BLEZ PASKAL /1623-1662/ İntibah dövrünün titan-
larına məxsus çoxcəhətli yaradıcılıq keyfiyyətinə malik
olmuşdur. O, qüdrətli bir nasir olduğu qədər də, dahi fizik,
riyaziyyatçı və filosof idi. O, ilk dəfə hesablayıcı maşın kəşf
etmiş, həndəsəyə aid bir neçə teorem yaratmış, hidravlikanın
əsasını qoymuş, mayeyə təsir edən qüvvənin bərabər
miqdarda yayılması haqqında qanunu kəşf etmiş, atmosfer
təzyiqinin ilk tədqiqatçılarından olmuşdur. Bununla bərabər,
Paskal dini dünyagörüşünün təsirilə bütün həyatı boyu
özündəki elmi təfəkkür ehtirasını öldürməyə çalışmış, ağla
qarşı çıxmış, öz kəşflərindən imtina etmişdir. Paskalın faciəsi
ondadır ki, onda biliklə din, elmlə ilahiyyat, kartezianlıqla
yansenizm barışmaz bir ziddiyyətdədir. Məhz bu ziddiyyət
onun ədəbi yaradıcılığını, o cümlədən məşhur fikirlərini başa
düşməyə imkan verir. Paskalın ziddiyyətləri dövrün
ziddiyyətləri idi, feodal həyat tərzi və normaları ilə yeni
düşüncə arasındakı əksliyin təzahürü idi.
Paskal varlı burjua ailəsində anadan olmuş və evdə
təhsil almışdır. Çox erkən riyazi istedadını büruzə vermişdir.
Atası sağlamlığının pozulacağından qorxub kitabları əlindən
alır. On altı yaşında konus kəsişmələri haqqında yazdığı elmi
əsər ona elm aləmində böyük şöhrət qazandırır və Dekartı
heyrətə salır.
On səkkiz yaşında o, hesablayıcı maşın düzəldir. Bir
qədər sonra mayelərin hərəkəti haqqındakı elmi əsər yazır.
İyirmi yaşına çatanda həkimlər riyaziyyatla məşğul olmağı
tərk etməsə dəli olacağını bildirirlər. Paskal elmi axtarışlarını
dayandırıb dünyəvi eyş-işrət aləminə qapılır. "Sevgi ehtirası
haqqında düşüncə" adlı əsl sənətkarlıqla yaradılmış, lakin
məzmunca o qədər də əhəmiyyətli olmayan bir əsər yazır.
Paskal bu əsərdə şən bir epikurçu kimi diqqəti cəlb edir.
Afaq Yusifli İshaqlı
150
Otuz yaşlarında olarkən Paskal qəzaya uğrayır, beyin
silkələnməsindən xəstələnir. Xəstəlik və mənəvi sarsıntı onu
Por-Royala gətirib çıxarır. Arno və Nikolun yezuitlərlə
vuruşduğu dövrdə onun güclü satirik və döyüşkən nəsr
istedadı üzə çıxır. Katoliklərin əsas dayaq nöqtəsi olar
Sorbonna Arnoya qarşı ciddi hücuma keçəndə Por-Royal
rahibləri kömək üçün Paskala müraciət edirlər. Coşqunluqla
işə girişən Paskal "Əyalət sakininə məktublar" əsərini
yaradır. 1656-cı ilin yanvarından 1657-ci ilin martına qədər
olan müddətdə Paskalın on səkkiz məktubu çap olunur ki,
bunlar birlikdə qalın bir cild əmələ gətirir. "Məktublar" çap
olunarkən onun kim tərəfindən yazıldığı gizlədilmişdir.
Onlar bir-bir çap olunduqca, dövrün qabaqcıl adamlarını
heyran qoyursa, yezuitləri və kilsə xadimlərini cin atına
mindirir.
Paskal
məktublarda hiyləgər, aldadıcı bir
sadəlövhlüklə bir yezuitlə tanışlığından danışır. Yezuit ona
öz həmkarlarının əxlaq sistemini şərh edir. Bu üsulda incə və
öldürücü bir istehza gizlənirdi.
