qru­pa 20, üç nəfərlik qrupa 15 bal verilir. Şagirdlər bu balları hər kəsin ümu­mi naliyyətdəki roluna, verdiyi töhfəyə əsasən müstəqil olaraq bö­lüşdürürlər. Qrupdakı işə görə alınmış ballara sinifdə aparılmış dis­kussiyada iştirak üçün müəllim tərəfindən verilmiş mükafat ba­lı­nı da əlavə etmək zəruridir. Balların yekunu xüsusi jurnala yazılır. Ori­jinal cavablara görə daha üç bal vermək olar. Rübün və ilin so­nun­da balların yekunu reytinq qiymətini təşkil edir ki, bu da şa­gird­lərin düşünmək və öz fikirlərini şifahi ifadə etmək, diskussiyada tə­şəbbüsü öz üzərinə götürmək qabiliyyətini əks etdirir. Dərslərdə şa­girdlər, onların fikrincə, qrupun işinə faiz hesabı ilə nə kimi töhfə ver­diklərini elan edirlər; onlar təsadüfi qaydada cütlüklərlə bir-biri­nin rolunu, töhfəsini izah edirlər, qrup ayrı-ayrı şagirdlərin öz töh­fə­si ilə bağlı təəssüratını ümumilikdə ya təsdiq, ya da təkzib edir. Şa­gird­lər bir-birinin biliklərini qiymətləndirməklə sinif yoldaşına öz səhv­lərini aradan qaldırmaqda kömək edə bilərlər. Qrupun özü­nü­qiy­mətləndirməsi üçün müəyyən formalı vərəqələrdən istifadə et­mək­­lə bütövlükdə qrupun necə işlədiyinə, öz tapşırığını necə yerinə ye­tirdiyinə qiymət vermək olar.


Dərslərin qiymətləndirilməsinin əsas prinsipləri.

Dərslərin qiymətləndirilməsi zamanı əsas diqqət təkcə in­for­ma­siyasının mənimsənilməsinə deyil, həm də cəmiyyətin həyatında bir vətəndaş kimi iştirak etmək üçün zəruri olan bacarıqların mə­nim­sənilməsinə yönəlir. Müasir vətəndaş cəmiyyətində bu ba­ca­rıq­lar fəaliyyətin dörd növündə cəmlənir: tədqiqat (tənqidi təhlil); kom­munikasiya (ünsiyyət, informasiyanın verilməsi və başa dü­şül­mə­si, əqidə); qərar qəbulu; fərdi və kollektiv fəaliyyətin təşkili. “Yan­lış cavablar ola bilməz, onlar müxtəlif ola bilər” müddəası əsas prin­siplərdən biri olmalıdır. Bu prinsiplərin ardıcıl həyata ke­çi­ril­mə­si bir-birilə rəqabət aparmamağa, əksinə, əməkdaşlıq etməyə, ümu­mi mövqe işləyib hazırlamağa imkan verir. Ümumiyyətlə, fəal təlim me­todlarının tətbiq edildiyi dərslərdə müəllim etibara, hörmətə əsas­lanan əməkdaşlığa hazır olmalıdır.

Aşağıda qruplarda iş və təqdimatla iştirakın qiymətlən­di­ril­məsinin bəzi meyarları və şagirdlərin özünü qiymətləndirməsi üçün vərəqlər verilmişdir ki, müəllimlər bunlardan fəal təlim me­tod­la­rının tətbiq olunduğu dərslərdə istifadə edə bilərlər. Göstərilən me­­yarlara müəllimin lazım bildiyi başqa qiymətləndirmə pa­ra­metr­lə­ri də əlavə edilə bilər.
Qruplarda işin qiymətləndirilməsi.

Qrupun işində şagirdlərin fəallığının qiymətləndirilməsi me­yar­ları:



  1. Şagird tapşırığın məqsədləri üzərində diqqətini cəm­­ləş­di­rir­m­i?

  2. O, qrupun digər üzvləri ilə qarşılıqlı əlaqədə çalışırmı?

  3. Başqalarına mane olmadan işləyirmi?

  4. O, qrupun bütün üzvləri ilə nəzakətlə rəftar edirmi?

  5. Şagird tapşırığın yerinə yetirilməsinə nə kimi töhfə verir?

  6. Qrup halında işin yaxşılaşdırılması yollarını tapmağa kö­mək edirmi?

5 . İnteraktiv təlim metodları.

