IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
878
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
F.Zeynalov isə belə iddia edir ki, ümumən türk dillərində üçün qoşması aidlik mənasında bəzən
istinad, and içmək, bəzi məqamlarda isə mücərrədlik və istehza mənalarını ifadə edən, qismən də olsa,
zaman münasibətini bildirən qoşmadır.
Qeyd etmək istərdim ki, Azərbaycan dilçiliyində üçün qoşması səbəb yox, daha çox məqsəd
məzmunundan çıxış edir: Səni görmək üçün gəlmişəm; Cahandar ağa qaraltı alovun işığına çıxan kimi
nişan almaq üçün barmağı tətikdə hazır dayandı.(İ.Şıxlı) – nümunələrindən də aydın olur ki,
gəlməyimin məqsədi səni görmək, tətikdə hazır dayanmağının məqsədi nişan almaqdır.
Bu qoşma, adətən, məsdər və məsdər tərkiblərinə qoşularkən məqsəd məzmununu əks etdirir və
cümlənin məqsəd zərfliyi vəzifəsində: Sanki dincəlmək üçün deyil, bu baxışları ilə ürəyindəki əlacsız
dərdlərini həmvətənlərinə söyləmək üçün oturmuşdur. (M.Cəlal); Cavan padşah öz səltənətini
düzəltmək və nizama salmaq üçün böyük zəhmətlər çəkməli oldu.(M.F.Axundov); feili sifət və feili
sifət tərkiblərinə qoşulduqda isə səbəb məzmununu ifadə edir və cümlənin səbəb zərfliyi vəzifəsində
çıxış edir: Elçin qorxduğu üçün qaçdı. Ağabəyim ağa da dərin zəka sahibi olduğu üçün şah onu baş
hərəm, yəni Şahbanu təyin etmişdi.(İ.Əfəndiyev)
Dilçilikdə görə qoşması işlənmə dairəsinin genişliyi ilə seçilir. Bu qoşma yalnız yönlük hal
şəkilçisi qəbul etmiş söz və ya söz birləşmələrinə artırılarkən iş və hərəkətin icra səbəbini və ya
məqsədini aydınlaşdırır. Bu halda onu üçün qoşmasının sinonimi saymaq olar. Məsələn: ona görə,
dediyinə görə, sizə görə və s. Nə olub, yoxsa mənim çəkdirdiyim arxı uçurdub dağıtmağına görə
(dağıtdığın üçün) ürəyin nazilib? (İlyas Əfəndiyev); ...Sonra Səfəviyyə nəslindən bir şahzadəni təxtə
oturdaq ki, bari nəcabətinə görə (nəcabəti üçün) təxtü-taca səzavar olsun?! (M.F.Axundov)
Görə qoşması tək səbəb və məqsəd anlayışlarını bildirməyə xidmət etmir, bunlarla yanaşı
müqayisə mənasında, bəzən də isnad bildirən qoşma mövqeyindən çıxış edir. Məsələn: Arifə görə
Vahid cavan görünürdü.
Bu qoşma yönlük hal şəkilçisi qəbul etmiş əvəzliklərlə əlaqədə olduqda isə qoşmalıq
vəzifəsindən uzaqlaşır, səbəb məzmununu ifadə edən bağlayıcıların yaranmasına xidmət edir. Belə ki,
səbəb bağlayıcıları da tabeli mürəkkəb cümlələrin növlərindən olan səbəb və məqsəd budaq
cümlələrinin yaranmasında fəal iştirak edir.
Müasir Azərbaycan dilində ötrü qoşması da öz funksiyası ilə diqqət mərkəzindədir. Dilçilik
ədəbiyyatında bu qoşma haqda müxtəlif fərziyyələr irəli sürülmüşdür.
Ötrü qoşması isə çıxışlıq halda olan sözlərə qoşularaq səbəb çalarını yaratmaq xüsusiyyətinə
malik olur, məsələn: dostundan ötrü, sizdən ötrü və s. O, istəklərini bacısından ötrü həyata keçirmədi.