Paskal yezuitlərlə mübahisə etmir, sübut, dəlil
axtarmır. Komediya üslubuna müraciət edərək özünü
sadəlövh bir əyalət sakini kimi göstərir. Guya o, dini mə-
sələlərdən başı çıxmayan bir adamdır. Qarşısına çıxan ilk
adamı bu məsələlərlə bağlı sorğu-suala tutur. Belə incə bir
üsulla Paskal yezuitlərin baxış və görüşləri sisteminə qarşı
kəskin bir parodiya yaradır. Onların baxış, görüş, düşüncə
sisteminin gülünclüyünü, eybəcərliyini, boşluğunu açıb
göstərir. Volter "Məktublar"ı oxuyaraq yazmışdır: " Ən
müxtəlif üsullarla yezuitlərin iyrənc olduqlarını göstərməyə
təşəbbüslər edilmişdir; Paskal daha irəli getmişdir; o, onların
gülünclüyünü göstərmişdir."
Paskalın satirası təkcə yezuitlərə qarşı yönəlməmişdi,
onun ayrı-ayrı fikirləri yansenistlərin özlərinə də toxunurdu.
Məktubların birində Paskal kilsə mübahisələrinə toxunaraq
XVII əsr Qərbi Avropa ədəbiyyatı
151
müxtəlif dini istiqamətləri xəstənin başı üstündə durub onu
müalicə etmək əvəzinə müalicə sənəti haqqında mübahisə
aparan həkimlərə bənzədir. Məhz bu cəhətinə görə
yansemizmin ən mühafizəkar nümayəndələrindən olan
Senqlen "Məktublar"ı kifayət qədər xristianlıq ruhunda
yazılmış əsərlər saymamış, onların həddindən artıq istehzalı
bir məzmuna malik olduğunu bəyənməmişdir.
Paskalın "Məktublar" əsəri satira sənətinin nadir
incilərindən olmaqla bərabər bədii nəsrin yüksək nümunəsi
idi. Səmimi yumor, parlaq məntiq, dilinin aydınlıq və
çevikliyi, ecazkar sintaksis ilə birlikdə yüksək təhkiyə üsulu
Paskalı haqlı olaraq XVII əsrin ən görkəmli yazıçılarından
biri kimi tanıtdı. Şarl Perro "Əyalət sakininə məktublar"
əsərinin məzmun, sənətkarlıq və dil xüsusiyyətlərini yüksək
qiymətləndirərək yazırdı: "Bizdə bu janrda heç vaxt bundan
yüksək heç nə yazılmamışdır." Paskalın "Məktublar" əsəri
müxtəlif cəhətlərdən əsrin Molyer, madam de Sevinye,
Laroşfuko, madam de Lafayet, Burdalı, Bossüe kimi sənət-
karlarına təsir göstərmişdir.
Paskalın "Fikirlər" əsəri də ədəbi aləmdə onun "Mək-
tublar"ı qədər geniş əks-səda oyatmışdır. Aforizmlər şəklində
yazılan bu əsəri Paskal çap olunmaq üçün hazırlamamışdır.
Müxtəlif vaxtlarda o, qiymətli saydığı fikirlərini yazmağa
adət edir. Paskalın ölümündən sonra sistemsiz şəkildə bir
yerə yığılıb bağlanmış kağız vərəqləri dəstələri şəklində
tapılmışdır. Əsər əvvəlcə 1670-ci ildə sistemsiz tərzdə Nikol
tərəfindən çap olunmuş, sonralar isə onu ciddi tədqiqatlar
əsasında daha səliqəli elmi nəşrləri həyata keçirilmişdir.
"Məktublar"a nisbətən Paskalın Monten və Dekartla əlaqəsi
burada daha aydın hiss olunur. Müəyyən ziddiyyətlərinə
baxmayaraq
Paskal
burada
da
dini
dünyagörüşün
məhdudluğu dairəsindən çıxaraq əsl humanist ziyalı,
sənətkar səviyyəsinə yüksəlir. Paskalın fikirlərdə ifadə etdiyi
Afaq Yusifli İshaqlı
152
əsas qayə bundan ibarətdir: insanın öz şəxsi təbiətini və
mövcudluğunun məqsədini dərk etmədən vacib heç bir şey
yoxdur. Paskal göstərir ki, bu məsələyə münasibətdə
filosoflar iki cəbhəyə ayrılmışlar. Stoiklər insan təbiətini
ucaldır, onu heç bir sərhəd tanımayan ağlına görə qüdrətli
sayır, bütün varlıqlardan, hətta allahın özündən də üstün
tuturlar. Skeptiklər isə əksinə, insanı aciz, miskin bir varlıq
kimi tanıyır, idrak yolu ilə dünyaya hakim olmaq üçün heç
bir imkanı olmadığını göstərirlər, mahiyyət etibarilə insanın
heyvandan heç nə ilə fərqlənmədiyini iddia edirlər.