Aktiv oxu və yazı üsulları
İnteraktiv təlim üsulları o zaman müsbət nəticə verə bilər ki, şa­girdlər üçün müasir tələblərə cavab verən öyrədici mühit ya­ra­dıl­sın. Öyrədici mühit üç komponentdən ibarətdir: 1) sosial – psixoloji; 2) informasiya mühiti; 3) əşyavi mühit.

Sosial – psixoloji mühit: Sosial-psixoloji mühit nə deməkdir? – Bu şagirdin digər insanlarla və öz daxili aləmi ilə qarşılıqlı mü­na­si­bətidir. Əməkdaşlıq, açıqlıq, bir-birini başa düşmə və köməklik mü­hiti təlimin effektivliyini artırır, təlim prosesinə emosianallıq ve­rir, şagirdləri sözün əsl mənasında məktəbə doğru çevirir.

İnformasiya mühiti: İnformasiya mühiti məlumat mənbələri­nin bütün kompleksini öz tərkibinə daxil edir. Adətən məlumat mən­bələrinin çox dar dairəsindən istifadə edilir. Təəssüf ki, bir çox hal­larda müəllim və dərs vəsaiti yeganə məlumat mənbəyi kimi çı­xış edir. Bir çox məlumat mənbələrindən istifadə edilməməsi (bədii, en­siklopedik, elmi-populyar ədəbiyyat, müşahidə, televiziya, kino, mət­buat və s.) təlim prosesini kasıblaşdırır, onu bir çox boyalardan məh­rum edir, müəllim və şagird arasında sərbəstliyin itməsinə sə­bəb olur.

Əşyavi mühit: Əşyavi mühitin tərkibinə maddi-texniki re­surs­ların tam kompleksi daxildir. Bunlar aşağıdakılardır:


  • məktəb əşyavi mühiti: dərsliklər, didaktik vəsaitlər, texniki ava­danlıq, stendlər və s.

  • təbii mühit: canlı və cansız təbiət,

  • yaşayış mühiti: ev, məişət, maddi mədəniyyət və s.

Məktəb əşyavi mühiti daha geniş istifadə olunur. Məktəb bi­na­sının divarlarında uşaqların öyrənmə motivasiyasını stimullaşdı­ran stendlər (əyani və məlumatverici), uşaq işlərinin sərgisi, qəzetlər və s. asılır. Təəssüflər olsun ki, təbiət mühitinin imkanlarından təlim pro­sesində çox az istifadə olunur. Açıq havada dərslər və eks­kur­si­ya­lar sisteminin işlənib hazırlanması, təbii mühitin öyrənilməsi ilə bağ­lı müxtəlif tapşırıq və məşğələlərin tədris proqramına daxil edil­mə­si vacibdir.

İnteraktiv təlim metodları ilə keçirilən dərslərdə şagirdlərin in­ki­şafını (və ya inkişaf səviyyələrini) B.Blumun tansonomiyası ilə mü­­əyyən etmək olar:



  1. Biliklərin mənimsənilməsi bacarığı: bura öyrəniləcək mate­ria­lın konkret faktlardan bütöv nəzəriyyələrə qədər yadda saxlaması, ifa­də edə bilməsi daxildir.

  2. Dərketmə bacarığı: öyrəndiyi materialı şərh etməsi, hadi­sə­lə­rin gələcək inkişafı ilə bağlı məntiqli fikirlər söyləməsi.

  3. Tətbiqetmə bacarığı: öyrəndiyi materialın məzmununu konk­ret şərait və vəziyyətdə tətbiq edə bilməsi.

  4. Təhliletmə bacarığı: öyrəndiyi materialı tərkib hissələrinə ayır­maqla strukturunu müəyyən etməsi.

  5. Sintez etmə bacarığı: elementləri kombinə etməklə tamı al­ma­sı.

  6. Qiymətləndirmə bacarığı: öyrəndiyi materialın əhə­miy­yə­tini müəyyən edə bilməsi.

Yeni təlim texnologiyalarını ayrı-ayrı mövzulara, fənlərə tət­biq edərkən tədris ediləcək mövzunun məzmunu ilə tam tanış olmaq lazımdır. Yeni təlim texnologiyalarının məzmunu, təd­ris­də tətbiq edilmə imkanlarını nəzərə aldıqdan sonra mövzunun han­sı interaktiv təlim metodundan istifadə edilərək tədris edilə­cə­yi­ni müəyyənləşdirmək lazımdır. Təcrübə göstərir ki, mövzunun təd­risi zamanı bir və ya iki təlim texnologiyasından istifadə edildikdə sə­mərə yüksək olur.