Həmçinin bu qoşmanın digər qoşmalar kimi yalnız səbəb məzmununa malik olmadığı ifadə edilir,
bəzən qoşulduğu sözlə birlikdə məqsəd, nəticə, müəyyən qədər aidlik mənalarının da əks edildiyi
düşünülür.
M.Hüseynzadə ötrü qoşmasını çıxışlıq hal şəkilçisi qəbul etmiş məsdərlərlə işləndikdə məqsəd
anlamını, bəzən isə isim və əvəzliklərlə işləndikdə aidlik mənasını ifadə etdiyini bildirmişdir: Ona
binaən meyvələri çox saxlamaqdan ötrü yaxşıdır onları havadan mühafizət edəsən... ( “ Əkinçi” 1875,
20 sentyabr, № 5)
Dilimizdə çox az miqdarda işlənən dolayı və sarı qoşmaları həmçinin səbəb-məqsəd münasibətini
yaratmaq iqtidarındadır və bu qoşmalar da üçün, ötrü qoşmalarına sinonim səciyyəlidir.
Qoşmalar sintaktik vahidlərin yaranmasında mühüm rol oynayır. Belə ki, onlar əlaqədə olduğu
sözlərlə birlikdə (xüsusilə səbəb-məqsəd çalarını ifadə edənlər) müxtəlif cümlə üzvü vəzifəsində çıxış
edir. Səbəb–məqsəd məzmunlu qoşmalar cümlənin tamamlığı, səbəb və məqsəd zərfliyi, bəzən də
xəbəri vəzifəsində işlənir:
1. Tamamlıq vəzifəsində - Mən sizin üçün çiçək gətirəcəyəm. (C.Cabbarlı)
2. Zərflik vəzifəsində - Cahandar ağa səhər tezdən atın örtüyünü dəyişdirmək üçün dəyədən
çıxdı.(İ.Şıxlı)
3. Xəbər vəzifəsində -Bu hədiyyə sənin üçündür.
Müasir Azərbaycan dilinin materialları üzərində apardığımız tədqiqatın nəticəsi göstərir ki,
dilimizdə səbəb, məqsəd və bir sıra başqa mənaları ifadə edən qoşmaların əsaslı mahiyyəti vardır.
Onları şərh etməyə yardım edə biləcək qədər nümunələrimiz də mövcuddur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
879
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“OĞUZNAMƏ”DƏ İNDİKİ ZAMANIN SİNTAKTİK
VƏ ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ
Günay İMAMƏLİYEVA
Sumqayıt Dövlət Universiteti
gunay.imamaliyeva@gmail.com
AZƏRBAYCAN
Keçmiş zamanla müqayisədə indiki zaman çox az sintaktik xüsusiyyətlərə malikdir. Maraqlıdır
ki, zaman kateqoriyasını tədqiq edən dilçilərdən A.Axundov, Z.Budaqova, B.Xəlilov, G.Fəxrəddin
qızı indiki zamanın sintaktik xüsusiyyətlərinə ümumiyyətlə toxunmayıblar. Ola bilsin ki, onların
tədqiq etdikləri yazılı abidələrdə indiki zamanın sintaktik xüsusiyyətlərinə aid nümunələr
işlənməmişdir. Ancaq S.Əlizadənin “Oğuznamə”sində isə az da olsa işlənmişdir. İndiki zamanın malik
olduğu sintaktik xüsusiyyətləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1) İndiki zaman feillərlə ifadə olunaraq xəbər vəzifəsində çıxış edir. Aşağıdakı nümunələrə nəzər
yetirək:
Uzağ-uzağ yer salımın yollar bilür; Çoban ata binəcək kəndüzini bəg sanur; Ulular sözin
tutmayan ulayu qalur; Çapuk quş iki ayağından tutulur; Toğrudan gedən gec gəlür, tolamaçdan tez
gəlür; Qurd toyduğı yeri qırq kərrə dolanur; Yeyən bilməzsə, toğrayan bilür.