Paskalın "Fikirlər"ində isə insanın böyük, yoxsa bir
heç olması sualına ikili cavab verilir. Məsələyə dialektik
şəkildə yanaşan Paskalın fikrincə, insan eyni zamanda həm
böyükdür, həm də bir heçdir. İlkin günah tədricən insan
təbiətinin xırdalaşmasına və eybəcərləşməsinə səbəb oldu,
lakin bu xırdalaşmış vəziyyətdə də insan öz keçmiş
əzəmətinin, böyüklüyünün əlamətlərini saxlayır. Ağıl onu
bütün başqa canlılardan seçərək ucaldır. "İnsan təbiətin
qoynunda zəif bir qamışdan başqa bir şey deyildir, lakin o,
düşünən qamışdır. Onu əzmək üçün bütün kainatın qüdrətini
səfərbər etməyə ehtiyac yoxdur. Bir külək əsimi, bir yağış
damcısı onu ölümə yetirmək üçün kifayətdir. Lakin bütün
kainat onu məhv etməyə hücum çəksəydi də, o, yenə də onu
öldürən bütün qüvvələrdən daha qüdrətli olardı, çünki o onu
bilərdi ki, o, ölür, onu da bilərdi ki, kainat onun müqabilində
hansı üstünlüklərə malikdir. Kainat isə bunu bilmir. Bizim
bütün ləyaqətimiz və böyüklüyümüz fikrimizdədir. Doldura
bilmədiyimiz zaman və məkan yox, ancaq, o, yəni
düşüncəmiz bizi ucaldır. Buna görə gəlin yaxşıca-yaxşıca
düşünmək öyrənək: budur əxlaqın əsas prinsipi."
Əsərinin başqa yerində Paskal ağıl, düşüncə haqqında
daha artıq bir inamla danışır. O yazır: "Mən insanı əlsiz,
ayaqsız, başsız təsəvvür edə bilərəm, çünki ancaq təcrübə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
153
bizi öyrədir ki, baş ayaqdan daha faydalıdır. Lakin mən
insanı fikirsiz təsəvvür edə bilmirəm; bu ya daş olardı, ya
heyvan."
Paskalın dünyagörüşünün ziddiyyətləri orada üzə
çıxır ki, o, insan ağlını tərənnüm etdiyi vaxt onun qüdrətinə
dini vasitələrlə bəraət qazandırmağa çalışır. Guya insanın
eyni zamanda həm böyük, həm də kiçik olmasını ancaq
xristian dini aydınlaşdıra bilər. Paskalın görüşlərindəki bu
qəribə ziddiyyətlər onun dövrünün ziddiyyətləri idi. "Ata
qaçmaq xas olduğu kimi, insana da inkar etmək, inanmaq və
şübhələnmək xasdır" deyən Paskal göründüyü kimi
ziddiyyətli keçid dövrünün tipik bir şəxsiyyəti olmuşdur.
Onun "Fikirlər" əsəri də XVII əsr nəsrinin ən parlaq
abidələrindən biridir. Sözlərindəki qeyri-adi məntiq,
ifadələrin heyranedici həndəsi düzümü, bədii teorem təsiri
bağışlayan, kədərli, acı bir ironiya Paskalın müasirlərini də,
sonrakı tənqidçilərini də heyran etmişdir. Onun yazı üsulu
sonrakı dövrün nəsri üçün bir örnək olmuşdur.