İnteraktiv təlim metod və texnikalarına diqqət yetirək. İnte­rak­tiv təlim metod və texnikaları mahiyyətinə görə bir neçə yerə qrup­laş­dırıla bilər. Bu qrupları aşağıdakı kimi təsnif etmək olar:

1. “Beyin həmləsi” metodları: hücum, BİBÖ, auksion, klaster, su­al­lar, anlayışların çıxarılışı, söz assosiasiyaları, insert.

2. Müzakirə metodları: müzakirə, diskussiya, debatlar, mü­za­ki­rə xəritələri, Sokrat üsulu, akvarium.

3. Rollu oyunlar metodları: rollu oyun, modelləşdirmə, səhnə­ləş­­dirmə.

4. Prezentasiya metodları: təqdimatlar, esse.

5. Tədqiqatın aparılması metodları: problemin həlli, kub­laş­dır­ma, konkret hadisənin araşdırılması, Venn diaqramı, lahiyələrin ha­zırlanması, sorğu vərəqləri və müsahibələr, qərarlar ağacı, ide­ya­lar xalısı, refleksiya.

6. Təşkilati metodlar: ziqzaq, karusel.

Aşağıda interaktiv təlim metodlarının və texnikalarının məz­mu­nu verilir.
Akvarium
Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Ak­varium bir neçə variantda keçirilə bilər.

“Akvarium”un keçirilməsinin I variantı:

Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (mə­sə­lən, reqlamentə əməl etmək, bir-birinin sözünü kəsməmək və s.) mü­əyyən edilir. Şagirdlər iki qrupa bölünür. Bir qrup dairənin daxi­lin­dəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi mü­za­ki­rə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə dis­kus­si­yanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir (Sxem 1.3).
Sxem 1.3






Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iş­ti­rakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini də­yişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.

“Akvarium”un keçirilməsinin II vaiantı:

“Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi mü­zakirə edir və I variantdan fərqli olaraq, iştirakçılar bu zaman yal­nız problemin “lehinə” olan dəlilləri söyləyirlər.

Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər, də­lil­ləri dinləyir, yazıya alır, təhlil edir, öz əks-dəlillərini hazırlayırlar. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dai­rə­dən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki işti­rak­çı­la­rın dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.

Burada qrupların vahid fikrə gəlməsi vacib deyil.



Qərarlar ağacı
Bu üsul mürəkkəb və birmənalı olmayan vəziyyətlərdə qərar qə­bulunu asanlaşdırır. O həmçinin bu qərarların qəbul edilməsi za­manı rəhbər tutulmuş motivlərin təhlili üçün də lazım ola bilər.

“Qərarlar ağacı” mübahisəli qərar və nöqteyi-nəzərlərin şa­gird­lərə daha yaxşı aydınlaşdırılmasına kömək edir; şagirdlərin bi­lik­lərin cəlbedici formada ümumiləşdirilməsinə və qiy­mətlən­di­ril­mə­sinə imkan yaradır. Bu üsuldan istifadə etməklə şagirdlər müm­kün olan qərarların bütün variantlarını, eləcə də bunların hər biri ilə bağ­lı müsbət və mənfi cəhətləri müfəssəl təhlil edirlər. Məşğələlər za­manı şagirdlər aşağıdakı cədvəli doldururlar (Sxem 1.4).


Sxem 1.4

Qərarlar ağacı” problem




Qərar
Tətbiq etmə qaydası.

  • Məşğələ başlanmazdan əvvəl aparıcı təhlil ediləcək prob­le­mi müəyyənləşdirir, qruplar üçün cədvəlləri hazırlayır.

  • Əvvəlki dərslər (ev tapşırığı) zamanı şagirdlər şərtləşdirilmiş prob­lemlə, tarixi şəraitlə bağlı biliklər əldə edirlər.

  • Müəllim şagirdləri 4-6 nəfərlik qruplara (4-5) bölür. Hər bir qrup doldurmaq üçün cədvəllər və markerlər alır. Müəllim tapşırığın ye­rinə yetirilməsi üçün vaxt müəyyənləşdirir: 15 dəqiqədən 20 də­qi­qə­yədək.

  • Qruplarda iş zamanı şagirdlər problemin həlli variantlarının üs­tünlük və çatışmazlıqlarını qeyd edir, sonra isə bu problemlə bağlı qə­rar qəbul edirlər.

  • Tapşırıq yerinə yetirildikdən sonra qrupların nümayəndələri növ­bə ilə öz işlərinin nəticəsini təqdim edirlər. Zərurət olduqda mü­əl­lim cədvəlləri müqayisə edir, qrupları eyni qərarlara gətirib çıxar­mış səbəbləri açıqlayır, suallara cavab verir.