2) İndiki zaman ol(maq) sözü ilə işlənə bilir. Aşağıdakı nümunələrə nəzər yetirək:
Əsir geyən əsirgənçi olur; Adəm oğlanı yaşadıqca canı tatlu olur; Əxi ocağı küllü olur; El içində
qatı söyləmə, divar ardında qulaq olur; Bəxşiş bəglərdə olur; Çağa yavrının ağzı böyük olur; Taş
qopduq yerdə ağır olur; Qışın çırağı qurı olanının, yazın tamağı qurı olur; Yiğitlik eşək alığı kibi qat-
qat olur.
Ümumiyyətlə, tədqiq olunan S.Əlizadənin “Oğuznamə”sinin təxminən 60% yalnız ol(maq)
köməkçi feilinin vasitəsi ilə ifadə olunur.
3) -ır
4
– omonim şəkilçidir. Bu şəkilçi feil kökünə qoşularaq isim düzəldir. Aşağıdakı nümunəyə
nəzər yetirək:
Bilməzsən, bir bilürdən sor.
4) Cümlədə tamamlıq vəzifəsində çıxış edir. Aşağıdakı nümunələrə nəzər yetirək:
Bir bilürə tanış, bildügün işlə; Nə qədər bilürsən, bir bilürətanış.
5)Cümlədə mübtəda vəzifəsində çıxış edir. Aşağıdakı nümunəyə nəzər yetirək:
Uyur ardınca oyanuq olur.
Bu nümunədə sözün kökü “uyu” feilidir. “uyu+r” formasındadır. Demək ki, -ır
4
indiki zaman
şəkilçisinin saiti ixtisara düşüb və -r formantı vasitəsi ilə ifadə olunub.
Cümlədə tərzi-hərəkət zərfliyi vəzifəsində işlənmişdir. Məsələn:
Qara qayğulu vaqiə gördüm, yumruğumda talbınan şahin bənim quşumu alur gördüm, göydən
ildırım ağ-ban evim üzərinə şaqın gördüm, düm qara pusarıq ordumun üzərinə tökülür gördüm,
qarğu kibi qara saçım uzanır gördüm, uzanuban gözümü örtər gördüm, biləgimdən on barmağımı
qanda gördüm.
“Kitabi-Dədə Qorqud” yazılı abidəsindən fərqli olaraq bu sintaktik xüsusiyyətə S.Əlizadənin
“Oğuznamə”si, Ə.Bahadır xanın “Şəcərei-Tərakimə” əsərində rast gəlmədik.
Keçmiş və gələcək zaman kimi feilin indiki zamanı da bir sıra üslubi xüsusiyyətlərə malikdir.
İndiki zaman ümumiyyətlə, işin icra zamanı ilə haqqında xəbər verilmə zamanının eyni
olduğöunu bildirir. Lakin indiki zaman şəkilçisi söz söylənilmədən əvvəl başlanmış işi də, söylənmə
zamanı başlayıb ondan sonra davam edən işi də ifadə edə bilir. –ır
4
indiki zaman şəkilçisi üslub
sahələrinə görə müxtəlif məqam və məna çalarlığında işlənir.
Feilin zaman kateqoriyasını tədqiq edən dilçilərimizdən A.Axundov, Z.Budaqova, G.Fəxrəddin
qızı indiki zamanın üç üslubi xüsusiyyətini, B.Xəlilov 1 üslubi xüsusiyyətini, Q.Mustafayeva, 6 üslub
xüsusiyyətini Ə.Bağırov 3 üslub xüsusiyyətini, Ç.Hüseynzadə isə 4 üslubi xüsusiyyəti olduğunu qeyd
etmişlər.
S.Əlizadənin “Oğuznamə” yazılı abidəsində də indiki zamanın üslubi xüsusiyyətlərinə aid
nümunələr işlənmişdir. İndiki zamanın üslubi xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
880
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1) –r formantı vasitəsi ilə ifadə olunur. E.Əzizov -r formantının həm indiki, həm də gələcək
zaman məzmunu ifadə edə bildiyini qeyd etmişdir.