Aforist yazıçılar. XVII əsr fransız ədəbiyyatında bir
sıra sənətkarlar da olmuşdur ki, onlar pyes, roman, poema,
hekayə, novella şeir yazmamışlar. Son dərəcə yığcam,
lakonik miniatürlər, yaxud xalq atalar sözlərini xatırladan
fikirlərdən ibarət olan əsərlər yaratmışlar. Həyati
müşahidələrin və düşüncələrin məhsulu olan bu əsərlərdə
dövrün əhval-ruhiyyəsi, axtarışları, münasibətləri əks
olunmuşdur. Bu janrın ilkin mənbəyi Teofrastın "Səciyyələr"
/yaxud "Xarakterlər"/ əsəri olmuşdur. Artıq İntibah dövründə
Monten bu janrdan məharətlə istifadə etmişdir. XVII əsr
fransız ədəbiyyatında bu janrın Laroşfuko, Labrüyer,
Vovenarq, Şamfor kimi tanınmış nümayəndələri yetişmişdir.
Bütün başqa janrlar kimi aforizm də yazıçıdan yüksək
istedad və sənətkarlıq tələb edirdi. Burada yığcam formada
Afaq Yusifli İshaqlı
154
güclü və dərin fikirlər, düşüncələr əks olunmalıdır. Burada
artıq heç nə ola bilməz. Lakoniklik aforizmin əsas məziy-
yətidir.
LAROŞFUKO. /1613-1680/. Aforizmi bədii yaradı-
cılığının əsas formasına çevirən, bu janrda yazdığı əsərlərlə
XVII əsr fransız ədəbiyyatının Kornel, Rasin, Lafonten kimi
nümayəndələri ilə bir sırada durmaq hüququ qazanan
Laroşfuko klassisizmin tipik nümayəndələrindən biridir.
Universallığa can atan, ümumiləşdirmələrində son həddə
varan, konkret surətləri yox, ümumi ideyanı əsas götürən bu
istedadlı sənətkar bədbinliyi, inamsızlığı ilə də əsrinin
oğludur. Lakin o, həyata, insana, ictimai gerçəkliyə bədbin,
inamsız münasibəti cəhətdən barokko cərəyanına məxsus
yazıçılara daha yaxındır.
Fransua de Laroşfuko Fransanın iri feodal əyanla-
rından olmuşdur. Mütləqiyyət idarə üsulu onun feodal
imtiyazlarına toxunduğu üçün Fronda hərəkatında iştirak
etmiş, kardinal Rişelye və kardinal Mazarini əleyhinə
mübarizə aparmışdır. 14 yaşında əlverişli şəkildə evlənmiş,
15 yaşında Kondenin ordusunda vuruşmuş, 16 yaşında
saraya daxil olaraq dedi-qodular, fitnə-fəsadlar burulğanına
düşmüşdür, gah sürgün edilmiş, gah Bastiliyaya salınmışdır.
Onun həyatı XVII əsrin nəzakətli qəhrəmanlarının həyatı
üçün nümunə ola bilər.
Yazıçının həyatı "Xatirələr"ində təsvir etdiyi kimi
rəngarəng
macəralar
içərisində
keçmişdir.
Fronda
hərəkatında iştirakı da bu macəraların davamı kimi meydana
çıxmışdır. Vətəndaş müharibəsində qiyamçılar dəstəsinin
başçısı kimi şücaətlə vuruşmuş və 1652-ci ildə üzündən
yaralandıqdan sonra siyasi işlərdən əl çəkib ədəbi salonlar və
onların iştirakçıları ilə dostlaşmışdır.