Əqli hücum
“Əqli hücum”- şagirdlərin fəallığının həvəsləndirilməsi və ide­yaların sürətli generasiyası üsuludur.

Bu üsuldan konkret problemin həlli, ya da yeni mövzunun öy­rə­­nilməsi zamanı suala cavab axtarmaq üçün istifadə oluna bilər.



Tətbiq etmə qaydası.

  • “Əqli hücum”un hansı problem üzrə aparılacağını qə­rar­laş­dı­rın. Onu müxtəlif cavabları ola biləcək sual şəklində formalaş­dır­ı­n.

  • Şagirdlərdən öz ideyalarını bildirməyi xahiş edin.

  • Bütün ideyaları elə yazın ki, hamı görə bilsin. Bunlar ayrı-ay­­rı sözlərdən, yaxud qısa ifadələrdən ibarət ola bilər.

  • Şagirdlərə izah edin ki, onlar bir-birinin ideyalarını şərh edə, ya da artıq səslənmiş ideyaları təkrarlaya bilməzlər.

  • Şagirdləri fəallığa həvəsləndirin, lakin onları ideyalarını bil­dir­­məyə məcbur etməyin.

  • İdeyaları yazarkən onları qiymətləndirməkdən çəkinin.

  • Öz ideyalarınızı yalnız sinifin fəallığını yüksəltmək zərurəti mey­­dana çıxdıqda bildirin.

  • Əgər hər hansı cümlə aydın deyilsə, müəllifindən onu izah et­­məyi xahiş edin, ya da öz izahınızı verin və şagirdlərin onunla razı olub-olmadığını yoxlayın.

  • Hər yeni təklifi yazın. Çox vaxt bunların ən qeyri-adi, göz­lə­nil­­məzi və ağılsızı ən faydalı və maraqlı olur.

  • İdeyalar tükənəndə “əqli hücum”u dayandırın, bütün tək­lif­lə­ri nəzərdən keçirin və şagirdlərdən xahiş edin ki, onların şərhini ver­­sinlər.

Bütün ideyaları şərh etdikdən sonra müəllim şagirdlərin iş­ti­ra­kı ilə bunları mühümlüyünə görə sıralayır ki, qoyulmuş sualın, ya­xud problemin həllinə kömək edən ideyaları seçmək mümkün ol­su­n.
Rollu oyun
Oyunlar daha maraqlı və səmərəli iş formasıdır.

Rollu oyun kiçik improvizasiya-pyesdir. Onun məqsədi təlim ma­te­rialının qavranılmasını və dərk edilməsini asanlaşdırmaq, şa­gird­­ləri real təhsildə və həyatda baş verən vəziyyətlərə hazırla­maq­dır. Qeyri-müəyyənlik şəraitində, yaradıcılıq fəaliyyətində, real mü­hi­­­tin əsas cəhətlərinin təxəyyüldə yaradıldığı vəziyyətdə qərar qəbul et­­­məyi öyrətmək üçün oyundan istifadə olunur.

Müəllimin vəzifəsi öz personajına kənardan baxmağı öy­rət­mək, bu vəziyyətdə onun güclü və zəif tərəflərini başa düşməyə kö­mək göstərməkdən ibarətdir.

Tətbiq etmək qaydası.


  • Müəllim əvvəlcədən situasiya fikirləşib tapır, sinif otağını ha­­zırlayır.

  • Oyunun iştirakçılarını ehtiyatla və ustalıqla seçmək la­zım­dı­r­.

  • Rolun ifası zamanı münaqişələrin yaranmasına yol veril­mə­mə­­lidir.

  • Rollar qısa olmalı, sadə dildə yazılmalıdır.

  • Müəllim sinfi öz rollarını ifa edən bir neçə qrupa bölə, ya da bir qrupa oynamağı, qalanlarına isə aktyorların oyununu müşahidə et­­məyi tapşıra bilər.

Oyunun sonunda şagirdləri ustalıqla rollarından “çıxarmaq” va­­cibdir.

Yekunlaşdırarkən müəllim diqqəti aktyorların söylədiyi ayrı-ay­­rı sözlərə deyil, məşğələnin məqsədlərinə yönəldir.



Vəziyyət üzrə praktikum
Bu üsul şagirdlərdə, az da olsa, şəxsi hüquqi təcrübənin ol­ma­sı­nı nəzərdə tutur. Şagirdlərə mənəvi sahəyə aid problemlərin qo­yul­­duğu və sinifdə ciddi müzakirə tələb edən müxtəlif vəziyyətlər tək­­lif olunur. Vəziyyət üzrə praktikum tənqidi təfəkkür vərdişlərini, tə­h­­lil qabiliyyətini inkişaf etdirir, mənəvi dəyərləri, mövqeləri for­ma­­laşdırır. Dəyərlərin müəyyənləşdirilməsinə dair vəziyyət üzrə ça­lış­­malar şagirdlərə öz rəylərinə görə cavab verməyi və bunları mü­da­­fiə etməyi öyrədir.