Aşağıdakı nümunələrdə -r formantı indiki zaman məzmununu ifadə edir:
Ac ilə dost olayım dersən, qarnın doyur; Oğlanın tüyi üşür, yigidin təni üşür, qocanın iligi üşür;
Siçanın toyı bitdükcə üşür; Hər kişidə dəlülik tamarı vardır, “dəlü” dedikcə ol tamar böyür; Yılan nə
dənlü əgri bögri yürürsə, ini qapusuna gəlicək toğrulur.
Göründüyü kimi, bu nümunələrdəki feillər – “de+r”, “üşü+r”, “böyü+r”, “yürü+r”
formasındadır.
Qeyri-qəti gələcək zamanın indiki zaman məzmunu ifadə edir. Aşağıdakı nümunələrə nəzər yetirək:
Odunsuz ocaq olur, külsüz ocaq olmaz; Çoq yaşayan çoq bilməz, çoq gəzən çoq bilür; Şimdiki
zamanda asıl anılmaz, altun – incü anılur; Şol kişi neyləsün ki, yuqarı asarsa, is olur, aşağı qoyursa,
pas olur, urup öldürürsə, yas?!; Qaravaşa ton geyürsən, qadın olmaz; Yar bir olur, iki olmaz; iki,
zinhar, olmasun!; Yunluyı basarlar, yunsuzı qoyu verirlər;
Yigit necə yürürsə, yaraşır,
Yigit necə geyərsə, yaraşır.
İşin indiki zaman şəkilçisi ilə ifadəsində şahidlik çalarlığı və danışan şəxsin işdə, hökmdə,
hadisədə bu və ya digər şəkildə iştirakı ifadə olunur. Qeyri-qəti gələcək zaman şəkilçisində isə bu
çalarlıqlar, deməkm olar ki, yoxdur.
3) -a, -ə şəkilçisi vasitəsi ilə indiki zaman məzmunu ifadə olunur. Aşağıdakı nümunələrə nəzər
yetirək:
Qul, qulluğun andan bilə ki, kəndü didügi olmıya; Vətən sevmək imandandır, vay ana kim, içində
olmaya; Vay ol kişiyə kim, Tanrıdan qorqmaya; Vay ol kişiyə kim, günahın bilməyə.
Burada asanlıqla (olmıya – olmur, olmaya – olmur, qorqmaya – qorqmur, bilməyə - bilmir) –a, -ə
şəkilçisini –ır, -ir, -ur, -ür indiki zaman şəkilçisi ilə əvəz etmək olur. E.Əzizov da -a, -ə şəkilçisini
indiki zaman şəkilçilərinin içərisində göstərmişdir.
4) -maqda, -məkdə şəkilçisi vasitəsi ilə ifadə olunur və hərəkətin hələ davam etdiyini göstərir.
Lakin S.Əlizadənin “Oğuznamə”sində bu şəkilçi ümumiyyətlə işlənməmişdir. -maqda, -məkdə
şəkilçisi müasir ədəbi dilimizdə də geniş işlənmə tezliyinə malikdir.
“Azərbaycan dilində bir sıra vasitələr də vardır ki, bunlar, əsasən, başqa məna və vəzifə üçün
işlənilməklə bərabər, indiki zaman mənası da ifadə edir və beləliklə, indiki zaman şəkilçisi
işlənilmədən də indiki zaman ifadə oluna bilir. Belə vasitələr başlıca olaraq aşağıdakılardan ibarətdir:
Xəbər şəkilçisi
Şəxs sonluqları
var, yox, deyil kimi xüsusi tipli sözlər”.
CƏNUBİ QAFQAZ XALQLARI İLƏ TÜRKİYƏNİN QARS
VİLAYƏTİ OYKONİMLƏRİNDƏ PARALELİZM
Çinarə SALAHBANOVA
Mingəçevir Dövlət Universiteti
schinare@mail.ru
AZƏRBAYCAN
Bir ölkə tərkibində və ya başqa ölkələrdə oykonim paralelliyi həm tarixilik, həm də müasirlik
baxımından maraqlı dil hadisəsidir. Zaman keçdikcə eyni adlara daha geniş və müxtəlif areallarda rast
gəlinir. Belə bir tarixi fakt diqqəti çəkir ki, eramızdan əvvəl VII – VIII əsrlərdə Türk etnosları Türkiyə
və Cənubi Qafqaz torpaqlarında yaşamış və yerli aborigen xalq olmuşdur. Bu səbəbdən də Cənubi
Qafqaz və Türkiyədə toponimlər arasında etnos adları eyniliyi dediklərimizi təsdiq edir.
Araşdırmanın başlıca məqsədi Türkiyənin Qars vilayəti və Cənubi Qafqaz xalqlarının yaşadığı
ölkələrdə mövcud olan areal oykonimlərin qarşılaşdırılması, onların areal xüsusiyyətlərinin öyrənilmə-
sidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
881
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Toponimik adların təkrarlanması və yayılması müxtəlif səbəblərə bağlı ola bilər. Onimlərin
(adların) təkrarlanmasının əhəmiyyətli səbəbini köçlərdə görürlər. Lakin bununla belə areal oniminin
yaranmasında başqa səbəblər də vardır. Əhalinin köçü könüllü və zəruri ola bilər. Könüllü köç daha
çox coğrafi və təbii mühitlə bağlıdır.
Cənubi Qafqaz ölkələrində əsas areal türk arealıdır. Yer adlarının mühüm bir hissəsini coğrafi
terminlərin yanında, etnonimlər – tayfa, nəsil adları ilə əlaqədar yaranan toponimlər təşkil edir.
Türkiyə etnotoponimləri içərisində oğuz tayfalarının izlərini yaşadan coğrafi adlar üstünlük təşkil edər.
Azərbaycanda isə həm oğuz , həm də qıpçaq tayfalarının adlarını əks etdirən toponimik cərgəyə daxil
olan çoxlu sayda adlar vardır.
Ağbulaq – Toponim Azərbaycan dilində “keyfiyyətli, içməyə yararlı” mənasında işlənən ağ sözü
ilə bulaq hidroterminindən əmələ gəlmişdir.
Türkiyənin Qars vilayətinin Akyaka mahalında Akbulak adlı kənd var. Azərbaycanın 7
rayonunda (Cəlilabad, Əsgəran, Xocalı, Xocavənd, İsmayıllı, Laçın, Tovuz) eyni adlı kənd var.
Ermənistanın Krasnoselo rayonunda kənddir. 1991 – ci ildən Axperek adlandırılmışdır.
Ağacqala – Oykonim ağac (taxta) və qala (tikinti) sözlərindən düzəlib, "taxtadan tikilmiş,
qurulmuş qala" deməkdir. Tovuz rayonunun Santala inzibati ərazi vahidliyində kənd.
Qars vilayətinin Arpaçay və Kağızman mahalında Akçakale adında kənd.
Ağdam – Azərbaycanda inzibati rayon. 1930 – cu ildə təşkil edilmişdir. Mərkəzi Ağdam
şəhəridir. Tovuz rayonunun Vahidli inzibati ərazi vahidliyində eyniadlı oykonim mövcuddur.
Xocavənd rayonunun Tuğ inzibati ərazi vahidliyində də bu adda kənd var. XIX əsrdə bura gələn
ermənilər kəndin adını Akaku toponimi ilə əvəz etmişdilər. 1992 – ci ildə kəndin əvvəlki adı özünə
qaytarılmışdır.
Qars vilayətinin Kağızman mahalında da Akdam oykonimi mövcuddur.
Ağçay – Azərbaycanda Xaçmaz rayonunun Niyazoba inzibati ərazi vahidliyində kənd. Ağçayın
kənarındadır. XIX əsrdə gəlmə rusların məskunlaşdığı bu kənd Vasilyevka (1992 – ci ilədək)
adlandırılmışdı. Qax rayonunun İlisu inzibati ərazi vahidliyində də eyniadlı kənd mövcuddur. Yaşayış
məntəqəsi 1953 – cü ildə yeni yaradılmış üzümçülük sovxozunun fəhlələri üçün salınmışdır. Kəndlər
öz adlarını ərazidəki eyniadlı çaydan almışlar. Ural və Rostov vilayətlərində də eyniadlı (Aksay)
yaşayış məntəqələri qeydə alınmışdır.
Türkiyənin Qars vilayətinin Kağızman mahalında da eyniadlı oykonim mövcuddur.
Ağsu – Toponim “keyfiyyətli, içməyə yararlı” mənasında işlənən ağsözü ilə qədim türk dilində
“çay” mənasında işlənən su (əsli sub) sözündən əmələ gəlmişdir. Hidrotoponimdir. Azərbaycanda
inzibati rayon. 1943 – cü ildə təşkil edilmişdir. 1963 – cü ildə ləğv edilib Kürdəmir rayonuna verilmiş,
1965 – ci ildə yenidən müstəqil rayon olmuşdur. Mərkəzi Ağsu şəhəridir. Adını ərazidəki eyniadlı
çaydan almışdır.
Qars vilayətində Susuz mahalında eyniadlı oykonim mövcuddur.
Bacoğlu – Toponim nəsil adı əsasında formalaşmışdır. Patronomik toponimdir. İrəvan
quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. 1918 – ci ildə
azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunur. Türkiyədən ermənilər
köçürülərək burada yerləşdirilmişdir. İndi burada yalnız ermənilər yaşayır. Kəndin adı dəyişdirilərək
Haykavan qoyulmuşdur.
Bu oykonim Qars vilayətində Bacıoğlu şəklində qeydə alınmışdır.
Buruc – İlk dəfə XVI əsrə aid mənbələrdə Büruncru variantında təsadüf olunur. Tərtər
rayonunun Sarıcalı inzibati ərazi vahidliyində kənd.
Türkiyənin Arpaçay mahalında Burçalı adlı eynimənşəli oykonim qeydə alınmışdır.
Çiçəkli – Türkiyənin Qars vilaytinin Kağızman mahalında Çiçekli oykonimi mövcuddur.
Gədəbəy rayonunun Arıqıran inzibati ərazi vahidliyində eyniadlı kənd mövcuddur ki həmin bu
kənd. 1991– ci ildən Çiçəkli adlandırılmışdır.
Güllücə – Toponim “güllü, çiçəkli” mənasını bildirən güllü sözünə -cə şəkilçisinin artırılması ilə
düzəlib. Fitotoponimdir.
Güllücə adlı oykonimə Türkiyənin Qars vilayətininSarıkamış mahalından başqa Ermənistan
ərazisində də rast gəlinir.
Keçili – Toponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili
etnonimi əsasında əmələ gəlmişdir. Q. Qeybullayev kəngərlərin bir qolunun keçili adlandığını yazır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
882
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Araz çayının sağ sahilində yaşamış keçililər səfəvilər dövründə Naxçıvana keçərək kəngərlilərə
qarışmışlar. Etnotoponimdir.
Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonunun Külüs inzibati ərazi vahidliyində kənd.
Zəngəzur silsiləsinin ətəyindədir. Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidliyində kənd.
Dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XVII əsrdə Naxçıvan mahalının Keçili
kəndindən gəlmiş ailələr salmışlar. 1954 – cü ildə kənd planlaşdırılaraq köhnə ərazidən bir qədər
aralıda indiki yerində salındığı üçün Plankənd adlanmışdır. 1994 – cü ildə kəndə öz köhnə adı
qaytarıldı.
İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Adı dəyişdirilərək Mraqaşat qoyulmuşdur
Türkiyənin Qars vilayətinin Susuz mahalında eyniadlı oykonim mövcuddur.
Qaraqala – Toponim rəng bildirən qara sözü ilə qalasözünün birləşməsindən əmələ gəlib “qara
daşdan tikilmiş qalanın yanında olan kənd” mənasını ifadə edir.
Türkiyənin Selim, Kağızman, Digor, Arpaçay mahallarında Karakale adlı oykonim mövcuddur.
Eyniadlı oykonim Ermənistan ərazisində də mövcuddur.
Qarabağ – Qarabağ oykonimi Azərbaycanda tarixi ərazinin adıdır. Ən qədim insan
məskənlərindən biridir. Mənbələrdə Qarabağ adı 1284 – cü ildən məlumdur. Eyniadlı oykonimə Qars
vilayətinin Digor və Kağızman mahallarında da rast gəlinir.
Təzəkənd – Azərbaycanın Ağcabədi, Ağdam, Balakən, Beyləqan, Cəlilabad, Daşkəsən,
İsmayıllı, Kəlbəcər, Laçın, Masallı, Salyan, Şəmkir, Tərtər, Zərdab rayonlarında Təzəkənd
oykonimləri mövcuddur.
Eyniadlı oykonim Gürcüstanın Kardabani rayonunda da mövcuddur.
Həmçinin Türkiyənin Qars mahalında da Tezekend adlı oykonim qeydə alınmışdır.
Yenikənd – Toponim “təzə” mənasında işlənən yeni sözü ilə türk dilində kənd mənasında işlənən
“köy” sözünün birləşməsindən əmələ gəlmişdir. Azərbaycanın Ağdaş, Ağsu, Dəvəçi, Gədəbəy,
Goranboy, Göyçay, Xocavənd, Kəlbəcər, Kürdəmir, Qəbələ, Quba, Oğuz, Salyan, Samux, Şahbuz,
Şamaxı, Şərur, Zəngilan rayonlarında eyniadlı oykonimlər mövcuddur.
Gürcüstanın Marneuli rayonunda kənd adı. Gürcücə yazılışı İenikendi.
Türkiyənin Digor və Sarıkamış mahallarında da Yeniköy oykoniminə rast gəlirinir.
Gürcüstanın Adıgün rayonunda eyniadlı kənd. Əhalisi 1944-cü ildə deportasiya edilmiş Axısqa
türklərinin kəndlərindəndir.
Son olaraq söyləyək ki, oykonimlər dəyərli sərvət sayılır. Belə bir sərvət hər vaxt düz olmalı,
onların baxımına, araşdırılmasına diqqət yönəldilməli, tarixin yadigarı kimi qorunmalıdır. Oykonimlər
xalqın malı sayılmalı, beynəlxalq sərvət səviyyəsində qəbul edilməlidir.
KƏMİYYƏT VƏ KEYFİYYƏT KATEQORİYALARI
Lalə HƏMZƏYEVA
Sumqayıt Dövlət Universiteti
rivares-79@rambler.ru
AZƏRBAYCAN
Dilçiliyin fəlsəfə ilə əlaqədə olması bu və ya başqa formada bir çox konkret fəlsəfi məsələlərdə
üzə çıxır. Bundan əlavə, artıq çox qədim zamanlarda gah zəif, gah da aydın şəkildə filosofların
düşüncələrində insan təfəkkürünün dillə sıx əlaqəsi fikri öz əksini tapmışdır. Buna əsasən dilin fəlsəfə
və dilçiliyin birgə tədqiq cəhdlərinin qədim və ənənəvi sahəsi olduğunu iddia etmək olar. Dillə
təfəkkürün əlaqəsi probleminin düzgün və konkret həllini məhz qrammatik və məntiqi kateqoriyalar
məsələsinin tədqiqi əsasında tapmaq mümkündür.
Hər bir dildə tarixən həmin dildə səslərlə ifadə olunan, sözlərin mənasını və cümlələrin tərkibini
əmələ gətirən tamamlayıcı qrammatik formaların özünəməxsus sistemi yaranmışdır. Qrammatik
formalar müxtəlif dillərdə fərqli olduğu kimi, onların ifadə etdiyi tamamlayıcı qrammatik mənalar da
|