1662-ci ildə onun "Memuarlar" /"Xatirələr"/ əsəri çap
XVII əsr Qərbi Avropa ədəbiyyatı
155
olunur. Səliqəli, canlı və incə bir üslubda yazılmış bu
"Xatirələr"də
hadisələr fərdi təəssürat süzgəcindən
keçirilərək təqdim olunur. Get-gedə onun bədbinlik və
ümidsizliyi tündləşir. 1665-ci ildə "Düşüncələr, yaxud əxlaqi
hikmətlər və maksimlər" adı ilə çap olunan aforizmləri də acı
və əsəbi bir ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi ilə
aşılanmışdır. Bu aforizmlərdə zəngin həyat təcrübəsinin ayıq
ümumiləşdirilməsi, orijinal bir filosofun bitkin dünyagörüşü
əks olunmuşdur. Burada ictimai həyatdan bədbinləşmiş bir
şəxsin ictimai, sosial səciyyə daşıyan bədbinliyi ardıcıl və
təsirli tərzdə ifadə olunmuşdur. Çox mümkündür ki, bu
bədbinlik fəlsəfəsinin yetkinləşməsində "insan insanın
canavarıdır" deyən Hobbs fəlsəfəsinin də müəyyən rolu
olmuşdur. Laroşfukonun mizantropluğu /insansevməzliyi/
heç də ümidləri boşa çıxan, aldadılan məğrur bir zadəganın
əsəbiliyinin nəticəsi deyildir. Əksinə o, mənsub olduğu sinfin
süqutunu, mütləqiyyət tərəfindən məğlub edilib ona xidmət
göstərməyə məcbur olduğunu görüb bədbinləşir, kor-təbii
materialist
düşüncə
əsasında
mövcud
cəmiyyətin
eybəcərliyinin səbəblərini, köklərini açıb göstərir.
Laroşfukonun kitabında diqqəti cəlb edən əsas fikir
bundan ibarətdir ki, "çaylar dənizə itdiyi kimi bütün
yaxşılıqlar da haqq-hesabda itir". Başqa sözlə, yazıçının
fikrincə, ictimai həyatın bütün hadisələri qazancla, fayda ilə,
xudbin haqq-hesabla əlaqədardır. "Qazanc bütün mümkün
dillərdə danışır, bütün insan növlərinə, hətta onda marağı
olmayanlara da əmr edir". İnsanların hərəkətləri onların
yaşından, cinsindən asılı olmayaraq xudbin məqsədlər güdür.
"Sevginin nə olduğunu müəyyən etmək çətindir. Yeganə onu
demək olar ki, bu qəlbə münasibətdə hökmranlıq etmək
cəhdidir". "Namuslu qadınların çoxu gizli xəzinələrə
bənzəyir, onlar ancaq onları axtarmadıqlarına görə
təhlükədən uzaqdırlar". "Ağıllı axmaqdan dözülməz heç nə
Afaq Yusifli İshaqlı
156
yoxdur". "Elə göz yaşları var ki, başqalarını aldadandan
sonra çox vaxt bizi də aldadırlar". "Həqiqi xeyirxahlıqdan
nadir heç nə yoxdur: xeyirxahlıq adlandırılan şey adətən
səhlənkarlıq və zəiflikdən başqa bir şey deyildir". İnsana
inamsızlıqla, bədbinliklə dolu olan bu fikirlər uzun müddət
Fransa kübar cəmiyyətində dolaşan, insanları yaxından
tanıyan, onların əməllərini, sözlərini görən ayıq, cəsarətli
şəxsin real faktlardan çıxartdığı qənaətlərdir. Yazıçının
yaşadığı dövrü, dolaşdığı mühiti nəzərə almadan onun
əsərinə doğru qiymət vermək çətindir.
Sevgidə, dostluqda, mərhəmətdə, qayğıda insan
ancaq özünü düşünür. Adam bir başqasına kömək göstərirsə,
bunu ancaq ona görə edir ki, başqasının əzabını görmək onun
xoşuna gəlmir. Birinə sədəqə verirsə, ancaq ona görə belə
edir ki, mərhəmət göstərmək onun xoşuna gəlir. Əgər ölənə
ağlayırsa, ancaq özünə yazığı gəlir, çünki ölənlə görüşmək
ləzzətindən məhrum olur.
Bir klassisist kimi Laroşfuko öz hikmətlərində insan
eybəcərliklərinə ümumilik səciyyəsi verməyə çalışsa da,
onun göstərdiyi ehtiraslar əslində XVII əsr fransız
zadəganlığının yuxarı dairələri üçün tipikdir. Bu aforizmlər
arxasından həmin dövrün zadəganları və əyanları boylanır.
Bu aforizmləri oxuyan, heyrətlə qarşılayan Fransanın yüksək
kübar dairələri onlarda özlərini görürdülər və tanıyırdılar.
Lakin Laroşfukonun əsərini ancaq zadəganlığın əxlaqını əks
etdirən bir əsər kimi qiymətləndirmək yanlış olardı. Onun
əhəmiyyəti, məzmunu daha genişdir.
Laroşfukonun bəzi aforizmləri bunlardır: "Bizim
hamımızın özgənin bədbəxtliyinə dözməyə kifayət qədər
gücümüz vardır", "Qocalar yaxşı məsləhət verməyi ona görə
sevirlər ki, onlar axmaq nümunələr göstərməyə qabil
olmadıqlarına görə özlərini mükafatlandırsınlar", "Krallar
insanlarla pullar kimi hərəkət edirlər: onlara öz istədikləri
XVII əsr Qərbi Avropa ədəbiyyatı
157
kimi qiymət verirlər, ona görə də onları həqiqi qiymətlərinə
görə yox, məzənnəyə görə qiymətləndirmək lazım gəlir",
"Nöqsanlar bizi tərk edəndə, biz özümüzü inandırırıq ki, biz
onları tərk edirik", "Etiqad qəlbin passivliyi və tənbəlliyidir,
şöhrətpərəstlik isə fəallıq və coşqunluğu", "Biz çox vaxt bizi
darıxdıran adamları bağışlayırıq, lakin darıxdırdığımız
adamları bağışlaya bilmirik", "Aşiqlər və məşuqlar heç vaxt
bir yerdə olanda darıxmırlar, çünki onlar ancaq özləri
haqqında danışırlar".
Laroşfukonun əsəri çap olunan zaman böyük
müvəffəqiyyət qazanmışdır. Lakin dövrün bir çox humanist
sənətkarları, xüsusən İntibah dünyagörüşü ilə əlaqəni tamam
üzməyən, həyata və insana nikbinliklə yanaşan bir sıra
sənətkarlar
onun
bədbinliyini
qəbul
etməmişlər.
Laroşfukonun "Hikmətlər"i çap olunandan iki il sonra
Molyer "Mizantrop" komediyasında onun əsərində irəli
sürülən müddəaları tamaşaçılar müzakirəsinə vermiş, əsas
tendensiyasını qətiyyətlə pisləmişdir. Lakin Molyer öz əsəri
ilə Laroşfukonun "Hikmətlər"inin ədəbi əhəmiyyətini rədd
etmir, bəlkə onun humanizmini və tarixi əhəmiyyətini bir
daha təsdiqləyir.
JAN DE LABRÜYER. /1645-1696/. XVII əsrin son-
larında yaşayıb yaradan ən orijinal sənətkarlardan biri olan
Labrüyer "Bu əsrin xarakterləri və əxlaqı" adlı əsəri ilə
tanınmışdır. Labrüyer o qədər də varlı olmayan burjua
ailəsində doğulmuşdur. Tədqiqatçılar yazıçının mənsub
olduğu ailənin keçmişdə zadəgan rütbəsi daşıdığını ehtimal
edirlər, lakin Labrüyer anadan olduğu vaxt onların ailəsi bu
rütbəni artıq itirmişdi. Labrüyer həyatı boyu silki baxışların
qurbanı olub, bundan əzab görsə də, silki təbəqələrə həmişə
laqeydliklə yanaşmışdır.
1684-cü ildə Bossüenin zəmanəti ilə o, sərkərdə
Afaq Yusifli İshaqlı
158
Kondenin nəvəsinin tərbiyəçisi olmuşdur. Konde şöh-
rətpərəst, məğrur və qətiyyətli bir adam idi. Onun
Şantilyedəki sarayı Fransanın ən məşhur adamlarının,
siyasətçilərinin, yazıçı və rəssamların toplaşdığı bir yer idi.
Labrüyer burada həyatı yaxından müşahidə etmiş, zəngin
təcrübə toplamışdır. "İnsan həyatının böyük tamaşasında,
zəmanəsinin nəhəng komediyasında birinci lojada küncdəcə
bir yer tutan" /Sent-Böv/ Labrüyer müşahidələri əsasında
xatırlanan əsərini yaratmış və bununla daha qalmaqallı bir
şöhrət qazanmışdır. Həmin kitab ilk dəfə Teofrastın
"Xarakterlər" əsərinin tərcüməsi kimi nəzərdə tutulmuş və
yunancadan tərcümə adı ilə çap olunmuşdur. Burada
Labrüyer öz müasirlərinin ancaq bir sıra səciyyələrini əlavə
etməklə kifayətlənmişdir. Əsərin hər bir sonrakı nəşrində
müəllifin artırdığı bu orijinal səciyyələrin sayı artırılmış və
yazıçının sağlığında həyata keçirilən axırıncı doqquzuncu
nəşrində onların miqdarı 1120-yə çatdırılmışdır. Sonrakı
nəşrlərdə Teofrasta məxsus səciyyələr kitaba əlavə şəklində
verilmişdir.
Labrüyer 1693-cü ildə Akademiyaya üzv seçilərkən
Teofrast haqqında söylədiyi nitqdə etdiyi kimi Teofrast
səciyyələrində insanın daxili mahiyyətini göstərirsə, onun
səciyyələri eybəcərliyin, səciyyənin ilkin səbəbini açır,
qabaqcadan insanların nə danışacağını və edəcəyini görməyi
öyrədir. Labrüyerə görə, insanların səciyyələri ictimai
mühitin bilavasitə nəticələridir. Xəsislər Yunanıstanda da,
mütləqiyyətçi Fransada da olmuşdur, lakin xəsisliyin
məzmunu və təzahür formaları ictimai mühitin təsiri ilə
dəyişir. Ona görə də yazıçının vəzifəsi xəsisliyi təsvir etmək
deyil, onun səbəbini tədqiq etməkdir.
Labrüyerin səciyyələri sözün həqiqi mənasında bu
əsrin, XIV Lüdovik əsrinin səciyyələridir. Biz bu
səciyyələrdə kurtizankaların, əyanların, bankirlərin, sələm-
XVII əsr Qərbi Avropa ədəbiyyatı
159
çilərin, yaltaqların, burjua nümayəndələrinin, xəsislərin,
dedi-qoduçuların
boşboğazların,
ikiüzlülərin,
şöhrətpərəstlərin və başqa tiplərin əlvan, realist portretləri ilə
tanış oluruq. Bu əsər fransız cəmiyyətinin həyatını,
ziddiyyətlərini hər hansı başqa bir əsərdən daha əhatəli və
daha realist cizgilərlə əks etdirir. Onun "Səciyyələr"i bütün
əsrin əzəmətli bir pamfleti kimi qiymətləndirilə bilər.
Bir cəhəti də xüsusi qeyd etmək lazımdır ki, Labrü-
yerin
tənqidləri birinci növbədə burjua-demokratik
təbəqələrin mütləqiyyətə qarşı olan əhval-ruhiyyəsi ilə
bağlıdır.
Labrüyerin əsəri janr etibarilə də orijinal və yenidir, o
vaxta qədər mövcud olan janrlardan heç birinin çərçivəsinə
sığışmır. Burada müxtəlif janr və formalardan məharətlə
istifadə edilmişdir. Burada ədəbi rəy, Laroşfuko üslubunda
yazılmış aforizmlər, əxlaqi nəsihət, dialoq, portret, kiçik
süjetli novella, dilçilik traktatı, sosial utopiya, təmsil, siyasi
satira və başqa janrlar bir-birini əvəz edir. Labrüyer öz
əsərini "Şəhər", "Saray", "Əyanlar", "Hökmdar" və s. adlarla
müəyyən hissələrə bölür.
İctimai hadisəni, həyatı bütün dolğunluğu ilə əks
etdirməyə çalışmaq cəhdi Labrüyeri gerçəkliyə daha
dərindən nüfuz etməyə gətirib çıxarır. O, paytaxtı da, kəndi
də, əyanı da, burjuanı da, məmurları da, kəndliləri də eyni bir
asanlıqla və həqiqətpərəstliklə nəzərdən keçirir.
Fransız yazıçılarından heç biri xalqın həyatının bu
cür dəhşətli mənzərəsini yarada bilməmişdir. Kəndliləri
təsvir edən yazıçının səciyyələri dövrün ictimai quruluşunun
kəskin tənqidi kimi səslənir. "Bəzən çöllərə səpələnmiş qara,
dərisinin rəngi ölü rənginə oxşayan, günəş altında
kömürləşmiş, torpağa əyilməkdən donqarlaşmış, kişi və
qadın cinsindən olan yarımvəhşi varlıqlar görmək olar ki,
torpağı məğlubedilməz bir inadla qazır və təkrar qazırlar;
Afaq Yusifli İshaqlı
160
onlar başa düşülən nitqə malikdirlər və qədlərini
düzəltdikləri vaxt insan simasına malik olduqları bilinir.
Həqiqətən də məlum olur ki, onlar insandırlar. Gecələr onlar
öz mağaralarına çəkilirlər, su, köklər və qara çörəklə
aclıqlarını söndürürlər; onlar başqalarını yaşamaq üçün
əkmək, səpmək, məhsulu yığmaq zərurətindən azad edirlər
və buna görə də səpdikləri çörəksiz qalmamaq hüququnu
qazanırlar."
Labrüyerin bu təsvirində onun xalqa məhəbbəti, xalqı
bu günə salan hakim təbəqələrə nifrəti, qəzəbi ifadə
olunmuşdur. O, həmişə özünü xalqın övladı saymış, özü ilə
onların taleyi arasında yaxınlıq görmüşdür. "Üzümlüklərdəki
işçinin, əsgərin, daşyonanın taleyi mənə imkan vermir ki,
mənim knyaz və nazirlərə məxsus nemətlərim olmadığına
görə şikayətlənim." Labrüyerin bu tipli müqayisələrində
xalqa məhəbbəti, onun mənəvi gözəlliyinə, yüksəkliyinə
inamı da əks olunmuşdur: "Xalqda düşüncə yoxdur, ancaq
aristokratların da qəlbi yoxdur. Birincinin nəcib qəlbi var,
zahiri görkəmi yoxdur, ikincilərdə isə ancaq zahiri görkəm
və parıltı var. Seçmək lazımdırsa, mən tərəddüd etmərəm.
Mən xalq içərisindən çıxmış adam olmaq istərəm."
Labrüyerin əsərindəki bu demokratizm həm də onun
hakim dairələrə nifrətində, qəzəbində öz əksini tapır. O,
ehtirasla cəmiyyətdə hökm sürən ədalətsizliklərə qarşı çıxır,
arzu edir ki, cəmiyyəti ağıl idarə etsin. Buradan da, o,
ədalətli, maarifpərvər hökmdar ideyasına gəlib çıxır.
Yüksəlməkdə olan burjua cəmiyyətinin kölgəli
cəhətləri də yazıçı tərəfindən tənqid olunur. Labrüyer yazır:
"Çirkab və tullantılardan tökülmüş, nəcib insanlar şöhrət və
nəcabətə vurulan kimi var-dövlətə və qazanca vurulmuş rəzil
canlar da mövcuddur; onlar ancaq bir ləzzətə qabildirlər –
qazanmaq yaxud heç nə itirməmək; onfaizlik qazanc
haqqındakı şayiələrə daha çox maraqlı və hərisdirlər; ancaq
XVII əsr Qərbi Avropa ədəbiyyatı
161
öz borcluları ilə məşğuldurlar; ancaq qiymətlərin aşağı
düşməsindən, yaxud pulların qiymətinin əskilməsindən
narahat olurlar; müqavilələrdə, alverlərdə, kağızlarda batıb
qalıblar; bu cür varlılar artıq nə valideyn, nə dostlar, nə
vətəndaşlar, nə xristianlardır, bunlar ola bilsin ki, artıq
insanlar deyillər, bunlar pul sahibləridir." Molyer "Xəsis"
komediyasında bu tipli adamın canlı surətini yaradır.
Labrüyer həmçinin özünü yüksək istedadlı ədəbiyyat
tənqidçisi kimi göstərmiş, Kornel, Rasin və dövrün başqa
yazıçıları haqqında yığcam və çox dəqiq fikirlər irəli
sürmüşdür. Onun əsəri çoxlu əks-sədalar oyatmış, Renyar,
Dankur, Detuş öz komediyalarında onun fikirlərindən
istifadə etmişlər. Lesaj, Monteskye, Didro, Russo kimi
maarifçilər də onun əsərindən təsirlənmişdilər. Rus
ədəbiyyatında Kantemirin və Fonvizinin yaradıcılığında
Labrüyerin əsərlərinin müəyyən izlərini görmək olar.
RENESSANS REALİZMİ
Dostları ilə paylaş: |