Tətbiq etmək qaydası

  • Müəllim dərsdə müzakirə olunacaq problem və sualları əv­və­lcədən fikirləşib tapır.

  • Vəziyyət üzrə praktikum üçün materialları diqqətlə seçir.

  • Hər vəziyyətə dair suallar və tapşırıqlar düşünülür. Bunlar 2-dən 5-dək ola bilər.

  • Vəziyyət ayrı-ayrı kağız vərəqlərində, kartoçkalar şəklində ya­zılır.

  • Sinif ya cütlüklərə, üçlüklərə, ya da 4-5 qrupa bölünür.

  • Şagirdlərə təlimat, tapşırıq və suallar verilir.

  • Qrupların işi sona çatan kimi müzakirə başlanır.


Diskussiya
Bu üsul həm müəllim, həm də şagirdlər üçün universaldır. Bu üsul onların qoyulmuş problemlərə və suallara münasibətini öy­rən­mə­yə imkan verir. Şagirdlər verilmiş mövzunu 10-20 dəqiqə ərzində mü­zakirə edirlər.

Diskussiya şagirdlərə tarix, vətəndaşşünaslıq, hüquqi xa­rak­ter­li məsələlər və digər fənlərə aid mühüm problemlərin müstəqil şə­­kildə müzakirə etmək imkanı verir, informasiya toplamaq vər­diş­lə­rini və fəallığını inkişaf etdirir, bütün şagirdlərə öz nöqteyi-nə­zə­ri­ni bildirmək və eyni zamanda mübahisədə kiminsə üstünlük qazan­maq imkanlarını məhdudlaşdırır.

Bu üsul həmçinin, müəllimin tələbi olmadan fikir müba­di­lə­si­nə kömək edir, dinləmək, növbə ilə danışmaq, tolerantlıq nümayiş et­d­irmək bacarıqlarını inkişaf etdirir.

Tətbiq etmək qaydası.

Başlanğıcda şagirdlərə diskussiyanın aparılmasının əv­vəl­cə­dən tərtib edilən əsas qaydalarını xatırlatmaq yaxşı olardı:



  1. Danışanı dinləmək.

  2. Eyni vaxtda yalnız bir adam danışa bilər.

  3. Çıxış etmək istəyi varsa, əlini qaldırmalıdır.

  4. Danışanın sözünü kəsməmək.

Müəllim keçiriləcək diskussiyanın mövzusunu əvvəlcədən elan edir. Diskussiyanın gedişində o, yazı taxtasından asılmış vat­man kağızı vərəqində yazılmış mövzu və plan haqqında məlumat ve­rir. Sonra diskussiyanın başlanması üçün işarə verir. Müəllim dis­kus­siyanın gedişinə qarışmır, sonda isə yekun vurur.
Yazılı debatlar
Debatlar şagirdləri həyəcanlandıran, xarakterli, mübahisəli mövzular üzrə planlaşdırılmış xüsusi dialoqdur.

Debatların məqsədi öz mövqeyini, nöqteyi-nəzərini dəlil-sü­but­lu şəkildə, sakitcəsinə müdafiə etməyi şagirdlərə öyrətməkdir.

İştirakçılar müzakirə olunan mövzunun “lehinə” və “əleyhinə” olan dəlilləri gətirməli və opponentlərini öz mövqeyinin düzgün ol­du­ğuna inandırmağa çalışmalıdırlar.

Debatların aparılmasının 2 forması mövcuddur: şifahi və ya­zı­l­ı.



  • Yazılı debatlar - tərəflər arasında yazılı dialoq formasıdır.

  • Debatlar cütlüklər, ya da üç-dörd nəfərlik qruplar şəklində apa­rıla bilər.

  • Debatlar A-4 (albom) və A-1 (vatman) vərəqlərində, xüsusi for­ma üzrə keçirilir.

  • Debatlar zamanı şagirdlər yalnız öz dəlillərini təqdim etmir, həm də digər tərəfin dəlillərinə cavab verirlər.

  • Debatlar şagirdlərin müzakirə olunan məsələ ilə bağlı fikir­lə­rini dərinləşdirir, onları diskussiya mədəniyyətinə alışdırır.

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin